Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-10/2021 13.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx xxxxxxx 1961-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmuş, 19.10.2020-ci il tarixdə ölmüş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs tamah niyyətilə etibarından sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək, sonuncunu Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən “Kəbrə” Klinikasına tibbi bacısı vəzifəsinə düzəldəcəyinə köməklik göstərəcəyini vəd verərək aldadıb bu məqsədlə 20.10.2018-ci il tarixdə yaşadığı ünvan 2 ünvanında 350 manat pulunu, 21.10.2018-ci il tarixdə saat 13 radələrində yaşadığı ünvan 2 ünvanında 350 manat pulunu, 26.10.2018-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Şok” marketin qarşısında görüşərək 300 manat dəyərində 1 ədəd qızıl-klounu və şəxsiyyət vəsiqəsini vahid niyyətlə alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs ümumilikdə 1000(bir min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 1(012)-334/2019 nömrəli cinayət işi 14.05.2019-cu tarixdə Abşeron Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Məhkəmənin hazırlıq iclası Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə keçirilmişdir. İlkin təyin edilmiş məhkəmənin baxış iclasına Təqsirləndirilən şəxs gəlmədiyinə görə Abşeron Rayon Məhkəməsinin 11.06.2019-cu il tarixli qərarı ilə barəsində axtatış elan edilmiş və cinayət işi üzrə icraat dayandırlımışdır. Təqsirləndirilən şəxs 20.02.2020-ci il tarixdə Abşeron rayon Pi-si tərəfindən tutularaq, məhkəməyə təqdim edilmiş, həmin tarixdə cinayət işi üzrə icraat təzələnmiş və məhkəmə istintaqı davam etmişdir. Məhkəmənin baxış iclasına Təqsirləndirilən şəxs təkrar gəlmədiyinə görə Abşeron Rayon Məhkəməsinin 17.03.2020-ci il tarixli qərarı ilə barəsində axtatış elan edilmiş və cinayət işi üzrə icraat dayandırlımışdır. Məhkəmənin 23.02.2021-ci il tarixli məhkəmə baxış iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 19.10.2020-ci il tarixdə ürək damar xəstəliyi ilə əlaqədar vəfat etmişdir. Cinayət işi üzrə təqsirləndirilən şəxsin, mərhum Təqsirləndirilən şəxs müdafiəçisi vəkil Müdafiəçi məhkəmə istintaqda “ölmüş şəxsin müdafiəçisi kimi tanınmış və cinayət prosesinin iştirakçısı”na çevrilmişdir. Bundan irəli gələrək məhkəmə hesab etmişdir ki, məhkəmə müdafiəsi təminatının daha səmərəli həyata keçirilməsi üçün “ölmüş şəxsin müdafiəçisinin cinayət işinin materialları ilə tanış olmaq, prosessual tədbirlərin həyata keçirilməsi barədə vəsatətlər vermək və istintaqın gedişi barədə məlumatlar, qəbul olunan qərarları almaq və s. hüquqları ilə yanaşı, məhkəmə proseslərində digər şəxs, başqa sözlə “ölmüş təqsirləndirilən şəxsin müdafiəçisi” qismində iştirak etməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 7.0.27-ci maddəsinə əsasən, müdafiə dedikdə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilən şəxsə qarşı irəli sürülmüş ittihamın təkzibi və ya yüngülləşdirilməsi, onun hüquq və azadlıqlarının müdafiəsi, habelə cinayət təqibinə qanunsuz məruz qalmış şəxsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədi ilə həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5. və 41.2-ci maddələrinin şərh edilməsinə dair” 17 iyun 2010-cu il tarixli qərarında qeyd olunmuşdur ki, CPM-in 39.1.5-ci maddəsi tətbiq olunarkən ölmüş şəxsin yaxın qohumlarının və müdafiəçisinin həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə uyğun qaydada cinayət prosesində iştirak etmək hüquqlarının müəyyən edilməsi Azərbaycan Respublikası Milli Məclisinə tövsiyə olunmuşdur. Bununla yanaşı, qərara alınmışdır ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən cinayət təqibinə (və ya cinayət işinə) xitam verilməsi haqqında qərardan ölmüş şəxsin yaxın qohumlarının və müdafiəçisinin şikayət vermək hüququ məhkəmə nəzarəti qaydasında həyata keçirilə bilər”. Bununla yanaşı 11 dekabr 2012-ci il tarixdə “Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edildi və o 07.02.2013-cü il tarixdə dərc edilməklə qüvvəyə mindi. Cinayət - Prosessual Məcəlləsinin 07.02.2013-cü il tarixdən qüvvəyə minmiş 43.3-1-ci maddəsinə əsasən, «Məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən Bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçinin razılığı ilə yol verilir». Hazırkı cinayət işi üzrə, qeyd edildiyi kimi, ölmüş Təqsirləndirilən şəxs müdafiəçisi cinayət təqibinə xitam verilməsi barədə məhkəməyə ərizə ilə müraiət etmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respulikası Cinayət Proslessual Məcəlləsinin “sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsindən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmsuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, mərhum Təqsirləndirilən şəxs törətmiş olduğu (yuxarıda qeyd edilən) əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi vardır. Belə ki, məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs göstərmişdir ki, ünvan 4 ünvanında ailə üzvüləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Bildirmişdir ki, Zərərçəkmiş şəxs o, arvadı X2 vasitəçiliyi ilə tanımışdır. Pərvanənin anası Yaqut onun arvadı Səidənin orta məktəbdə müəlliməsi olmuşdur. Pərvanəgillə münasibətləri həmişə normal olmuşdur. 20.10.2018-ci il tarixdə arvadı Səidə ona demişdir ki, “onun müəlliməsi olmuş Yaqut xəstədir və onun yanına getmək lazımdır”. Bundan sonra həmin günü günorta saatlarında arvadı Səidə ilə birlikdə Yaqut müəllimənin yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi evinə qonaq getmişlər. Həmin vaxtı Yaqutun qızı Pərvanədə evdə olmuşdur. Bu zaman söhbət əsnasında Yaqut müəllimə demişdir ki, “Pərvanə özünə iş axtarır”. Pərvanənin işsiz olduğunu bilib Pərvanəyə iş düzəltmək qərarına gəlmişdir. Bu məqsədlə Pərvanəyə demişdir ki, “onu Kəbrə klinikasında işə düzəldəcəm. Bu məqsədlə sənədləşmə üçün 700 manat pul lazımdır”. İlkin olaraq həmin günü Pərvanə ona 350 manat pul vermişdir. Bundan sonra həmin günün səhəri yəni 21.10.2018-ci il tarixdə o, Pərvanənin yaşadığı evə gələrək Pərvanədən 350 manatda pul almışdır. Həmin pulları isə öz şəxsi ehtiyaclarıma xərcləmişdir. Bundan sonra ona yenə də pul lazım olduğu üçün Pərvanəyə demişdir ki, “əlavə olaraq 300 manatda pul lazımdı”. Pərvanə də pulunun olmadığını deyib ona 1 ədəd qızıl-kloun vermişdir. Həmin qızıl kolunu aparıb qızıl dükanında 300 manata sataraq öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra Pərvanəyə yalandan vədlər verərək işini düzəldəcəyini desə də lakin Pərvanənin işini düzəldə bilməmiş pulları isə xərcləmişdir. Pərvanəni aldatmasını səmimi olaraq etiraf etmişdir. Söz vermişdir ki, yaxın vaxtlarda Pərvanənin pullarını özünə qaytaracaqdır. Qeyd etmişdir ki, Pərvanədən o, şəxsiyyət vəsiqəsini də almış, həmin şəxsiyyət vəsiqəsini evdə hara qoymasını bilmir. Bildirmişdir ki, həmin pulları özü tək xərcləmiş, arvadı Səidəinin həmin pullardan xəbəri olmamışdır. Səidəyə yalandan demişdir ki, Pərvanənin işini düzəldəcəkdir. Pərvanəni inandırmaq üçün Pərvanəni bir dəfə Qarayev adına uşaq xəstəxanasına cağırmışdır. Lakin onun heç bir klinikada adamı yoxdur. Pərvanəni inanadıraraq həmin pulu və qızılı Pərvanədən almışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 5 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 6 ünvanında anası Şahid1 ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs təxminən 1 il olarki, tanıyır. İlqar onun anası Yaqutun tələbəsi olmuş Səidənin qeyri rəsmi əridir. Onun Səidəgillə heç bir düşmənçiliyi və ədavəti olmamışdır. 20.10.2018-ci il tarixdə anası xəstə olduğu üçün anasının sağırdi olmuş Səidə əri İlqarla birlikdə onların yaşadığı evə anasının yanına gəlmişlər. Səidəgil onlarda əyləşib anasına baş çəkərkən söhbət əsnasında onun nə işlə məşğul olmasını soruşmuşlar. O da iş axtardığını deyəndə həmin vaxtı İlqar demişdir ki, “mən səni işə düzəldərəm. Bəs indiyə qədə niyə deməmisiniz”. Həmin vaxtı Səidədə demişdir ki, “İlqar çox adamı işə düzəldib”. Bu zaman İlqar demişdir ki, “məni klinikaya işə düzəldəcək. Sənədləşmə üçün ilkin olaraq 700 manat pul lazımdır”. O da İlqara inanmış və ilkin olaraq evdə olan 350 manat pulu götürüb İlqara vermişdir. Həmin günün səhəri yəni 21.10.2018-ci il tarixdə saat 13 radələrində İlqar onların evinə gələrək 350 manat pulu da ondan almışdır. Bundan sonra İlqar demişdir ki, “1 həftə ərzində işini düzəldəcəm”. Təxminən bir neçə gündən sonra İlqar ona zəng vurarqaq demişdir ki, “əlavə 300 manat pul lazımdır”. O da İlqara pulunun olmadığını bildirmiş və evdə olan qızılını verə biləcəyini demişdir. İlqar da ona demişdir ki, “onda qızılını gətir aparım lombarda qoyum 300 manat pul götürərəm”. O da 1 ədəd 300 manat dəyərində qızılkloununu və şəxsiyyət vəsiqəsini 26.10.2018-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Şok” marketin qarşısında İlqara vermişdir. 27.10.2018-ci il tarixdə İlqar ona zəng vuraraq Əbdülrəhimov adına Qarayev Uşaq xəstəxanasıan cağırmışdır. O da həmin yerə getmişdir. Orada İlqar içəri getmiş və bir azdan çıxaraq ona demişdir ki, “əmək kitabçası düzəltmək lazımdır”.O da əmək kitabçasının olmadığını demişdir. Bundan sonra İlqar ona demişdir ki, “səni Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən “Kəbrə Medikal” klinikasına düzəldəcəyini demişdir. Bundan sonra o, oradan çıxaraq evə getmişdir. Həmin günü İlqar zəng vuraraq 35 manat pul lazım olduğunu demişdir. O, isə daha pulunun olmadığını dedikdə İlqar da yaxın vaxtlarda işə düzəldəcəyini demişdir. Lakin buna baxmayaraq həmin gündən sonra o, İlqara dəfələrlə zəng vuraraq demişdir ki, “mənim işimi niyə düzəltmədin”, İlqar da onu aldadaraq müxtəlif bəhanələr gətirmişdir. O da sonunda məcbur olaraq hadisə barədə 27.11.2018-ci il tarixdə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 və Şahid2 Zərərçəkmiş şəxs ifadəsinə oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmə istintaqında elan və tədqiq edilmiş şəxslərin ifadələri ilə yanaşı, aşağıda göstərilən: istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və işin mahiyyəti üzrə əhəmiyyətili olan digər sənədləri də sübut növləri kimi qəbul edir: Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 12.03.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Xətai rayon Polis İdarəsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs Xətai rayon Polis İdarəsinin inzibati binasında qeydiyyatdadır, faktiki yaşayış yeri məlum deyil. Abşeron Rayon Məhkəməsinin 11.06.2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqından yayındığına görə barəsində axtarış elan edilmiş və iş üzrə icraat dayandırılmışdır. Abşeron rayon Polis İdarəsinin 20.02.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 20.02.2020-ci il tarixdə Nizami rayonu ərazisində tutularaq, məhkəməyə təqdim edilmişdir. Abşeron Rayon Məhkəməsinin 20.02.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraat təzələnmişdir. Abşeron Rayon Məhkəməsinin 17.03.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs təkrarən məhkəmə istintaqından yayındığına görə barəsində axtarış elan edilmiş və iş üzrə icraat dayandırılmışdır. Abşeron rayon Polis İdarəsinin 23.02.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 19.10.2020-ci il tarixdə vəfat etmiş və barəsində açılmış axtarış işi xitam olunmuşdur. Abşeron Rayon Məhkəməsinin 23.02.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarında olan Xətai rayon qeydiyyat şöbəsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs nikahı və uşaqları aşkar olunmamışdır. Xətai rayon VVADQ şöbəsindən məhkəmənin sorğusuna cavab olaraq müəyyən edilmişdir ki, xx.xx.1961-ci il təvəllüdlü Tahirov X6 vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 1 övladı aşkar olynmuşdur- 29.11.2009-cu il təvəllüdlü X5. Sonuncu nikah 10.04.2004-cü ildə pozulduqdan sonra nikaha daxil olmamışdır. Məhkəmə istintaqında müəyyən edilmişdir ki, mərhumun yaxın qohumu yoxdur və məhkəməyə məlum olan ünvanına müvafiq bildiriş göndərildiyi gündən 20 gündən çox keçmişdir. Ölmüş təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil Müdafiəçi tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, mərhum Təqsirləndirilən şəxs barəsindəki cinayət təqibinə xitam verilməsinə etirazı yoxdur. Təqsirləndirilən şəxs təqsiri iş üzrə zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə, ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə istintaqında, mərhum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetdi. Hazırkı vaxta kimi ölmüş təqsirləndirilən şəxsin müdafiəçinin işin xitam edilməsinə razılığı olduğuna görə məhkəmə mərhum Təqsirləndirilən şəxs barəsindəki cinayət işinə xitam veriməsi barədə qərar çıxarılmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. İş üzrə maddi sübut və mülki iddia olmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 5 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 30 (otuz) manat məbləğində, məhkəmə istintaqı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 44.2.1-1, 197-198, 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs 19.10.2020-ci il tarixdə ölməsi ilə əlaqədar, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət iş üzrə icraata xitam verilsin. İş üzrə maddi sübut və mülki iddia olmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 5 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 30 (otuz) manat məbləğində, məhkəmə istintaqı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına köçürülsün. Hökm şikayət və protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-10/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-10/2021
13.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver