Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-10/2023 22.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx.xx.2002-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, işləməyən, Şəmkir rayonu, Zəyəm Cırdaxan kəndində qeydiyyatda olan, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 66.2 və 66.5-ci maddəsinə əsasən qəti olaraq 05 (beş) il müddətinə azadıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hazırda həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 185.2.2 və 326.2ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 08 sentyabr 2018-ci il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs20 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 May küçəsinin kənarında yerləşən «Şərab evi» adlı mağazasına giriş qapısının qıfılını sındırmaqla açıb qanunsuz içəri daxil olub, mağazanın kassasında olan 270 manat pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs20 270 manat məbləğində ziyan vurmaqla saxlanc yerinə qanunsuz daxil olaraq oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 24 oktyabr 2018-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs21 qızına məxsus ünvan 1 ünvanında yerləşən uşaq paltarları mağazasına qapını sındıraraq qanunsuz mağazaya daxil olub oradan hər bir dəstin qiyməti 33.3 manat olan ümumi 1500 manat dəyərində 45 dəst uşaq paltarını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs21 qızına 1500 manat məbləğində ziyan vurmaqla saxlanc yerinə qanunsuz daxil olaraq oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən talama məqsədi olmadan 17 noyabr 2018-ci il tarixdə saat 03 radələrindən Zərərçəkmiş şəxs7 yaşadığı Abşeron rayonu, X14, Ç.Mustafayev küçəsində yerləşən fərdi evinin qarşısında saxladığı UVAZ 2107” markalı **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan ələ keçirərək qaçırmışdır. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 03 yanvar 2019-cu il tarixdə saat 07:15 radələrində Zərərçəkmiş şəxs15 məxsus ünvan 2 ünvanında yerləşən «İdeal market» adlı ərzaq mağazasının qapısını açaraq qanunsuz içəri daxil olaraq kassadan 200 manat pulu və piştaxtada olan 1500 manat dəyərində “Kent”, “Sobiranie” “’’Davıdov” “Viniston”, “LD”, “NZ”, “Vest”, “Vinçestr” markalı siqaretləri gizli olaraq talayıb Zərərçəkmiş şəxs15 ümumilikdə 1700 manat məbləğində maddi ziyan vurmaqla saxlanc yerinə qanunsuz daxil olaraq oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 09 yanvar 2019-cu il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs25 Etiram oğlunun Abşeron rayonu, Xırdalan şəhəri Quşçuluq massivi, Mir Cəlal küçəsi döngə 1, 6B saylı evin qarşısında küçədə saxladığı “VAZ-2107” markalı, 22BX567 dövlət qeydiyyat nişanlı avtomobilin qapısını açmaqla avtomobildən 1200 manat pulu, 30 manat dəyərində çantanı içərisində olan 300 manat dəyərində iki ədəd “SEKAKO” markalı mikrafonlar və 100 manat dəyərində birləşdirici kabellərlə birlikdə gizli talayaq oğurlayıb Zərərçəkmiş şəxs25 Etiram oğluna 1630 manat məbləğində ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 28 yanvar 2019-cu il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs9 işlətdiyi Abşeron rayonu, Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış kompleksi, İA ünvanında yerləşən “Sibirskoe Zdorovye” adlı mağazasının qapısının arasına dəmir parçası salıb açaraq mağazaya qanunsuz daxil olub orada olan kassa aparatından müxtəlif əskinazlar olmaqla ümumilikdə 400 (dörd yüz) manat nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs9 ümumilikdə 400 (dörd yüz) manat maddi ziyan vurmaqla saxlanc yerinə qanunsuz daxil olaraq oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 28 yanvar 2019-cu il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs11 icarə əsasında işlətdiyi Abşeron rayonu, Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış kompleksi, İB saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən «Topaz» adlı idman-mərc oyunları zalının qapısını açaraq qanunsuz içəri daxil olub orada olan kassadan olan 256 manat pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs11 256 manat məbləğində ziyan vurmaqla saxlanc yerinə qanunsuz daxil olaraq oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 03 fevral 2019-cu il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən fərdi evinin həyətində olan hinin qapısının qıfılını sındıraraq qanunsuz içəri daxil olmaqla hindən hər birinin dəyəri 100 manat olan 4 ədəd 400 manat dəyərində, 3 ədəd hər birinin dəyəri 50 manat olan 150 manat dəyərində, 5 ədəd hər birinin dəyəri 30 manat olan 150 manat dəyərində və 5 ədəd hər birinin dəyəri 20 manat olan 100 manat dəyərində göyərçin quşlarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 800 manat məbləğində ziyan vurmaqla saxlanc yerinə qanunsuz daxil olaraq oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 08 fevral 2019-cu il tarixdə saat 03 radələrində X10 yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən Pivə Zavodun həyətində yerləşən hinin qapısının kilidini sındıraraq qanunsuz içəri daxil olub oradan hər birinin dəyəri 10 manat olan ümumilikdə 150 manat dəyərində 15 ədəd toyoqları, 20 ədəd hər birinin qiyməti 3 manat olan ümumilikdə 60 manat olan məişətdə istifadə olunan açarları, hər birinin dəyəri 3 manat olan ümumilkdə 6 manat olan 2 ədəd çəkicləri, 3 ədəd hər birinin dəyəri 3 manat olan ümumilikdə 9 manat olan vint açanları və 2 ədəd hər birinin dəyəri 3 manat olan ümumilkdə 6 manat dəyərində olan kəlbətinləri gizli olaraq talayıb zərərçəkmiş şəxs X15 ümumilikdə 231 manat məbləğində ziyan vurmaqla saxlanc yerinə qanunsuz daxil olaraq oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 11 fevral 2019-cu il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs6 məxsus Abşeron rayonu, Masazır kəndi, Qaçaq Nəbi küçəsi, dalan 3-də saxlanılan “Chevrolet Aveo” markalı, ** RP *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq qapısında olan şüşəsini daş parçası ilə sındırıb salona daxil olaraq salondan əl əyləcinin yanında saxlanılan içərisində Zərərçəkmiş şəxs6 məxsus şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, avtomobilinə məxsus qeydiyyat şəhadətnaməsi olan 180 manat dəyərində olan əl çantasını və avtomobilin saxlanc yerindən 350 manat nağd pulu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs6 ümumilikdə 530 manat məbləğində ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 17 fevral 2019-cu il tarixdə saat 02 radələrində X3 məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi evə qanunsuz daxil olaraq, evdən bir ədəd 30 manat dəyərində olan “Bosch” markalı dreli, bir ədəd 80 manat dəyərində olan “Bosch” markalı prefaratoru, bir ədəd 80 manat dəyərində olan “Bosch” markalı laqonda, bir ədəd 10 manat dəyərində olan qayçı, 30 manat dəyərində açar dəsti, 100 manat dəyərində olan santexnika aksesuarları gizli olaraq talayıb zərərçəkmiş şəxs X3 330 manat ziyan vurmaqla saxlanc yerinə qanunsuz daxil olaraq oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 03 mart 2019-cu il tarixə saat 01 radələrində Zərərçəkmiş şəxs10 işlətdiyi Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayaış massivi, Babək küçəsində yerləşən, gündəlik təlabat malları satılan mağazasıma giriş qapısının dəmir barmaqlığını sındırmaqla qanunsuz daxil olaraq oradan ümumilikdə 300 manat dəyərində müxtəlif markalardan olan siqaretləri oğurlayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs10 300 manat məbləğində ziyan vurmaqla saxlanc yerinə qanunsuz daxil olaraq oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20 mart 2019-cu il tarixdə saat 05 radələrində X16ma məxsus Abşeron rayonu Hökməli qəsəbəsi AT-Yalı yaşayış massivində yerləşən “Şahin” adlı mağazasına gələrək mağazanın qapısının kilidini sındıraraq qanunsuz içəri daxil olmaqla mağazadan 180 manat nağd pulu və mağazadan 2 ədəd hər birinin dəyəri 12 manat olan 2 kiloqramlıq “supersun” yağları, 2 ədəd 1 kiloqramlıq hər birinin dəyəri 4 manat olan ana-bala yağı, 3 ədəd hər birinin dəyəri 5 manat olan Çempion çaylarını, 1 ədəd 5 manat dəyərində Berqa çayını, 2 ədəd hər birinin dəyəri 5 manat olan Qarabetta çaylarını,2 ədəd hər birinin dəyəri 2 manat 10 qəpik olan çempion çayları, 2 ədəd hər birinin dəyəri 2 manat 10 qəpik olan berqa çayları, 3 ədəd hər birinin dəyəri 2 manat 10 qəpik olan çempion çayları, 2 kiloqram hər kiloqramının qiyməti 3 manat 50 qəpik təşkil edən smiçka halvasını, hər birinin dəyəri 30 qəpik olan 70 ədəd Mark kofe, 1 manatlıq hər birinin dəyəri 20 qəpik olan məktəbli kökəsi, 2 ədəd hər birinin dəyəri 2 manat 50 qəpik olan tamatları, 5 ədəd hər birinin dəyəri 1 manat olan mayonezləri, 3 kiloqram hər kilosu 8 manat olan şokaladları, 2 ədəd 10 kiloqramlıq hər kilosu 60 qəpik olan unları, 1 kisə 25 kiloluq olan hər kilosu 80 qəpik olan kartofları, 5 kilo hər kilosu 1 manat 50 qəpik olan qəndləri, 4 ədəd hər birinin dəyəri 1 manat 50 qəpik olan Xırdalan piyvələrini, 5 ədəd 1 manat 50 qəpik olan kuller piyvələrini, 4 ədəd hər birinin dəyəri 5 manat 20 qəpik olan araqlar, 3 manatlıq 7 manatlıq araqları, 2 ədəd 4 manat 50 qəpiklik araqları, 10 ədəd hər birinin qiyməti 1 manat 70 qəpik olan 250 qramlıq araqları, 4 ədəd hər birinin dəyəri 1 manat 40 qəpik olan noxudları, 4 ədəd hər birinin dəyəri 4 manat 50 qəpik olan mal qavyadinalarım, 1 blok hər birinin dəyəri 1 manat 40 qəpik olan Prima markalı siqaretləri, 1 blok hər birinin dəyəri 1 manat 40 qəpik olan prima markalı siqaretləri, 1 blok hər birinin dəyəri 1 manat 50 qəpik olan Vest siqaretləri, 12 ədəd 1 litirlik hər birinin dəyəri 90 qəpik olan Fanta içkilərini, 06 ədəd 2 litrlik hər birinin dəyəri 1 manat 30 qəpik olan Coca Cola içkilərini, 10 kiloqram hər kilosu 1 manat olan pesokları, 15 manat dəyərində müxtəlif çeşidli smiçkaları, 3 ədəd hər birinin dəyəri 2 manat 10 qəpik olan ariyelləri, 6 ədəd 1 manatlıq ariyelləri, 2 kiloqramlıq hər kilosu 3 manat 50 qəpik olan kərə yağlarını, 2 kilo kalinka yağı hər kilosu 5 manat 50 qəpik olan, 5 ədəd hər birinin dəyəri 1 manat olan Sana yağlarını, 4 kilo hər kilosu 9 manat olan kolbasaları gizli olaraq talayıb zərərçəkmiş şəxs X16ma ümumilikdə 679.2 manat (altı yüz yetmiş doqquz manat iyirmi qəpik) dəyərində məbləğində ziyan vurmaqla saxlanc yerinə qanunsuz daxil olaraq oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 24 mart 2019-cu il tarixdə saat 03 radələrində X11 məxsus Abşeron rayonu, Gənclər şəhərciyi, 15 nömrəli blok zirzəmisində yerləşən «Mini market» adlı mağazanın dəmir barmaqlığını sındıraraq qanunsuz içəri daxil olub mağazanın kassasında olan 300 manat pulu, hər birinin dəyəri 3 manat olan ümumi 30 manat dəyərində 10 ədəd «Kent 4» markalı siqareti, hər birinin dəyəri 3 manat 30 qəpik olan, ümumi 23 manat 10 qəpik dəyərində 7 ədəd «Sobranie» markalı siqareti, hər birinin dəyəri 7 manat oan, ümumi 56 manat dəyərində Azərbaycan istehsalı olan çaxır içkisini gizli olaraq talayıb zərərçəkmiş X11 ümumilikdə 409 manat 10 qəpik dəyərində məbləğində ziyan vurmaqla saxlanc yerinə qanunsuz daxil olaraq oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 19 aprel 2019-cu il tarixə keçən gecə saat 03 radələrində Zərərçəkmiş şəxs22 məxsus Abşeron rayonu, Masazır kəndi, İ.Bayramov küçəsində yerləşən 24 saylı fərdi yaşayış evinin hasarını keçərək qanunsuz həyətyanı sahəyə daxil olub həyətdə yerləşən toyuq hinindən bir ədədi 20 manat olmaqla ümumilikdə 260 manat dəyərində «Bramo» və «Heyratı» cinsindən olan 13 ədəd xoruzu və bir ədədi 50 manat dəyərində 3 ədəd 150 manat dəyərində hind quşlarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs22 ümumilikdə 410 manat məbləğində ziyan vurmaqla saxlanc yerinə qanunsuz daxil olaraq oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 10 may 2019-cu il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs16 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, S.Bəhlulzadə küçəsində yerlşən “AzerceH” telefon mağazasının qapısını sındıraraq qanunsuz içəri daxil olub mağazada dolabın siyirməsində olan 2027 manat pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs16 2027 manat məbliğində ziyan vurmaqla saxlanc yerinə qanunsuz daxil olaraq oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 11 iyul 2019-cu il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs13 icarə əsasında işlətdiyi Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 26 ünvanında yerləşən mağazaya qanunsuz daxil olaraq oradan 200 manat nəğd pul və hər biri 20 manat dəyərində olan 5 ədəd kişi qol saatını gizli olaraq talayıb Zərərçəkmiş şəxs13 ümumilikdə 300 manat məbləğində ziyan vurmaqla saxlanc yerinə qanunsuz daxil olaraq oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 17 iyul 2019-cu il tarixə saat 02 radələrində Zərərçəkmiş şəxs4 müdiri olduğu ünvan 5 ünvanında yerləşən "xxxx" adlı mağazasının qapısını sındıraraq qanunsuz içəri daxil olub mağazadan 8 manat dəyərində 5 ədəd “X27” adlı siqaretləri, 12 manat dəyərində, 4 ədəd “Kent 1 nazik” adlı siqaretləri, 19 manat 80 qəpik dəyərlində 8 ədəd “LD kompakt boz” adlı siqaretləri, 13 manat 30 qəpik dəyərində, 7 ədəd “Palmal Boz” adlı siqaretləri, 19 manat 80 qəpik dəyərində, 8 ədəd “LD nazik” adlı siqaretləri, 16 manat 80 qəpik dəyərində 6 ədəd “Vinston konpaS boz” adlı siqaretləri, 30 manat dəyərində 10 ədəd “Kent 4 nazik” adlı siqaretləri, 52 manat 80 qəpik dəyərində ədəd “Sobraniya göy nazik” adlı siqaretləri, 29 manat 70 qəpik dəyərində 9 ədəd “Sobraniya ağ nazik” adlı siqaretləri, 12 manat 80 qəpik dəyərində 8 ədəd “imperial klassik boz” adlı siqaretləri, 1 manat 60 qəpik dəyərində 1 ədəd “Klassik konpakt” adlı siqaretləri, 2 manat 80 qəpik dəyərində 2 ədəd “More göy” adlı siqaretləri, 11 manat 20 qəik dəyərində 8 ədəd Prima sarı” adlı siqaretləri, 5 manat 70 qəpik, dəyərində 3 ədəd “Vinçestr kompakt büt” adlı siqaretləri, 11 manat 40 qəpik dəyərində 6 ədəd “Vinçestr göy” nazik adlı siqaretləri, 20 manat 90 qəpik dəyərində 8 ədəd “Vinçestr boz nazik” adlı siqaretləri, 13 manat 50 qəpik dəyərində 9 ədəd “NZ” adlı siqaretləri, 30 manat dəyərində 10 ədəd “Kent 4 qalın” adlı siqaretləri, 9 manat dəyərində 3 ədəd “Kent 8” adlı siqaretləri, 9 manat dəyərində 3 ədəd “Davudov” adlı siqaretləri gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 320 manat 50 qəpik məbləğində maddi ziyan vurmaqla saxlanc yerinə qanunsuz daxil olaraq oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 10 sentyabr 2019-cu il tarixdə saat 02:00 radələrində Zərərçəkmiş şəxs23 məxsus Abşeron rayonu, Novxanı qəsəbəsi, Nüsrət Kəsəmənli küçəsində yerləşən ərzaq dükanının dəmirdən olan barmaqlığını özündə olan dəmir parçası ilə sındıraraq plastikdən olan qapısını açıb qanunsuz içəri daxil olub, mağazada olan dəftərin arasından 70 manat pulu, 120 manat dəyərində xırda pulları, mağazadakı səsgücləndiricinin altından 400 manat pulu, masanın üzərindəki 5 manat dəyərində bıçağı və 500 manat dəyərində müxtəlif növ siqaretləri gizli olaraq talayıb Zərərçəkmiş şəxs23 ümumilikdə 1095 manat maddi ziyan vurmaqla saxlanc yerinə qanunsuz daxil olaraq oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 22 sentyabr 2019-cu il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs24 qızma məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, Mirzə İbrahimov küçəsində yerləşən mağazanın qapısını sındırıb qanunsuz içəri daxil olub oradan 54 ədəd 97 manat dəyərində Kompakt siqaretlərini,9 ədəd 25 manat dəyərində kent 4 siqaretini, 13 ədəd NZ markalı 18 manat dəyərində siqareti, 13 ədəd 18 manat dəyərində Vant siqaretini,21 ədəd 21 manat dəyərində Rotman siqaretini,23 ədəd 32 manat dəyərində Prima markalı siqareti, 35 ədəd 45 manat dəyərində Maqna markalı siqareti,9 ədəd 17 manat dəyərində Vest markalı siqareti,9 ədəd 17 manat dəyərində Vest markalı siqareti,46 ədəd 64 manat dəyərində Klassik markalı siqareti, 15 ədəd 27 manat dəyərində palma siqareti, 10 ədəd 27 manat dəyərində Vinston markalı siqaret, 13 ədəd 30 manat dəyərində LD markalı siqareti, 11 ədəd 19 manat dəyərində Rotman markalı siqareti və 22 manat pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs24 qızma 462 manat məbləğində ziyan vurmaqla saxlanc yerinə qanunsuz daxil olaraq oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 18 oktyabr 2019-cu il tarixdə saat 04:00 radələrində Zərərçəkmiş şəxs12 məxsus Abşeron rayonu, Masazır kəndi, «Yeni Bakı» yaşayış kompleksi, 4-cü binanın ümumi istifadə olunan blokunun 7-ci mərtəbəsində saxlanılan bir ədəd 800 manat dəyərində qırmızı rəngli «Next Star» markalı velosipedi gizli olaraq talayıb, Zərərçəkmiş şəxs12 800 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 01 noyabr 2019-cu il tarixdə saat 03:00 radələrində vətəndaş Zərərçəkmiş şəxs19 icarə əsasında işlətdiyi Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 28-ci məhəllə ərazisində yerləşən "xxxx" MTK-nın inşa etdiyi binanın birinci mərtəbəsində yerləşən çay evinin plastikdən olan qapısının qıfılını özündə olan vintaçanla sıxıb açmaqla qanunsuz olaraq içəri daxil olub çay evinin divarından asılmış bir ədəd 700 manat dəyərində «Hoffman» markalı plasma televizoru gizli olaraq talayıb, Zərərçəkmiş şəxs19 700 manat məbləğində ziyan vurmaqla saxlanc yerinə qanunsuz daxil olaraq oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 21 noyabr 2019-cu il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs18 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən köşkün pənəcərəsini açıb qanunsuz içəri daxil olaraq köşkdən hər blokunun dəyəri 30 manat olan ümumi 120 manat dəyərində 4 blok «Kent» siqareti, hər blokunun dəyəri 33 manat olan ümumi 165 manat dəyərində 5 blok «Sobranie» siqareti, hər blokunun dəyəri 24 manat olan ümumi 48 manat dəyərində 2 blok «LD» siqareti, 22 manat dəyərində bir blok «LD» qalın siqareti, hər blokunun dəyəri 15 manat olan ümumi 150 manat dəyərində 10 blok «Vant» markalı siqareti, hər bloku 15 manat olan ümumi 75 manat dəyərində 5 blok «Maqna» markalı siqareti, hər blokunun dəyəri 17 manat olan ümumi 34 manat dəyərində 2 blok «Vest» markalı siqareti, hər blokunun dəyəri 12,5 manat olan ümumi 25 manat dəyərində 2 blok «Keno» markalı siqareti, hər blokunun dəyəri 30 manat oları ümumi 60 manat dəyərində 2 blok «Davidof» markalı siqareti, hər blokunun dəyəri 16 manat olan ümumi 32 manat dəyərində 2 blok «Senat» markalı siqareti, 20 manat dəyərində bir blok «Senator» markalı siqareti, 12 manat dəyərində bır blok «Vinston» markalı siqareti gizli olaraq talayıb Zərərçəkmiş şəxs18 763 manat məbləğində ziyan vurmaqla saxlanc yerinə qanunsuz daxil olaraq oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20 dekabr 2019-cu il tarixdə saat 02 radələrində X9 məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən “Rəhim” adlı market mağazasının qapını sındıraraq qanunsuz içəri daxil olub mağazadan olan kassa aparatından 230 manat nağd pulu gizli olaraq talayıb zərərçəkmiş şəxs X19ma ümumilikdə 230 manat məbləğində ziyan vurmaqla saxlanc yerinə qanunsuz daxil olaraq oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 07 yanvar 2020-ci il tarixə saat 03 radələrində Zərərçəkmiş şəxs17 məxsus Abşeron rayonu, Masazır qəsəbəsi Yeni Bakı yaşayış massivi ev 3-də yerləşən “İnci Parfum” adlı mağazasının qapısını açaraq qanunsuz içəri daxil olmaqla mağazadan rəflərə düzülmüş hər birinin dəyəri 5 manat olan ümumi 150 manat dəyərində 30 ədəd saç boyasını, dolabın siyirməsində olan 1 ədəd 210 manat dəyərində “Suikin” markalı qol saatını və 10 manat qəpik pulları gizli olaraq talayıb Zərərçəkmiş şəxs17 ümumilikdə 370 manat məbləğində ziyan vurmaqla saxlanc yerinə qanunsuz daxil olaraq oğurluq cinayətini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Şəmkir rayonu, Zəyəmçırdaxan kəndində ögey anası ilə birlikdə yaşamış, 2016-cı ildən işləmək üçün Bakı şəhərinə gəlmişdir. Əvvəllər Bakı şəhərində yerləşən müxtəlif şadlıq saraylarında ofisiant işləmiş, iş olmayan müddətdə oğurluq edib pul əldə etmişdir. Baş vermiş hadisə ilə bağlı bildirdi ki, o, 08 sentyabr 2018-ci il tarixdə saat 05 radələrində «Azadlıq» metrosunun yanından 3 manat pul verib Abşeron rayonu, Mehdiabad qəsəbəsi istiqamətində getmək üçün taksi ilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndinə, oradan da 108 saylı marşrut avtobusuna minərək Abşeron rayonu, Mehdiabad qəsəbəsi istiqamətində getmişdir. 08 sentyabr 2018-ci il tarixdə saat 05 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsində küçələrin arasında gəzərək mağazaların birinə daxil olub oğurluq etmək istəmiş, Abşeron rayonu, Mehdiabad qəsəbəsində «Şərab evi»-nin qarşısından keçdikdə mağazada adam olmadığını görüb oradan pul oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə həmin mağazanın qarşısına yaxınlaşmış,mağazanın qapısına yaxınlaşıb qapını itələdikdə onun açıq olduğunu görüb içəri cəld daxil olmuş, mağazaya daxil olduqda sağ tərəfdə kassa aparatının olduğunu görüb tez kassaya yaxınlaşmış, kassanı açıb içinə baxdıqda orada 270 manat pul olduğunu görüb götürmüş, həmin vaxt mağazanın digər otağından səs gəldiyini eşidib cəld mağazanı tərk etmiş və qaçaraq həmin ərazidən uzaqlaşmışdır. Bundan sonra əldə etdiyi pulları öz şəxsi tələbatı üçün xərcləmişdir. Bildirmişdir ki, oğurluq əməlini o, tək törətmiş, yanında başqa heç kəs olmamışdır. O, oğurluq məqsədi ilə 24 oktyabr 2019-cu il tarixdə saat 03 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, MD-23 qəsəbəsi ərazisində olan zaman bir mağazadan oğurluq etməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxışında tədqiq edilən ifadəsindən görünür ki, o, oğurluq məqsədi ilə 24 oktyabr 2019-cu il tarixdə saat 03 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, MD-23 qəsəbəsi ərazisində olan zaman bir mağazanın içərisində əşyaların olduğunu görmüş və həmin mağazaya daxil olaraq oğurluq etmək qərarına gəlmişdir. Ətrafda heç kimin olmadığını görüb, mağazanın qapısını sındırmaq yolu ilə açaraq içəri daxil olmuş və oradan uşaq paltarlarını oğurlamışdır. Həmin paltarları DİQLAS ticarət mərkəzinə aparmış və hamısını 250 manata tanımadığı şəxsə satmışdır. Əldə etdiyi pulları isə şəxsi ehtiyacları üçün xərcləmişdir. O, oğurluq məqsədi ilə 17 noyabr 2018-ci il tarixdə saat 03 radələrində Abşeron rayonu, X18, Ç.Mustafayev küçəsi ilə hərəkət edən zaman yolun kənarında evin qarşısında dayanmış göy yaşıl rəngli “Vaz 2107” markalı **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobili qaçırmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxışında tədqiq edilən ifadəsindən görünür ki, o, oğurluq məqsədi ilə 17 noyabr 2018-ci il tarixdə saat 03 radələrində Abşeron rayonu, X18, Ç.Mustafayev küçəsi ilə hərəkət edən zaman yolun kənarında evin qarşısında dayanmış göy yaşıl rəngli “Vaz 2107” markalı **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobili görmüş, o, avtomobili qaçıraraq sürmək qərarına gəlmiş və avtomobilın sürücü tərəfdən qapısına yaxınlaşmışdır. O, özü ilə gətirdiyi vintaçan vasitəsi ilə avtomobilin qapısını açaraq içinə daxil olmuş, avtomobildə oturduqdan sonra yenə vintaçan vasitəsi ilə avtomobilin açar hissəsini sındıraraq avtomobili işə salmış və oradan uzaqlaşaraq Şamaxı istiqamətində hərəkət etmişdir. Daha sonra o, avtomobillə bir neçə gün gəzdikdən sonra xx.xx.2019-cu il tarixdə avtomobili Mexkalon deyilən yerdə məhlə arasında sürən zaman M.Allahverdiyev küçəsində avtomobilin benzini qurtarmış və o, avtomobili yolun kənarında saxlayaraq oradan uzadlaşmışdır. Bundan başqa o, oğurluq məqsədi ilə 02 yanvar 2019-cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhərindəki “Playstasion” oyun klubunda oyun oynayıb səhərə kimi orada gecələmişdir. O, 03 yanvar 2019-cu il tarixdə səhər saat 07 radələrində o, Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi ilə bazara getmiş, həmin vaxt pulu olmadığı üçün oğurluq etməyə yer axtarmış, küçə ilə piyada gedəndə orada “İdeal” market dükanının dəmir jalüzünün açıq olduğunu görüb siqaret almaq üçün dükana yaxınlaşmış, həmin vaxt dükanın qapısının bağlı olduğunu içəridə isə heç kimin olmadığını görmüşdür. O, ətrafa göz gəzdirmiş və küçədə heç kimin olmadığı görmüş, cibindəki vintaçanı çıxarıb dükanın qapısını açmağa başlamış, vinaçanı qapının kilid hissəsinə salıb güc tətbiq edərək qapını açmışdır. Dükana girib siqaretlər yığılmış vitirnə yaxınlaşaraq xeyli sayda müxtəlif adda siqaretləri dükandan sellofan torba götürüb içərisinə doldurmuşdur. Sonra isə masanın alt tərəfindəki qutularda olan pulları götürüb cibinə qoyaraq dükandan çıxıb bazar istiqamətində getmişdir. Oğurladığı siqaretlərin yaxşılarından bir hissəsini özü çəkmək üçün götürüb kirayədə qaldığı evə qoymuşdur. Qalanını isə Abşeron rayonu, Masazırda tanımadığı şəxslərə ucuz qiymətə sataraq pulunu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa o, oğurluq məqsədi ilə 09 yanvar 2019-cu il tarixdə saat 02 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Mircəlal küçəsi döngə 1-də yerləşən küçədə saxlanmış “VAZ-2107” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomovili görmüş, üstündə olan vintaçanla avtomobilin qabaq sol qabaq sol qapısını açmışdır. Avtomobilin salonunda qabaq iki oturacağın arasında qoyulmuş pul qabıdan 1200 manat pul, çantada olan 2 ədəd mikrofonları, birləşdirici kabelləri çanta ilə birlikdə götürmüş, ancaq avtomobildə olan musiqi alətlərini götürməmiş, avtomobildən oğurladığı çantanı, 2 ədəd mikrafonlar və birləşdirici kabellər ona lazım olmadığı üçün həmin əşyaları yolda tanımadığı istiqamətdə tullamışdır. Oğurluq etdiyi avtomobilin kimə məxsus olmasını bilməmiş və həmin oğurluğu o, tək etmişdir. Bundan başqa o, oğurluq məqsədi ilə 28 yanvar 2019-cu il tarixdə saat 02 radələrində Aslan adlı tanış taksi sürücüsünə zəng vurub boş olub-olmamasını soruşmuş, Aslan həmin vaxt işinin olmadığını bildirmiş, o, Aslanla görüşmüş və Aslanın dövlət qeydiyyat nişanını xatırlamadığı “Hyundai” avtomobilinə oturmuş, Aslandan onu 20 yanvar dairəsinin yaxınlığında yerləşən “Şamaxinka” adlanan yerə aparmağı xahiş etmişdir. Aslan da onu dediyi yerə aparmış, “Şamaxinka” adlanan yerdə hərəsinə bir ədəd dönər alıb yedikdən sonra Aslandan onu Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış kompleksinə aparmağı xahiş etmiş, Aslan da onu dediyi yerə aparmışdır. Yolda gələ-gələ hardan oğurluq edəcəyini fikirləşmişdir. Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış kompleksinə çatanda buradan oğurluq etsə onu görəcəklərini fikirləşmiş, oradan Aslana onu Abşeron rayonu, Masazır qəsəbəsi, “Yeni Bakı Yaşayış” kompleksinə aparmağı demiş, ora çatanda yaşayış binalarının həyətinə daxil olanda Aslana onu orada gözləməyi demişdir. Həmin vaxt gözünə bir neçə mağaza dəymişdir. O, avtomobildən düşüb bir qədər getdikdən sonra binanın birinci mərtəbəsində mağazanın qarşısına yaxınlaşmışdır. Həmin mağazada nə satıldığını dəqiq bilməmişdir. Mağazanın qapısı plastik materialdan olmuşdur. Üstündə olan vint açanı qapının arasına salıb qapını açıb içəri daxil olmuş, giriş hissə ilə üzbəüz kassa olan yerə getmiş, kassanı açıb içindən təxminən müxtəlif əskinazlar olmaqla 140 manat pul götürüb mağazanın tərk etmişdir. Sonra yaxınlıqda başqa mağazaya daxil olmuş, oranın qapısını açıb içəri daxil olmuş və mağazadan 35 manat nağd pul götürüb çölə çıxmışdır. Həmin vaxt Aslan avtomobilini yavaş-yavaş məhlədən çıxarmış, o, dərhal Aslana yaxınlaşıb avtomobilinə oturmuşdur. Aslana oğurluq edəcəyini bildirməmişdir. Sonra Aslan onu Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış kompleksinin girəcəyində olan işıqforun yanında düşmüşdür. O, avtomobildən düşəndə Aslanın ona taksi kimi xidmət göstərdiyi üçün oturacağın üzərinə 10 manat pul qoyub düşüb getmişdir. Oğurluqla əldə etdiyi pulları öz maddi ehtiyaclarına xərcləmişdir. Bundan başqa o, oğurluq məqsədi ilə 03 fevral 2019-cu il tarixdə saat 02 radələrində o, Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi ilə gəzərkən orada işığı yanmayan bir ev görmüşdür. Ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra o, həmin evin həyətinə girmiş, həyətdə bir ədəd quş damı görüb özüylə gətirdiyi dəmir alətlə həmin quş damının ağzını açmış və orada 15-20 ədəd göyərçin görmüş, həmin göyərçinləri özü ilə gətirdiyi qara rəngli sellofan kisəyə yığmışdır. Sonra həyətdən çıxıb uzaqlaşmışdır. Həmin göyərçinləri sata bilmədiyi üçün kisədən çıxarıb buraxmış hamısı uçub getmişdir. O, oğurluq məqsədi ilə 08 fevral 2019-cu il tarixdə saat 03 radələrində o, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən “Pivə Zavodun” həyətində olmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxışında tədqiq edilən ifadəsindən görünür ki, o, oğurluq məqsədi ilə 08 fevral 2019-cu il tarixdə saat 03 radələrində o, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən “Pivə Zavodun” həyətinə gəlmiş orada heç kimin olmadığına əmin olduqdan sonra o, həmin həyətdə olan hinin qapısının qıfılını sındıraraq hinin içərisinə girmişdir. Hinin içərisinə baxdıqda orada 15 ədəd toyoq, 20 ədəd məişətdə istifadə olunan açarlar, 2 ədəd çəkic, 3 ədəd vint açanlar və 2 ədəd olan kəlbətinləri görmüşdür. O, 15 ədəd toyoğu götürüb hində olan sellofan torbaya və 20 ədəd məişətdə istifadə olunan açarlar, 2 ədəd çəkic, 3 ədəd vint açanlar və 2 ədəd olan kəlbətinləri isə başqa torbaya yığmışdır. Toyuqlar səs-küy saldığı üçün tez hindən çıxaraq oradan uzaqlaşmışdır. Səhəri gün toyuqları və alətləri Bakı şəhəri, təzə bazarda tanımadığı şəxsə ümumilikdə 100 manata satıb əldə etdiyi pulu öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa o, ünvan 6 ünvanda saxlanılan “Chevrolet Aveo” markalı, ** RP *** dövlət qeydiyyat nişanlı avtomobildən də oğurluq etmişdir. 11 fevral 2019-cu il tarixə keçən gecə saat 02 radələrində Abşeron rayonu, Masazır qəsəbəsinə gəlmiş, təxminən bir saat ərazidə gəzib dolanmış, təxminən saat 03 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Qaçaq Nəbi küçəsi, dalan 3-də “Chevrolet Aveo” markalı, ** RP *** dövlət qeydiyyat nişanlı avtomobilin saxlandığını və sahibinin də maşında olmadığını görüb həmin avtomobildən oğurluq etmək qərarına gəlmişdır. Avtomobilə yaxınlaşıb yerdən götürdüyü daş parçası ilə sağ qapının yan şüşəsini sakitcə sındırmış, bundan sonra salona girib içərisini axtarmış, salonda olan əl əyləcinin yanında olan sumkanı götürmüş, sonra salondakı saxlanc yerini (bardaçoku) açmışdır. Orada 300 manatdan artıq pul olmuş, o, həmin pulu da götürüb maşından uzaqlaşmış, bundan sonra götürdüyü əl çantasına baxdıqda orada müxtəlif kosmetik vasitələr və sənədlər olduğunu görüb yolun kənarına atmışdır. Sonradan əldə etdiyi pulu şəxsi tələbatına xərcləmişdir. Bundan başqa o, xx.xx.2019-cu il tarixdə gecə saatlarında Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində olan zaman evlərdən birində heç kimin olmadığını görmüş və həmin evə daxil olaraq oğurluq etmək qərarına gəlmişdir. O, oğurluq məqsədi ilə xx.xx.2019-cu il tarixdə saat 02 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən evə daxil olmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxışında tədqiq edilən ifadəsindən görünür ki, xx.xx.2019-cu il tarixdə saat 02 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən evə daxil olmuş və oradan bir ədəd drel, laqonda, prefarator, hamam aksesuaları, qayçı və açar dəsti oğurlamışdır. Həmin əşyaları yoldan keçən tanımadığı taksiyə qoymuş və Bakı şəhəri, Sabunçu rayonunda yerləşən Rus bazarına apararaq orada hamısını 60 manata satmışdır. Əldə etdiyi pulu isə şəxsi ehtiyyaclarına xərcləmişdir. O, oğurluq məqsədi ilə 03 mart 2019-cu il tarixə keçən gecə Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivinə getməmişdir Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxışında tədqiq edilən ifadəsindən görünür ki, o, 03 mart 2019-cu il tarixə keçən gecə xərcləməyə pulu olmadığına görə oğurluq edib pul əldə etmək qərarına gəlmişdir. Bu niyyətlə Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivinə gedib oğurluq etmək üçün münasib yer axtarmağa başlamış, saat təxminən 01 radələrində küçədəki ərzaq mağazası diqətini cəlb etmiş, o, həmin mağazaya yaxınlaşıb qapısının dəmir barmaqlığının qıfılla bağlandığını, lakin barmaqlığın arxasında olan plastik qapının açıq olduğunu görüb, dəmir barmaqlığın yuxarı tərəfindən dartaraq aralamaq olduğunu və oradan içəriyə girmək mümükün olduğunu hiss edib dəmir barmaqlığı dartaraq aralayıb oradan içəriyə daxil olub özündə olan alışqanın işığı ilə mağazada pul axtarmağa başlamış, lakin pul tapa bilməyib mağazadakı piştaxtanın üstündə olan siqaretləri oradan götürdüyü selofan torbaya yığıb özü ilə götürüb mağazaya girdiyi yerdən küçəyə çıxıb tez oradan uzaqlaşıb Bakı şəhəri “Papanin” adlanan məhəllədə gecələdiyi evə getmiş, oğurladığı siqaretləri ertəsi günü Bakı şəhəri Sabunçu rayonu ərazisindəki əşya bazarında tanımadığı şəxslərə satıb 245 manat pul əldə etmiş,həmin pulları da bir neçə gün ərzində internet klublarda oyun oynamağa və yeməyə xərcləmiş və həmin oğurluğu tək etmişdir. O, oğurluq məqsədi ilə 20 mart 2019-cu il tarixdə saat 05 radələrində o, Abşeron rayonu Hökməli qəsəbəsi, At-yalı yaşayış massivində yerləşən “Şahin” adlı mağazadan oğurluq etməmişdir Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxışında tədqiq edilən ifadəsindən görünür ki, o, oğurluq məqsədi ilə 20 mart 2019-cu il tarixdə saat 05 radələrində o, Abşeron rayonu Hökməli qəsəbəsi, At-yalı yaşayış massivində piyada gəzərkən yolun kənarında “Şahin” adlı mağazanın işığının yanmadığını görüb özü ilə gədirdiyi dəmir parçası ilə həmin mağazanın qapısını açıb içəri girmişdir. Mağzada piştaxtanın siyirməsinə baxdıqda orada 180 manat pul görüb həmin pulu götürmüşdür. Sonra üzü ilə gətirdiyi kisəyə mağazada olan ərzaq məhsullarından yığıb sakitcə daşıyaraq çöldə qaranlıq bir yerdə gizlətmişdir. Sonra həmin məhsulları Bakı şəhərinə apararaq orada tanımadığı şəxsə ümumilikdə 150 manata satıb əldə etdiyi pulları öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa o, oğurluq məqsədi ilə 24 mart 2019-cu il tarixdə saat 03 radələrində Abşeron rayonu, «Gənclər şəhərçiyi»nə gəlmiş və orada bir qədər gəzişib oğurluq etmək üçün müvafiq yerlər axtarmış, həmin şəhərcikdə 15-ci blokun zirzəmisində «Mini market» olduğunu görmüş, həmin marketdə pul və digər dəyərli əşyalar oğurlamaq üçün zirzəmiyə yaxınlaşmış, zirzəmidə yerləşən marketin pəncərənin üzərində dəmir barmaqlıq olduğunu görüb dartıb sındırmış, bundan sonra pəncərəni açıb içəri keçmiş, marketdə kassa olduğunu görüb kassanı açmış, kassada təxminən 300 manata qədər pul olmuş, həmin pulu götürdükdən sonra marketdə siqaretlərdən “Kent”, “Sobranie” siqaretlərini də götürüb marketə girdiyi pəncərədən də çıxmış və qaçaraq həmin ərazidən uzaqlaşmışdır. Bundan sonra əldə etdiyi pulları öz şəxsi tələbatı üçün xərcləmiş, marketdən götürdüyü siqaretləri isə çəkmişdir. O, oğurluq məqsədi ilə 19 aprel 2019-cu il tarixdə o, Masazır kəndində həyət evindən oğurluq etməmişdir Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxışında tədqiq edilən ifadəsindən görünür ki, o, oğurluq məqsədi ilə 19 aprel 2019-cu il tarixdə o, yenə də oğurluq etmək üçün yer axtarmış, Masazır kəndində həyət evləri olan küçələrdə gəzib oğureluq etmək üçün münasib ev və ya mağaza axtamışdır. Saat təxminən 20 radələrində bir həyət evinin yanından keçəndə həyətdə toyuq-cücə olduğunu görmüş, həmin evin hasarından baxanda həyətdə tor hasar çəkilmiş yerdə toyuq hind quşu olduğunu görüb gecə həmin yerdən toyuq-cücə oğurlamağı planlaşdırmışdır. Abşeron rayonu, Masazır qəsəbəsində kafeyə gedib çay içmiş sonra isə kompüter oyun salonuna gedib gecə olanda gedib oğurluq etmək üçün orada vaxtını keçirmişdir. Təxminən saat 03 radələrində tikintisi aparılan bir evin yanından kisə tapıb həmin kisəni qatlayıb özü ilə götürmüşdür. Sonra piyada bir neçə saat əvvəl toyuq-cücə olan evin yanına gəlmiş, evin ətrafına və həyətə baxıb heç kimin olmadığını görmüşdür. Ev sakinləri isə yatmışdır. O, hasara dırmanıb oradan həyətə düşmüş, sonra həyətdəki toyuq hininin qarışısındakı hasarlanmış yerə keçib hinin qapısın açıb içəridə olan toyuqları və hind quşlarından əlinə keçəni kisəyə yığıb oradan çıxıb kisəni hasardan yerə buraxıb özü də hasarı keçib oradan uzaqlaşmış, sonra ip tapıb oğurladığı toyuqların və hind quşlarının ayaqlarını bağlamış, səhər saat 07 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində tanımadığı taksini saxladıb toyuq-hind quşları olduğunu, onları Bakı şəhəri, Sabunçu rayonunda yerləşən bazara aparmalı olduğunu demişdir. Taksi sürücüsü ilə razılaşıb maşını toyuq və hind quşlarını saxladığı yerə aparıb onları maşının yük yerinə yığmış, həmin toyuqları və hind quşlarını Bakı şəhəri, Sabunçu rayonundakı bazara gətirib 13 ədəd toyuğu və 3 ədəd hind quşunu orada tanımadığı alverçi ilə danışıb bir yerdən 130 manata satmış, əldə etdiyi pulları isə şəxsi ehtiyacarı üçün xərcləmiş, toyuqları satdığı şəxsə xəstəsi olduğundan dərman almaq üçün ucuz qiymətə satdığını demişdir. Bundan başqa o, oğurluq məqsədi ilə 10 may 2019-cu il tarixdə saat təxminən 05 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivində gəzən zaman S.Bəhlulzadə küçəsində yerləşən “Azersell” mağazası görmüş və mağazaya yaxınlaşaraq üzərində əvvəlcədən gətirdiyi vintaçan vasitəsi ilə plastik qapını açaraq mağazaya daxil olmuş, mağazada olan üzərində komputer olan iş masasına yaxınlaşmış və həmin masanın siyirməsini açmış, orada olan dəftəri götürmüş və arasına baxan zaman orada pul olduğunu görmüş və pulu götürərək mağazanı tərk etmişdir. Daha sonra pulu sayan zaman 2027 manat pul olduğunu görmüş və oradan da Bakı şəhərinə gedərək pulu orada xərcləmişdir. Bundan başqa bildirmişdir ki, oğurluq məqsədi ilə 11 iyul 2019-cu il tarixə keçən gecə gəzə-gəzə Abşeron rayonu, Xırdalan şəhəri ərazisinə gəlmiş və həmin ərazidə dükanların birindən oğurluq etmək üçün münasib yerlər axtarmağa başlamış, həmin gün saat 03 radələrində həmin ərazidə gəzdikdə “Ətriyyat” dükanı onun nəzərəni cəlb etmiş və həmin dükandan oğurluq etməyi qərara almışdır. Mağazaya yaxınlaşdıqda ətrafa nəzər salmış və kənar şəxslərin olmadığına əmin olduqdan sonra özündə olan vintaçanla həmin mağazanın plastikdən olan qapısını açıb içəri daxil olmuşdur. Mağazada pul və qiymətli əşyalar axtarmışdır. Mağazada 200 manat pul tapmış və orada olan satışa qoyulmuş 5 ədəd kişi qol saatını götürmüş, tez bir anda mağazanı tərk edib getmiş, mağazadan oğurladığı pulları öz şəxsi tələdatı üçün xərcləmişdir. Qol saatlarını isə Bakı şəhəri, Yasamal bazarında 20 manata tanımadığı şəxsə satmış və əldə etdiyi pulları isə şəxsi tələbatı üçün xərcləmişdir. Bundan başqa o, oğurluq məqsədi ilə 17 iyul 2019-cu il tarixdə saat 02 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Asəf Zeynallı küçəsində oğurluq etmək üçün münasib ev və ya mağaza axtardığı vaxt, orada gördüyü 3 mərtəbəli evin birinci mərtəbəsindəki, bağlı olan "xxxx"-dən oğurluq etmək qərarına gəlmiş, ətrafda heç kimin olmamasına əmin olduqdan sonra üstündə olan vintaçanla marketin giriş qapısının qıfılını sındırıb açaraq, marketə daxil olmuş, marketdə gördüyü siqaretləri, özündə olan selafan torbaya yığaraq, tez marketə girdiyi qapıdan çıxıb getməklə oğurlamışdır. Səhər açıldıqda oğurladığı siqaretlərin çox hissəsini Bakı şəhəri 3-cü mikrorayondakı bazarda tanımadığı şəxslərə satmış, qalan siqaretləri isə özü çəkməklə istifadə etmişdir. Siqaretləri satdığı şəxslərə oğurluq olduğunu deməmiş, müştərilərə siqaret alveri ilə məşğul olduğunu demişdir. Oğurladığı siqaretlər “Klassik”, “Kent”, “LD”, “Vinston”, “Sobraniya”, “İmperial”, “Prima”, “Vinçestr”, “Davudov” markalı olmuş, ancaq oğurladığı həmin siqretlərin sayı yadında qalmamışdır. Beləliklə oğurlayıb satdığı siqaretlərdən nə qədər pul əldə etdiyi yadında olmasa da, əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Həmin oğurluğu tək etmiş, oğurluq barədə heç kim heç nə bilməmişdir. O, oğurluq məqsədi ilə 10 sentyabr 2019-cu il tarixə keçən gecə gəzə-gəzə Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində yerləşən marketdən oğurluq etməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxışında tədqiq edilən ifadəsindən görünür ki, o, oğurluq məqsədi ilə 10 sentyabr 2019-cu il tarixə keçən gecə gəzə-gəzə Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisinə gəlmiş və həmin ərazidə olan münasib dükandan oğurluq etmək istəmiş, həmin gün saat 02 radələrində həmin ərazidə gəzişib münasib dükan axtarmış, qəsəbədə yerləşən kiçik market olduğunu götürüb pəncərəsinə yaxınlaşmış, pəncərənin üzərində dəmir barmaqlıq olmuş, həmin dəmir barmaqlığı özündə olan dəmir parçası ilə qırmış və plastikdən olan pəncərəni sıxıb açaraq içəri daxil olmuş, mağazada pul və qiymətli əşyalar axtarmış, mağazada olan dəftərin arasını açıb baxdıqda orada 70 manat pul olduğunu görüb götürmüş, sonra oraya baxdıqda çoxlu sayda xırda pulları görüb həmin pulları cibinə yığmış, bundan sonra mağazada olan səsgücləndiricinin altına baxdıqda oradan da 400 manat pul tapıb götürmüş, bundan sonra mağazada olan müxtəlif siqaretləri paketlərə yığıb tez bir anda mağazanı tərk edib getmiş, mağazadan oğurladığı pulları öz şəxsi tələbatı üçün xərcləmiş, götürdüyü siqaretləri isə Bakı şəhəri, Yasamal bazarında tanımadığı şəxslərə satmış və əldə etdiyi pulları isə şəxsi tələbatı üçün xərcləmişdir. Bundan başqa o, oğurluq məqsədi ilə 22 sentyabr 2019-cu il tarixdə saat 04 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində oğurluq etmək üçün mağaza axtarmış, küçələrin birində jaluz qapısı olan xırda bir mağaza görmüş, mağazanın qapısı dəmir jaluzlə bağlı olmuş və qıfılı da bağlı olmuşdur. Qıfılı özü ilə götürdüyü armatur parçası ilə sındırmış və jaluzu qaldıraraq mağazaya daxil olmuşdur. Mağazada müxtəlif siqaretlər olduğunu görmüş və elə oradan götürdüyü selofana həmin siqaretləri yığmağa başlamış, bundan əlavə mağazada 20 manata yaxın xırda pulda olmuş, həmin pulu götürərək mağazadan çıxmış, siqaretlərin müəyyən hissəsini özü çəkmiş, qalanlarını isə 20 yanvar dairəsi ərazisində tanımadığı şəxslərə ucuz qiymətdən satmışdır. O, oğurluq məqsədi ilə 18 oktyabr 2019-cu il tarixdə gecə radələrində gəzə-gəzə Abşeron rayonu, Masazır kəndi, Yeni Bakı yaşayış kompleksindən oğurluq etməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxışında tədqiq edilən ifadəsindən görünür ki, o, oğurluq məqsədi ilə 18 oktyabr 2019-cu il tarixdə gecə radələrində gəzə-gəzə Abşeron rayonu, Masazır kəndi, Yeni Bakı yaşayış kompleksinin ərazisinə gəlmiş və həmin ərazidə oğurluq etmək üçün münasib yerlər axtarmağa başlamışdır. Həmin gün saat 04 radələrində həmin ərazidə gəzdikdə 4-cü binanın qarşısından keçərkən blokun qapısının açıq olduğunu görüb içəri daxil olmuş və pilləkanlarla yuxarı çıxmağa başlamışdır. Təxminən 7-ci mərtəbəyə çıxmışdır ki, blokda giriş qapısı ilə üzbəüz dəmir pilləkənin yanında qırmızı rəngli velosiped saxlandığını görmüşdür. Həmin velosipedi götürüb tez bir anda aşağı mərtəbələrə doğru düşməyə başlamış və blokun qapısından çıxdıqda ətrafa nəzər salmış, küçədə kənar şəxslərin olmadığına əmin olduqdan sonra velosipedi sürə-sürə ərazidən uzaqlaşıb çıxıb getmiş, təxminən bir həftə həmin velosipedi sürmüş, lakin sonra pul lazım olduğu üçün Bakı şəhəri, Sabunçu bazarına aparıb orada 110 manata tanımadığı şəxsə satmışdır və əldə etdiyi pulları isə şəxsi tələbatı üçün xərcləmişdir. Bundan başqa bildirmişdir ki, oğurluq məqsədi ilə 01 noyabr 2019-cu il tarixdə saat 03 radələrində gəzə-gəzə Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə ərazisinə gəlmiş, gecə saat 03 radələrində 28-ci məhəllədə, H.Əliyev prospektinin kənarında qapısı bağlı çay evinin olduğunu görüb oradan oğurluq etməyi qərara almış, çay evinin giriş qapısı plastikdən olmuş, o, ətrafa baxdıqda kənar şəxs olmadığına əmin olduqdan sonra həmin qapının qıfılını özündə olan vintaçanla sıxıb açaraq içəri girmişdir. Çayxananın divarında bir ədəd plazma televizoru asılmış, həmin televizoru divardan açıb çıxarmış və çayxanaya girdiyi yerdən də çıxmış, küçədə kənar şəxslər olmadığına əmin olduqdan sonra ərazini tərk edib getmiş, çay evindən oğurladığı televizoru Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən bazarda tanımadığı şəxsə 220 manata satmış və əldə etdiyi pulları isə şəxsi tələbatı üçün xərcləmişdir. Bundan başqa o, oğurluq məqsədi ilə 21 noyabr 2019-cu il tarixdə təxminən saat 04 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən köşkə yaxınlaşaraq həmin köşkün qarşı pəncərəsini əli ilə sıxıb açaraq köşkə daxil olmuş həmin köşkdən müxtəlif çeşidli siqaretləri əli ilə götürüb özü ilə gətirdiyi sellafon torbaya yığaraq özü ilə aparmış, bundan sonra o, həmin siqaretləri özü çəkib qurtarmışdır. Bundan başqa o, oğurluq məqsədi ilə 20 dekabr 2019-cu il tarixdə saat 04 radələrində oğurluq etmək məqsədi ilə Abşeron rayonu, Masazır qəsəbəsində gəzmişdir. Həmin vaxt qarşısına mağaza çıxmış, həmin mağazanın işıqları yanmadığı üçün mağazada heç kimin olmadığına əmin olduqdan sonra yenidən ətrafa diqqət edib heç kəsin olmadığına tam əmin olub mağazanın özündə olan yekə vintaçan alətlə plastik qapısını açıb mağazaya daxil olmuş və mağazanın içərisində olan kassa baxdıqda kassa aparatında 230 mana pulun olduğunu görüb həmin pulu götürüb mağazadan çıxaraq uzaqlaşmışdır. Sonra əldə etdiyi 230 manat pulu öz ehtiyaclarına xərcləmiş, Bundan başqa o, oğurluq məqsədi ilə 07 yanvar 2020-ci il tarixdə saat 03 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış massivində gəzən zaman qarşısına parfumeriya mağazası çıxmış, həmin mağazanın işıqları yanmadığı üçün mağazada heç kimin olmadığına əmin olduqdan sonra yenidən ətrafa diqqət edib heç kəsin olmadığına tam əmin olub mağazanın özündə olan vintaçan alətlə plastik qapısını açıb mağazaya daxil olmuş və mağazanın içərisində rəflərə düzülmüş 30 ədəd saç boyalarını, dolabın siyirməsinə baxdıqda orada olan qol saatını və 10 manat xırda qəpikləri götürərək mağzaya girdiyi qapıdan çıxıb uzaqlaşaraq getmiş, mağazadan oğurladığı saç boyalarını və bir ədəd qol saatını Bakı şəhərində tanımadığı şəxslərə ümumilikdə 150 manata satıb əldə etdiyi pulu öz ehtiyaclarına xərcləmişdir. Sonda o, etdiyi əməldən peşman olduğunu əsas gətirərək barəsində yüngül cəza təyin edilməsini və müddətin keçməsi ilə əlaqədar epizodlar üzrə işə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X21 ifadəsində göstərdi ki, o, Zəngilan rayonu, Gilətağ kəndində qeydiyyatda olmaqla faktiki olaraq Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən piyvə zavodun baxçasında məcburi köçkün kimi məskunlaşaraq yaşayır. Yaşadığı evin həyətində özü üçün toyoq cücə və quş saxlamaqla məşğul olmuşdur. O, həmin toyuqları və köyərçin quşlarını hində saxlamışdır. Hinin qapısı kilidnən bağlı olmuşdur. O, xx.xx.2019-cu il tarixdə saat 20 radələrində həmin toyoqları və göyərçin quşlarını hinə salaraq evinə getmişdir. xx.xx.2019-cu il tarixdə saat 04 radələrində o, həyətdən səs gəldiyini görüb bayıra çıxmış və hinə yaxınlaşanda görmüşdür ki, naməlum şəxs və ya şəxlər mənim hinimin qapısının kilidini sındırmaq yolu ilə hinə daxil olaraq oradan hər birinin qiyməti 10 manat olan ümumilikdə 150 manat dəyərində 15 ədəd toyoqları, 20 ədəd hər birinin qiyməti 3 manat olan ümumilikdə 60 manat olan məişətdə istifadə olunan açarları, hər birinin dəyəri 3 manat olan ümumilkdə 6 manat olan 2 ədəd çəkicləri, 3 ədəd hər birinin dəyəri 3 manat olan ümumilikdə 9 manat olan vint açanı və 2 ədəd hər birinin dəyəri 3 manat olan ümumilkdə 6 manat olan kəlbətinləri oğurlamışlar. Bundan sonra o, hadisə barədə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Sonra polis əməkdaşları hadisə yerinə gələrək hadisə yerinə baxış keçirmişlər. Oğurluq nəticəsində ona ümumilkdə 231 manat maddi ziyan dəymişdir. Bildirmişdir ki, o, hininə daxil olan şəxsləri görməmişdir. Sadəcə olaraq həmin şəxslər onun yuxudan oyanmasını və səsini eşidib qaçıb çıxıb getmişlər. O, cümldən həmin şəxslər ona məxsus kvaltı və başqa əşyalarıda oğurlamaq istəmişlər lakin torbaya yığsalarda apara bilməmişlər. Zərərçəkmiş şəxs X21 məhkəməyə ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs şikayətçi olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs19 ifadəsində göstərmişdir ki, 13 sentyabr 2019-cu il tarixdən Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən "xxxx" MTK-nın 1-ci mərtəbəsində olan çay evini icarə əsasında işlətmişdir. Çay evini hər gün saat 10:30-da aşmış saat 24:00-da da bağlamışdır. Çay evində çay işinə Vaqif adlı şəxs baxmışdır. O, 2019-cu ilin oktyabr ayının ortalarında cay evi üçün Abşeron rayonu, Xırdalan şəhərində fəaliyyət göstərən “Kontakt Home” adlı mağazadan 700 manata televizor almışdır. xx.xx.2019-cu il tarixdə saat 24 radələrində çay evində çayçı işləyən Vaqif qapını bağlayıb evinə getmişdir. xx.xx.2019-cu il tarixdə saat 10 radələrində ona xəbər gəlmişdir ki, naməlum şəxs çay evindən oğurluq olmuşdur. O, dərhal çay evinə getmiş və görmüşdür ki, çay evində divara quraşdırılmış bir ədəd 700 manat dəyərində olan 82 dioqnallı “Hofmann” markalı televizor oğurlanmışdır. Zərərçəkmiş şəxs19 məhkəməyə ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs şikayətçi olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X20 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu, “Gənclər şəhərciyi” 5-ci blok, ev 27-də yaşayır. Bildirmişdir ki, Abşeron rayonu, “Gənclər şəhərciyi”ndə 15-ci blokun zirzəmisində təxminən bir ilə yaxındır ki, “Mini market” adlı mağazanı icarə əsasında işlətmişdir. Qeyd olunan mağazada ərzaq malları satışı lə məşğul olmuşdur. O, hər gün saat 09 radələrində mağazanı açmış, saat 23 radələrində mağazanı bağlamışdır. Mağazanın qarşı tərəfində, yəni giriş qapısı plastikdən olmaqla üzərində dəmir barmaqlıq vardır. Mağazanın arxa tərəfində iki pəncərə vardır. Həmin pəncərələrin üzərində də dəmir barmaqlıq vardır. 23 mart 2019-cu il tarixdə saat 23:30 radələrində mağazanı bağlayıb evinə getmişdir. 24 mart 2019-cu il tarixdə saat 09 radələrində mağazanın arxa tərəfindən keçən zaman mağazanın arxa tərəfində olan iki ədəd pəncərənin üzərində olan dəmir barmaqlığın yerdə olduğunu görmüşdür. O, mağazanın qarşısına keçmiş, mağazanın qapsının bağlı olduğunu görmüşdür. O, mağazanın qapısını açaraq içəri daxil olmış və mağazanın içərisində vitrinin qırıldığını, kassanın açıldığını görmüşdür. Bundan sonra DİN-in 102 zəng xidmətinə məlumat vermişdir. Hadisə yerinə polis əməkdaşları gəlmişlər və hadisə yerini müayinə etmişlər. Mağazada kamera görüntüləri də olmuşdur. Onun mağazasına arxa pəncərənin üzərində olan dəmir barmaqlıq sındırılmaqla pəncərədən naməlum şəxs içəri daxil olaraq kassadan 300 manat pul, hər biri 3 manat olmaqla on ədəd nazik Kent 4, hər biri 3 manat 30 qəpik olmaqla yeddi ədəd nazik Sobranie, hər biri 7 manat olmaqla səkkiz ədəd Azərbaycan istehsalı olan çaxır oğurlamışdır. Bundan başqa vitrin sındırılmış, vitrinin üzərində olan araq və çaxırlar yerə düşərək sındırılmış və ona 150 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs X20 məhkəməyə ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs şikayətçi olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, X18, Ç.Mustafayev küçəsində yerləşən fərdi evdə yaşayır. Bildirmişdir ki, o, 16 noyabr 2018-ci il tarixdə saat 21 radələrində özünə məxsus göy-yaşıl rəngli “VAZ-2107” markalı **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilini kirayə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, X18, Ç.Mustafayev küçəsində yerləşən fərdi evinin qarşısında saxlamış və evə getmişdir. Daha sonra səhər 1. noyabr 2018-ci il tarixdə saat 09 radələrində yuxudan oyanaraq küçəyə çıxmışdır. Avtomobilin yerində olmadığını görərək ətrafa baxmağa başlamış və avtomobilini tapmadığı üçün DİN-nin 102 xidmətinə zəng vurmuş və məlumat vermişdir. Daha sonra Abşeron RPİ-nə ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs7 məhkəməyə ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs şikayətçi olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs22 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, İ.Bayramov küçəsi ev 24-də yaşayır. Bildirmişdir ki, yaşadığı evinin ətrafında həyətyanı sahəsində özü üçün toyuq-cücə saxlayır. 18 aprel 2019-cu il tarixdən 19 aprel 2019-cu il tarixinə keçən gecə naməlum şəxs və ya şəxslər həyətində olan hinə daxil olaraq ona məxsus 13 ədəd toyuq və 3 ədəd hindquşunu oğurlamışlar. Həmin toyuqlardan 8 ədədi “Bramo” cinsli, 1 ədədi heyratı cinsli olmuşdur. Qalanları isə adi cins xoruzlar olmuşdur. Toyuqların hər biri ən azı 15 manat toyuqları isə 50-60 manat qiymət aralığında olmuşlar. Sözü gedən oğurluq hadisəsinin törədilməsi nəticəsində ona ümumilikdə 300-350 manat maddi ziyan dəymişdir. Sonda o, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs23 ifadəsində göstərmişdir ki, o, ailsi ilə birlikdə Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən fərdi evdə yaşayır. Bildirmişdir ki, Abşeron rayonu, Novxanı qəsəbəsi, Nüsrət Kəsəmənli küçəsində ona məxsus mağazası vardır. Həmin mağazada o, ərzaq məhsullarının satışı ilə məşğul olur 09 sentyabr 2019-cu il tarixdə saat 23 radələrində o, işlədəyi mağazanı bağlamış və yaşadığı evə getmişdir. Həmin günün səhəri yəni 10 sentyabr 2019-cu il tarixdə saat 05.40 radələrində o, işlədiyi mağazaya gəlmidir. O, mağazaya daxil olduqdan müxtəlif növ siqarətlərin yerində olmadımğını görmüşdür. Bundan sonra pəncərəyə baxmış və pəncərənin üzərində olan dəmirbaqlığın sındırıldığını görmüşdür. Bununlada mən başa düşmüşdür ki, mağazadan oğurluq olmuşdur. Bundan sonra o, ətrafa baxdıqda ona məlum olmuşdur ki, mğazadan 500 manat dəyərində müxtəlif növ siqaretər, nisyə verdiyi ərzaq məhsullarının qeydiyyat dəftərinin arasından 70 manat pulu, 120 manat məbləğində qəpik pulun, 400 manat pulu isə səsgücləndirici qurğunun altından masanın üzərindən təxminən 5 manat dəyərində bıçaq gizli şəkildə naməlum şəxs tərəfindən oğurlanmışdır. Bundan sonra o, baş vermiş hadisə barədə DİNnin “102” xidmətinə məlumat vermişdir. Sonda o, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirdi. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs21 qızının elan edilmiş ifadəsindən görünür ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, MD-23 yaşayış massivində ailəsi ilə birlikdə yaşayır. Bildirmişdir ki, özünə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, MD-23 yaşayış massivində uşaq paltarlarının satışı mağazası vardır. O, hər gün saat 09:00 mağazanı açır, saat 21 radələrində isə mağazanı bağlayaraq evibə çıxıb getmişdir. 25 oktyabr 2018-ci il tarixdə saat 09 radələrində mağazanı açan zaman görmüşdür ki, mağazanı qapısına müdaxilə olmuşdur. Bundan sonra mağazaya daxil olmuş və oradan 45 dəst 1500 manat dəyərində olan uşaq paltarlarının oğurlandığını görmüşdür. Bundan sonra o, bu barədə DİN-nin 102 xidmətinə və Abşeron RPİ-nə ərizə ilə müraciət etmişdir. Oğurluq nəticəsində ona 1500 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs21 qızı məhkəməyə teleqram ünvanlayaraq istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs20 elan edilmiş ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən fərdi evdə yaşayır. Bildirmişdir ki, Abşeron rayonu. Mehdaabad qəsəbəsi, 28 May küçəsində ona məxsus «Şərab evi» marketi vardır. Həmin market hər gün gecə saat 03:00 radələrinədək fəaliyyət göstərir. Gecə marketin qapısını bağladıqdan sonra o, həmin marketdə nəzarətçi kimi qalmışdır. 08 sentyabr 2018-ci il tarixə keçən gecə saat 03 radələrinədək market fəaliyyət, göstərmişdir. Həmin radələrdə marketin qapısının qıfılını bağlamış və o, nəzarətçi kimi marketdə qaldığından içəri otağa keçmişdir. Gecə təxminən saat 05 radələrində marketin içərisində səs eşidib ayılmış və cəld marketin içərisinə doğru keçmişdir. Həmin vaxtı marketin giriş qapısının açıldığının şahidi olmuşdur. Marketin içərisinə nəzər saldıqda orada olan kassanın dağıdıldığını görüb kassaya yaxınlaşmış, kassadan pulların götürüldüyünü görüb marketdən oğurluq olmasını başa düşmüş və buna görə DİN-nin 102 xidmətinə zəng edərək oğurluq barədə məlumat vermişdir. Bildirmişdir ki, DİN-nin 102 xidmətinə məlumat, verərkən ilkin olaraq marketin kassasından 500 manat pulun oğurlandığını bildirmiş, lakin sonradan kassadan 500 manat deyil, 90 manat pulun oğurlanmasını təxmini yəqin etmişdim, bu səbəbdən də ünvanladığım ilkin ərizəmdə dəymiş maddi ziyanın 90 manat olduğunu göstərmişdir. Bundan bir neçə gün sonra marketdə təftiş aparmış və marketin kassasından oğurlanmış pulun dəqiq məbləğini müəyyən etmişdir. Məlum olmuşdur ki, marketin kassasından ümumilikdə 270 manat pulu oğurlanmışdır. Bu səbəbdən də təkrar ərizə ilə Abşeron rayon Pİ-nə müraciət, etmiş və ona dəymiş maddi ziyanın 270 manat olduğunu göstərmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs15 elan edilmiş ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə ünvan 2 ünvanında yerləşən fərdi evdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. 2011-ci ildən Abşeron rayonu, Xırdalan şəhəri, Z.Tağıyev küçəsində aldığı fərdi yaşayış evində yaşamışdır. Həmin vaxtdan evinə bitişik tikilidə ərzaq mağazası işlətmişdir. Mağazada əsasən ərzaq malları və gündəlik tələbat malları satmışdır. Hər gün səhər saat 07-də mağazanı açmış, axşam saat 24 radələrinədək işləmişdir. Mağazada özü tək işləmişdir. 03 yanvar 2019-cu il tarixdə səhər saat 07:03-də mağazaya çörək gətirildiyi üçün mağazanın giriş hissəsində jalyüzü açarla açıb giriş qapısını da açarla açıb çörəyi mağazaya qoymuş, sonra isə mağazanın giriş qapısını açarla kilidləyib evə keçmişdir. Təxminən yarım saat keçdikdən sonra o, küçəyə çıxıb mağazaya gələndə görmüşdür ki, mağazanın qapısı açıq vəziyyətdədir. Əvvəl fikirləşmişdi ki, ola bilər səhər qapını yaxşı bağlamamışdır. Ancaq mağazaya girəndə görmüşdür ki, vitrində olan siqaretlərin əksər hissəsi yoxdur qalanı isə ətrafa dağılmışdır. Bundan sonra miağazanın kassa olan hissəsinə və pulları saxladığı qutulara baxanda görmüşdür ki, pullar yoxdur. O, başa düşmüşdür ki, mağazada oğurluq olmuşdur. Buna görə DİN-in 102 xidmətinə zəng vuraraq bu barədə məlumat vermişdir. Bildirmişdir ki, baş vermiş oğurluq nəticəsində mağazadan 200 manat pulu və təxminən 1500 manat dəyərində müxtəlif adda “Kent”, “Sobiranie” “”Davıdov” “Viniston”, “LD”, “NZ”, “Vest”, “Vinçestr” və .s markalı siqaretlər oğurlanmışdır. Polis əməkdaşları hadisə yerinə gəlib baxış keçirmişlər və oğurluqla bağlı ərizəsi alınmışdır. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs25 Etiram oğlunun elan edilmiş ifadəsindən görünür ki, o, 02 yanvar 2019-cu il tarixdən ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Mir Cəlal küçəsi, döngə 1, ev 6B ünvanına köçüb orada kirayədə yaşamağa başlamışdır. O, özüü müsiqiçidir, sintizator ifa edir. Onun “VAZ-2107” markalı, ** BX *** qeydiyyat nişanlı avtomobili var və həmin avtomobili də özü idarə etmişdir. Avtomobilini gecələr yaşadığı evin qarşısında küçədə saxlamışdır. 08 yanvar 2019-cu il tarixdə saat 21 radələrində işdən evə gəlmiş və avtomobili həmişə saxladığı yerdə saxlayaraq qapılarını da pult idarə etmə sistemi ilə bağlamışdır. 09 yanvar 2019-cu il tarixdə saat 16 radələrində gedib avtomobili ilə işə getmək istəyəndə görmüşdür ki, avtomobilin qabaq sol qapısı açıqdır və avtomobilin içərisi axtarılmışdır. Avtomobilində olan müsiqi avadanlıqları sintizator, iki ədəd səsgücləndiricilər və üsiliteli yerində olmuşdur. Ancaq avtomobilin iki oturacağın arasında olan saxlanc yerində qoyduğu pul kisəsinin içərisində olan 1200 manat pulu, çantada olan bir ədədi 150 manat olan ümumi 300 manat dəyərində iki ədəd “SEKAKO” markalı mikrafonlar, 100 manat dəyərində müsiqi avadanlıqların birləşdirici kabelləri, 30 manat dəyərində olan çanta ilə birlikdə oğurlanmışdır. Ona görə də DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 elan edilmiş ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış kompleksi ev 10, mənzil 22-də yaşayır. Bildirmişdir ki, təxminən bir ildir ki, Abşeron rayonu, Masazır qəsəbəsi, "Yeni Bakı Yaşayış” kompleksi, yanında yerləşən mağazada təbii vasitələrin satışı ilə məşqul olur, mağazanı özü işlədir. Mağazanı hər gün saat 10: 00-da açmış, 20:00-da isə mağazanı bağlamışdır. Mağaza olan binadada yaşayır. Mağazada işlədiyi vaxt oğıırluq olmamışdır. Lakin, 28 yanvar 2019cu il tarixdə səhər saat 7-də yaşayış kompleksində adını bilmədiyi, lakin üzdən tanıdığı şəxs onun mobil telefonuna zəng vurub ona mağazadan oğurluq olması barədə məlumat vermişdir. O, dərhal evdən çıxıb mağazaya düşmüş, həmin vaxt mağazanın qapısının açıq vəziyyətdə olduğunu və mağazanın içində olan kassada 400 manat pulun olmadığını görmüşdür. 27 yanvar 2019-cu il tarixdən 28 yanvar 2019-cu il tarixə keçən gecə naməlum şəxs (şəxslər) tərəfindən onun mağazasının qapısını açaraq mağazanın kassasından ümumilikdə 400 manat pul oğurlamışlar. Mühafizəçi ona polisə məlumat verəcəklərini bildirmişdir. Bir neçə saat sonra polisin gəlmədiyini görüb öz mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng vurub mağazasından oğurluq olması barədə məlumat vermişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 elan edilmiş ifadəsindən görünür ki, o, 2015-ci ildən etibarən Abşeron rayonu, Masazır kəndi, Yeni Bakı yaşayış kompleksində 1B saylı yaşayış binasının 1-ci mərtəbəsindəki yeri icarəyə götürərək müqavilə əsasında “Topaz” idaman-mərc oyunları klubunu işlətmişdir. Hər gün səhər saat 9-dan axşam saat 24-dək klub işləmişdir. Klublarda oyunların qeydiyyatını və müştərilərdən oyun variantlarını qəbul edən X12r. Bu gün səhər saat 09 radələrində o, işə gələndə oyun salonunun qapısının açıldığını görmüşdür. Salona daxil olub kassaya yaxınlaşmış və görmüşdür ki, stolun siyirməsində qutuda axşamdan qəbul etdikləri oyun variantlarının 256 manat pulu yoxdur. Camaldan bu barədə soruşduqda Camal ona demişdir ki, “axşam kassada 256 manat pul olmuş və həmin pulu siyirmədə saxlamışdır. Gecə salonun qapısını açarla bağlayıb evə getmişdir. Naməlum şəxs salonun plastik qapısını kənar predmetlə kilid hissəsinə salıb açmışdır”. O, oyun salonunda oğurluq olduğu üçün Abşeron rayon polis idarəsinə gələrək bu barədə ərizə ilə müraciət etmişdir. Polis əməkdaşları hadisə yerinə gedərək onunla birlikdə işləyən Camal Xəlilovun iştirakı ilə işlətdiyi “Topaz” mərc idman oyun salonuna baxış keçirmişlər. Onun işi olduğu üçün baxışda iştirak edə bildməmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 elan edilmiş ifadəsindən görünür ki, o, ünvan 7 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 8ndə ailə üzvüləri ilə birlikdə yaşayır. Heydər Əliyev mərkəzində nəzarətçi vəzifəsində işləyir. Bildirmişdir ki, yaşadığı evin həyətində göyərçin quşları saxlamaqla məşğul olmuşdur. xx.xx.2019-cu il tarixdə o, yaşadığı evdən çıxaraq doğulduğu Cəlilabad rayonuna getmişdir. xx.xx.2019-cu il tarixdə yaşadığı evə gələrkən görmüşdür ki, naməlum şəxs və ya şəxlər ona məxsus həyətdə yerləşən hindən hər birinin dəyəri 100 manat olan 4 ədəd 400 manat dəyərində, 3 ədəd hər birinin dəyəri 50 manat olan 150 manat dəyərində, 5 ədəd hər birinin dəyəri 30 manat olan 150 manat dəyərində və 5 ədəd hər birinin dəyəri 20 manat olan 100 manat dəyərində göyərçin quşlarını həyətdən oğurlamışlar. Həmin göyərçin quşlarını o, evdən gedərək nəzarət etmək üçün Maarifə tapşırmışdır. Lakin Maarif də demişdir ki, “göyərçin quşlarını kimin oğurlaması barədə heç bir söz deyə bilmərəm”. Həmin göyərçin quşları ağ rəngli, göy rəngli o cümldən qırmızı baş və qara balşar olmuşdur. O, həmin göyərçinləri uçurtduğu üçün tanıya bilməmişdir. Oğurluğu kimin törətməsi barədə onun heç bir məlumatı yoxdur. O cümlədən bildirmişdir ki, oğurluq nəticəsində ona 800 manat maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 oğlunun elan edilmiş ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, Qaçaq Nəbi küçəsi dalan 3-də yerləşən fərdi evdə yaşayır. Bildirmişdir ki, onun “Chevrolet Aveo” markalı, ** RP *** dövlət qeydiyyat nişanlı avtomobili vardır.O, hər gün axşamlar idarə etdiyi avtomobili yaşadığı evin qarşısında, küçədə saxlamışdır. 10 fevral 2019-cu il tarixdə saat 18 radələrində özünə məxsus “Chevrolet Aveo” vmarkalı, ** RP *** dövlət qeydiyyat nişanlı avtomobilini küçədə saxlamış, avtomobilin qapılarını bağladıqdan sonra evinə getmişdir, Səhəri gün yəni 11 fevral 2019-cu il tarixdə saat 09 radələrində evindən çıxıb avtomobilinmə yaxınlaşmış, qapısını açıb avtomobilə əyləşəndə avtomobilin sağ qapısının üzərində olan şüşənin sındığını və avtomobilin saxlanc yerinin açıq vəziyyətdə olduğunu görmüşdür. O, avtomobildən düşmüş və heç nəyə dəymədən Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Hadisə yerinə polis əməkdaşları gəlmişlər və hadisə yerini müayinə etmişlər. O, avtomobilinə baxdıqda, avomobilin salonunda əl əyləcinin yanında içərisində 180 manat dəyərində kosmetika olan əl çantasının, saxlanc yerindən 350 manat nağd pulun, şəxsiyyət vəsiqəmin, avtomobilin qeydiyyat şəhadətnaməsinin, sürücülük vəsiqəsinin və içərisində 200 manat olan “Unibank” kartının oğurlandığını aşkar etmişdir, hadisədən iki gün sonra DYP əməkdaşı, ona zəng edərək şəxsiyyət vəsiqəsinin, avtomobilin qeydiyyat şəhadətnaməsinin və bank kartının tapıldığını demiş və o, polis əməkdaşı ilə görüşüb sənədlərini və bank kartını almışdır. Polis əməkdaşı sənədləri Masazır kəndində yerləşən “Araz” marketin yaxınlığında ağac satışı məşğul olan şəxsin tapdığını demişdir. Avtomobilin şüşəsinin sındırılması nəticəsində ona 100 manat maddi ziyan dəymişdir. Ona məxsus “Unibank” kartını bağlatdırdığı üçün kartından pul çıxarılmamışdır. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X2 elan edilmiş ifadəsindən görünür ki, o, ailəsi ilə bir yerdə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi evdə yaşayır. Bildirmişdir ki, özünə məxsus Abşeron rayonu, Masazır qəsdəbəsində fərdi yaşayış evi tikdirmişdir. Həmin ev bir mərtəbəli evdir və evdə təmir işləri getmişdir. Sonuncu dəfə xx.xx.2019-cu il tarixdə həmin evdə olmuşdur. xx.xx.2019-cu il tarixdə saat 10 radələrində həmin evə getdikdə görmüşdür ki, evdə olan bir ədəd 30 manat dəyərində olan “BOSCH” markalı drel, bir ədəd 80 manat dəyərində olan “BOSCH” markalı prefarator, bir ədəd 80 manat dəyərində olan “Bosch” markalı laqonda, bir ədəd 10 manat dəyərində olan turba kəsmək üçün qayçı, 30 manat dəyərində olan usta alətləri olan açar dəsti, 100 manat dəyərində olan santexnika aksesuarları naməlum şəxs tərəfindən oğurlanmışdır. Bundan sonra o, bu barədə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Oğurluq nəticəsində ona 330 manat ziyan dəymişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 elan edilmiş ifadəsindən görünür ki, o, 5 il olar ki, ailəsi ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri “Quşçuluq” yaşayış massivi, Babək küçəsində yaşayır. Həmin vaxtdan həyətindəki gündəlik təlabat malları satılan mağazanı işlətmişdir. Mağazanı hər gün səhər saat 08 radələrində açmış, saat 23 radələrində bağlamışdır. 02 mart 2019-cu il tarixdə saat 23 radələrində həmişəki kimi mağazanın plastik qapısının dəmir barmaqlığının qıfıllayıb mağazanın içərisindən həyətinə açılan qapıdan çıxıb evə getmişdir. Ertəsi günü səhər saat 08 radələrində mağazanı açmağa getdiyi vaxt mağazanın içərisində piştaxtanın üstündəki cəmi 300 manat dəyərində, müxtəlif markalardan olan siqaretlərin yerində olmadığını və mağazanın qapısının dəmir barmaqlığının sındırıldığını görüb, mağazasından oğurluq olduğunu yəqin edib mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Bildirmişdir ki, mağazasından edilmiş oğurluqda şübhələndiyi şəxslər yoxdur. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X4 elan edilmiş ifadəsindən görünür ki, o, Kəlbəcər rayonu, Zəylik kəndində qeydiyyatda olmaqla faktiki olaraq Abşeron rayonu, Hökməli qəsəbəsi, At-Yalı yaşayış massivində ailə üzvüləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən 3 il olarki, yaşadığı At-Yalı yaşayış massivində yerləşən evinin həyətində “Şahin” adlı mağaza açaraq işlətməyə başlamışdır. Həmin mağazada müxtəlif ərzaqlar və gündəlik təlabat malları sataraq ailəsini dolandırır. Mağazada ondan başqa heç kim işləməmişdir. O, mağazanı hər gün saat 07 radələrində açmış, axşam saat 23 radələrində isə bağlamışdır. 20 mart 2019-cu il tarixdə saat 02 radələrində o, bayram günü olduğu üçün mağazanı bağlayaraq evinə getmişdir. Həmin günü səhər saat 07 radələrində o, mağazaya yaxınlaşıb qapını açmaq istəyərkən görmüşdür ki, naməlum şəxs və ya şəxlər mağazanın qapısını sındırmaq yolu ilə mağazaya daxil olaraq oradan 180 manat pul, 2 ədəd hər birinin dəyəri 12 manat olan 2 kiloqramlıq “supersun” yağları, 2 ədəd 1 kiloqramlıq hər birinin dəyəri 4 manat olan anabala yağı, 3 ədəd hər birinin dəyəri 5 manat olan Cempion çaylarını, 1 ədəd 5 manat dəyərində Berqa çayını, 2 ədəd hər birinin dəyəri 5 manat olan qarabetta çaylarını,2 ədəd hər birinin dəyəri 2 manat 10 qəpik olan cempion çayları,2 ədəd hər birinin dəyəri 2 manat 10 qəpik olan berqa çayları, 3 ədəd hər birinin dəyəri 2 manat 10 qəpik olan cempion çayları, 2 kiloqram hər kiloqramının qiyməti 3 manat 50 qəpik təşkil edən smiçka halvasını, hər birinin dəyəri 30 qəpik olan 70 ədəd Mark kofe, 1 manatlıq hər birinin dəyəri 20 qəpik olan məktəbli kökəsi, 2 ədəd hər birinin dəyəri 2 manat 50 qəpik olan tamatları, 5 ədəd hər birinin dəyəri 1 manat olan mayonezləri, 3 kiloqram hər kilosu 8 manat olan şokaladları, 2 ədəd 10 kiloqramlıq hər kilosu 60 qəpik olan unları, 1 kisə 25 kiloluq olan hər kilosu 80 qəpik olan kartofları, 5 kilo hər kilosu 1 manat 50 qəpik olan qəndləri, 4 ədəd hər birinin dəyəri 1 manat 50 qəpik olan Xırdalan piyvələrini, 5 ədəd 1 manat 50 qəpik olan kuller piyvələrini, 4 ədəd hər birinin dəyəri 5 manat 20 qəpik olan araqlar, 3 manatlıq 7 manatlıq araqları, 2 ədəd 4 manat 50 qəpiklik araqları, 10 ədəd hər birinin qiyməti 1 manat 70 qəpik olan 250 qramlıq araqları, 4 ədəd hər birinin dəyəri 1 manat 40 qəpik olan noxudları, 4 ədəd hər birinin dəyəri 4 manat 50 qəpik olan mal qavyadinalarını, 1 blok hər birinin dəyəri 1 manat 40 qəpik olan Prima markalı siqaretləri, 1 blok hər birinin dəyəri 1 manat 40 qəpik olan prima markalı siqaretləri, 1 blok hər birinin dəyəri 1 manat 50 qəpik olan Vest siqaretləri, 12 ədəd 1 litirlik hər birinin dəyəri 90 qəpik olan Fanta içkilərini, 06 ədəd 2 litrlik hər birinin dəyəri 1 manat 30 qəpik olan Coca Cola içkilərini, 10 kiloqram hər kilosu 1 manat olan pesokları, 15 manat dəyərində müxtəlif çeşidli smiçları, 3 ədəd hər birinin dəyəri 2 manat 10 qəpik olan ariyelləri, 6 ədəd 1 manatlıq ariyelləri, 2 kiloqramlıq hər kilosu 3 manat 50 qəpik olan kərə yağlarını, 2 kilo kalinka yağı hər kilous 5 manat 50 qəpik olan, 5 ədəd hər birinin dəyəri 1 manat olan Sana yağlarını, 4 kilolo hər kilosu 9 manat olan kolbasaları oğurlamışlar. Bundan sonra o, oğurluq olmasını görüb hadisə barədə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Oğurluq nəticəsində ona 679 manat maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs16 elan edilmiş ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə Abşeron rauonu Xırdalan şəhəri Quşculuq massivi Xəqani küçəsi ev 41-də yaşayır. Bildirmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, S.Bəhlulzadə küçəsində ona məxsus “Azersell” telefon mağazası vardır. O, xx.xx.2019-cu il tarixdə həmin mağazaya gələrək hesabat apardıqdan sonra orada olan 2027 manat pulu komputer masasının siyirməsinə qoymuş, saat 23 radələrində mağazanın plastik qapısını bağlayaraq evinə getmişdir. Səhəri gün yəni xx.xx.2019-cu il tarixdə saat 10 radələrində o, mağazaya gəlmiş, qapını açmaq istətidkə plastik qapının açıq olduğunu görmüş və dərhal içəri daxil olaraq həmin pullar olan siyirməyə baxdıqda orada olan 2027 manat pulun orada olmadığını görmüşdür. Sonra isə DİN–nin 102 xidmətinə zəng vurarq bu barədə məlumat vermişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 elan edilmiş ifadəsindən görünür ki, o, ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Ziya Bünyadov küçəsində yerləşən fərdi evdə yaşayır. Bildirmişdir ki, 11 iyul 2019-cu il tarixdə saat 11 radələrində o, icarə müqaviləsi əsasında işlətdiyi Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 26 ünvanında yerləşən mağazaya gəldikdə mağazanın qapısının açıq olduğunu görmüşdür. O. Başa düşmüşdür ki, naməlum şəxs mağazaya qapısını açmaqla qanunsuz daxil olub oradan oğurluq etmişdir. O, dərhal mağazaya daxil olmuş və görmüşdür ki, mağazadan 200 manat pul və vitrində olan 5 ədəd hər biri 20 manat dəyərində kişi qol saatı oğurlanmışdır. Mağazadan başqa hər hansı bir əşya oğurlanmamışdır. Baş vermiş hadisə nəticəsində ona 300 manat maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 elan edilmiş ifadəsindən görünür ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə ev 5, mənzil 32-də yaşayır. Bildirmişdir ki, 26 yanvar 2019-cu il tarixdən ünvan 9 ünvanda yerləşən "Al market” MMC-də mağaza müdiri vəzifəsində işləyir. Mağazada hər gün saat 08:00 da başlayır, saat 22:00-da qurtarır. O, bazar günlərindən başqa hər gün mağazada olur, mağaza bazar günləri də işləyir. Mağazanı hər gün o, açıram və iş vaxtı qurtardıqda da mağazanı o, bağlayır. 16 iyul 2019-cu il tarixdə saat 22:00-da mağazanı o, həmişəki qaydada giriş qapısını qıfılla bağlayıb evinə, getmişdir. Mağazada gözətçi yoxdur, mağazanın işində müşahidə kamerası işləyir, ancaq mağazadan çöldə isə müşahidə kamerası yoxdur. 17 iyul 2019-cu il tarixdə, saat 07:30-də mağazada müavini işləyən X13 onun ***-***-**-** mobil nömrəsinə zəng edib, mağazanın giriş qapısı sındırılaraq açıq olduğunu xəbər vermişdir. O, tez mağazaya getmiş, saat 08: 05 dəqiqədə mağazada olmuş, işçilər müavin Ruslan, Elvin adlı işçi orada olmuşlar. O görmüşdür ki, həqiqətən mağazanın giriş qapısı sındırılaraq açılmışdır. Bilmişdir, ki, mağazadan oğurluq olmuşdur. Mağazadakı əmlakları yoxladıqda görmüşdür ki, satılmaq üçün qoyulan aşağıdakı siqaretlər yerində yoxdur, oğurlanmışdır. 8 manat dəyərində 5 ədəd “X27” adlı siqaretləri, 12 manat dəyərində, 4 ədəd “Kent 1 nazik” adlı siqaretləri, 19 manat 80 qəpik dəyərlində 8 ədəd “LD kompakt boz” adlı siqaretləri, 13 manat 30 qəpik dəyərində, 7 ədəd “Palmal Boz” adlı siqaretləri, 19 manat 80 qəpik dəyərində, 8 ədəd “LD nazik” adlı siqaretləri, 16 manat 80 qəpik dəyərində 6 ədəd “Vinston konpaS boz” adlı siqaretləri, 30 manat dəyərində 10 ədəd “Kent 4 nazik” adlı siqaretləri, 52 manat 80 qəpik dəyərində ədəd “Sobraniya göy nazik” adlı siqaretləri, 29 manat 70 qəpik dəyərində 9 ədəd “Sobraniya ağ nazik” adlı siqaretləri, 12 manat 80 qəpik dəyərində 8 ədəd “İmperial klassik boz” adlı siqaretləri, 1 manat 60 qəpik dəyərində 1 ədəd “Klassik konpakt” adlı siqaretləri, 2 manat 80 qəpik dəyərində 2 ədəd “More göy” adlı siqaretləri, 11 manat 20 qəik dəyərində 8 ədəd Prima sarı” adlı siqaretləri, 5 manat 70 qəpik, dəyərində 3 ədəd “Vinçestr kompakt büt” adlı siqaretləri, 11 manat 40 qəpik dəyərində 6 ədəd “Vinçestr göy” nazik adlı siqaretləri, 20 manat 90 qəpik dəyərində 8 ədəd “Vinçestr boz nazik” adlı siqaretləri, 13 manat 50 qəpik dəyərində 9 ədəd “NZ” adlı siqaretləri, 30 manat dəyərində 10 ədəd “Kent 4 qalın” adlı siqaretləri, 9 manat dəyərində 3 ədəd “Kent 8” adlı siqaretləri, 9 manat dəyərində 3 ədəd “Davudov” adlı siqaretləri oğurlanması ilə mağazaya cəmi 329 manat 50 qəpik dəyərində maddi ziyan vurmuşdur. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs24 elan edilmiş ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu,Masazır qəsəbəsi, Mirzə İbrahimov küçəsində yerləşən fərdi evdə yaşayır. Bildirmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Mirzə İbrahimov küçəsində yerləşən mağaza işlədir. xx.xx.2019-cu il tarixdə səhər saat 08 radələrində mağazanı açmaq istəyərkən mağazanın jaluz qapısının sındırıldığını görmüşdür. Mağazaya daxil olarkən görmüşdür mağazada kassadan 22 manat pul, rəflərdə olan 54 ədəd 97 manat dəyərində “Kompakt” siqaret, 9 ədəd 25 manat dəyərində kent 4 siqaret, 13 ədəd NZ markalı 18 manat dəyərində siqaret, 13 ədəd 18 manat dəyərində Vant siqaret, 21 ədəd 21 manat dəyərində Rotman siqaret, 23 ədəd 32 manat dəyərində Prima markalı siqaret, 35 ədəd 45 manat dəyərində Maqna markalı siqaret, 9 ədəd 17 manat dəyərində Vest markalı siqaret, 9 ədəd 17 manat dəyərində Vest markalı siqaret, 46 ədəd 64 manat dəyərində Klassik markalı siqaret, 15 ədəd 27 manat dəyərində palma siqaret, 10 ədəd 27 manat dəyərində Vinston markalı siqaret, 13 ədəd 30 manat dəyərində LD markalı siqaret, 11 ədəd 19 manat dəyərində Rotmans markalı siqaret oğurlanmışdır. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 elan edilmiş ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, “Yeni Bakı” Yaşayış Kompleksi, bina 4, mənzil 41-də yaşayır. Bildirmişdir ki, o, 2017-ci ilin may ayında Bakı şəhəri, “Sədərək” Ticarət Mərkəzindən 800 manata “Next Star” markalı velosiped almışdır. O, həmin velosipedi özü arabir sürmüş, çox vaxtı velosipedi yaşadığı evin qarşısında, yəni 7-ci mərtəbəsə blokda saxlamışdır. həmin velosipedi dəmir trosla dəmirə bağlı vəziyyətdə saxlamışdır. O, 2019-cu ilin oktyabr ayının 19 da saat 00:15 də evdən bloka çıxmış, velosipedi qeyd olunan yerdə olmuşdur. bundan sonra evinə girmiş və yatmışdır. 19 oktyabr 2019-cu il tarixdə saat 09:30 radələrində bloka çıxan zaman ona məxsus olan velosipedin yerində olmadığını, trosun isə sındırılaraq, velosipedin oğurlandığının şahidi olmuşdur. O, dərhal bu barədə Azərbaycan Respublikası DİN-in 102 zəng məlumat xidmətinə məlumat vermişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs18 elan edilmiş ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsi bina 1, ev 6-da yaşayı. Bildirmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Qalibiyyə küçəsində dayanacaqda yerləşən köşkü icarəyə götürərək işlədir.Həmin köşkdə müxtəlif çeşidli siqaretlər, enerji içkiləri, o cümlədən müxtəlif sular, şirələr sarmaqla ailəsini dolandırır. Köşkdə ondan başqa heç kim işləmir. İcarə əsasında işlətdiyi köşkü hər gün səhər saat 08 radələrində açır, axşam saat 01 radələrində isə bağlayır. 20 noyabr 2019-cu il tarixdə saat təxminən 08 radələrində köşkü açmış və həmin günü işləyib 21 noyabr 2019-cu il tarixə keçən gecə saat 01 radələrində bağlamışdır. Həmin tarixdə səhər saat 09 radələrində o, köşkə gəlib açmaq istədikdə görmüşdür ki, naməm şəxs tərəfindən köşkün qabaq pəncərəsi açılaraq köşkün vitrininə qoyulmuş 900 manat dəyərində vitrinə yığılmış müxtəlif çeşidli siqaretlər oğurlanmışdır. Bundan sonra baş vermiş oğurluq hadisəsi ilə bağlı Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Bildirmişdir ki, işlətdiyi köşkdən hər blokunun dəyəri 30 manat olan ümumi 120 manat dəyərində 4 blok «Kent» siqareti, hər blokunun dəyəri 33 manat olan ümumi 165 manat dəyərində 5 blok «Sobranie» siqareti, hər blokunun dəyəri 24 manat olan ümumi 48 manat dəyərində 2 blok «LD» siqareti, 22 manat dəyərində bir blok «LD» qalın siqareti, hər blokunun dəyəri 15 manat olan ümumi 150 manat dəyərində 10 blok «Vant» markalı siqareti, hər bloku 15 manat olan ümumi 75 manat dəyərində 5 blok «Maqna» markalı siqareti, hər blokunun dəyəri 17 manat olan ümumi 34 manat dəyərində 2 blok «Vest» markalı siqareti, hər blokunun dəyəri 12,5 manat olan ümumi 25 manat dəyərində 2 blok «Keno» markalı siqareti, hər blokunun dəyəri 30 manat oları ümumi 60 manat dəyərində 2 blok «Davidof» markalı siqareti, hər blokunun dəyəri 16 manat olan ümumi 32 manat dəyərində 2 blok «Senat» markalı siqareti, 20 manat dəyərində bir blok «Senator» markalı siqareti, 12 manat dəyərində bır blok «Vinston» markalı siqareti oğurlanmışdır. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 763 manat dəyərində maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X8 oğlunun elan edilmiş ifadəsindən görünür ki, o, Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda ailə üzvüləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Lakin Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən “Rəhim market” adlı mağazasını işlədir. O, mağazanı hər gün saat saat 08 radələrində açmış, axşam saat 23 radələrində isə bağlamışdır. O, xx.xx.2019-cu il tarixdə saat təxminən 23 radələrində mağzanı bağlayıb evinə getmişdir. Həmin günün səhəri yəni xx.xx.2019-cu il tarixdə səhər saat 07 radələrində mağazanı açmaq istəyərkən görmüşdür ki, naməlum şəxs və ya şəxlər mağazanın qapını sıxıb açaraq mağazanın kassa apartından 230 manat pulu oğurlamışlar. Bundan sonra o, hadisə barədə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Sonra polis əməkdaşları və müstəntiq hadisə yerinə gələrək hadisə yerinə baxış keçirmişlər. Mağazadan oğurluqla bağlı heç kimdən şübhələnməmişdir. O cümldən onun heç kimlə düşmənçiliyi və ədavəti olmamışdır. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs17 elan edilmiş ifadəsindən görünür ki, o, Abşeron rayonu, Saray qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi evdə ailə üzvüləri ilə birlikdə yaşayır. Abşeron rayonu, Masazır qəsəbəsi “Yeni Bakı” yaşayış massivi, 3 saylı evdə yerləşən “İnci Parfum” adlı parfümeriya mağazasını işlətmişdir. Hər gün səhər saat 09 radələrində mağazanı açmış axşam saat 21 radələrində bağlamışdır. Həmin “İnci Parfum” adlı mağazada ətirlər və müxtəlif cür kosmetika məmulatları satmışdır. Bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 21 radələrində işlətdiyi “İnci Parfum” adlı parfümeriya mağazasını bağlayıb evimə getmişdir. xx.xx.2020-ci il tarixdə saat 11 radələrində işlətdiyi “İnci Parfum” adlı parfümeriya mağazasına gəldikdə görmüş ki, mağazanın plastik qapısı sındırılmışdır. Mağazaya girib ətrafkı baxdıqda mağazadan hər birinin dəyəri 5 manat olan 30 ədəd saç boyasının, 1 ədəd 210 manat dəyərində “Suikin” markalı qol saatının və 10 manat olan qəpik pulların oğurlanmasını aşkar etmiş və DİN-nin “102” xidmətinə zəng edərək işlətdiyi Abşeron rayonu, Masazır qəsəbəsi “Yeni Bakı” yaşayış massivi, 3 saylı evdə yerləşən “İnci Parfum” adlı parfümeriya mağazasından oğurluq olması barədə məlumat vermişdir. Bildirmişdir ki, işlətdiyi parfümeriya mağazasından ifadəsində qeyd etdiyi əşyalardan başqa heç bir əşya və pul oğurlanmamış, oğurluq nəticəsində ona ümumilikdə 370 manat məbləğində maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi ev 52, mənzil 1-də qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda ailə üzvüləri ilə birlikdə yaşayır. Abşeron rayonu, Masazır qəsəbəsində siqaret köşkü işlədir. Təqsirləndirilən şəxs Qabil oğlunu üzdən tanıyır, Sərdarla əvvəllər heç bir münasibəti olmamışdır. Sərdarın dməsinə görə o, Sərdarı siqaret firmalarından birində kuryer işlədiyini bilmişdir. Bildirmişdir ki, 04 yanvar 2019-cu il tarixdə səhər saat 15 radələrində işlədiyi köşkdə olduğu zaman Sərdar onun yanına gələrək bildirmişdir ki, “iş yerindən iş yerində sattıqları siqaretin əvəzinə faiz olaraq müxtəlif adlarda siqaret vemişlər və o, pul lazım olduğundan həmin siqaretləri ucuz qiymətə satmaq istəyir”. O, Sərdarın təqdim etdiyi siqaretlərə baxıb görmüşdür ki, müxtəlif adlarda 6-7 blok siqaret vardır. O, siqaretləri Sərdarla ümumi 250 manata razılaşıb almışdır. Sonra isə Sərdar çıxıb getmişdir. Bildirmişdir ki, Sərdar adlı şəxs müxtəlif tarixlərdə və müxtəlif vaxtlarda onun yanına müxtılif adlarda siqaretlər gətirib satmışdır. Lakin tarix və Sərdara verdiyi məbləğ yadında qalmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsinə dair məhkəmədə göstərdiyi xüsusatlar işin halları ilə təkzib olunduğundan onun özünümüdafiə xarakter daşıyan qeyri-səmimi ifadəsi kimi qiymətləndirilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına nəzərə almalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Suraxanı RPİ-də, Nərimanov RPİ-də, Sabunçu RPİ-də, Binəqədi RPİ-də, Xətai RPİ-də, Abşeron RPİ-də cinayət işləri başlanılmışdır. İş materiallarına əlavə olunmuş: Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli blinərək 02 (iki) il müddətinə azadıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli blinərək 04 (dörd) il müddətinə azadıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin CK-nın xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən Azərbaycan Respublikası Baş Prokurorunun müavini H.Məmmədov tərəfindən verilmiş apelyasiya protesti təmin edilmiş, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli blinərək təyin edilmiş 02 (iki) il müddətinə azadıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 04 (dörd) il müddətinə azadıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il müddətinə azadıqdan məhrumetmə cəzası təyin edilmişdir. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli blinərək, həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən 05 (beş) il müddətinə azadıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli blinərək, həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən 05 (beş) il 03 (üç) ay müddətinə azadıqdan məhrumetmə cəzasına məhkum edilmiş və onun cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin CK-nın xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən Azərbaycan Respublikası Baş Prokurorunun müavini H.Məmmədov tərəfindən verilmiş apelyasiya protesti təmin edilmiş, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli blinərək təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətinə azadıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 66.2 və 66.5-ci maddəsinə əsasən hazırki iş üzrə Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 05 (beş) il müddətinə azadıqdan məhrumetmə cəza ilə (az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə) əhatə edilməklə üzərində qəti olaraq 05 (beş) il müddətinə azadıqdan məhrumetmə cəzası saxlanılmışdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 177-ci maddəsinin “Qeyd”inin 1-ci və 2-ci bəndlərinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası CM-in 75.1, 75.1.1 və 75.1.2-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il, az ağır cinayət törədildiyinə görə yeddi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. CM-nin 91-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar cinayət məsuliyyətindən və ya cəza çəkməkdən azad edilərkən, bu Məcəllənin 75 və 80-ci maddələrində müəyyən edilmiş müddətlər yarıbayarı azaldılır. Azərbaycan Respublikası CPM-in 39.1 və 39.1.3-cü maddələrinə əsasən, cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 15 mart 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Həmçinin ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 185.2.2-ci maddəsi ilə, təkrarən avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) maddəsi ilə ittiham elan edilsə də, elan edilmiş ittihamdan aydın olur ki, Təqsirləndirilən şəxs eyni xarakterli əməli yalnız bir dəfə törətmişdir. Azərbaycan Respublikası CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinə əsasən, bu Məcəllənin 177—183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177—183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Göründüyü kimi CM-nin 185-ci maddəsi CM-nin 177-ci maddəsinin “Qeyd” hissəsində göstərilən əməlin təkrar törədilməsi üçün əsas ola biləcək maddələr sırasına aid deyildir. Odur ki, Təqsirləndirilən şəxs əməlində avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) cinayətinin təkrar törədilməsi olmadığından qeyd olunanları nəzərə alıb, ona CM-in 185.2.2-ci maddəsi ilə verilmiş ittihamın (cinayətin təkrar törədilməsi) CM-in 185.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 185.1 və 326.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməllərini yetkinlik yaşına çatmayan dövrdə törətməsini nəzərə alaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1 və 326.2-ci maddələri üzrə epizodlar da daxil olmaqla, ümumilikdə 25 epizod üzrə törətdiyi cinayət əməllərinin 18-i üzrə, yəni xx.xx.2019-cu il tarixdə törətdiyi cinayət əməli də daxil olmaqla həmin tarixədək olan əməllər üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3-cü maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə təyin olunacaq cəzaya Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə dəyişdirilərək Təqsirləndirilən şəxs üzərində saxlanılmış 05 (beş) il müddətinə azadıqdan məhrumetmə cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət onun cəza müddətinə daxil edilməli və cəzaçəkməsinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hazırda Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə dəyişdirilərək üzərində saxlanılmış 05 (beş) il müddətinə azadıqdan məhrumetmə cəzasının çəkməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə zərərçəkmiş şəxslərə dəymiş və ödənilməmiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X17 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat məbləğində pul və məhkəmə zamanı 80 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 480 (dörd yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.2.2 maddəsi ilə irəli sürülən ittiham Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsinə tövsif edilsin, Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyindən CM-nin 185.1, 326.2-ci maddələri üzrə əməlləri də daxil olmaqla 25 epizod üzrə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinin 18-i üzrə, yəni xx.xx.2019-cu il tarixdə törətdiyi cinayət əməli də daxil olmaqla həmin tarixədək olan əməllər üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib ona 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Hal-hazırki hökmlə təyin olunmuş cəza Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022ci il tarixli qərarı ilə dəyişdirilərək Təqsirləndirilən şəxs üzərində saxlanılmış 05 (beş) il müddətinə azadıqdan məhrumetmə cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs üzərində 05 (beş) il müddətinə azadıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs hazırda Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə dəyişdirilərək üzərində saxlanılmış 05 (beş) il müddətinə azadıqdan məhrumetmə cəzasının çəkməsi nəzərə alınsın. İş üzrə zərərçəkmiş şəxslərə dəymiş və ödənilməmiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə maddi sübut qismində tanınmış X6 aşkar olunaraq götürülmüş bir ədəd stol və 8 ədəd stul saxlanılmasından ötrü sahibi X7 təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X17 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat məbləğində pul və məhkəmə zamanı 80 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 480 (dörd yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-10/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-10/2023
22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver