Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-100/2021 07.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs2, X7, Zərərçəkmiş şəxs18, təqsirləndirilən şəxs (mərhum) Təqsirləndirilən şəxs1 hüquqi varisi X10, müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə xx.xx.1979-cu ildə Türkmənistan Respublikasında anadan olmuş, Türkmənistan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olan, işləməyən, Qazax rayonu, İkinci Şıxlı kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Atyalı qəsəbəsində yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş, 06.12.2020-ci il tarixdə ölmüş Təqsirləndirilən şəxs1 xx.xx.1996-cı ildə Kürdəmir rayonu, Mollakənd kəndində anadan olmuş, Azərbayacan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, Kürdəmir rayonu, Mollakənd kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Atyalı qəsəbəsində fərdi evdə yaşayan, barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə 19.11.2019-cu il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs13 məxsus Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən fərdi yaşayış evinin plastik pəncərəsini itələyərək açmaq yolu ilə evə qanunsuz daxil olaraq, oradan 180 manat dəyərində 01 ədəd keramik unitazı, 80 manat dəyərində 01 ədəd əl-üz yumaq üçün çanağı, 50 manat dəyərində müxtəlif hamam aksesuarlarını, 50 manat dəyərində 01 ədəd “Dəmirdöküm” markalı elektrik qızıdırıcını, 170 manat dəyərində 01 ədəd spirallı elektrik qızıdırıcını, 20 manat dəyərində yemək bişirmək üçün nəzərdə tutulmuş sobanı, 25 manat dəyərində markası məlum olmayan 01 ədəd dreli, 90 manat dəyərində markası məlum olmayan 01 ədəd dağıdıcını və 45 manat dəyərində markası məlum olmayan 01 ədəd laqondanı gizli olaraq talayaıb Zərərçəkmiş şəxs13 ümumilikdə 710 (yeddi yüz on) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə 22.11.2019-cu il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs12 məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinin zirzəmisinin plastik nəfəsliyinin üzərində olan dəmir barmaqlığı sındırmaq yolu ilə həmin nəfəslikdən evə qanunsuz daxil olaraq, 150 manat dəyərində markası məlum olmayan 01 ədəd laqondanı, hər bir topun dəyəri 50 manat olmaqla, ümumilikdə 100 manat dəyərində 02 top 4-lük, hər bir topun dəyəri 50 manat olmaqla, ümumilikdə 100 manat dəyərində 02 top 2,5-lik ölçülərdə elektrik naqillərini, 35 manat dəyərində 01 ədəd «Schmeler» markalı böyük elektrik açarını, hər birinin dəyəri 10 manat olmaqla, ümumilikdə 20 manat dəyərində 02 ədəd «Schmeler» markalı kiçik elektrik açarlarını, 75 manat dəyərində «Bosch» markalı 01 ədəd dreli və 60 manat dəyərində markası məlum olmayan 01 ədəd laqondanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs12 ümumilikdə 540 (beş yüz qırx) manat məbləğində maddi ziyan vuraqla oğurluq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə 25.11.2019-cu il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs11 məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinin plastik pəncərəsinin üzərində olan dəmir barmaqlığı sındırmaq yolu ilə evə qanunsuz daxil olaraq, oradan 100 manat dəyərində 01 ədəd «Bosch» markalı preforatoru, ümumilikdə 150 manat dəyərində müxtəlif santexnik avadanlıqlarını, 80 manat dəyərində 01 ədəd samovarı və hər bir metrinin dəyəri 1 manat olmaqla, ümumilikdə 60 manat dəyərində 60 metr 6-lıq ölçüdə elektrik naqilini gizli olaraq talayıb Zərərçəkmiş şəxs11 ümumilikdə 390 (üç yüz doxsan) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə 01.12.2019-cü il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs15 məxsus Abşeron rayonu, Atyalı qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşmaq yolu ilə yaşayış sahəsinə qanunsuz daxil olaraq, həyətdə olan 1500 (bir min beş yüz) manat dəyərində 01 ədəd “Anger” markalı generatoru gizli olaraq talayıb Zərərçəkmiş şəxs15 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə 11.12.2019-cü il tarixdə saat 02:30 radələrində Zərərçəkmiş şəxs6 məxsus Abşeron rayonu, 28 May qəsəbəsində yerləşən fərdi yaşayış evinin giriş qapısının üzərində olan qıfılı əvvəlcədən özləri ilə götürdükləri dəmir parçası ilə sındırmaq yolu ilə evə qanunsuz daxil olaraq, otaqda divara quraşdırılmış 712 manat dəyərində «Hofmann» markalı 01 ədəd kombi istilik sistemi aparatını və 42 manat dəyərində 01 ədəd «Baykal» markalı elektrik cərəyan tənzimləyicisini gizli olaraq talayıb Zərərçəkmiş şəxs6 754 (yeddi yüz əlli dörd) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə 20.12.2019-cü il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs5 məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən fərdi yaşayış evinin plastik pəncərəsinin üzərində olan dəmir barmaqlığı əvvəlcədən özləri ilə götürdükləri dəmir parçası ilə sındırmaq yolu ilə evə qanunsuz daxil olaraq, otaqda divara quraşdırılmış 600 (altı yüz) manat dəyərində 01 ədəd «LG» markalı televizoru gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə 21.01.2020-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs9 məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən fərdi yaşayış evinin giriş qapısının yuxarı hissəsindəki dəmir barmaqlığın arasından evə qanunsuz daxil olaraq, oradan hər birinin dəyəri 4,4 manat olmaqla, ümumilikdə 44 manat dəyərində 10 ədəd 4 metr uzunluqda (4x11m) döşəmə taxtalarını, hər bir bağlamanın dəyəri 80 manat olmaqla ümumilikdə 160 manat dəyərində 02 bağlama elektrik naqillərini, hər birinin dəyəri 70 manat olmaqla, ümumilikdə 140 manat dəyərində 02 ədəd elektrik açarlarını və hər birinin dəyəri 2 manat olmaqla, ümumilikdə 20 manat dəyərində 10 ədəd elektrik yuvası altlıqlarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs9 ümumilikdə 364 (üç yüz altmış dörd) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə 03.02.2020-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs18 məxsus Abşeron rayonu, Atyalı qəsəbəsində yerləşən iki mərtəbəli fərdi yaşayış evinin plastik pəncərəsinin üzərində olan dəmir barmaqlığı sındırmaq yolu ilə evə qanunsuz daxil olaraq, oradan 300 manat dəyərində 01 ədəd «Ariston» markalı qaz sobasını, 150 manat dəyərində 01 ədəd «Panasonic» markalı maqnitafonu, 50 manat dəyərində 01 ədəd qapaqlı çuqun sacı və həyətdəki qazanxanadan 1000 manat dəyərində “İmergas” markallı kombi istilik sistemi aparatını gizli olaraq talayıb Zərərçəkmiş şəxs18 ümumilikdə 1500 (bir min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə 03.02.2020-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs4 məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində yerləşən fərdi həyətinə hasarın üzərindəki plastik pəncərəni əvvəlcədən özləri ilə götürdükləri vintaçanla açmaq yolu ilə qanunsuz daxil olaraq, həyətdə olan dükanın dəmir qapısının üzərində olan dəmir çərçivənin qıfılını sındırmaq yolu ilə mağazaya qanunsuz daxil olaraq, oradan 400 manat dəyərində 01 ədəd «Shivaki» və 300 manat dəyərində 01 ədəd «Beko» markalı televizorları, hər birinin dəyəri 40 manat olmaqla, ümumilikdə 200 manat dəyərində 05 ədəd «Sony» markalı «PS-3» oyun aparatlarının idarəetmə pultlarını, hər birinin dəyəri 250 manat olmaqla, ümumilikdə 500 manat dəyərində 02 ədəd «Sony» markalı «PS-3» oyun aparatlarını, hər birinin dəyəri 8 manat olmaqla, ümumilikdə 40 manat dəyərində 0,7 litrlik şüşə qabda 05 ədəd «Kiyev» markalı araqları, hər birinin dəyəri 6 manat olmaqla, ümumilikdə 24 manat dəyərində 0,5 litrlik şüşə qabda «Kiyev» markalı araqları, hər birinin dəyəri 9 manat olmaqla, ümumilikdə 18 manat dəyərində 02 ədəd 0,7 litrlik şüşə qabda «Mamedof» markalı araqları, hər birinin dəyəri 7,5 manat olmaqla, ümumilikdə 15 manat dəyərində 02 ədəd 0,5 litrlik şüşə qabda «Mamedof» markalı araqları, hər birinin dəyəri 2,6 manat olmaqla, ümumilikdə 13 manat dəyərində 05 ədəd 0,33 litrlik şüşə qabda «Bakal» markalı araqları, hər birinin dəyəri 8 manat olmaqla, ümumilikdə 24 manat dəyərində 03 ədəd 0,5 litrlik şüşə qabda «Xan Çinar» markalı araqları, hər birinin dəyəri 2 manat olmaqla, ümumilikdə 20 manat dəyərində 10 ədəd 0,5 litrlik dəmir qabda «Baltika-7» markalı pivələri, hər birinin dəyəri 2,2 manat olmaqla, ümumilikdə 17,6 manat dəyərində 08 ədəd 0,5 litrlik dəmir qabda «Baltika-9» markalı pivələri, hər birinin dəyəri 1,7 manat olmaqla, ümumilikdə 8,5 manat dəyərində 05 ədəd 0,5 litrlik dəmir qabda «Xırdalan» markalı pivələri, hər birinin dəyəri 0,8 manat olmaqla, ümumilikdə 5,6 manat dəyərində 07 ədəd 0,33 litrlik dəmir qabda «Hell» markalı enerji içkilərini, hər birinin dəyəri 0,8 manat olmaqla, ümumilikdə 8 manat dəyərində 10 ədəd 0,33 litrlik dəmir qabda «Bizon» markalı enerji içkilərini, hər birinin dəyəri 1,2 manat olmaqla, ümumilikdə 6 manat dəyərində 05 ədəd 0,5 litrlik dəmir qabda «Bizon» markalı enerji içkilərini, hər birinin dəyəri 2 manat olmaqla, ümumilikdə 40 manat dəyərində 20 ədəd «Winchester», hər birinin dəyəri 1,8 manat olmaqla, ümumilikdə 54 manat dəyərində 30 ədəd «Magna», hər birinin dəyəri 1,4 manat olmaqla, ümumilikdə 14 manat dəyərində 10 ədəd «Prima», hər birinin dəyəri 1,5 manat olmaqla, ümumilikdə 15 manat dəyərində 10 ədəd «Arqo» markalı siqaretləri, hər birinin dəyəri 2,2 manat olmaqla, ümumilikdə 22 manat dəyərində 100 ədəd 10 qramlıq «Beta» markalı çay qutularını, 5,4 manat dəyərində 01 ədəd 250 qramlıq «Beta» markalı çay qutusunu, hər birinin dəyəri 2,2 manat olmaqla, ümumilikdə 4,4 manat dəyərində 02 ədəd 100 qramlıq «Çempion» markalı çay qutularını, hər birinin dəyəri 1,9 manat olmaqla, ümumilikdə 3,8 manat dəyərində 02 ədəd 100 qramlıq «Tess» markalı çay qutularını, hər birinin dəyəri 0,3 manat olmaqla, ümumilikdə 30 manat dəyərində 100 ədəd «MacCoffee» markalı kofe paketlərini və ümumilikdə 4 manat təşkil edən xırda qəpik pulları gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 1792,3 (bir min yeddi yüz doxsan iki manat otuz qəpik) məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə 03.02.2020-ci il tarixdə saat 22 radələrində X8 məxsus Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən fərdi yaşayış evinin giriş qapısını sındırmaq yolu ilə evə qanunsuz daxil olaraq, oradan hər birinin dəyəri 4 manat olmaqla, ümumilikdə 100 manat dəyərində 25 ədəd elektrik açarlarını, hər birinin dəyəri 4 olmaqla, ümumilikdə 200 manat dəyərində 50 ədəd elektrik yuvası altıqlarını, hər birinin dəyəri 7 manat olmaqla, ümumilikdə 140 manat dəyərində 20 ədəd elektrik avtomat açarlarını, hər birinin dəyəri 1,5 manat olmaqla, ümumilikdə 150 manat dəyərində 100 ədəd elektrik yuvası altıqlarını, 37 manat dəyərində 01 ədəd eleltrik şiti, hər birinin dəyəri 180 manat olmaqla, ümumilikdə 360 manat dəyərində 02 ədəd su sayğaclarını, 95 manat dəyərində 01 ədəd markası məlum olmayan plastik boru yapışdıran ütünü, 175 manat dəyərində 01 ədəd markası məlum olmayan preforatoru, 130 manat dəyərində 01 ədəd markası məlum olmayan laqondanı və hər bir metrinin dəyəri 1,5 manat olmaqla, ümumilikdə 150 manat dəyərində 6-lıq ölçüdə elektrik naqilini gizli olaraq talayıb zərərçəkmiş şəxs Fəzail Mürşüdova ümumilikdə 1537 (bir min beş yüz otuz yeddi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə 12.02.2020-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu, Atyalı qəsəbəsində yerləşən fərdi yaşayış evinin plastik pəncərəsinin üzərində olan dəmir barmaqlığı sındırmaq yolu ilə evə qanunsuz daxil olaraq, qonaq otağından 500 manat dəyərində 01 ədəd “LG” markalı televizoru, qarajdan 450 manat dəyərində 01 ədəd “Astra Korea” markalı generatoru və həyətdə olan hamadan 800 manat dəyərində 01 ədəd “Robella” markalı kombi istilik sistemi aparatını gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 1750 (bir min yeddi yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə 27.02.2020-ci il tarixdə saat 23 radələrində Abşeron rayonu, Atyalı qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evinin plastik pəncərəsinin üzərində olan dəmir barmaqlığı sındırmaq yolu ilə evə qanunsuz daxil olaraq, oradan 80 manat dəyərində 01 ədəd “Pioneer” markalı avtomobil maqnitafonunu, 200 manat dəyərində 01 ədəd cehizlik bıçaq dəstini və həyətdəki əl damından 150 manat dəyərində 01 ədəd “Zass” markalı 24 kv gücündə kombi aparatını gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 430 (dörd yüz otuz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə 29.02.2020-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Atyalı qəsəbəsində yerləşən iki mərtəbəli fərdi yaşayış evinin birinci mərtəbəsi ilə ikinci mərtəbəsinin aralığında plastik pəncərəsinin üzərində olan dəmir barmaqlığı sındırmaq yolu ilə evə qanunsuz daxil olaraq, ikinci mərtəbədəki yataq otağından 180 manat dəyərində 01 ədəd gümüşü rəngli «HP» markalı Pavilion G6 model notbuku, 500 manat dəyərində 01 ədəd qızıl qadın boyunbağısını, 200 manat dəyərində 01 ədəd gümüş dəstini, 150 manat dəyərində 01 ədəd “Tissot” markalı kişi qol saatını, 3000 manat məbləğində nağd pulu, hər birinin dəyəri 60 manat olmaqla, ümumilikdə 180 manat dəyərində 03 ədəd 10 bölümdən ibarət ağ rəngli radiatorları, evin birinci mərtəbəsindən 60 manat dəyərində 01 ədəd 10 bölümdən ibarət ağ rəngli radiatoru, qonaq otağından 150 manat dəyərində 01 ədəd qara rəngli “Samsung” markalı UE32EH4000 model (82 diaqonal) Malayziya istehsalı televizoru, həmin evin zirzəmisindən isə 550 manat dəyərində 01 ədəd “Neoterm” markalı kombi aparatını və 20 manat dəyərində 01 ədəd «Baysallar» markalı Türkiyə istehsalı elektrik tənzimləyicisini gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 4990 (dörd min doqquz yüz doxsan) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə 01.03.2020-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs17 məxsus Abşeron rayonu, Atyalı qəsəbəsində yerləşən fərdi yaşayış evinin uşaq yataq otağının plastik pəncərəsindən evə qanunsuz daxil olaraq, qonaq otağından 90 manat dəyərində 01 ədəd 15 bölümdən ibarət ağ rəngli radiatoru, dəhlizdən 48 manat dəyərində 01 ədəd 8 bölümdən ibarət ağ rəngli radiatoru, uşaq otağından 250 manat dəyərində 01 ədəd “LG” markalı televizoru və yataq otağındakı şkafdan hər birinin dəyəri 50 manat olmaqla, ümumilikdə 100 manat dəyərində 02 ədəd markası məlum olmayan cib saatlarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs17 ümumilikdə 488 (dörd yüz səksən səkkiz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə 2020-ci ilin mart ayının ortalarında saat 20 radələrində Zərərçəkmiş şəxs8 məxsus Abşeron rayonu, Qobu qəsəbəsində yeni məhəllədə yerləşən fərdi yaşayış evinin arxa plastik pəncərəsinin üzərində olan dəmir barmaqlığı yerindən çıxarmaq yolu evə qanunsuz daxil olaraq, oradan ümumilikdə 500 manat dəyərində qab qacaqları, hər bir topun dəyəri 80 manat olmaqla, ümumilikdə 640 manat dəyərində 8 top elektrik naqillərini, 80 manat dəyərində 01 ədəd markası məlum olmayan laqondanı, hər birinin dəyəri 50 manat olmaqla, ümumilikdə 100 manat dəyərində 02 ədəd markası məlum olmayan drelləri, 200 manat dəyərində 01 ədəd markası məlum olmayan elektrik əl mişarını və 100 manat dəyərində 01 ədəd markası məlum olmayan elektrik lobziki gizli olaraq talayıb Zərərçəkmiş şəxs8 ümumilikdə 1620 (bir min altı yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə 01.04.2020-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs16 məxsus Abşeron rayonu, Atyalı qəsəbəsində yerləşən fərdi yaşayış evinin qonaq otağının plastik pəncərəsinin üzərində olan dəmir barmaqlığı sındıdrmaq yolu ilə evə qanunsuz daxil olaraq, qonaq otağından 250 manat dəyərində 01 ədəd “LG” markalı 107 sm diaqonal smart televizoru, 300 manat dəyərində 01 ədəd 3x4 metr ölçüdə xalçanı, yataq otağından 200 manat dəyərində 01 ədəd “LNS” markalı kişi qol saatını, evin zirzəmisindən 250 manat dəyərində 01 ədəd “Airfel” markalı 32 kw-luq kombi aparatını, 85 manat dəyərində 01 ədəd 32 litr tutumlu markası məlum olmayan elektrik su qızıdırıcını, 450 manat dəyərində 01 ədəd 220V gücündə “Comax” markalı generatoru, 170 manat dəyərində 01 ədəd “Bosch” markalı preforatoru, 60 manat dəyərində 01 ədəd “İnterskoll” markalı laqondanı, 80 manat dəyərində 01 ədəd “İnterskoll” markalı dreli, 50 manat dəyərində “Boqiu Tools” markalı elektrik mişarı, 60 manat dəyərində “Candan” markalı plastik boru yapışdıran ütünü, hər bir litri 10 manat olmaqla, ümumilikdə 50 manat dəyərində 5 litr gürcü çaxırını və 15 manat dəyərində 01 ədəd 1 litirlik şüşə qabda “Xan Kristal” markalı arağı gizli olaraq talayıb Zərərçəkmiş şəxs16 ümumilikdə 2020 (iki min iyirmi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Məhkəmənin 24.02.2021-ci il tarixli məhkəmə baxış iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 06.12.2020-ci il tarixdə vəfat etmişdir. Cinayət işi üzrə təqsirləndirilən şəxsin, mərhum Təqsirləndirilən şəxs1 atası (yaxın qohumu) X17 məhkəmə istintaqda “ölmüş şəxsin yaxın hüquqi varisi kimi tanınmış və cinayət prosesinin iştirakçısı”na çevrilmişdir. Bundan irəli gələrək məhkəmə hesab etmişdir ki, məhkəmə müdafiəsi təminatının daha səmərəli həyata keçirilməsi üçün “ölmüş şəxsin yaxın qohumunun və müdafiəçisinin cinayət işinin materialları ilə tanış olmaq, prosessual tədbirlərin həyata keçirilməsi barədə vəsatətlər vermək və istintaqın gedişi barədə məlumatlar, qəbul olunan qərarları almaq və s. hüquqları ilə yanaşı, məhkəmə proseslərində digər şəxs, başqa sözlə “ölmüş təqsirləndirilən şəxsin yaxın qohumu” (hüquqi varisi) qismində iştirak etməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 7.0.32-ci maddəsinə əsasən, yaxın qohumlar dedikdə, babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər və nəvələr başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5. və 41.2-ci maddələrinin şərh edilməsinə dair” 17 iyun 2010-cu il tarixli qərarında qeyd olunmuşdur ki, CPM-in 39.1.5-ci maddəsi tətbiq olunarkən ölmüş şəxsin yaxın qohumlarının və müdafiəçisinin həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə uyğun qaydada cinayət prosesində iştirak etmək hüquqlarının müəyyən edilməsi Azərbaycan Respublikası Milli Məclisinə tövsiyə olunmuşdur. Bununla yanaşı, qərara alınmışdır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən cinayət təqibinə (və ya cinayət işinə) xitam verilməsi haqqında qərardan ölmüş şəxsin yaxın qohumlarının və müdafiəçisinin şikayət vermək hüququ məhkəmə nəzarəti qaydasında həyata keçirilə bilər”. Bununla yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-1ci maddəsinə əsasən, «Məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən Bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçinin razılığı ilə yol verilir». Hazırkı cinayət işi üzrə, qeyd edildiyi kimi, ölmüş Təqsirləndirilən şəxs1 hüquqi varisi (yaxın qohumunun) cinayət təqibinə xitam verilməsi barədə məhkəməyə ərizə ilə müraiət etmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respulikası Cinayət Proslessual Məcəlləsinin “sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsindən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmsuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, mərhum Təqsirləndirilən şəxs1 törətmiş olduğu (yuxarıda qeyd edilən) əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi vardır. Belə ki, məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, ilk dəfə 19.11.2019-cu il tarixdə saat təxminən 02 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Abşeron rayonu, Hökməli qəsəbəsində olan zaman, evlərdən birinin işıqlarının yanmadığını və evdə heç kimin olmadığını bildikləri üçün, həmin evdən oğurluq etmək qırarına gəlmişlər. Sonradan həmin evin X11 məxsus olduğunu bilmişdir. Müzəffərlə birlikdə evin həyətinə daxil olduqdan sonra evin ön hissəsində plastik pəncərəni itələyib açaraq evə daxil olmuşlar. Evin yerləşdiyi ərazidə heç kimin gəlib getmədiyi üçün hər ikisi evə daxil olmuşlar. Evə daxil olduqdan sonra dəhlizdə bir sıra yeni məişət əşyalarının olduğunu görmüşlər. Həmin əşyalrın hamısı tam olaraq xatırlamasa da onlardan unitazı, əl üz yumaq üçün çanağı, su qızdırıcısını, dağıdıcını, laqondandı və dreli xatırlayır. Bundan sonra onlar həmin əşyarlı götürüb gəldikləri yolla pəncərədən çıxıb ara küçələrlə evlərinə getmişlər. Oğurladıqları əşyaları o, öz həyətində saxlamışdır. Həmin günün səhəri o, dreli, laqondanı və dağıdıcını aparıb «Mexkalon» adlanan ərazidə olan metal qəbulu məntəqəsinə ucuz qiymətə satmışdır. Bundan sonra yerdə qalan məişət əşyalarını Sabunçu bazarı adlanan əraziyə apararaq tanımadıqları şəxslərə satmışlar. Oğurluq yolu ilə əldə etdikləri pulları isə öz şəxsi ehtiyacları üçün xərcləmişlər. Bundan sonra 22.11.2019-cu il tarixdə saat 17 radələrində tanışı Müzəffərlə birlikdə Abşeron rayonu, Hökməli qəsəbəsində olan zaman, evlərdən birinin işıqlarının yanmadığını və evdə heç kimin olmadığını bildikləri üçün həmin evdən oğurluq etmək qırarına gəlmişlər. Sonradan həmin evin Zərərçəkmiş şəxs12 məxsus olduğunu bilmişdir. Müzəffərlə birlikdə hasardan tullanaraq, evin həyətinə daxil olduqdan sonra hasarla üzbə-üz pilləkənin yanında kiçik nəfəsliyin olduğunu görmüşlər. Bundan sonra Müzəffərlə birlikdə nəfəsliyin dəmir barmaqlığını qırmaq üçün dəmir barmaqlıqdan tutub dartaraq bir hissəsini yerindən çıxarmışlar. Bundan sonra hər ikisi həmin nəfəslikdən içəri daxil olmuşlar. Müzəffər zirzəmidə olan laqondanı və elektrik açarlarını götürdükdən sonra onunla birlikdə zirzəmidən birinci mərtəbənin döşəməsinin taxtasını çıxararaq evin birinci mərtəbəsinə daxil olaraq, orada olan elektrik naqillərini qoparmışlar. Bundan sonra hər ikisi zirzəmiyə oradan da nəfəslik yolu ilə çölə çıxaraq getmişlər. Daha sonra Müzəffər yaşadığı evin həyətində naqilləri yandırıb «Mexkalon» ərazisində satmışdır. Təxminən 100-150 manat civarında satdıqları əşyalardan gəlir əldə etmişlər və bunu da öz şəxsi ehtiyaclarına xərcləmişlər. Bundan sonra 25.11.2020-ci il tarixdə saat 20 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi, yeni məhəllədə Müzəffərlə birlikdə oğurluq etmək üçün ev axtrırmışlar. Evlərdən birinin işığının yanmadığını görüb hasardan həyətə daxil olmuşlar. Sonradan həmin evin Zərərçəkmiş şəxs11 məxsus olduğunu bilmişdir. Evin pəncərəsinin dəmir barmaqlığını özləri ilə gətirdikləri montirovka ilə açdıqdan sonra evə daxil olmuşlar. Evdə təmir işləri getdiyini gördükdən sonra divarda olan elektrik naqillərini kəsməyə başlamışlar. Otaqda olan 01 ədəd “Bosh” markalı dağıdıcını, santexnik avadanlığı və 01 ədəd samovarı götürüb evdən çıxmışlar. Səhəri gün “Bosh” markalı dağıdıcını, santexnik avadanlığı və samovarı Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən 3-cü mikrorayon bazarında tanımadıqları bir nəfər şəsə 80 manata satmışlar. Elektrik naqillərini isə Abşeron rayonu, “Mexkolon” adlanan ünvanda yerləşən metal qəbul məntəqəsinə 20 manata satmışlar. Əldə etdiyikləri 100 manat pulu Müzəffərlə aralarında bölüb pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra 28.11.2019-cu il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən bir evdə heç kimin olmadığını yəqin edib həmin evə girməyə qərar vermişdir. Bunun üçün hasardan aşaraq həyətə daxil olmuşdur. Evə daxil olmağın mümkün olmadığını gördükdə, həyətdə evin giriş qapısının ağzında yerdə kiçik işıq generatorunun olduğunu görüb oğurlamaq qərarına gəlmişdir. Evin giriş qapısının yanında hasar qismən digər yerlərlə müqayisədə alçaq olmuşdur. O, həmin yerdən generatoru hasarın üzərinə qoymuş, özü isə hasarın üzərinə çıxmışdır. Hasarın üzərində generatorla yola tərəf getmiş yola çatanda yenə generatoru hasarın üzərinə qoymuş özü isə düşmüşdür. Bundan sonra hasarın üstündən generatoru götürüb Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən Əlislam adlı şəxsin işlətdiyi metal qəbulu məntəqəsinə gəlmişdir. Ondan əlindəki generatoru alıb-almayacağını soruşmuşdur. Əlislam əvvəl tərəddüd etmiş, sonra ondan generatoru hardan əldə etdiyini soruşmuşdur. O, Saray qəsəbəsi ərazisində usta kimi işlədiyini və həmin generatorun ona zəhməthaqqı əvəzinə verdiyini demişdir. Bundan sonra Əlislam həmin generatoru ondan almış və ona 100 manat pul vermişdir. O, bundan sonra həmin pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra 30.11.2019-cu il tarixdə dostu Müzəffərlə birlikdə yaşadıqları ərazidə gəzərkən pulları olmadıqları üçün oğurluq etmək qərarına gəlmişlər. Bu məqsədlə Abşeron rayonu, Atyalı və Nübar yaşayış massivlərində piyada gəzərək nəzarətsiz ev axtarırmışlar. 01.12.2019-cu il tarixdə saat 03 radələrində Korğolu küçəsi deyilən yerdə gəzərkən, sonradan adını bildikləri Zərərçəkmiş şəxs15 məxsus fərdi yaşayış evinin işıqlarının yanmadığını görmüşlər. Onlar həmin evdə heç kimin olmadığını fikirləşdikdən sonra hər ikisi hasardan həyətə daxil olmuşlar. Bu vaxt həyətin sol tərəfində 01 ədəd generator olduğunu görmüşlər. Dərhal o, həmin həyətin giriş darvazasını arxadan bir layını açdıqdan sonra köməkli olaraq həmin generatoru həyətdən yola çıxarmışlar. O, yenidən həyətə daxil olub darvazanı bağlayaraq hasardan yola tərəf aşmışdır. Daha sonra onlar birlikdə həmin generatoru götürüb Atyalı yaşayış massivində yerləşən yaşayış olmayan yarımtikiliyə gətirib qoymuşlar ki, səhəri gün satsınlar. Daha sonra hər ikisi sağollaşıb çıxıb getmişlər. Həmin gün, yəni 01 dekabr 2019-cu il tarixdə saat 11 radələrində Müzəffərlə görüşüb tanımadıqları taksi ilə həmin “Anger” markalı generatoru götürüb Nəsimi rayonu 3-cü mikrorayon bazarı deyilən yerə gəlib orada tanımadıqları şəxsə özlərinə məxsus olduğunu deyib 300 manata satmışlar. Həmin pulu isə öz aralarında iki yerə bölüb şəxsi ehtiyacları üçün xərcləmişlər. Bundan sonra 11.12.2019-cu il tarixdə yaşadıqları Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı ərazisində olarkən dostu Müzəffərlə oğurluq etməyi planlaşdırb, birlikdə 28 May qəsəbəsi ərazisinə gəlib oğurluq etmək üçün münasib ev axtarırmışlar. 28 May qəsəbəsində Müzəffərlə gəzişdikdə işığı yanmayan fərdi ev nəzərlərini cəlb etmişdir. Sonradan həmin evin Zərərçəkmiş şəxs6 məxsus olduğu bilmişdir. Təxminən saat 02:30 radələrində həmin evdə yaşayış olmadığına əmin olduqdan sonra mişar daşı ilə hörülmüş hasardan aşıb həyətə daxil olmuşlar. Evin dəmirdən olan giriş qapısında olan qıfılı özləri ilə götürdükləri dəmir parçası ilə köməkləşib sındıraraq, hər ikiləri evə girmişlər. Evi axtardıqda dəyərli bir əşya tapmadıqları üçün divara vurulmuş bir ədəd «Hofmann» markalı kombi aparatını və bir ədəd elektrik cərəyan tənzimləyicisini açaraq çıxarıb özləri ilə götürmüşlər və evə girdikləri yerdən də çıxıb evi tərk etmişlər. Həyətə çıxıb köməkləşərək kombi aparatını və elektrik cərəyan tənzimləyicisini həyətdən çıxaraq getmişlər. Oradan isə yaşadıqları Hökməli qəsəbəsinə gəlib kombi aparatını və elektrik cərəyan tənzimləyicisini gizlətmişlər. Səhəri günü tezdən tanımadığı taksi avtomaşını ilə oğurladıqları kombi aparatını «Sədərək» Ticarət Mərkəzinə aparmışlar. Orada oğurladıqları kombi aparatını və elektrik cərəyan tənzimləyicisini dəyərindən ucuz qiymətə, yəni 220 manata tanımadıqları şəxsə satıb pul əldə etmişlər. Həmin pulu Müzəffərlə birlikdə öz aralarında bölüb şəxsi tələbatlarına xərcləmişlər. Bundan sonra 20.12.2019-cu il tarixdə yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı ərazisində olarkən dostu Müzəffərlə oğurluq etməyi planlaşdırıb, birlikdə Aşağı Güzdək qəsəbəsi ərazisinə gəlib oğurluq etmək üçün münasib ev axtarırmışlar. Aşağı Güzdək qəsəbəsində Müzəffərlə gəzişdikdə işığı yanmayan fərdi ev nəzərlərini cəlb etmişdir. Sonradan həmin evin Zərərçəkmiş şəxs5 məxsus olduğunu bilmişdir. Təxminən saat 03 radələrində həmin evdə yaşayış olmadığına əmin olduqdan sonra hasardan aşıb həyətə daxil olmuşlar. Həyətdə birmərtəbəli fərdi ev görmüşlər, evin pəncərələrində dəmir barmaqlıqlar olmuşdur. Müzəffərlə köməkləşib dəmir çərçivənin yan hissəsini özləri ilə götürdükləri dəmir parçası ilə sındıraraq, yan tərəfə çəkib plastik pəncərəni sıxıb açaraq hər ikisi evə girmişlər. Evi axtardıqda dəyərli bir əşya tapmadıqları üçün divara vurulmuş bir ədəd «LG» markalı televizoru yerindən çıxarıb özləri ilə götürüb, evə girdikləri yerdən də çıxıb oranı tərk etmişlər. Həyətə çıxıb dəmir darvazanı açmışlar və televizoru köməkləşib götürərək həyətdən çıxaraq getmişlər. Oradan isə yaşadıqları Hökməli qəsəbəsinə gəlib televizoru gizlətmişlər. Səhəri günü tezdən tanımadığı taksi avtomaşını ilə oğurladıqları əşyaları «Sədərək» Ticarət Mərkəzinə aparmışlar. Orada oğurladıqları televizoru dəyərindən ucuz qiymətə, yəni 150 manata tanımadıqları şəxsə satıb pul əldə etmişlər. Həmin pulu Müzəffərlə birlikdə öz aralarında bölüb şəxsi tələbatlarına xərcləmişlər. Bundan sonra 17.01.2020-ci il tarixdə gecə saatlarında oğurluq etmək üçün Abşeron rayonu, Hökməli qəsəbəsində boş ev axtarmağa başlamışdır. Həmin gün, yəni 17 yanvar 2020-ci il tarixdə saat 03 radələrində Hökməli qəsəbəsi, Mehdi Hüseynzadə küçəsində sonradan adını bildiyi Zərərçəkmiş şəxs10 evinin qarşısına gəlmişdir. Həmin vaxt ətrafa baxıb heç kimin olmadığını görüb hasara çıxıb həyətə düşmüşdür. Həyətdə pəncərələri olmayan və giriş qapısı dəmirdən olan yarımtikili ev görmüşdür. Əlində olan dəmir mantirovka ilə giriş qapısını yerindən söküb çıxarmışdır. Daha sonra həmin qapını götürüb oradan aparmışdır. Həmin gün, günorta saatlarında oğurladığı dəmir qapını aparıb Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən əlvan metal qəbulu məntəqəsində Əlislam adlı şəxsə 150 manata satmışdır. Ancaq Əlislam həmin dəmir qapının oğurluq yolu ilə əldə edildiyini bilməmişdir. O, oğurluq yolu ilə əldə etdiyi pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan sonra 21.01.2020-ci il tarixdə xərcləməyə pulu olmadığına görə dostu Müzəffərlə görüşdüyü vaxt birlikdə oğurluq edib pul əldə etməyi təklif etmişdir. O, Müzəffərlə razılaşdıqdan sonra Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində əvvəllər fəhlə kimi işlədikləri yeni məhəllədəki tikintisi tamamlanmamış evlərdən tikinti materialları və təmir alətləri oğurlayıb satmaq qərarına gəlmişlər. Həmin günü saat 14 radələrində avtobusla Aşağı Güzdək qəsəbəsindəki yeni məhəlləyə gedib, oğurluq etmək üçün münasib ev axtarmağa başalmışlar. Həmin vaxtı kürsülü, bir mərtəbəli ev diqqətlərin cəlb etmişdir. Sonradan həmin evin Zərərçəkmiş şəxs9 məxsus olduğunu bilmişdir. Onlar evin həyətyani sahəsinin taxtadan olan giriş qapısına yaxınlaşmışlar. Evdə heç kimin olmadığına əmin olub, həmin qapını açıb evin içərisinə daxil olmaq üçün yer axtarmağa başlamışlar. Bu zaman evin dəmir giriş qapısının yuxarı hissəsindəki dəmir barmaqlıqların arasından evə daxil olmaq mümkün olduğunu hiss edib oradan içəriyə daxil olub oğurlamaq üçün münasib şeylər axtarmağa başlamışlar. Evin içərisində olan 2 top elektrik naqili, elektrik yuva altlıqları olduğunu görüb həmin elektriq avadanlıqlarını və giriş qapısından sol tərəfdə divara quraşdırılmış elektrik açarlarını sökərək evin içərisindən tapdıqları kisəyə yerləşdirmişlər. Sonra evin otaqlarından birində olan döşəmə taxtalarını da oğurlamaq qərarına gəlib həmin 10 ədəd taxtanı evə daxil olduqları yerdən çölə çıxarmışlar. Bundan sonra kisəyə yığdıqları elektrik avadanlıqlarını da götürüb evə daxil olduqları yerdən çölə çıxmışlar. Müzəffər oğurladıqları materialları daşıyaraq yaxınlıqdakı yarımçıq qalmış tikilidə gizlətməyi təklif etmişdir. Bundan sonra onlar həmin taxtaları və kisədəki elektrik avadanlıqlarını daşıyaraq həmin evdən bir qədər kənarda yerləşən yarımçıq tikilinin arxasına yığmışlar. Sonra kisədəki elektrik avadanlıqlarını satmaq üçün özləri ilə götürüb mərkəzi yola çıxıb, taksi ilə Bakı şəhəri 3-cü mikrorayon bazarına aparmışlar. Bir neçə dəqiqədən sonra həmin malları bazardan elektrik avadanlıqları almağa gəlmiş tanımadıqları müştəriyə öz malı kimi satıb cəmi 140 manat pul əldə etmiş və sonra həmin pulu yarı bölmüşlər. Bundan sonra 03.02.2020-cu il tarixdə saat 01 radələrində dostu Müzəffərlə birlikdə yaşadıqları ərazidə gəzərkən pululları olmadıqları üçün oğurluq etmək qərarına gəlmişlər. Bu məqsədlə Abşeron rayonu, Atyalı yaşayış massivində piyada gəzərək nəzarətsiz ev axtarırmışlar. Atyalı yaşayış massivində sonradan adını bildikləri Zərərçəkmiş şəxs18 məxsus fərdi yaşayış evinin işıqlarının yanmadığını görüb evdə heç kimin olmadığını müəyyən etmişlər. Onlar həmin evdə heç kimin olmadığını fikirləşdikdən sonra hər ikisi hasardan həyətə daxil olmuşlar. Bu vaxt həyətdəki birinci mərtəbənin pəncərəsinin dəmir barmaqlığını sınıdıraraq pəncərədən içəri daxil olmuşlar. Oradan “Ariston” markalı qaz sobası, panasonic markalı maqnitafon və 01 ədəd qapaqlı çuqun sacını götürüb həyətə çıxarmışlar. Daha sonra ikinci mərtəbəyə çıxanda dəhlizin pəncərəsinin dəmir barmaqlığını qırsalar da son anda evə girməkdən imtina etmişlər. Daha sonra qazanxanaya tərəf gəlib plastik qapısını sındıraraq oradan “İmergas” markalı 32 kv gücündə kombi söküb digər əşyalarla birlikdə götürüb evin arxa tərəfindəki hasardan çıxarıb hər dəfə oğurluq etdikləri əşyaları qoyduqları yarımtikiliyə aparmışlar. Həmin vaxt oğurluq yolu ilə əldə etdikləri “Ariston” markalı qaz sobasının ekran hissəsində çat olduğunu görüb işləmədiyini fikirləşdikləri üçün yaxınlıqldakı zibil qutusuna atmışlar. Daha sonra hər ikisi evlərinə getmişlər. Həmin gün yəni, 14 radələrində Müzəffərlə həmin yerdə görüşmüşlər. Onlar yoldan keçən tanımadıqları taksi ilə oğurluq yolu ilə əldə etdikləri “İmergas” markalı kombi aparatını, 01 ədəd çuğun sacı və 01 ədəd «Panasonic» markalı maqnitafonu avtomobilin arxa yük yerinə qoymuşlar. İlk olaraq Binəqədi rayonu, Sulu-Təpə qəsəbəsi deyilən yerdə istifadə olunmuş kombi avadanlıqlarının alqı-satqısı və təmiri ilə məşğul olan Cümşüd adlı şəxsin evinin qarşısına gəlmişlər. Orada Cümşüdə həmin kombi aparatını yəni, “İmergas” markalı kombi aparatını təqdim edərək, özülərinə məxsus olduğunu deyib pula ehtiyacları olduğu üçün satdıqlarını demişlər. Cümşüd də həmin kombi aparatının oğurluq olmadığına inandıqdan sonra 400 manata alacağını demişdir. Onlar Cümşüdlə razılaşıb həmin kombi aparatını 400 manata satmışlar. Daha sonra Nəsimi rayonu 3-cü mikrorayon bazarı deyilən yerdə “Panasonic” markalı maqnitafonu 30 manata və 01 ədəd çuqun sacı 10 manata tanımadıqları şəxsə satmışlar. Daha sonra oğurluq yolu ilə əldə etdiyikləri 440 manat pulu iki yerə bölüb şəxsi ehtiyaclarına xərcələmişlər. Bundan sonra, yəni Zərərçəkmiş şəxs18 evindən oğurluq etdikdən sonra 03.02.2020-ci il tarixdə gecə saatlarında Emillə qərarlaşaraq, birlikdə Atyalı yaşayış massivində oğurluq etmək üçün digər yer axtarsınlar. Atyalı yaşayış massivində fərdi həyətin içərisində olan mağazadan oğurluq etməyi planlaşdırıb 03.02.2020-ci il tarixdə gecə saat 02 radələrində Emillə birlikdə oraya gəlmişlər. Həmin ərazidə əvvəllər tanımadıqları adını sonradan bildikləri Zərərçəkmiş şəxs4 evinin qarşısına gəlmişlər. Həyətin mişar daşı ilə hörülmüş hasarında olan plastik pəncərəni özlərində olan vintaçanla açıb içəri girmişlər. Həyətdə mağazanın giriş qapısında olan dəmirdən hazırlanmış çərçivənin qıfılını özləri ilə götürdükləri dəmir parçası ilə köməkləşib sındıraraq, oradan da mağazanın plastik qapısının qıfılını sındırıb içəri girmişlər. Mağazada gündəlik tələbat malları, siqaretlər, şirələr, enerji içkiləri, kofelər, spirtli içkilər olmuş, eyni zamanda mağazanın içərisindən keçdikdə digər otaqda oyun aparatları və televizorlar, onların idarəetmə pultları olduğunu görmüşlər. Bu məqsədlə özləri ilə götürdükləri kisələrə mağazada olan spirtli içkiləri, enerji içkilərini, siqaretləri, kofeləri, müxtəlif çayları yığaraq, həmçinin orada olan xırda pulları da götürmüşlər. Daha sonra oyun otağına keçib oradan iki ədəd televizoru, iki ədəd «PS 3» oyun aparatlarını, onların pultlarını yığıb özləri ilə götürüb, hissə-hissə daşıyaraq mağazanın qarşısında boşluq əraziyə yığmışlar. Bundan sonra həmin əşyaları yığdıqları kisələri özləri ilə götürüb yola çıxmışlar və oradan yaşadıqları əraziyə aparıb gizlətmişlər. Səhəri günü tezdən tanımadıqları taksi avtomaşını ilə oğurladıqları əşyaları «Sədərək» Ticarət Mərkəzinə aparmışlar. Orada oğurladıqları malları dəyərindən ucuz qiymətə hissə-hissə tanımadıqları şəxslərə satıb pul əldə etmişlər.Bundan sonra onlar Müzəffərlə birlikdə həmin gün, yəni 03.02.2020-ci il tarixdə təxminən saat 22 radələrində Abşeron rayonu, Qobu qəsəbəsinə gələrək orada olan iki mərtəbəli evin ətrafında fırlanmışlar və evdə heç kəsin olmadığına əmin olduqdan sonra evə daxil olaraq, oğurluq etmək qərarına gəlmişlər. Sonradan həmin evin X8 məxsus olduğunu bilmişdir. O, Müzəffərlə hasarı aşaraq evin həyətinə daxil olmuşlar. Bundan sonra o, Müzəffərlə evə yaxınlaşaraq evin qapısını sındıraraq birinci mərtəbəsində olan otağa girmişlər. Həmin otaqda bir ədəd plastik boru yapışdıran ütünün, bir ədəd prefortorun, bir ədəd laqondanın, 1 top elektrik naqilinin və müxtəlif cür elektrik avadanlıqlarının olduğunu görmüşlər. Həmin əşyaları Müzəffərlə bir yerdə evdən tapdıqları kisəyə yığmışlar. Sonra evin hasarına quraşdırılmış su sayğacını da söküb oğurladıqları əşyaları yığdıqları kisəyə qoyub evin həyətində gizlətmişlər. Səhəri gün həmin əşyaları tanımadıqları taksi ilə Bakı şəhəri 3-cü mikrorayon dairəsinə aparıb orada tanımadıqları şəxsə ümumilikdə 230 manata satmışlar. Həmin puldan 10 manat taksiyə vermişlər, qalan 220 manat pulun 110 manatını Emil özünə götürmüş 110 manatını isə ona vermişdir. Bundan sonra 12.02.2020-ci il tarixdə saat 18 radələrində tanışı Müzəffərlə birlikdə Abşeron rayonu, Atyalı qəsəbəsində oğurluq etməyə boş ev axtarmağa başlamışlar. Həmin günü, yəni 12 fevral 2020-ci il tarixdə saat 23 radələrində sonradan adını bildiyi Zərərçəkmiş şəxs2 məxsus evin qarşısına gəlmişlər. Həmin vaxt işıqların yanmadığını görüb evin boş olduğunu müəyyən etmişlər. Bundan sonra həmin evin sol yan tərəfindən həyətin hasarından aşaraq həyətə daxil olmuşlar. Bundan sonra həmin iki mərtəbəli evin giriş qapısının sol tərəfindəki otağın pəncərəsinin dəmir barmaqlığını üzərində olan dəmir parçası ilə sınıdırb pəncərədən evə daxil olmuşlar. Həmin vaxt evin birinci mərtəbəsinin qonaq otağından bir ədəd “LG” markalı televizoru götürüb həytətə çıxarmışlar. Daha sonra həmin evin birinci mərtəbəsindən qapının açıq olmasından istifadə edib qaraja daxil olub oradan bir ədəd “Astra Korea” markalı generatoru götürüb Müzəffərlə birlikdə həyətə çıxarmışlar. Daha sonra həyətdəki hamadan bir ədəd ağ rəngli “Robella” markalı kombi aparatını söküb hətyətə qoymuşlar. Daha sonra Müzəffərlə birlikdə həyətin giriş darvazasını arxadan açaraq növbə ilə ilk olaraq generator və televizoru, daha sonra kombi aparatını təxminən 200-300 metr kənarda, hər dəfə oğurluq etdikləri əşyaları qoyduqları yarım tikiliyə aparmışlar. Səhəri gün, yəni 13 fevral 2020-ci il tarixdə o, Müzəffərlə həmin yarım tikildə görüşmüşlər. Müzəffər kombi aparatını, “Astra Korea” markalı generatoru və “Robella” markalı kombini «Sədərək» ticarət mərkəzinə aparıb satacağını, o, isə “LG” markalı televizoru Nəsimi rayonunda yerləşən 3-cu mikrorayon bazarında satacağını demişdir. Daha sonra Atyalı qəsəbəsinə həmin gün saat 15 radələrində Müzəffərlə görüşüb, sonuncu ona həmin əşyaları ümumilikdə 370 manata satdığını demişdir. O, televizoru 3-cü mikrorayon bazarında tanımadığı şəxsə 120 manata satdığını demişdir. Bundan sonra onlar oğurluq yolu ilə əldə etdikləri gəliri aralarında bölmüşlər. Bundan sonra 27.02.2020-ci il tarixdə saat 23 radələrində tanışı Müzəffərlə birlikdə pulu olmadığı üçün yenidən oğurluq etmək məqsədi ilə Abşeron rayonu Atyalı qəsəbəsində sonradan Zərərçəkmiş şəxs3 məxsus olduğunu bildiyi fərdi evin işıqlarının yanmadığını və həyətin giriş qapısının bir layının qoparaq yerdə olduğunu görüb evdə heç kimin olmadığını fikirləşmişlər. Bundan sonra həmin evin həyətinin giriş qapısından həyətə daxil olmuşlar. Bu vaxt həyətdə daxil olanda üzbə-üz iki mərtəbəli fərdi yaşayış evi sağ tərfdə isə əl damı olmuşdur. Həmin əl damının plastik qapısını açaraq oradan bir ədəd “Zass” markalı kombi aparatını çıxardıb həyətə qoymuşlar. Daha sonra əl damının yanındakı pəncərənin dəmir barmaqlığını üzərindəki dəmir parçası ilə sınıdırıb pəncərədən içəri daxil olmuşlar. İkinci mərtəbəyə çıxıb oradan evi axtarakən ikinci mərtəbənin eyvanından 1 ədəd “Pioneer” markalı maqnitafon və 01 ədəd bıçaq dəstini aşkar edərək götürmüşlər. Daha sonra həmin maqnitafonu, kombi aparatını və elektrik tənzimləyicini götürüb piyada Atyalı qəsəbəsində təxminən 200-300 metr kənarda yerləşən yaşayış olmayan tikiliyə gətirib tikilinin pilləkəninin altından otağa qoyaraq, oradan evinə çxıb getmişlər. Səhəri gün isə Müzəffərlə görüşüb maqnitafonu Hökməli dairəsi deyilən yerdə tanımadığı şəxsə 30 manata satmışlar, bıçaq dəstinin isə sata bilmədikləri üçün xatırlmadıqları yerdə tullamışlar. Bundan sonra 29.02.2020-ci il tarixdə saat 18 radələrində tanışı Müzəffərlə görüşəndə pululları olmadıqları üçün oğurluq etmək qərarına gəlmişlər. Həmin gün, yəni 29 fevral 2020-ci il tarixdə saat 23 radələrində sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 evinin qarşısına gəlmişlər. Həmin vaxt işıqların yanmadığını görüb evin boş olduğunu müəyyən etmişlər. Bundan sonra həmin evin arxa tərəfinə keçib həyətin hasarından aşaraq həyətə daxil olmuşlar. Bundan sonra həmin iki mərtəbəli evin arxasında olan dəmir təkərli hündür arabanı evin arxa tərəfinə söykəyib arabanın üstünə çıxaraq birinci mərtəbəsi ilə ikinci mərtəbənin arasındakı pəncərənin dəmir barmaqlığını üzərində olan dəmir mantirovka ilə aralayıb pəncərəni açıb oradan evə daxil olmuşlar. Evin ikinci mərtəbəsinə çıxıb oradan dəhlizdən 1 ədəd 10 seksiyalı radiatoru söküb çıxarmışlar. Daha sonra ikinci mərtəbədəki yataq otaqlarından hər birindən 1 ədəd olmaqla 2 ədəd 10 seksiyalı radiatoru sökmüş, daha sonra ikinci mərtəbənin dəhlizində sağ tərəfdən birinci otağından döşəmənin üzərindən 1 ədəd “HP” markalı notebooku götürmüşlər. Həmin əşyaları birinci mərtəbə ilə ikinci mərtəbənin arasındakı evə daxil olduqları pəncərənin qarşısına yığmışlar. Daha sonra birinci mərtəbəyə düşüb dəhlizdən 1 ədəd 10 seksiyalı radiatoru söküb götürmüşlər. Qonaq otağına daxil olub oradan 1 ədəd qara rəngli “Samsung” markalı televizoru götürmüşlər. Həmin əşyaları da pəncərənin qarşısına qoymuşlar, bu zaman o, birinci mərtəbədə giriş qapısının yanında çoxlu açar dəsti tapıb götürmüşdür. Bundan sonra pəncərədən həyətə çıxmışdır. Müzəffər isə evdən həmin əşyaları bir-bir ona vermişdir. O, həmin əşyaları həyətə qoyduqdan sonra Müzəffər pəncərədən evi tərk etmişdir. Bundan sonra həyətdən onun götürdüyü açarlarla evin zirzəmsinin daxili kilidini açaraq zirzəmiyə daxil olmuşlar. Zirzəmidən 1 ədəd ağ rəngli üzərində “NeoTerm” yazısı olan kombi aparatını və 1 ədəd ağ rəngli «Baysallar» markalı elektrik tənzimləyicisini götürmüşlər. Daha sonra Müzəffərlə həmin əşyaları ardıcıllıqla həyətin hasarında çölə çıxarmışlar. Daha sonra həmin əşyaları növbə ilə həmin evdən təxminən 200-300 metr kənarda yerləşən yaşayış olmayan və həyətinin hasarı olmayan yarımçıq tikiliyə gətirib yığmışlar. Bundan sonra 01.03.2020-ci il tarixdə saat 03 radələrində tanışı Müzəffərlə birlikdə Atyalı yaşayış massivində sonradan adını bildikləri Zərərçəkmiş şəxs17 məxsus fərdi yaşayış evinin işıqlarının yanmadığını görüb evdə heç kimin olmadığını müəyyən etmişlər. Onlar həmin evdə heç kimin olmadığını fikirləşdikdən sonra hər ikisi hasardan hyətə daxil olmuşlar. Bu vaxt evin arxa tərəfindən yataq otağının plastik pəncərəsini itələyərək açıb oradan evə daxil olmuşlar. Onlar Müzəffərlə qonaq otağında olan 15 seksiyalı rediatoru, evin dəhlizindəki divardan isə 8 seksiyalı radiatoru söküb çıxarmışlar. Daha sonra yataq otağındakı şkafdan iki ədəd cib saatı və uşaq yataq otağından kağız qutunun içərisindən 81 diaqonal ölçüdə “LG” markalı televizoru da götürüb növbə ilə pəncərədən çıxarmışlar. Daha sonra Müzəffərlə birlikdə növbə ilə həmin əyşaları yola tərəf çıxarmışlar. Həmin əşyaları götürüb Atyalı yaşayış massivində yerləşən yaşayış olmayan yuxarıda göstərilən yarımtikiliyə gətirmişlər. Orada həmin əşyalara baxarkən cib saatlarının dəyərsiz olduğunu görüb tullamışlar. Həmin gecə o, televizoru öz yaşadıqları evə gətirib yoxlayarkən televizorun işləmədiyini müəyyən etmişlər. Buna görə də həmin televizoru həmin vaxt Müzəffərlə birlikdə sındıraraq yaxın ətrafdakı zibil qutusuna atmışlar. 01 mart 2020-ci il tarixdə isə Müzəffərlə birlikdə Südabə Ələkəborvanın evindən oğurladlıqları 01 ədəd «Baysallar markalı elektrik tənzmləyicini, hər biri 10 seksiyalı 04 ədəd radiatorları, Zərərçəkmiş şəxs3 evindən oğurladıqları 01 ədəd «ZASS» markalı kombi aparatını və Zərərçəkmiş şəxs17 məxsus evdən oğurladıqları 01 ədəd 8 və 01 ədəd 15 seksiyalı radiatorları, Hökməli dairəsinin yaxınlığında yaşayan Mahmud adlı şəxsə qohumlarına məxsus olduğun deyib ümumilikdə 498 manata satmışlar. Mahmud adlı şəxsə həmin kombi, elektrik tənzimləyicinin və radiatorların oğurluq olmadığını və xalası oğluna məxsus olduğunu deyib satmışdır. Oğurlu yolu ilə əldə edilmiş pulu öz şəxsi ehtiyaclarına xərcləmişlər. Bundan sonra 2020-ci ilin mart ayının ortalarında, tanışı Müzəffərlə birlikdə Abşeron rayonun, Qobu kəndi ərazisində, Bakı-Şamaxı yolunun sağında yerləşən evin sahibsiz olduğunu gördükdə, qərara gəlmişlər ki, həmin evdən oğurluq etsinlər. Sonradan həmin evin X4 məxsus olduğunu bilmişdir. Bu səbəbdən də həmin günü saat 20 radələrində həmin evin dəmir barmaqlıqlarını qıraraq, pəncərədən otağa daxil olmuşlar. Onlar otağa daxil olandan sonra, otaqdan bir neçə top elektrik naqilləri, 2 ədəd drel, 1 ədəd laqonda, 1 ədəd lobzik oğurlamışlar. O, Müzəffərlə həmin əşyaları götürəndən sonra, gəldikləri kimi də pəncərədən çıxmışlar. Həimin oğurladıqları əşyaları, yəni lobziki, drelləri, laqondanı və elektrik naqqillərini tanımadıqları bir nəfər şəxsə 180 manata satmışlar. Həmin əşyaları satdıqları adamı tanımır, lakin həmin şəxs 40-45 yaşlarında orta boylu bir şəxs olubmuş. Oğurluq yolu ilə əldə etdikləri pulları Müzəffərlə bir yerdə siqaret və digər əşyalar alaraq xərcləmişlər. Bundan sonra 01.04.2020-ci il tarixdə saat 01 radələrində tanışı Müzəffərlə birlikdə Atyalı yaşayış massivində sonradan adını bildikləri Zərərçəkmiş şəxs16 məxsus fərdi yaşayış evinin işıqlarının yanmadığını görüb evdə heç kimin olmadığını müəyyən etmişlər. Onlar həmin evdə heç kimin olmadığını fikirləşdikdən sonra hər ikisi həyətə daxil olub evin sol yan tərəfindən qonaq otağının pəncərəsinin dəmir baqmalığını o, yerdən götürdüyü dəmir parçası ilə sındırdıqdan sonra pəncərədən evə daxil olmuşlar. Ətrafa baxarkən qonaq otağından bir ədəd LG 42(6600) markalı 107 diaqonal smart televizoru, 3x4 metr ölçüdə iran xalçasını, yataq otağından termonun üzərindən “LNS” markalı kişi qol saatını, götürüb evin yan tərəfinə çıxarmışlar. Daha sonra evin zirzəmisinə baxarkən qıfılı həmin dəmir parçası ilə sındırıb ora daxil olub “Airfel” markalı 32 kw-luq kombi aparatını, su qızıdırıcının (pitiminutka), 220V gücündə “ComaX WİN6700AN” markalı elektrik generatorunu, “BOSCH” markalı pereparator, “İnterskol” markalı dreli, “İnterskol” markalı laqondanı, “Boqiu Tools” markalı elektrik mişarı, “Candan” markalı plastik boru ütüsünü, 5 litrə çaxır və 1 ədəd 1 litrlik “Xan Kristal” arağını oğurlayaraq həyətə çıxarıb oradan növbə ilə həmin ərazidəki yaşayış olmayan tikiliyə gətirmişlər. Orada çaxırı Müzəffərlə birlikdə içmişlər. Daha sonra “Xan Kristal” arağı o, özü ilə götürmüşdür. Həmin gün, yəni 01 aprel 2020-ci il tarixdə Zərərçəkmiş şəxs16 evindən oğurladıqları “LG” markalı televizorun və “LNS” markallı kişi qol saatının işləmədiyi üçün birlikdə sındıraraq yarım tiklinin yaxınlığında yol kənarına atmışlar. Həmin evdən oğurladıqları “ComaX WİN6700AN” markalı elektrik generatorunu, “BOSCH” markalı preforatoru, “İnterskol” markalı dreli, “İnterskol” markalı laqondanı, “Boqiu Tools” markalı elektrik mişarını və “Candan” markalı plastik boru ütüsünü tanımadığı taksiyə yükləyib Bakı şəhəri, Nəsimi rayonu 3-cu mikrorayon bazarı deyilən yerə gəlmişlər. Orada həmin əyşaları ümumilikdə 200 manata satmışlar. Həmin pulu öz aralarında bölmüşlər. Su qızıdırıcını (pyatiminutkanı) isə o, sökərək içərisindəki 2 kq misi yaşadıqları ərazidə səyyari olaraq gəzib metal alan tanımadıqları şəxsə 15 manata satmışlar. “Airfel” markalı kombi aparatını isə 05 aprel 2020-ci il tarixdə onun tanışı Ramilə özlərinə məxsus olduğunu deyib 200 manata satmışlar. X19 evindən oğurladıqları əşyaların satışından əldə etdikləri pulu şəxsi ehtiyaclarına xərcləmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, ilk dəfə 19.11.2019-cu il tarixdə saat təxminən 02 radələrində tanışı Təqsirləndirilən şəxs1 oğlu ilə birlikdə Abşeron rayonu, Hökməli qəsəbəsində olan zaman, evlərdən birinin işıqlarının yanmadığını və evdə heç kimin olmadığını bildikləri üçün, həmin evdən oğurluq etmək qərarına gəlmişlər. Sonradan həmin evin X11 məxsus olduğunu bilmişdir. Emil ilə birlikdə evin həyətinə daxil olduqdan sonra evin ön hissəsində plastik pəncərəni itələyib açaraq evə daxil olmuşlar. Evin yerləşdiyi ərazidə heç kimin gəlib getmədiyi üçün hər ikisi evə daxil olmuşlar. Evə daxil olduqdan sonra dəhlizdə bir sıra yeni məişət əşyalarının olduğunu görmüşlər. Həmin əşyalrın hamısı tam olaraq xatırlamasa da onlardan unitazı, əl üz yumaq üçün çanağı, su qızdırıcısını, dağıdıcını, laqondandı və dreli xatırlayır. Bundan sonra onlar həmin əşyarlı götürüb gəldikləri yolla pəncərədən çıxıb ara küçələrlə evlərinə getmişlər. Oğurladıqları əşyaları Emil öz həyətində saxlamışdır. Həmin günün səhəri Emil dreli, laqondanı və dağıdıcını aparıb «Mexkalon» adlanan ərazidə olan metal qəbulu məntəqəsinə ucuz qiymətə satmışdır. Bundan sonra yerdə qalan məişət əşyalarını Sabunçu bazarı adlanan əraziyə apararaq tanımadıqları şəxslərə satmışlar. Oğurluq yolu ilə əldə etdikləri pulları isə öz şəxsi ehtiyacları üçün xərcləmişlər. Bundan sonra 22.11.2019-cu il tarixdə saat 17 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Abşeron rayonu, Hökməli qəsəbəsində olan zaman, evlərdən birinin işıqlarının yanmadığını və evdə heç kimin olmadığını bildikləri üçün həmin evdən oğurluq etmək qırarına gəlmişlər. Sonradan həmin evin Zərərçəkmiş şəxs12 məxsus olduğunu bilmişdir. Emil ilə birlikdə hasardan tullanaraq, evin həyətinə daxil olduqdan sonra hasarla üzbə-üz pilləkənin yanında kiçik nəfəsliyin olduğunu görmüşlər. Bundan sonra Emillə birlikdə nəfəsliyin dəmir barmaqlığını qırmaq üçün dəmir barmaqlıqdan tutub dartaraq bir hissəsini yerindən çıxarmışlar. Bundan sonra hər ikisi həmin nəfəslikdən içəri daxil olmuşlar. O, zirzəmidə olan laqondanı və elektrik açarlarını götürdükdən sonra Emillə birlikdə zirzəmidən birinci mərtəbənin döşəməsinin taxtasını çıxararaq evin birinci mərtəbəsinə daxil olaraq, orada olan elektrik naqillərini qoparmışlar. Bundan sonra hər ikisi zirzəmiyə oradan da nəfəslik yolu ilə çölə çıxaraq getmişlər. Daha sonra o, yaşadığı evin həyətində naqilləri yandırıb «Mexkalon» ərazisində satmışdır. Təxminən 100-150 manat civarında satdıqları əşyalardan gəlir əldə etmişlər və bunu da öz şəxsi ehtiyaclarına xərcləmişlər. Bundan sonra 25.11.2020-ci il tarixdə saat 20 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi, yeni məhəllədə Emillə birlikdə oğurluq etmək üçün ev axtrırmışlar. Evlərdən birinin işığının yanmadığını görüb hasardan həyətə daxil olmuşlar. Sonradan həmin evin Zərərçəkmiş şəxs11 məxsus olduğunu bilmişdir. Evin pəncərəsinin dəmir barmaqlığını özləri ilə gətirdikləri montirovka ilə açdıqdan sonra evə daxil olmuşlar. Evdə təmir işləri getdiyini gördükdən sonra divarda olan elektrik naqillərini kəsməyə başlamışlar. Otaqda olan 01 ədəd “Bosh” markalı dağıdıcını, santexnik avadanlığı və 01 ədəd samovarı götürüb evdən çıxmışlar. Səhəri gün “Bosh” markalı dağıdıcını, santexnik avadanlığı və samovarı Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən 3-cü mikrorayon bazarında tanımadıqları bir nəfər şəsə 80 manata satmışlar. Elektrik naqillərini isə Abşeron rayonu, “Mexkolon” adlanan ünvanda yerləşən metal qəbul məntəqəsinə 20 manata satmışlar. Əldə etdiyikləri 100 manat pulu Emillə aralarında bölüb pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra 30.11.2019-cu il tarixdə dostu Təqsirləndirilən şəxs1lə birlikdə yaşadıqları ərazidə gəzərkən pulları olmadıqları üçün oğurluq etmək qərarına gəlmişlər. Bu məqsədlə Abşeron rayonu, Atyalı və Nübar yaşayış massivlərində piyada gəzərək nəzarətsiz ev axtarırmışlar. 01.12.2019-cu il tarixdə saat 03 radələrində Korğolu küçəsi deyilən yerdə gəzərkən, sonradan adını bildikləri Zərərçəkmiş şəxs15 məxsus fərdi yaşayış evinin işıqlarının yanmadığını görmüşlər. Onlar həmin evdə heç kimin olmadığını fikirləşdikdən sonra hər ikisi hasardan hyətə daxil olmuşlar. Bu vaxt həyətin sol tərəfində 01 ədəd generator olduğunu görmüşlər. Dərhal Emil həmin həyətin giriş darvazasını arxadan bir layını açdıqdan sonra köməkli olaraq həmin generatoru həyətdən yola çıxarmışlar. Emil isə yenidən həyətə daxil olub darvazanı bağlayaraq hasardan yola tərəf aşmışdır. Daha sonra onlar birlikdə həmin generatoru götürüb Atyalı yaşayış massivində yerləşən yaşayış olmayan yarımtikiliyə gətirib qoymuşlar ki, səhəri gün satsınlar. Daha sonra hər ikisi sağollaşıb çıxıb getmişlər. Həmin gün, yəni 01 dekabr 2019-cu il tarixdə saat 11 radələrində Emillə görüşüb tanımadıqları taksi ilə həmin “Anger” markalı generatoru götürüb Nəsimi rayonu 3-cü mikrorayon bazarı deyilən yerə gəlib orada tanımadıqları şəxsə özlərinə məxsus olduğunu deyib 300 manata satmışlar. Həmin pulu isə öz aralarında iki yerə bölüb şəxsi ehtiyacları üçün xərcləmişlər. Bundan sonra 11.12.2019-cu il tarixdə yaşadıqları Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı ərazisində olarkən dostu Emillə oğurluq etməyi planlaşdırb, birlikdə 28 May qəsəbəsi ərazisinə gəlib oğurluq etmək üçün münasib ev axtarırmışlar. 28 May qəsəbəsində Emillə gəzişdikdə işığı yanmayan fərdi ev nəzərlərini cəlb etmişdir. Sonradan həmin evin Zərərçəkmiş şəxs6 məxsus olduğu bilmişdir. Təxminən saat 02:30 radələrində həmin evdə yaşayış olmadığına əmin olduqdan sonra mişar daşı ilə hörülmüş hasardan aşıb həyətə daxil olmuşlar. Evin dəmirdən olan giriş qapısında olan qıfılı özləri ilə götürdükləri dəmir parçası ilə köməkləşib sındıraraq, hər ikiləri evə girmişlər. Evi axtardıqda dəyərli bir əşya tapmadıqları üçün divara vurulmuş bir ədəd «Hofmann» markalı kombi aparatını və bir ədəd elektrik cərəyan tənzimləyicisini açaraq çıxarıb özləri ilə götürmüşlər və evə girdikləri yerdən də çıxıb evi tərk etmişlər. Həyətə çıxıb köməkləşərək kombi aparatını və elektrik cərəyan tənzimləyicisini həyətdən çıxaraq getmişlər. Oradan isə yaşadıqları Hökməli qəsəbəsinə gəlib kombi aparatını və elektrik cərəyan tənzimləyicisini gizlətmişlər. Səhəri günü tezdən tanımadığı taksi avtomaşını ilə oğurladıqları kombi aparatını «Sədərək» Ticarət Mərkəzinə aparmışlar. Orada oğurladıqları kombi aparatını və elektrik cərəyan tənzimləyicisini dəyərindən ucuz qiymətə, yəni 220 manata tanımadıqları şəxsə satıb pul əldə etmişlər. Həmin pulu Emillə birlikdə öz aralarında bölüb şəxsi tələbatlarına xərcləmişlər. Bundan sonra 20.12.2019-cu il tarixdə yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı ərazisində olarkən dostu Emillə oğurluq etməyi planlaşdırıb, birlikdə Aşağı Güzdək qəsəbəsi ərazisinə gəlib oğurluq etmək üçün münasib ev axtarırmışlar. Aşağı Güzdək qəsəbəsində Emillə gəzişdikdə işığı yanmayan fərdi ev nəzərlərini cəlb etmişdir. Sonradan həmin evin Zərərçəkmiş şəxs5 məxsus olduğunu bilmişdir. Təxminən saat 03 radələrində həmin evdə yaşayış olmadığına əmin olduqdan sonra hasardan aşıb həyətə daxil olmuşlar. Həyətdə birmərtəbəli fərdi ev görmüşlər, evin pəncərələrində dəmir barmaqlıqlar olmuşdur. Emillə köməkləşib dəmir çərçivənin yan hissəsini özləri ilə götürdükləri dəmir parçası ilə sındıraraq, yan tərəfə çəkib plastik pəncərəni sıxıb açaraq hər ikisi evə girmişlər. Evi axtardıqda dəyərli bir əşya tapmadıqları üçün divara vurulmuş bir ədəd «LG» markalı televizoru yerindən çıxarıb özləri ilə götürüb, evə girdikləri yerdən də çıxıb oranı tərk etmişlər. Həyətə çıxıb dəmir darvazanı açmışlar və televizoru köməkləşib götürərək həyətdən çıxaraq getmişlər. Oradan isə yaşadıqları Hökməli qəsəbəsinə gəlib televizoru gizlətmişlər. Səhəri günü tezdən tanımadığı taksi avtomaşını ilə oğurladıqları əşyaları «Sədərək» Ticarət Mərkəzinə aparmışlar. Orada oğurladıqları televizoru dəyərindən ucuz qiymətə, yəni 150 manata tanımadıqları şəxsə satıb pul əldə etmişlər. Həmin pulu Emillə birlikdə öz aralarında bölüb şəxsi tələbatlarına xərcləmişlər. Bundan sonra 21.01.2020-ci il tarixdə xərcləməyə pulu olmadığına görə dostu Emillə görüşdüyü vaxt birlikdə oğurluq edib pul əldə etməyi təklif etmişdir. Emil onunla razılaşdıqdan sonra Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində əvvəllər fəhlə kimi işlədikləri yeni məhəllədəki tikintisi tamamlanmamış evlərdən tikinti materialları və təmir alətləri oğurlayıb satmaq qərarına gəlmişlər. Həmin günü saat 14 radələrində avtobusla Aşağı Güzdək qəsəbəsindəki yeni məhəlləyə gedib, oğurluq etmək üçün münasib ev axtarmağa başalmışlar. Həmin vaxtı kürsülü, bir mərtəbəli ev diqqətlərin cəlb etmişdir. Sonradan həmin evin Zərərçəkmiş şəxs9 məxsus olduğunu bilmişdir. Onlar evin həyətyani sahəsinin taxtadan olan giriş qapısına yaxınlaşmışlar. Evdə heç kimin olmadığına əmin olub, həmin qapını açıb evin içərisinə daxil olmaq üçün yer axtarmağa başlamışlar. Bu zaman evin dəmir giriş qapısının yuxarı hissəsindəki dəmir barmaqlıqların arasından evə daxil olmaq mümkün olduğunu hiss edib oradan içəriyə daxil olub oğurlamaq üçün münasib şeylər axtarmağa başlamışlar. Evin içərisində olan 2 top elektrik naqili, elektrik yuva altlıqları olduğunu görüb həmin elektriq avadanlıqlarını və giriş qapısından sol tərəfdə divara quraşdırılmış elektrik açarlarını sökərək evin içərisindən tapdıqları kisəyə yerləşdirmişlər. Sonra evin otaqlarından birində olan döşəmə taxtalarını da oğurlamaq qərarına gəlib həmin 10 ədəd taxtanı evə daxil olduqları yerdən çölə çıxarmışlar. Bundan sonra kisəyə yığdıqları elektrik avadanlıqlarını da götürüb evə daxil olduqları yerdən çölə çıxmışlar. O, oğurladıqları materialları daşıyaraq yaxınlıqdakı yarımçıq qalmış tikilidə gizlətməyi təklif etmişdir. Emil də onunla razılaşmışdır. Bundan sonra onlar həmin taxtaları və kisədəki elektrik avadanlıqlarını daşıyaraq həmin evdən bir qədər kənarda yerləşən yarımçıq tikilinin arxasına yığmışlar. Sonra kisədəki elektrik avadanlıqlarını satmaq üçün özləri ilə götürüb mərkəzi yola çıxıb, taksi ilə Bakı şəhəri 3-cü mikrorayon bazarına aparmışlar. Bir neçə dəqiqədən sonra həmin malları bazardan elektrik avadanlıqları almağa gəlmiş tanımadıqları müştəriyə öz malı kimi satıb cəmi 140 manat pul əldə etmişdir. Sonra həmin pulu yarı bölmüşlər. Bundan sonra 03.02.2020-cu il tarixdə saat 01 radələrində dostu Təqsirləndirilən şəxs1lə birlikdə yaşadıqları ərazidə gəzərkən pululları olmadıqları üçün oğurluq etmək qərarına gəlmişşlər. Bu məqsədlə Abşeron rayonu, Atyalı yaşayış massivində piyada gəzərək nəzarətsiz ev axtarırmışlar. Atyalı yaşayış massivində sonradan adını bildikləri Zərərçəkmiş şəxs18 məxsus fərdi yaşayış evinin işıqlarının yanmadığını görüb evdə heç kimin olmadığını müəyyən etmişlər. Onlar həmin evdə heç kimin olmadığını fikirləşdikdən sonra hər ikisi hasardan həyətə daxil olmuşlar. Bu vaxt həyətdəki birinci mərtəbənin pəncərəsinin dəmir barmaqlığını sınıdıraraq pəncərədən içəri daxil olmuşlar. Oradan “Ariston” markalı qaz sobası, panasonic markalı maqnitafon və 01 ədəd qapaqlı çuqun sacını götürüb həyətə çıxarmışlar. Daha sonra ikinci mərtəbəyə çıxanda dəhlizin pəncərəsinin dəmir barmaqlığını qırsalar da son anda evə girməkdən imtina etmişlər. Daha sonra qazanxanaya tərəf gəlib plastik qapısını sındıraraq oradan “İmergas” markalı 32 kv gücündə kombi söküb digər əşyalarla birlikdə götürüb evin arxa tərəfindəki hasardan çıxarıb hər dəfə oğurluq etdikləri əşyaları qoyduqları yarımtikiliyə aparmışlar. Həmin vaxt oğurluq yolu ilə əldə etdikləri “Ariston” markalı qaz sobasının ekran hissəsində çat olduğunu görüb işləmədiyini fikirləşdikləri üçün yaxınlıqldakı zibil qutusuna atmışlar. Daha sonra hər ikisi evlərinə getmişlər. Həmin gün yəni, 14 radələrində Emillə həmin yerdə görüşmüşlər. Onlar yoldan keçən tanımadıqları taksi ilə oğurluq yolu ilə əldə etdikləri “İmergas” markalı kombi aparatını, 01 ədəd çuğun sacı və 01 ədəd «Panasonic» markalı maqnitafonu avtomobilin arxa yük yerinə qoymuşlar. İlk olaraq Binəqədi rayonu, Sulu-Təpə qəsəbəsi deyilən yerdə istifadə olunmuş kombi avadanlıqlarının alqı-satqısı və təmiri ilə məşğul olan Cümşüd adlı şəxsin evinin qarşısına gəlmişlər. Orada Cümşüdə həmin kombi aparatını yəni, “İmergas” markalı kombi aparatını təqdim edərək, özülərinə məxsus olduğunu deyib pula ehtiyacları olduğu üçün satdıqlarını demişlər. Cümşüd də həmin kombi aparatının oğurluq olmadığına inandıqdan sonra 400 manata alacağını demişdir. Onlar Cümşüdlə razılaşıb həmin kombi aparatını 400 manata satmışlar. Daha sonra Nəsimi rayonu 3-cü mikrorayon bazarı deyilən yerdə “Panasonic” markalı maqnitafonu 30 manata və 01 ədəd çuqun sacı 10 manata tanımadıqları şəxsə satmışlar. Daha sonra oğurluq yolu ilə əldə etdiyikləri 440 manat pulu iki yerə bölüb şəxsi ehtiyaclarına xərcələmişlər. Bundan sonra, yəni Zərərçəkmiş şəxs18 evindən oğurluq etdikdən sonra 03.02.2020-ci il tarixdə gecə saatlarında Emillə qərarlaşaraq, birlikdə Atyalı yaşayış massivində oğurluq etmək üçün digər yer axtarsınlar. Atyalı yaşayış massivində fərdi həyətin içərisində olan mağazadan oğurluq etməyi planlaşdırıb 03.02.2020-ci il tarixdə gecə saat 02 radələrində Emillə birlikdə oraya gəlmişlər. Həmin ərazidə əvvəllər tanımadıqları adını sonradan bildikləri Zərərçəkmiş şəxs4 evinin qarşısına gəlmişlər. Həyətin mişar daşı ilə hörülmüş hasarında olan plastik pəncərəni özlərində olan vintaçanla açıb içəri girmişlər. Həyətdə mağazanın giriş qapısında olan dəmirdən hazırlanmış çərçivənin qıfılını özləri ilə götürdükləri dəmir parçası ilə köməkləşib sındıraraq, oradan da mağazanın plastik qapısının qıfılını sındırıb içəri girmişlər. Mağazada gündəlik tələbat malları, siqaretlər, şirələr, enerji içkiləri, kofelər, spirtli içkilər olmuş, eyni zamanda mağazanın içərisindən keçdikdə digər otaqda oyun aparatları və televizorlar, onların idarəetmə pultları olduğunu görmüşlər. Bu məqsədlə özləri ilə götürdükləri kisələrə mağazada olan spirtli içkiləri, enerji içkilərini, siqaretləri, kofeləri, müxtəlif çayları yığaraq, həmçinin orada olan xırda pulları da götürmüşlər. Daha sonra oyun otağına keçib oradan iki ədəd televizoru, iki ədəd «PS 3» oyun aparatlarını, onların pultlarını yığıb özləri ilə götürüb, hissə-hissə daşıyaraq mağazanın qarşısında boşluq əraziyə yığmışlar. Bundan sonra həmin əşyaları yığdıqları kisələri özləri ilə götürüb yola çıxmışlar və oradan yaşadıqları əraziyə aparıb gizlətmişlər. Səhəri günü tezdən tanımadıqları taksi avtomaşını ilə oğurladıqları əşyaları «Sədərək» Ticarət Mərkəzinə aparmışlar. Orada oğurladıqları malları dəyərindən ucuz qiymətə hissə-hissə tanımadıqları şəxslərə satıb pul əldə etmişlər. Bundan sonra onlar Emillə birlikdə həmin gün, yəni 03.02.2020-ci il tarixdə təxminən saat 22 radələrində Abşeron rayonu, Qobu qəsəbəsinə gələrək orada olan iki mərtəbəli evin ətrafında fırlanmışlar və evdə heç kəsin olmadığına əmin olduqdan sonra evə daxil olaraq, oğurluq etmək qərarına gəlmişlər. Sonradan həmin evin X8 məxsus olduğunu bilmişdir. O, Emillə hasarı aşaraq evin həyətinə daxil olmuşlar. Bundan sonra o, Emillə evə yaxınlaşaraq evin qapısını sındıraraq birinci mərtəbəsində olan otağa girmişlər. Həmin otaqda bir ədəd plastik boru yapışdıran ütünün, bir ədəd perefartorun, bir ədəd laqondanın, 1 top elektrik naqilinin və müxtəlif cür elektrik avadanlıqlarının olduğunu görmüşlər. Həmin əşyaları Emillə bir yerdə evdən tapdıqları kisəyə yığmışlar. Sonra evin hasarına quraşdırılmış su sayğacını da söküb oğurladıqları əşyaları yığdıqları kisəyə qoyub evin həyətində gizlətmişlər. Səhəri gün həmin əşyaları tanımadıqları taksi ilə Bakı şəhəri 3-cü mikrorayon dairəsinə aparıb orada tanımadıqları şəxsə ümumilikdə 230 manata satmışlar. Həmin puldan 10 manat taksiyə vermişlər, qalan 220 manat pulun 110 manatını Emil özünə götürmüş 110 manatını isə ona vermişdir. Bundan sonra 12.02.2020ci il tarixdə saat 18 radələrində tanışı Emillə görüşüb ona pulunun olmadığını demişdir. Emil də ona pulunun olmadığını deyəndə oğurluq etmək qərarına gəlmişlər. Abşeron rayonu, Atyalı qəsəbəsində boş ev axtarmağa başlamışlar. Həmin günü, yəni 12 fevral 2020-ci il tarixdə saat 23 radələrində sonradan adını bildiyi Zərərçəkmiş şəxs2 məxsus evin qarşısına gəlmişlər. Həmin vaxt işıqların yanmadığını görüb evin boş olduğunu müəyyən etmişlər. Bundan sonra həmin evin sol yan tərəfindən həyətin hasarından aşaraq həyətə daxil olmuşlar. Bundan sonra həmin iki mərtəbəli evin giriş qapısının sol tərəfindəki otağın pəncərəsinin dəmir barmaqlığını üzərində olan dəmir parçası ilə sınıdırb pəncərədən evə daxil olmuşlar. Həmin vaxt evin birinci mərtəbəsinin qonaq otağından bir ədəd “LG” markalı televizoru götürüb həytətə çıxarmışlar. Daha sonra həmin evin birinci mərtəbəsindən qapının açıq olmasından istifadə edib qaraja daxil olub oradan bir ədəd “Astra Korea” markalı generatoru götürüb Emillə birlikdə həyətə çıxarmışlar. Daha sonra həyətdəki hamadan bir ədəd ağ rəngli “Robella” markalı kombi aparatını söküb hətyətə qoymuşlar. Daha sonra Emillə birlikdə həyətin giriş darvazasını arxadan açaraq növbə ilə ilk olaraq generator və televizoru, daha sonra kombi aparatını təxminən 200-300 metr kənarda, hər dəfə oğurluq etdikləri əşyaları qoyduqları yarım tikiliyə aparmışlar. Səhəri gün, yəni 13 fevral 2020-ci il tarixdə o, Emillə həmin yarım tikildə görüşmüşlər. O, kombi aparatını, “Astra Korea” markalı generatoru və “Robella” markalı kombini «Sədərək» ticarət mərkəzinə aparıb satacağını, Emil isə “LG” markalı televizoru Nəsimi rayonunda yerləşən 3-cu mikrorayon bazarında satacağını demişdir. O, yola tərəf gedib oradan tanımadığı taksi ilə yenidən həmin yerə gəlib kombi və generatoru taksinin arxa yük yerinə qoyub «Sədərək» ticarət mərkəzinə aparmışdır. Orada kombi aparatını tanımadığı şəxsə özünə məxsus olduğunu deyib 160 manata satmışdır. “Astra Korea” markalı generatoru isə «Sədərək» ticarət mərkəzində satıcı işləyən tanışı Elvinə özünə məxsus olduğunu deyib 210 manata satmışdır. O, yenidən Atyalı qəsəbəsinə qayıtmış və orada həmin gün saat 15 radələrində Emillə görüşüb həmin əşyaları ümumilikdə 370 manata satdığını demişdir. Emil də televizoru 3-cü mikrorayon bazarında tanımadığı şəxsə 120 manata satdığını demişdir. Bundan sonra onlar oğurluq yolu ilə əldə etdikləri gəliri aralarında bölmüşlər. Bundan sonra 27.02.2020-ci il tarixdə saat 23 radələrində tanışı Emillə birlikdə pulu olmadığı üçün yenidən oğurluq etmək məqsədi ilə Abşeron rayonu Atyalı qəsəbəsində sonradan Zərərçəkmiş şəxs3 məxsus olduğunu bildiyi fərdi evin işıqlarının yanmadığını və həyətin giriş qapısının bir layının qoparaq yerdə olduğunu görüb evdə heç kimin olmadığını fikirləşmişlər. Bundan sonra həmin evin həyətinin giriş qapısından həyətə daxil olmuşlar. Bu vaxt həyətdə daxil olanda üzbə-üz iki mərtəbəli fərdi yaşayış evi sağ tərfdə isə əl damı olmuşdur. Həmin əl damının plastik qapısını açaraq oradan bir ədəd “Zass” markalı kombi aparatını çıxardıb həyətə qoymuşlar. Daha sonra əl damının yanındakı pəncərənin dəmir barmaqlığını üzərindəki dəmir parçası ilə sınıdırıb pəncərədən içəri daxil olmuşlar. İkinci mərtəbəyə çıxıb oradan evi axtarakən ikinci mərtəbənin eyvanından 1 ədəd “Pioneer” markalı maqnitafon və 01 ədəd bıçaq dəstini aşkar edərək götürmüşlər. Daha sonra həmin maqnitafonu, kombi aparatını və elektrik tənzimləyicini götürüb piyada Atyalı qəsəbəsində təxminən 200-300 metr kənarda yerləşən yaşayış olmayan tikiliyə gətirib tikilinin pilləkəninin altından otağa qoyaraq, oradan evinə çxıb getmişlər. Səhəri gün isə Emil ilə görüşüb maqnitafonu Hökməli dairəsi deyilən yerdə tanımadığı şəxsə 30 manata satmışlar, bıçaq dəstinin isə sata bilmədikləri üçün xatırlmadıqları yerdə tullamışlar. Bundan sonra 29.02.2020-ci il tarixdə saat 18 radələrində tanışı Emillə görüşəndə pululları olmadıqları üçün oğurluq etmək qərarına gəlmişlər. Həmin gün, yəni 29 fevral 2020-ci il tarixdə saat 23 radələrində sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 evinin qarşısına gəlmişlər. Həmin vaxt işıqların yanmadığını görüb evin boş olduğunu müəyyən etmişlər. Bundan sonra həmin evin arxa tərəfinə keçib həyətin hasarından aşaraq həyətə daxil olmuşlar. Bundan sonra həmin iki mərtəbəli evin arxasında olan dəmir təkərli hündür arabanı evin arxa tərəfinə söykəyib arabanın üstünə çıxaraq birinci mərtəbəsi ilə ikinci mərtəbənin arasındakı pəncərənin dəmir barmaqlığını üzərində olan dəmir mantirovka ilə aralayıb pəncərəni açıb oradan evə daxil olmuşlar. Evin ikinci mərtəbəsinə çıxıb oradan dəhlizdən 1 ədəd 10 seksiyalı radiatoru söküb çıxarmışlar. Daha sonra ikinci mərtəbədəki yataq otaqlarından hər birindən 1 ədəd olmaqla 2 ədəd 10 seksiyalı radiatoru sökmüş, daha sonra ikinci mərtəbənin dəhlizində sağ tərəfdən birinci otağından döşəmənin üzərindən 1 ədəd “HP” markalı notebooku götürmüşlər. Həmin əşyaları birinci mərtəbə ilə ikinci mərtəbənin arasındakı evə daxil olduqları pəncərənin qarşısına yığmışlar. Daha sonra birinci mərtəbəyə düşüb dəhlizdən 1 ədəd 10 seksiyalı radiatoru söküb götürmüşlər. Qonaq otağına daxil olub oradan 1 ədəd qara rəngli “Samsung” markalı televizoru götürmüşlər. Həmin əşyaları da pəncərənin qarşısına qoymuşlar, bu zaman Emil birinci mərtəbədə giriş qapısının yanında çoxlu açar dəsti tapıb götürmüşdür. Emil bundan sonra pəncərədən həyətə çıxmışdır. O, isə evdən həmin əşyaları bir-bir Emilə vermişdir. Emil həmin əşyaları həyətə qoyduqdan sonra o, pəncərədən evi tərk etmişdir. Bundan sonra həyətdən Emilin götürdüyü açarlarla evin zirzəmsinin daxili kilidini açaraq zirzəmiyə daxil olmuşlar. Zirzəmidən 1 ədəd ağ rəngli üzərində “NeoTerm” yazısı olan kombi aparatını və 1 ədəd ağ rəngli «Baysallar» markalı elektrik tənzimləyicisini götürmüşlər. Daha sonra Emil ilə həmin əşyaları ardıcıllıqla həyətin hasarında çölə çıxarmışlar. Daha sonra həmin əşyaları növbə ilə həmin evdən təxminən 200-300 metr kənarda yerləşən yaşayış olmayan və həyətinin hasarı olmayan yarımçıq tikiliyə gətirib yığmışlar. Bundan sonra 01.03.2020-ci il tarixdə saat 03 radələrində Atyalı yaşayış massivində sonradan adını bildikləri Zərərçəkmiş şəxs17 məxsus fərdi yaşayış evinin işıqlarının yanmadığını görüb evdə heç kimin olmadığını müəyyən etmişlər. Onlar həmin evdə heç kimin olmadığını fikirləşdikdən sonra hər ikisi hasardan hyətə daxil olmuşlar. Bu vaxt evin arxa tərəfindən yataq otağının plastik pəncərəsini itələyərək açıb oradan evə daxil olmuşlar. Onlar Emillə qonaq otağında olan 15 seksiyalı rediatoru, evin dəhlizindəki divardan isə 8 seksiyalı radiatoru söküb çıxarmışlar. Daha sonra yataq otağındakı şkafdan iki ədəd cib saatı və uşaq yataq otağından kağız qutunun içərisindən 81 diaqonal ölçüdə “LG” markalı televizoru da götürüb növbə ilə pəncərədən çıxarmışlar. Daha sonra Emillə birlikdə növbə ilə həmin əyşaları yola tərəf çıxarmışlar. Həmin əşyaları götürüb Atyalı yaşayış massivində yerləşən yaşayış olmayan yuxarıda göstərilən yarımtikiliyə gətirmişlər. Orada həmin əşyalara baxarkən cib saatlarının dəyərsiz olduğunu görüb tullamışlar. Həmin gecə o, televizoru öz yaşadıqları evə gətirib yoxlayarkən televizorun işləmədiyini müəyyən etmişlər. Buna görə də həmin televizoru həmin vaxt Emillə birlikdə sındıraraq yaxın ətrafdakı zibil qutusuna atmışlar. 01 mart 2020-ci il tarixdə isə Emillə birlikdə Südabə Ələkəborvanın evindən oğurladlıqları 01 ədəd «Baysallar markalı elektrik tənzmləyicini, hər biri 10 seksiyalı 04 ədəd radiatorları, Zərərçəkmiş şəxs3 evindən oğurladıqları 01 ədəd «ZASS» markalı kombi aparatını və Zərərçəkmiş şəxs17 məxsus evdən oğurladıqları 01 ədəd 8 və 01 ədəd 15 seksiyalı radiatorları, Hökməli dairəsinin yaxınlığında yaşayan Mahmud adlı şəxsə qohumlarına məxsus olduğun deyib ümumilikdə 498 manata satmışdır. Mahmud adlı şəxsə həmin kombi, elektrik tənzimləyicinin və radiatorların oğurluq olmadığını və xalası oğluna məxsus olduğunu deyib satmışdır. Oğurlu yolu ilə əldə edilmiş pulu öz şəxsi ehtiyaclarına xərcləmişlər. Bundan sonra 2020-ci ilin mart ayının ortalarında, tanışı Təqsirləndirilən şəxs1lə birlikdə Abşeron rayonun, Qobu kəndi ərazisində, Bakı-Şamaxı yolunun sağında yerləşən evin sahibsiz olduğunu gördükdə, qərara gəlmişlər ki, həmin evdən oğurluq etsinlər. Sonradan həmin evin X4 məxsus olduğunu bilmişdir. Bu səbəbdən də həmin günü saat 20 radələrində həmin evin dəmir barmaqlıqlarını qıraraq, pəncərədən otağa daxil olmuşlar. Onlar otağa daxil olandan sonra, otaqdan bir neçə top elektrik naqilləri, 2 ədəd drel, 1 ədəd laqonda, 1 ədəd lobzik oğurlamışlar. O, Emillə həmin əşyaları götürəndən sonra, gəldikləri kimi də pəncərədən çıxmışlar. Həimin oğurladıqları əşyaları, yəni lobziki, drelləri, laqondanı və elektrik naqqillərini tanımadıqları bir nəfər şəxsə 180 manata satmışlar. Həmin əşyaları satdıqları adamı tanımır, lakin həmin şəxs 40-45 yaşlarında orta boylu bir şəxs olubmuş. Oğurluq yolu ilə əldə etdikləri pulları Emillə bir yerdə siqaret və digər əşyalar alaraq xərcləmişlər. Bundan sonra 01.04.2020-ci il tarixdə saat 01 radələrində Emillə birlikdə Atyalı yaşayış massivində sonradan adını bildikləri Zərərçəkmiş şəxs16 məxsus fərdi yaşayış evinin işıqlarının yanmadığını görüb evdə heç kimin olmadığını müəyyən etmişlər. Onlar həmin evdə heç kimin olmadığını fikirləşdikdən sonra hər ikisi həyətə daxil olub evin sol yan tərəfindən qonaq otağının pəncərəsinin dəmir baqmalığını Emil yerdən götürdüyü dəmir parçası ilə sındırdıqdan sonra pəncərədən evə daxil olmuşlar. Ətrafa baxarkən qonaq otağından bir ədəd LG 42(6600) markalı 107 diaqonal smart televizoru, 3x4 metr ölçüdə iran xalçasını, yataq otağından termonun üzərindən “LNS” markalı kişi qol saatını, götürüb evin yan tərəfinə çıxarmışlar. Daha sonra evin zirzəmisinə baxarkən qıfılı həmin dəmir parçası ilə sındırıb ora daxil olub “Airfel” markalı 32 kw-luq kombi aparatını, su qızıdırıcının (pitiminutka), 220V gücündə “ComaX WİN6700AN” markalı elektrik generatorunu, “BOSCH” markalı pereparator, “İnterskol” markalı dreli, “İnterskol” markalı laqondanı, “Boqiu Tools” markalı elektrik mişarı, “Candan” markalı plastik boru ütüsünü, 5 litrə çaxır və 1 ədəd 1 litrlik “Xan Kristal” arağının oğurlayaraq həyətə çıxarıb oradan növbə ilə həmin ərazidəki yaşayış olmayan tikiliyə gətirmişlər. Orada çaxırı Emil ilə birlikdə içmişlər. Daha sonra “Xan Kristal” arağı Emil özü ilə götürmüşdür. Həmin gün, yəni 01 aprel 2020-ci il tarixdə Zərərçəkmiş şəxs16 evindən oğurladığımız “LG” markalı televizorun və “LNS” markallı kişi qol saatının işləmədiyi üçün birlikdə sındıraraq yarım tiklinin yaxınlığında yol kənarına atmışlar. Həmin evdən oğurladıqları “ComaX WİN6700AN” markalı elektrik generatorunu, “BOSCH” markalı preforatoru, “İnterskol” markalı dreli, “İnterskol” markalı laqondanı, “Boqiu Tools” markalı elektrik mişarını və “Candan” markalı plastik boru ütüsünü tanımadığı taksiyə yükləyib Bakı şəhəri, Nəsimi rayonu 3-cu mikrorayon bazarı deyilən yerə gəlmişlər. Orada həmin əyşaları ümumilikdə 200 manata satmışlar. Həmin pulu öz aralarında bölmüşlər. Su qızıdırıcını (pyatiminutkanı) isə Emil sökərək içərisindəki 2 kq misi yaşadıqları ərazidə səyyari olaraq gəzib metal alan tanımadıqları şəxsə 15 manata satmışlar. “Airfel” markalı kombi aparatını isə 05 aprel 2020-ci il tarixdə Emilin tanışı Ramilə özlərinə məxsus olduğunu deyib 200 manata satmışlar. X19 evindən oğurladıqları əşyaların satışından əldə etdikləri pulu şəxsi ehtiyaclarına xərcləmişlər. Valideynlərinin köməkliyi ilə zərərçəkmiş şəxslərə vurulmuş ziyanın çox hissəsini qaytarmışdır. Sonda ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs18 ifadəsində göstərdi ki, onun Abşeron rayonu, Atyalı qəsəbəsində 10 sot torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin ətrafı mişar daşları ilə hasarlanmış, həyətin giriş qapısı iki laylı dəmir darvazadan ibarətdir. Həyətə daxil olarkən sol tərəfdə üç mərtəbəli fərdi yaşayış evi vardır. Evinin birinci mərtəbəsi zirzəmi kimi istifadə olunur. Yaşayış sahəsi ikinci və üçüncü mərtəbədən başlayır. Həmin evin pəncərələrinin dəmir barmaqlıqları vardır. Həyətdə isə əlavə qazanxana vardır. O, həmin evdə havalar isti keçəndə gəlib yaşayırmış. Digər vaxtlarda isə evinə nəzarət etmək üçün gəlib gedirmiş. 02.02.2020-ci il tarixdə evinə nəzarət etmək üçün gələrkən evdə hər şey qaydasında olmuşdur. Sonuncu dəfə 18.02.2020-ci il tarixdə evinə gəlib həyətə daxil olanda həyətdəki birinci mərtəbənin pəncərəsinin dəmir barmaqlığının sınıdrıldığını və pəncərənin açıq olduğunu görmüşdür. O, zirzəmiyə daxil olarkən oradan üç il əvvəl aldığı 1 ədəd 300 manat dəyərində “Ariston” markalı qaz sobasının, 5 il əvvəl 150 manata aldığı “Panasonic” markalı maqnitafonun və 2 il əvvəl 50 manata aldığı 1 ədəd qapaqlı çuqun sacın olmadığını aşkar etmişdir. Daha sonra ikinci mərtəbəyə çıxanda dəhlizin pəncərəsinin sınıdrıldığını və dəmir barmaqlığının qırıldığını görmüşdür. Evə daxil olub baxarkən evin içərisindən heç bir şey oğurlanmadığını müəyyən etmişdir. Daha sonra qazanxanaya baxarkən qapının sınıdırıldığını və oradan 1000 manat dəyərində “İmergas” markalı 32 kv gücündə kombinin oğurlandığını aşkar etmişdir. Daha sonra DİN-nin 102 xidmətinə zəng edərək, oğurluq barədə məlumat vermişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 1500 manat məbləğində maddi ziyan dəymişdir. Sonda o, Təqsirləndirilən şəxs2 yox, Təqsirləndirilən şəxs1 şikayətçi olduğunu bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərdi ki, 2012-ci il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsi, yeni məhəllədə 0.03 ha torpaq sahəsi almışdır. 2014-cü ildən həmin torpaq sahəsində özü üçün iki mərtəbəli fərdi yaşayış evi tikməyə başlamış və torpaq sahəsini mişar daşı ilə hasara alıb dəmir qapı qoydurmuşdur. Evin 1-ci mərtəbəsini tikib plastik pəncərələrini və dəmir qapı qoydurmuşdur. Hazırda evin daxilini təmir etdirirdi və bunun üçün təxminən 1 ildir hissə-hissə evə tikinti avadanlığı alıb yığmışdır. 20.11.2019-cu il tarixdə günorta saatlarında Abşeron rayonu, Hökməli qəsəbəsi, yeni məhəllədə yerləşən evinə gəlib baş çəkmiş və həmin vaxtı evdə hər şey öz qaydasında olmuşdur. 28.11.2019-cu il tarixdə günorta saatlarında Hökməli qəsəbəsi, yeni məhəllədə yerləşən tikdirdiyi evə gəlib baş çəkmiş və həmin vaxtı evin 1-ci mərtəbəsinin pəncərəsinin dəmir barmaqlığının qırıldığını görmüşdür. Qapını açıb evə daxil olduqda evdə otaqda olan 1 ədəd 100 manat dəyərində preforatorun, 01 ədəd 80 manat dəyərində samovarın, 01 ədəd 60 manat dəyərində 60 metr uzunluğunda 6-lıq elektrik naqilinin və 150 manat dəyərində santexnik avadanlıqlarının oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 390 manat məbləğində maddi ziyan dəymişdir. Sonda o, Təqsirləndirilən şəxs2 şikayətçi olmamağına və ona dəymiş ziyanın ödənildiyinə dair ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, onun Abşeron rayonu Hökməli qəsəbəsində özünə məxsus fərdi yaşayış evi vardır və o, həmin ünvana mütəmadi olaraq gedib baş çəkirmiş. Növbəti dəfə 16.01.2020-ci il tarixdə gedib evinə baş çəkənən zaman, hər şey öz qaydasında olmuşdur. Sonuncu dəfə, yəni 18.01.2020-ci il tarixdə həmin ünvana gedib baş çəkən zaman evin giriş qapısının yerində olmadığını görmüşdür. Bundan sonra o,dərhal Abşeron RPİ-nin Qobu PB-nə ərizə ilə müraciət etmişdir. Hadisə yerinə polis əməkdaşları gəlmiş və evinə baxış keçirilən zaman evindən 1 il öncə 300 manat aldığı dəmir qapının oğurlandığını aşkar etimişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 300 manat məbləğində maddi ziyan dəymişdir. Sonda o, təqsirləndiirlən şəxslərdən şikayətçi olmadığını bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, Abşeron rayonu, Qobu qəsəbəsində özünə iki mərtəbəli fərdi yaşayış evi tikdirmişdir. Sonuncu dəfə həmin evə 2019-cu ilin dekabr ayında gəlib baxmışdır. 16.02.2020-ci il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən fərdi evinə gələn zaman evin həyətində olan su sayğacının yerində olmadığını görüb evə daxil olduqda evin qonaq otağına yığdığı hər birinin qiyməti 4 manat olan ümumi 100 manat dəyərində 25 ədəd elektrik açarının, hər birinin qiyməti 4 manat olan ümumi 200 manat dəyərində 50 ədəd elektrik yuvasının, hər birinin qiyməti 7 manat olan ümumi 140 manat dəyərində 20 ədəd əelektrik avtomat açarlarının, hər birinin qiyməti 1.5 manat olan ümumi 150 manat dəyərində 100 ədəd elektrik yuvasının, bir ədəd 37 manat dəyərində eleltrik şitinin, hər birinin qiyməti 180 manat olan ümumi 360 manat dəyərində iki ədəd su sayğaclarının, bir ədəd 95 manat dəyərində olan plastik boru yapışdıran ütünün, bir ədəd 175 manat dəyərində olan prefortorun, bir ədəd 130 manat dəyərində olan laqondanın, ümumi hər birinin metrəsi 1.5 manat olan 6 mm diametr ölçüdə olan ümumi metr uzunluğunda ümumi 150 manat dəyərində olan elektrik naqilinin oğurlanmasını aşkar edib DİN-nin “102” xidmətinə zəng edərək evindən oğurluq olması barədə məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 1537 manat məbləğində maddi ziyan dəymişdir. Sonda o, təqsirləndirilən şəxslərdən şikayətçi olmamasına və ona dəymiş ziyanın ödənilməsinə dair ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Bakı şəhəri, Rəsulzadə qəs, Musabəyov küç ev 6, mən 18-də qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Onun Abşeron rayonu, Atyalı qəsəbəsində 5 sot torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin ətrafı mişar daşları ilə hasarlanmış, həyətin giriş qapısı iki laylı dəmir darvazadan ibarətdir. Həyətə daxil olarkən üzbəüz iki mərtəbəli fərdi yaşayış evi vardır. Həmin evinin pəncərələrinin dəmir barmaqlıqları vardır. Həyətdə əlavə olaraq hamam və tualet vardır. Həmin evdə o, havalar isti keçəndə gəlib yaşayırdı. Digər vaxtlarda isə evinə nəzarət etmək üçün gəlib-gedirdi. 08.02.2020-ci il tarixdə mən evinə nəzarət etmək üçün gələrkən evdə hər şey öz qaydasında olmuşdur. Sonuncu dəfə 22.02.2020-ci il tarixdə evinə nəzarət etmək üçün gələrkən həyətə daxil olanda həyətdəki hamamın plastik qapısının açıq olduğunu görüb hamama daxil olanda orada olan ağ rəngli təxminən 3 il əvvəl 800 manata aldığı “Robella” markalı 32 kv gücündə kombi aparatının naməlum şəxs(lər) tərəfindən oğurlandığını aşakar etmişdir. Daha sonra hamam ilə paralel evinin birinci mərtəbəsinin mətbəxtinin pəncərəsinin dəmir barmaqlığının sındırıldığını və pəncərənin açıq olduğunu görmüşdür. Evə daxil olarkən birinci mərətəbədəki qonaq otağından 2 il əvvəl 500 manat aldığı 82 diaqonal qara rəngli “LG” markalı televizorun da oğurlandığını aşkar etmişdir. Daha sonra birinci mərtəbə ilə paralel qaraja baxarkən oradan da 3 il əvvəl 450 manata aldığı “Astra” markalı 3.5 kv gücündə generatorun da naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Evinə baxış zamanı baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1750 manat dəyərində maddi ziyan dəymişdir. Həmçinin mətbəxin pəncərəsinin dəmir barmaqlığının sındırılması və evin giriş qapısının zədələnməsi nəticəsində ona 50 manat məbləğində maddi ziyan dəymişdir. Sonda o, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs2 şikayətçi olmadığını, lakin Təqsirləndirilən şəxs1 şikayətçi olduğunu bildirdi. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Abşeron rayonu, Qobu qəsəbəsi, 20 yanvar küçəsində ailəsi ilə birlikdə yaşamaq üçün fərdi həyət evi tikdirmişdir. 18.11.2019cu il tarixdə evdə təmir işləri yekunlaşdığı üçün artıq evə köçməyə hazırlaşırmışlar. 18.11.2019-ci il tarixdə evdə təmir işləri yekunlaşdığı üçün son olaraq bəzi zəruri əşyaları alıb evə gətiribmişlər. Həmin əşyaları evin dəhlizinə yığmışlar ki, 19.11.2019-cu il tarixdə evə köçdükdən sonra həmin əşyaları hissə-hissə yerlərinə qoysunlar. 19.11.2019-cu il tarixdə onlar evə gələn zaman, evin pəncərəsini açıq vəziyyətdə olduğunu və evin dəhlizində olan 1 ədəd 180 manat dəyərində unitazın, 1 ədəd 80 manat dəyərində əl-üz yumaq üçün çanağın, 50 manat dəyərində müxtəlif hamam aksessuarlarının, 1 ədəd 50 manat dəyərində “Dəmirdöküm” markalı qızdırıcınının, 1 ədəd 170 manat dəyərində spirlallı ev qızdırıcısının, 20 manat dəyərində yemək bişirmək üçün sobanın, 25 manat dəyərində markasını bilmədiyi drelin, 1 ədəd 90 manat dəyərində markasını bilmədiyi dağıdıcının və 1 ədəd 45 manat dəyərində markasını bilmədiyi laqondanın naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 710 manat məbləğində maddi ziyan dəymişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 məhkəməyə ərizə ünvanlayaraq təqsirləndirilən şəxslərdən şikayətçi olmadığını və ona dəymiş ziyanın ödənildiyini bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, 2015-ci ildə Abşeron rayonu, Hökməli qəsəbəsi, Nizami küçəsində özünə məxsus fərdi ev inşa etdirmişdir. Həmin evin təmir tam baş çatdırılmadığından orada yaşayış olmamışdır. 2019-cu ilin noyabr ayının əvvəllərində evin elektirk xətlərini özü çəkərkən evinə 4 top elektrik xətti istifadə etmiş, həmin elektrik naqillərinin 2 topu 4-lük, 2 topu 2,5-lik olmuşdur. Eyni zaman evdə qurşdırmaq üçün «Schmeler» markalı elektrik açarları da almışdır. Ümumilikdə həmin elektrik xəttlərinə və elektrik açarlarına 255 manat məbləğində pul vermişdir. 23.11.2019-cu il tarixdə saat təxminən 10 radələrində sözü gedən evinə gəlib baş çəkən zaman, evin zirzəmisinin pəncərəsinə vurulmuş dəmir barmaqlığın sındırıldığını və pəncərənin kilidinin açıldığını aşkar etmişdir. Bundan sonra o, evin giriş qapısını açarla açıb evə daxil olan zaman evin döşəməsinin taxtalarının yerindən çıxarıldığını, evin divarlarına çəkilmiş elektrik xəttlərinin və elektrik açarlarının yerindən çıxarıldığını görmüşdür. Digər otağlara nəzər yetirdikdə, 01 ədəd 150 manat dəyərində laqondanın, 01 ədəd 75 manat dəyərində «Bosch» markalı drelin, 01 ədəd 60 manat dəfərində laqondanın, 01 ədəd 35 manat dəyərində böyük elektrik açarının və hər birinin dəyəri 10 manat olmaqla ümumilikdə 20 manat dəyərində kiçik elektrik açarlarının oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 540 manat məbləğində maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs14 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Abşeron rayonu, Hökməli qəsəbəsində özünə ev inşa etdirmişdir. 26.11.2019-cu il tarixdə ailəsi ilə birlikdə Ucar rayonuna getmişdir. 03.12.2019-cu il tarixdə evinə qayıdan zaman hasara alınmış həyətdə olan işıq generatorunun yerində olmadığını aşkar etmişdir. Həmin işıq generatoru Hökməli qəsəbəsində tez-tez işıqlar söndüyü üçün həmin generatoru 1 il öncə 560 manata almışdır. Generatorun markasını unutmuşdur. Evinə gəldikdə generatorun oğurlandığını aşkar etdiyi üçün bu barədə DİN-nin 102 xidmətinə zəng edərək, məlumat vermiş və daha sonra ərizə ilə Abşeron RPİ-nə müraciət etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 560 manat məbəlğində maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs15 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Cəlilabad rayonu, Ləkin kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Atyalı yaşayış massivi, Koroğlu küçəsində ailə üzvləri ilə birlikdə yaşayıram. 30 noyabr 2019-cu il tarixdə saat 20 radələrində ailə üzvləri ilə birlikdə dayısı oğlunun nişan mərasimi ilə əlaqədar olaraq evin və həyətin qapısını bağlayıb getmişlər. Həmin günü saat 23 radələrində o, ailə üzvləri ilə nişan mərasimindən evinə qayıdıb həyətə daxil olarkən, həyətdə və evdə hər şey qaydasında olmuşdur. 01 dekabr 2019-cu il tarixdə saat 08 radələrində yuxudan oyanıb həyətə çıxarkən, darvazanın açıq olduğunu görüb həyətə baxarkən həyətdə özünə məxsus olan təxminən 1 il əvvəl 1500 manata aldığı “Anger” markalı 380 volt gücündə generatorun olmadığını görüb oğurlandığını başa düşmüşdür. Dərhal DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1500 manat məbləğində maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, 2016-cı ildə Bakı-Şamaxı yolunun Abşeron rayon ərzaisindən keçən hissəsində, yəni Abşeron rayonu, 28 May qəsəbəsində 1,7 sot torpaq sahəsi almış, həmin torpaq sahəsində bir mərtəbəli ev tikdirmişdir. Həmin evdə o, tək qalırdı və 2019-cu ilin mart ayından Bakı şəhərində evdə uşaq baxıcısı işlədiyi üçün həftədə bir gün, əsasən həftənin bazar günü icazəli olduğu üçün evinə gəlirdi. 2019cu ilin avqust ayında evinə 712 manat dəyərində bir ədəd “Hoffmann” markalı kombi aparatı və 42 manat dəyərində «Baykal» markalı cərəyan tənzimləyicisi almış və həmin əşyaları evinə gətirmişdir. 2019-cu ilin noyabr ayında kombi aparatını evinin mətbəxində quraşdırsa da, cərəyan tənzimləyicisini quraşdırmamışdır. Sonuncu dəfə o, evində 07.12.2019-cu il tarixdə olmuşdur. 15.12.2019-cu il tarixdə icazəli olduğu üçün evinə getmişdir. Evinin həyətinin darvazasını açaraq içəri daxil olduqda, evin dəmirdən olan qapısının açıq olduğunu görmüşdür. O, dərhal qapıya yaxınlaşaraq, qapının üzərində olan daxili kilidin sındırıldığını aşkar etmişdir. O, evə daxil olmuş və mətbəxdə quraşdırılmış “Hoffmann” markalı kombi aparatının, “Baykal” markalı cərəyan tənzimləyicisinin oğurlandığını görüb bu barədə Azərbaycan Respublikası DİN-in 102 zəng xidmətinə məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 754 manat məbəlğində maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, ünvan 3 ünvanında 6 sot torpaq sahəsində bir mərtəbəli ev tikdirmişdir. Evi 0tam təmirli olsa da, həmin evdə yaşamır, ara bir evə baxmaq üçün gedirmiş. Sonuncu dəfə qeyd olunan ünvanda 13 dekabr 2019-cu il tarixdə olmuşdur. O, 23 dekabr 2020-ci il tarixdə saat 13 radələrində evə getdikdə həyət darvazasının açıq vəziyyətdə olduğunu görmüşdür. Darvazadan içəri daxil olduqda evin yan pəncərəsinin, yəni mətbəxin pəncərəsinin dəmir barmaqlıqlarının sındırıldığını aşkar etmişdir. Bundan sonra evə daxil olduqda, qonaq otağında divardan asılmış 120 diaqanallı “LG” markalı televizorun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Daha sonra o, Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinə gedərək ərizə ilə müraciət etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 600 manat məbəlğində maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisindəki “kərpic zavod yolu” deyilən yeni məhəllədən ev tikmək üçün torpaq sahəsi alıb orada kürsülü, 2 mərtəbəli, mansartlı fərdi yaşayış evi tikdirmişdir. Evin əsas tikintisi başa çatsa da təmir işləri tamamlanmamışdır. Hazırda evində təmir işləri görülməsə də, vaxtaşırı evinə baş çəkməyə getmişdir. Axırıncı dəfə 03 yanvar 2020-ci il tarixdə evində olduğu vaxtı hər şeyin yerində olduğunu görüb evin qapı və pəncərələrini bağlayıb Bakı şəhərindəki evimə getmişdir. 25 yanvar 2020-ci il tarixdə axşam vaxtı evimə baş çəkməyə getdiyi zaman naməlum şəxsin (şəxslərin) birinci mərtəbəsində divara quraşdırılmış hər biri 70 manat dəyərində olan 2 ədəd elektrik açarının naqillərinin, otaqdakı 100 manat dəyərində olan 4 metr uzunluqda 10 ədəd döşəmə taxtasının, evin mansartındakı hər biri 80 manat dəyərində olan 2 bağlama elektrik naqilinin və 20 manat dəyərində olan 20 ədəd elektrik yuvası altlığının yerində olmadığını görüb oğurlandığını yəqin edib, həmin materialların evdən necə çıxarıldığını yoxlamağa başlamışdır. Həmin vaxtı evin pəncərələrinin və qapısının bağlı olduğunu görüb, oğurluq edən şəxsin (şəxslərin) həmin materialları evin dəmirdən olan giriş qapısının üst hissəsindəki dəmir barmaqlığın geniş yerindən keçirərək oğurladığını müəyyən edib mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 420 manat məbləğində maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, evinin qarşı tərəfində 35 kvadrat metr sahəsi olan mağazası və həmin mağazaya bitişik oyun salonu vardır. 02 fevral 2020-ci il tarixdə saat 22 radələrində, o, dükanı bağlıyıb evinə getmişdir. Səhəri gün, yəni 03 fevral 2020-ci il tarixdə saat 08 radələrində dükana gəlib açmaq istədikdə, dükanın asma qıfılının sındırıldığını görmüşdür. O, dükana daxil olduqda oyun zalından bir ədəd 400 manat dəyərində «Şivaki» markalı və 300 manat dəyərində «Beko» markalı televizorların, hər birinin dəyəri 40 manat olan ümumi 200 manat dəyərində 5 ədəd oyun aparatlarının idarəetmə pultlarının, hər birinin dəyəri 250 manat olan ümumi 500 manat dəyərində «PS3» oyun aparatının, hər birinin dəyəri 8 manat olan ümumi 40 manat dəyərində 0,7 litrlik 05 ədəd «Kiyev» araqlarının, hər birinin dəyəri 6 manat olan ümumi 24 manat dəyərində 0,5 litrlik 04 ədəd «Kiyev» araqlarının, hər birinin dəyəri 9 manat olan ümumi 18 manat dəyərində 2 ədəd 0,7 litrlik «Mamedof» araqlarının, hər birinin dəyəri 7,5 manat olan ümumi 15 manat dəyərində 2 ədəd 0,5 litrlik «Mamedof» araqlarının, hər birinin dəyəri 2,6 manat olan ümumi 13 manat dəyərində 5 ədəd 0,33 litrlik «Bakal» araqlarının, hər birinin dəyəri 8 manat olan ümumi 24 manat dəyərində 0,5 litrlik 03 ədəd «Xan Çinar» araqlarının, hər birinin dəyəri 2 manat olan ümumi 20 manat dəyərində 0,5 litrlik 10 ədəd «Baltika 7» pivələrinin, hər birinin dəyəri 2,2 manat olan ümumi 17,6 manat dəyərində 0,5 litrlik 08 ədəd «Baltika 9» pivələrinin, hər birinin dəyəri 1,7 manat olan ümumi 8,5 manat dəyərində 0,5 litrlik 05 ədəd «Xırdalan» pivələrinin, hər birinin dəyəri 0,8 manat olan ümumi 5,6 manat dəyərində 0,33 litrlik 7 ədəd «Hell» enerji içkilərinin, hər birinin dəyəri 0,8 manat olan ümumi 8 manat dəyərində 10 ədəd 0,33 litrlik «Bizon» enerji içkilərinin, hər birinin dəyəri 1,2 manat olan ümumi 6 manat dəyərində 5 ədəd 0,5 litrlik «Bizon» enerji içkilərinin, hər birinin dəyəri 2 manat olan ümumi 40 manat dəyərində 20 ədəd «Vinçester», hər birinin dəyəri 1,8 manat olan ümumi 54 manat dəyərində 30 ədəd «Magna», hər birinin dəyəri 1,4 manat olan ümumi 14 manat dəyərində 10 ədəd «Prima», hər birinin dəyəri 1,5 manat olan ümumi 15 manat dəyərində 10 ədəd «Arqo» siqaretlərin, hər birinin dəyəri 2,2 manat olan ümumi 22 manat dəyərində 100 ədəd 10 qramlıq «Beta», bir ədəd 5,4 manat dəyərində 250 qramlıq «Beta», hər birinin dəyəri 2,2 manat olan ümumi 4,4 manat dəyərində 2 ədəd 100 qramlıq «Çempion», hər birinin dəyəri 1,9 manat olan ümumi 3,8 manat dəyərində 2 ədəd 100 qramlıq «Tess» çaylarının, hər birinin dəyəri 0,3 manat olan ümumi 30 manat dəyərində 100 ədəd «MC-cofe» kofesinin, ümumi 4 manat dəyərində xırda qəpik pullar oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1792,3 manat məbləğində maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, onun Abşeron rayonu, Atyalı yaşayış massivində 1.5 sot torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin ətrafı mişar daşları ilə hasarlanmış, həyətin giriş qapısı iki laylı dəmir darvazadan ibarətdir. Həyətə daxil olarkən üzbə-üz iki mərtəbəli fərdi yaşayış evi həmin evinin birinci mərtəbəsinin pəncərələrinin dəmir barmaqlıqları vardır. Lakin evinin ikinci mərtəbəsinin pəncərələrinin dəmir barmaqlıqları yoxdur. Həmin ev özünə məxsus olsa da, orada atası və anası yaşayır. 23 fevral 2020-ci il tarixdə valideyinləri onun Bakı şəhərində yaşadığı evə qonaq gəlmişlər. 01 mart 2020-ci il tarixdə o, Abşeron rayonu, Atyalı yaşayış massivində evinə nəzarət etmək üçün gedərkən, həyətin giriş darvazasının bir layının qırılıb yerdə olduğunu görüb həyətə daxil olmuşdur. Bu vaxt evin birinci mərtəbəsindəki mətbəxin pəncərəsinin açıq olduğunu və dəmir barmaqlığın yerdə olduğunu görüb tez evə daxil olarkən naməlum şəxs(lər)-in evinə qanunsuz daxil olub evi axtardıqlarını və ikinci mərtəbənin eyvanından özünə məxsus 1 ədəd 80 manat dəyərində “Pioneer” markalı maqnitafonu oğurladığını aşkar etmişdir. Həmin vaxt otaqdakı paltar dolabından 200 manat dəyərində cehizlik bıçaq naborunun, həyətdəki qazanxanadan 1 ədəd 550 manat dəyərində ağ rəngli “Zass” markalı 24 kv gücündə kombi aparatının da oğurlandığını aşkar etmişdir. Daha sonra DİNnin 102 xidmətinə zəng edərək oğurluq barəsində məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 830 manat məbləğində maddi ziyan dəymişdir. Həmçinin, pəncərənin dəmir barmaqlığının sındırılması nəticəsində ona 200 manat məbləğində maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, onun Abşeron rayonu, Atyalı yaşayış massivində 5 sot torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin ətrafı mişar daşları ilə hasarlanmış, həyətin giriş qapısı iki laylı dəmir darvazadan ibarətdir. Həyətə daxil olarkən sağ tərəfdə iki mərtəbəli fərdi yaşayış evi vardır. Həmin evin hər iki mərtəbəsinin pəncərələrinin dəmir barmaqlıqları vardır. 29.02.2020-ci il tarixdə saat 11 radələrində o, Şəmkir rayonuna oğlu Vüqarın yanına qonaq getmişdir. 05.03.2020-ci il tarixdə fərdi yaşayış evinə qayıdıb gəlmişdir. Evə daxil olanda birinci mərtəbədə dəhlizin 95 manat dəyərində olan 10 seksiyalı raditaorunun olmadığını görüb evdən oğurluq olduğunu başa düşmüşdür. Dərhal evin digər otaqlarına baxarkən birinci mərtəbənin qonaq otağından 6 il əvvəl 600 manata aldıqları “Samsung” markalı 82 diaqonla led televizorun, ikinci mərtəbənin dəhlizindən 95 manat dəyərində 10 seksiyalı radiatorun, ikinci mərtəbədəki iki yataq otağından hər biri 95 manat olmaqla iki ədəd 190 manat dəyərində 10 seksiyalı raditorların, ikinci mərtəbədki yataq otağından 6 il əvvəl 600 manata aldığı “HP” markalı notebook və 1 ədəd 585 əyyarlı 500 manat dəyərində qızıl qadın boyunbağısının, ikinci mərtəbənin digər yataq otağından paltar dolabından kişi kostyumunun cibindən 30 ədəd 100 manatlıq əskinazdan ibarət 3000 manat nağd pulun, 1 ədəd “Tissot” markalı 150 manat dəyərində kişi qol saatının və 200 manat dəyərində 1 ədəd üzük, bir cüt sırğa və bir ədəd boyunbağıdan ibarət qadın gümüş dəstinin, evin zirzəmisindən 1 ədəd 550 manat dəyərində “NeoTerm” markalı ağ rəngli 24 kv gücündə kombi aparatının və 1 ədəd 50 manat dəyərində elektrik tənzimləyicinin oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 6030 manat məbləğində maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs17 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, onun Abşeron rayonu, Atyalı yaşayış massivində 2.2 sot torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin ətrafı mişar daşları ilə hasarlanmış, həyətin giriş qapısı iki laylı dəmir darvazadan ibarətdir. Həyətə daxil olarkən üzbə-üz bir mərtəbli kürsülü fərdi yaşayış evi vardır. Həmin evdə yaşayış üçün şərait olsa da, işi ilə əlaqədar Bakı şəhərində yaşayır. Hər həftə evinə nəzarət etmək üçün gəlib gedirdi. 23.02.2020-ci il tarixdə o, fərdi yaşayış evinə gəlib baxarkən, hər şey öz qaydasında olmuşdur. Həmin vaxtdan sonra 02.03.2020-ci il tarixdə yenidən evinə nəzarət etmək üçün gəlib evə daxil olan zaman qonaq otağında olan 2015-ci ildə hər seksiyasını 10 manata aldığı 15 seksiyalı, evinin dəhlizindəki divardan isə 2015-ci ildə hər seksiyasına 10 manat pul verdiyi 8 seksiyalı radiatorların olmadıqlarını aşkar etmişdir. Daha sonra evinin uşaq üçün nəzərdə tutulmuş yataq otağına baxarkən naməlum şəxsin orada kağız qutudan 2015-ci ildə 250 manata aldığı 81 diaqonal ölçüdə “LG” markalı televizorun, özünə məxsus yataq otağına baxarkən orada şkafın içərisindən hər biri 50 manat olmaqla 100 manat dəyərində qapaqlı cib saatının da oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 580 manat məbləğində maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 elan olunaraq tədqiq olunmuş ifadəsindən görünür ki, Abşeron rayonu, Qobu qəsəbəsində Şamaxı-Bakı yolunun kənarında yeni yaşayış massivində özü üçün fərdi ev tikdirmişdir. Həmin evdə təmir işləri gedirmiş. 21.03.2020-ci il tarixdə həmin fərdi yaşayış evinə gedən zaman, pəncərəyə vurduğu dəmir barmaqlığın qırıldığını, evə daxil olub baxış keçirərkən, evdən 500 manat dəyərində qab-qacağının, hər birinin qiyməti 80 manat olmaqla 8 top elektrik naqillərinin, 1 ədəd 80 manat dəyərində laqonda aparatının, hər biri 50 manat olmaqla iki ədəd drelin, 1 ədəd 200 manat dəyərində olan elektrik əl mişarının, 1 ədəd 100 manat dəyərində lobzikin oğurlandığını aşakr etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 1620 manat məbləğində maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs16 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, onun Abşeron rayonu, Atyalı yaşayış massivi X.Rza küçəsində 10 sot torpaq sahəsi vardır. Həmin tropaq sahəsinin ətrafını 4 mişar daşı hündürlüyündə hasaralamış və orada bir mərtəbəli ev tikdirmişdir. Lakin, maddi cəhətdən imkanı olmadığı üçün həyətin giriş darvazasını qoydura bilməmişdir. Onun evi iki yataq otağı, bir qonaq otağı və mətbəxdən ibarətdir. Evinin otaqlarının pəncərələri plastik olmaqla hər birinin üzərində dəmir barmaqlıqlar olmuşdur. 2020-ci ilin yanvar ayından ailə üzvləri ilə birlikdə Atyalı qəsəbəsində yerləşən evinin qapısını bağlayıb Xırdalan şəhərindəki mənzilə köçmüşdür. Lakin hər dəfə evinə nəzarət etmək üçün gəlib baxırdı. 28 mart 2020-ci il tarixdə o, evinə nəzarət etmək üçün gəlib baxmış, həmin vaxt hər şey öz qaydasında olmuşdur. 05 aprel 2020-ci il tarixdə saat 12 radələrində evinə nəzarət etmək üçün gələrkən fərdi yaşayış evinin sol yan tərəfdən qonaq otağının plastik pəncərəsinin dəmir barmaqlığının naməlum şəxs tərəfindən sındırılmış vəziyyətdə olduğunu və pəncərənin açıq olduğunu görmüşdür. Dərhal evə daxil olaraq ətrafa baxarkən qonaq otağından 2014-cü ildə 690 manata aldığı bir ədəd «LG» 42(6600) markalı 107 diaqonal smart televizorun, təxminən 6 il əvvəl 300 manata aldığı 3x4 metr ölçüdə iran xalçasını, yataq otağından termonun üzərindən təxminən 7 il əvvəl 200 manata aldığı “LNS” markalı kişi qol saatının yerində olmadığını aşkar etmişdir. Daha sonra evin zirzəminsinə baxarkən qıfılın açıq olduğunu görüb ora daxil olanda naməlum şəxslərin zirzəmidən təxminən 10 il əvvəl 800 manata aldığı “Airfel” markalı 32 kw-luq kombi aparatının, təxminən 2 il əvvəl 85 manata aldığı 32 litr tutumlu Çin istehsalı olan su qızıdırıcının (pyatiminutka), təxminən 3 il əvvəl 450 manat aldığı istifadə olunmamış 220V gücündə “ComaX WİN6700AN” markalı elektrik generatorun, təxminən 3 il əvvəl 170 manata aldığı “BOSCH” markalı preforatorun, təxminən 10 il əvvəl 80 manata aldığı “İnterskol” markalı drelin, təxminən 10 il əvvəl 60 manata aldığı “İnterskol” markalı laqondanın, təxminən 6 il əvvəl 50 manata aldığı “Boqiu Tools” markalı elektrik mişarın, təxminən 5 il əvvəl 60 manata aldığı “Candan” markalı plastik boru ütüsünün, hər litrəsi 10 manat olmaqla 5 litrə 50 manat dəyərində gürcü çaxırı və 1 ədəd 15 manat dəyərində 1 litrlik “Xan Kristal” arağının oğurlandığını aşkar etmişdir. Təhqiqat araşdırması dövründə ilkin verdiyi izahatında ona 4490 manat maddi ziyan vurulduğunu bildirsə də, sonradan ona 3010 manat məbləğində maddi ziyanın dəyməsini müəyyən etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, maddi cəhətdən ehtiyacını təmin etmək üçün kombi aparatlarının təmiri ilə məşğul olur. Təxminən 6 il əvvəl tanış olduğu və Nəsimi rayonu 3 mikrorayon bazarında kombilərin alış və satışı ilə məşğul olan Zaur adlı tanışına təxminən istifadə olunmuş kombi lazım olduğunu demişdir. Zaur da əgər ucuz kombi olarsa ona məlumat verəcəyini demişdir. O, 13 aprel 2020-ci il tarixdə özünə məxsus “Tayota Camry” markalı QQ-251-QD dövlət nömrə nişanlı minik avtomobil ilə 3-cü mikrorayon bazarı deyilən yerə gəlmişdir. Orada tanışı Zaurun mağazasının qarşısına gələrkən bir nəfər sonradan adını Ramil olduğunu bildiyi şəxsin “Airfel” markalı 28 kv gücündə olan ağ rəngli kombi aparatının özünə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün satdığının şahidi olmuşdur. O, Ramilə həmin kombini hansı qiymətə satdığını soruşduqda,sonuncu ona qiymət demədiyi üçün o, həmin kombiyə 150 manat pul verə biləcəyimi demişdir. Ramin adlı şəxs onunla razıladşığı üçün o, həmin kombiyə görə 150 manat pul verib kombi aparatını almış, lakin, o, həmin kombi aparatının oğurluq olduğunu bilməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 məhkəməyə ərizə ünvanlayaraq istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzinin təsərrüfat bazarı 2-ci sıra 55 nömrəli mağazada satıcı işləyir. Təqsirləndirilən şəxs2 təxminən 6-7 ay əvvəl onunla eyni bazarda satıcı işləyən şəxs kimi tanımışdır. 13 fevral 2020-ci il tarixdə Müzəffər bazara onun işlədiyi mağazaya gəlib onunla görüşdükdən sonra 01 ədəd 3.5 kv gücündə «Astra Korea» markalı generatoru göstərərək özünə məxsus olduğunu və işlətmədiyi üçün satmaq istədiyni bildirmişdir. O, həmin generatora baxıb yaxşı vəziyyətdə olduğunu görüb hansı qiymətə satmaq istədiyni soruşduqda, Müzəffər ona 250 manata satdığını bildirmişdir. O, Müzəffərə həmin generatora görə 210 manat pul verə biləcəyimi deyən zaman, sonuncu onunla razılaşmışdır. Həmin generatora görə o, müzəffərə 210 manat pul vermişdir. Generatoru Müzəffərdən aldıqdan sonra 2020ci ilin mart ayının ilk 10 günlüyündə o, Şamaxı rayonundan olan bir nəfər tanımadığı qadın müştəriyə həmin generatoru 280 manata satmışdır. Qeyd olunan generatoru Təqsirləndirilən şəxs2 alarkən onun oğurluq yolu ilə əldə edildiyini bilməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid7 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Abşeron rayonu, Mehkalon küçəsi ev 254-də ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadığı evin isttilik sistemi olmadığı üçün fərdi evinə istilik sistemi çəkdirmək qərarına gəlmişdir. Lakin, maddi cəhətdən imkanı olmadığı üçün istifadə olunmuş istilik sistemi almaq istəmişdir. Təqsirləndirilən şəxs2 qardaşı Elnur ilə eyni qəsəbədə yaşayan şəxs kimi ona 2020-ci ilin mart ayının ilk beş günlüyündə “Zass” markalı kombi aparatı və “Baysallar” markalı elektrik tənzimləyici aparatı satarkən tanımışdır. Belə ki, o, qardaşı Elnura istifadə olunmuş kombi aparatı satan olarsa məlumat verməsini demişdir. 2020-ci ilin mart ayının ilk beş günlüyündə Müzəffər ona zəng edərək, onda xalası oğlunun villasında olan kombi apartı balaca olduğu üçün satdığını və daha böyük öçülü kombi aparatı alacağını demişdir. Həmin gün saat 11 radələrində Müzəffər markasını xatırlamadığı taksi avtomobili ilə onun yaşadığı evin qarşısına gəlmişdir. Orada həmin “Zass” markalı kombi aparatını və 01 ədəd “Baysallar” markalı elektrik tənzimləyicisini avtomobilin arxa yük yerindən düşrdüb taksini yola salmışdır. O, həmin kombi aparatına və elektrik tənzimləyicisinə baxaraq kombi aparatına 200 manat, elektrik tənzimləyicisinə isə 15 manat pul verə biləcəyini demişdir. Müzəffər də onunla razılaşmış və o, Müzəffərə oradaca 215 manat pul vermişdir. Daha sonra Müzəffərdən həmin kombi aparatının və elektrik tənzimləyicisinin oğurluq olub olmadığını soruşanda sonuncu ona həmin kombi aparatı və elektrik tənzimləyicisinin xalası oğluna məxsus olduğunu bildirmişdir. Bundan sonra Müzəffər ona 4 ədəd 10 seksiyalı, 1 ədəd 8 seksiyalı və 1 ədəd 15 seksiyalı radiatorların da olduğunu bildirmişdir. O, Müzəffərdən radiatorları hansı qiymətə satdığını soruşduqda, sonuncu ona seksiyasını 4,5 manata satdığını bildirmişdir. Səhəri gün saat 11 radələrində Müzəffər ona yenidən zəng edərək yaşadığı evin qarşısına gəlmişdir. Orada ona ümuilikdə 63 seksiyadan ibarət radiatorları vermişdir. O, həmin raditaorların yaxşı vəziyyətdə olduğunu görüb hər seksiya üçün 4.5 manat olmaqla ümumilikdə 283 manat pul verib almışdır. Maddi cəhətdən imkanı olmadığı üçün həmin kombi və radiatorları evinə qoşdura bilmədiyindən kombi və elektrik tənzimləyicini uşaq yataq otağına, 63 seksiyadan ibarət radiatorları isə öz yataq otağında döşəmənin üstünə qoymuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən əlvan metalların qəbulu dükanında fəhlə işləyir. Təqsirləndirilən şəxs1 əlvan metal qəbulu mənətəqəsinə bir-iki dəfə metal gətirib satan zaman görəndən sonra tanımışdır. Aralarında adi müştəri-alıcı münasibətləri olmuşdur. Təxminən 2019-cu ilin noyabr ayının sonlarında Təqsirləndirilən şəxs1 və yanında olan bir nəfər gənc oğlan məntəqəyə gəlib yanmış elektrik naqili satmaq istədiyini demişlər. Emil həmin naqilin özünə məxsus olduğunu bildirdiyindən, o, Emilin gətirdiyi naqiliə 20 manat pul vermişdir. Bundan sonra təxminən 2020-ci ilin yanvar ayının ortalarında Emil günorta saatlarında əlində 1 ədəd dəmir qapı gətirmiş və ehtiyacı olduğu üçün satmaq istədiyini demişdir. O, Emilin gətirdiyi həmin dəmir qapını 150 manat müqabilində almışdır. Emildən gətirdiyi qapının oğurluq olub-olmadığını soruşduqda, sonuncu həmin qapının özünə məxsus olduğunu demişdir. O, Emilə inadığı üçün həmin qapını sonuncudan almışdır. Emilin satdığı naqili və dəmir qapını Bakı şəhərində yerləşən metal qəbulu zavoduna emala vermişlər. Həmçinin bir gün Emil tək onun işlədiyi metal qəbulu məntəqəsinə gələrək, özü ilə 1 ədəd markasını xatırlamadığı generator gətirdikdə həmin generatoru Emildən haradan əldə etdiyini soruşduqda, Emil ona Saray qəsəbəsində evdə usta kimi işlədiyni və generatoru zəhmət haqqı əvəzinə ona verdiklərini bildirmişdir. O, həmin generatoru ondan 100 manat müqabilində alıb kiməsə satmaq üçün metal qəbul etdiyi yerin giriş qapısının yanına qoymuşdur. Təxminən 2 gün sonra metal qəbulu məntəqəsinə metal gətirən tanımadığı şəxs həmin generatoru gördükdə bəyənmiş və o, həmin şəxsə generatoru 170 manat müqabilində satmışdır. Bundan əlavə də Emil bir neçə dəfə müxtəlif vaxtlarda onun işlədiyi metal qəbulu məntəqəsinə gələrək oraya mis və alüminium naqillər az işlənmiş tikinti avadanlıqları kombi və su qızdırıcısının içərisini satmışdır. Bir gün də Emil onun işlədiyi metal qəbulu məntəqəsinə gələrək, ona 01 ədəd markasını xatırlamadığı laqonda və elektrik naqillərini gətirmiş, o, həmin laqondanı və naqilləri Emildən təxminən 50-60 manata almışdır. Laqonda sınıq vəziyyətdə olduğun üçün əvvəlcə təmir etmək istəsə də, təmirə yararsız olduğunu görüb lom dəmirlərin içinə atmışdır. Emildən qəbul etdiyi dəmirləri də yük maşınına yükləyərək dəmirlərlə birlikdə zavoda aparıb təhvil vermişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X3 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs2 onun həmkəndlisi və uşaqlıq dostudur. Sonuncu ilə münasibətləri yaxşı olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. 02 mart 2020-ci il tarixdə Müzəffər ona zəng edərək əlində istifadə olunmuş və özünə məxsus “Samsung” markalı 82 diaqonal televizorun olduğunu və pula ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmişdir. O, həmin vaxt televizora ehtiyacı olduğu üçün Müzəffərə həmin televizoru almaq istədiyini deyib həmin gün Abşeron rayonu, Atyalı yaşayış massivində Müzəffərlə görüşmüşdür. Müzəffər ona həmin televizoru təqdim edərkən, televizorun oğurluq olub-olmadığını sonuncudan soruşduqda Müzəffər ona «ayıb deyil, mən sənə oğurluq mal satmaram» sözlərini demişdir. Həm də ki, həmin televizorun özünə məxsus olduğunu sadəcə olaraq pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Bunhdan sonra o, Müzəffərə inanıb həmin televizoru ondan 115 manata almışdır. Həmin televizoru gətirib öz evində istifadə etməyə başlamışdır. Daha sonra Müzəffərin tutulduğunu və ona satdığı televizorun da oğurluq olduğunu bildiyi üçün Abşeron RPİ-nə gələrək həmin televizoru istintaqa təqdim etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, maddi cəhətdən ehtiyacını təmin etmək üçün Xırdalan şəhəri ərazisində etibarnamə ilə idarə etdiyi avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs1 təxminən bir il olar ki, Xırdalan şəhərində tanımışdır. Sonuncu ilə münasibətləri yaxşı olmuş, ədavət və düşmənçilik olmamışdır. 05 aprel 2020ci il tarixdə Emil ona zəng edərək, evin birində usta işlədiyini, pulun əvəzində ona kombi verildiyini və həmin kombini satdığını demişdir. O, Emildən həmin kombinin oğurluq yolu ilə əldə edilib-edilmədiyini soruşmuşdur. Emil də ona həmin kombinin özünə məxsus olduğunu bildirmişdir. O, Emildən kombi aparatının hansı qiymətə satdığını soruşanda, sonuncu ona kombi aparatının real qiyməti 300-350 manat civarında olduğunu, lakin ona 200 manat sata biləcəyini bildirmişdir. O, həmin gün taksi ilə Atyalı qəsəbəsinə Emilin evin qarşısına gəlmiş və orada Emil sonradan adını bildiyi Müzəffər ilə həmin “Airfel” markalı kombi aparatını gətirib taksinin arxa yük yerinə qoymuşlar. O, Emil ilə danışdığı kimi 200 manat pulu sayıb Emilə vermişdir. Həmin kombini götürüb yaşadığı mənzilə gətirmişdir. Bundan sonra 13 aprel 2020-ci il tarixdə saat 15 radələrində taksi ilə həmin kombi aparatını götürüb Nəsimi rayonu ərazisində yerləşən 3 mikrorayon bazarında kombi aqlısatqısı mağazasında işləyən «Zaur» adlı şəxsə təqdim etmişdir. Zaur da həmin kombiyə baxıb özü alamayacağını, lakin həmin kombini ala biləcək Telman adlı tanışını göstərərək ala biləcəyini bildirmişdir. O, həmin vaxt orada olan Telman adlı şəxsdən kombini hansı qiymətə ala biləcəyini soruşduqda sonuncu ona həmin kombiyə görə 150 manat pul verə biləcəyini demişdir.O, Telmanla razılaşıb Emildən aldığı kombi aparıtını 150 manat qarşılığında satmışdır. Emildən aldığı kombinin oğurluq yolu ilə əldə olunduğunu bilməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 Həsənli oğlunun elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, maddi cəhətdən ehtiyacını təmin etmək üçün Nəsimi rayonu ərazisində yerləşən 3-cü mikrorayon bazarında “Ayxan” kombi evi adlı mağaza işlədir. Telmanı isə təxminən 6 il olar ki, kombi ustası kimi tanımışdır. Sonuncu ilə münasibətləri yaxşı olmuşdur. Telman ona zəng edərək, özünə istifadə olunmuş kombi aparatı lazım olduğunu və əgər olsa məlumat verməsini xahiş etmişdir. 13 aprel 2020-ci il tarixdə saat 15 radələrində o, işdə olarkən Telman da orada olmuşdur. Həmin vaxt bir nəfər sonradan adını bildiyi Ramil adlı şəxs ona yaxınlaşaraq, kombi satdığını deyən zaman o kombi aparatını istəmədiyni bildirmişdir. Bundan sonra həmin şəxs Telmana yaxınlaşan zaman, Telman Ramil adlı şəxslə razılaşıb həmin kombini 150 manata almışdır. Lakin onlar həmin kombinin oğurluq yolu ilə əldə olunduğunu bilməmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, maddi cəhətdən ehtiyacını təmin etmək üçün istifadə olunmuş kombi aparatlarını alıb təmir edərək baha qiymətə satışı ilə məşğul olur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bir dəfə ona “İmergas” markalı kombi aparatı satan şəxslər kimi tanımışdır. Sonuncularla əvvəllər heç bir münasibəti olmamışdır. 03.02.2020-ci il tarixdə saat 15 radələrində Emil və Müzəffər onun həyətinə gələrək, “İmergas” markalı kombi aparatını təqdim edib özülərinə məxsus olduğunu deyib pula ehtiyacları olduqları üçün satdıqlarını bildirmişlər. O, həmin şəxslərə inanıb kombi aparatını 400 manata almışdır. Daha sonra həmin kombi aparatını yoxlayarkən su axıtdığını görüb, yenidən təmir edib “Tap Az” alqı-satqı saytında satışa qoyub təxminən 2- 3 gün sonra tanımadığı şəxsə 500 manata satmışdır. O, həmin kombi aparatının oğurluq yolu ilə əldə olunduğunu bilməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X9 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Cəbrayıl rayonu, Göyərçin Veysəlli kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Y/M fərdi evdə ailə üzvləri ilə birlikdə yaşayır. Ailəsinin maddi cəhətdən ehtiyacını təmin etmək üçün Xırdalan şəhəri, “Köhnə bazar” deyilən yerdə “EF” telekom mağazasında işləyir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamışdır. Sonuncularla heç bir münasibəti olmamışdır. 03 mart 2020-ci il tarixdə saat təxminən 11 radələrində o, işdə olarkən sonradan adını bildiyi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 mağazaya daxil olub Təqsirləndirilən şəxs1 əlində bir ədəd “HP “ Pavilion G6 markalı notbuku təqdim edərək, özünə məxsus olduğunu deyib pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. O, həmin notbuka baxarkən üzərindəki rəngin solduğunu görüb çox işləndiyi üçün həmin notbuka 95 manat pul verə biləcəyini demişdir. Emil də onunla razılaşdığı üçün o, 95 manat pul verib həmin notbuku almışdır. Lakin, o, həmin notbukun oğurluq yolu ilə əldə edildiyini bilməmiş, çünki Təqsirləndirilən şəxs1 ona həmin notbuku satarkən özünə məxsus olduğunu bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmə istintaqında dindirilmiş və tədqiq edilmiş şəxslərin ifadələri ilə yanaşı, aşağıda göstərilən: istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və işin mahiyyəti üzrə əhəmiyyətili olan digər sənədləri də sübut növləri kimi qəbul edir: İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 31.08.2020-ci il tarixli 9/3191 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilən malların hazırki (LG markalı televizor normal, işlək vəziyyətdə olduğu halda) vəziyyətdə 2020-ci ilin fevral-aprel aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1678,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymtələri: - ağ rəngli 10 bölümlü radiator 01 ədədi 60 manat - gümüş rəngli «HP» markalı Pavilion G6 model notbuk 01 ədəd 180 manat - qara rəngli «Samsung» markalı UE32EH4000 model (82 diaqonal) Malayziya istehsalı televizor 01 ədəd 150 manat - «Baysallar» markalı Türkiyə istehsalı elektrik tənzimləyicisi 01 ədəd 20 manat - «LG» markalı 107 sm diaqonla smart televizor hazırda sındırılmış və istifadəyə yararsız vəziyyətdədir. Zədələnməmişdən əvvəl normal, işlək vəziyyətdə olduğu halda 01 ədəd 250 manat - 3x4 metr ölçüdə xalça 01 ədəd 300 manat - ağ rəngli «Arifel» markalı 32 kw-luq kombi apparatı 01 ədəd 250 manat - ağ rəngli «Zass» 24 kv gücündə kombi aparatı 01 ədəd 150 manat - ağ rəngli 8 bölümlü radiator 01 ədəd 48 manat - ağ rəngli 15 bölümlü radiator 01 ədəd 90 manat. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 04.09.2020-ci il tarixli 9/3335 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilən 10 ədəd 4 metr uzunluğunda normal vəziyyətdə olan döşəmə taxtalarının 2020-ci ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 44,00 (4x11) manat müəyyən edilir. İş üzrə keçirilmiş məhkəmə-daktilaskopik ekspertizasının 15.09.2020-ci il tarixli 20/461R nömrəli rəyi ilə müəyyən edilmişdir ki:
1. 03.03.2020-ci il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsi Atyalı massivində X5 fərdi yaşayış evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerindən götürülərək tədqiqata təqdim edilmiş 02 ədəd şəffaf yapışqan lent kəsikləri üzərlərində olan əl izlərindən 02 ədəd əl barmaq izi şəxsiyyətin eyniləşdirməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirməsi üçün yararlı olan 02 ədəd əl barmaq izi (tədqiqata təqdim edilmiş) xx.xx.1996-cı il tarixdə Kürdəmir rayonunda anadan olmuş Təqsirləndirilən şəxs2 sağ əlinin şəhadət və orta barmaqlarının əksləri ilə eynilik müəyyən edilmişdir.
2. Tədqiqata vətəndaş Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 adına olan əl-barmaq və ovuc əksləri tam və aydın şəkildə əks olunduğundan müqayisəli tədqiqatın aparılması üçün yararlıdır.
3. 05.03.2020-ci il tarixdə Abşeron rayonu Nübar qəsəbəsi Ə.Əliyev küçəsində yerləşən vət. Zərərçəkmiş şəxs1 evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerindən götürülərək tədqiqata təqdim edilmiş 12 ədəd şəffaf yapışqan lent kəsikləri üzərində olan 02 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 02 ədəd ovuc izi X1 Sisteminin məlumat bankında olan şəxslərin, o cümlədən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ovuc əksləri ilə eynilik müəyyən edilməmişdir. İş materiallarında olan 08.04.2020-ci il tarixli protokoludan görünür ki, Təqsirləndirilən şəxs1 08.04.2020-ci il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin 10.04.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs etmənin əvvəli 08.04.2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Tibbi ölüm haqqında haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 06.12.2020-ci il tarixdə dəqiqləşdirilməmiş qeyri-Hockin limfoması diaqnozu ilə vəfat etmişdir. Ölmüş təqsirləndirilən şəxsin hüquqi varisi atası X13 tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, mərhum Təqsirləndirilən şəxs1 barəsindəki cinayət təqibinə xitam verilməsinə etirazı yoxdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 20.04.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 12.04.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 08.04.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin 10.04.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs etmənin əvvəli 08.04.2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, daha sonra Abşeron rayon Məhkəməsinin 23.08.2020-ci il tarixli qərarı onun həbsdə saxlama müddəti uzadılmamış və onun barəsində həmin tarixdə polisin nəzarəti altına vermə növündə qətmkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 18.04.2020-ci il tarixli tələbnamədən və Sumqayıt şəhər Probasiya şöbəsinin 06.05.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 10.09.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) saat ictimai işlər cəzasına məhkum olunmuş, o, cəzasını 27.07.2017-ci il tarixdə çəkib qurtarmış və qeydiyyatdan çıxarılmışdır. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Zərərçəkmiş şəxs1 evindən oğurlanmış cinayətin predmeti olan 04 ədəd 10 seksiyadan ibarət radiatorlar, 01 ədəd “Samsung” markalı televizor, 01 ədəd «Baysallar» markalı elektrik tənzimləyicisi və 01 ədəd «HP» markalı notebook, Zərərçəkmiş şəxs3 evindən oğurlanmış 01 ədəd «Zass» markalı kombi istilik sistemi aparatı, zərərçəkmiş Zərərçəkmiş şəxs17 evindən oğurlanmış 01 ədəd 15 seksiyalı və 01 ədəd 8 seksiyalı radiatorlar və Zərərçəkmiş şəxs16 evindən oğurlanmış 01 ədəd “Airfel” markalı kombi aparatı, Zərərçəkmiş şəxs9 məxsus 10 ədəd 4 metr uzunluğunda döşəmə taxtaları və Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılarkən aşkar olunmuş Zərərçəkmiş şəxs16 məxsus 01 ədəd xalça və 01 ədəd istifadəyə yararsız «LG » markalı televizorun qalıqları maddi sübut kimi tanınaraq, sahiblərinə qaytarılmışdır. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinə, ekspertiza rəylərinə qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər ibtidai istintaq zamanı, məhkəmə istintaqı zamanı ziddiyyətli ifadələr verməkdə məqsədi hər vasitə ilə cinayət məsuliyyətindən yaxa qurtarmaq, özlərini müdafiə etmək olmuşdur. Təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibinin olmamasına dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onlar tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqında, mərhum Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Hazırkı vaxta kimi ölmüş təqsirləndirilən şəxsin hüquqi varisinin, həmçinin müdafiəçinin işin xitam edilməsinə razılığı olduğuna görə məhkəmə mərhum Təqsirləndirilən şəxs1 barəsindəki cinayət təqibinə xitam veriməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyini zamanı zərərçəkmiş şəxslərin müəyyən hissəsi ilə barışıq əldə edilməsi nəticəsində onlara dəymiş ziyanın ödənilməsini və onların Təqsirləndirilən şəxs2 şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs2 az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, onun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 08.04.2020-ci il tarixdən 23.08.2020-ci il tarixədək şübhəli şəxs qismində və həbsdə saxlanıldığı 04 (dörd) ay 15 (on beş) günü azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə faktiki yaşayış yeri üzrə, yəni Bakı şəhəri, Abşeron rayonu ərazisini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzanı Təqsirləndirilən şəxs2 qeydiyyata alındığı probasiya şöbəsi icra etməlidir. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübutlar Zərərçəkmiş şəxs1 evindən oğurlanmış cinayətin predmeti olan 04 ədəd 10 seksiyadan ibarət radiatorlar, 01 ədəd “Samsung” markalı televizor, 01 ədəd «Baysallar» markalı elektrik tənzimləyicisi və 01 ədəd «HP» markalı notebook, Zərərçəkmiş şəxs3 evindən oğurlanmış 01 ədəd «Zass» markalı kombi istilik sistemi aparatı, zərərçəkmiş Zərərçəkmiş şəxs17 evindən oğurlanmış 01 ədəd 15 seksiyalı və 01 ədəd 8 seksiyalı radiatorlar və Zərərçəkmiş şəxs16 evindən oğurlanmış 01 ədəd “Airfel” markalı kombi aparatı, Zərərçəkmiş şəxs9 məxsus 10 ədəd 4 metr uzunluğunda döşəmə taxtaları və Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılarkən aşkar olunmuş Zərərçəkmiş şəxs16 məxsus 01 ədəd xalça və 01 ədəd istifadəyə yararsız «LG » markalı televizorun qalıqları sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə həmçinin belə hesab edirki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 200 (iki yüz) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X6 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 1200 (min iki yüz) manat məbləğində pul və məhkəmə baxışı zamanı 45 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 270 (iki yüz yetmiş) manat məbləğində pul, daha sonra təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə zərərçəkmiş şəxslərə dəymiş və ödənilməmiş ziyanla bağlı mülki qaydada müraciət etmək hüququ izah olunmalıdır. İş üzrə mülki iddia olmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 39.1.5-ci, 44.2.1-1, 197-198, 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra ölməsi səbəbindən cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 08.04.2020-ci il tarixdən 23.08.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 04 (dörd) ay 15 (on beş) gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, cəmi 09 (doqquz) ay müddət ona təyin edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə faktiki yaşayış yeri üzrə, yəni Bakı şəhəri, Abşeron rayonu ərazisini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar Zərərçəkmiş şəxs1 evindən oğurlanmış cinayətin predmeti olan 04 ədəd 10 seksiyadan ibarət radiatorlar, 01 ədəd “Samsung” markalı televizor, 01 ədəd «Baysallar» markalı elektrik tənzimləyicisi və 01 ədəd «HP» markalı notebook, Zərərçəkmiş şəxs3 evindən oğurlanmış 01 ədəd «Zass» markalı kombi istilik sistemi aparatı, zərərçəkmiş Zərərçəkmiş şəxs17 evindən oğurlanmış 01 ədəd 15 seksiyalı və 01 ədəd 8 seksiyalı radiatorlar və Zərərçəkmiş şəxs16 evindən oğurlanmış 01 ədəd “Airfel” markalı kombi aparatı, Zərərçəkmiş şəxs9 məxsus 10 ədəd 4 metr uzunluğunda döşəmə taxtaları və Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılarkən aşkar olunmuş Zərərçəkmiş şəxs16 məxsus 01 ədəd xalça və 01 ədəd istifadəyə yararsız «LG » markalı televizorun qalıqları sahiblərinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 200 (iki yüz) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X6 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 1200 (min iki yüz) manat məbləğində pul və məhkəmə baxışı zamanı 45 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 270 (iki yüz yetmiş) manat məbləğində pul, daha sonra Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə zərərçəkmiş şəxslərə dəymiş və ödənilməmiş ziyanla bağlı mülki qaydada müraciət etmək hüququ izah olunsun. Hökm şikayət və protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər.
Hakim:Şövkət Nəcəfova