Məhkəmə qərarları › İş №1(012)-100/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-100/2025

17.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-100/2025 17.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Şikayət vermiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Cinayət qanunu ilə nəzərdə Təqsirləndirilən şəxs ilə tutulmuş əməli törətmiş şəxs: (video konfrans əlaqə sistemindən istifadə etməklə qoşulmuş) xx xxxx 1991-ci il tarixdə Hacıqabul şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanlnda yaşamış, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 06 saylı Cəzaçəkmə Müəssisəsində azadlıqdan məhrumetmə növündə cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Yekun protokola əsasən Təqsirləndirilən şəxs 12 yanvar 2024-cü il tarixdə saat 14:40 radələrində keçmiş arvadı Zərərçəkmiş şəxs və övladları birlikdə yaşadığı ünvan 3 ünvanında Zərərçəkmiş şəxs ilə aralarında həmin ünvanda birgə yaşamaq üstündə yaranmış fikir ayrılığı səbəbindən baş vermiş narazılıq üstündə mübahisə edərək həmin mübahisə əsnasında Zərərçəkmiş şəxs üzərinə hücum edib qəsdən əllə sonuncunun saçını dartıb yolaraq əl, habelə sillə ilə sonuncunun sifət, baş nahiyələrindən zərbələr vuraraq, qolundan dişləyərək arxası üstə divara doğru itələyərək vurub yerə yıxmaqla Zərərçəkmiş şəxs sağ gicgah nahiyəsinin iri ölçülü dərialtı hematoması, sağ qulaq seyvanının qançır-şişkinliyi, sol bazu və sol dirsək oynağı nahiyəsini əhatə edən iri ölçülü qançırı, sağ bazu, hər iki baldır nahiyələrinin və sağ ayaq pəncəsinin qançırı, bel nahiyəsinin səthi yarası ilə müşaiyət olunan dərəcəsinə görəümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. İşin halları və dəlilləri: Videokonfrans əlaqə sistemindən istifadə edilməklə məhkəmə iclasına qoşulmuş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini qeyd etməklə, ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2009-cu il də nikaha daxil olsalar da, lakin münasibətləri uyğunlaşmadığından 2023-cü ildə rəsmi olaraq ayrılmış və baş vermiş hadisəyədək bir evdə yaşamışlar. Onların birgə nikahından 3 övladları vardır. xx.xx.2024-cü il tarixdə o, evdə yatılı olduğundan mənzilin qapısının döyülməsini eşitməmiş, qəfil ayıldıqdan sonra qapı səsi eşidərək, açdıqda, Ayşən övladları ilə birlikdə evə daxil olaraq, ona çıx evdən deyərək, qışqırmağa başlamışdır. O, Ayşəndən nə baş verməsini soruşduqda, sonuncu ona “evə başqa qadın gətirmisən” deyərək, müxtəlif bəhanələrlə onunla mübahisə etməyə başlamışdır. Ayşən onu övladlarının yanında təhqir etdiyindən ilk olaraq Ayşənin qolundan dişləmış, daha sonra 1 dəfə sillə ilə Ayşənin başından vurmuş və onu tutub divara çırpmışdır. Ayşən ona vurduğu xəsarətlər nəticəsində huşunu itərərək, yıxılmış sonuncunu ayıltmaq məqsədi ilə üzünə su vururaq, evi tərk etmişdir. Sonda əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və sonuncunun ondan şikayətçi olmamasını bildirərək, barəsində məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iş üzrə şikayət vermiş şəxs Zərərçəkmiş şəxs bildirmişdir ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs ilə qurduqları rəsmi nikahdan 3 azyaşlı övladları vardır. Onların xasiyyətləri uyğunlaşmadığından 2023-cü ildə rəsmi olaraq ayrılmaqlarına baxmayaraq bir evdə yaşamışlar. xx.xx.2024-cü il tarixdəo övladları ilə birlikdə xəstəxanadan evə gəlmiş, yaşadıqları mənzilin qapısını döysələrdə Tural qapını açmamış, təxminən 20 dəqiqə çöldə gözdədikdən sonra sonuncu qapını açmış və o, övladları ilə birlikdə evə daxil olmuşdur. Bu zaman Tural telefonda anası ilə danışa-danışa onun ünvanına nəlayiq ifadələr işlədərək, mübahisə etməyə başlamışdır. Aralarında baş vermiş mübahisəyə səbəb evin onun olmasını və həmin evdən çıxmağını tələb etməsi olmuşdur. Mübahisə zamanı Tural ilk olaraq onun saçından tutub dartaraq, baş nahiyəsinə 2 dəfə sillə ilə vurmuş, daha sonra isə onun sol qolundan dişləyərək, itələmiş və divara vurmuşdur. O, Turalın ona vurduğu zərbələrin təsirindən huşunu itirərək yerə yıxılmış, ayıldıqda isə heç nə xatırlamadığını və Turalın artıq evdə olmadığını görmüşdür. Hazırda Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmişdir, onların arasında barışıq əldə olunmuşdur. Sonuncuya qarşı şikayəti və tələbi olmadığından barəsində cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:

1. “Məhkəməyədək sadələşdirilmiş icraat açılması və icraata qəbul edilməsi barədə” 13 yanvar 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat açılmış və araşdırılma aparılması üçün icraata qəbul edilmişdir;

2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin canlı şəxsin ekspertizasının ” 13 yanvar 2024-cü il tarixli 102 nömrəli rəyindən görünür ki, 1990-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərindəmüəyyən edilmiş xəsarətlər – sağ gicgah nahiyəsinin iri ölçülü dərialtı hematoması, sağ qulaq seyvanının qançır-şişkinliyi, sol bazu və sol dirsək oynağı nahiyəsini əhatə edən iri ölçülü qançırı, sağ bazu, hər iki baldır nahiyələrinin və sağ ayaq pəncəsinin qançırı, bel nahiyəsinin səthi yarası küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və müayinə olunan şəxsin göstərdiyi şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə qeyd olunan nahiyələrə kənar şəxsin bədən hissəsinin (əl, ayaq, diş və sair) təsirindən yarana bilərdilər, dərəcəsinə görəümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər;

3. “Zərərçəkmiş şəxs qismində tanınma” barədə” 16 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır;

4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş” 17 yanvar 2024-cü il tarixli tələbnamədən görünür ki, Mehtiyev X2 rayon məhkəməsinin 02 iyul 2020-ci il tarixli hökmünə əsasən o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir;

5. Şikayət vermiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur, barəsində məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsinə etiraz etmir;

6. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmasını və sonuncunun ondan şikayətçi olmamasını bildirərək, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etdi.

Beləliklə, aparılmış məhkəmə araşdırması zamanı toplanmış və tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirildiyindən sonuncunun əməlinin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməsə də, lakin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 73.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. 73.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4- cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. 300.1.7-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar edilir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli Qərarında qeyd edilir ki, cinayət təqibi ictimai xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Beləliklə, məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törərmiş şəxsin və şikayət vermiş şəxsin ifadəsini tədqiq edərək, iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törərmiş şəxslə barışması ilə əlaqədar cinayət təqibinə xitam verilməsinə razılığını, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törərmiş şəxsin zərərçəkmiş şəxslə barışmasını və cinayət təqibinə xitam verilməsi barədə müraciətini, həmçinin ona qarşı irəli sürülmüş ittiham üzrə ilk dəfə məsuliyyətə cəb edilməsini nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə əlavə olaraq qeyd edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törərmiş şəxs Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərdiyi hüquqi yardıma görə 50 (əlli) iş saatı üçün 300 (üç yüz) manat məbləğində vəsait müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaitinin hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddia, maddi sübut, məhkəmə məsrəfi və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə R A R A A L D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “qətimkan tədbiri” seçilməməsi nəzərə alınsın. Məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə zamanı 50 (əlli) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 300 (üz yüz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qeyd olunan müddət ərzində qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, növbəti gün qərar qüvvəyə minir.

Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar