Məhkəmə qərarları › İş №1(011)-96/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-96/2025

12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-96/2025 12.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi- Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1999-cu ildə Bakı şəhərində anadan olmuş. Azərbaycan Respublikası vatandaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan, barəsində həbs qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən tərtib edilmiş ittiham aktına əsasən Təqsirləndirilən şəxs 14 iyun 2024-cü il tarixdə, saat 02 radələrində Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Rəşid Bağırov küçəsində yerləşən ictimai yer hesab olunan "Meduza" çay evində və daha sonra hamin çay evinin qarşısındakı küçədə cəmiyyətdə insanlar arasında təşəkkül tapmış və bərqərar olmuş qarşılıqlı davranış və birgəyaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozan, özü və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış, mənəviyyat normalarını tapdalayaraq, yəni cəmiyyətə qarşı açıqca hörmətsizlik edərək səs-küy yaratması ilə əlaqədar ətrafa toplaşmış xeyli sayda insanların gözləri qarşısında təxminən 10-15 dəqiqə müddət ərzində X1 ünvanına ucadan nalayiq ifadələr işlətmiş və istintaqa məlum olmayan silah qismində istifadə etdiyi kəsici-deşici alət olan bıçaqla sonuncunun döş qəfəsindən və sağ saidindən iki dəfə vurmaqla ona döş qəfəsi nahiyəsinin 01 ədəd və sağ saidin 01 ədəd deşilmiş-kəsilmiş yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti, eləcə də Zərərçəkmiş şəxs2 döş qəfəsindən, sağ bazu və sağ əl hissəsindən üç dəfə vurmaqla ona döş qəfəsi nahiyəsinin 01 ədəd, sağ bazunun 01 ədəd və sağ əlin 01 ədəd deşilmiş-kəsilmiş yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirməklə silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zər tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 221.3cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ailəsiylə birlikdə yaşadığını, fərdi əməklə məşğul olduğunu və subay olduğunu bildirmişdir. Hadisə ilə bağlı Təqsirləndirilən şəxs 14 iyun 2024-cü il tarixdə gecə təxminən 00:30 radələrində evdə olduğunu, birdən evlərinin yaxınlığında yerləşən "Meduza" çay evinə gedib pivə içmək istədiyini, bu minvalla evdən çıxdığını, adını qeyd etdiyi çay evinə getdiyini, daxil olduqda uşaqlıq dostu Zərərçəkmiş şəxs2 də orada olduğunu gördüyünü, həmin vaxt onun pivə içdiyini və özünün də həmin stola əyləşərək birlikdə pivə içməyə başladıqlarını bildirmişdir. Həmin vaxt ümumi zalda Pərviz, Said Vüqar və Rövşəni gördüyünü və onların heç biri ilə əvvəllər nə ədavətinin, na da Jüşmənçiliyinin olmadığını bildirmişdir. O, Zərərçəkmiş şəxs1 uşaqlıqdan tanıdığını, bir məhəllədə saşadıqlarını, atası ilə daha yaxın münasibətlərinin olduğunu, həmin gün çay evində Zərərçəkmiş şəxs1 olmasından məlumatsız olduğunu, həmin ünvanda təsadüfən rastlaşdığını bildirmişdir. Birdən onlar kabinetə keçərək damino oynamağa başlamış. Təqsirləndirilən şəxs adını bilmədiyi efisiantların birindən Pərvizi çağırmasını xahiş etmiş, Pərviz gəlməkdən imtina etdikdə onun yanına getmiş və kabinetdə ona "Niyə hörmətsizlik eləyirsən?" sualını vermişdir. Zərərçəkmiş şəxs1 isə cavabında ona "get işinlə məşğul ol" deyə bildirmiş, aralarında buna görə mübahisə yaranmış və Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs çay evindən bayıra dəvət etmişdir. Daha sonra onlar çay evindən bayıra çıxmış, bayıra çıxdıqdan sonra Səid, Rövşən, Vüqar, Məmməd və həmin gün çay evinə galmiş bir neçə tanımadığı şəxslər də onların arxasınca gəlmişlər. Təqsirləndirilən şəxs həmin an lından onu bıçaqlamağın keçdiyini, əynində olan şalvarın sağ yan cibindən bıçaq çıxardaraq onun üstünə doğru getdiyini, həmin vaxt uşaqlıq dostu olan Məmmədin onların aralarına girərək ayırmağa çalışdığını, həmin an Pərvizə 2 bıçaq zərbəsi vurduğunu, zərbələrdən birinin döş qəfəsi nahiyəsinə, digərinin isə sağ saidə dəydiyini, Pərvizə daha çox bıçaq zərbəsi vurmaq istəyən zaman həmin zərbələrdən üçünün təsadüfən onları ayırmağa çalışan dostu Məmmədə dəydiyini və həmin zərbələrə görə Zərərçəkmiş şəxs2 döş qəfəsi nahiyəsinin, sağ bazu hissəsinin və sağ əlinin yaralandığını bildirmişdir. Təqsirləndirilən şəxs niyyətinin Məmmədi deyil, Pərvizi bıçaqla vurmaq elduğunu bildirmişdir. Həmin vaxt hadisə yerində olan insanların sayı təxminən 10-15 nəfər olmuş. hadisənin onlardan başqa küçə ilə hərəkət edən insanlar və avtomobil idarə edən sürücülər tərəfindən də görülmüş, hadisə yerində çoxsaylı səs-küy və izdiham yaranmış və daha sonra hadisə yerində olan şəxslər onları ayırmışlar. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1, habelə hadisə yerində olmuş digər şəxsləri n hadisə baş verən gün ona heç bir xəsarət yetirmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs cinayəti törətdiyi bıçağı cibinə qoymuş, dostu Məmməd xəsarətlər aldığına görə onu xəstəxanaya aparmaq lazım olmuş və təxminən saat 03 radələrində tanışı Əlizaminin avtomobili ilə onu Sabunçu Rayon Xəstəxanasına aparmışdır. Xəstəxanada Məmmədə ilkin tibbi yardım göstərilmiş, əməliyyat olunmuş, yaralanmış nahiyələri tikilmiş və səhərə qədər xəstəxanada qalmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 xəstəxanaya aparan zaman yolda bıçağın təsadüfən cibindən düşdüyünü, itirdiyini və indi harada olması barədə heç bir məlumatının olmadığını bildirmişdir. Eyni anda bıçaqladığı Pərviz də xəsarətlər aldığına görə saat 04 radələrində dostları Səidlə Rövşən tərəfindən "X3"na aparılmış, xəstəxanada ona da ilkin tibbi yardım göstərilmiş, əməliyyat olunmuş, yaralanmış nahiyələri tikilmiş və səhərə qədər xəstəxanada qalmışdır. Təqsirləndirilən şəxs həmin gün cinayətin baş vermə səbəbini çay evində olan zaman Pərvizi oturduğu stola çağırdıqdan sonra bundan imtina etməsi və bunun onda qıcıq yaratması ilə, hadisə baş verən gün üzərində bıçaq saxlamasının səbəbini özünü hər hansı bir şəxslə aralarında mübahisənin yaranacağı təqdirdə müdafiə etmək ilə izah etmişdir. Təqsirləndirilən şəxs xəstəxanadan evə qayıtdığını, səhər saatlarında Xətai RPİ-nin 37-ci polis şöbəsinin əməkdaşlarının evlərinə gəldiklərini, onu polis şöbəsinə apardıqlarım, polis şöbəsində izahat verdikdən sonra Xətai RPİ-a dəvət olunduğunu, orada olanda da izahat verdiyini və daha sonra sərbəst buraxıldığını bildirmişdir. Törətdiyi əməldən səmimi peşmandır. Zərərçəkmiş şəxslərlə barışmışdır, ona aşağı həddə cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla bir məhəllədə yaşadığını, uşaqlığından onu tanıdığını, əvvəllər onunla arasında hər hansı bir ədavətin olmadığını, hadisə baş verən gün yəni 14 iyun 2024-cü il tarixdə günorta saatlarında dostları ilə dənizə getdiyini, axşam saat 22 radələrində evə qayıtdığını, paltarlarını dəyişdiyini və dostları Vüqar, Səid və Rövşənlə birlikdə “Meduza” çay- evinə damino oynamağa getdiyini bildirmişdir. Onlar həmin çay evində kabinetdə əyləşmiş, saat 02:00-a qədər damino oynamış, həmin saatda əyləşdikləri kabinetin qapısı açılmış, Kənan içəri daxil olmuş, o. Kənanın içkili olduğunu hiss etmiş. Kənan istehzalı şəkildə "məııi kimsə maraqlanırsa, özümə niyə demirsən?” sözlərini demiş, o isə cavabında “sənin məndə nömrən yoxdur, dostlarına məsələ barədə məlumat vermişəm” cavabını vermiş, Kənanın ona əsəbi şəkildə baxdığını və bu mübahisənin sonunun dava ilə nəticələnəcəyini görüb onu çay evindən kənara dəvət etmişdir. Həmin anda çay evi bağlanmış. Vüqar, Səid, Rövşən, o. Kənan, Məmməd, həmin çay evini işlədən İlkin və tanımadığı bir neçə şəxs də onlarla birlikdə aşağı düşmüş. Kənan həmin izdihamın içərisində onu qırağa çəkmiş və 03 bıçaq zərbəsi vurmuşdur. Həmin zərbələr Zərərçəkmiş şəxs1 sağ qolunun dirsək nahiyəsinə və sol qabırğa nahiyəsinə dəymiş, həmin anda onları ayırmağa çalışan Məmmədin barmağına, qoluna və qabırğa nahiyəsinə 03 bıçaq zərbəsi dəymişdir. Zərərçəkmiş şəxs1 həmin hadisənin Kənanla onun arasında baş verdiyini, Kənanın onu bıçaqla vurmaq istəyən zaman 3 bıçaq zərbəsinin təsadüf nətieəsində Məmmədə dəydiyini bildirmişdir. Bunun səbəbini Məmmədlə Kənanın yaxın dost olmaları ilə əlaqələndirmişdir. Həmçinin onunla birlikdə olan Rövşən, Səid və Vüqarın hadisə ilə heç bir əlaqəsinin olmadığını, sadəcə həmin hadisəyə şahidlik etdiklərini bildirmişlər. Zərərçəkmiş şəxs1 əlavə olaraq həmin hadisə nəticəsində yaranmış səs-küylə əlaqədar olaraq ətrafdakı insanların və qonşuların narahatlıq hissi keçirdiklərini bildirmişdir. O, yaralandığına görə saat 04 radələrində dostları Səidlə Rövşən tərəfindən “X3”na aparılmış, xəstəxanada ona ilkin tibbi yardım göstərilmiş, əməliyyat olunmuş, yaralanmış nahiyələri tikilmiş və səhərə qədər xəstəxanada qalmışdır. Səhər saat 10 radələrində onu polis əməkdaşları Xətai RPİ-ə dəvət etmiş, o getmiş və orada izahat vermişdir. Zərərçəkmiş şəxs1 aralarında yaranmış münaqişənin səbəbini Təqsirləndirilən şəxs onu öz süfrəsinə çağıraraq söhbət etmək istədiyini bildirməsi, buna etiraz eldikdən sonra Təqsirləndirilən şəxs onu təhqir edərək söyüş söyməsi ilə əlaqələndirmişdir. Zərərçəkmiş şəxs1 həmin hadisədən sonra Kənanı götmədiyini bildirmişdir. Hazırda təqsiləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Bu səbəbdən də ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclas zalında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində mahiyyəti üzrə, Təqsirləndirilən şəxsla bir məhəllədə yaşadığını, uşaqlığından onu tanıdığım və əvvəllər onunla arasında hər hansı bir ədavətin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs2 hadisə baş verən gün, yəni 13 iyun 2024-cü il tarixdə axşam saat22 radələrində evdə olduğunu, birdən pivə içmək istədiyini, buna görə yaşadığı evin yaxınlığında yerləşən “Mcduza” çay evinə getdiyini, gedən zaman tək olduğunu və bu barədə heç bir tanışına məlumat vermədiyini bildirmişdir. Saat 00:00 radəiorində onun tanışı Təqsirləndirilən şəxs çay evinə daxil olmuş, Zərərçəkmiş şəxs2 gördükdən sonra görüşərək bir stolda əyləşmiş və pivə içməyə başlamışdır. Təxminən 2 saata yaxın müddət ərzində Kənanla həmsöhbət olmuş, lakin Kənan baş verəcək hadisə haqqında ona heç bir söz deməmişdir. X4 çay evinə məqsədli şəkildə gəldiyini düşünmədiyini bildirmişdir. Təxminən saat 02:00 radələrində Kənan Pərvizi görmüş və mübahisəsinin olduğunu deyərək Pərvizin əyləşdiyi kabinetə keçmişdir. X5 uşaqlığından tanıdığını, eyni məhəllədə yaşadığını və onların arasında heç vaxt ədavət olmadığını bildirmişdir. Məmməd Şahverdiycv diqqətini çəkdiyi üçün həmin kabinet tərəfə keçdiyini və Pərvizdən başqa həmin kabinetdə Şahid1, Şahid2 və Şahid1 gördüyünü, həmin şəxslərin də UPD qəsəbəsinin sakinləri olduğunu və uzun müddətdir ki, onları tanıdığını bildirmişdir. Kənan onların əyləşdiyi kabinetin qapısım açmış, içəri daxil olmuş, həmin vaxt o, içkili vəziyyətdə olmuş, istehzalı şəkildə Pərvizə “məni kimsə maraqlanırsa, özümə niyə demirsən?” deyə bildirmiş, Pərviz cavabında “sənin məndə nömrən yoxdur, dostlarına məsələ barədə məlumat vermişəm” cavabını vermişdir. Bundan sonra Pərviz. Kənanı daha ətraflı söhbət eləmək üçün çay evindən kənara dəvət etmiş, onlar aşağı düşmüş, həmin anda, Vüqar, Səid, Rövşən, o və tanımadığı bir neçə şəxs də onlarla birlikdə aşağı düşmüşdür. Məmməd Şahverdiycv hadisə yerində təxminən 10-15 nəfər adamın toplaşdığını, Kənanın həmin izdihamın içərisində Pərvizi qırağa çəkdiyini, onların mübahisəsinin sonunun dava ilə nəticələnəcəyini düşünərək aralarına girib onları sakitləşdirməyə çalışdığını, həmin anda Pərvizin qarşısında, Kənanın isə onun arxa tərəfində olduğunu, birdən Kənanın cibindən bıçaq çıxartcığını. Pərvizi bıçaqla vurmağa başladığını, bunun nəticəsində Pərvizə 02 bıçaq zərbəsinin dəydiyini. Pərvizin qabağında olduğu üçün Pərvizə atılmış 03 bıçaq zərbəsinin səhvən ona da dəydiyini, reallıqda Kənanın niyyətinin Pərvizi bıçaqlamağa yönəldiyini, lakin onun Pərvizin qarşısında olmağının xəsarət almağı ilə nəticələndiyini və həmin xəsarətlərin sağ əlində, döş qəfəsi nahiyəsində və sağ bazu hissəsində olduğunu bildirmişdir. Məmməd Şahverdiycv baş vermiş hadisədən əvvəl Kənanla çay evində pivə içən zaman üstündə bıçaq gəzdirməsi barədə ona heç bir şey demədiyini və hadisə zamanı qaranlıq olduğundan bıçağım xarici görünüşünü xatırlamadığını bildirmişdir. Məmməd Şahverdiycv həmçinin onunla birlikdə olan Rövşən, Səid və Vüqarın hadisə ilə heç bir əlaqəsinin olmadığını, sadəcə olaraq həmin hadisəyə şahidlik etdiklərini, əlavə olaraq həmin hadisə nəticəsində yaranmış səs-küylə əlaqədar olaraq ətrafdakı insanların və qonşuların narahatlıq hissi keçirdiklərini bildirmişdir. Zərərçəkmiş şəxs2 yaralandığına görə saat 04 radələrində dostları tərəfindən Sabunçu xəstəxanasına aparıldığını, xəstəxanada ona ilkin tibbi yardım göstərildiyini, əməliyyat olunduğunu, yaralanmış nahiyələrinin tikildiyini və səhərə qədər xəstəxanada qaldığını bildirmişdir. Zərərçəkmiş şəxs2 səhər saat 10 radələrində polis əməkdaşlarının onu Xətai RPİ-ə dəvət etdiklərini, ora getdiyini və izahat verdiyini, həmin hadisədən sonra Kənanı görmədiyini bildirmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur, barışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş dindirilmiş Şahid3 istintaqa verdiyi ifadəsində Təqsirləndirilən şəxs uşaqlıqdan tanıdığını, onunla bir məhəllədə yaşadığını və aralarında heç bir ədavətin olmadığını bildirmişdir. Şahid3 hadisə baş verən gün, yəni 14 iyun 2024-cü il tarixdə səhər saatlarında işə getdiyini, axşam saat 00:30 radələrində evə qayıtdığını, Pərvizin onunla əlaqə saxlayaraq Səid və Rövşənlə birlikdə olduğunu bildirərək “Meduza” çay evinə damino oynamağa dəvət etdyini və onlarla birlikdə çay evinə getdiyini bildirmişdir. Onlar çay evində kabinetdə əyləşmiş və saat 02:00-a qədər damino oynamışlar. Həmin saatda əyləşdikləri kabinetin qapısı açılmış, Kənan içəri daxil olmuş və onlarla görüşmüşdür. O, Kənanın həmin vaxt çay evindəolmasından xəbərsiz olduğunu bildirmişdir. Bu an Kənan istehzalı şəkildə Pərvizə “məni kimsə maraqlanırsa, özümə niyə demirsən?” deyə. Pərviz isə cavabında “sənin məndə nömrən yoxdur, dostlarına məsələ barədə məlumat vermişəm”, daha sonra “Düşək aşağıya söhbət edək” deyə bildirmişdir. Səid. Rövşən və o, da aşağı düşmək istəyəndə Pərviz buna heç bir ehtiyacın olmadığını, öz aralarında sadəcə söhbət edəcəklərini bildirmişdir. Həmin anda çay evi bağlanmış, Pərviz, Səid, Rövşən, Kənan, Məmməd, həmin çay evini işlədən İlkin və tanımadığı bir neçə şəxs də aşağı düşmüş, o isə sanitar qovşağında olduğu üçün çay evində qalmış, birdən aşağıdan səs-küyün gəldiyini eşitmiş, aşağı düşdükdə Məmməd və Pərvizin bıçaqdan xəsarət aldıqlarını görmüş, bundan sonra Səid və o Kənanı aralamışfır. Həmin vaxt Kənan Pərvizə “Sən peys****, səni si*****” deyə bildirmişdir. Pərviz isə cavabında eyni sözləri Kənanın ünvanına bildirmişdir. Şahid3 hadisə yerində olan şəxslərin danışığından onları Kənanın bıçaqladığını, sadəcə olaraq Məmmədə vurulan bıçaqların yanlışlıq nəticəsində dəydiyini, əslində Kənanın mübahisəsinin Pərvizlə olduğunu. Məmmədin onları aralamaq üçün Pərvizi qarşı tərəfdən qucaqlayanda Kənanın üzərində olan bıçaqla Pərvizi bıçaqlamaq istəyərkən təsadüfən bıçaq zərbələrinin Pərvizlə yanaşı Məmmədə dəydiyini öyrəndiyini bildirmişdir. Bunun səbəbini Məmmədlə Kənanın yaxın dostluq münasibətlərinin olması, heç vaxt aralarında mübahisə olduğunu eşitməməsi, həmin hadisədən bir müddət sonra Məmmədin ona bıçaq zərbələrinin təsadüfən dəydiyini deməsi ilə əlaqələndirmişdir. Şahid3 Kənanın üzərində olmuş bıçağın harada olması barədə heç bir məlumatının olmadığım və görmədiyini bildirmişdir. Bundan başqa hadisə nəticəsində Pərvizə 3 bıçaq zərbəsinin. Məmmədə isə 1 bıçaq zərbəsinin dəydiyini bildirmişdir. Viiqar İsmayılzadə əlavə olaraq həmin hadisə nəticəsində yaranmış səs-küylə əlaqədar olaraq ətrafdakı insanların, qonşuların narahatlıq hissi keçirdiklərini, Pərvizin yaralandığına görə saat 04 radələrində Səidlə Rövşən tərəfindən “X2 aparıldığını, xəstəxanada ona ilkin tibbi yardımın göstərildiyini, əməliyyat olunduğunu, yaralanmış nahiyələrinin tikildiyini və səhərə qədər xəstəxanada qaldığını bildirmişdir. Şahid3 Pərviz xəstəxanaya aparıldıqdan bir neçə saat sonra səhər saatlarında onun yanma baş çəkdiyini, səhər saat 9 radələrində yaşadığı evə gəldiyini, 1 saat yatdığını, daha sonra polis əməkdaşlarının yaşadığı evə gələrək onu Xətai RPİ-ə dəvət etdiklərini, getdiyini və izahat verdiyini və həmin hadisədən sonra Kənanı görmədiyini bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş X7 və Şahid2 Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Baş prokurorun İ müavini Elçin Məmmədov tərəfindən qəbul edilmiş cinayət işinin başlanması və aidiyyatı üzrə göndərilməsi haqqında 08 avqust 2024-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 müraciəti əsasında Xətai rayon polis idarəsinin istintaq şöbəsində toplanmış material əsasında fakta görə Azərbaycan Respublikası CM-in 221.3cü maddəsi ilə cinayət işi başlanılmış, istintaq aparılması üçün icraata qəbul edilmişdir ( i.v. 1-2); xx.xx.2024-cü il tarixli, HK-1-1772 saylı raportdan görünür ki, xx.xx.2024-cü il tarixində 03:45 radələrində Sabunçu TM-dən tibb bacısı Rzayeva ***-***-**-** nömrədən zəng edərək Zərərçəkmiş şəxs2 qarın divarının kəsilmiş deşilmiş yarası ilə bağlı müraciət barədə məlumat daxil oldu ( i.v. 7); xx.xx.2024-cü il tarixli, HK-1-1773 saylı raportdan görünür ki, xx.xx.2024-cü il tarixində 04:00 radələrində X3ndan tibb bacısı zəng edərək Zərərçəkmiş şəxs1 Fəxrəddin oğlunun sol qabırğa arası nahiyyənin kəsilmiş deşilmiş yarası ilə bağlı müraciət barədə məlumat daxil oldu ( i.v. 8); Zərərçəkmiş şəxs1 Fəxrəddin oğlu tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, “Meduza” kafesinin yanında baş vermiş dava-dalaş zamanı bədən xəsarəti almağında dair toplanmılş material üzrə şikayəti, tələbi və iddiası yoxdur.(i.v 21) Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, “Meduza” kafesinin yanında baş vermiş dava-dalaş zamanı bədən xəsarəti almağında dair toplanmılş material üzrə şikayəti, tələbi və iddiası yoxdur.(i.v 22) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi" X9 daxil olmuş məhkəmə-tibbi ekspertizasıın 07 avqust 2024-cü il tarixli 760 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 döş qəfəsi nahiyəsinin bir ədəd və sağ saidin bir ədəd deşilmə-kəsilmiş yaraları müəyyən edilmişdir. Xəsarətlər iti uca və kənara malik əşyalar təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2024-cü il tarixdə kənar şəxslər tərəfindən törənə bilərdi, dərəcəsinə görə ümumilikdə və ayrıayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir.(i.v 26-27) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi" X9 daxil olmuş məhkəmə-tibbi ekspertizasıın 07 avqust 2024-cü il tarixli 761 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 döş qəfəsi nahiyəsinin, sağ bazunun və sağ əlin kəsilmiş yaraları müəyyən edilmişdir. Xəsarətlər iti uca və kənara malik əşyalar təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2024-cü il tarixdə kənar şəxslər tərəfindən bıçaqla törənə bilərdi, dərəcəsinə görə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan ağlamlığa yüngül zərərvurmaya aid edilir.(i.v 28-30) 15 avqust 2024-cü il tarixli zərərçkmiş şəxs qismində tanıma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır.(i.v 39) 04 sentyabr 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 sentyabr 2024-cü il tarixində saat 15:10-da tutulmuşdur.(i.v 73- 74) İstintaq zamanı Şahid3, Şahid1 və Şahid2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkətləri keçirilmiş və Şahid3, Şahid1 və Şahid2 istintaqa verdikləri ifadələrini bir daha təsdiq edərək Təqsirləndirilən şəxs üzünə demişlər. (i.v 99-101, 102- 104, 105-107) 05 sentyabr 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir.(i.v 108-109) Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1121/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində istintaq müddəti həddində, 08 noyabr 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 04 sentyabr 2024-cü il tarixdən hesablanmışdır.(i.v 130-134) 18 oktyabr 2024-cü il tarixli zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokol və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Rəşid Bağırov küçəsində yerləşən “Meduza” çay evinin qarşısında Zərərçəkmiş şəxs1 ifadəsinin doğrulu yoxlanılmışdır.(i.v 141-144) Cinayət işinin istintaqı zamanı əməliyyat-axtarış tədbirlərini həyata keçirən orqana verilmiş əməliyyat tapşırığının cavab məktubunda qeyd edilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs bu cinayəti törətməsi müəyyən edilmişdir. Sonradan keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən zaman istifadə etdiyi bıçağın yerinin müəyyən edilməsi, istintaqa təqdim edilməsi, digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, cinayəti törədən zaman hadisəni görə biləcək şahidlərin dairəsinin müəyyən olunması istiqamətində aparılmış əməliyyataxtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır.(i.v 145) Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il, 05 ay, 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyi, Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının 11 ay 22 gün müddətinə azadlıqdan məhrum etmə ilə əvəz olunduğu, Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından avval azad edildiyi, xx.xx.2024-cü il tarixdə isə cəza müddətinin başa çatdığına görə qeydiyyatdan çıxarıldığı müəyyən edilmişdir.(i.v 161-162) 22 noyabr 2024-cü il tarixli zərərçkmiş şəxs qismində tanıma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır.(i.v 173) Xətai Rayon Məhkəməsinin 1(011)-417/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (i.v.185-201) Xətai Rayon Məhkəməsinin 7(011)-168/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş 01 il 11 ay 14 gün hissəsi AR CMnin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesablanmaqla 11 ay 22 gün müddətinə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilmişdir. (i.v. 192-198) Salyan Rayon Məhkəməsinin 7(057)-49/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından avval azad edilmişdir. (i.v.199-201) 25 noyabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan edilmiş ittihama əlavə ve dəyişikliklər edilməklə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə yenidən ittiham elan olunsun və barəsində Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınması, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə cinayət təqibinin başlanmasından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən imtina edilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət təqibinin başlanmasından imtina edilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221.2.1ci maddəsi ilə cinayət təqibinin başlanmasından imtina edilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə cinayət təqibinin başlanmasından imtina edilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməməsi və əməlində cinayətin residivinin olmaması nəzərə alınması, cinayət işi üzrə zərərçəkmiş şəxslərdən birinin ad, soyad və ata adının Zərərçəkmiş şəxs1 olması nəzərə alınması, cinayət işi üzrə iş üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, üzləşdirmə protokolları, ifadələrin yerində yoxlanılması protokolu, məhkəmə-tibbi ekspertizasının 07 avqust 2024-cü il tarixli 760 və 761 nömrəli rəyləri, əməliyyat tapşırığına verilmiş cavab məktubu və digər istintaq sənədləri iş üzrə sübut növü kimi qəbul olunmaqla cinayət işinə əlavə edilməsi qərara alınmışdır(i.v 202-215) Təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında 26 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir ( i.v. 216-217) Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, barışmışdır, ona vurulmuş zərər tam olaraq ödənilmişdir. Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, barışmışdır, ona vurulmuş zərər tam olaraq ödənilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144- 146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 221.1-ci maddəsinə görə xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər— min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 221.2-ci maddəsinə görə eyni əməllər bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə; ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə—iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 221.3-cü maddəsinə görə Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda — iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM 59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılmasını (CM 59.1.13) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əvvələr Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunması onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. (CPM-132). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 40 (qırx) saat üçün nəzərdə tutulan 240 (iki yüz qırx) manat pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 04 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 40 (qırx) saat üçün nəzərdə tutulan 240 (iki yüz qırx) manat pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar