Məhkəmə qərarları › İş №1(011)-99/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-99/2021

11.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-99/2021 11.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Naxçıvan Muxtar Respublikası Babək rayonu Cəhri kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Naxçıvan Muxtar Respublikası Babək rayonu Cəhri kəndində qeydiyyatda olan, Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə X12 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair əldə edilmiş razılığa görə qrup üzvləri xx xxxx 2020-ci il tarixdə saat 03 radələrində Bakı şəhəri Xətai rayonu Zığ şossesi məhəllə 2063 ünvanda yerləşən avtomobil təmiri məntəqəsinə gəldikdən sonra, təmir bərpa işləri ilə əlaqədar məntəqədə saxlanılmış AD 458463 nömrəli qeydiyyat şəhadətnaməsi əsasında vətəndaş Zərərçəkmiş şəxs2 məxsus “BMW 525” minik markalı 10MK909 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən sonuncuya məxsus 210 manat qiymətində 01 ədəd akumulyatoru, 30 manat qiymətində 01 ədəd avtomobil domkratını, 10 manat qiymətində 01 ədəd avtomobil təkəri üçün açarı, 10 manat qiymətində təmir üçün açar komplektini, 530 manat qiymətində bir cüt avtomobil üçün ön işıqları və 500 manat qiymətində bir cüt avtomobil üçün yan güzgüləri gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 ümumilikdə 1290 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə xx xxxxxxx 2020-ci il tarixdə saat 02 radələrində ünvan 2 saylı ünvanda yerləşən “TAC” adlı dönərxananın qarşısına gəldikdən sonra, dönərxananın içərisinə dorğu açılan plastik pəncərəni fiziki güc tətbiq etmək yolu ilə açaraq pəncərədən keçməklə binaya qanunsuz daxil olub, oradan İran İslam Respublikası vətəndaşı Zərərçəkmiş şəxs1 məxsus 100 manat nağd pulu, 300 manat qiymətində 01 ədəd “Maxwell” əmtəə nişanlı multibişirici aparatı və 300 manat 01 ədəd qiymətində 01 ədəd samovarı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 700 manat ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2018-ci il tarixdə azadlığa buraxıldıqdan bir müddət sonra, fərdi qaydada Bakı şəhəri Xətai rayonu Babək prospektində yerləşən avtomobil təmiri sexində usta işləmiş, bir müddətdən sonra isə işdən çıxmış, işdən çıxdıqdan sonra heç bir yerdə işləməmişdir. xx xxxxxxx 2020-ci il tarixdə keçirdiyi maddi sıxıntı səbəbindən mağazadan araq alıb içərək sərxoş olmuş, həmin ərəfədə əvvəllər usta kimi çalışdığı Xətai rayonu Babək prospektində yerləşən avtomobil təmiri sexinin qarşısındakı olan istifadəyə yarasız “Ford” markalı avtomobilin yük hissəsində gecələmiş, həmin gün saat təxminən 02 radələrində qaldığı yer ətrafında piyada olaraq hərəkət etdiyi zaman Babək prospektində yerləşən “Tac” adlı dönərxanası diqqətini cəlb etmişdir. Dönərxana digər tikililərin əhatəsində olmuş, çöl hissəyə açılan pəncərəsi isə plastik materialdan olmuş, pəncərənin hər hansı dəmir barmaqlığı olmamışdır. Ətrafa nəzər salıb kimsənin olmadığına əmin olduqdan sonra əli ilə güc edib, dönərxananın plastik materialdan olan pəncərəsini açmış, ardınca pəncərədən keçməklə, dönərxanaya daxil olub orada axtarış aparmağa başlamış, həmin zaman dörxanadakı masanın üzərindəki kitabı açıb, içərisinə nəzər saldıqda orada 80 manat pul, kitabın yanındakı dəmir qutu içərisində isə sikkələrlə 20 manat pul aşkar etmiş, dərhal həmin puları götürməklə, ciblərinə yerləşdirmiş, ardınca dönərxanada bir ədəd samovar və 01 ədəd isə qızdırıcı aparat aşkar edib həmin əşyaları götürərək oranı tərk etmiş, dönərxananı tərk etdikdən sonra, oğurladığı samovar və qızdırıcı aparatı müvəqqəti yaşadığı Babək prospektindəki avtotəmir sexinin qarşısındakı saxlanmış “Ford” markalı avtomobilin yük hissəsində gizlətmişdir. Dönərxanadan oğurladığı 100 manat pulu öz şəxsi ehtiyyaclarına xərcləmiş, oğurladığı samovar və qızdırıcı aparata müştəri tapa bilmədiyi üçün isə həmin əşyaları özündə saxlamışdır. Törətdiyi oğurluq cinayətinə görə saxlandığı zaman, əməlini etiraf etməklə oğurlayaraq “Ford” markalı avtomobilin yük hissəsində gizlətdiyi samovar və qızıdırıcı aparatı təqdim etmişdir. Zərərçəkmiş şəxs2 məxsus “BMW 525” minik markalı 10MK909 dövlət qeydiyyat nişanlı avtomobildən hər hansı oğurluq etməmiş, istintaq zamanı ifadəsini oxumadan imza etmişdir. Əməlindən səmimi peşman olduğunu, himayəsində üç azyaşlı övladının olmasını, zərərçəkən şəxslərə barışdığını nəzərə alınaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittihamlar üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin ifadələri, məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, zərərçəkmiş şəxslərin və şahid ifadələri, eləcə də işin biri digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, “BMW” markalı, 10MK909 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdən etibarən ona məxsus olmuş, 2020-ci ilin tarixdə təxminən may ayında həmin avtomobili rənglənməsi üçün Bakı şəhəri Xətai rayonu Zığ yolu məhəlllə 2063 ünvanında yerləşən avtotəmir sexində rəngsaza təhvil vermiş, respublika ərazisində elan edilmiş karantin ilə əlaqədar olaraq təmir işləri dayandığından ona məxsus olan “BMW” markalı avtomobil uzun müddət avtotəmir sexinin həyətində qalmalı olmuş, lakin buna baxmayaraq tez-tez həmin avtotəmir sexinə gedərək avtomobilinə nəzarət etmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 14 radələrində avtotəmir sexinə gedib avtomobilə baxış keçirərkən avtomobildə heç bir dəyişiklik olmadığını, avtomobili təmir sexinə təhvil verdiyi kimi öz yerində olduğunu görmüş, akumulyatorun ölməməsi üçün avtomobili bir qədər işlək vəziyyətdə saxlamış, bundan sonra o, avtomobili söndürüb qapılarını bağlayaraq avtotəmir sexini tərk etmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 11 radələrində avtotəmir sexinə gedərək yenidən avtomobilinə baxış keçirtdiyi zaman avtomobili işlək vəziyyətə gətirməkdən ötrü avtomobilin qapısını açmaq istədikdə qapının açılmadığını görmüş, akumulyatorun öldüyünü düşünmüş, bunun üçün avtomobilin yük yerində olan akumulyatoru yoxlamaq istəmiş, avtomobilin yük yerinə yaxınlaşdıqda avtomobilin yük yerinin açıq olduğunu görmüş, avtomobilin yük yerinə baxış keçirtdikdə avtomobilin yük yerində yerləşən 01 ədəd 210 manat dəyərində olan akumulyatorun, orada olan 01 ədəd 30 manat dəyərində olan qaldırıcı qurğunun, 01 ədəd 10 manat dəyərində olan təkər açarının, 01 ədəd 10 manat dəyərində olan komplekt açarların, təmir ilə əlaqədar avtomobilin üzərindən çıxarılaraq yük yerinə qoyulan 02 ədəd ümumi dəyəri 530 manat olan ön işıqların və 02 ədəd ümumi dəyəri 500 manat olan yan güzgülərin oğurlandığını aşkar etmiş, oğurluq nəticəsində ona ümumilikdə 1290 manat maddi ziyan dəymişdir. Onun avtomobilindən Vüsal deyil başqa şəxslər oğurluq etmişdir. Ona dəymiş zərər ödənilmişdir, təqsirəndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, sonuncu məhkəmə iclasına gəlməmiş, ölkə hüdudlarından kənarda olduğundan videokonfrans əlaqə sistemindən istifadə edilməklə dindirilmiş, o, ifadəsində göstərmişdir ki, ünvan 2 saylı ünvanda yerləşən “Tac” adlı qeyri-yaşayış sahəsini icarə əsasında işlətmiş, sözügedən qeyri-yaşayış sahəsi dönərxana kimi təsis edilmiş, sahəsi təxminən 10 kv/m olmuş, dönərxana ön və sağ yan tərəfdən plastik pəncərələrlə təchiz edilmiş, girişi dəmir qapıdan olmuş, dönərxanada gündəlik olaraq dönər və bir neçə növ yeməklər satılmış, hər gün saat təmxinən 10 radələrində dönərxanaya gəlib, özündə olan açarlar vasitəsi ilə giriş qapısını açaraq fəliyyətə başlamış, saat təxminən 21 radələrində isə dönərxanadakı iş fəaliyyətini tamamlamaqla giriş qapısını bağlayaraq evə getmişdir. Sonuncu dəfə xx.xx.2020ci il tarixdə həmişə olduğu kimi səhər saat 10 radələrində dönərxanaya gəlib fəaliyyətə başlamış, gün ərzində normal iş fəaliyyətini həyata keçirib, saat təxminən 21 radələrində dönərxananı bağlayaraq evə getmiş, gün ərzində hər hansı şübhəli halla qarşılaşmamış, hər hansı şübhəli şəxsin hərəkətləri diqqətini cəlb etməmişdir. Bununla belə xx xxxxxxx 2020-ci il tarixdə saat təxminən 10 radələrində işlətdiyi dönərxanaya gəldiyi zaman, dönərxananın sağ yan hissəsindəki plastik pəncərənin açıq olmasını aşkar etmiş, dərhal dönərxanaya daxil olub, orada olan əşyalarına nəzərə yetirdiyi zaman, dönərxanada masa üzərində qoyduğu kitabça arxasında saxladığı 80 manat nağd pulun, kitabça yaxınlığındakı qutuda saxladığı 20 manat sikkə ilə pulun, su qaynatmaq üçün istifadə etdiyi 300 manat dəyərində 01 ədəd samovarın və yemək qızdırmaq üçün istifadə etdiyi 300 manat qiymətində 01 ədəd multibişirici aparatın yerində olmadığını, naməum şəxs tərəfindən oğurlandığını aşkar etmiş, bundan sonra DİN-in 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermiş, döndərxanadan sadaladığı əşyalar və 100 manat puldan başqa heç bir əşya oğurlanmamış, oğurluq nəticəsində ona ümumilikdə 700 manat maddi ziyan dəymişdir. Əşyalar geri qaytarıldığından Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, təxminən 2016-cı ildən etibarən Xətai rayonu Zığ yolunda yerləşən avtomobil təmiri sexinin həyətində yerləşən avtoyuma məntəqəsində işləmiş, yaşamağa yeri olmadığı üçün gecəni də həmin ünvanda gecələmiş, təxminən iyul ayının sonlarında axşam saatlarında qara rəngli “Kia” markalı avtomobilin sexə yaxılaşdığını görmüş, onlardan orta boylarda, qarayanız və qara saçları olan sükan arxasında, digəri yəni, görünüşcə orta bədən quruluşlu saçları bir qədər dazlaşmış olanı isə avtomobilin qabaq oturacağında əyləşmiş, onlara yaxınlaşıb avtomobil təmiri sexinin bağlı olmasını bildirdikdə onlar avtomobillərin təmir sexində olduğunu və avtomobildən müəyyən ehtiyyat hissələrini söküb aparmalı olduqlarını bildirmişlər. Bundan sonra onlardan saçları dazlaşmış olan şəxs avtomobildən düşərək ona köməklik etməyini xahiş etmiş, ona köməklik edə biləcəyini bildirdikdə həmin şəxs ona üç manat pul verərək siqaret almağını demiş, onunla birgə avtomobil təmiri sexinin içərisində olan “BMW” markalı avtomobilə yaxınlaşmış, həmin şəxs avtomobilin içərisinə boylanıb avtomobilin yük yerinə yaxınlaşmış, avtomobilin yük yerini açdıqdan sonra orada olan avtomobil ehtiyyat hisslərini aparmalı olduğunu bildirmişdir. Həmin şəxs onunla gələn şəxsi də ona kömək etmək üçün çağırmağı xahiş etmiş, o, digər şəxsi oturduğu “Kia” markalı avtomobildən çağırmağa ərindiyi üçün əlində olan fənər işığı vasitəsi ilə kənardan çağırmış, bir qədər keçdikdən sonra həmin şəxs də “BMW” markalı avtomobilinin yanında dayanaraq onu gözləyən dostunun yanına gəlmiş, köməkləşərək “BMW” markalı avtomobilin yük yerində olan ehtiyyat hissələrini özlərinin oraya gəldikləri “Kia” markalı avtomobilin yük yerinə yığaraq oranı tərk etmişlər. Bir daha təsdiq edir ki, “BMW” markalı avtomobilinin yük yerindən əşyaları götürən şəxslərdən biri hazırda məhkəmə iclas zalında olan Təqsirləndirilən şəxs olmuş, belə ifadə verməsinə onu heç kim məcbur etməmişdir. Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, sonuncu gəlməmiş, bunun səbəbləri barədə bildirməmiş, şahidin məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, Təqsirləndirilən şəxs iki ay olar ki, tanımış, onunla dostluq münasibətləri olmamışdır. xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən mənzildə tanışları Vüqar və Səbuhi spirtli içki qəbul etmiş, həmin vaxt Vüqar əvvəllər tanıdığı bir nəfər qadını evə dəvət etmək istədiyini bildirmiş, Səbuhi spirtli içki qəbul etdiyindən özünə məxsus olan “Kia Rio” markalı ** SX *** dövlət qeydiyyyat nişanlı avtomobili idarə etmək üçün ona vermiş, o, Vüqarla birlikdə evi tərk edərək Səbuhiyə məxsus olan avtomobil ilə həmin qadını gətirməyə getmişlər. Yarı yolda Vüqarın spirtli içki qəbul etməsi səbəbindən onu evə düşürmək qərarına gəlmiş, Vüqarı yaşadığı mənzildə düşürdükdə həyətdə Vüsal və Elxan ilə rastlaşmış, Vüsal ona yaxınlaşaraq ailəsində problem olduğunu deyib, ondan Səbuhiyə məxsus olan avtomobilin açarını istəmiş, o, avtomobilin açarını verdikdə Vüsal səhər onunla əlaqə saxlayaraq avtomobili ondan təhvil verəcəyini demiş, o razılaşmışdır. Bundan sonra əvvəllər tanıdığı Gülnar adlı qadına zəng edərək gecəni qalmaq üçün onun yaşadığı Nərimanov rayonunda yerləşən mənzilə yollanmış, yolda olarkən Səbuhi ona zəng etdikdə, zənginə cavab verərək “HİSSA” adlı şadlıq sarayının qarşısında həmin qadını gözlədiyini bildirmiş, o,, Nərimanov rayonunda yerləşən Gülnarın yaşadığı mənzilə çatdıqdan sonra özünə məxsus olan mobil telefonu söndürmüş, səhər saat 06 radələrində mobil telefonu açdıqda Səbuhinin gecə boyunca dəfələrlə ona zəng etməsinin şahidi olmuş, bundan sonra o, Vüsala zəng edərək harada olduğunu soruşmuş, Vüsal “Laçın” ticarət mərkəzinin qarşısında olduğunu deyib, həmin ünvana gələrək avtomobili götürməyini xahiş etmiş, o, “Laçın” ticarət mərkəzinin qarşısına getmiş, orada Vüsal ilə görüşərək ondan Səbuhiyə məxsus olan avtomobili təhvil almış, avtomobili təhvil aldıqdan sonra yaşadığı mənzilə gəlmiş, saat 07 radələrində Səbuhiyə məxsus olan Kia markalı avtomobillə yaşadıqları binanın qarşısına gəldiyi zaman Səbuhinin çöldə olduğunu görmüş, avtomobili saxladıqda Səbuhi ona yaxınlaşaraq gecəni harada olduğunu soruşmüş, o da, Nərimanov rayonu ərazisində tanışı qadınla bir yerdə olduğunu bildirmişdir. Şahid1 əlavə olaraq tanışı Vüsalın avtomobilin açarını ondan istəyərkən avtomobil ilə haraya gedəcəyi barədə ona məlumat vermədiyini, Vüsal və Elxanın birgə hər hansı oğurluq cinayəti törətmələri barədə məlumatının olmadığını bildirmişdir. Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, sonuncu gəlməmiş, bunun səbəbləri barədə bildirməmiş, şahidin məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, 2020-ci ilin iyun ayından Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsindən Vüqar adlı şəxsin evində icarə əsasında yaşamış, Vüsal adlı şəxsi 2019-cu ilin avqust ayından etibarən tanımış, onunla birgə taksi fəaliyyəti ilə məşğul olmuş, Elxan adlı şəxslə Vüsal vasitəsilə tanış olmuş, Fərmin adlı şəxslə isə Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən, dəqiq ünvanını xatırlamadığı evdə kirayə qaldıqları vaxtdan tanışlıqları yaranmışdır. xx xxxx 2020-ci il tarixdə Vüqar ilə Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən mənzildə Vüqar ilə spirtli içki qəbul etmiş, həmin vaxt Vüqar əvvəllər tanıdığı bir nəfər qadını evə dəvət etmək istədiyini bildirmiş, o, sprtli içki qəbul etdiyindən özünə məxsus olan “Kia Rio” markalı 99SX519 dövlət qeydiyyyat nişanlı avtomobili idarə etmək istəməmiş, bu səbəbdən avtomobili idarə etmək üçün onlarla birlikdə yaşayan Fərmin adlı şəxsə vermiş, Fərmin və Vüqar birlikdə evi tərk edərək ona məxsus olan avtomobil ilə həmin qadını gətirməyə getmiş, təxminən 30 dəqiqə sonra Vüqar evə geri dönmüş, ondan Fərminin və gətirəcəkləri qadının harada olmasını soruşduqda o, Fərminin həmin qadını gözlədiyini, bir müddət sonra geri dönəcəyini bildirmiş, 10 dəqiqə sonra o, Fərminə zəng etdikdə o, zənginə cavab verərək “HİSSA” şadlıq sarayının qarşısında həmin qadını gözlədiyini bildirmiş, bir neçə dəqiqə sonra o, Fərminə yenidən zəng etdikdə onun istifadəsində olan mobil nömrəyə zəng çatmamış, qısa fasilələrlə Fərminə yenidən zəng etsə də artıq onun telefonunun qapalı olmasını anlamış, artıq narahat olduğu üçün mənzili tərk etmiş, yaşadıqları binanın ətrafını gəzərək Fərmini axtarmağa başlamış, Fərmini tapa bilmədiyimdən yenidən mənzilə qayıtmış, lakin Vüqarın qapını bağlayaraq yatdığı üçün mənzilə daxil ola bilməmiş, həmin gecəni məcbur olaraq binanın yaxınlığında yerləşən Heydər Əliyev adına parkda oturub Fərmini gözləməyə başlamış, səhər saat 07 radələrində Fərmin ona məxsus olan “Kia” markalı avtomobillə yaşadıqları binanın qarşısına gəldiyini görmüş, o, Fərminə yaxınlaşaraq bütün gecəni harada olmasını soruşduqda o, Nərimanov rayonu ərazisində tanışı olan bir nəfər qadın ilə biryerdə olduğunu bildirmiş, həmin gündən etibarən o, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsində yerləşən mənzildən çıxaraq başqa ünvanda yaşamağa başlamış, bir daha həmin şəxsləri görməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (i.v. 01); iş materiallarında olan 1HK1921 saylı, ********* nömrəli raportdan görünür ki, xx.xx.2020-ci il tarixdə, saat 10:05 radələrində Azərbaycan Respublikası DİN-in 102 xidmətindən daxil olmuş məlumatda bildirilir ki, Eslami X9 məxsus olan obyektə naməlum şəxslər daxil olaraq oğurluq etmişlər (i.v. 4); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Eslami X17 zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 18); cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında xx xxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində şübhə yarandığından xx xxxxxxx 2020-ci il tarixdə, saat 19:47-də Xətai RPİ-nin inzibati binasında tutulmuşdur (i.v. 36-37); AZ-İ № 999678 seriyalı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs X14 ilə xx xxxxxx 2011-ci ildə nikaha daxil olmuşlar (i.v. 47); doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X3 birgə nikahından xx xxxxxx 2012-ci il təvəllüdlü, X15, xx xxxxxx 2014-cü il təvəllüdlü Məmmədova Zeynəb Vüsal qızı adlı övladları anadan olmuşdur (i.v. 48); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Əvəzləmə Kartı doğum evinin, xəstəxananın doğum şöbəsinin doğulmuş uşaq haqqındakı məlumatından görünür ki, X11 xx.xx.2019-cu il tarixdə oğlan uşağı doğmuşdur (i.v. 49); şübhəli şəxsin ifadəsinin yerində yoxlanması haqqında xx xxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində - ünvan 2 saylı ünvanda yoxlanılarkən o, öz ifadələrini hadisə yerində eynilə təsdiq etmiş və bu barədə fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir (i.v. 50-51); baxış keçirmə və götürmə haqqında xx xxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X1, hal şahidləri X4, X7 iştirakları ilə ifadənin yerində yoxlanması istintaq hərəkəti keçirilmişdir. İstintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs könüllü olaraq müvəqqi məskunlaşdığı ünvan 8 saylı ünvanda saxlanmış, istifadəyə yararsız olan “Ford” markalı avtomobilin yük hissəsindən 01 ədəd üzərində istehsal yerinə və markalanmasına dair hə hansı məlumat olmayan samovarı və 01 ədəd “Maxwell” əmtəə nişanlı multibişirici aparatı təqdim edərək, həmin əşyaları xx xxxxxxx 2020-ci il tarixdə saat 02 radələrində Bakı şəhəri Xətai rayonu Babək prospekti 76 saylı ünvanda yerləşən “Tac” adlı dönərxanadan taladığını bildirmiş, həmin əşyaları könüllü olaraq istintaq orqanına təqdim etmişdir (i.v. 54-55); cinayət işinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən vətəndaş Zərərçəkmiş şəxs2 məxsus əmlakın talanması faktı üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi icraata qəbul edilmiş, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmişdir (i.v. 59-60); cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 62); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v 76); şübhəli şəxsin tutulması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci çaddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində xx xxxxxx 2020-ci il tarixdə, saat 20:40-da Xətai RPİ-nin İŞ-də tutulmuşdur (i.v. 99); cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə törədilmiş cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsindən həmin məcəllənin 177.2.1-ci maddəsinə tövsif edilmişdir (i.v. 127-128); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (i.v. 132); prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli Bakı şəhəri Xətari Rayon Məhkəməsinin qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində “ev dustaqlığı” seçilmiş, ev dustaqlığının müddəti 2 (iki) ay həddində müəyyən edilmiş və əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır (i.v. 148-149); videogörüntülərə baxış keçirilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs, 13 saylı vəkil bürosunun vəkili X1 iştirakı ilə hadisə yerindən götürülmüş və CD formatında cinayət işinə əlavə edilmiş 01 ədəd CD formatında cinayət işinə əlavə edilmiş 01 ədəd diskə Xətai RPİ-də xidməti otaqda HP markalı personal komputer vasitəsilə baxış keçirilmişdir. Həmin diskə baxış zamanı müəyyən edilmişdir ki, xx xxxx 2020ci il tarixdə saat 03:11:08-də Bakı şəhəri Xətai rayonu Zığ şossesi məhəllə 2063 ünvanda yerləşən avtomobil təmir sexinin qarşısında 2 nəfər şəxsin hərəkət edərək avtotəmir sexinə getmələri əks olunur. Saat 03:11:21-də həmin sexin həyətyanı sahəsində dayanan BMW markalı minik avtomobilinə bənzər avtomobilə yaxınlaşıb yük hissəsini açdıqları və yük hissəsinə baxış keçirdikləri əks olunur. Saat 03:11:31-də həmin 2 nəfər şəxs nəqliyyat vasitəsinin yük hissəsini bağlayaraq həyətyanı sahədə yerləşən Mercedes markalı avtomaşına bənzər nəqliyyat vasitəsinə yaxınlaşmaqları və həmin şəxslərdən birinin əlindəki fənərlə Mercedes markalı nəqliyyat vasitəsinə baxdığı və geri qayıtmaları əks olunur. Saat 03:12:00-da həmin şəxslərdən əynində ağ qısaqol köynək olan sexin digər tərəfinə gedərək yenidən geri qayıtması əks olunur. Saat 03:12:37-də digər şəxsin sexin həyətyanı sahəsində gəzişməsi, saat 03:13:20-də BMW markalı avtomobilə bənzər nəqliyyat vasitəsinə yaxınlaşmağı, saat 03:14:37-də nəqliyyat vasitəsinin yük hissəsinə baxış keçirdiyi əks olunur. saat 03:14:47-də əynində ağ rəngli köynək olan şəxsin sexin həyətyanı sahəsində gəzişdiyi, digər şəxslərin isə nəqliyyat vasitələsinin yük hissəsində axtarış aparması əks olunur. saat 03:15:04-də əynində ağ rəngli uznqol köynək olan 3-cü şəxsin sexin həyətyanı sahəsinə gəldiyi və yük hissəsi açıq olan BMW markalı avtomobilə bənzər nəqliyyat vasitəsinin digər 2 şəxsə yaxınlaşdığı və nəqliyyat vasitəsinin yük hissəsinə saat 03:16:04-dək baxış keçirdikləri əks olunur. Video baxış keçirilərkən Təqsirləndirilən şəxs videoda əsk olunan şəxslərdən ağ rəngli 3 düymə köynək geyinən, dolu bədənli şəxsin onunla birgə oğurluğa gedən Kələntərli Elxan olduğunu, əynində ağ rəngli uzunqol köynək olan şəxsin özü olduğunu və həmin gün dayanan BMW markalı avtomobilin yük hissəsindən avtomobil ehtiyyat hissələrini oğurladıqlarını bildirmişdir. Əynində ağ rəngli qısaqol köynək geyinmiş şəxsin isə onların sexə getdikləri zaman orada olmasını və həmin şəxsi tanımadığını bildirmişdir (i.v. 158-159); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2009-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1, 180.2.2, 180.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası CMnin 67.1-ci maddəsinə əsasən 04 (dörd) il 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci ildə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklə edilməsi barədə 230 VQD saylı qanunun tətbiqi ilə əlaqədar CM 180.2.5-ci maddəsi xaric edilərək CM 180.2.2, 66.3, 177.1-ci maddələri ilə 06 (altı) il CM-nin 67.1-ci maddəsi ilə çəkilməmiş qalan 02 il 11 ayı 8 gün cəzası Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə təyin edilmiş 05 ay cəza ilə qismən toplanmaqla qəti olaraq 03 il 03 ay müddətinə cəza təyin edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 180.2.2-ci maddəsi ilə təyin edilmiş cəza 05 ilə endirilmiş, qəti olaraq üzərində 2 il 8 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2018-ci ildə Xətai Rayon Məhkəməsinin qərarı ilə xx.xx.2017-ci il tarixli qanunun tətbiq edilməsi barədə təqdimat təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı dəyişdirilərək, CM-nin 177.1-ci maddəsi xaric edilmiş, CM-nin 180.2.2-ci maddəsi CM-nin 180.1-ci maddəsinə tövsif edilərək CM-nin 317.1-ci maddəsi ilə təyin edilmiş cəza ilə birləşdirilməklə 03 il 03 ay cəza təyin edilmiş, cəzasını çəkmiş hesab edilməklə azad edilmişdir (i.v. 165-167); polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 173-174); cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrindən həmin məcəllənin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir (i.v 175-176); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (i.v. 177-178); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-649/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 (ki) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəlli xx xxxxxxx 2020-ci il tarixdən hesablanmışdır (i.v. 196- 198); Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-861/2014 saylı, xx xxxxxxxx 2014-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1, 180.2.2 və 180.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 177.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə, CM-nin 180.2.2 və 180.2.5-ci maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasının başlanğıcı xx xxxxx 2014-cü il tarixdən hesablanmışdır (i.v 200-211); Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarından görünür ki, Xətai Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr 918-VQD nömrəli Qanununun tətbiqi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 7 saylı Cəzaçəkmə Müəssisəsinin təqdimatının təmin edilməsinə dair xx xxxxxx 2018-ci il tarixli qərarı ləğv edilmiş, “Azərbaycan Respublikası Cinayıt Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr 816-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yarandığından, hal-hazırda Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin tərkibi yaranmadığından, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəs və həmin maddəyə dair müddəalar Təqsirləndirilən şəxs Kərim oğlunun ittihamdan və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2014-cü il tarixli hökmündən xaric edilmişdir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 816-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2014-cü il tarixli hökmü üzrə əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsindən, həmin Məcəllənin 180.1-ci maddəsinə tövsif edilmiş, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını tam çəkib qurtardığından dərhal məhkəmə iclas zalından azad edilmişdir (i.v. 212-220); Azərbaycan Respublikası “Müstəqil Məhkəmə Ekspertizası”nın 517 nömrəli, xx xxxxxx 2020-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunan İran İslam Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs1 məxsus əşyaların 2020-ci ilin oktyabr ayına orta bazar qiyməti ilə ümumi dəyəri 230.00 manat müəyyən edilir (i.v. 221-224); sübutların qiymətləndirilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış və barəsində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, iş üzrə Təqsirləndirilən şəxs etirafedici ifadələri toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, şahidlər Şahid1, X13, Şahid2 və X5 ifadələri, hadisə yerinə, videogörüntüyə baxış keçirilməsi haqqında protokollar, ifadənin yerində yoxlanılması istintaq hərəkəti protokolu, baxış keçirmə və götürmə haqqında, əşyanın tanımaya təqdim edilməsi haqqında protokollar, məhkəməəmtəəşünaslıq ekspertizası üzrə X2 xx xxxxxx 2020-ci il tarixli 517 nömrəli rəyi toplanmış sübutlarla uzlaşdığından və işin obyektiv hallarına uyğun gəldiyindən iş üzrə mötəbər sübut növü kimi qiymətləndirilmiş, iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən Bakı şəhəri Xətai rayonu Zığ şossesi məhəllə 2063 ünvanda yerləşən avtomobil təmiri sexində quraşdırılmış kamera qurğularından əldə edilməklə 01 ədəd “CD-R” formatlı diskə köçürülmüş, xx xxxx 2020-ci il tarixdə saat 03 radələrində Bakı şəhəri Xətai rayonu Zığ şossesi məhəllə 2063 ünvanda yerləşən avtomobil təmiri məntəqəsində saxlanılmış “BMW 525” minik markalı 10MK909 dövlət qeydiyyat nişanlı avtomobildən baş vermiş oğurluq cinayətinin görüntülərini özündə əks etdirən 01 ədəd “CD-R” formatlı disk maddi sübut kimi tanıntanınmış və cinayət işinə əlavə edilmiş, iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayonu Babək prospekti 76 saylı ünvanda yerləşən “Tac” adlı dönərxanadan gizli olaraq taladığı Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd 10 litr tutumlu elektrik samovar və 01 ədəd üzərində “Maxwell” markalanma yazısı olan multibişirici aparat maddi sübut kimi tanınmış və prosessual tərəflər cinayət işinin istintaq materialları ilə tanış olduqdan sonra məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə maddi sübutun talehi həll edilənədək saxlanmasından ötrü Xətai RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, iş üzrə Şahid1 əməlində Azərbaycar Respublikası CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibi üzrə icraata xitam verilmiş, iş üzrə X6 əməlində Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibi üzrə icraata xitam verilmiş, iş üzrə Təqsirləndirilən şəxs əvvəllər törətdiyi az ağır cinayətə görə məhkumluğu qanunla ödənildiyindən, onun yenidən qəsdən Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətməsi cinayətin residivi kimi qiymətləndirilməməsi qərara alınmış, iş üzrə zərərçəkmiş şəxslərə dəymiş ziyanın məbləği onların ifadələrində göstərdikləri qiymətlərə əsasən müəyyən edilmiş, ********* nömrəli cinayət işindən oğurluq cinayətinin törədilməsində Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olmuş X12 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmışdır (i.v. 225-238); cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayə işinin materiallarından X12 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır (i.v. 240-242); Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, zərərçəkçəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın tam ödənildiyini bildirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayonu Zığ şossesi məhəllə 2063 ünvanda yerləşən avtomobil təmiri məntəqəsində olan Zərərçəkmiş şəxs2 məxsus “BMW 525” minik markalı 10MK909 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən sonuncuya məxsus 210 manat qiymətində 01 ədəd akumulyatoru, 30 manat qiymətində 01 ədəd avtomobil domkratını, 10 manat qiymətində 01 ədəd avtomobil təkəri üçün açarı, 10 manat qiymətində təmir üçün açar komplektini, 530 manat qiymətində bir cüt avtomobil üçün ön işıqları və 500 manat qiymətində bir cüt avtomobil üçün yan güzgüləri oğurlamaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs qeyd edilən epizod üzrə dəfələrlə ifadələri alınmış, həmin ifadələrdə Təqsirləndirilən şəxs həmin epizod üzrə özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş, həmin ifadələri təsir altında verməsi ilə bağlı ibtidai araşdırma zamanı hər hansı müraciəti olmamışdır. Bundan əlavə, xx xxxxxxxx 2020-ci il tarixli protokolla Təqsirləndirilən şəxs, 13 saylı vəkil bürosunun vəkili X1 iştirakı ilə hadisə yerindən götürülmüş videogörüntüyə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs videoda əsk olunan şəxslərdən ağ rəngli 3 düymə köynək geyinən, dolu bədənli şəxsin onunla birgə oğurluğa gedən Kələntərli Elxan olduğunu, əynində ağ rəngli uzunqol köynək olan şəxsin özü olduğunu və həmin gün dayanan BMW markalı avtomobilin yük hissəsindən avtomobil ehtiyyat hissələrini oğurladıqlarını bildirmişdir. Həmçinin, məhkəmə istintaqı zamanı da, hadisə yerindən götürülmüş videogörüntüyə baxış keçirilmiş, videogörüntüdə əynində ağ rəngli uzunqol köynək olan şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bundan əlavə, məhkəmə nəzərə alır ki, şahidə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmiş, şahid X13 ifadəsində “BMW” markalı avtomobilinin yük yerindən əşyaları götürən şəxslərdən birinin hazırda məhkəmə iclas zalında olan Təqsirləndirilən şəxs olduğunu, belə ifadə verməsinə onu heç kimin məcbur etmədiyini göstərmişdir. Məhkəmə, şahidə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq şahidin ifadəsinin daha mötəbər olmasına inanır və həmin ifadənin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Bundan əlavə, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə irəli sürülmüş ittihama görə o, təkrarən binaya qanunsuz daxil olub, oradan İran İslam Respublikası vətəndaşı Zərərçəkmiş şəxs1 məxsus 100 manat nağd pulu, 300 manat qiymətində 01 ədəd “Maxwell” əmtəə nişanlı multibişirici aparatı və 300 manat 01 ədəd qiymətində 01 ədəd samovarı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 700 manat ziyan vurmaqla oğurluq etmişdir. Lakin, məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə 517 nömrəli, xx xxxxxx 2020-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunan İran İslam Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs1 məxsus əşyaların 2020-ci ilin oktyabr ayına orta bazar qiyməti ilə ümumi dəyəri 230.00 manat müəyyən edilir (samovar – 80 manat, aparat – 150 manat). İstintaq orqanı 517 nömrəli, xx xxxxxx 2020-ci il tarixli rəyi toplanmış sübutlarla uzlaşdığından və işin obyektiv hallarına uyğun gəldiyindən iş üzrə mötəbər sübut kimi qiymətləndirilmiş, lakin əsassız olaraq əşyaların dəyərini zərərçəkənin ifadəsi əsasında 600 manat müəyyən etmişdir. Halbuki, əmlakların dəyəri barədə zərərçəkənin ifadəsində qeyd etdiyi qiymətlər digər sübutlarla təsdiq edilməmiş, əksinə mötəbərliliyi şübhə doğurmayan ekspert rəyi ilə təkzib edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, həmin epizod üzrə verilmiş ittihamın həcmi 700 (yeddi yüz) manatdan 330 (üç yüz otuz) manatadək azaldılmalı, məbləğin azaldılması təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayət əməllərinin tövsifini dəyişmədiyindən cinayət əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilməsi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməlləri Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını (CM-59.1.4.), zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini (59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini (Zərərçəkmiş şəxs2 münasibətdə) (59.1.13) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir (CM- 61.1.1). Lakin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, yenidən qəsdən cinayət törətməsini, həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, ağırllaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək ev dustaqlığında saxlanıldığı 02 (iki) ay müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut - cinayətin görüntülərini əks etdirən 01 (bir) ədəd disk iş materiallarında saxlanılmalı, 01 ədəd elektrik samovarı, 01 ədəd üzərində “Maxwell” markalı multibişirici aparatı Zərərçəkmiş şəxs1 qaytarılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub “xxxx” MMC-nin hesabına keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək ev dustaqlığında saxlanıldığı 02 (iki) ay müddət ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində 01 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – cinayətin görüntülərini əks etdirən 01 (bir) ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut – Xətai RPİ-nin saxlama kamerasında saxlanılan 01 ədəd elektrik samovar, 01 ədəd üzərində “Maxwell” markalı multibişirici aparat hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs1 qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq “xxxx” MMC-nin hesabına keçirilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar