Məhkəmə qərarları › İş №1(011)-96/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-96/2022

17.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-96/2022 17.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclasının katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi –13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 21A, mənzil 205 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hal-hazırda Azərbaycan Respublikası ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi çəkisi 100,089 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurdulmuş marixuananı əldə edib, daşımaqla özünə məxsus “VAZ-2107” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamış, 15 oktyabr 2021-ci il tarixdə saat 15:00 radələrində Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov küçəsi 29/42 saylı binanın qarşısında saxlanılıb avtomobil ilə birlikdə ünvan 1 ünvanında yerləşən Xətai RPİ-nin 36-cı PB-nə gətirilərək üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli uzunqol gödəkcənin sağ yan cibindən 02 ədəd siqaret sellofanı bükümündə ayır-ayrılıqda təmiz çəkiləri 4,966 qram və 4,947 qram olmaqla, ümumi çəkisi 9,913 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüş, həmin tarixdə saat 17:55 radələrində onun könüllü razılığı əsasında “VAZ-2107” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin qabaq sol oturacağının altından 1 ədəd göy rəngli polietilen torbanın içərisində 3 ədəd sellofan torbalarda 1-ci sellofan torbada 5 ədəd siqaret sellofanı bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri - 4,925 qram; 4,871 qram; 5,147 qram; 4,882 qram; 5,027 qram ümumi çəkisi - 24,852 qram, 2-ci sellofan torbada 7 ədəd siqaret sellofanı bükümlərində, ayrı-ayrılıqda təmiz çəkiləri - 4,971 qram; 5,060 qram; 5,029 qram; 4,908 qram; 4,976 qram; 4,158 qram; 4,914 qram, ümumi çəkisi - 34,016 qram, 3-cü sellofan torbada 51 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,506 qram-0,702 qram, ümumi çəkisi - 31,308 qram olmaqla yəni ümumi təmiz çəkiləri - 90,176 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hərdən bir narkotik vasitələrdən istifadə etmiş, lakin daimi istifadəçisi olmamışdır. Təxminən 1 il bundan əvvəl şəxsi işləri ilə əlaqədar Balakən rayonuna getmişdir. Orada olan zaman bir nəfər hazırda adını xatırlamadığı şəxslə tanış olmuşdur. Həmin şəxs ona narkotik vasitələrdən istifadə etdiyini və əgər istəyirsə ona narkotik tərkibli bitki çətənənin toxumlarından verə biləcəyini bildirmişdir. O da həmin şəxsdən həmin bitki toxumlarını almış və fikirləşdir gizlin yerdə əkib böyüdər və sataraq pul qazanar.2021-ci ilin aprel ayında həmin toxumları Xətai rayonu ərazisində hazırda yerini dəqiq xatırlamadığı qəbirstanlıq ərazisinə aparıb orada dibçəklərdə əkmişdir. Hərdən gedib bitkilərə qulluq etmişdir. 2021-ci ilin sentyabr ayında o, gedib həmin bitkiləri yığmış, evdə qurudaraq, xırda və böyük sellofanlara bükmüşdür. Əkdiyi bitkiləri yığdıqdan sonra şübhə yaratmamaq üçün dibçəkləri qəbiristanlıqdan çıxarıb sındıraraq tullamışdır. Daha sonra o, həmin bükümləri və 1 ədəd elektron tərəzini göy rəngli sellofan torbaya qoyaraq özünə məxsus “VAZ-2107” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilimin qabaq sol oturacağının altına yerləşdirmiş və müştəri tapan zaman qoyduğu yerdən götürüb satmışdır. Həmin bükümlərdən üzərində də saxlamışdır ki, istəyən olsa tez sata bilsin. 15 oktyabr 2021-ci il tarixə saat 15:00 radələrində şəxsi işləri ilə əlaqədar idarə etdiyi avtomobillə Bakı şəhəri Xətai rayonu ərazisinə getmişdir. O, Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov küçəsi 29/42 saylı binanın qarşısında olan zaman 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu üzərinə şəxsi axtarış keçirilməsi üçün avtomobili ilə birlikdə Xətai RPİ-nin 36-cı PB-nə dəvət etmişlər. O da heç bir etiraz etmədən polislərlə birlikdə polis bölməsinə getmişdir. Polis bölməsində narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu və üzərimə şəxsi axtarış keçiriləcəyi ona bir daha bildirilmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyini bildirmişlər. O da gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb əynində olan qara rəngli uzunqol gödəkcənin sağ yan cibindən 2 ədəd sellofan bükümü, sol iç döş cibindən içərisində 115 manat pul, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi olan pul kisəsini, əynindəki boz rəngli şalvarının, sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu, sol yan cibindən isə özünə məxsus avtomobilin açarını təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi portmanatı ilə birlikdə 115 manat pulu, avtomobilinin açarı özünə qaytarılsa da “Samsung” markalı mobil telefonu, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və üzərində 5243-7544- 1052-6345 rəqəmləri əks olunmuş “Unibanka” aid plastik bank kartı ona izah edilməklə götürülmüşdür. Təqdim etdiyi sellofan bükümlərə baxış keçirilən zaman hər iki bükümün içərisində tünd yaşıl rəngli kəskin iyli, qurudulmuş halda narkotik vasitə marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin sellofan bükümlərin təxmini çəkilərinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilmişdir. Hər iki bükümün ümumilikdə çəkilərinin 10 qram olması müəyyən edilmişdir. Hər iki sellofan büküm 1 ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılıb götürülmüşdür. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, onun və iştirakçıların iştirakı ilə həmin maddə zərfə qoyulub möhürlənmiş və onlar imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər. Polis əməkdaşlarının sorğusu zamanı həmin narkotik vasitə qurudulmuş marixuananı satmaq üçün üzərində gəzdirdiyini və Xətai rayonu ərazisində qəbirstanlıqda əkərək qurutduğunu bildirmişdir. Həmçinin gizlətməyin heç bir mənası olmadığını başa düşüb maddənin qalan hissəsinin idarə etdiyi avtomobilimdə olduğunu söyləmişdir. Bundan sonra onun ərizəsi alınmış və razılığı əsasında bölmənin həyətində olan avtomobilinə onun, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə baxış keçirilməyə başlanmışdır. O, avtomobilin qabaq sol tərəfində yerləşən oturacağının altında gizlətdiyi 1 ədəd göy rəngli sellofan torbanı təqdim etmişdir. Həmin sellofan torbadan 1 ədəd elektron tərəzi 3 ədəd sellofan bağlama aşkar edilmişdir. Sellofan bağlamaların birinin içərisində 7 ədəd sellofan büküm, digərində 5 ədəd sellofan büküm və sonuncuda isə 51 ədəd kağız büküm olması müəyyən edilmişdir. Bükümlərin içərisinə baxan zaman tünd yaşıl rəngli qurudulmuş halda narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olması müəyyən edilmişdir. O, həmin bükümlərdə olan maddənin narkotik vasitə qurudulmuş marixuana olmasını, satış məqsədi ilə orada saxladığını, təxminən 1 il bundan əvvəl Balakən rayonunda tanımadığı şəxsdən çətənə bitkisinin toxumlarını aldığını, 2021-ci ilin aprel ayında Xətai rayonu ərazisində qəbirstanlıqda əkdiyini, sentyabr ayında isə yığaraq qurutduğunu bildirmişdir. Bundan sonra aşkar olunmuş kütlələr elektron tərəzidə çəkilmiş və 5 ədəd sellofan büküm olan sellofan bağlamanın 29 qram olması, 7 ədəd sellofan büküm olan sellofan bağlamanın 38 qram olması, 51 ədəd kağız büküm olan sellofan bağlamanın isə 52 qram olması müəyyən edilmişdir. Bundan sonra avtomobilə baxış keçirilsə də başqa bir şey aşkar olunmamışdır. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, onun və iştirakçıların iştirakı ilə həmin maddə zərfə qoyulub möhürlənmiş və onlar imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər. Həmçinin Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, təxminən 1 il bundan əvvəl Balakən rayonunda hazırda adını xatırlamadığı şəxsdən narkotik tərkibli bitki çətənənin toxumlarından almış və 2021-ci ilin aprel ayında həmin toxumları Xətai rayonu ərazisində hazırda yerini dəqiq xatırlamadığı qəbiristanlıq ərazisinə aparıb orada əkmişdir. 2021-ci ilin sentyabr ayında gedib həmin bitkiləri yığıb evə aparıb qurutmuş, xırda və böyük sellofanlara bükərək üzərində və avtomobilində saxlamışdır. O, həmin narkotik vasitə qurudulmuş marixuanaların satışı ilə məşğul olmuşdur. Polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman, ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilməmişdir. O, narkotik vasitə satan zaman bəzən həmin narkotik vasitəni alan müştərilərə pulları özünə məxsus 5243-7544-1052- 6345 rəqəmləri əks olunmuş Unibanka aid plastik bank kartına köçürmələrini demişdir. Bakı ərazisində bir neçə nəfərə təsadüfən satdıqdan sonra onun nömrəsini müştərilər özləri tapıb əlaqə saxlamışdır. O, həmin şəxslərin nömrələrini və adlarını mobil telefonuma yazmamışdır. Narkotik vasitəni isə bəzən əlbəəl satmış, adətən isə pul karta köçdükdən sonra müəyyən bir yerə qoyub gəlib götürmələrini demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 15 oktyabr 2021-ci il tarixdə onun tərəfindən xx.xx.1986-cı ildə ünvan 3 ünvanında qeydiyyatda olan və ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhəri, Xətai rayonu ərazisində küllü miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat əldə edilmişdir. Bununla əlaqədar daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə onun tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Buna görə də, ondan və Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra o və Elşad birlikdə məlumat əsasında 15 oktyabr 2021-ci il tarixdə saat 15 radələrində ünvan 6 ünvanın yaxınlığında getmişlər. Həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs əlamətləri ilə üstüstə düşən bir nəfər şəxsin orada olmasını, “VAZ-2107” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında dayanmasını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etdik və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs də, özünü xx.xx.1986-cı ildə ünvan 3 ünvanında qeydiyyatda olan və ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Mübarizə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib sonuncunu saxlamışlar. Təqsirləndirilən şəxs Xətai RPİ-nin 36-cı PB-nə dəvət etmişlər, Mübariz də buna etiraz etmədikdən sonra sonuncunu “VAZ-2107” markalı, **- VE-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə 36-cı PB-nə apararaq barəsində araşdırma aparılması üçün Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı Vüsal Həsənquliyevə təhvil vermişlər. Vüsal Həsənquliyev də Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Mübarizə üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Mübariz də əynində olan qara rəngli uzun qol gödəkcəsinin sağ yan cibindən 2 ədəd sellofan bükümü, sol iç döş cibindən içərisində 115 manat pul, özünə məxsus şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi olan portmanatı, əynindəki boz rəngli şalvarının sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu, sol yan cibindən isə özünə məxsus avtomobilinin açarını təqdim edərək masanın üzərinə qoyaraq, həmin 02 ədəd bükümün içərisində narkotik vasitə marixuana olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı sonuncunun üzərindən başqa heç bir əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümlərə baxış keçirilən zaman hər iki bükümün içərisində tünd yaşıl rəngli, qurudulmuş halda narkotik vasitə marixuanaya bənzər kütlə aşkar olunmuş və həmin bükümlərin elektron tərəzi ilə çəkilən zaman qablaşdırma ilə birlikdə ümumilikdə çəkisinin 10 qram olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümlərdə olan maddələrin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin maddələri satış məqsədilə üzərində saxladığını, özünün əvvəllər narkotik vasitə istifadəçisi olduğunu, 2021-ci ilin aprel ayında Xətai rayonu ərazisində yerləşən qəbiristanlıqda narkotik maddələri əkib-becərməklə sentyabr ayında əldə etdiyini, 1 il öncə həmin yerdə narkotik maddə qurudulmuş marixuana əkməklə satışını həyata keçirdiyini, idarə etdiyi **-VE-*** dövlət qeydiyyat nişanlı, VAZ-2107 markalı avtomobilində də narkotik maddə saxladığını və həmin maddələri də təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Mübarizin üzərindən aşkar olunmuş kütlə zərfə qoyaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Mübariz tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-2107” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi üçün sonuncudan ərizə alınmışdır. Sonra onun, Şahid2, şübhəli şəxs kimi saxlanılan Təqsirləndirilən şəxs və müdafiəçi Ərəstun İskəndərovun iştirakı ilə “VAZ-2107” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin qabaq sol tərəfdə yerləşən qapısını açaraq, oturacağın altında saxladığı 01 ədəd sellofan torbanı təqdim edərək narkotik tərkibli maddələri həmin sellofan torbada saxladığını bildirmişdir. Həmin sellofan torbaya baxış keçirilən zaman içərisində 3 ədəd sellofan bağlama və 1 ədəd elektron tərəzi aşkar olunmuşdur. Sellofan bağlamalardan içərisində baxış keçirilən zaman birinin içərisində 7 ədəd sellofan büküm, digərində 5 ədəd sellofan büküm və sonuncuda isə 51 ədəd kağız büküm olması, həmin sellofan və kağız bükümlərə baxış keçirilən zaman içərilərində tünd yaşıl rəngli qurudulmuş halda narkotik vasitə marixuanaya bənzər kütlə olması aşkar edilmişdir. Həmin maddələrin çəkilərinin müəyyən edilməsi məqsədilə elektron tərəzi ilə çəkilən zaman içərisində 5 ədəd sellofan büküm olan sellofan bağlamanın çəkisinin 29 qram, içərisində 7 ədəd sellofan büküm olan bağlamanın çəkisinin 38 qram, içərisində 51 ədəd kağız büküm olan sellofan torbanın çəkisinin 52 qram olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin sellofan və kağız bükümlərdə olan maddələrin qurudulmuş marixuana olduğunu, həmin maddələri satış məqsədilə əkdiyini, toxumlarını təxminən 1 il bundan öncə Balakən rayonunda tanımadığı şəxsdən əldə etdiyini və 1 il bundan öncə də narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirmişdir. Bundan sonra avtomobilin arxa yük hissəsinə qabaq sağ tərəfdə və sürət qutusunun arxasında yerləşən saxlanc yerinə baxış keçirilsə də, oradan iş üzrə əhəmiyyəti kəsb edəcək heç bir əşya və ya predmetin aşkar edilməmişdir. Bundan sonra baxış iştirakçılarının iştirakı ilə Mübarizin idarə etdiyi avtomobildən aşkar olunmuş bitki mənşəli kütlələr zərfə qoyaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Mübariz tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə oxşar məzmunda ifadə verərək, həmin xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 16 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir (i.v. 1); şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 oktyabr 2021-ci il tarixdə, saat 15:00-da şübhəli şəxs qismində tutulmuşdur (i.v. 20); şəxsi axtarış və götürmə aparılması haqqında 15.10.2021-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli uzun qol gödəkcəsinin sağ yan cibindən 2 ədəd sellofan bükümü, sol iç döş cibindən içərisində 115 manat pul, özünə məxsus şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi olan portmanatı, əynindəki boz rəngli şalvarının sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu, sol yan cibindən isə özünə məxsus avtomobilinin açarını təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 115 manat pulu və avtomobilinin açarı özünə qaytarılsa da, özünə məxsus 1 ədəd “Samsung” markalı mobil telefon, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və üzərində 5243-7544-1052-6345 rəqəmləri əks olunmuş plastik bank kartı tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərə baxış keçirilən zaman hər iki bükümün içərisində tünd yaşıl rəngli kəskin iyli, qurudulmuş halda narkotik vasitə marixuanaya bənzər kütlə olduğu aşkar olunmuşdur. Aşkar edilmiş maddələr və bir ədəd elektron tərəzi içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 7 saylı möhürü ilə möhürlənərək götürülmüş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümlərdə olan maddələrin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin maddələri satış məqsədilə üzərində saxladığını, özünün əvvəllər narkotik vasitə istifadəçisi olduğunu, 2021ci ilin aprel ayında Xətai rayonu ərazisində yerləşən qəbiristanlıqda narkotik maddələri əkibbecərməklə sentyabr ayında əldə etdiyini, 1 il öncə həmin yerdə narkotik maddə qurudulmuş marixuana əkməklə satışını həyata keçirdiyini, idarə etdiyi **-VE-*** dövlət qeydiyyat nişanlı, VAZ-2107 markalı avtomobilində də narkotik maddə saxladığını və həmin maddələri də təqdim edə biləcəyini bildirmişdir (i.v. 29-31); baxış keçirilməsi və götürmə aparılması haqqında 15.10.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus **-VE-*** dövlət qeydiyyat nişanlı, VAZ-2107 markalı nəqliyyat vasitəsinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin qabaq sol tərəfdə yerləşən qapısını açaraq, oturacağın altında saxladığı 01 ədəd sellofan torbanı təqdim edərək narkotik tərkibli maddələri həmin sellofan torbada saxladığını bildirmişdir. Həmin sellofan torbaya baxış keçirilən zaman içərisində 3 ədəd sellofan bağlama və 1 ədəd elektron tərəzi aşkar olunmuşdur. Sellofan bağlamalardan içərisində baxış keçirilən zaman birinin içərisində 7 ədəd sellofan büküm, digərində 5 ədəd sellofan büküm və sonuncuda isə 51 ədəd kağız büküm olması, həmin sellofan və kağız bükümlərə baxış keçirilən zaman içərilərində tünd yaşıl rəngli qurudulmuş halda narkotik vasitə marixuanaya bənzər kütlə olması aşkar edilmişdir. Həmin maddələrin çəkilərinin müəyyən edilməsi məqsədilə elektron tərəzi ilə çəkilən zaman içərisində 5 ədəd sellofan büküm olan sellofan bağlamanın çəkisinin 29 qram, içərisində 7 ədəd sellofan büküm olan bağlamanın çəkisinin 38 qram, içərisində 51 ədəd kağız büküm olan sellofan torbanın çəkisinin 52 qram olması müəyyən edilmişdir (i.v. 34-35); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 16 oktyabr 2021-ci il tarixli 7/1056 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 ədəd sellofan bükümdə narkotik vasitə” yazılar və imzalar olan zərfdə 2 ədəd siqaret sellofanı bükümündə ayır-ayrılıqda təmiz çəkiləri 4,966 qram; 4,947 qram olmaqla, ümumi çəkisi 9,913 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanalardır. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs məxsus avtomobildən aşkar edilmiş narkotik vasitə” yazılar və imzalar olan üzəri skoçla bağlanmış polietilen bağlamada 3 ədəd sellofan torbalarda: 1-ci sellofan torbada 51 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,506 qram-0,702 qram, ümumi çəkisi - 31,308 qram, 2-ci sellofan torbada 5 ədəd siqaret sellofanı bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri - 4,925 qram; 4,871 qram; 5,147 qram; 4,882 qram; 5,027 qram ümumi çəkisi - 24,852 qram, 3-cü sellofan torbada 7 ədəd siqaret sellofanı bükümlərində, ayrı-ayrılıqda təmiz çəkiləri - 4,971 qram; 5,060 qram; 5,029 qram; 4,908 qram; 4,976 qram; 4,158 qram; 4,914 qram, ümumi çəkisi - 34,016 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanalardır. Həmin marixuanaların ümumi çəkisi 90,176 qramdır. Təqsirləndirilən şəxs üzərindən və ona məxsus avtomobildən götürülmüş marixuanalar tərkiblərinə görə eynidir. Təqdim olunmuş marixuanaların ümumi çəkisi – 100,089 qramdır. Tədqiqata təqdim edilmiş 1 ədəd elektron tərəzi üzərində bitki mənşəli narkotik vasitə hissəcikləri yoxdur (i.v. 46-48); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 17.10.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (i.v. 67-69); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17.10.2021-ci il tarixli 4(011)-453/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 15.10.2021-ci il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (i.v. 91-96); ifadənin yerində yoxlanılması haqqında 17.10.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları bir daha yerində təsdiq etmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v. 98-101); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 02.11.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Aslanov X1 Rayon Məhkəməsinin 28.06.2012-ci il tarixli hökmünə əsasən CM-nin 29, 317.1.1-ci maddəsi ilə təqsirli bilinərək 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 11.10.2012-ci ildə cəzasının sonu ilə azad olunmuşdur; Abşeron Rayon Məhkəməsinin 30.06.2021-ci il tarixli qərarına əsasən CM-nin 128-ci maddəsi ilə başlanmış cinayət işinin icraatına CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilmişdir (i.v. 121-123); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 X3 X4 Komissiyasının 13 dekabr 2021-ci il tarixli 5061 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (i.v. 163-164); CD diskə baxış keçirilməsi haqqında 07 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs adına olan 5243-7544-1052-6345 nömrəli "xxxx" ASC-yə aid bank hesabına “Emanat” və “Milliön” terminalları vasitəsilə müxtəlif tarixlərdə və məbləğlərdə mədaxil edilməsi aşkar olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bank hesabına göndərilmiş pulların onlayn alış-veriş etmək məqsədi ilə özünün köçürdüyü pullar olduğunu bildirmişdir (i.v. 171-174); sübutların qiymətləndirilməsi haqqında 07 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, 16.10.2021-ci il tarixli, 7/1056 saylı və 13.12.2021-ci il tarixli, 5061 saylı rəylər sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs barəsində CMnin 237.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs aşkar edilmiş 65 ədəd bükümdə ilkin təmiz çəkisi 100,089 qram olan tədqiqatdan sonra qalıq qalmış 98,789 qram narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş, 2 ədəd DVD və 1 ədəd CD formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işinin materiallarına əlavə edilmişdir (i.v.175-189). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11.01.2022-ci il tarixli 4(011)-9/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs seçilmiş həbs qətimkan tədbirinin müddəti 15 gün olmaqla, 30 yanvar 2022-ci il tarixədək uzadılmışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş 1-ci DVD diskdə olan videogörüntüdən görünür ki, həmin videogörüntü 15.10.2021-ci ildə çəkilmişdir, Təqsirləndirilən şəxs əynində olan qara rəngli uzun qol gödəkcəsinin sağ yan cibindən 2 ədəd sellofan bükümü, sol iç döş cibindən içərisində 115 manat pul, özünə məxsus şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi olan portmanatı, əynindəki boz rəngli şalvarının sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu, sol yan cibindən isə özünə məxsus avtomobilinin açarını təqdim edərək masanın üzərinə qoyur. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 115 manat pul və avtomobilinin açarı özünə qaytarılır, özünə məxsus 1 ədəd “Samsung” markalı mobil telefon, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və üzərində 5243-7544-1052-6345 rəqəmləri əks olunmuş plastik bank kartı əməkdaşlar tərəfindən götürülür. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərə baxış keçirilən zaman hər iki bükümün içərisində tünd yaşıl rəngli kəskin iyli, qurudulmuş halda narkotik vasitə marixuanaya bənzər kütlə olduğu aşkar olunur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümlərdə olan maddələrin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin maddələri satış məqsədilə üzərində saxladığını, özünün əvvəllər narkotik vasitə istifadəçisi olduğunu, 2021-ci ilin aprel ayında Xətai rayonu ərazisində yerləşən qəbiristanlıqda narkotik maddələri əkib-becərməklə sentyabr ayında əldə etdiyini, 1 il öncə həmin yerdə narkotik maddə qurudulmuş marixuana əkməklə satışını həyata keçirdiyini, idarə etdiyi **-VE-*** dövlət qeydiyyat nişanlı, VAZ-2107 markalı avtomobilində də narkotik maddə saxladığını və həmin maddələri də təqdim edə biləcəyini bildirir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş 2-ci DVD diskdə olan videogörüntüdən görünür ki, həmin videogörüntü 15.10.2021-ci ildə çəkilmişdir, Təqsirləndirilən şəxs məxsus **-VE-*** dövlət qeydiyyat nişanlı, VAZ-2107 markalı nəqliyyat vasitəsinə baxış keçirilir, baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin qabaq sol tərəfdə yerləşən qapısını açaraq, oturacağın altında saxladığı 01 ədəd sellofan torbanı təqdim edərək narkotik tərkibli maddələri həmin sellofan torbada saxladığını bildirir. Həmin sellofan torbaya baxış keçirilən zaman içərisində 3 ədəd sellofan bağlama və 1 ədəd elektron tərəzi aşkar olunur. Sellofan bağlamalardan içərisində baxış keçirilən zaman birinin içərisində 7 ədəd sellofan büküm, digərində 5 ədəd sellofan büküm və sonuncuda isə 51 ədəd kağız büküm olması, həmin sellofan və kağız bükümlərə baxış keçirilən zaman içərilərində tünd yaşıl rəngli qurudulmuş halda narkotik vasitə marixuanaya bənzər kütlə olması aşkar edilir. Həmin maddələrin çəkilərinin müəyyən edilməsi məqsədilə elektron tərəzi ilə çəkilən zaman içərisində 5 ədəd sellofan büküm olan sellofan bağlamanın çəkisinin 29 qram, içərisində 7 ədəd sellofan büküm olan bağlamanın çəkisinin 38 qram, içərisində 51 ədəd kağız büküm olan sellofan torbanın çəkisinin 52 qram olması müəyyən edilir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, material üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxs və şahid ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 83.3.2-1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində olan Qaradağ Rayon Məhkəməsinin 28.06.2012-ci il tarixli hökmü üzrə olan məhkumluğu CM-nin 83.3.2-1-ci maddəsinə əsasən ödənildiyindən, hazırkı cinayət işi üzrə cinayətin residivi kimi nəzərə alına bilməz. Belə ki, CM-nin 83.3.2-1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən olunmaması), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), 02 ədəd DVD və 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, 66,46 (altmış altı manat qırx altı qəpik) manat məbləğində ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 15 oktyabr 2021-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut - Xətai rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 65 ədəd bükülüdə təmiz çəkisi 100,089 qram, ekspertiza tədqiqatından sonra qalıq qalmış 98,789 qram narkotik vasitə olan qurudulmuş marixuana və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 02 ədəd DVD və 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 66,46 (altmış altı manat qırx altı qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar