Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-10/2024 01.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Kamranlı Günel Ramiz qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs3 ehtibarnamə üzrə nümayəndəsi X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil X6 iştirakı ilə, xx.xx.1991-ci ildə Mingəçevr şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, Mingəçevr şəhəri, Əliağa Vahid küçəsi ev 4 mənzil 26 ünvanında qeydiyyatda olmaqla yaşamış, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.1, 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək CM-in 66.3, 67.1 və 69.3-cü maddəsinə əsasən 11 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 06 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə“İpone X” markalı mobil telefonunu satmaq üçün “Tap.az ” sosial şəbəkəsinə elan yerləşdirmiş Zərərçəkmiş şəxs2 etibarından suiistifadə edərək, xx.xx.2021-ci il tarixdə saat 18 radələrində Abşeron rayonu Xırdalan şəhəri “Kristal-Abşeron-1” yaşayış kompleksi 20 saylı binada yaşayan ailə üzvlərinə göstərmək adı ilə aldadıb, sonuncuya məxsus 1000 manat dəyərində bir ədəd “İpone X” markalı mobil telefonu ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs2 1000 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs öz əməllərini təkrar davam etdirərək tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirtmək məqsədi ilə İpone X” markalı mobil telefonu satmaq üçün “Lalafo” sosial şəbəkəsinə elan yerləşdirmiş Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək, xx.xx.2021-ci il tarixdə saat 17 radələrində Abşeron rayonu Xırdalan şəhəri “Kristal-Abşeron-1” yaşayış kompleksi 20 saylı binada yaşayan ailə üzvlərinə göstərmək adı ilə aldadıb, sonuncuya məxsus mobil telefonu ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs1 630 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, öz əməllərini təkrar davam etdirərək tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirtmək məqsədi ilə “İpone X” markalı mobil telefonu satmaq üçün “Lalafo” sosial şəbəkəsinə elan yerləşdirmiş Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək, xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Abşeron rayonu Xırdalan şəhəri Mərkəzi Poçtun yaxınlığında M.Ə.Rəsulzadə küçəsində yerləşən binada yaşayan ünvanında qardaşına göstərmək adı ilə aldadıb, sonuncuya məxsus 500 manat dəyərində mobil telefonu və kaburasında olan 300 manat pul vəsaitini ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs3 850 manat ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında yaşayır. Xırdalan şəhərində “Kristal-Abşeron 1” yaşayış kompleksində kirayə yaşadığı üçün həmin binanın giriş-çıxışını və ərazisini yaxşı tanıyır. Binaya daxil olandan sonra, liftlə birinci mərtəbədə olan avto dayanacağa düşüb, oradanda çıxıb başqa istiqamətə getmək olur. Bu səbəbdən xx.xx.2021-ci il tarixdə sosial şəbəkədə yəni “Tap az” saytında bir ədəd “İpone X” markalı mobil telefonun 750 (yeddi yüz əlli) manata satışa qoyulduğunu görüb, istifadə etdiyi ***-***-**-** saylı mobil nömrə ilə zəng edərək, həmin telefonu almaq istədiyini bildirmişdir. Telefonu satan şəxsi “Kristal-Abşeron 1” yaşayış kompleksinə dəvət etmişdir. Həmin gün yəni xx.xx.2021-ci il tarixdə saat 18 radələrində 2 nəfər avtomobil ilə Kristal-Abşeron 1 ünvanına gəlmişdir. “İpone X” markalı mobil telefonu həmin şəxsdən qutusu ilə qarışıq alıb, binaya girdikdən sonra liftdən çıxmış və bayırda gözləyən taksiyə əyləşib çıxıb getmişdir. Həmin taksi ilə bir başa Xırdalan şəhərində bazarın yanına gəlib və oradan taksidən düşüb həmin telefonu bazarın qarşısında tanımadığı bir nəfər şəxsə 570 manata satmışdır. Əldə etdiyi qazancdan öz şəxsi tələbatını ödəmək üçün istifadə etmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs1 “Lalafo” sosial şəbəkəsində “İpone X” markalı mobil telefonun satılması ilə bağlı elan paylaşmış, o da həmin elan əsasında ona məxsus ***-***-**-** nömrəsinə ***-***-**-** nömrəsindən zəng vurub, mobil telefonu almaq istədiyimi bildirmişdir. Zərərçəkmiş şəxs1 ilə 10 may 2021-ci il tarixdə Bakı şəhəri Mir Cəlal küçəsində görüşmüşdür. Onunla görüşə taksi fəaliyyəti ilə məşğul olan Əli adlı şəxsin “Xəzər” markalı ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobili ilə getmişdir. Zərərçəkmiş şəxs1 məxsus mobil telefona baxandan sonra qiymətini 640 manata razılaşmıdır. Ona yalandan bildirmişdir ki, guya telefonu əmisi oğluna alır, onun telefondan yaxşı başı çıxmadığına görə, Xırdalan şəhərində yaşayan bacısına göstərəcək. Getdiyi maşın ilə qarşıda ailə götürəcəyini deyib Zərərçəkmiş şəxs1 xahiş eləmişdir ki, özü taksi ilə arxaları ilə gəlsin. Zərərçəkmiş şəxs1 taksi ilə onların arxası ilə Xırdalan şəhərinə gəlmişdir. 10 may 2021-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs1 etibarından suiistifadə edərək, ona məxsus “İpone X” markalı mobil telefonu bacısının telefondan yaxşı başı çıxdığı üçün ona göstərəcəyi adı ilə aldadıb, telefonu Abşeron rayonu Xırdalan şəhəri “Kristal-Abşeron 1” yaşayış kompleksi 20 saylı binanın qarşısında götürüb həmin yerdən uzaqlaşaraq ona qarşı dələduzluq hərəkətləri etmişdir. Belə ki, Xırdalan şəhərinə çatanda telefonu Zərərçəkmiş şəxs1 götürüb binaya daxil olmuşdur. Sonra lift ilə zirzəmidə yerləşən avtodayanacağa düşüb, əks istiqamətdən çıxaraq Əliyə məxsus avtomobilə əyləşib həmin yerdən uzaqlaşmıdır. Yolda olan zaman mobil telefonun içərisindəki nömrəni çıxardıb sındıraraq küçəyə atmışdır. Mobil telefonu Bakı şəhəri Xətai rayonu Ukrayna dairəsində “Ziko” ləqəbi ilə tanıdığı şəxsə 450 manata satmışdır. Əli və Ziko ləqəbli şəxslər telefonu dələduzluq yolu ilə ələ keçirməyini bilməmişlər. Lakin Ziko ləqəbli şəxs ondan heç bir özünə və telefona aid sənədlər istəmədən almışdır. Əvvəllər Xətai metrostansiyasının yaxınlığında kafe işlədir. Əli həmin ərazidə taksi fəaliyyəti ilə məşğul olur. Ziko isə icarə əsasında işlətdiyi kafeyə müştəri qismində gəlmişdir. Onların heç birinin anket məlumatlarını bilmir, mobil nömrələri isə onda yoxdur. Bundan əlavə Zərərçəkmiş şəxs3 “Lalafo” sosial şəbəkəsində “İpone X” markalı mobil telefonun satılması ilə bağlı elan paylaşmış, o da həmin elan əsasında ona məxsus ***-***-**-** mobil nömrəsinə vatsap sosial şəbəkəsi vasitəsilə yazıb, mobil telefonu almaq istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs3 ilə xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Xırdalan şəhərində olan “At” heykəlinin yaxınlığında görüşmüşdür. Birlikdə Xırdalan şəhəri Mərkəzi poçtun yanına getmişdir. Toğrulu aldatmışdır ki, guya qardaşı ikinci Qarabağ müharibəsi əlildir, yeriməyində narahatçılıq var. O, da bu səbəbdən telefonu ona vermişdir. O, da binanın bir girişindən daxil olub, digər girişindən çıxıb getmişdir. Yolda tanımadığı taksiyə əyləşib, həmin yerdən uzaqlaşmıdır. Yolda olanda mobil telefonun nömrəsini çıxartmaq üçün kaburasını çıxardanada arxasında 300 manat pul olduğunu görmüşdür. Mobil telefonu həmin gün tanımadığı şəxsə 200 manata satmışdır. Ümumilikdə əldə etdiyi 500 manat pulu öz maddi ehtiyaclarım üçün xərcləmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə özünə məxsus olan “İpone X” markalı mobil telefonu 1000(bir min) manata satmaq üçün “Tap.az” saytına yerləşdirmişdir. xx.xx.2021-ci il tarixdə saat 18 radələrində özünü Səid kimi təqdim edən şəxs ona zəng vurub, telefonu almaq istədiyini bildirob onu telefona baxmaq üçün onu Xırdalan şəhəri, “Kristal-Abşeron 1” yaşayış kompleksinə dəvət etmişdir. Səid adlı özünü təqdim edən təxminən 23-25 yaşlı şəxslə görüşüb, “İpone X” markalı mobil telefonu qutusu ilə birlikdə həmin şəxsə vermişdir. Həmin şəxs 15 dəqiqə ərzində pulunun çatacağını ona söz vermişdir. Bundan sonra dəfələrlə Səid adlı şəxslə əlaqə saxlasada telefona cavab verməmişdir. Sonradan başa düşmüşdür ki, Səid yeraltı parkingdən telefonu götürüb naməlum istiqamətə getmişdir. Səid adlı şəxs hündür boylu, dolu bədən quruluşlu, üzündə saqqal var, görən kimi tanıyar. Həmin şəxsi əvvəllər tanımamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2021-ci ilin mart ayında Lalafo saytında özünə telefon axtarmışdır. Xoşuna gələn 800 manat dəyərində “İpone X” markalı telefonu görmüş, görüşüb telefona baxandan sonra almışdır. Bir müddət telefondan istifadə etdikdən sonra ehtiyacı olduğu üçün satmaq qərarına gəlmiş və 2021-ci ilin may ayının əvvələrində həmin telefonu satmaq üçün şəklini çəkib, Lalafo saytına elan yerləşdirmişdir. 10 may 2021-ci il tarixdə saat 14 radələrində onun istifadə etdiyi ***-***-**- **saylı nömrəsinə ***-***-**-** saylı nömrədən zəng gəlmişdir. Ona zəng edən şəxs nömrəsini saytdan götürdüyünü bildirib, telefonu almaq istədiyini bildirmişdir. Həmin şəxslə Bakı şəhəri, Mir Cəlal küçəsində görüşmüşdür. Həmin şəxs telefonu qazı olan əmisi oğlu üçün aldığını bildirib, onun telefondan yaxşı başı çıxmadığını, bacısının telefona baxacağını demişdir. O, Xəzər markalı ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə gəlmişdir. Telefonu göstərmək üçün Xırdalan şəhərinə getməyi təklif eləmişdir. Həmin şəxs maşına qarşıda ailə minəcəyi üçün ayrı maşınla gəlməsini xahiş etmiş o da etiraz etməmişdir. Xırdalan şəhəri Kristal-Abşeron 1 yaşayış kompleksi 20 saylı binanın yanında taksidən düşüb görmüşdür ki, həmin maşın binanın yeraltı qarajının çıxış hissəsində dayanır. Həmin şəxs binanın yaxınlığında ona yaxınlaşıb telefonu göstərdiyi bacısının burada yaşadığını demişdir. Xırdalan şəhəri, Kristal-Abşeron 1 yaşayış kompleksinin yaxınlığında telefonu göstərmək üçün həmin şəxsə vermişdir. O, isə telefonu götürüb getmişdir. Təxminən bir neçə dəqiqə sonra binanın digər hissəsində avtomobil mühərrikinin işə salındığını görüb, nəisə düzgün olmadığını başa düşmüşdür. Bir az qarşıya gedəndən sonra avtomobilin getdiyini görmüşdür. Həmin şəxsi görsə tanıyar, təxminən 25 yaşında, barmağında döyməsi olan, tünd qəhvəyi saçlı,boyu 179 santimetdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, maddi sıxıntıları olduğu üçün özünə məxsus “İpone XS” markalı mobil telefonu Lalafo.az saytında 550 manata satışa qoymuşdur. Elanı yerləşdirdikdən təxminən 5-6 gün sonra bir nəfər şəxs onun ***- ***-**-** nömrəsinə Watsap sosial şəbəkəsi vasitəsilə əvvəlcə yazmış, sonra isə zəng vurub telefonu almaq istədiyini bildirmişdir. Həmin şəxs yazan zaman əvvəlcə özünü qadın kimi təqdim eləmişdir. Amma zəng vuran şəxs oğlan olmuş və ilk danışan qadının qardaşı olduğunu demişdir. Həmin şəxs bildirmişdir ki, özü Bakı şəhəri 28 may metrostansiyasının yaxınlığında yaşayır, qardaşı İİ Qarabağ müharibəsi əlilidir, telefonu ona görə alır. Qardaşı Xırdalan şəhərində yaşadığı üçün onunla orada görüşməyi təklif eləmiş və o da razılaşmışdır. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə saat 01 radələrində həmin şəxslə Xırdalan şəhəri At heykəlinin yaxınlığında görüşmüşdür. Onunla piyada Xırdalan şəhəri mərkəzi poçtun yanına getmişdir. Ondan telefonu qardaşına göstərmək adı ilə alıb, binaya daxil olmuşdur. Təxminən yarım saat gəlmədiyini görüb, tanımadığı bir nəfər şəxsdən telefonu alıb özünə məxsus ***-***-**-** nömrəsinə zəng vurmuşdur. Telefonuna zəng çatmadığı üçün binaya daxil olmuşdur. Binanın başqa yerdən də çıxışının olduğunu görüb həmin şəxsin onu aldatdığını başa düşmüşdür. Həmin ətrafı axtarandan sonra naməlum şəxsi tapa bilməyib Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzi sisteminə məlumat vermişdir. Ona məxsus mobil telefonun kabura hissəsində 300 maat pul qoymuşdur. Həmin şəxsə telefonu verən zaman həmin 300 manat pul yadından çıxıb kaburanın içərisində qalmışdır. Naməlum şəxsin ona məxsus mobil telefonu ələ keçirməsi nəticəsində 850 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Bakı şəhəri Həzi Aslanov metrosunun yaxınlığında ijarə əsasında obyekt götürüb, telefon mağazası kimi işlədir. 2021-ci ilin may ayında Təqsirləndirilən şəxs 450 manat dəyərində İphone X markalı mobil telefon satmış, oda həmin telefonu almış və Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surətini jurnala qeyd etmişdir. Həmin telefon xoşuna gəldiyi üçün təxminən 2 ay özü işlətmişdir. Lakin əlindən bir neçə dəfə yerə düşəndən sonra telefon yararsız hala düşmüş, o da həmin telefonu düzəltdirə bilmədiyinə görə ehtiyat hissələri kimi satmışdır. Daha sonra Abşeron RPİ-dən ona zəng gəlmiş və özünü təqdim edən polis əməkdaşı onu polis idarəsinə dəvət edərək həmin telefon cinayət yolu ilə əldə olunmuşdur. Telefonu alarkən telefonun qutusu əhəmiyyət kəsb eləmədiyinə görə tələb etmir, lakin telefonu satan şəxsin şəxsiyyət vəsiqəsi tələb olunur, surəti çıxarılır və işdə olan jurnala qeyd olunur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi üzrə icraatın dayandırılması haqqında 12 iyun 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə cinayət əməlini törətmiş şəxsi müəyyən etmək mümkün olmadığından cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinin tələbləri qaydasında dayandırılmışdır. Cinayət işi üzrə icraatın təzələnməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraat təzələnmişdir. Şübhəli şəxsi tutma haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ibtidai istintaqdan yayındığına görə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq, MSY-ə təhvil verilmişdir. Cinayət işi üzrə icraatın təzələnməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraat təzələnmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022ci il tarixli Abşeron rayon prokurorluğun qərarından görünür ki, Təqsirləndirilən şəxs MSYdən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xətai RPİ-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə ********* saylı cinayət işinin istintaqı aparılmış, xx.xx.2021-ci il tarixdə cinayət işi Xətai rayon məhkəməsinə göndərilmiş, hal-hazırda məhkəmə istintaqı aparılmaqdadır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin tələblərini pozduğuna görə barəsində axtarış elan edilmiş, barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri seçilmiş və cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Abşeron RPİ-in xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1, 234.4.1, 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək CM-in 66.3, 67.1 və 69.3-cü maddəsinə əsasən 11 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraat təzələnmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.1, 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək CM-in 66.3, 67.1 və 69.3-cü maddəsinə əsasən 11 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan ödənilmədiyinə görə Təqsirləndirilən şəxs şikayətçidir. Zərərçəkmiş şəxs3 ehtibarnamə üzrə nümayəndəsi X5 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan ödənilmədiyinə görə Təqsirləndirilən şəxs şikayətçidir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin məhkəmə tədqiqi zamanı işin müəyyən olunmuş faktiki halları ilə tam təsdiq edilmişdir ki, o, dələduzluq cinayətini məhz aldatma və etibardan sui-istifadə etmə yolu ilə törətmişdir, əmlak (pul və ya digər əşya) sahibi olan zərərçəkmiş şəxslər də öz əmlaklarını (pullarını və ya digər əşyalarını) onun yalan vədlərinin təsiri altında könüllü surətdə vermişlər, təqsirləndirilən şəxsin niyyəti əmlakları (pulları və ya digər əşyaları) ələ keçirərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, zərərçəkmiş şəxslərin əmlaklarının (pullarının və ya digər əşyalarının) əvəzsiz və qanunsuz olaraq ələ keçirilməsinə yönəlmişdir, hansı ki, nəticə etibarı ilə o, həmin zərərçəkmiş şəxslərə münasibətdə bu məqsəd və niyyətlərinə çatmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə məhkumluqla bağlı qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən,“… məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “Cinayət Məcəlləsində “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq təfsir edilməlidir. Başqa yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin pozulmasına, əməlin əsassız olaraq residiv kimi qiymətləndirilməsinə, şəxsə daha ağır cəzanın təyin edilməsinə, onun vəziyyətinin qanuni əsaslar olmadan pisləşməsinə gətirib çıxarmış olar.” Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsi (vurulmuş zərərin həcminin çox olması) onun sabit kriminal meyilliliyinə dəlalət etməsini, zərərçəkmiş şəxslərin şikayətçi olmasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ədalət prinsipi baxımından qanuni, əsaslı və məqsədə müvafiqdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-nin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası CM-nin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Həmin qərarda izah edilir ki, «… CM-nin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalıdır. ... Beləliklə, ... şəxsin birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyi başqa cinayətə görə təqsirli bilindiyi halda, ona eyni, yəni CM-nin 66.1-66.4-cü maddələrində müəyyən edilən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini və birinci hökmə əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanmasını nəzərdə tutmuşdur. ... Cinayətlərin məcmusunun mövcud olduğu hər bir halda, o cümlədən birinci hökm üzrə cəzanın çəkilib qurtardığı halda da müvafiq qaydada cəza təyin edilməsi mütləqdir». Təqsirləndirilən şəxs Azayev X4 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən əvvəl hazırkı iş üzrə təqsirli olduğu müəyyən olduğuna görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 11 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək saxlanıldığı 04 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmaqla azadlıqdan məhrum etmə növündə cəza çəkməkdə olması nəzərə alınmalı, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan ödənilməmiş, onlar tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, onlar, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən zərərçəkmiş şəxslər mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər, onlara bu hüquqları izah edilməlidir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut yoxdur; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X7 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 11 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs 12 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Abşeron rayon polis idarəsində həbsdə saxlanıldığı 04 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 11 il 11 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmaqla azadlıqdan məhrum etmə növündə cəza çəkmədə olması nəzərə alınsın. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X7 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-10/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-10/2024
01.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver