Məhkəmə qərarları › İş №1(011)-96/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-96/2023

27.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-96/2023 27.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakm Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşaev Orxan Zakir oğlunun katibliyi, Tərcməçi- X2, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1, qanuni nümayəndəsi X3, onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.2005-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq bağ massivi, ev 102-də qeydiyyatda olan və ünvan 3-da yaşayan barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə, xx.xx.2004-cü ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 15B, mənzil 124-də qeydiyyatda olan və ünvan 4-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 25 aprel 2022-ci il tarixdə saat 05 radələrində ünvan 2arşısındakı həyətyanı sahədə Zərərçəkmiş şəxs tərəfindən saxlanılmış və ona məxsus 1200 manat dəyərində mühərrik həcmi 49 sm3 olan 01 ədəd 2021-ci il istehsallı «Minsk» markalı D4 50 modelli qara rəngli mopedi birlikdə köməkləşib hərəkət etdirmiş və saxlanıldığı yerdən sürüb uzaqlaşdıraraq əl keçirməklə gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxsǝ 1200 (min iki yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 25 aprel 2022-ci il tarixdə saat 05 radələrində ünvan 2arşısındakı həyətyanı sahədə Zərərçəkmiş şəxs tərəfindən saxlanılmış və ona məxsus 1200 manat dəyərində mühərrik həcmi 49sm3 olan 01 ədəd 2021-ci il istehsallı «Minsk» markalı D4 50 modelli qara rəngli mopedi birlikdə köməkləşib hərəkət etdirmiş və saxlanıldığı yerdən sürüb uzaqlaşdıraraq ələ keçirməklə gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs 1200 (min iki yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxslərin özlərinin qismən etgirafedicui ifadələri ilə yanaşı təhqiqat zamanı izahatları, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü qismən təqsirli bilərək qanuni nümayəndənin iştirakı ilə vermiş olduğu ifadəsində göstərmişdir ki, onun və Sadiqin motosikletə marağı vardır. Lakin, motosiklet almağa maddi imkanları olmadığı üçün bu əməli törətmişlər. Mopedi sürmək niyyəti ilə götürmüş, sürdükdən sonra qaytaracaqdılar. Mopedin açar yeri xarab olduğundan təmir etmək məqsədi ilə ustaya aparmışlar.Əməlindən peşmandır. Bir daha belə hallara yol verməyəcək. Qeyd edilənlərin nəzərə alınaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu ifadə ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona CM-nin 177.2.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, 22 aprel 2022-ci il tarixdə Sadiqlə birlikdə Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsindən keçən zaman orada yerləşən yaşayış binalarından birinin qarşısında qara rəngli mopedin dayanmasını görmüşdürlər. Motosiklet va moped sürməyə həvəsli olduğundan həmişə şəxsi motosiklet və mopedinin olmasını arzu etmişdir. Aralarında olan danışıq əsnasında həmçinin Sadiqin də onun kimi arzusu olduğunu müəyyən etmişdir. Buna görə də aralarında həmin mopedi oğurlayıb sürmək qərarına golmişdirlər. 25 aprel 2022-ci il tarixdə saat 05 radələrində Sadiqlə birlikdə X.Məmmədov küçəsində həmin mopedin olduğu ünvanın yaxınlığından keçərkən bir neçə gün əvvəl gördükləri mopedin yaşayış binasının blokunun qarşısında hayatyamı sahədə olduğunu görmüşdürlər. Bundan sonra Sadiqlə qərarlaşdırıb həmin mopedi oğurlamaq qərarına gəlmişdirlər. Onlar bir qədər ətrafa göz gəzdirib ətrafda heç kimin olmadığını yəqin etdikdən sonra birlikdə mopedə yaxınlaşmışdırlar. Moped qara rəngli, qabaq faranın alt hissəsində "Minsk" sözləri yazılmış moped olmuşdur. Mopedin sükanı kilidlənmiş vəziyyətdə olduğundan mühərrikini hərəkətə gətirmək mümkün olmamışdır. Lakin Sadiqlə birlikdə mopedi saxlanıldığı yerdən çıxarıb sürə- sürə oradan uzaqlaşmışdırlar. Yolda hərəkətdə olarkən yenə də bir neçə dəfə cəhd etsələr də mopedin mühərrikini işlək vəziyyətə gətirə bilməmişdirlər. Buna görə də mopedi yaxınlıqda olan bir ərazidə müvəqqəti gizlətmək qərarına gəlmişdirlər. Birlikdə mopedi gətirib Bakı şəhəri, Xətai rayonu, H.Aslanov metrostansiyasının yaxınlığındakı "Kvadratlar" adlanan binaların arxasında fərdi bağların yerləşdiyi yerə apararaq orada dalan yerdə gizlətmişdirlər. Sonra ayrılıb oradan uzaqlaşaraq yaşadıqları ünvanlara getmişdirlər. Səhər, yani 25 aprel 2022-ci il tarixdə saat 12 radələrində Sadiqlə birlikdə Bakı şəhəri. Xətai rayonu ərazisində yerləşən "Həzi Aslanov" metrostansiyasının qarşısında onunla görüşmüşdür. Bundan sonra oradan birlikdə mopedi gizlətdikləri yerə gedərək oradan götürüb Bakı şəhəri, Nizami rayon ərazisində yerləşən "Neftçilər" metrostansiyasının yaxınlığında olan moped tamiri yerinə getmişdirlər. Mopedi satıb pul aldə etməyi düşündüklərindən onun mühərrikini işlək vəziyyətə gətirmək lazım olmuş va bu baxımdan mopedi orada işləyən moped tamiri ilə məşğul olan əvvəllər tanımadığı şəxsə təqdim edərək mopedin açarlarını itirdikləri üçün işə sala bilmədiklarini bildirib təmir etmasini xahiş etmişdirlər. Onlar mopedi hamin şexsa verib tamir etməsini sonra gəlib götürəcəklərini bildirmişdirlər. Bundan sonra o oradan yaşadığı ünvana qayıtmışdır. Evdə olarkən polis əməkdaşlarının yaşadığı ünvana gələrək onu axtardıqlarını öyrənmişdir. Artıq polis əməkdaşlarının mopedi oğurladıqlarından məlumatlı olmalarını yəqin edib hadisə barədə əmisi Raufa məlumat vermiş və hadisəni səmimi olaraq etiraf etmişdir. Daha sonra əmisi ilə birlikdə mopedi tamir etmək üçün verdikləri yerə getmiş və ustadan mopedi götürüb oradan Xətai RPİ-nin 36-c1 PB-ya gedərək mopedi polis əməkdaşlanna taqdim etmişdir. Mopedi oğurlayanda ətrafda hər hansı bir şəxs olmamış, o vo Sadiqi kənardan heç kim görməmiş, arxalarınca da səslənən olmamışdır. (i.v.92-95, 125-127); Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun və Qulaməlinin motosikletə marağı vardır. Lakin, motosiklet almağa maddi imkanları olmadığı üçün mopedi birlikdə götürmək qərarına gəlmişlər. Mopedi sürmək niyyəti ilə götürmüş, sürdükdən sonra qaytaracaqdılar. Mopedin açar yeri xarab olduğundan təmir etmək məqsədi ilə ustaya aparmışlar. Ustaya mopedin onlara məxsus olduğunu və xarab olduğu üçün sürə bilmədiklərini bildirmişlər. Əməlindən peşmandır. Bir daha belə hallara yol verməyəcək. Qeyd edilənlərin nəzərə alınaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu ifadə ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında zidddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona CM-nin 177.2.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin aprel ayının əvvəllərində təxminən 2-3 il olar ki, tanıdığı Qulamla birlikdə bir neçə dəfə Bakı sahari, Xətai rayonu, X.Məmmədov küçəsindən keçən zaman binanın qarşısında qara rəngli mopedin dayanmasını Motosiklet vo moped sürməyə həvəsli olduğundan həmişə şəxsi motosiklet və mopedinin olmasını arzu etmişdir. Aralarında olan danışıq əsnasında həmçinin Qulamın da onun kimi arzusu olmasını müayyan etmişdir. Buna görə də aralarında həmin mopedi oğurlayıb sürmək gararına gəlmişdirlər. 25 aprel 2022-ci il tarixdə saat 05 radələrində Qulamla birlikdə XMammadov küçəsində həmin mopedin olduğu ünvanın yaxınlığından keçərkən bir go gün avval gördükləri mopedin yaşayış binasının blokunun qarşısında həyətyanı da olduğunu görmüşdürlər. Bundan sonra Qulamla qərarlaşdırıb həmin mopedi oğurlamaq qərarına gəlmişdirlər. Ətrafa göz gəzdirib ətrafda heç kimin olmadığını yeqin etdikdən sonra birlikdə mopedə yaxınlaşmışdırlar. Moped qara rəngli, qabaq faranın alt hissəsində «Minsk» sözləri yazılmış moped imiş. Mopedin sükanı kilidlənmiş vəziyyətdə olduğundan mühərrikini hərəkətə gətirmək mümkün olmamışdır. Lakin Qulamla birlikdə mopedi saxlanıldığı yerdən çıxarıb sürə-sürə oradan uzaqlaşmışdırlar. Yolda hərəkətdə olarkən yenə də bir neçə dəfə cəhd etsələr də mopedin mühərrikini işlək vəziyyətə gətirə bilməmişdirlər. Buna görə də mopedi yaxınlıqda olan bir ərazidə müvəqqəti gizlətmək qərarına gəlmişdirlər. Mopedi birlikdə gətirib Bakı şəhəri, Xətai rayonu, H.Aslanov metrostansiyasının yaxınlığındakı "Kvadratlar" adlanan binaların arxasında fərdi bağların yerləşdiyi yerə apararaq orada dalan yerdə gizlətmişdirlər. Sonra isə oradan uzaqlaşıb ayrılaraq yaşadıqları ünvanlara getmişdirlər. Səhər, yəni 25 aprel 2022-ci il tarixdə saat 12 radələrində əvvəlcədən razılaşdıqları kimi Qulamla “Həzi Aslanov” metrostansiyasının qarşısında görüşmüşdürlər. Bundan sonra birlikdə mopedi oğurlayaraq gizlətdikləri yerə gedərək mopedi götürüb oradan Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən "Neftçilər" metrostansiyanın yaxınlığında olan moped təmiri yerinə getmişdirlər. Mopedi satıb pul əldə etməyi düşündüklərindən onun mühərrikini işlək vəziyyətə gətirmək lazım olmuş, bu baxımdan oğurladıqları mopedi orada işləyən moped təmiri ilə məşğul olan əvvəllər tanımadığı və görmədiyi şəxsə təqdim edərək mopedin açarlarını itirdikləri üçün işə sala bilmədiklərini bildirib təmir etməsini xahiş etmişdirlər. Onlar mopedi həmin şəxsə verib təmir etməsini sonra gəlib götürəcəklərini bildirmişdirlər. Bundan sonra oradan yaşadığı ünvana qayıtmışdır. 26 aprel 2022-ci il tarixdə isə qohumlarının yaşadığı Siyəzən rayonuna gedərək 2 gün orada qalmışdır. Həmin günlər ərzində mopedin vəziyyətindən isə xəbəri olmamışdır. 29 aprel 2022-ci il tarixdə isə Bakı şəhərinə qayıtmışdır. Həmin günü polis əməkdaşları onunla telefon əlaqəsi saxlayaraq 25 aprel 2022-ci il tarixdə gecə saatlarında X.Məmmədov küçəsində yerləşən həyətyanı sahədə saxlanılan mopedi oğurlamaqda şübhəli olduğunu bildirmişdirlər. Bundan sonra könüllü olaraq Xətai RPİ-nin 36-cı PB-yə gedib Qulamla birlikdə törətdikləri oğurluq əməlini səmimi olaraq etiraf etmişdir. (i.v.96-98, 151-153); Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs tərcüməçinin iştirakı ilə vermiş olduğu ifadəsində göstərmişdir ki, "Azəri express" şirkətində kuryer kimi işləyir və işi ofisə verilmiş müxtəlif sənədləri lazımı ünvanlara çatdırmaqdan ibarətdir. Bu işlə məşğul olduğu üçün özünə nəqliyyat vasitəsi kimi 23 aprel 20221-ci tarixdə "xxxx" MMC-dən nisyə-alqı satqı müqaviləsi əsasında yeni vəziyyətdə ilkin alıcı olaraq «Minsk» markalı moped almışdır. Həmin tarixdən etibarən mopedi idarə etməyə başlamışdır. Mopedin mühərrik həcmi 50 m3-dən aşağı olduğu üçün mopedi idarə etmək üçün sürücülük vəsiqəsi və dövlət qeydiyyat nişanı tələb edilmir. O həmin mopedlə hər gün saat 08 radələrində yaşadığı evdən çıxaraq işə gedir və gecə saat 01-02 radələrində yaşadığı ünvana qayıdır. Mopedi yaşadığı ünvan 2arşısında binanın girişində olan həyətyanı sahədə binanın girişində olan müşahidə kamerasının görə biləcəyi bir yerdə saxlayır. 24 aprel 2022-ci il tarixdə rusların "Pasxa" bayramı ilə əlaqədar olaraq işə çıxmadığı üçün mopedi yaşadığı binanın qarşısındakı həyətyanı sahədə saxlamış və yaşadığı mənzildən binanın həyətinə baxan zaman mopedin yerində olduğunu görmüşdür. 25 aprel 2022-ci il tarixdə saat 04 radələrində siqaret çəkmək üçün yaşadığı mənzilin eyvanına çıxan zaman mopedin saxladığı yerdə olduğunu görmüşdür. Həmin gün saat 08 radələrində işə getmək məqsədi ilə yaşadığı mənzildən çıxıb binanın həyətinə düşən zaman mopedin saxladığı yerdə olmadığını görmüşdür. Bu zaman naməlum şəxs və ya şəxslərin gecə saatlarında ona məxsus "Minsk" markalı mopedi oğurlamalarını anlamışdır. Buna görə də dərhal DİN-in 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Bir qədər sonra Xətai RPİ-nin 36-cı PB-nin əməkdaşları hadisə yerinə gələrək sənədləşdirmə işləri aparmışdırlar. Həmin vaxt polis əməkdaşları ilə birlikdə yaşadığı binanın müşahidə kamerasına baxan zaman iki nəfər tanımadığı şəxsin binanın qarşısında saxladığı ona məxsus mopedi götürüb özləri ilə apardıqlarını müşahidə etmişdir. Bundan sonra baş vermiş hadisə barədə polis orqanına ərizə ilə müraciət edərək izahat vermişdir. Həmin mopedi kredit yolu ilə aldığından ona 2300 manat məbləğində xərc çəkmişdir. Mopedin aylıq kredit ödənişlərini 29 aprel 2022-ci il tarixdə tam olaraq ödəyib "xxxx" MMC ilə müqavilə öhdəliklərini tam olaraq yekuqnlaşdırmışdır. Buna görə də «Minsk» markalı moped "xxxx" MMC-nin mülkiyyətindən çıxaraq onun mülkiyyətinə keçmişdir. Ona məxsus moped qaytarıldığından təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur.. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 25 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır ( i.v. 1); hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus moped Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi 29 saylı binanın qarşısındakı həyətyanı sahədən oğurlanmışdır. Hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilməklə iş materiallarına əlavə edilmişdir ( i.v. 13- 14); yetkinlik yaşına çatmayan şahidə qanuni nümayəndənin təyin edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, yetkinlik yaşına çatmayan şahid Təqsirləndirilən şəxs2 anası X1 onun qanuni nümayəndəsi qismində təyin olunmuşdur.(i.v 39) yetkinlik yaşına çatmayan şahidə qanuni nümayəndənin təyin edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, yetkinlik yaşına çatmayan şahid Təqsirləndirilən şəxs1 anası X5 onun qanuni nümayəndəsi qismində təyin olunmuşdur.(i.v 51) xx.xx.2022-ci il tarixli könüllü təqdim etmə və götürmə barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 1 ədəd qara rəngli “Minsk D4” markalı mopedi könüllü surətdə təqdim etmişdir(i.v 56) xx.xx.2022-ci il tarixli maddi sübut əhəmiyyət kəsb edən əşyaya baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 könüllü təqdim etdiyi 1 ədəd qara rəngli mopedə baxş keçirilmiş, baxış keçirilən moped hissə və detalları qara rəngli olmaqla sağ yan tərəfində ağ və qırmızı rəngli boya ilə “Minsk”, bir qədər sağda aşağı hissədə “D4 50” sözləri yazılmışdır(i.v 60) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 22 iyul 2022-ci il tarixli, 9/3819 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş "Minsk" markalı mopedin hazırki vəziyyətdə xx.xx.2022-ci il tarixə olan orta bazar qiyməti 1200,00 manat müəyyən olunur(i.v 66-68) xx.xx.2022-ci il tarixli zərər çəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qimsində tanınmışdır(i.v 69) Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, hadisədən sonra mopedin bəzi detallarında nasazlıq yaranmış, lakin həmin nasazlıqla bağlı ona dəymiş ziyan oğurluq etmiş şəxslərin valideynləri tərəfindən ona tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbi yoxdur(i.v 85) xx.xx.2022-ci il tarixli maddi sübut kimi tanımaq haqqında qərardan görünür ki, hadisə yerinin yaxınlığında yerləşən müşahidə kamerasının qeydə aldığı videogörüntülərin əks olunduğu lǝdǝd CD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir.(i.v 87) xx.xx.2022-ci il tarixli maddi sübut kimi tanımaq haqqında qərardan görünür ki, cinayət hadisəsinin predmeti olan 1 ədəd "Minsk" markalı moped iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışd və məhkəmə baxışınadək sahibi olan Zərərçəkmiş şəxs saxlanılması nəzərə alınmışdır.(i.v 88) xx.xx.2022-ci il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 1 ədǝd CD diskdə təqdim olunmuş faylda 2 ədəd videogörüntü mövcuddur. Videogörüntülərdən biri 15 saniyə müddəti əhatə edir. Həmin videogörüntüdə 2 nəfər şəxsin fərdi yaşayış evlərinin arası ilə yanbayan hərəkət etmələri görünür. Digər videogörüntü isə 13 saniyə müddəti əhatə edir. Həmin videogörüntüdə bir qədər əvvəl fərdi yaşayış evlərinin arası ilə yanbayan hərəkət edən 2 nəfər şəxsin əks istiqamət üzrə hərəkət etmələri və onlardan birinin mopedi əli ilə sürərək hərəkət etdirməsi müşahidə olunur. Baxışda iştirak edən şahid Təqsirləndirilən şəxs2 videogörüntülərdə qeydə alınan əynində tünd rəngli qısa gödəkçə, tünd rəngli şalvar və qara rəngli papaq olan şəxsin özü olmasını, əynində papaqlı tünd rəngli uzun gödəkçə, ağ rəngli şalvar olmaqla mopedi əli ilə sürən şəxsin isə Qulam olmasını bildirmişdir. (i.v 99) xx.xx.2022-ci il tarixli yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsə qanuni nümayəndə təyin edilməsi haqqında qərardan görünür ki, iş üzrə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 anası X5 onun qanuni nümayəndəsi qismində təyin olunmuş və cinayət prosesində iştirakı təmin olunmuşdur. Cinayət prosesində X3 yetkinlik yaşına çatmayan şahidin qanuni nümayəndəsi qismində iştirakına xitam verilməsi qərara alınmışdır.(i.v 100-101) xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur.(i.v 115-116) xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir.(i.v 128-129) xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur.(i.v 141-142) xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.(i.v 154-155) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu barədə məlumat yoxdur ( i.v 158); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu barədə məlumat yoxdur ( i.v 159); Sübutların qiymətləndirilməsi haqqında 14 noyabr 2022-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxslər Əliyev Qulamǝli Ramiz oğlu va Təqsirləndirilən şəxs2 müvafiq olaraq 09 noyabr va 10 noyabr 2022-ci il tarixlərdə Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə elan olunmuş ittiham, barələrində seçilmiş müvafiq olaraq "yetkinlik yaşına çatmayanı nəzarət altına vermə" və "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbirləri dəyişdirilmədən qüvvəsində saxlanılsın və sonuncular qeyd olunan maddə ilə məhkəmə məsuliyyətinə verilməsi, əməllərində Azərbaycan Respublikası CMnin 170. 177.2.3, 180 vs 187-ci maddələrinin tərkib əlamətləri olmadığından, Əliyev Qulamǝli Ramiz oğlu va Təqsirləndirilən şəxs2 barəsində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilməsi və Azərbaycan Respublikası Baş Prokurorunun 01 dekabr 2006-cı il tarixli 09/84 Neli "Cinayət təqibi zamanı "İnsan hüquqlarının və asas azadlıqlarının müdafiəsi haqqında" Konvensiyanın müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun prokurorluq orqanlarında nəzərə alınması haqqında" əmrinin 19-cu maddəsinin tələbinə əsasən bu barədə material ayrılıb rayon prokurorluğunun arxivində saxlanılması üçün göndərilməsi, bəzi istintaq sənədlərində zərər çəkmiş şəxsin ata adı fərqli şəkildə səhvən "Yuriyeviç" kimi göstərildiyindən, bütün istintaq sənədlərində onun ata adı "Yuryeviç" kimi oxunaraq qəbul edilməsi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlini ifşa edən özlərinin, zərər çəkmiş şəxsin hadisə yerinə baxış keçirilməsi, maddi sübut əhəmiyyəti kəsb edə biləcək əşyalara baxış keçirilməsi, könüllü təqdim etmə və götürmə aparılması, diskə baxış keçirilməsi haqqında protokollar, məhkəmə-əmtəəşünaslıq rəyi və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin ifşa edilməsi istiqamətində toplanmış digər materiallar ********* nömrəli cinayət işi üzrə sübut növü kimi qəbul edilməsi qərara alınmışdır. (i.v. 160-168); Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntü tədqiq edilmiş, videogörüntüdə 2 nəfər şəxsin fərdi yaşayış evlərinin arası ilə yanbayan hərəkət etmələri və onlardan birinin mopedi əli ilə sürərək hərəkət etdirməsi görülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 videogörüntülərdə qeydə alınan əynində tünd rəngli qısa gödəkçə, tünd rəngli şalvar və qara rəngli papaq olan şəxsin özü olmasını, Təqsirləndirilən şəxs1 əynində papaqlı tünd rəngli uzun gödəkçə, ağ rəngli şalvar olmaqla mopedi əli ilə sürən şəxsin isə Qulam olmasını bildirmişdir Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxslərin qanuni nümayəndələri və müdafiəçilərin iştirakı ilə vermiş olduğu ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 mopedi sürüb, sürdükdən sonra qaytarmaq məqsədi ilə ələ keçirdikləri ilə bağlı məhkəmədə verdikləri ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onlarınn bu ifadələri cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır və onların məhkməyədək icraat dövründə müdafiəçilərinin və qanuni nümayəndənin iştirakı ilə verdiyi ifadələri ilə təkzib olunur. Bundan əlavə, ibtidai araşdırma zamanı müdafiəçilərin iştirakı ilə təqsirləndirilən şəxslərin ifadələri alınmış, həmin ifadələrdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 özlərini tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş, həmin ifadələri təsir altında verməsi ilə bağlı ibtidai araşdırma zamanı hər hansı müraciəti olmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin, şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi əməl Cinayət Məcəlləsinin onlara elan edilmiş müvafiq maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. 86.1-ci madəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. 86.2-ci madəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. 177.2.1-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarında göstərilir ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin həmin Məcəllənin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşınaçatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir (11-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə, Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmadığını (CM 59.1.2), ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini(CM 59.2), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması (CM59.1.13) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cinayət törədərkən yetkinlik yaşına çatmadığını, (CM 59.1.2), ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini(CM59.2), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması (CM59.1.13) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut – 01 ədəd CD disk cinayət işi materillarında saxlanılmalı, iş üzrə digər maddi sübut “Minsk” markalı D4 50 modelli qara rəngli mopedin sahibinə qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulub dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 3 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 4 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 35 (otuz beş) saat üçün nəzərdə tutulan 210 (iki yüz on) manat pul, Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 35 (otuz beş) saat üçün nəzərdə tutulan 210 (iki yüz on) manat pul ödənilməlidir. İş üzrə xüsusi müsadirə ediləcək əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 4 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 3 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – 01 ədəd CD disk cinayət işi materillarında saxlanılsın, iş üzrə digər maddi sübut “Minsk” markalı D4 50 modelli qara rəngli mopedin sahibinə qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 35 (otuz beş) saat üçün nəzərdə tutulan 210 (iki yüz on) manat pul, Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 35 (otuz beş) saat üçün nəzərdə tutulan 210 (iki yüz on) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 13 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar