Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-94/2025 25.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi – 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1983-cü il tarixində Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 3-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan-Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə Əmlak Məsələləri Dövlət Xidməti "xxxx" MMC-də aparıcı mühəndis vəzifəsində işləyən Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək ona alimlik elmi dərəcəsinin verilməsində köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq, səlahiyyəti və üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı bir işin görülməsi marağında olmadan bu məqsədlə 14 mart 2023-cü il tarixdə Zərərçəkmiş şəxs tərəfindən yaşadığı ünvan 1 ünvanından istifadəsində olan «Kapital Bankın 4169 7385 4883 8246 nömrəli hesab kartından onun istifadəsində - həyat yoldaşı Şahid1 adına 4169 7388 5283 3601 nömrəli “Kapital Bank” kart hesabına köçürülmüş 200 manat, 02 may 2023-cü il tarixdə həmin ünvandan həmin hesaba köçürülmüş 500 manat, 26 may 2023-cü il tarixdə Zərərçəkmiş şəxs tərəfindən yaşadığı ünvandan istifadəsində olan «Bank of Baku»nun 5315 9921 5201 3501 nömrəli hesab kartından onun istifadəsindəki son nömrəsi **** 2812 olan <<Kapital Bankın kart hesabına köçürülmüş 550 manat, 27 may 2023-cü il tarixdə həmin ünvandan həmin kart hesabından onun istifadəsindəki həmin kart hesabına köçürülmüş 487 manat, 30 may 2023-cü il tarixdə həmin ünvandan həmin hesab kartından onun həmin hesab kartına köçürülmüş 180 manat, 19 iyun 2023cü il tarixdə həmin ünvandan eyni qaydada köçürülmüş 500 manat, 13 iyul 2023-cü il tarixdə eyni qaydada köçürülmüş 584.33 manat, 17 iyul 2023-cü il tarixdə həmin ünvandan eyni üsulla köçürülmüş 200 manat, 07 avqust 2023-cü il tarixdə eyni üsulla onun kart hesabına köçürülmüş 400 manat, 13 oktyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs yaşadığı ünvandan 4169 7385 4883 8246 nömrəli hesab kartından onun istifadəsində olan sonu **** 2812 nömrə ilə bitən “Kapital Bank” kart hesabına köçürülmüş 100 manat, 27 dekabr 2023-cü il tarixdə onun həyat yoldaşı Kəmalı Əhədlinin adına 4169 7388 5283 3601 nömrəli «Kapital Bank» kart hesabına köçürülmüş 1.000 manat, 29 dekabr 2023-cü il tarixdə həmin ünvandan həmin kart hesabına köçürülmüş 300 manat, 22 yanvar 2024-cü il tarixdə eyni üsulla köçürülmüş 595 manat, 27 fevral 2024-cü il tarixdə həmin ünvandan eyni üsulla köçürülmüş 200 manat, 22 fevral 2024-cü il tarixdə Zərərçəkmiş şəxs tərəfindən yaşadığı həmin ünvandan istifadəsində olan “Kapital Banka” məxsus eyni kart hesabından onun istifadəsində olan sonu **** 2812 nömrə ilə bitən <<<Kapital Bank>>ın kart hesabına köçürülmüş 200 manat, 29 fevral 2024-cü il tarixdə Zərərçəkmiş şəxs yaşadığı həmin ünvandan istifadəsində olan 5315 9921 5201 3501 nömrəli «Bank of Baku>>nun kart hesabından onun istifadəsində olan sonu 2812 nömrə ilə bitən “Kapital Bank”ın kart hesabına köçürülmüş 4.976.67 manat, 08 aprel 2024-cü il tarixdə Zərərçəkmiş şəxs yaşadığı həmin ünvandan istifadəsində olan 4169 7385 4883 8246 nömrəli “Kapital Bank”ın hesab kartından onun istifadəsində olan sonu **** 0800 nömrə ilə bitən “Kapital Bank”ın kart hesabına köçürülmüş 300 manat, 09 aprel 2024-cü il tarixdə Zərərçəkmiş şəxs yaşadığı həmin ünvandan istifadəsində həmin kart hesabından onun istifadəsində olan həmin kart hesabına köçürülmüş 200 manat, 20 may 2024-cü il tarixdə Zərərçəkmiş şəxs yaşadığı həmin ünvandan İstifadəsində olan həmin kart hesabından onun həyat yoldaşı Şahid1 adına olan 4169 7388 5283 3601 nömrəli «Kapital Bank>>ın kart hesabına köçürülmüş 300 manat, 27 may 2024-cü il tarixdə Zərərçəkmiş şəxs yaşadığı həmin ünvandan İstifadəsində olan həmin kart hesabından onun həyat yoldaşı Şahid1 adına olan həmin kart hesabına köçürülmüş 2.000 manat, 29 may 2024-cü il tarixdə Zərərçəkmiş şəxs yaşadığı həmin ünvandan istifadəsində olan həmin kart hesabından onun həyat yoldaşı Şahid1 adına olan 4169 7388 5283 3601 nömrəli “Kapital Bank”ın kart hesabına köçürülmüş 300 manat, 30 may 2024-cü il tarixdə Zərərçəkmiş şəxs yaşadığı həmin ünvandan istifadəsində olan həmin kart hesabından onun həyat yoldaşı Şahid1 adına olan «Kapital Bank»ın həmin kart hesabına köçürülmüş 240 manat, 31 may 2024-cü il tarixdə eyni üsulla Zərərçəkmiş şəxs yaşadığı Ünvandan istifadəsində olan 5315 9921 5201 3501 nömrəli «Bank of Baku>>>nun kart hesabından onun istifadəsində olan son nömrəsi **** 2812 nömrə ilə bitən «Kapital Bankın kart hesabına köçürülmüş 500 manat, 01 iyun 2024-cü il tarixdə Zərərçəkmiş şəxs yaşadığı həmin ünvandan istifadəsində olan “Bank of Baku”nun həmin kart hesabından onun istifadəsində olan son nömrəsi 2812 nömrə ilə bitən «Kapital Bankın kart hesabına köçürülmüş 507 manat, 03 iyun 2024-cü il tarixdə Zərərçəkmiş şəxs yaşadığı həmin ünvandan istifadəsində olan həmin kart hesabından onun Bank»in kart hesabına köçurulmüş 1.200 manat, 05 iyun 2024-cü il tarixdə Lətifə həyat yoldaşı Şahid1 adına olan 4169 7388 5283 3601 nömrəli “Kapital Şahmarova yaşadığı ünvandan istifadəsində olan 5315 9921 5201 3501 nömrəli «Bank of Baku»nun bank kart hesabından onun istifadəsində olan son nömrəsi nömrə ilə bitən “Kapital Bank”ın kart hesabına köçürülmüş 1.500 manat, 11 iyun 2024-cü il tarixdə Zərərçəkmiş şəxs yaşadığı həmin ünvandan istifadəsində olan 5315 9921 5201 3501 nömrəli «Bank of Baku»nun bank kart hesabından onun istifadəsində olan son nömrəsi 2812 nömrə ilə bitən «Kapital Bank» kart hesabına köçürülmüş 800 manat, 19 iyun 2024cü il tarixdə Zərərçəkmiş şəxs yaşadığı həmin ünvandan İstifadəsində olan «Bank of Baku»nun həmin bank kart hesabından onun istifadəsində olan son nömrəsi **** 2812 nömrə ilə bitən «Kapital Bank»ın kart hesabına köçürülmüş 700 manat, 20 iyun 2024-cü il tarixdə Zərərçəkmiş şəxs yaşadığı həmin ünvandan istifadəsində olan 4169 7385 4883 8246 nömrəli «Kapital Bank»ın kart hesabından onun İstifadəsində olan 4169 7388 7674 5500 nömrəli «Kapital Bank>>ın kart hesabına köçürülmüş 650 manat, 20 iyun 2024-cü il tarixdə Zərərçəkmiş şəxs yaşadığı həmin ünvandan istifadəsində olan 5315 9921 5201 3501 nömrəli «Bank of Baku»nun bank kart hesabından onun istifadəsində olan son nömrəsi **** 2812 nömrə ilə bitən «Kapital Bankın kart hesabına köçürülmüş 130 manat, 22 iyun 2024-cü il tarixdə Zərərçəkmiş şəxs yaşadığı həmin ünvandan istifadəsində olan «Bank of Baku»nun həmin bank kart hesabından onun istifadəsində olan son nömrəsi 2812 nömrə ilə bitən <<Kapital Bankın kart hesabına köçürülmüş 300 manat, 25 iyun 2024-cü il tarixdə Zərərçəkmiş şəxs yaşadığı həmin ünvandan istifadəsində olan 5315 9921 5201 3501 nömrəli “Bank of Baku”nun bank kart hesabından onun istifadəsində olan son nömrəsi 2812 nömrə ilə bitən «Kapital Bank»ın kart hesabına köçürülmüş 550 manat, 28 iyun 2024-cü il tarixdə Zərərçəkmiş şəxs yaşadığı həmin ünvandan istifadəsində olan 5315 9921 5201 3501 nömrəli “Bank of Baku”nun bank kartı hesabından onun istifadəsində olan son nömrəsi **** 2812 nömrə ilə bitən «Kapital Bank»ın kart hesabına köçürülmüş 700 manat, 13 iyul 2024-cü il tarixdə saat 18:04-də Zərərçəkmiş şəxs yaşadığı həmin ünvandan həyat yoldaşı Emin Şahmarovun adına olan 416973****5085 nömrəli «Kapital Bankın kart hesabından onun istifadəsində olan 4169 7388 7674 5500 nömrəli “Kapital Bank”ın kart hesabına köçürülmüş 100 manat və 18 iyul 2024-cü il tarixdə saat 20:39-da Zərərçəkmiş şəxs yaşadığı həmin ünvandan istifadəsində olan 4169 7385 9499 9793 nömrəli «Kapital Bankın kart hesabından Təqsirləndirilən şəxs istifadəsində olan 4169 7388 7674 5500 nömrəli “Kapital Bank”ın kart hesabına köçürülmüş 50 manat, cəmi 22.000 manat köçürülmüş pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirməklə Zərərçəkmiş şəxs Viaqif qızına ümumilikdə 22.000 (iyirmi iki min) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir, zərərçəkmiş şəxsə vurulmuş ziyan tam olaraq ödənilmişdir, ona qarşşı heç bir şikayət və tələbi yoxdur. Törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclas zalında bildirmişdir ki, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər tam olaraq ödənilmişdir, heç bir şikayət və tələbi yoxdur, barışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış Massivi, ev 72, mənzil 48-də qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır, evlidir, 2016-cı ildən Kadastr və yer quruluşu layihə tədqiqat mərkəzi MMC-de mühəndis işləyir, əvvəllər məhkum olunmurai Lətifə Vaqif qızını 2016-cı ildən tanıyır, onunla eyni şöbədə işləmiş və iş yoldaşı kimi münasibətləri yaxın olmuş. hətta onunla ailəvi dostluq etmiş, əhə Təqsirləndirilən şəxs isə həyat yoldaşıdır. Mübarizlə 12 ildir ailəlidir və birgə nigahdan 2013-cü il təvəlldüdlü və 2015-ci il təvəllüdlü iki qızı dünyaya gəlmişdir. 2021-ci ildə Şahmarova X1 və Aqrokimya İnstutunda elmi dərəcə almaq üçün sənədlərini «Prezident yanında X4 göndərmiş və ona elmi dərəcə almağa görə imtina verilmiş, bundan bir neçə gün sonra Lətifə Mübarizin telefon nömrəsini istəmiş və işi olduğunu bildirmiş, Lətifə ilə ailəvi tanış olduğuna görə Mübarizin telefon nömrəsini ona vermiş, bundan sonra Lətifə Mübarizə zəng vurub onu iş yerinin qarşısına çağırmış və görüşmüş, sonradan isə Lətifə elmi dərəcəsinin alınması üçün Mübarizdən köməklik göstərməsini xahiş etmiş, hətta Mübarizin söhbət zamanı Lətifəyə köməklik etmək üçün ondan 22.000 manat istəməsini və Lətifənin razılaşmasını eşitmiş, hətta Lətifə həyat yoldaşı Təqsirləndirilən şəxs vermiş olduğu 22.000 manat pulun hamısını hissə-hissə olmaqla ya adına olan karta, ya da Mübarizin adına olan kart hesabına göndərmişdir. Ancaq Lətifənin nə vaxt və hansı məbləğdə pul göndərməsini bilməmiş, bir müddət sonra ümumi məbləğin 22.000 manat olmasını eşidib-bilmiş, adına olan «Kapital Bank» kartı Mübarizdə olduğu üçün özü pulu kartından çıxarıb götürmüş, sonda Lətifədən eşitdiyinə görə Mübariz söz verdiyi işi görməsi üçün aldığı 22.000 manat pulun hamısını almasına baxmayaraq vədinə əməl etməmiş və Lətifənin elmi dərəcəsinin alınmasında heç bir köməklik göstərməmişdir. Həyat yoldaşı Təqsirləndirilən şəxs vədinə əməl etmədikdə Zərərçəkmiş şəxs ondan pulunu qaytarmasını tələb etmiş, ancaq Mübariz müxtəlif bəhanələr gətirərək pulunu qaytarmamışdır. Hazırda həyat yoldaşı Təqsirləndirilən şəxs telefonunu söndürüb gizlənmiş və yaşadığı ünvana belə gəlməmiş, ondan uzun müddətdir xəbəri yoxdur. Şəxsi işləri ilə bağlı həmin ərəfədə Zərərçəkmiş şəxs 17.000 manat borc pul almış, bir müddət sonra 900 manat qaytarsa da yerdə qalan 16.100 manat pulu maddi imkanı olmadığına görə qaytara bilməmiş, həmin məbləği Zərərçəkmiş şəxs borc olaraq aldıqda hissə-hissə qaytaracağı barədə əvvəlcədən razılaşmış, Zərərçəkmiş şəxs kart hesabına göndərdiyi pulun ona aidiyyatı olmamış və həmin puldan Mübariz ona hər hansı bir məbləğ verməmişdir. Təqsirləndirilən şəxs əməlini özünün etirafı, zərər çəkmiş şəxslərin ifadəsi, istintaqa təqdim edilmiş maddi sübutlar habelə digər toplanmış istintaq materialları ilə kifayət qədər sübuta yetirilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 05 avqust 2024-cü il tarixli cinayət işi başlanılması haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında Xətai RPİ-nin 36-cı PŞ-də toplanmış ilkin yoxlama materialı üzrə faktla bağlı Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması qərara alınmışdır.(i.v 1) Zərərçəkmiş şəxs tərəfindən Xətai RPİ-nin 36-cı PŞ-ə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs onun 22.000 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Qanuni tədbir görülməsini xahiş etmişdir.(i.v 2) 10 avqust 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır.(i.v 84) 22 avqust 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixində saat 18:50-da tutulmuşdur.(i.v 123-124) 24 avqust 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddələr ilə ona ittiham elan edilmişdir.(i.v 140-142) 24 avqust 2024-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqsirləndirilən şəxs barəsində verilmiş vəsatətin müdafiə edilməsindən imtina edilməsi qərara alınmışdır.(i.v 161-163) 24 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.(i.v 164-165) xx.xx.2024-cü il tarixli notarial ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər tam olaraq ödənilmişdir, barışmışdır.(i.v 205) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Sumqayıt ŞPİ-nin icraatında olan ********* saylı cinayət işi xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası CPM-nin 40.3, CM-nin 73.2-ci maddələrinə əsasən xitam verilmişdir.(i.v i.v 207-208) xx.xx.2024-cü il tarixli cinayət işinin icraatına xitam verilmsəi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş zərər ödənildiyindən iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. (i.v 237- 239) Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X7 adlı 2 azyaşlı övladı vardır.(i.v 247-248) xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 1.Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, cinayət işi üzrə toplanmış sübutların məcmusu əsasında 24 avqust 2024-cü il tarixdə tərəfimdən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham və həmin tarixdə tərəfimdən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılması, cinayət işinin materiallarına əldavə edilmiş Təqsirləndirilən şəxs X3 qarşı dələduzluq edib 3.200 manat pulunu ələ keçirməsi faktı ilə bağlı Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X9 tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə 01 yanvar 2024-cü il tarixdə icraata Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən xitam verilməsi barədə qərar nəzərə alınması, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsi barədə olan ********* nömrəli cinayət işindən X5 və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılaraq ayrıca icraata qəbul edilməsi, cinayət işi üzrə toplanmış sübutların məcmusu əsasında istintaqa məlum olmayan "Natiq" adlı şəxs, Şahid3 və Şahid2 barələrində cinayət təqibinin başlanması rədd edilməsi, toplanmış sübutların məcmusu əsasında Şahid1 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilməsi, iş üzrə maddi sübut əhəmiyyəti kəsb edən Zərərçəkmiş şəxs adına olan «Bank of Baku» və «Kapital Bank»a məxsus kartlardan çıxarışlar, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli ödəmə qəbzlərinin surəti maddi sübut kimi tanınsın və cinayət işinin materiallarına əlavə edilməsi, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən göründüyü kimi Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat aşkar edilmədiyi nəzərə alınması, iş üzrə Təqsirləndirilən şəxs məsuliyyətini Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən ağırlaşdıran halların müəyyən edilmədiyi nəzərə alınması, iş üzrə təqsirləndirilən şəxs Babayev Təqsirləndirilən şəxs məsuliyyətini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, yüngülləşdirən hal kimi himayəsində xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X2 az yaşlı uşaqlarının olması, 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın ödənilməsinin müəyyən edilməsi nəzərə alınması, cinayət işi üzrə təqsirləndirilən şəxsin ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri işin faktiki hallarına uyğun gəldikləri və iş materialları ilə tamamlandığı üçün sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır. (i.v 266-279) 22 noyabr 2024-cü il tarixli cinayət işi materiallarından başqa cinayət işinin ayrılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsi barədə ********* nömrəli cinayət işindən X5 və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işinin ayrılması və ayrıca icraata qəbul edilib istintaq aparılması qərara alınmışdır.(i.v 280-283) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixində Nərimanov RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixində Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Odur ki, yuxarıda qeyd olunan xüsusatlardan, zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələrindən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin etibarından sui-istifadə edərək onlara maddi ziyan vurması, bununla da əməlində dələduzluq cinayətinin tərkib əlamətlərinin mövcud olması tam olaraq sübuta yetirilmiş və tərəflər arasında yaranan münasibətlərin məhz mülki xarakter daşımasına dair təqsirləndirlərin şəxsin istinad etdiyi hallar iş üzrə toplanmış sübutlarla təkzib olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144- 146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə və ya xeyli miqdarda ziyan vurmaqla törədildikdə—dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olması(CM-in 59.1.4), zərərçəkmiş şəxsə vurulmuş zərərin tam olaraq ödənilməsi(CM59.1.13) onun məsuliyyətlərini yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, cəmiyyətdən tam təcrid edilmədən də islah olunması mümkün olduğu nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu müddət ona təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli, həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, maddi sübut-Zərərçəkmiş şəxs adına olan “Bank of Baku” və “Kapital Bank” a məxsus kartlardan çıxarışlar və xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli ödəmə qəbzlərinin surəti cinayət işi materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 3 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə həvalə edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 30 (otuz ) saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat məbləğində pul ödənilməlidir İş üzrə məhkəmə məsrəfi və müsadirə ediləcək əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02(iki) gün və həbsdə olduğu 01 (bir) ay 29(iyirmi doqquz gün) müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın bir günə iki gün hesabı ilə hesablanmaqla 04(dörd)ay 02(iki) gün müddət ona təyin edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02(iki) il 07(yeddi) ay 28( iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri höküm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübutlar- Zərərçəkmiş şəxs adına olan “Bank of Baku” və “Kapital Bank” a məxsus kartlardan çıxarışlar və xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli ödəmə qəbzlərinin surəti cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-94/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-94/2025
25.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver