Məhkəmə qərarları › İş №1(012)-1000/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-1000/2024

26.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-1000/2024 26.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ X2 Ənvər qızının sədrliyi, İsmayılov Rüstəm Sadiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1982-ci il tarixdə Tərtər rayonu, Fəhlə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 kəndi ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Hökməli qəsəbəsində fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 27 iyul 2024-cü il tarixdə saat 15 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında anası Şahid kredit borcunu ödəmək üçün 130 manat pul istəmiş və sonuncunun ona pul verməməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs qardaşı Təqsirləndirilən şəxs anası ilə kobud danışmasına görə irad bildirdiyi əsnasında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sifət, baş, ayaq və bədəninin müxtəlif nahiyələrinə sillə, yumruq və təpiklə vuraraq sonuncuya sağ budun orta 1/3-nin ön səthinin 1 ədəd, sağ bazunun yuxarı 1/3-nin arxa səthinin 2 ədəd, sol dirsək nahiyənin 1 ədəd, sol ayaqüstü nahiyənin 1 ədəd geniş sahəli şişkinlik halında qançırları ilə müşayiətolunan dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək verilən suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs onun bacısıdır, Şahid isə onun anasıdır. O, xx.xx.2024-cü il tarixdə saat 15 radələrində anasının yaşadığı evə getmiş, ondan kreditini ödəmək üçün 130 manat pul istəmiş, anası da ona pulu olmadığını demişdir. O da əsəbləşmiş, anası ilə mübahisə etmiş, həmin zaman bacısı Gülnarə onun üzərinə gəlmiş, anasının üstünə qışqırdığına görə onunla mübahisə etmiş, mübahisə zamanı o, əsəbləşərək Gülnarənin baş, sifət, qol və bədəninin müxtəlif nahiyələrinə bir neçə sillə,yumruq və təpiklə vurmuş, həmin zaman Gülnarə yerə yıxılmış, yerə yıxılandan sonra da təpiklə ayaq nahiyəsinə vuraraq döymüşdür. Mübahisə zamanı orada anası Şahid başqa kənar şəxs olmamışdır, həmin mübahisə təxminən 5 dəqiqə müddətində baş vermişdir. Mübahisə zamanı o, heç bir xəsarət almamışdır. Zərərçəkmiş şəxs ona qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs ilə barışmışdır. Özünü təqsirli bilir, bəraətverici əsaslar olmadan cinayət işinə xitam verilməsi və onun cinayət məsuliyyətindən azad olunmağı barədə qərar verilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş şikayətçi Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır, Şahid isə onun anasıdır. Sirac onunla qonşuluqda yaşayır, o, isə anası ilə bir evdə yaşayır. xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Sirac onların yaşadıqları evə gəlmiş, anasından kreditini ödəmək üçün 130 manat pul istəmiş, anası da pulu olmadığını demişdir. Sirac da anası ilə mübahisə etməyə başlamış, anasının üstünə qışqıraraq onu təhqir etdiyi üçün o, Siraca iradını bildirmiş, həmin zaman Siracla aralarında mübahisə yaranmış, mübahisə zamanı Sirac onun baş, sifət, qol, ayaq və bədəninin müxtəlif nahiyələrinə sillə yumruq və təpiklə vuraraq onu döymüşdür. Mübahisə zamanı orada anası Şahid olmuşdur, başqa kənar şəxs olmamışdır, həmin mübahisə təxminən 5 dəqiqə müddətində baş vermişdir. Həmin mübahisə evin daxilində baş vermişdir. Mübahisə zamanı o, Siracı təhqir etməmiş, ona heç bir xəsarət yetirməmişdir. Hal-hazırda cinayət işi üzrə dəymiş ziyan ona tam ödənilmişdir, ona qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs ilə barışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun oğludur, Zərərçəkmiş şəxs Sirac qızı isə onun qızıdır. Təqsirləndirilən şəxs onunla qonşuluqda yaşayır, o, isə qızı Zərərçəkmiş şəxs ilə birlikdə yaşayır. xx.xx.2024-cü il tarixdə saat 15 radələrində oğlu Təqsirləndirilən şəxs onun yaşadığı evə gəlmiş, ondan kreditini ödəmək üçün 130 manat pul istəmiş, o da pulu olmadığını demişdir. Həmin zaman Sirac onun üstünə qışqıraraq onunla kobud danışıb onu təhqir etdiyinə görə qızı Zərərçəkmiş şəxs Siraca narazılığını bildirmişdir. Bundan sonra Siracla Gülnarənin arasında mübahisə yaranmış, mübahisə zamanı Sirac Gülnarəni sillə, yumruq və təpiklə vuraraq döymüş, sonra isə Sirac evdən çıxıb getmişdir. Həmin zaman evdə heç kəs olmamışdır, hadisə təxminən 5 dəqiqə müddətində baş vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - "MTE və PA ETT Birliyi" X4 Abşeron rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 1695 nömrəli rəyindən görünür ki, 1978-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sğ budun orta 1/3-nin ön səthinin 1 ədəd, sağ bazunun yuxarı 1/3-nin arxa səthinin 2 ədəd, sol dirsək nahiyəsinin 1 ədəd, sol ayaqüstü nahiyənin 1 ədəd geniş sahəli şişkinlik qançırları küt əşya( əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə davadalaş zamanı əl zərbələri təsirindən əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. -Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş məlumatdan və məhkəmənin hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o,zərərçəkmiş şəxslə barışmışdır. Bəraətverici əsaslar olmadan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Şikayətçi Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur, Bunun nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanılmış məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 14 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 84 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73cü, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə məhkəmə baxışı zamanı 14 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçinın göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 84 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar