Məhkəmə qərarları › İş №1(011)-95/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-95/2021

13.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-95/2021 13.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Təqsirləndirilən şəxs Şahfirudin oğlunun, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4 oğlunun, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 2002-ci ildə Naftalan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2ayədə yaşayan, barəsində başqa cinayət işi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 4(009)-1065/2020 nömrəli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ittiham irəli sürülmüşdür ki, o, saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli talayaraq oğurluq etmişdir. İstintaq orqanı müəyyən etmişdir ki, hadisə zamanı yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 19:30 radələrində Baki səhəri Xətai rayonu Sarayevo küçəsi 13 ünvanında yerləşən «RM» Fotostudio mağazasında təmir işləri aparılmasından və mağazanın qapısının açıq olmasından istifadə edib qanunsuz olaraq mağazaya daxil olub Zərərçəkmiş şəxs məxsus üzərində 6 manat qiymətində ***- ***-**-** mobil nömrəsi olan bir ədəd 1550 manat dəyərində **********04952 İMEY kodlu «İPHONE 8 Plus» markalı mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs 1556 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini qeyd edərək ifadəsində göstərmişdir ki, bu cinayət işi başlanılan andan verilmiş ittihamın iftira və böhtan olduğunu müstəntiqə bildirmişdir. Müstəntiq hər görüşdə “narahat olma, bilirəm, sənlik bir şey yoxdu, bura qol çək, qalan şeylə işin olmasın” deyədeyə onu aldadıb sənədlərə qol çəkdirmişdir. İndiyədək etdiyi hər epizodu etiraf etmişdir, lakin Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi 13 ünvanında yerləşən «RM» Fotostudio mağazasında baş verən oğurluqla bağlı heç bir əlaqəsi yoxdur, əvvəllər oğurluq törətdiyinə görə bu epizodu da onun boynuna qoymaq istəmişlər. Müstəntiq anten məlumatı ilə yoxlayıb onun ümumiyyətlə həmin ərazidə olmadığını asanlıqla müəyyən edə bilərdi. Amma nədənsə bunu etməmişdir. Müstəntiq onun oxuma yazma bilmədiyindən istifadə edərək guya onun bu cinayəti törətdiyinə dair sənədlərə qol çəkdirmişdir. Əsl həqiqətdə isə onun bu cinayətdən xəbəri yoxdur. Daha sonra ona qarşı irəli sürülən ittihamın böhtan olduğunu, həqiqətə uyğun olmadığını nəzərə alaraq, ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 15 radələrində tanışı Ruslanın icarə əsasında işlətdiyi Xətai rayonu, Sarayevo küçəsi 13 ünvanında yerləşən fotostudio obyektinə getmiş və həmin vaxtı orada dostu Ruslana təmir işlərində kömək etmişdir. Obyektin qapısı həmin vaxt açıq olmuşdur. Özünə məxsus olan və xx.xx.2020-ci il tarixdə kreditlə 1550 manata aldığı «İPHONE 8 Plus» markalı **********04952 imey kodlu mobil telefonu obyektdə yerdə olan şkafın üzərinə qoyub arxa otağa keçmişdir. Telefonun üzərində həmin vaxt 6 manat qiymətində ***-***-**-** sim nömrə olmuş və həmin nömrəni telefonun üzərində işlətmişdir. Saat təxminən 19:30 radələrində arxa otaqdan geri qayıdan zaman şkafın üzərinə qoyduğu mobil telefonunun naməlum şəxs tərəfindən oğurlanmasını aşkar etmişdir, dərhal oğurluq barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş və Xətai RPİ-nin 34-cü PŞ-nə gedib bu barədə şikayət ərizəsi yazmışdır. Mobil telefonun və telefonun üzərində olmuş 6 manat qiymətində ***-***-**-** sim kart nömrənin oğurlanması nəticəsində ona 1556 manat maddi ziyan dəymişdir. Telefonun bu təqsirləndirilən şəxs tərəfindən oğurlanmasını təsdiq edən sübutlar təqdim edilmədiyindən ona qarşı heç bir şikayəti və tələbi olmadığını qeyd edərək bu barədə olan ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində bildirmişdir ki, ünvan 4 ünvanda yerləşən Fotostudio obyekti ona məxsusdur. Həmin obyektin arxa otağında təmir işləri aparan zaman Zərərçəkmiş şəxs da həmin vaxtları obyektdə təmir işləri aparılmasında ona kömək etmişdir. Obyektdə Tacəddinlə təmir işləri apardıqları vaxt Tacəddin özünə məxsus bir ədəd «İphone 8 Plus» markalı mobil telefonunu obyektin içərisində qoymuşdur. Tacəddinlə arxa otaqda təmir işləri apardıqdan sonra məlum olmuşdur ki, Tacəddinə məxsus mobil telefonu oğurlanmışdır. Bundan sonra Tacəddin bununla bağlı polisə müraciət etmiş, polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirmişlər. Bu vaxta kimi Tacəddinə məxsus mobil telefon tapılmamışdır. Telefonun kim tərəfindən oğurlanmasını görməmiş və bu barədə heç bir məlumatı yoxdur. Həmin vaxt mağaza açıq olmuşdur. Məhkəmə iclasında Şahid1 məhkəməyə ünvanlandırdığı ərizəsi nəzərə alınaraq onun ibtidai istintaq zamanı verdiyi ifadəsi və ərizəsi elan edilərək tədqiq edilmişdir. Şahid1 ifadəsində bildirmişdir ki, anket məlumatlarında qeyd olunan ünvanda valideynləri ilə biryerdə yaşayır. Zərərçəkmiş şəxs dayısı oğludur. ***-***-**-** mobil nömrə onun adınadır. Belə ki, 2018-ci il tarixdə Tacəddinlə biryerdə olan zaman Tacəddin özünə sim mobil nömrəsi almaq istədiyini bildirmiş, həmin vaxt Tacəddinin üzərində şəxsiyyət vəsiqəsi olmadığı üçün ondan xahiş etmişdir ki, onun adına mobil nömrəsi alsın. O, buna etiraz etməmiş, Tacəddin 6 manat pul verib onun adına ***-***-**-** sim mobil nömrəsi almış və özünə məxsus mobil telefonunda işlətmişdir. Daha sonra o, hərbi xidmətə getmiş, sonradan məlum olmuşdur ki, 2020-ci ilin fevral ayında Tacəddinə məxsus İPHONE 8 plus markalı mobil telefonu onun adına olan ***-***-**-** sim mobil nömrə ilə biryerdə Xətai rayon ərazisində fotostudioda oğurlanmış, Tacəddin bununla bağlı polisə müraciət etmişdir. Ərizəsində Şahid1 bir daha ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, oğurluq hadisəsinin şahidi olmadığını, həmin vaxt hərbi xidmətdə olduğunu qeyd etmişdir. İş materiallarına əlavə edilmiş DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-nin 66.2, 66.5-ci maddələrinə əsasən Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmü ilə təyin edilmiş və icra edilməmiş 01 il 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edillmiş cəza ilə qismən toplanmış və ona qəti olaraq 01 il 11 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 4(009)-1065/2020 nömrəli qərarı ilə həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahid ifadələrinin, sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirməklə, Təqsirləndirilən şəxs cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Belə ki, iş materiallarından məlum oldu ki, istintaq ittihamı yalnız təqsirləndirilən şəxsin ifadəsi üzərində qurmuşdur. Bu səbəbdən məhkəmə iclasında dindirilən təqsirləndirilən şəxsin ifadəsi ilə verilmiş ittiham alt-üst olmuşdur. Buna səbəb isə məhz digər sübutların toplanmaması olmuşdur. Məhkəmə ittiham tərəfinin sübutlarını aşağıdakı qaydada təhlil edərək qiymətləndirmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizə və ifadələrindən görünür ki, zərərçəkmiş şəxs konkret olaraq ona məxsus «İPHONE 8 Plus» markalı mobil telefonun oğurlanması faktı barədə məlumat verir. Kim tərəfindən oğurlanması zərərçəkmiş şəxsə məlum deyil, görməmiş və bilmir. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs ifadəsində müstəntiq tərəfindən aldadıldığıni və guya onun tərəfindən oğurluq edildiyini etiraf edərək qol çəkdiyinin tamamilə yalan olduğunu, əsl həqiqətdə həmin cinayəti törətmədiyini müstəntiqə dəfələrlə bildirdiyini və bu cinayəti törətmədiyini həmin mağazanın harda olmasından belə məlumatı olmadığını qeyd etmişdir. İş üzrə dindirilmiş Şahid1 hadisə zamanı hərbi xidmətdə olduğunu, nömrənin sadəcə onun adına olduğunu və telefonun oğurlanmasını Tacəddindən eşitdiyini qeyd etmişdir. Yəni bu şahid hadisənin şahidi olmamışdır. İş üzrə dindirilmiş digər şahid Məmmədov X3 məxsus telefonun qapısı açıq olan ona məxsus mağazadan kimin tərəfindən oğurlandığını görmədiyini və şahidi olmadığını qeyd edir. Göründüyü kimi Şahid2 hadisə yerində olmuş və telefonun oğurlanması faktını təsdiq edir, lakin kim tərəfindən oğurlanmasını görmür və heç bir məlumatı olmur. Şahid faktı təsdiq edir və mağazanın qapısının açıq olduğunu göstərir. İbtidai istintaq tərəfindən xx xxxxxx 2020-ci il tarixdə saat 19:30 radələrində ünvan 5 ünvanında yerləşən «RM» Fotostudio mağazasında baş vermiş oğurluğun nəyə əsasən saxlanc yerinə qanunsuz girməklə törədilməsi kimi tövsif edilməsi açıqlanmır. Göründüyü kimi hadisə yeri mağazadır və qapısı açıqdır. Hər bir şəxs həmin mağazaya girə bilər və orda təmir işlərinin getməsindən xəbərdar olmaya bilər. Həmin yerin saxlanc olması iş materialları ilə sübut edilmir. Sübutları təhlil etdikdə aydın olur ki, ittiham tərəfinin əlində yeganə sübut təqsirləndirilən şəxsin etirafı olmuşdur, bundan başqa iş üzrə heç bir əsaslı sübut toplanılmamışdır. Bu səbəbdən Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi ittiham tərəfinin şübhə əsasında qurduğu ittihamı alt-üst edir. Göründüyü kimi istintaq orqanı hansı əsasa və hansı digər sübutla telefonun Təqsirləndirilən şəxs tərəfindən oğurlanmasını açıqlamır, təhlil etmir, yoxlamır və qiymətləndirmir. Hətta maddi sübut ola biləcək mobil telefonun tapılması istiqamətində belə heç bir müsbət nəticə əldə etmir. Əksinə sübutların qiymətləndirilməsi haqqında qərarında (iş vərəqi 87-89) “İPHONE 8 Plus” markalı mobil telefonun guya maddi sübut olduğunu göstərir. Halbuki, zərərçəkmiş şəxsə məxsus “İPHONE 8 Plus” markalı mobil telefon bu günədək tapılmamışdır. Sübutların qiymətləndirilməsi qərarında bugünədək tapılmayan mobil telefonun maddi sübut kimi göstərilməsi ağlasığmazdır. Belə ki , Azərbaycan Respublikası CPM-nin 128-ci maddəsinə əsasən əşyanın maddi sübuti əhəmiyyəti məhkəmə tərəfindən o halda qəbul olunur ki, əşya əldə olunduqdan dərhal sonra o, ətraflı təsvir edilməklə, möhürlənməklə və bu kimi hərəkətlər yerinə yetirilməklə onun üzərindəki izlərin əlamətlərinin və xüsusiyyətlərinin əhəmiyyətli surətdə dəyişdirilməsi imkanı aradan qaldırılmış olsun. Azərbaycan Respublikası CPM-in 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Cinayət prosesində sübutların qiymətləndirilməsi vahid prinsiplər əsasında həyata keçirilir. Cinayət mühakimə icraatının müxtəlif mərhələlərində sübutların qiymətləndirilməsinin bir-birindən fərqi onların xarakterində deyil, qiymətləndirmənin məqsədində, qiymətləndirilən sübutların sayında, onların əsasında çıxarılmış nəticələrdə və onların cinayət işi və ya digər materiallar üzrə əhəmiyyətində ifadə olunur. Sübutların qiymətləndirilməsinin üsulu kimi təhqiqatçının, müstəntiqin, prokurorun, məhkəmənin daxili inamı çıxış edir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi üzrə fəaliyyət aşağıdakı tələblərə cavab verməlidir: a) sübutlar təhqiqatçının, müstəntiqin, prokurorun, məhkəmənin öz daxili inamı əsasında azad surətdə qiymətləndirilməlidir. Bu, o deməkdir ki, sübutlar heç kimdən və heç nədən asılı olmadan sərbəst surətdə qiymətləndirməlidir, sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmaması haqqında qayda müəyyən etməklə yanaşı, cinayət-prosessual qanunvericilik müstəntiqin və məhkəmənin qanunu və öz vicdanını rəhbər tutmasını tələb edir; sübutların qiymətləndirilməsinin üsulu və nəticəsi kimi təhqiqatçının, müstəntiqin, prokurorun, hakimin daxili inamı sübutların bir hissəsinin məcmusuna (cinayət işi və ya digər materiallar üzrə aralıq qərarların qəbul edilməsi üçün sübutların məhdud məcmusunun qiymətləndirilməsi hallarında), yaxud toplanmış bütün sübutların məcmusuna əsaslanmalıdır; c) təhqiqatçı, müstəntiq, prokuror, hakim tərəfindən sübutların qiymətləndirilməsi cinayət-prosessual qanunvericilikdə nəzərdə tutulmuş formalarda (ittiham aktında, yekun protokolunda, qərarlarda, məhkəmənin hökmündə) həyata keçirilməlidir. Sübutların qiymətləndirilməsi prosesində onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi aydınlaşdırılmalıdır. Sübutların mənsubiyyəti məlumatların elə məcburi xüsusiyyətidir ki, (həmin xüsusiyyət olmadan sübut da yoxdur) bu xüsusiyyət cinayət prosesində tədqiq edilən hadisə ilə əlaqədar olaraq təzahür edir. Sübutların mümkünlüyü dedikdə, sübutların mənəviyyat normalarına, həqiqətə habelə məlumatın mənbəyi və toplanılması üsuluna dair cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olması başa düşülür. Şərh olunan maddədə cinayət mühakimə icraatında sübutların qiymətləndirməsinin əsas prinsipləri nəzərdə tutulmuşdur. Həmin prinsiplərə daxildir: a) təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutmaqla sübutları qiymətləndirməlidir; b) təhqiqatçı, müstəntiq, prokuror, hakim öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Sübutların mötəbərliyinin qiymətləndirilməsi dedikdə, müəyyən edilmiş halların gerçəkliyə uyğun olub-olmamasının, toplanmış sübutların cinayət işi və ya digər materiallar üzrə əhəmiyyət kəsb edən halları düzgün əks etdirib-etdirmədiyinin aydınlaşdırılması başa düşülür. Bu zaman təhqiqatçı, müstəntiq, prokuror, hakim faktiki halların əldə edildiyi mənbənin mötəbərliyini (keyfiyyətini) yoxlamalıdırlar. Sübutların mötəbər olması haqqında nəticəyə gəldikdən sonra təhqiqatçı, müstəntiq, prokuror, hakim sübutetmə materialının tamlığını müəyyən etməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim öz daxili inamına görə sübutların qiymətləndirməsi aşağıdakılarda ifadə olunur: a) icraatında cinayət işi və digər materiallar olan şəxs sübutların qiymətləndirilməsində prosessual müstəqilliyə və müstəsna səlahiyyətə malikdir; təhqiqatçı, müstəntiq, prokuror, hakim sübutlara hər hansı şəxs tərəfindən verilmiş qiyməti rəhbər tutmaq hüququna malik deyillər və belə bir vəzifə daşımırlar. Onlar həmçinin sübutları qiymətləndirmək vəzifəsini və məsuliyyətini digər şəxsin üzərinə qoya bilməzlər; b) formal əlamətlərə görə heç bir sübut digər sübutlarla müqayisədə üstüntlüyə malik deyil; c) sübutların qiymətləndirilməsi şübhə doğurmayan həqiqi nəticələrə gəlinməsi ilə başa çatmalıdır. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən, Cinayət-Prosessual Məcəlləsinin 125 və 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Yuxarıda təsvir edilən hallarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs təqsirliliyinin müəyyən edilməsi üçün mötəbər sübutlar yoxdur və belə sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, məhkəmə istintaqı zamanı araşdırılan sübutlarla Təqsirləndirilən şəxs qeyd olunan cinayət hadisəsi ilə bağlı elan edilmiş ittiham üzrə təqsirli olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-in 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Təsvir olunanlardan görünür ki, ittiham tərəfi məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun həmin cinayətdə təqsirliliyini təsdiq edən heç bir mötəbər sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsində məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edildiyi halda, məhkəmənin ittiham hökmü çıxarması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Yuxarıda qeyd olunan işin halları və qanunvericilik normalarından görünür ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1 və 42.1.4-cü maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2 və 42.2.4-cü maddələrinə əsasən, Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair" xx xxx 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməli, barəsində başqa cinayət işi üzrə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən, bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Bu səbəbdən məhkəmə hesab edir ki, cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Azərbaycan Respublikası CPM-in 56.0.1-ci maddəsinə əsasən, bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdirlər. İş üzrə maddi sübut, məhkəmə məsrəfləri, xüsusi müsadirə olunmalı əmlak və mülki iddia yoxdur. Yuxarıda şərh edilənlərə əsasən və Azərbacan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.2, 42.1.4, 344-347, 349, 350, 356 və 383-385-ci maddələrini rəhbər tutuaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Bahəddin oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirsiz bilinsin və ona bəraət verilsin. Təqsirləndirilən şəxs Bahəddin oğlu barəsində digər cinayət işi üzrə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. Cinayət işi üzrə Zərərçəkmiş şəxs qarşı törədilmiş cinayət əməlini etmiş şəxsin (şəxslərin) müəyyən edilməsi üçün müvafiq materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. İş üzrə maddi sübut, məhkəmə məsrəfləri, xüsusi müsadirə olunmalı əmlak və mülki iddia yoxdur. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Təqsirləndirilən şəxs

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar