Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-96/2020 26.08.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi ilə, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi2, Zərərçəkmiş şəxslər X10, Aitova Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1952-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, “X28” X16 X29 Hissəsində Bölmə həkimi terapevt vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Baı şəhəri Xətai rayonu, X.Məmmədov küçəsi, ev 2944, mənzil 8 ünvanında kirayədə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs saxta sənəd hazırlayaraq, öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirib, təkrarən dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək qərarına gəlib bu məqsədlə, əlillik dərəcəsi almaq üçün müraciət edən X14 1.500 manata 2-ci qrup əlillik dərəcəsi vermək adı ilə öz qulluq mövqeyindən istifadə edərək aldadaraq həkim işlədiyi ünvan 2 saylı ünvanda yerləşən «X5» MMC-nin X29 Hissəsindəki iş otağında ondan xx xxx 2014-cu il tarixdə saat 12:00 radələrində 300 manat aldıqdan sonra sonuncunu inandırmaqdan ötrü naməlum şəraitdə, qanunsuz olaraq, hazırlayıb əldə etdiyi xx xxxxxx 2014-cü ildən xx xxxxxx 2014-cü ilədək olan müddət ərzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 5 saylı Klinik Xəstəxanasında stasionar müalicə alması barədə həmin klinikanın möhür və ştampı ilə təsdiqlənmiş rəsmi sənəd hesab edilən saxta «xəstənin stasionar tibbi kartasmdan çıxarışı» xx xxxx 2014-cü il tarixdə saat 15:00 radələrində iş otağında ona vermiş, xx xxxx 2016-cı il tarixdə saat 12:00 radələrində iş otağında 600 manat, xx xxxx 2017-ci il tarixdə saat 12:00 radələrində isə 600 manatı alıb, özgə əmlakını vahid niyyətlə hissə-hissə ələ keçirərək zərərçəkimşə şəxsə cəmi 1.500 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək qərarına gələrək bu məqsədlə, əlillik dərəcəsi almaq üçün müraciət edən Aitova Zərərçəkmiş şəxs2 qızı Elvira Şaydulinaya 1.800 manata 2-ci qrup əlillik dərəcəsi vermək adı ilə öz qulluq mövqeyindən istifadə edib aldadaraq xx xxx 2017-ci il tarixdə saat 12:00 radələrində həkim işlədiyi ünvan 2 saylı ünvanda yerləşən «X5» MMC-nin X29 Hissəsindəki iş otağında ondan 1.000 manat, xx xxxx 2017-ci il tarixdə saat 12:00 radələrində isə iş otağında 800 manatı alıb, özgə əmlakını vahid niyyətlə hissə-hissə ələ keçirərək zərərçəkimşə şəxsə cəmi 1.800 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək qərarına gələrək bu məqsədlə, ona arvadı Şahid2 üçün əlillik dərəcəsi almaqdan ötrü müraciət edən Zərərçəkmiş şəxs3 3.700 manata 2-ci qrup əlillik dərəcəsi vermək adı ilə öz qulluq mövqeyindən istifadə edib aldadaraq xx xxx 2017-ci il tarixdə saat 12:00 radələrində həkim işlədiyi ünvan 2 saylı ünvanda yerləşən «X5» MMC-nin X29 Hissəsindəki iş otağında ondan 2.000 manat, xx xxxxxx 2017-ci il tarixdə saat 12:00 radələrində isə iş otağında 1.700 manat alıb, özgə əmlakını vahid niyyətlə hissə-hissə ələ keçirərək zərərçəkimşə şəxsə cəmi 3.700 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək qərarına gələrək bu məqsədlə, ona müraciət edən Zərərçəkmiş şəxs4 aldığı təqaüd məbləğini artıracağı və qardaşı oğlu X6 əlillik dərəcəsi almaq adı ilə öz qulluq mövqeyindən istifadə edərək aldadaraq xx xxxx 2018-ci il tarixdə saat 10:00 radələrində həkim işlədiyi ünvan 2 saylı ünvanda yerləşən «X5» MMC-nin X29 Hissəsində iş otağında 3.000 manat, xx xxxx 2018-ci il tarixdə saat 12:00 radələrində isə 2.000 manat alıb, özgə əmlakını vahid niyyətlə hissə-hissə ələ keçirərək zərərçəkimşə şəxsə cəmi 5.000 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək qərarına gələrək bu məqsədlə, ona müraciət edən Zərərçəkmiş şəxs5 2-ci qrup əlillik dərəcəsi almaq adı ilə öz qulluq mövqeyindən istifadə edərək aldadaraq xx xxxx 2018-ci il tarixdə saat 18 radələrində ondan kirayədə yaşadığı Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 2944, 8 saylı mənzildə 2.000 manat, xx xxxx 2018-ci il tarixdə saat 18 radələrində həmin ünvanda 500 manat alıb özgə əmlakını vahid niyyətlə hissə-hissə ələ keçirərək zərərçəkimşə şəxsə cəmi 2.500 manat ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, 1982-ci ildə Azərbaycan Xəzər Dəniz X17 X21 X26 X12 Sanitar Hissəsinə həkim terapevt kimi işə qəbul olunmuşdur. 1990-cı ildən 1993-cü ilədək o, həmin Tibb sanitar hissəsində terapiya şöbəsinin müdiri vəzifəsində işləmiş, 1993-cü ildən 2009-cu ilədək baş həkimin müavini vəzifəsində çalışmış, 2009-cu ildə baş həkimin müavini vəzifəsindən azad olunmuş və həkim terapevt kimi 2018-ci ilin oktyabr ayınadək həmin tibb sanitar hissəsində işləmişdir. Güzəl Babakişi onunla qonşuluqda yaşayıb. 2014-ci ilin may ayında Güzəl onun işlədiyi poliklinikaya müayinə olunmaqdan ötrü gəlmişdir. Söhbət zamanı o, Güzələ bildirmişdir ki, əgər istəsə tanışı var o, onun üçün 2-ci qrup əlillik dərəcəsi düzəldə bilər. Aradan bir neçə gün keçmiş Güzəl poliklinikaya gələrək bir sıra sənədləri ona təqdim etmişdir. Güzəlin təqdim etdiyi sənədlərə xidməti otağında baxıb, həmin sənədlərə əsasən onun üçün 2-ci qrup əlillik dərəcəsini 1.400 manata düzəldə biləcəyini demişdir. Güzəl onunla razılaşmış və 2014-cu ilin may ayının 30-dan başlayaraq 2017-ci ilin mart ayının sonuna qədər 1.400 manatı 3-dəfəyə ona xidməti otağında vermişdir. Sonradan Güzəl pulunu geri tələb etdiyi üçün məcbur olub 800 manatını Güzələ qaytarmış, 600 manatını isə qaytara bilməmişdir. Aitova Zərərçəkmiş şəxs2 onunla əvvəllər qonşuluqda yaşamışdır. 2017- ci ilin aprel ayında Ravilya işlədiyi poliklinikaya qızı Elvira üçün büllüten almaqdan ötrü gəlmişdir. Söhbət zamanı o, Ravilyaya demişdir ki, əgər istəsə tanışı vasitəsi ilə qızı Elvira üçün 2-ci qrup əlillik dərəcəsi düzəldə bilər. Bir neçə gün sonra Ravilya işlədiyi poliklinikaya gəlmiş və xidməti otağında ona təqdim etdiyi qızı Elviranın sənədlərini nəzərdən keçirib, həmin sənədlərə əsasən Elviraya 2-ci qrup əlillik dərəcəsini 1.200 manata düzəldə biləcəyini demişdir. Ravilya onunla razılaşmış və 2017-ci ilin may ayının 20-dən etibarən 2017-ci ilin noyabr ayının 15-dək xidməti otağında ona 1.200 manat pulu vermişdir. Zərərçəkmiş şəxs3 da o, uzun müddətdir ki, tanıyır bələ ki, o, əvəllər onunla qonşuluqda yaşamışdır. 2017-ci ilin may ayında Polad onun işlədiyi poliklinikaya gəldikdə söhbət əsnasında o, Polada bildirmişdir ki, əgər istəsə tanışı vasitəsi ilə arvadı üçün 2-ci qrup əlillik dərəcəsi düzəldə bilər. Bir neçə gün keçdikdən sonra Polad onun işlədiyi poliklinikaya gələrək müəyyən sənədləri ona təqdim etmişdir. Xidməti otağında Poladın təqdim etdiyi sənədləri nəzərdən keçirmiş və arvadı üçün 2-ci qrup əlillik dərəcəsini 1.800 manata düzəldə biləcəyini demişdir. Polad onula razılaşmış 2017-ci ilin may və dekabr aylarında hissəhissə ona xidməti otağında kənar şəxsin iştirakı olmadan 1.800 manat vermişdir. Zərərçəkmiş şəxs4 2018-ci ilin yanvar ayının əvvələrində müayinə olunmasından ötrü onun işlədiyi poliklinikaya gəldikdə təsadüfən onunla tanış olub münasibəti yaranmışdır. Söhbət əsnasında o, Rahiləyə demişdir ki, əgər istəsə onun təqaüdünün artırılmasında yardımçı ola bilər və o, hər ay 170 manat deyil, 300 manatdan artıq təqaüd alar. Bunu etmək üçün Rahilədən 3.000 manat pul istəmişdir. Rahilə ona bu barədə düşündükdən sonra qəti fikrini deyəcəyini bildirib çıxıb getmişdir. 2018-ci ilin mart ayının 15-də səhər saat 10:00 radələrində Rahilə onun işlədiyi poliklinikaya gələrək, xidməti otağında ona şəxsiyyət vəsiqəsini, təqaüd kartını, həmçinin 3.000 manat vermişdir. Rahiləyə həmçinin əgər tanışları arasında xəstə olan insan olarsa onun üçün əlillik dərəcəsi düzəldə biləcəyini demişdir. Rahilə qardaşı oğlu Piranin xəstə olduğunu deyib onun üçün əlillik dərəcəsi düzəldilməsində yardımçı olmasını xahiş etmişdir. Rahilənin qardaşı oğlu Piran onunla iş yerində görüşüb söhbət edərkən o, Pirandan əlillik dərəcəsi düzəltmək üçün 2.500 manat pul istəmiş və bildirmişdir ki, əlillik dərəcəsi düzəldikdən sonra o, hər ay 200 manat təqaüd alacaqdır. Piran razılaşmış və 2018-ci ilin mart ayının 17-si atası Vilayətə birlikdə onun yaşadığı Bakı şəhəri, Xudu Məmmədov küçəsi, ev 2944, 8 saylı mənzilə gələrək 2.000 manat, 2018-ci ilin mart ayının 18-də Piran tək yaşadığı evdə ona 500 manat vermişdir. Bundan başqa Rahilə qardaşı X11 üçün əllilik dərəcəsi düzəltməkdən ötrü 2018-ci ilin mart ayının 25-də saat təxminən 16:00 radələrində onun işlədiyi poliklinikada ona 2.000 manat pul vermişdir. Hazırda o, zərərçəkmiş şəxslərə dəymiş ziyandan hər birinə ayrı-ayrılıqda 200 manat ödəniş etmişdir. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməkdən yayınmır. Əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərə dəymiş ziyanın bir qismini ödədiyini, zərərçəkmiş şəxslərlə barışmağa cəhd etdiyini, qadın olduğunu, yaşlı və xəstə olduğunu nəzərə alaraq ona yün gül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X19 məhkəmə iclasında ifadə verərək göstərmişdir ki, o, 2014-ci ilin may ayında müayinə olunmaqdan ötrü Təqsirləndirilən şəxs işlədiyi Azərbaycan Xəzər Dənizçiliyi QSC X27 MDX Əhmədli poliklinikasına müraciət etmişdir. Söhbət əsnasında Ruxsarə ona əgər istəsə 1.500 manat müqabilində onun üçün 2-ci qrup əlillik dərəcəsi düzəldə biləcəyini demişdir. O, Ruxsarə ilə razılaşmış və 1.500 manatı hissə-hissə Ruxsarəyə işlədiyi poliklinikada xidməti otağında vermişdir. Ruxsarəyə ilk dəfə 2014-cu ilin may ayının 30-da saat 12:00 radələrində 300 manat, 2016-cı ilin iyul ayının 26-da saat 12:00 radələrində 600 manat, üçüncü dəfə 2017-ci ilin mart ayının 25-də saat 12:00 radələrində 600 manat pul vermişdir. Ruxsarəyə verdiyi pul onun özünə məxsusdur. Bir müddət keçdikdən sonra Ruxsarə tərəfindən heç-bir sənədləşmə aparılmadığını görüb pulunu geri tələb etdikdə, Ruxsarə müxtəlif bəhanələr gətirib əvvəl pulu verməkdən imtina etsə də, sonradan ona 800 manat qaytarmış, lakin 700 manatı qaytarmamışdır. Həmçinin Ruxsarə onu inandırmaq üçün xx xxxx 2014-cü ildə saat 15:00 radələrində iş otağında ona saxta epiqrızin, tibbi sosial ekspert komissiyasının göndərişin kserosurətlərini verib bildirmişdir ki, onun üçün 2-ci qrup əlillik dərəcəsi düzəldəcəkdir. Təqsirləndirilən şəxs ona konkret olaraq kimin vasitəsi ilə əlillik dərəcəsi düzəldəcəyini və hər hansı bir şəxsə pul verəcəyi barədə heç bir söz deməmişdir. Ruxsarəyə pulu işlədiyi poliklinikada xidməti otağında təklikdə vermiş, pulu Ruxsarəyə verəndə yanlarında kənar şəxs olmamışdır. 5 saylı Klinik Xəstəxanasında müayinə və müalicə olunmasına dair tərtib edilmiş epiqrizin əslini Ruxsarə ona versə də, sonradan həmin sənədi geri istəmişdir. Bu səbəbdən də o, həmin sənədin kserosurətini çıxarıb özündə saxlayıb, əslini isə Ruxsarəyə qaytarmışdır. O, xx xxxxxx 2014-cü ildən xx xxxxxx 2014-cü ilədək 5 saylı X22 müayinə və müalicə olunmamış, həmin çıxarış Ruxsarə tərəfindən saxtalaşdırılmışdır. Lakin həmin sənədin Ruxsarə tərəfindən harada və hansı qaydada saxtalaşdırıldığını o, bilmir. Hazırda Ruxsarə ona dəymiş ziyandan cəmi 1.000 manat qaytarmışdır. Qalan ziyanı isə Ruxsarə ona qaytarmamışdır. O, Ruxsarəyə ağır cəza verilməsini istəmir, lakin ona dəymiş ziyanın ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Aitova Zərərçəkmiş şəxs2 məhkəmə iclasında ifadə verərək göstərmişdir ki, o, 2017-ci ilin aprel ayında Təqsirləndirilən şəxsnm işlədiyi Azərbaycan Xəzər Dənizçiliyi QSC X27 MDX Əhmədli poliklinikasına qızı Elvira üçün büllüten almaqdan ötrü getmişdir. Söhbət əsnasında Ruxsarə ona bildirmişdir ki, əgər istəsə qızı Elvira üçün 2-ci qrup əlillik dərəcəsi düzəldə bilər. Bu barədə o, qızı Elviraya dedikdə, o razılaşmışdır. Bundan sonra o, Ruxsarənin işlədiyi poliklinikaya getmiş və xidməti otağında qızı Elviranm sənədlərinə Ruxsarəyə təqdim etmişdir. Ruxsarə onun təqdim etdiyi sənədlərə nəzər yetirdikdən sonra, həmin sənədlərə qızı Elvira üçün 2-ci qrup əlillik dərəcəsini 1.800 manata düzəldə biləcəyini demişdir. Ruxsarə ilə razılaşmış və Ruxsarəyə hissə-hissə xidməti otağında, kənar şəxsin iştirakı olmadan birinci dəfə 2017-ci ilin may ayının 20-də saat 12:00 radələrində 1.000 manat, ikinci dəfə 2017-ci ilin iyun ayının 15-də saat 12:00 radələrində 800 manat əlillik dərəcəsi düzəltməsi üçün cəmi 1.800 manat vermişdir. 2017-ci ilin noyabr ayının 15-də Ruxsarə ondan 800 manat borc istədiyi üçün o, Ruxsarəyə 800 manat borc vermişdir. Ümumilikdə Ruxsarəyə 2.600 manat vermişdir. Bir müddət keçdikdən sonra o, Ruxsarə tərəfindən heç-bir sənədləşmə aparılmadığını görüb pulunu geri tələb etsə də, Ruxsarə müxtəlif bəhanələr gətirərək pulu verməkdən imtina etmişdir. Hal hazırda Ruxsarə ona 2.600 manat pul verməlidir. Təqsirləndirilən şəxs konkret olaraq kimin vasitəsi ilə qızı üçün əlillik dərəcəsi düzəldəcəyini və hər hansı bir şəxsə pul verəcəyi barədə ona heç bir söz deməmişdir. Baş vermiş hadisə barədə o, DİN-in 102 xidmətinə məlumat vermişdir. Qızı Elvira da öz adından baş vermiş hadisə barədə Xətai RPİ-in 36-cı PB-yə ərizə ilə müraciət edib izahat yazmışdır. Ruxsarəyə verdiyi 2.600 manat qızı Elviraya deyil ona məxsus olmuşdur. Hazırda Ruxsarə ona dəymiş ziyandan cəmi 200 manat ödəniş etmişdir. Qalan ziyanı isə Ruxsarə ona qaytarmamışdır. O, Ruxsarəyə ağır cəza verilməsini istəmir, lakin ona dəymiş ziyanın ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 məhkəmə iclasında ifadə verərək göstərmişdir ki, o, 2017-ci ilin may ayında işi ilə əlaqədar Təqsirləndirilən şəxs işlədiyi Azərbaycan Xəzər Dənizçiliyi QSC X27 MDX Əhmədli poliklinikasına gəldikdə söhbət əsnasında Ruxsarə ona bildirmişdir ki, əgər istəsə arvadı üçün 2-ci qrup əlillik dərəcəsi düzəldə bilər. Bu barədə evdə arvadına dedikdə arvadı Ülviyyə onunla razılaşmışdır. Bundan sonra o, yenidən Ruxsarənin işlədiyi poliklinikaya gedib və sənədləri Ruxsarəyə vermişdir. Ruxsarə xidməti otağında arvadı Ülviyyənin sənədlərini nəzərdən keçirdikdən sonra, həmin sənədlərə əsasən arvadı üçün 2-ci qrup əlillik dərəcəsini 3.700 manata düzəldə biləcəyini bildirmişdir. O, Ruxsarəyə inanıb onunla razılaşaraq 2017-ci ilin may ayının 25-də saat 12:00 radələrində 2.000 manat, ikinci dəfə isə 2017-ci ilin dekabr ayının 20-də saat 12:00 radələrində Ruxsarəyə 1.700 manat arvadı üçün əlillik dərəcəsi alınmasından ötrü Ruxsarəyə cəmi 3.700 manat pul vermişdir. Sonuncu dəfə pul verəndə Ruxsarə ondan 300 manat borc istədiyi üçün Ruxsarəyə 300 manat borc vermişdir. Ümumilikdə Ruxsarəyə o, 4.000 manat, pulu kənar şəxsin iştirakı olmadan vermiş, həmin pul onun özünə məxsus olmuşdur. Bir müddət keçdikdən sonra Ruxsarə tərəfindən heç-bir sənədləşmə aparılmadığını görüb pulunu geri tələb etdikdə Ruxsarə müxtəlif bəhanələr gətirib pulu qaytarmamışdır. Təqsirləndirilən şəxs ona konkret olaraq kimin vasitəsi ilə arvadı üçün əlillik dərəcəsi düzəldəcəyini və hər hansı bir şəxsə pul verəcəyi barədə heç bir söz deməmişdir. Arvadı Ülviyyə ümimiyyətlə Ruxsarəni görməmiş, onunla heç bir ələaqəsi olmamışdır. Ruxsarə bütün pulları ondan təklikdə işlədiyi ünvan 2 saylı ünvanda yerləşən «X5» MMC-nin X29 Hissəsindəki iş otağında almışdır. Hazırda Ruxsarə ona dəymiş ziyandan cəmi 200 manat ödəniş etmişdir. Qalan ziyanı isə Ruxsarə ona qaytarmamışdır. O, Ruxsarəyə ağır cəza verilməsini istəmir, lakin ona dəymiş ziyanın ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 məhkəmə iclasında ifadə verərək göstərmişdir ki, o, 2018-ci ilin yanvar ayının əvvələrində müayinə olunmaqdan ötrü Azərbaycan Xəzər Dənizçiliyi QSC X27 MDX Əhmədli poliklinikasına müraciət etmişdir. Orada təsadüfən Təqsirləndirilən şəxs ilə tanış olmuş və söhbət əsnasında Ruxsarə ona bildirmişdir ki, istəsə 3.000 manat müqabilində təqaüdünü artırmaqda yardımçı ola bilər, belə ki, hər ay 170 manat deyil, 300 manatdan yuxarı təqaüd alar. O, Ruxsarə ilə razılaşmış və 2018-ci ilin mart ayının 15-də səhər saat 10:00 radələrində Ruxsarənin işlədiyi poliklinikaya gedib, orada şəxsiyyət vəsiqəsini, təqaüd kartını, həmçinin 3.000 manat vermişdir. Söhbət zamanı Ruxsarə ona bildirmişdir ki, əgər tanışlarından istəyən olsa əlillik dərəcəsi düzəldə bilər. Qardaşı oğlu Piran xəstə olduğu üçün və digər qadaşı oğlu Rasim üçün əllilik dərəcəsi almaqdan ötrü Ruxsarəyə bu barədə demiş və əgər düzəldə bilərsə qardaşı oğlu Piran üçün əlillik dərəcəsi düzəltməsini xahiş etmişdir. Bu barədə Pirana dedikdə Piranla razılaşmış və özü üçün əlillik dərəcəsi düzətdirmək istədiyini deyib, xahiş etmişdir ki, Ruxsarənin işlədiyi yeri, mobil telefonunu ona versin. Buna görə də o, Pirana Ruxsarənin telefon nömrəsini vermişdir. Sonradan o, Pirandan eşidib bilmişdir ki, o Ruxsarənin yaşadığı evinə gedərək öz işinə görə 2.500 razılaşmışdır. Bundan başqa o, qardaşı oğlu Rasim üçün də əllilik dərəcəsi düzəltməkdən ötrü Ruxsarəyə 2018-ci ilin mart ayının 25-də saat 12:00 tadələrində Ruxsarənin işlədiyi poliklinikada xidməti otağında 2.000 manat pul vermişdir. Ruxsarəyə verdiyi 2.000 manat pul da ona məxsus olmuşdur. Rasimlə danışığımıza əsasən Rasim sonradan həmin pulu ona qayatarmalı idi, lakin Rasim əlillik dərəcəsi düzəlmədiyindən o, qardaşı oğlu Rasimdən Ruxsarəyə verdiyi 2.000 manatı almamışdır. Beləliklə də ona cəmi 5.000 manat maddi ziyan dəymişdir. Hazırda Ruxsarə ona dəymiş ziyandan cəmi 200 manat ödəniş etmişdir. Qalan ziyanı isə Ruxsarə ona qaytarmamışdır. O, Ruxsarəyə ağır cəza verilməsini istəmir, lakin ona dəymiş ziyanın ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 məhkəmə iclasında ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs4 onun doğma bibisidir. 2018-ci ilin mart ayının ortalarında bibisi Rahilə onun yaşadığı evə gələrək tanışı Ruxsarə adlı qadının ona 3.000 manat müqabilində təqaüd pulunu artırmaqda köməklik edəcəyini, lazım olarsa digər şəxslər üçün də 2.500 manat müqabilində əlillik dərəcəsi düzəltmək imkanı olduğunu bildirdiyini demişdir. O, özünə təqaüd düzəltdirmək istədiyini deyib bibisi Rahibdən Ruxsarənin işlədiyi yeri və mobil telefonunu öyrənmişdir. O, Ruxsarə ilə telefon vasitəsi ilə əlaqə saxladıqdan sonra Ruxsarənin dəvəti ilə onun işlədiyi Azərbaycan Xəzər Dənizçiliyi QSC X27 MDX Əhmədli poliklinikasına getmişdir. Ruxsarə ilə xidməti otağında oturub söhbət etmiş və Ruxsarə ondan əlillik dərəcəsi düzəltməkdən ötrü 2.500 manat istəmişdir. 2018-ci ilin mart ayının 17-də Ruxsarənin yaşadığı evə atası Vilayətlə birlikdə gedib Ruxsarəyə 2.000 manat, sonra isə 2018-ci ilin mart ayının 18-də tək Ruxsarənin kirayədə yaşadığı evdə 500 manat vermişdir. Lakin, Ruxsarə vermiş olduğu vədi əməl etməmiş və onun pulunu geri qaytarmamışdır. Həmin pullar öna məxsus idi. Hazırda Ruxsarə ona dəymiş ziyandan cəmi 200 manat ödəniş etmişdir. Qalan ziyanı isə Ruxsarə ona qaytarmamışdır. O, Ruxsarəyə ağır cəza verilməsini istəmir, lakin ona dəymiş ziyanın ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid2 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, əri Zərərçəkmiş şəxs3 eşidib bilmişdir ki, 2017-ci ilin may ayında işi ilə əlaqədar Azərbaycan Xəzər Dənizçiliyi QSC X30 MDX Əhmədli poliklinikasına gəldikdə söhbət əsnasında orada həkim işləyən Ruxsarə ona əgər istəsə onun üçün 2-ci qrup əlillik dərəcəsi düzəldə biləcəyini demişdir. Fərhad bu barədə ona dedikdə o, razılaşmışdır. Bundan sonra Fərhad özü tək Ruxsarənin işlədiyi poliklinikaya getmiş və sonradan Fərhad onun sənədlərini Ruxsarəyə təqdim etmişdir. Ruxsarə kabinetində sənədlərə baxaraq demişdir ki, bu sənədlərlə əsasən onun üçün 2 dərəcə əlillik dərəcəsini 3.700 manata düzəldə bilər. X31 dediyi ilə razılaşmışdır. Fərhad 3.700 manat pulu Ruxsarənin kabinetində 2017-ci ilin may və dekabr ayında vermişdir. Həmin ərəfədə Ruxsarənin xahişi ilə Fərhad Ruxsarəyə əlavə 300 manat borc qismində vermişdir. Bir müddət keçdikdən sonra Ruxsarə tərəfindən heç-bir sənədləşmə aparılmadığmı görüb pulunu Ruxsarədən geri tələb etsə də, Ruxsarə müxtəlif bəhanələr gətirib pulu verməkdən imtina etmişdir. Ruxsarə onun üçün heç bir sənəd düzəltməyib, sənəd verməyib, hal hazırda Ruxsarə əri Polada ümumilikdə 4.000 manat pulu qaytarmayıb. Ruxsarəyə verilmiş 4.000 manat pul Polada məxsus idi. Eşidib bildiyinə görə Təqsirləndirilən şəxs Fərhada konkret olaraq kimin vasitəsi ilə əlillik dərəcəsi düzəldəcəyini və hər hansı bir şəxsə pul verəcəyi barədə heç bir söz deməmişdir. Pulun Ruxsarəyə verilmə tarixini dəqiq olaraq əri Polad deyə bilər. O şəxsən Ruxsarə ilə üz üzə rast gəlməmiş, onunla heç-bir söhbətim olmamışdır. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid1 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, 2018-ci ilin mart ayının ortalarında bacısı Rahilə onun evində olarkən tanışı Ruxsarə adlı qadınla təqaüd pulunu artırmaq üçün 3.000 manata razılaşdığını, həmin pulun 3.000 manatını “Ruxsarəyə verdiyini, sonra təqaüdə görə 170 manat deyil, 300 manat pul alacağını demişdir. Həmçinin bacısı Rahilə Ruxsarənin başqa şəxslər üçün 2.500 manat pul müqabilində əlillik dərəcəsi düzəltmək imkanı olduğunu bildirdiyini demişdir. X20 üçün də əlillik dərəcəsi düzəltməsini Ruxsarədən xahiş etməsini bildirdiyi üçün Rahilə Piranin işlədiyi yeri və mobil telefonunu vermişdir. Piran Ruxsarə ilə telefon vasitəsi ilə əlaqə saxladıqdan sonra Ruxsarənin dəvəti ilə o, Piranla birlikdə Ruxsarənin işlədiyi Azərbaycan Xəzər Dənizçiliyi QSC X27 MDX Əhmədli poliklinikasına getmişdir. Ruxsarə ilə kabinetində oturub söhbət etdikdə Ruxsarə Pirandan əlillik dərəcəsi düzəltmək üçün 2.500 manat pul istəmişdir. Ruxsarənin deməsinə görə əlillik dərəcəsi düzəldikdən sonra Piran hər ay 200 manat pul almalı idi. Danışığa əsasən 2018-ci ilin mart ayının 17-də o, Piranla birlikdə Ruxsarənin yaşadığı Xətai rayonu ərazisində yerləşən dəqiq ünvanı bilmədiyi evə getmiş, evdə onun iştirakı ilə Piran Ruxsarəyə 2.000 manat, sonra isə 2018-ci ilin mart ayının 18-də tək Ruxsarənin kirayədə yaşadığı evə gedib Ruxsarəyə 500 manat vermişdir. Ruxsarə bu günə qədər vermiş oluğu vədini əməl etməmiş və Piranin pulunu qaytarmamışdır. Cinayət işinin 1-ci cildinin 127-ci vərəqəsində olan «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» X23 tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, CF03/02-955 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2016-cı il tarixli sərəncamına əsasən «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» X13 (ASCO) X18 tabeliyində hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi fəaliyyət göstərən X29 Hissəsinin də tərkibinə daxil olduğu X5 özəlləşdirilməsi nəzərdə tutulan qeyri profil müəssisə və obyektlərin siyahısına daxil edilmişdir. Azərbaycan Respublikası Əmək Məsələləri Dövlət Komitəsinin 2018-ci il 16 yanvar tarixli 12 nömrəli sərəncamına əsasən «X7» X8 yenidən təşkil edilmiş və təsisçi Azərbaycan Respublikasının adından Əmlak Məsələləri Dövlət Komitəsi olmaqla «X28» X24 çevrilmiş, həmin ASC 2018-ci il 22 may tarixində qeydiyyatdan keçmiş və bununla da «X5» X8 ASCO-nun strukturundan çıxarılmışdır. Təqsirləndirilən şəxs xx xxxxxx 2017-ci il tarixində “X5” X3 X29 Hissəsinə Bölmə həkimi terapevt vəzifəsinə işə qəbul edilmiş və “X5” X8 ASCO-nun strukturundan çıxarılanadək həmin vəzifədə işləməyə davam etmişdir. Cinayət işinin 1-ci cildinin 128-ci vərəqəsində olan «X28» X16 əmək müqaviləsinə xitam verilməsi haqqında xx xxxxxxx 2018-ci il tarixli, 25K nömrəli əmrindən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2018-ci il tarixdə X29 Hissəsinə Bölmə həkimi terapevt vəzifəsindən şəxsi ərizəsi əsasından vəzifəsindən azad edilmişdir. Cinayət işinin 1-ci cildinin 225-237-ci vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə Aitova Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 tərəfindən Təqsirləndirilən şəxs onlardan əlillik dərəcəsi düzəltmək üçün pul alınmasına dair təqdim etdikləri 02 ədəd CD disk maddi sübut qismində tanınmış və həmin 02 ədəd CD disklər cinayət işinə əlavə olunmuşdur. Cinayət işinin 1-ci cildinin 76-cı vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və X9 tərəfindən xx xxxxxx 2020-ci il tarixində tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 1-ci cildinin 77-ci vərəqəsində olan Bakı şəhəri Xətai RPİ-nin DYP şöbəsinin xx xxxxxx 2019-cu il tarixli, ********* nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs adına hər hansı bir nəqliyyat vasitəsi qeydə alınmamışdır. Cinayət işinin 1-ci cildinin 188-ci vərəqəsində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx xxxxxx 2019-cu il tarixli, **********60 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxslər X10, Aitova Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 ərizələrindən görünür ki, onlara dəymiş ziyandan Təqsirləndirilən şəxs hər birinə ayrı-ayrılıqda 200 manat məbləğində pul ödəmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs saxta sənəd hazırlayaraq, öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirib, təkrarən dələduzluq cinayətlərinin törətməsi, onun özünün ifadəsi, zərərçəkmiş şəxslərin, şahidlərin məhkəmə istintaqında və məhkəməyədək icraat dövründə verdikləri ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 320.1-ci maddələri ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərə dəymiş ziyandan qismən ödəniş etdiyini, zərərçəkmiş şəxslərlə barışmağa cəhd etdiyini, ailəli olduğunu, qadın olduğunu, yaşlı olduğunu, ilk dəfə məhkum olunduğunu cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3cü maddələri ilə təqsirli bilinməli və ona müəyyən müddətə həkim terapevt fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum olunmaqla, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona təyin edilmiş cəza qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işinin materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini xx xxxx 2014-cü il tarixində törətmişdir. Tarixə diqqət yetirdikdə məlum olur ki, 02 (iki) ildən artıq müddət keçdiyindən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.2-ci maddəsinə əsasən, müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.3-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. Məhkəmə baxışı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.3-ci maddəsinin təsiri altına düşmür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Həmin Məcəllənin 10.2-ci maddəsinə əsasən, ictimai təhlükəli əməlin (hərəkət və hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Həmin Məcəllənin 10.4-cü maddəsinə əsasən, əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. Azərbaycan Respubikası Cinayət Prosessual Məcəlləsinin 39.1 və 39.1.3-cü maddələrinin tələblərinə görə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Lakin cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən belə bir qərar qəbul edilməsinə razılıqla əlaqədar müraciət daxil olmamışdır. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə, Azərbaycan Respubikası Cinayət Prosessual Məcəlləsinin 44.2 və 44.2.1-ci maddələrinə əsasən cəza təyin etməməklə barəsində ittiham hökmü çıxarılması nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respubikası Cinayət Prosessual Məcəlləsinin 44.2 və 44.2.1-ci maddələrinin tələblərinə görə məhkəmə baxışı nəticəsində bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, bu Məcəllənin 39.1.3-cü maddəsinə əsasən nəzərdə tutulmuş halların olması, yəni cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi müəyyən edildikdə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş – iş üzrə Aitova Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 tərəfindən Təqsirləndirilən şəxs onlardan əlillik dərəcəsi düzəltmək üçün pul alınmasına dair təqdim etdikləri 02 (iki) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirli bilinsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən, X2 həmin maddə ilə cəza təyin edilməsin. X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirli bilinərək, 02 (iki) il müddətinə həkim terapevt fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum olunmaqla, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli X1 cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. X1 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. X1 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. X1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut hesab edilən və cinayət işinin materiallarına əlavə 02 (iki) ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №1(011)-96/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-96/2020
26.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver