Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-97/2022 29.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyası Mirzəyev və Partnyorları Vəkil Bürosunun vəkili Müdafiəçi və X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, “Elm və Texnologiya Parkı" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində işləmiş, hazırda “MKT İstehsalat Kommersiya" Məhdud Məsuliyyətli Cəmiyyətində araşdırma və inkişaf üzrə mütəxəssis vəzifəsində işləyən, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti ev 41, mənzil 123-də qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Vergilər Nazirliyi (hazırkı adı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) yanında Bakı Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən 7 sentyabr 2016-cı il tarixdə qeydiyyata alınmış, Azərbaycan Milli Elmlər Akademiyasının tərkibində fəaliyyət göstərən "Elm və Texnologiya Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) direktoru vəzifəsinə Azərbaycan Milli Elmlər Akademiyası üzrə 19 noyabr 2018-ci il tarixli 715 nömrəli sərəncamla təyin edilib 15 yanvar 2021-ci il tarixədək həmin vəzifədə işləyərkən qeyd edilən Cəmiyyətin 1 sentyabr 2016-cı il tarixdə təsdiq edilmiş Nizamnaməsinə əsasən, Cəmiyyətin bütün fəaliyyət istiqamətlərinin nəticələrinə görə tam məsuliyyət daşımaqla, müəssisə adından vəkalətnaməsiz fəaliyyət göstərmək, cəmiyyətin operativ idarə edilməsini həyata keçirmək, üçüncü şəxslərə olan münasibətdə, o cümlədən məhkəmədə cəmiyyəti təmsil etmək, ümumi yığıncağın təsdiqinə dair sənədləri hazırlamaq, cəmiyyətin adından əqdlər bağlamaq, rəsmi sənədləri imzalamaq, cəmiyyətin işçilərini vəzifəyə təyin etmək, başqa vəzifəyə keçirmək, vəzifəsindən azad etmək, onların vəzifə maaşlarını müəyyən etmək, onların barəsində həvəsləndirmə və tənbeh tədbirlərinin görülməsi haqqında əmrlər vermək, qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə ümumi yığıncağın, müşahidə şurasının və təftiş komissiyasının (müfəttişin) səlahiyyətlərinə aid edilməyən digər səlahiyyətləri həyata keçirməkdən ibarət təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və direktoru olduğu MMC üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 136-cı maddəsinə əsasən, dövriyyədən çıxarılmayıbsa və ya dövriyyəsi məhdudlaşdırılmayıbsa, universal hüquq varisliyi qaydasınca (vərəsəlik, hüquqi şəxsin yenidən təşkili) və ya başqa üsulla əşyaların sərbəst surətdə özgəninkiləşdirilə və ya bir şəxsdən başqasına keçə bilməsinin müəyyən edilməsinə və yalnız dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və ya dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən əşyaların (mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların) qanunla müəyyənləşdirilmiş qaydada təyin edilməsinin müəyyən edilməsinə baxmayaraq, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə edərək "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında" Azərbaycan Respublikasının 23 dekabr 2003-cü il tarixli 565-İİQ nömrəli Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 17 may 2016-cı il tarixli 251-VQD nömrəli Qanununa, habelə həmin Qanunun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2005-ci il tarixli 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2016-cı il tarixli Fərmanına əsasən, məsafədən idarə edilən pilotsuz uçan aparatların mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilməsi və dövriyyədə olmasına görə aidiyyəti qurum olan Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasından (Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (hazırkı adı ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) yanında Dövlət Mülki Aviasiya Agentliyindən) xüsusi icazə aldıqdan sonra həmin məsafədən idarə edilən pilotsuz uçan aparatların özgəninkiləşdirilə bilinməsinə baxmayaraq, 30 noyabr 2018-ci il tarixdən 4 yanvar 2019-cu il tarixədək olan müddətdə bunun üçün Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Agentliyindən xüsusi icazə almadan hüquqi şəxslə məsafədən idarə edilən pilotsuz uçan aparatların satışına dair müqavilə bağlayıb direktoru olduğu "xxxx" MMC-nin Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 622-ci küçəsi 9 (hazırkı adı ilə ünvan 1 ünvanında yerləşən istehsalat sahəsində satışını həyata keçirməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olub qazanc əldə etmək üçün istehsal edilmiş cəmi 3 sayda “PUA M4.5-1 “Qızıl quş" (DJİ M 600 Pro), PUA M-0,5 “Albatros" (DJİ İnspire 2), “SKYWALKER X8 GEO” markalı, müxtəlif dəyərdə məsafədən idarə edilən pilotsuz uçan aparatları, o cümlədən, “Olimp Mühəndis Xidmətləri" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə özü arasında bağlanmış 30 noyabr 2018-ci il tarixli, ETP/OMX- 002 nömrəli müqaviləyə əsasən istehsal olunmuş 1 ədəd “PUA M 4.5- 1 "Qızıl quş" (DJİ M 600 Pro) və 1 ədəd PUA M-0,5 “Albatros" (DJİ İnspire 2) markalı məsafədən idarə edilən pilotsuz uçan aparatları 30.090 manata, göstərilən MMC ilə özü arasında bağlanmış 3 yanvar 2019-cu il tarixli, ETP/OLİMP-001 nömrəli müqaviləyə əsasən istehsal olunmuş 1 ədəd "SKYWALKER X8 GEO" markalı məsafədən idarə edilən pilotsuz uçan aparatı isə 15.340 manata həmin MMC-yə, cəmi 3 ədəd məsafədən idarə edilən uçan pilotsuz aparatı ümumilikdə 45.430 manata satmaqla, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (hazırkı adı ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) yanında Dövlət Mülki Aviasiya Agentliyinin iqtisadi münasibətlərin şəffaflığı və həyata keçirilən fəaliyyətə dövlətin hüquqi proseduralar üzrə nəzarətinin pozulmasında ifadə olunan qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən səmimi etirafı ilə yanaşı şahid ifadələri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, 2018-ci il noyabr ayının 18-dən AMEA-nın "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində işləmişdir. Həmin Cəmiyyət 1 sentyabr 2016-cı il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsis edilmiş və 07 sentyabr 2016-cı il tarixdə qeydə alınmış nizamnaməsinə uyğun olaraq AMEA-nın tabeliyində fəaliyyət göstərir. Cəmiyyət əsasən innovasiya məhsulu və yüksək texnologiyaların hazırlanması, işlənməsi və ya təkmilləşdirilməsi məqsədi ilə tədqiqatların və təcrübə konstruktor işlərinin aparılması, onların nəticələrinin sənayedə və xidmət sahələrində tətbiqi üçün şəraitin yaradılması ilə məşğuldur. Konkret olaraq Cəmiyyətlə müxtəlif dövlət qurumları və güc strukturları arasında bağlanmış müvafiq müqavilələr əsasında müdafiə təyinatlı strateji məhsullar istehsal edilərək satışı həyata keçirilmiş (PUA, sipər İVQ, İldırım RD10), habelə mülki təyinatlı xidmətlərin, havadan spektral analiz xidmətlərinin göstərilməsi həyata keçirilmişdir (kənd təsərrüfatı təyinatlı xidmətlər: əkin sahələrinin monitorinqi, tikililərin ortofotoplanının hazırlanması və s). “X9" MMC Xətai rayonu, Köhnə Əhmədli qəsəbəsi küçə 622/9 ünvanda, AMEA "xxxx" MMC-nin ərazisində yerləşir. Cəmiyyətin büdcəsi AMEA-nın vəsaiti hesabına formalaşdırılır. Cəmiyyətin büdcəsi həmçinin, istehsal olunmuş malların satışı nəticəsində əldə olunan gəlirlər hesabına, yəni təsərrüfat hesabına formalaşdırılır. “X9” MMC-nin direktoru kimi "xxxx" MMC ilə 1 ədəd "PUA M 4,5-1 "Qızıl quş” (DJİ M 600 Pro) və 1 ədəd PUA M-0,5 “Albatros” (DJİ İnspire 2) markalı məsafədən idarə edilən pilotsuz uçan aparatları 30.090 manata satılmasına dair 30 noyabr 2018-ci il tarixli, ETP/OMX-002 nömrəli və 1 ədəd “SKYWALKER X8 GEO" markalı məsafədən idarə edilən pilotsuz uçan aparatı isə 15.340 manata satılmasına dair 3 yanvar 2019-cu il tarixli, ETP/OLİMP-001 nömrəli müqaviləni özü imzalamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin tarixini və nömrəsini xatırlamadığı qərarına əsasən pilotsuz uçuş aparatlarının hissələrinin Azərbaycan Respublikasına gətirilməsi üçün X9 MMC-nin idarəedici təşkilatı olan Milli Elmlər Akademiyasına icazə verilmişdir. Məhz həmin qərarın əsasında pilotsuz uçuş aparatlarının hissələri X9 MMC tərəfindən ölkəyə gətirilmiş və istehsal edilmişdir.Daha sonra xüsusi icazə (lisenziya) alınmadan satışı həyata keçirilmişdir. Pilotsuz uçuş aparatlarının hissələrinin gətirilməsi üçün icazə alınmışdır.Lakin həmin pilotsuz uçuş aparatlarının satışını aparılmasına görə xüsusi icazə (lisenziya) alınmasının tələb olunduğunu bilməmişdir.Məhz bu səbəbdən pilotsuz uçuş aparatlarının satışını həyata keşirmişdir. Əməlindən peşman olmasını, ilk məhkumluğunu və himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət heyətinin 15 may 2020-ci il tarixli 11/2 nömrəli qərarına və AMEA prezidentinin 29 iyul 2020-ci il tarixli 293 nömrəli sərəncamına əsasən AMEA-nın tabeliyində fəaliyyət göstərən “Elm və Texnologiya Parkı" MMC-də 29 iyul 2020-ci il tarixdən 24 sentyabr 2020-ci il tarixədək onun və qeyriləri tərəfindən aparılmış daxili audit yoxlamasının nəticəsinə dair 24 sentyabr 2020-ci il tarixli akt tərtib edilmişdir. Yoxlama zamanı müəyyən edilmişdir ki, müəssisədə Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə zidd olaraq xüsusi icazə (lisenziya) alınmadan hərbi və mülki təyinatlı məsafədən idarə edilən pilotsuz uçan aparatlar istehsal olunaraq müxtəlif təşkilatlara satılmışdır. Belə ki, Təqsirləndirilən şəxs MMC-yə rəhbərlik etdiyi dövrdə onunla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 30 noyabr 2018-ci il tarixli, ETP/OMX-002 nömrəli müqaviləyə əsasən istehsal olunmuş 1 ədəd “PUA M 4,5-1 “Qızıl quş" (DJİ M 600 Pro) və 1 ədəd PUA M-0,5 "Albatros" (DJİ İnspire 2) markalı məsafədən idarə edilən pilotsuz uçan aparatları 30.090 manata, göstərilən MMC ilə bağlanmış 3 yanvar 2019-cu il tarixli, ETP/OLİMP-001 nömrəli müqaviləyə əsasən istehsal olunmuş 1 ədəd "SKYWALKER X8 GEO” markalı məsafədən idarə edilən pilotsuz uçan aparatı isə 15.340 manata həmin MMC-yə, qeyd edilən qaydada cəmi 3 ədəd məsafədən idarə edilən uçan pilotsuz aparatları ümumilikdə 45.430 manata sataraq, bununla əlaqədar 25.500 (ƏDV-siz) manat məbləğində pul vəsaitinin direktoru olduğu MMC-nin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Mərkəz filialında olan AZ14İBAZ********************4 nömrəli hesabına köçürülmüşdür. Halbuki, Cəmiyyətin Nizamnaməsinin 2.3-cü bəndində də, göstərilmişdir ki, Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq xüsusi icazə alınması tələb edilən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul ola bilər. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 12 aprel 2021-ci il tarixdən etibarən Azərbaycan Milli Elmlər Akademiyası “Elm və Texnologiya Parkı" Məhdud Məsuliyyətli Cəmiyyətinin sədri vəzifəsində işləyir. Cəmiyyət 01 sentyabr 2016-cı il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsis edilmiş və 07.09.2016-cı il tarixdə qeydə alınmış nizamnaməsinə uyğun olaraq AMEA-nın tabeliyində fəaliyyət göstərməklə, əsasən innovasiya məhsulu və yüksək texnologiyaların hazırlanması, işlənməsi və ya təkmilləşdirilməsi məqsədi ilə tədqiqatların və təcrübə konstruktor işlərinin aparılması, onların nəticələrinin sənayedə və xidmət sahələrində tətbiqi üçün şəraitin yaradılması ilə məşğul olur. “X9" MMC Xətai rayonu, Köhnə Əhmədli qəsəbəsi küçə 622/9 ünvanda, AMEA "xxxx" MMC-nin ərazisində yerləşir. "X9” MMC tərəfindən pilotsuz uçan aparatların istehsalı və satışının aparılması üçün xüsusi icazə alınmamışdır. Bu qaydada Təqsirləndirilən şəxs müəssisəyə rəhbərlik etdiyi dövrdə məsafədən idarə edilən pilotsuz uçan aparatlar istehsal olunaraq müxtəlif müəssisələrə satılmışdır. Belə ki, Təqsirləndirilən şəxsla "Olimp Mühəndis Xidmətləri” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 30 noyabr 2018-ci il tarixli, ETP/OMX-002 nömrəli müqaviləyə əsasən istehsal olunmuş 1 ədəd "PUA M 4,5-1 "Qızıl quş” (DJİ M 600 Pro) və 1 ədəd PUA M- 0.5 "Albatros" (DJİ İnspire 2) markalı məsafədən idarə edilən pilotsuz uçan aparatları 30.090 manata, 3 yanvar 2019-cu il tarixli, ETP/OLİMP-001 nömrəli müqaviləyə əsasən istehsal olunmuş 1 ədəd “SKYWALKER X8 GEO" markalı məsafədən idarə edilən pilotsuz uçan aparatı isə 15.340 manata həmin MMC- yə satılmışdır. Həmin aparatlar ümumilikdə 45.430 manata satılaraq, bununla əlaqədar 25.500 (ƏDV-siz) manat məbləğində pul vəsaiti MMC-nin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Mərkəz filialında olan AZ14İBAZ********************4 nömrəli hesabına köçürülmüş, 15.340 manat isə debitor borc qalmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, AMEA-nın “Elm və Texnologiya Parkı" Məhdud Məsuliyyətli Cəmiyyəti 1 sentyabr 2016-cı il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsis edilmiş və 07.09.2016-cı il tarixdə qeydə alınmış nizamnaməsinə uyğun olaraq AMEA-nın tabeliyində fəaliyyət göstərir. 17.02.2017-ci ildən 19.11.2020-ci ilədək həmin Cəmiyyətdə baş mühasib vəzifəsində işləmişdir. Cəmiyyət əsasən innovasiya məhsulu və yüksək texnologiyaların hazırlanması, işlənməsi və ya təkmilləşdirilməsi məqsədi ilə tədqiqatların və təcrübə konstruktor işlərinin aparılması, onların nəticələrinin sənayedə və xidmət sahələrində tətbiqi üçün şəraitin yaradılması ilə məşğuldur. Konkret olaraq Cəmiyyətlə müxtəlif dövlət qurumları və güc strukturları arasında bağlanmış müvafiq müqavilələr əsasında müdafiə təyinatlı strateji məhsullar istehsal edilərək satışı həyata keçirilmiş, habelə mülki təyinatlı xidmətlərin, havadan spektral analiz xidmətlərinin göstərilməsi həyata keçirilmişdir.Cəmiyyətin büdcəsi AMEA-nın vəsaiti hesabına formalaşdırılır. Cəmiyyətin büdcəsi həmçinin, istehsal olunmuş malların satışı nəticəsində əldə olunan gəlirlər hesabına, yəni təsərrüfat hesabına formalaşdırılır. AMEA tərəfindən "xxxx" MMC-də aparılmış daxili audit yoxlamasında iştirak etmişdir. Audit yoxlamasının nəticəsinə dair tərtib edilmiş 24.09.2020-ci il tarixli aktda qanunvericiliyin tələblərinə zidd olaraq xüsusi icazə (lisenziya) olmadan hərbi və mülki təyinatlı pilotsuz uçuş aparatlarının istehsal edilməsinin qeyd olunması ilə bağlı göstərmişdir ki, iqtisadi fəaliyyət növlərinin vergi münasibətləri üzrə vahid standartlarına əsasən 74900 vergi kodu üzrə (digər qruplara daxil edilməyən sair peşəkar, elmi və texniki fəaliyyət) fəaliyyət sahəsinə lisenziya tələb olunmur. Yalnız, həmin aparatların istifadəsi ilə bağlı mülki aviasiya administrasiyasının müvafiq güc strukturlarından icazə alınmaqla həyata keçirilməsi mövcuddur. Cəmiyyətin fəaliyyəti dövründə 13 ədəd məsafədən idarə olunan pilotsuz uçan aparatın satışı həyata keçirilmişdir. Pilotsuz uçuş aparatlarının hissələrinin Azərbaycan Respublikasına gətirilməsi üçün X9 MMC-nin idarəedici təşkilatı olan Milli Elmlər Akademiyasına icazə verilmiş, məhz həmin qərarın əsasında pilotsuz uçuş aparatlarının hissələri ölkəyə gətirilmiş, onların istehsalı və satışı həyata keçirilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, baş mühasib vəzifəsində işlədiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti kommersiya fəaliyyəti ilə, o cümlədən geodeziyatopoqrafiya işləri ilə məşğul olur. Həmin işlərin aparılmasında müvafiq qaydada xüsusi razılıq alınmaqla məsafədən idarə olunan pilotsuz uçan aparatlardan da istifadə edilir. Azərbaycan Milli Elmlər Akademiyasının tərkibində fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Təqsirləndirilən şəxs ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 30 noyabr 2018-ci il tarixli, ETP/OMX-002 nömrəli müqaviləyə əsasən istehsal olunmuş 1 ədəd “PUA M 4,5-1 “Qızıl quş" (DJİ M 600 Pro) və 1 ədəd PUA M-0,5 "Albatros” (DJİ İnspire 2) markalı məsafədən idarə edilən pilotsuz uçan aparatları 30.090 manata, 3 yanvar 2019-cu il tarixli, ETP/OLİMP-001 nömrəli müqaviləyə əsasən istehsal olunmuş 1 ədəd “SKYWALKER X8 GEO" markalı məsafədən idarə edilən pilotsuz uçan aparatı 15.340 manata "Olimp Mühəndis Xidmətləri” MMC-yə satılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2013-cü ildən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktor müavini vəzifəsində işləməklə, eyni zamanda MMC-nin təsisçisidir. Həmin MMC kommersiya fəaliyyəti ilə, o cümlədən geodeziya-topoqrafiya işləri ilə məşğul olur. Həmin işlərin aparılmasında müvafiq qaydada xüsusi razılıq alınmaqla məsafədən idarə olunan pilotsuz uçan aparatlardan da istifadə edilir. Azərbaycan Milli Elmlər Akademiyasının tərkibində fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Təqsirləndirilən şəxs ilə "Olimp Mühəndis Xidmətləri” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 30 noyabr 2018-ci il tarixli, ETP/OMX-002 nömrəli müqaviləyə əsasən istehsal olunmuş 1 ədəd “PUA M 4,5-1 "Qızıl quş" (DJİ M 600 Pro) və 1 ədəd PUA M-0,5 "Albatros” (DJİ İnspire 2) markalı məsafədən idarə edilən pilotsuz uçan aparatları 30.090 manata manata, 3 yanvar 2019-cu il tarixli, ETP/OLİMP-001 nömrəli müqaviləyə əsasən istehsal olunmuş 1 ədəd "SKYWALKER X8 GEO” markalı məsafədən idarə edilən pilotsuz uçan aparatı 15.340 manata "Olimp Mlühəndis Xidmətləri” MMC-yə satılmışdır. Həmin məhsulların hamısının dəyəri, "SKYWALKER X8 GEO” markalı məsafədən idarə edilən pilotsuz uçan aparatının dəyəri olan 15.340 manat istisna olmaqla ödənilmişdir. 3 yanvar 2019-cu il tarixli, ETP/OLİMP-001 nömrəli müqaviləyə əsasən istehsal olunmuş 1 ədəd "SKYWALKER X8 GEO” markalı məsafədən idarə edilən pilotsuz uçan aparatında texniki nasazlıq əmələ gəlmişdir. Məhz bu səbəbdən də dəyəri ödənilməmiş, nasazlığın aradan qaldırılmasına dair "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müvafiq qaydada müraciət edilmişdir. Alınmış olan digər aparatlar isə hazırda da, “Olimp Mühəndis Xidmətləri" MMC tərəfindən istehsalatda uğurla istifadə edilir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2013-cü ilin may ayının 7-dən 2020-ci ilin yanvar ayının 17-dək Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinin müdiri vəzifəsində işləmiş, 2018-ci ildən isə AMEA X1 rəhbərlik etmək də, ictimai əsaslarla ona həvalə edilmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti isə 1 sentyabr 2016-cı il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsis edilmiş və 07.09.2016-cı il tarixdə qeydə alınmış nizamnaməsinə uyğun olaraq AMEA-nın tabeliyində fəaliyyət göstərir. Həmin MMC-nin direktoru vəzifəsində Sənan Abdullayev, Cavid Sadıqov və Təqsirləndirilən şəxs işləmişlər. Cəmiyyət əsasən innovasiya məhsulu və yüksək texnologiyaların hazırlanması, işlənməsi və ya təkmilləşdirilməsi məqsədi ilə tədqiqatların və təcrübə konstruktor işlərinin aparılması, onların nəticələrinin sənayedə və xidmət sahələrində tətbiqi üçün şəraitin yaradılması ilə məşğul olmuşdur. "X9" MMC Xətai rayonu, Köhnə Əhmədli qəsəbəsi küçə 622/9 ünvanda, AMEA "Yüksək Texnologiyalar Parkı” MMC-nin ərazisində yerləşir. Cəmiyyətin büdcəsi AMEA-nın vəsaiti hesabına, həmçinin istehsal olunmuş malların satışı nəticəsində əldə olunan gəlirlər hesabına, yəni təsərrüfat hesabına formalaşdırılır. Cəmiyyətin fəaliyyəti dövründə ümumilikdə 60 ədəd pilotsuz uçuş aparat, 15 dəst “İldırım RD-10' radiokanal vasitəsilə mina və digər atımların məsafədən idarə olunması sistemi, 02 ədəd SİPƏR-1 İVQ (işarəverici qurğu) və mühəndis çəpərindən ibarət perimetr mühafizə sistemi hazırlanmışdır. Pilotsuz uçuş aparatlarının hissələrinin Azərbaycan Respublikasına gətirilməsi üçün X9 MMC-nin idarəedici təşkilatı olan Milli Elmlər Akademiyasına icazə verilmiş və bu əsasla pilotsuz uçuş aparatlarının istehsalı və satışı həyata keçirilmişdir. Məsafədən idarə edilən pilotsuz uçan aparatların ilkin satışı sınaq məqsədi ilə olmuşdur. Həmin məhsulların seriya istehsalı aparılanda onların satışı üçün icazənin alınması nəzərdə tutulmuşdur. Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Şahid2 həmin ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyində direktor müavini vəzifəsində işləyir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 dekabr tarixli 512 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası yaradılmış, "Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər" haqqında Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2018-ci il tarixli Fərmanı ilə isə, Administrasiya Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi kimi Nazirliyin strukturuna daxil edilmişdir. Agentlik mülki aviasiya sahəsində nəzarəti, dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 136-cı maddəsinə əsasən əşyalar dövriyyədən çıxarılmayıbsa və ya onların dövriyyəsi məhdudlaşdırılmayıbsa, universal hüquq varisliyi qaydasında (vərəsəlik, hüquqi şəxsin yenidən təşkili) və ya başqa üsulla əşyalar sərbəst surətdə özgəninkiləşdirilə və ya bir şəxsdən başqasına keçə bilər. Mülki dövriyyədə olmasına yol verilməyən əşyalar (mülki dövriyyədən çıxarılmış əşyalar) qanunvericilikdə birbaşa göstərilməlidir. Yalnız dövriyyənin müəyyən iştirakçılarına mənsub o a bilən və ya dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən əşyalar (mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar) qanunla müəyyənləşdirilmiş qaydada təyin edilir. “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub əla bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının 23 dekabr 2003-cü il tarixli 565-İİQ nömrəli Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 17 may 2016-cı il tarixli 251-VQD nömrəli Qanununa, habelə, həmin Qanunun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2005-ci il tarixli 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2016-cı il tarixli Fərmanına əsasən, məsafədən idarə edilən pilotsuz uçan aparatların mülki dövriyyədə olmasına xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası (Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (hazırkı adı ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) yanında Dövlət Mülki Aviasiya Agentliyi) müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən məsafədən idarə edilən pilotsuz uçan aparatların satışına xüsusi icazə verilməsi məqsədi ilə Dövlət Mülki Aviasiya Agentliyinə müraciət edilməmiş və Agentlik tərəfindən PUA satışı üçün həmin MMC-yə xüsusi icazə verilməmişdir. Şahid2 elan olunmuş ifadəsi digər sübutlarla ziddiyət təşkil etməmiş və işin yuxarıda sadalanan xüsusatlarını bir daha təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən məlum olur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının Vergilər Nazirliyi (hazırkı adı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) yanında Bakı Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən 7 sentyabr 2016-cı il tarixdə (VÖEN: **********) sahibkarlıq subyekti kimi qeydiyyata alınmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 1 sentyabr 2016-cı il tarixdə təsdiq edilərək 7 sentyabr 2016-cı il tarixdə qeydiyyata alınmış Nizamnaməsindən məlum olur ki, fəaliyyətinin əsas məqsədi innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi məqsədi ilə tədqiqatların və təcrübəkonstruktor işlərinin aparılması, onların nəticələrinin sənayedə və xidmət sahələrində tətbiqi üçün şəraitin yaradılması, fəaliyyətin təşkili və inkişaf etdirilməsindən ibarət olan MMC Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində fəaliyyət göstərməklə mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Cəmiyyət müstəqi balansa, təsərrüfat fəaliyyətinin təmin edilməsi məqsədilə istifadəsinə verilmiş dövlət əmlakına, möhürə, müvafiq ştamplara, blanklara və banklarda müvafiq hesablara malikdir. Nizamnamənin 2.3-cü bəndində göstərilmişdir ki, Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq xüsusi icazə alınması tələb edilən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul ola bilər.Nizamnamənin 4.2.2-ci bəndində göstərilmişdir ki, direktor Cəmiyyətin bütün fəaliyyət istiqamətlərinin nəticələrinə görə tam məsuliyyət daşımaqla, müəssisə adından vəkalətnaməsiz fəaliyyət göstərmək, cəmiyyətin operativ idarə edilməsini həyata keçirmək, üçüncü şəxslərə olan münasibətdə, o cümlədən məhkəmədə cəmiyyəti təmsil etmək, ümumi yığıncağın təsdiqinə dair sənədləri hazırlamaq, cəmiyyətin adından əqdlər bağlamaq, rəsmi sənədləri imzalamaq, cəmiyyətin işçilərini vəzifəyə təyin etmək, başqa vəzifəyə keçirmək, vəzifəsindən azad etmək, onların vəzifə maaşlarını müəyyən etmək, onların barəsində həvəsləndirmə və tənbeh tədbirlərinin görülməsi haqqında əmrlər vermək, qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə ümumi yığıncağın, müşahidə şurasının və təftiş komissiyasının (müfəttişin) səlahiyyətlərinə aid edilməyən digər səlahiyyətləri həyata keçirmək səlahiyyətlərinə malikdir. İş materiallarında olan (iş vərəqi 173, cild bir) 19 noyabr 2018-ci il tarixli 715 nömrəli sərəncamdan görünür ki, Təqsirləndirilən şəxs AMEA-nın "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan (iş vərəqi 174, cild bir) 15 yanvar 2021-ci il tarixli 5 nömrəli sərəncamdan görünür ki, AMEA-nın "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Təqsirləndirilən şəxs ilə bağlanmış müddətli əmək müqaviləsinə 15 yanvar 2021-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən (müddətin bitməsi) xitam verilmişdir. İş materiallarında olan satıcı - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Təqsirləndirilən şəxs ilə alıcı - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X4 arasında bağlanmış 30 noyabr 2018-ci il tarixli, ETP/OMX-002 nömrəli müqavilədən görünür ki, satıcı “əlavə 1”-də göstərilən 1 ədəd “PUA M 4:5-1 “Qızıl quş” (DJİ M 600 Pro) və 1 ədəd PUA M-0,5 “Albatros” (DJİ İnspire 2) markalı pilotsuz uçan aparatını müqavilənin 2.1-ci bəndində göstərilən müddətdə alıcının ünvanına çatdırmağı və sonuncuya təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə 1 nömrəli əlavəyə əsasən 1 ədəd “PUA M 4,5-1 “Qızıl quş" (DJİ M 600 Pro) markalı pilotsuz uçan aparatın qiyməti 14.652,54 manat və 1 edəd PUA M-0,5 “Albatros" (DJİ İnspire 2) markalı pilotsuz uçan aparatın qiyməti 10.847,46 manat, ƏDV ilə cəmi 30.090 manat təşkil etmiş, 26 dekabr 2018-ci il tarixli, EAAO seriyalı, 694779 nömrəli elektron qaimə tərtib edilmişdir. İş materiallarında olan satıcı - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Təqsirləndirilən şəxs ilə alıcı - “Olimp Mühəndis Xidmətləri" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X4 arasında bağlanmış 3 yanvar 2019-cu il tarixli, ETP/OLİMP-001 nömrəli müqavilədən görünür ki, satıcı “əlavə 1”-də göstərilən 1 ədəd “SKYWALKER X8 GEO” markalı pilotsuz uçan aparatını müqavilənin 2.1-ci bəndində göstərilən müddətdə alıcının ünvanına çatdırmağı və sonuncuya təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə 1 nömrəli əlavəyə əsasən 1 ədəd “SKYWALKER X8 GEO” markalı pilotsuz uçan aparatın qiyməti 13.000 manat, ƏDV ilə cəmi 15.340 manat təşkil etmiş, 07 iyun 2019-cu il tarixli, EAAV seriyalı, 453997 nömrəli elektron qaimə tərtib edilmişdir. İş materiallarında olan (cild bir, iş vərəqi 234) Dövlət Mülki Aviasiya Agentliyindən daxil olmuş 21 oktyabr 2021-ci il tarixli 09/2405 nömrəli məktubda göstərilmişdir ki, Agentlik tərəfindən hüquqi və fiziki şəxslərə mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların istehsalı və onların satışı ilə bağlı hər hansı xüsusi icazə verilməmişdir. İş materiallarında olan “Azərbaycan Beynəlxalq Bankı" ASC tərəfindən tərtib edilmiş 26 dekabr 2018-ci il tarixli, 002OCL********** nömrəli kredit haqqında bildirişindən görünür ki, “Olimp Mühəndis Xidmətləri" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 30 noyabr 2018-ci il tarixli, ETP/OMX-002 nömrəli müqavilə üzrə satışın dəyərinin 25.500 manat ƏDV-siz hissəsi “Elm və Texnlogiya Parkı" MMC-nin "xxxx" ASC-nin Mərkəz filialında olan AZ14İBAZ********************4 nömrəli bank hesabına 26 dekabr 2018-ci il tarixdə ödənilmişdir. İş materiallarında olan 26 dekabr 2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 30 noyabr 2018-ci il tarixli, ETP/OMX- 002 nömrəli müqavilə üzrə satışın dəyərinin 4.590 manat ƏDV məbləği həmin tarixdə "Elm və Texnlogiya Parkı” MMC-nin ƏDV deposit hesabına ödənilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 18.10.2021-ci il tarixli tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan 22 dekabr 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan (iş vərəqi 164, cild bir) doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs himayəsində 04.10.2021-ci il təvəllüdlü X5 adlı bir azyaşlı uşağı var. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 22 dekabr 2021-ci il tarixli qərardan görünür ki, 30 noyabr 2018-ci il tarixli, ETP/OMX-002 nömrəli müqavilə, həmin müqaviləyə 1 nömrəli əlavə, 26 dekabr 2018-ci il tarixli, HW seriyalı, 492037 nömrəli elektron vergi hesab-fakturası, 26 dekabr 2018-ci il tarixli, EAAO seriyalı, 694779 nömrəli elektron qaimə, “Azərbaycan Beynəlxalq Bankı" ASC tərəfindən tərtib edilmiş 26 dekabr 2018-ci il tarixli, 0020CL********** nömrəli kredit haqqında bildiriş, 26 dekabr 2018ci il tarixli ödəniş tapşırığı, 3 yanvar 2019-cu il tarixli, ETP/OLİMP-001 nömrəli müqavilə, həmin müqaviləyə 1 nömrəli əlavə, 07 iyun 2019-cu il tarixli, EAAV seriyalı, 453997 nömrəli elektron qaimə və 29 iyun 2019-cu il tarixli, İC seriyalı, 683520 nömrəli elektron vergi hesab-fakturası iş üzrə maddi sübut əhəmiyyət kəsb etdiyinə görə 22 dekabr 2021-ci il tarixli qərarı ilə maddi sübut kimi tanınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla tam təsdiq edilərək sübuta yetirilmişdir. Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddələri ilə düzgün olaraq tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, himayəsində bir azyaşlı uşağın olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarında qeyd olunmuşdur ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında əsas cəza kimi nəzərdə tutulduğu, lakin bu qisimdə təyin edilmədiyi hallarda əlavə cəza kimi tətbiq edilə bilər. Bu zaman həmin cəzanın tətbiqi şərtlərini və qaydasını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsinə istinad edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, şəxsiyyətini nəzərə alaraq, təqsirləndirilən şəxsin müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edir, təqsirləndirilən şəxsə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edilməsini məqsədəuyğun hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirli bilinib törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilərək ona əlavə cəza təyin edilməklə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 46.3-cü maddəsinə əsasən əlavə cəzanın əvvəli hökm qanuni qüvvəyə mindiyi andan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut qismində tanınmış 30 noyabr 2018-ci il tarixli, ETP/OMX-002 nömrəli müqavilə, həmin müqaviləyə 1 nömrəli əlavə, 26 dekabr 2018-ci il tarixli, HW seriyalı, 492037 nömrəli elektron vergi hesab-fakturası, 26 dekabr 2018-ci il tarixli, EAAO seriyalı, 694779 nömrəli elektron qaimə, "xxxx" ASC tərəfindən tərtib edilmiş 26 dekabr 2018-ci il tarixli, 0020CL********** nömrəli kredit haqqında bildiriş, 26 dekabr 2018-ci il tarixli ödəniş tapşırığı, 3 yanvar 2019-cu il tarixli, ETP/OLİMP-001 nömrəli müqavilə, həmin müqaviləyə 1 nömrəli əlavə, 07 iyun 2019-cu il tarixli, EAAV seriyalı, 453997 nömrəli elektron qaimə və 29 iyun 2019-cu il tarixli, İC seriyalı, 683520 nömrəli elektron vergi hesab-fakturası cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi, xüsusi müsadirə olunmalı əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə təqsirli bilinərək 2000 (iki min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsi tətbiq edilərək Təqsirləndirilən şəxs əlavə cəza olaraq 01 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilsin. Əlavə cəzanın əvvəli hökm qanuni qüvvəyə mindiyi andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 30 noyabr 2018-ci il tarixli, ETP/OMX-002 nömrəli müqavilə, həmin müqaviləyə 1 nömrəli əlavə, 26 dekabr 2018-ci il tarixli, HW seriyalı, 492037 nömrəli elektron vergi hesab-fakturası, 26 dekabr 2018-ci il tarixli, EAAO seriyalı, 694779 nömrəli elektron qaimə, “Azərbaycan Beynəlxalq Bankı" ASC tərəfindən tərtib edilmiş 26 dekabr 2018-ci il tarixli, 0020CL********** nömrəli kredit haqqında bildiriş, 26 dekabr 2018-ci il tarixli ödəniş tapşırığı, 3 yanvar 2019-cu il tarixli, ETP/OLİMP-001 nömrəli müqavilə, həmin müqaviləyə 1 nömrəli əlavə, 07 iyun 2019-cu il tarixli, EAAV seriyalı, 453997 nömrəli electron qaimə və 29 iyun 2019-cu il tarixli, İC seriyalı, 683520 nömrəli elektron vergi hesab-fakturası cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-97/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-97/2022
29.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver