Məhkəmə qərarları › İş №1(011)-95/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-95/2024

29.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-95/2024 29.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və nümayəndəsi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx.xx.1994-cü ildə Rusiya Federasiyası Moskva şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2yan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 08 iyul 2023-cü il tarixdə, saat 18:23-də ünvan 3 ünvanın yaxınlığında “İveco'' markalı, ** JX *** dövlət qeydiyyat nişanlı, 21 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun salonunda Zərərçəkmiş şəxs qoluna astadan yüngül toxunmasını bəhanə edərək aralarında yaranmış mübahisə zamanı ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə cəmiyyət içərisində bərqərar olunan etik davranış qaydalarına riayət etməyərək, öz şəxsiyyətini digər şəxslərdən üstün tutub ictimai asayişi pozaraq xuliqanlıq niyyəti ilə yumruqla sonuncunun sifət nahiyəsindən bir dəfə vurub ona sol almacıq-əng kompleksinin qəlpəli sınıqlar, hər iki gözətrafı nahiyənin dərialtı hematoması ilə müşayiət olunan zərəçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmaqla qərəzli hərəkəti ilə xuliqanlıq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospektində olduğu zaman yaşadığı evə getmək üçün 21 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun ön qapısından salona daxil olmuş və salonun orta hissəsində sərnişinlər olduğuna görə ön qapının yaxınlığında ayaq üzərində dayanıb sağ əli ilə dəmir borudan tutaraq özünü saxlamışdır. Avtobusun salonuna daxil olduqdan 2 duracaq sonra avtobusun ön qapısından salona daxil olan, hadisədən sonra adının Möhbəli olduğunu bildiyi şəxs yanından keçəndə çiyni ilə qoluna dəymiş, sonra da əlində tutduğu çantasını ayağına vurmuşdur. Ona görə də Möhbəliyə iradını bildirmiş, Möhbəli də ona kobud cavab vermişdir. Bu səbəbdən aralarında mübahisə başlamışdır. Mübahisə zamanı Möhbəli ona yumruq atmış, lakin dəyməmiş, o da Möhbəliyə tərəf sağ əli ilə yumruq atmış və yumruğu sol göz nahiyəsinə dəymişdir. Dalaşdıqlarını görən tanımadığı sərnişin kişi onları ayırmağa başlamışdır. Həmin vaxt avtobus növbəti dayanacağa çatmış və daha ciddi hadisələrin baş verməməsi, eyni zamanda avtobusun salonunda olan sərnişinlərə qarşı hörmətsizlik olmasın deyə dayanacaqda avtobusun ön qapısından yerə enib növbəti avtobusla yaşadığı evə getmişdir. Daha sonra əməlindən peşman olmasını, ilk məhkumluğunu, zərərçəkmiş şəxslə barışdığını, dəymiş ziyanın ödənilməsini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, 08 iyul 2023-cü il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti 106 ünvanında yerləşən iş yerindən çıxıb yaşadığı evə getmək üçün yaxınlıqdakı avtobus dayanacağına getmişdir. 10 dəqiqə dayandıqdan sonra 21 nömrəli sərnişin avtobusu duracaqda dayanmış və o, avtobusun ön qapsından salona daxil olub giriş qapısının qarşısında dayanmış şəxsiyyəti sonradan ona məlum olan Təqsirləndirilən şəxs yanından keçəndə sonuncu sağ qolunu yuxarı qaldıranda dirsəyi üz nahiyəsinə dəymişdir. Lakin buna əhəmiyyət verməyib Təqsirləndirilən şəxs yanından keçəndən sonra sonuncu ona tərəf baxıb “başını çək də ala" deyə müraciət etmişdir. O da Təqsirləndirilən şəxs yaxınlaşıb qolunun üzünə dəydiyini, üzr istəmək əvəzinə irad bildirirsən deyə cavab vermişdir. Cavabından sonra aralarında sözlə mübahisə başlamışdır. Mübahisə zamanı Təqsirləndirilən şəxs ona yumruq zərbəsi atmış, o da cavab olaraq Təqsirləndirilən şəxs yumruq zərbəsi atmış və aralarında dava-dalaş başlamışdır. Dava zamanı Təqsirləndirilən şəxs sifətinin sol tərəf almacıq nahiyəsinə yumruq zərbələri vuraraq ona xəsarət yetirmişdir. Dalaşdıqlarını görən tanımadığı sərnişinlər onları ayırmışlar. Avtobus növbəti duracaqda dayanıb qapılarını açandan sonra Təqsirləndirilən şəxs avtobusun ön qapısından yerə enib getmişdir. Hadisə zamanı sifət nahiyəsindən ciddi xəsarətlər aldığını bilib avtobusdan düşmədən əmisi oğlu Şahid3 zəng edib hadisə barədə məlumat verib olduğu yeri tanıması üçün ona konum atmışdır. Zərərçəkmiş şəxs da olduğu yerə gəlib onu X2 və Ortopediya İnstitutuna aparmışdır. Lakin həkimlər bildirmişlər ki, üz-çənə müayinəsi və müalicəsi üçün Tibbi Ərazi Bölmələrini X3 Hüquqi şəxsin tabeçiliydə olan X5 xəstəxanaya müraciət etməlidir. Ona görə də X5 xəstəxanaya getmişlər. Orada həkimlər bədənini və sifət nahiyəsini müayinə edib sol almacıq sümüyünün qəlpəli sınığı və əzilmələr olduğunu bildirib ilkin tibbi yardımlar göstərdikdən sonra sınıq xəsarətini bərpa etmək üçün əməliyyat olunacağını deyib palataya yerləşdirmişlər. 2 gündən sonra sol almacıq sümüyünün bərpa olunması üçün cərrahi əməliyyat olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs ilə barışdığını, dəymiş ziyan 3000 manatın ödənilməsini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun əmisi oğludur. 08 iyul 2023-cü il tarixdə, saat 18:30 radələrində Zərərçəkmiş şəxs ona zəng edib Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospektində 21 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunda olan zaman avtobusda sərnişin olan tanımadığı və adını bilmədiyi şəxslə aralarında baş verən mübahisə zamanı həmin şəxsin onun sifət nahiyəsinə zərbələr vuraraq ağır dərəcəli bədən xəsarəti yetirdiyini və sifət nahiyəsindən xəsarət aldığını bildirib onunla görüşüb xəstəxanaya aparmağı xahiş etmişdir. O da Zərərçəkmiş şəxs yanına gedib taksi ilə onu X2 və Ortopediya İnstitutuna aparmışdır. Orada bildirmişlər ki, üz-çənə müayinəsi üçün X5 xəstəxanaya müraciət etsinlər. Ona görə də oradan X5 xəstəxanaya getmişlər. Xəstəxanada həkimlər Zərərçəkmiş şəxs bədənini və sifətini müayinə edib sol göz ətrafında sınıq xəsarətləri olduğunu bildirib müayinə olunması üçün palataya yerləşdirmişlər. Bundan sonra əmisi Şahid2 zəng edib hadisə barədə məlumat vermişdir. Məlumatından xeyli müddət keçmiş Şahid2 X5 xəstəxanaya gəlib Zərərçəkmiş şəxsla görüşəndən sonra Azərbaycan Respublikası DİN-nin 102 xidməti-zəng mərkəzinə zəng edib hadisə barədə məlumat vermişdir. Bir neçə saat xəstəxanada dayandıqdan sonra evə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid3 ifadəsinə oxşar ifadə vermişdir. İş üzrə Şahid1 məhkəməyə teleqram ünvanlayaraq işi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında Şahid1 istintaqda verdiyi ifadə elan edilərək tədqiq edilmiş, onun ifadəsi təqsirləndirilən şəxs və zərərçəkmiş şəxslərin ifadələrinə oxşar olmuşdur. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 25 noyabr 2023-cü il tarixli 19/812 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol almacıq-əng kompleksinin qəlpəli sınıqları, hər iki gözətrafı nahiyənin dərialtı hematoması müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya(lar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən törənə bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldann görünür ki, 01 ədəd DVD-R formatlı diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs avtobusa daxil olan zaman başı Təqsirləndirilən şəxs qoluna dəyir və başını aşağı əyir. Təqsirləndirilən şəxs əli ilə Zərərçəkmiş şəxs çiyin hissəsinə vuraraq onu geri çağırıb nə isə deyir. Bu zaman onların arasında mübahisə yaranır və bir-birlərinə yumruqlar atırlar. Həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sifətinə yumruq vurur və orada olan şəxslər onları ayırdıqdan sonra Təqsirləndirilən şəxs növbəti dayanacaqda avtobusun ön qapısından düşərək gedir. İş materiallarında olan 04 dekabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, DVD-R formatlı disk maddi sübut kimi tanınmış və cinayət təqibi üzrə icraatın materiallarına əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Xətai RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Rafiq Ağəliyevin qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışdığını, dəymiş 3000 manat ziyanın ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Beləliklə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış və məhkəmə baxışında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət əməli tam sübuta yetir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə tövsif olunmasını nəzərə alır və belə hesab edir ki, o, qeyd edilən maddələrlə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs ilə barışmasını, dəymiş ziyanın ödənilməsini, ilk məhkumluğunu cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, təyin edilmiş cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplanılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübut kimi tanınmış cinayət hadisəsinin törədilmə anının videogörüntüsünüi əks etdirən 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış cinayət hadisəsinin törədilmə anının videogörüntüsünü əks etdirən 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar