Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-98/2021 09.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə açıq məhkəmə iclasında ilkin dinləmələr keçirərək M Ü Ə Y Y Ə N E T D İ: İbtidai araşdırma orqanının ittiham aktı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham olunmuşdur. İttiham aktına əsasən Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə "X1" QSC-də sürücü işləyən Şahid2 vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs1 qızı Şahid3 Socar şirkətinin kadrlar şöbəsinə işə düzəldəcəyinə dair yalan vəd verib, əslində vədinə əməl etməyərək aldadıb 2019-cu ilin aprel ayının sonlarında 3400 (üç min dörd yüz) manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs1 məxsus əmlal keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 oğlu X2 Daşlarında krançı kimi işə düzəldəcəyinə dair yalan vəd verib əslində vədinə əməl etməyərək aldadıb 2019-cu ilin may ayında 800 (səkkiz yüz) manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs1 məxsus əmlal keçirib dələduzluq etmişdir. Bundan əlavə o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə "Xəzər Dəniz Gəmiçiliyi" QSC-də sürücü işləyən Şahid2 vasitəsilə tanıdığı vətəndaş Zərərçəkmiş şəxs2 oğlu Şahid1 "Socar" şirkətinin kadrlar şöbəsinə işə düzəldəcəyinə dair yalan vəd verib, əslində vədinə əməl etməyərək aldadıb 2019-cu ilin aprel-may ayları ərzində hissə-hissə olmaqla Xətai rayonu Ağ şəhər adlanan yerdə 13300 (on üç min üç yüz) manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs2 məxsus xeyli miqdarda əmlakı ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə Qurbanov Xaliddin Məmməd oğlunu Dövlət Neft şirkətində işə düzəldəcəyi adı ilə aldadıb 2019-cu ilin oktyabr-noyabr ayları ərzində hissə-hissə olmaqla vahid niyyətlə ümumilikdə 5000 (beş min) manat məbləğində pulunu Bakı şəhəri Xətai rayonu ərazisində ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə 2020-ci ilin iyul ayı ərzində Zərərçəkmiş şəxs4 karantin olmasına və yolların bağlı olmasına baxmayaraq Rusiya Federasiyasında yaşayan arvadının yanına göndərəcəyi adı ilə aldadaraq, hissə-hissə olmaqla ümumilikdə 800 manat pulunu Bakı şəhəri Xətai rayonu ərazisində ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən ibtidai araşdırma orqanı tərəfindən ibtidai araşdırma zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1 və 303.3.6-cı maddələrində nəzərdə tutulan kobud qanun pozuntularına yol verildiyi müəyyən edildiyindən cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, məhkəmə hazırlıq iclasında müəyyən edilmişdir ki, ittiham aktı Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 289.3.1-ci maddəsinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilir. İttiham aktında Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə "X1" QSC-də sürücü işləyən Şahid2 vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs1 qızı Şahid3 Socar şirkətinin kadrlar şöbəsinə işə düzəldəcəyinə dair yalan vəd verib, əslində vədinə əməl etməyərək aldadıb 2019-cu ilin aprel ayının sonlarında 3400 (üç min dörd yüz) manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs1 məxsus əmlal keçirib dələduzluq etməsi göstərilsə də, cinayətin törədilmə yeri göstərilməmişdir. Bundan əlavə, ittiham aktında Təqsirləndirilən şəxs təkrarən, özgənin əmlakım etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 oğlu X2 Daşlarında krançı kimi işə düzəldəcəyinə dair yalan vəd verib əslində vədinə əməl etməyərək aldadıb 2019-cu ilin may ayında 800 (səkkiz yüz) manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs1 məxsus əmlal keçirib dələduzluq etməsi göstərilsə də, bu epizod üzrə də cinayətin törədilmə yeri göstərilməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsinin tələblərinə riayət edilməmiş, bu isə ibtidai araşdırmanı həyata keçirən müstəntiq tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud şəkildə pozulmasına dəlalət edir. Bundan əlavə, təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli qərarda qeyd edilmişdir ki, xx.xx.1979-cü ildə Yevlax rayonunda anadan olmuş, evli, AR vətəndaşı, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Nizami rayonu İnzibati bina S.Mirzəyev küçəsi ev 127-də qeydiyyatda olmaqla, Xətai rayonu Sadıqcan küçəsi 5/4-də yaşayan Təqsirləndirilən şəxs cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə təqsirləndirilir ondan ötrü ki, o, tamah niyyətilə, özgənin əmlakını ələ keçirmək məqsədi ilə “X1" QSC-də sürücü işləyən İsrail adlı şəxsin vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs1 qızı Şahid3 Socar şirkətinə kadrlar şöbəsinə işə düzəldəcəyi adı ilə aldadıb 2019-cu ilin aprel ayının sonlarında 3400 (üç min dörd yüz) manat məbləğində, həmin ilin may ayında isə qardaşı X2 Daşlarında krançı kimi işə düzəldəcəyi adı ilə aldadıb 800 (səkkiz yüz) manat məbləğində pulunu alaraq ümumilikdə 4200 (dörd min iki yüz) manat pulunu ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, tamah niyyətilə, özgənin əmlakını ələ keçirmək məqsədi ilə “X1" QSC-də sürücü işləyən İsrail adlı şəxsin vasitəsilə tanıdığı vətəndaş Zərərçəkmiş şəxs2 oğlu Şahid1 "Socar" şirkətinə kadrlar şöbəsinə işə düzəldəcəyi adı ilə aldadıb 2019-cu ilin aprel-may ayları ərzində hissə-hissə olmaqla Xətai rayonu Ağ şəhər adlanan yerdə 13300 (on üç min üç yüz) manat məbləğində pulunu alaraq təkrarən dələduzluq etmişdir. Bundan başqa o, tamah niyyətilə, özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 Dövlət Neft şirkətində işə düzəldəcəyi adı ilə aldadıb 2019-cu ilin oktyabr-noyabr ayları ərzində hissəhissə olmaqla vahid niyyətlə ümumilikdə 5000 (beş min) manat məbləğində pulunu Bakı şəhəri Xətai rayonu ərazisində ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa o, 2020-ci ilin iyul ayı ərzində tamah niyyəti ilə, özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 karantin olmasına və yolların bağlı olmasına baxmayaraq Rusiya Federasiyasında yaşayan arvadının yanına göndərəcəyi adı ilə aldadaraq, hissəhissə olmaqla ümumilikdə 800 manat pulunu Bakı şəhəri Xətai rayonu ərazisində ələ keçirərək təkrarən dələduzluq etmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarda təqsirləndirilən şəxsə dörd epizod üzrə ittiham elan olunmuş, lakin, ittiham aktında təqsirləndirilən şəxsə beş epizod üzrə ittiham edilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli qərardan sonra təqsirləndirilən şəxsə yeni ittiham elan edilməmişdir. Məhkəmə qeyd edir ki, təqsrləndirilən şəxsə ittihamın ittiham aktında göstərilən formada elan olunmaması, nəticədə təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə müdafiə hüququnun pozulmasına səbəb olmuşdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin a yarımbəndinə əsasən, «cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı ona qarşı irəli sürülmüş ittihamın «xarakteri və əsasları» haqqında bildiyi dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir». Azərbaycan Respublikası CPM-nin 91.5.1-ci maddəsinə əsasən, «nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi)» təqsirləndirilən şəxsin hüququdur. Bundan əlavə, Azərbaycan Respublikası CPM-nin 303.3.5-ci maddəsinin tələbləri də pozulmuş¸ cinayət işinin materiallarında olan ittiham aktınıda ittihamın irəli sürülməsi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilməmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı cinayət işinin məhkəmə baxışının qeyri-mümkünlüyünə səbəb olan halların, cinayət işi üzrə məhkəməyədək icraat zamanı seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını bildirərək işin məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və müdafiəçisi məhkəmənin müəyyən etdiyi hallarla razı olduqlarını bildirərək işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etdilər. Məhkəmə iclasında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 cinayət işinin materialları ilə tanış olmadıqlarını, zərərçəkmiş şəxsin cinayət işinin materialları ilə tanış etmə haqqında olan imzaların onlara məxsus olmadıqlarını bildirərərk işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına etiraz etmədilər. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına etiraz etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır; 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir; 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulduqda (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır; 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmadıqda cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır; 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilərək, iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, habelə məhkəməyədək icraat zamanı CPM-nin yaxırada qeyd olunan tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiq barəsində ayrıca xüsusi qərar çıxarılmalıdır. Bundan əlavə, CPM-nin 306.1-ci və 306.2-ci maddələrinin müddəaları baxımından cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul etmiş məhkəmə, təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi, uzadılması və ya ləğv edilməsi ilə bağlı məsələyə münasibət bildirməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin aşağıdakılara dair qərar çıxarır: 306.1.1. təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; 306.1.2. qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; 306.1.3. təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi. 306.2-ci maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra məhkəmə bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada eyni zamanda ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır: 306.2.1. ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda; Təqsirləndirilən şəxs cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə, məhkəmə baxışının normal gedişinə mane olmaq, yenidən cinayət törətmək, məhkəmə çağırışlarına üzrlü səbəb olmadan gəlməmək və cəmiyyət üçün təhlükə yaratmaq ehtimalları olduğundan, məhkəmə hesab edir ki, onun barəsində seçilmiş “həbs” qətimkan tədbirinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı gün qurtarmasını nəzərə alaraq hesab edir ki, “həbs” qətimkan tədbirinin müddəti 01 (bir) ay müddətinə uzadılmalıdır. Azərbaycan Respublikası CPM-nin 173.2-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı hallar istisna olmaqla, qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarından apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 300, 303, 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın və Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbirinin müddəti 01 (bir) ay olmaqla xx xxxx 2021-ci il tarixədək uzadılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Sədrlik edən Cavid Hüseyn
Məhkəmə qərarları › İş №1(011)-98/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-98/2021
09.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver