Məhkəmə qərarları › İş №1(011)-93/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-93/2025

26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-93/2025 26.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxsnın, müdafiəçi – 13 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.2006-cı il tarixində Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına qətimkan tədbiri verilmiş”– Təqsirləndirilən şəxs1 xx.xx.2006-cı il tarixində Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, İsmayıllı rayonu, Kürdmaşı kəndində qeydiyyatda olmaqla, ünvan 3 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına qətimkan tədbiri verilmiş”– Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Belə ki, Təqsirləndirilən şəxs2 03 may 2024-cü il tarixdə axşam saatlarında tanışı Zərərçəkmiş şəxs avtobus dayanacağına kəsə yolla ötürən zaman Bakı şəhəri, Xətai rayonu, Babək prospektinin yan tərəfindən keçən Əhmədli-Bakı yük mənzilinin 10-cu km. pk 6-da olan dəmir yolu relslərinin üzərində olarkən Zərərçəkmiş şəxslə aralarında təxminən 1 il əvvəl baş vermiş mübahisə zəminində Zərərçəkmiş şəxs onun ünvanına söyüş söydüyünə görə üzr istəməsini tələb etmiş, imtina etdikdə isə aralarında mübahisə yaranmış, həmin vaxt dostu Təqsirləndirilən şəxs1 da bu mübahisəyə qoşulmuş və Təqsirləndirilən şəxs1 ilə birlikdə, qabaqcadan əlbir olmuş bir qrup şəxs halında zərərçəkmişə zər tətbiq etmiş, yəni cibindən istintaqa məlum olmayan qatlanan cib bıçağını çıxarıb Zərərçəkmiş şəxs sol əlin İİ barmağının səthi kəsilmiş yarası kimi dərəcəsi təyin edilməyən, sinə nahiyəsinə isə 1 dəfə bıçaq zərbəsi vuraraq ona döş qəfəsinin ön səthinin sol yarısının plevra boşluğuna nüfuz etməyən 1 (birədəd kəsilmiş-deşilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Təqsirləndirilən şəxs1 03 may 2024-cü il tarixdə axşam saatlarında dostu Təqsirləndirilən şəxs2 tanışı Zərərçəkmiş şəxs avtobus dayanacağına kəsə yolla ötürən zaman Bakı şəhəri, Xətai rayonu, Babək prospektinin yan tərəfindən keçən Əhmədli-Bakı yük mənzilinin 10-cu km. pk 6-da olan dəmir yolu relslərinin üzərində olarkən təxminən 1 il əvvəl Təqsirləndirilən şəxs2la Zərərçəkmiş şəxs arasında baş vermiş mübahisə zəminində Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 ünvanına söyüş söydüyünə görə üzr istəməkdən imtina etdiyi üçün aralarında yaranmış mübahisəyə qoşulmuş və Təqsirləndirilən şəxs2 ilə birlikdə, qabaqcadan əlbir olmuş bir qrup şəxs halında zərərçəkmişə zər tətbiq etmiş, yəni əli ilə Zərərçəkmiş şəxs sifətinin sol tərəfindən 1 dəfə vuraraq ona sol qulaqaltı-çeynəmə nahiyyəsinin qançırı, şişkinliyi, ödemi, sol tərəfli çənə-diş prikusunun funksional çeynəmə pozğunluğu kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini, törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını və ona vurulmuş zərərin tam olaraq ödənildiyini bildirərək barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini, törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını və ona vurulmuş zərərin tam olaraq ödənildiyini bildirərək barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs da Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dediklərini təsdiq edərək hazırda onlarla barışdığını, onlara qarşı şikayət və tələbinin olmadığını və iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərər çəkmiş şəxslə barışdığından və sonuncunun onlara qarşı tələbi olmadığından onlar, cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməli, təqsirləndirilən şəxslər barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmə, ekspertiza xərci 50 manat pul müştərək qaydada təqsirləndirilən şəxslərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 hər birinə ayrı-ayrılıqda dövlət büdcəsi vəsaiti hesabına 30 saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin Məcəllənin 128-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Ekspertiza tədqiqatının dəyəri 50 manat pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs1 hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 hər birinə ayrı-ayrılıqda dövlət büdcəsi vəsaiti hesabına 30 saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar