Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-96/2021 16.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi qızının və cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1982-ci ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki Abşeron rayonu, Digah qəsəbəsi, A.Salahov küçəsi, döngə 15, ev 3-də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə, saat 13:30 dəqiqədə Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində yerləşən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X4 tipli Hospitalın girişinin qarşısında Təqsirləndirilən şəxs idarə etdiyi “London Taxi” markalı avtomobili dayanacaqda saxlayarkən həmin dayanacaqda nəzarətçi işləyən Zərərçəkmiş şəxs ona avtomobili saxlanılmasına iradını bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə, özünün şəxsiyyətini digər şəxslərin şəxsiyyətlərinin fövqünə qoyub, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirərək Zərərçəkmiş şəxs ünvanına nalayiq sözlər deyib təhqir edərək, ümumi davranış, əxlaq və mənəviyyat normalarına hörmətsizlik ifadə edib, əsaslı səbəb olmadan oradakı vətəndaşların gözləri qarşısında mübahisə etmiş, sonuncunun bədəninin müxtəlif yerlərindən yumruq və təpiklə bir neçə dəfə vurmaqla döyərək ona boyun nahiyəsindən sıyrığı ilə nəticələnən, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirərək xuliqanlıq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspert rəyi və işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 13:30 radələrində Bakı şəhəri Xətai rayonu ərazisindəki FHN-nin X4 tipli xəstəxanasının qarşısında idarə etdiyi «London Taksi» markalı **-LU-*** qeydiyyat nişanlı avtomobili saxlamaq istəyərkən orada nəzarətçi işləyən şəxs onunla kobud rəftar etmişdir. Bu vaxt o, əsəbiləşərək avtomobilin qapısını açmaq istəyərkən qapı həmin şəxsə dəymişdir. Daha sonra isə nəzarətçi işləyən şəxslə aralarında münaqişə yaranarkən o, həmin şəxsə tərəf ayağı ilə təpik zərbələri ataraq əli ilə onun boyun nahiyəsindən xəsarət yetirmişdir. Həmin vaxt orada ətrafa çox sayda tanımadığı şəxslər toplaşdığı üçün həmin şəxslər də, bütün olanları görüb ona yaxınlaşaraq sakitləşdirmiş və onu kənara çəkmişlər. Daha sonra zərərçəkmiş şəxslə barışmasını, əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs oğlu ifadəsində qeyd etmişdir ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 13:30 radələrində avtodayanacaq nəzarətçisi işlədiyi FHN-nin X4 tipli Hospitalının qarşısında olarkən tanımadığı dövlət qeydiyyat nişanı **-LU-*** olan “London taksi” markalı avtomobilin sürücüsü ilə aralarında avtomobili saxlamaq üstündə mübahisələri yaranmış, mübahisıə vaxtı “London taksi” sürücüsü sonuncuya təpik zərbəsi ataraq əli ilə onun boyun nahiyəsindən vuraraq döymüşdür. Zərərçəkmiş şəxs tanımadığı şəxs tərəfindən döyülməsi hadisəsinin təxminən 10 dəqiqə ərzində fasiləsiz şəkildə baş verdiyini, hadisə vaxtı Hospitalın qarşısında xeyli sayda adam olduğunu və onu həmin şəxsin əlindən çətinliklə aldıqlarını qeyd etmişdir Daha sonra o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını qeyd edərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 13:30 radələrində Xətai rayonu, Zığ yolu küçəsində yerləşən Modul tipli Hospitalın qarşısında olarkən, dövlət qeydiyyat nişanı **-LU-*** olan “London taksi” markalı avtomobilin tanımadığı və adını bilmədiyi sürücüsü həmin yerdə avtodayanacaqda işləyən Zərərçəkmiş şəxs ilə mübahisə edərək ətrafda olan çox saylı insanların gözləri qarşısında həmin şəxsin ünvanına ucadan nalayiq küçə söyüşləri ilə söyüb əli ilə boyun nahiyəsinə vuraraq xəsarət yetirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "MTE və PA" X5 Şəxsi canlı şəxsin ekspertizası üzrə xx.xx.2020-ci il tarixli 1243 saylı rəyindən görünür ki, Vət. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - boyun nahiyəsində sıyrıq küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hisəssində göstərilən xx.xx.2020ci il tarixdə və şəraitdə, yəni kənar şəxs tərəfindən yetirilə bilərdi və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcə təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2019-cu il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə 08 ay 14 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. xx.xx.2020-ci il tarixdə cəzanı çəkib qurtarmışdır. İş materiallarına əlavə edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı tələb və şikayəti yoxdur. İş materiallarında olan Digah qəsəbə İƏD üzrə Nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs qəsəbədə yaşadığı müddətdə onun haqqında nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsTəqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaş üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq cinayətini törətməsi özünün, zərərçəkmiş şəxsin və şahid ifadələri, ekspertiza rəyi, toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, onun əməli təhqiqat orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-in 221.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal aşkar edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və məhkəmə məsrəfləri yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsilə təqsirli bilinib 1000 (bir min) manat cərimə cəzasına məhkum olunsun. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və məhkəmə məsrəfləri yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-96/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-96/2021
16.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver