Məhkəmə qərarları › İş №1(011)-97/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-97/2021

05.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-97/2021 05.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsnın və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991 -ci il tarixdə Naxçıvan MR, Şərur rayonu, Qışlaqabbas kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, məhkumluğu olmayan, Naxçıvan MR, Şərur rayonu, Qışlaqabbas kəndində qeydiyyatda olan, Xaçmaz şəhəri, Qələbə küçəsi, ev 8-də yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə xx xxxx 2020-ci il tarixdə saat 09 radələrində qonaq gəldiyi ünvan 1 saylı ünvanda bibisinin əri Zərərçəkmiş şəxs məxsus 744 (yeddi yüz qırx dörd) manat dəyərində olan, **********52116 İMEİ kodlu, üzərində 5 manat dəyərində ***-***-**-** saylı mobil telefon nömrəsi ilə istifadə edilən «Samsung A 51» markalı mobil telefonu gizli talayıb Zərərçəkmiş şəxs ümumilikdə 749 (yeddi yüz qırx doqquz) manat məbələğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetiririlmişdir. Belə ki, məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bibisi Məhbubun həyat yoldaşıdır. Onlarla münasibətləri yaxşı olmuşdur, aralarında ədavət, düşmənçilik olmayıb. Belə ki, xx xxxx 2020-ci il tarixdə saat təxminən 22 radələrində o, bibisinin oğlu Nurlanın yaşadığı ünvan 2 saylı ünvana qonaq getmişdir. Həmin gün onların evində olarkən Nurlanın azyaşlı oğluna məxsus Samsung markalı mobil telefona istifadəsində olan həyat yoldaşı X3 adına olan ***-***-**-** saylı mobil telefon nömrəsini qoyaraq, öz işləri ilə bağlı zənglər etmişdir. Bundan sonra, xx xxxx 2020-ci il tarixdə saat təxminən 09 radələrində o, Nurlanın evindən çıxıb getmiş, həmin mobil telefonu da özü ilə aparmışdır ki, istifadə edib gətirib daha sonra Nurlana qaytarar. Lakin, daha sonra o, yaşadığı Xaçmaz şəhərinə getmiş və mobil telefonu da özü ilə aparmışdır. Bir gün sonra isə ona pul lazım olduğundan, Nurlanın azyaşlı oğluna məxsus həmin Samsung markalı mobil telefonu satıb pul əldə etmək qərarına gəlmiş və buna görə də, həmin telefonu Xaçmaz şəhərində tanımadığı şəxsə özünə məxsus mobil telefon kimi təqdim edərək 200 manata satmışdır. Həmin pulu isə o, 10 yaşlı qızı Sevincin alimentinə ödəmişdir. Daha sonra Nurlan və bibisinin əri Budaq ondan telefonla bağlı soruşduqlarında, telefonu ehtiyacı olduğu üçün satdığını və yaxın vaxtlarda telefonu alıb onlara qaytaracağını bildirmişdir. Sonradan isə imkanı olmadığından, həmin telefonu qaytara bilməmiş və onlara vurduğu maddi ziyanı ödəyə bilməmişdir. Hazırda zərərçəkmiş şəxslə barışdığını və vurulmuş ziyanın ödənildiyini bildirmişdir. Daha sonra əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qaynının oğludur. Belə ki, xx xxx 2020-ci il tarixdə «Soliton» mağazasından 12 yaşlı nəvəsi Mikayıl üçün hədiyyə olaraq öz adına «Samsung Galaxy A51 Blue» markalı, **********52116 İMEİ kodlu mobil telefonu, ***-***-**-** saylı mobil telefon nömrəsi ilə birlikdə 12 aylıq kreditlə almış və nəvəsinə işlətməsi üçün vermişdir. X2 oğlu olsa da, adətən onlarla birlikdə yaşayır və onların yaşadığı evin yanındakı məktəbə gedib-gəlir. Mikayılın atası Nurlan isə digər ailə üzvləri ilə birlikdə ünvan 2 saylı ünvanda yaşayır. Belə ki, xx xxxx 2020-ci il tarixdə səhər saatlarında nəvəsi Mikayıl ona zəng vuraraq ona hədiyyə etdiyi mobil telefonu Vurğunun götürüb özü ilə apardığını bildirmişdir. Səhər saatlarında isə onlar oyandıqda, Vurğunun evdə olmadığını heç kəsə xəbər vermədən çıxıb getdiyini, gedərkən isə özü ilə Mikayıla məxsus mobil telefonu da apardığını görmüşlər. Daha sonra, Vurğunla əlaqə saxlayıb telefonu geri gətirməsini bildirmişdir. Vurğun telefonu gətirməmişdir. Bundan sonra, 35-ci PB-nə ərizə yazmış və bununla bağlı araşdırma başlanılmışdır. Vurğunun bu əməlləri nəticəsində ona cəmi 749 manat məbləğində maddi ziyan dəymişdir. Daha sonra Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəza təyin edərkən nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şahid istintaqda verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş, zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsinə oxşar ifadə verərək işin yuxarıda araşdırılan hallarını bir daha təsdiq etmişdir. Cinayət işində olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmayan şəxsdir. İş materiallarında olan Xətai RPİ 35-ci Polis Bölməsinin xx xxxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saxlanılaraq Xətai RPİ-nə təhvil verilmişdir. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxsnın ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəza təyin edərkən nəzərə almağı məhkəmədən xahiş etmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxsnın özgənin əmlakını gizli olaraq talama cinayətini törətməsi, onun özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahid ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, onunla barışmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsnın barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxsnı cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi faktiki saxlandığı 01 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə məsrəfləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351- 353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 01 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin olunmuş 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 02 (iki) gün çıxılmaqla onun üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxsnın cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxsnın üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə məsrəfləri və xüsuysi müsadirə edilməli əmlak yoxdur. Hökmdən 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar