Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-97/2023 25.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvələr məhkum olunmuş, Ağsu rayonu, Dilman kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında qeydiyyatda olan və barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə və şəxsi istifadəsi üçün qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə 02 bükümdə ümumi təmiz çəkisi 1,209 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, 06 sentyabr 2022-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi 5 ünvanının yaxınlığında həmin narkotik vasitə heroindən 01 ədəd bükümdə 0,652 qram çəkidə olan hissəsini Şahid1 15 manat müqabilində satmış, Xətai RPİ-nin 35-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 06 sentyabr 2022-ci il tarixdə saat 18:20 radələrində ünvan 2 ünvanının qarşında saxlanılıb ünvan 3 yerləşən Xətai RPİ-nin 35-ci PB-nə gətirilərək üzərində müdafiəçinin iştirakı və video çəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxladığı narkotik vasitə heroin, əynində olan göy rəngli cins şalvarın sağ yan cibində 01 ədəd sellofan bükümdə 0,557 qram olmaqla, Şahid1 üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə qismən təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin təhqiqat zamanı izahatı, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-nin 234.1 maddəsi ilə verilmiş ittihamda özünü təqsirli bilmiş, lakin narkotik vasitənin satışı ilə əlaqədar ittiham üzrə özünü təqsirli bilməyərək bildirmişdir ki, o, narkotik vasitəni Ceyhun adlı şəxsdən almışdır. Narkotik vasitəni öz istifadəsi üçün əldə etmişdir. Heç vaxtı heç kimə narkotik vasitə satmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində ilkin olaraq bildirmişdir ki, Almaniyadan bu il deportasiya olunub Bakıya gəldikdən sonra Təqsirləndirilən şəxsla tanış olmuşdur, onunla dostdur. Narkotik vasitəni Orxandan almamışdır. Orxanla birlikdə pul qoyub Ceyhun adlı şəxsdən narkotik vasitə almağa getmişdirlər. İbtidai istintaq zamanı təzyiq altında olduğundan ona həmin narkotik maddəni Orxandan alması barədə ifadə verməsi bildirildiyindən elə ifadə vermişdir. Daha sonra məhkəmə iclasında şahid qismində təkrarən dindirilmiş Şahid1 bildirmişdir ki, o, narkotik vasitəni Təqsirləndirilən şəxs almışdır. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə video və ya kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləməmişdir. Bir neçə vaxtdır ki, narkotik vasitə qəbul etmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 10:00 radələrində əvvəllər tanıdığı Оrxan adlı şəxsdən bir büküm narkotik maddə heroini özü istifadə etmək üçün üçün 15 manata almışdır. Bir qədər sonra Orxanı görüb yenidən heroin sifariş etmişdir. Təxminən saat 16:20 radələrində Xətai rayonu, İ.İsmayılov küçəsi 5 saylı ünvanın yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılaraq Xətai RPİ-nin 35-ci Polis Bölməsinin inzibati binasına aparılmışdır. Sonra bölmədə xidməti otaqların birində polis əməkdaşları və ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri elan edilmiş, üzərinə keçirilən şəxsi axtarış zamanı üzərində qanunla dövriyyəsi qadağan edilən hər hansı əşya və ya predmet olarsa təqdim etməyi təklif edilmişdir. O da əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən sellofana bükülmüş bir büküm narkotik maddə hesab olunan heroini polis əməkdaşlarına təqdim etmişdir. Şəxsi axtarış zamanı həmin narkotik vasitəni kimdən aldığı sorğu edilən zaman o, həmin narkotik vasitəni tanışı Orxan adlı şəxsdən əldə etdiyini bildirmişdir. Sonra üzərindən aşkar edilmiş içərisində narkotik vasitə heroin olan büküm şəxsi axtarış zamanı iştirak edən şəxslərin iştirakı ilə ekspertizaya təqdim edilməsi üçün elektron tərəzidə çəkilmiş, narkotik vasitə heroinin çəkisinin 0.77 qram olması müəyyən edilmişdir. Həmin narkotik vasitə zərfə qoyulub möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, iştirakçıların iştirakı ilə zərf və protokol imzalanmışdır. O, Orxandan narkotik vasitəni ünvan 5 ünvanın yaxınlığında görüşüb alacaqmış, lakin polis əməkdaşları onu saxladıqları üçün o həmin narkotik vasitəni Orxandan ala bilməmişdir. O, narkotik vasitə heroini Orxandan almış, başqa şəxsdən almamışdır, həmçinin əldə etdiyi narkotik vasitəni yalnız öz istifadəsi üçün əldə etmiş, başqa şəxsə satmamışdır (i.v 13). Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, Xətai RPİ-nin 35-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 06 sentyabr 2022-ci il tarixdə Şahid1 Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitələri qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş, ondan və Xətai RPİ-nin 35-ci PB-nin əməliyyat müvəkkili Şahid3 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra o Azimlə birlikdə məlumat əsasında saat 16:20 radələrində Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi 5 ünvanının yaxınlığına getmişlər. Həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə Şamilin əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin orada olmasını və özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi məhəllə 27, ev 14-də qeydiyyatda olmaqla yaşayan Şahid1 kimi təqdim etmişdir. Onlar Şamilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib sonuncunu saxlayaraq Xətai RPİ-nin 35-ci PB-nə dəvət etmişlər. Şamil də buna etiraz etmədikdən sonra sonuncunu PB-nə apararaq barəsində araşdırma aparılması üçün təhqiqatçı Müşfiq Cəbrayılova təhvil vermişlər. Müşfiq Cəbrayılov da Şahid1 hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə sonuncunu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Şahid1 üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Şamilə üzərində qeyriqanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Şamil də əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümün içərisində olan maddənin narkotik vasitə heroin olduğunu, həmin maddəni xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi 5 ünvanının yaxınlığında tanışı Təqsirləndirilən şəxs şəxsi istifadəsi üçün 15 manata aldığını bildirmişdir. Sonra Şamilin üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı sonuncunun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Şamilin üzərindən aşkar olunmuş büküm elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə ümumi çəkisinin 0,77 qram olması müəyyən edilmişdir. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Şamilin üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Şamil tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Bundan sonra Şahid1 narkotik vasitə heroini aldığı Orxan adlı şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmiş və onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Buna görə də ondan və Xətai RPİ-nin 35-ci PB-nin əməliyyat müvəkkili Şahid3 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra o və Azim birlikdə məlumat əsasında saat 18:20 radələrində Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi 5 ünvanının yaxınlığına getmişlər. Həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə Orxanın əlamətləri ilə üst-üst düşən bir nəfər şəxsin orada olmasını özünü şübhəli apardığını görüb həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş, və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Orxana narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib sonuncunu saxlayaraq Xətai RPİ-nin 35-ci PB-nə dəvət etmişlər. Orxan da buna etiraz etmədikdən sonra sonuncunu PB-nə apararaq barəsində araşdırma aparılması üçün təhqiqatçı Müşfiq Cəbrayılova təhvil vermişlər. Müşfiq Cəbrayılov da Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə sonuncunu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmış, şəxsi axtarış keçirməmişdən əvvəl Orxana üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Orxan da əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümün içərisində olan maddənin narkotik vasitə heroin olduğunu, həmin maddəni xx.xx.2022ci il tarixdə Ceyhun adlı şəxsdən özü və tanışı Şamil adlı şəxsin istifadə etməsi məqsədi ilə 15 manata aldığını bildirmişdir. Sonra Orxanın üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı sonuncunun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Şamilin üzərindən aşkar olunmuş büküm elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə ümumi çəkisinin 0,66 qram olması müəyyən edilmişdir. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Orxanın üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Orxan tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 07 sentyabr 2022-ci il tarixli cinayət işi başlamaq və icraata götürmək barədə qərardan görünür ki, Şahid1 barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v 1-2). xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Şahid1 06 sentyabr 2022-ci il tarixdə, saat 16:20 radələrində ünvan 5 ünvanın qarşısında saxlanılaraq Xətai RPİ-nin 35-ci Polis Bölməsinə gətirilmişdir (i.v 13). xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilindiyindən Xətai RPİ-nin 35-ci Polis Bölməsində xx.xx.2022-ci il tarixdə, saat 16:20-də tutulmuş, tutulmanın əvvəli həmin tarixdən saat 16:20-dən hesablanmışdır (i.v 30). Şəxsi axtarış və götürmə aparılması haqqında 06 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin 35-ci PB-in əməliyyat müvəkkili Şahid2, Xətai RPİ-nin 35-ci PB-in əməliyyat müvəkkili Şahid3, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Şahid1, müdafiəçi Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə şəxsi axtarış və götürülmə aparılmış, bu barədə müvafiq protokol tərtib olunmuşdur. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı “Panasonic” markalı mobil telefondan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Şahid1 bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd politren sellofana bükülmüş bükülünü çıxararaq masanın üzərinə qoyub həmin qutunun içərisindəkinin açıq qəhvəyi rəngli narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə tanıdığı Orxan adlı şəxsdən özü istifadə etməsi üçün 15 manat müqabilində 1 büküm olaraq aldığını, üzərində saxlayıb gəzdirdiyini bildirdi. Şahid1 təqdim etdiyi politren sellofana bükülmüş bir ədəd bükülü elektron tərəzi ilə çəkilərkən çəkisinin isə 0,77 qram olduğu müəyyən edildi. Şahid1 təqdim etdiyi narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün 154 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. (i.v 40-41); 08 sentyabr 2023-cü il tarixli təqsirləndirilən şəxsin cəlb edilməsi haqqında qərardan görünür ki, Şahid1 ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona AR CM-in 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. (i.v.114) xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs 06 sentyabr 2022-ci il tarixində, saat 18:20-də Xətai rayonu, İ.İsmayılov küçəsi 5 saylı ünvanın qarşısında saxlanılaraq Xətai RPİ-nin 35-ci polis bölməsinə gətirilmişdir. (i.v 58) xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilindiyindən Xətai RPİ 35-ci PB-də xx.xx.2022-ci il tarixdə, saat 18:20-də tutulmuş, tutulmanın əvvəli həmin tarixdən saat 18:20dən hesablanmışdır (i.v 70) Şəxsi axtarış və götürmə aparılması haqqında 06 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin 35-ci PB-in əməliyyat müvəkkili Şahid2, Xətai RPİ-nin 35-ci PB-in əməliyyat müvəkkili Şahid3, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə şəxsi axtarış və götürülmə aparılmış, bu barədə müvafiq protokol tərtib olunmuşdur. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı “Panasonic” markalı mobil telefondan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd politren sellofana bükülmüş bükülünü çıxararaq masanın üzərinə qoyub həmin qutunun içərisindəkinin açıq qəhvəyi rəngli narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə tanıdığı Ceyhun adlı şəxsdən özü və tanışı Şamil adlı şəxsin istifadə etməsi üçün 15 manat müqabilində 1 büküm olaraq aldığını, üzərində saxlayıb gəzdirdiyini bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi politren sellofana bükülmüş bir ədəd bükülü elektron tərəzi ilə çəkilərkən çəkisinin isə 0,66 qram olduğu müəyyən edildi. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün 154 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. (i.v 80-81); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 sentyabr 2022-ci il tarixli, 6/4845 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №154” dairəvi möhür əksi, Şahid1 -imza, iştirakçılar- üç imza ...” qeyd edilmiş bir ədəd zərfin içərisində 01 ədəd bükümdəki təmiz çəkisi 0,652 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. (i.v 88-91) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 sentyabr 2022-ci il tarixli, 6/4855 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 154” dairəvi möhür əksi, ...İmanov-imza, iştirakçılar – üç imza...” yazı əlavəsi olan bir ədəd zərfin içərəsində bir ədəd bükümdə təmiz çəkisi - 0,557 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in siyahısına (Siyahı İ) daxildir. (i.v 93-96) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 6/6184 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs aşkar olunmuş 01 ədəd bükümdə olan narkotik vasitə - heroin ilə, Şahid1 aşkar olunmuş 1 ədəd bükümdə olan narkotik vasitə - heroin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə öz aralarında eynilik təşkil edirlər. xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, şübhəli şəxs Şahid1 şübhəli şəxs Təqsirləndirilən şəxs üzünə bildirmişdir ki, son zamanlar narkotik vasitəni Orxan vasitəsilə əldə edirmiş. Belə ki, Şahid1 pulu Təqsirləndirilən şəxs verir, o da Ceyhun adlı şəxsdən onu alıb Şamilə gətirirmiş. Təqsirləndirilən şəxs isə Şahid1 tanıdığı üçün Ceyhun adlı şəxsdən narkotik vasitəni götürüb Şamilə çatdırdığını, həmçinin bəzi vaxtlarda birlikdə istifadə etdiklərini bildirmişdir.(i.v 112-113) 08 sentyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə nəzərdə tutulan ittiham elan edilmişdir (i.128) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs və Şahid1 barəsində həbs qətimkan tədbiri seçilməsi, həbsetmələrinin əvvəlinin 06 sentyabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Həmin qərarlardan görünür ki, Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitə olan heroini tanışı Şahid1 ilə birlikdə Ceyhun adlı şəxsdən 15 manat müqabilində əldə edərək üzərində saxlamaqla daşımış, lakin satmamışdır, təqsirləndirilən şəxs Şahid1 isə 01 ədəd bükümdə narkotik vasitə olan heroini əldə edərək üzərində saxlamaqla daşıdığını bildirmişdir. (i.v 158-165) Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası BƏSİİ-dən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 194.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3500 manat cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə təyin edilmiş cərimə cəzası 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, xx.xx.2020-ci il tarixdə cəzanın müddəti başa çatmışdır. Daha sonra Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən, qəti olaraq 03 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən üzərində 03 il 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır.(i.v 189-203) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(011)-326/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən, ona təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti olaraq 03 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 ay 22 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 05 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 03 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində 03 il 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Təqsirləndirilən şəxs yaşadığı Ağsu rayonu, Dilman kəndini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağsu rayonu ərazisini tərt etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmuş, barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməsi, dərhal məhkəmə iclas zalından azad edilməsi, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm olunmuşdur (i.v 191-203) Məhkəmə-narkoloji ekspertizasının 22 sentyabr 2022-ci il tarixli, 5432 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(i.v 213-214) 16 noyabr 2022-ci il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Xətai RPİ-nin İŞ-nin baş müstəntiqi Taleh Şamilov tərəfindən ********* nömrəli cinayət işindən Şahid1 barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır. xx.xx.2022-ci il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, cinayət işinə əlavə olunmuş bir ədəd DVD-R formatlı diskə baxış keçirilmişdir. Faylda əks edilmiş görüntülər 06 sentyabr 2022-ci il tarixdə qeydə alınmışdır. Həmin görüntüdə Təqsirləndirilən şəxs üzərində Xətai RPİ-nin 35-ci PB-də xidməti otaqda şəxsi axtarış aparılan zaman sonuncu əynində olan göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümdə olan maddəni çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu, həmin maddəni xx.xx.2022-ci il tarixdə Ceyhun adlı şəxsdən özü və tanışı Şamil adlı şəxsin istifadə etməsi üçün 15 manata alaraq üzərində saxladığını bildirmişdir. Aşkar edilmiş maddə zərfdə qablaşdırılmış və möhürlənmişdir. 16 noyabr 2022-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddələri ilə yenidən ittiham elan edilməsi, məhkəmə-kimyəvi ekspertizanın xx.xx.2022-ci il tarixli, 6/4845 və 6/4855 saylı, xx.xx.2022-ci il tarixli 6/6184 saylı və məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 5432 saylı və 5433 saylı rəyləri iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilməsi və istintaq materiallarına əlavə edilməsi, Şahid1 barəsində Azərbaycan Respublikası CM-in 234.2 və 234.4.1-ci maddələri, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.4.1ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilməsi və Azərbaycan Respublikası Baş prokurorunun "İşin təşkili qaydalarının" 346.13.04 bəndinə əsasən cinayət işi üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi epizodları ilə əlaqədar materiallar cinayət işindən ayrılaraq Bakı şəhəri Xətai rayon prokurorluğunun dəftərxanasına təhvil verilməsi, iş üzrə narkotik vasitə heroin çəkisinin xüsusi biliyə malik olan ekspert tərəfindən verilməsini əsas götürərək Şahid1 aşkar olunaraq götürülmüş narkotik vasitə heroin ümumi çəkisinin 0,652 qram hesab edilməsi, iş üzrə narkotik vasitə heroin və psixotrop mmaddə metamfetaminin çəkisinin xüsusi biliyə malik olan ekspert tərəfindən verilməsini əsas götürərək Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş narkotik vasitə heroin ümumi çəkisinin 0,557 qram hesab edilməsi, istintaq zamanı Şahid1 aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,652 qram olan narkotik vasitə heroinin maddi sübut kimi tanınması və qalıq qalmış 0,582 qram çəkidə narkotik vasitə heroinin saxlanış üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilməsi, istintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,557 qram olan narkotik vasitə heroinin maddi sübut kimi tanınması və qalıq qalmış 0,487 qram çəkidə narkotik vasitə heroinin saxlanış üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilməsi, iş üzrə Şahid1 və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 02 ədəd DVD formatlı diskin maddi sübut kimi tanınması və istintaq materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs qanunsuz əldə etdiyi narkotik vasitə olan heroinin mənbəyinin müəyyən edilməsi məqsədi ilə cinayət işindən material ayrılmaqla icraata qəbul edilməsi və qərarın surətinin əməliyyat-axtarış tədbirlərinin gücləndirilməsindən ötrü Xətai RPİ-nin 35-ci PBnǝ göndərilməsi, iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Şahid1 ifadəsinin iş üzrə şahid ifadəsi kimi nəzərə alınması, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməsə də onun əməlinin cinayətlərin residivi kimi qiymətləndirilməməsi, Şahid1 barəsində Azərbaycan Respublikası CMin 234.1 və 234.2-ci maddələri ilə istintaq olunan ********* saylı cinayət işindən, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin ayrılması, zəruri sənədlərin kserosurətləri tərtib edilmiş siyahı üzrə çıxarılmaqla, ayrılmış cinayət işinə əlavə olunması və icraata qəbul edilməklə istintaqının aparılması, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xətai rayon prokuroruna göndərilməsi qərara alınmışdır (i.v 230-243) 17 noyabr 2022-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v 253-254) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(011)-98/2023 saylı hökmündən görünür ki, Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsi ilə bağlı cinayət işinin məhkəmə baxışında bildirmişdir ki, “...xx.xx.2022-ci il tarixdə təxminən saat 10:00 radələrində əvvəllər tanıdığı Orxan adlı şəxsdən bir büküm narkotik vasitə heroin özü istifadə etmək üçün 15 manata almışdır. Bi qədər sonra Orxanı görüb yenidən heroin sifariş vermişdir....” Məhkəmə iclasında tərəflərin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə olan videogörüntülər tədqiq edilmiş, videogörüntüdə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış aparıldığı, hüquq və vəzifələri izah edildiyi, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edildiyi, baxış zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə çəkisi 0,557 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs üzərindən çıxan narkotik vasitəni şəxsi istifadəsi üçün Ceyhun adlı şəxsdən almasını bildirdiyi müəyyən edilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin satmaması ilə bağlı məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə məqsədi daşıyır və Şahid1 ibtidai istintaq zamanı və sonuncunun barəsində olan cinayət işi ilə əlaqədar məhkəmə istintaqında vermiş olduğu, hazırki iş üzrə təkrarən vermiş olduğu ifadələri, şahidlərin ibtidai istintaq zamanı və məhkəmə istintaqında vermiş olduğu ifadələri və iş materiallarına əlavə edilmiş digər sübutlar ilə təkzib olunur. Şahid1 ifadəsinə qiymət verərkən məhkəmə hesab edir ki, onun məhkəmədə verdiyi ifadəsi məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə və digər sübutlarla təkzib olunur. Məhkəmə iclasında Şahid1 bu cür ifadə verməsini ona ibtidai istintaq zamanı təzyiq göstərilməsi ilə əsaslandırmış, bu isə həm ibtidai isintaq zamanı, həm də məhkəmə istintaqı zamanı təsdiq olunmamışdır. Şahid1 hazırki iş üzrə şahid olsa da, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi ayrılmış və həmin iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(011)-98/2023 saylı hökmü ilə Şahid1 təqsirli bilinmiş, həmin hökm xx.xx.2023-cü il tarixdə qanuni qüvvəyə minmiş, həmin hökmdən müəyyən olunmuşdur ki, Şahid1 narkotik vasitəni Təqsirləndirilən şəxs almasını bildirmişdir. Şahid1 məhkum olunduğundan onun yalan ifadə verməsinə görə material ayrılması məqsədə müvafiq hesab edilmir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142.1-ci maddəsinə əsasən(Cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir.) Şahid1 Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(011)-98/2023 saylı hökmü ilə müəyyən edilmiş ifadəsi preyudisial əhəmiyyət daşıyır. Bundan əlavə, ibtidai araşdırma zamanı müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxsin ifadələri alınmış, həmin ifadələrdə ilkin olaraq Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş, həmin ifadələri təsir altında verməsi ilə bağlı ibtidai araşdırma zamanı hər hansı müraciəti olmamışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuş, lakin onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin tərkib əlaməti olmadığından həmin maddə ittihamdan xaric olunmalıdır. Belə ki, işin faktiki hallarından göründüyü kimi Təqsirləndirilən şəxs ibtidai istitnaq zamanı və məhkəmə iclasında vermiş olduğu ifadəsində Ceyhun adlı şəxsdən 15 manata narkotik vasitəni öz şəxsi istifadəsi üçün almasını bildirmiş olsa belə lakin əldə etdiyi 02 bükümün 01 bükümünü Şahid1 satmış, digər bükümünü isə sata bilməmiş və polis əməkdaşları tərəfindən tutulmuşdur. Yəni iş materialları ilə təqsirləndirilən şəxsin satış üçün aldığı narkotik vasitələri satmamışdan və ya satdıqdan sonra qalan narkotik vasitələrdən istifadə etməsi müəyyən olunmur. İşin faktiki halları ilə cinayət tərkibinin əlamətlərinin uyğunlaşdırılması zamanı məhkəmə qeyd edir ki, bu halda Təqsirləndirilən şəxs 02 bükümdən yerdə qalan 01 bükümü aşkar edilməsi cinayətlərin məcmusunu yaratmır və Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tam əhatə olunur. Məhkəmə qeyd edilən hala davam edən hal kimi qiymət verir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi İran İslam Respublikasının vətəndaşından bir neçə bükümdə narkotik vasitə və psixotop maddə alması onun əvvəlcədən narkotik vasitə satışı niyyətinin olmasına dəlalət edir. Ali Məhkəmənin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” “04” mart 2011-ci il tarixli plenum qərarının tövsiyyələrinə əsasən təqsirləndirilən şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən narkotik vasitənin bağlamalara bükülməsi nəzərə alınmalıdır. Göstərinlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tam əhatə olunduğundan, üzərindən tapılmış narkotik vasitənin və psixotrop maddənin satış məqsədi olmadan saxlanılması ilə bağlı onun əməlində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi ağırlaşdırıcı hal hesab olunur; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 234.1 maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ali Məhkəmənin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” “04” mart 2011-ci il tarixli plenum qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 38-ci bəndindən görünür ki, təqsirləndirilən şəxsə qarşı cinayət qanununun müxtəlif maddələri ilə nəzərdə tutulmuş bir neça cinayəti törətməsi barədə ittiham irəli sürülmüşsə və məhkəmə baxışında bu cinayətlərdən bəzilərinə görə ittiham sübuta yetirilmirsə, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin müayyon cinayətləri törətməkdə təqsirli hesab olunmasına, başqa cinayətlərə görə irəli sürülmüş ittiham üzrə ona bəraət verilməli olmasına dair qənaətinin motivlarini göstərir, hökmün nəticəvi hissəsində isə təqsirləndirilən şəxsin cinayət qanunun müvafiq maddələri ilə təqsirli bilinməsi, digər maddələr üzrə ona bəraət verilməsi göstərilir. Şəxs cinayət qanununun bir maddəsi ilə tövsif olunan bir neçə cinayətin və yaxud çox epizodlu cinayətin törədilməsində təqsirləndirilirsə (məsələn, bir neçə oğurluq və ya davam edən cinayətin bir neçə epizodu) və məhkəmə baxışı nəticəsində bunlardan bəziləri üzrə ittiham tasdiq edilmirsə, bu hallar cinayətin tövsifinin dəyişməsinə səbəb olmadıqda, məhkəmə ittihamın bu hissədə əsassız hesab edilməsi barədə nəticəni və gəldiyi qənaətin motivlərini hökmün təsviri-əsaslandırıcı hissəsində göstərir. İrəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini və hal-hazırda cəza çəkməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham ittihamdan xaric edilməli, Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halın və ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası, həmin məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının bir günə iki gün hesabı ilə hesablanmaqla hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə qəti cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, ona Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut - 01 (bir) ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 50 (əlli) saat üçün nəzərdə tutulan 300 (üç yüz) manat pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitənin istifadəsində aidiyyəti sübuta yetirilmədiyindən ona verilmiş ittihamın bu hissəsi əsassız hesab olunsun və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi xaric edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsini xx.xx.2022-ci il tarixli, 1(011)- 326/2022 saylı hökmü ilə təyin edilmiş 03 il 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-cü maddəsinə əsasən 01(bir) günə iki gün hesablanmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsiə əsasən ona təyin edilmiş 04(dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilsin və onun üzərində qəti olaraq 04(dörd) il 06(altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 06 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalan Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 01 ədəd bükümdə ümumi təmiz çəkisi 0,487 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 184 (yüz səksən dörd) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 50 (əlli) saat üçün nəzərdə tutulan 300 (üç yüz) manat pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-97/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-97/2023
25.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver