Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-1001/2025 10.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Nəsibov Fərid Fərman oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X4 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin (anası) nümayəndəsi Şahid5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi1 iştirakı ilə xx.xx.1971-ci ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2da yaşayan, barəsində "polisin nəzarəti altına vermiə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakım ələ keçirmək məqsədi ilə tanışı X7 ilə qabaqcadan əlbir olan bir q r u p şəxs halında X2 müharibə veteranı olması ilə bağlı ev növbəsinə yazacağını və növbədən kənar onu evlə təmin etdirəcəyinə dair yalan vəd verib inandırmış, bu niyyətlə 2021-ci ilin may ayından 2023-cü ilin yanvar ayının sonunadək olan müddət ərzində Abşeron rayonu, Xırdalan şəhəri, «Mühəndislik Universiteti»nin yaxınlığında, sonuncu dəfə 2023-cü ilin yanvar ayının sonunda Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park yaşayış kompleksinin yaxınlığında yerləşən «Alişan» marketdə quraşdırılmış ödəmə terminalı vasitəsi ilə kart hesabına köçürülmüş 1500 manat pulu, yəni vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 17000 manat pulu ələ keçirib, zərərçəkmiş Çingiz Məhərrəmova həmin məbləğdə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 10 aprel 2023-cü il tarixdə özünü yaşadığı evdə asaraq intihar edən X3 2021-ci ilin may ayında tanımışdır. Abşeron rayon Əlillər Cəmiyyətinin üzvüdür və İİ-ci qrup müharibəəlilidir. Çingizdə həmin cəmiyyətin üzvü olmuş, sonuncu ilə yaxın münasibəti yaranmışdır. Çingiz əlillik pensiyası aldığına baxmayaraq 2021-ci ilin iyun ayında həmin pensiyasının verilməsi dayandırılmışdı. Onun da Çingizlə arasında yaxın münasibət yarandığıüçün ona yaxşılıq etmək istəmiş, bu məqsədlə Çingizi 2021-ci ilin oktyabr ayında Neftçilər metrostansiyası yaxınlığında yerləşən xəstəxanada 10-15 gün yatmasına şərait yaratmışdır. Çingizin orada qalmasına baxmayaraq, pensiyası bərpa olunmamış və ona imtina cavabı gəlmişdir. 2022-ci ilin may ayında Çingizlə söhbət edərkən ona banka borcumun olduğunu bildirmiş, Çingiz ondan nə qədər borcunun olduğunu soruşduqda o sonuncuya ümumilikdə 15.500 manat borcunun olduğunu bildirmişdir. Çingiz əlində müəyyən qədər pulunun olduğunu ona demiş və 2022-ci ilin may ayında Abşeron rayonu, “Qafqaz dairəsi’’ deyilən ərazidə ona ilkin olaraq 5.000 manat borc vermişdir. Bundan sonra Çingiz 2-ci dəfə 2022-ci ilin iyul ayında pensiyasının bərpa olunması məqsədi ilə yenidən həmin xəstəxanaya gedərək orada qalmışdır. Amma yenə ona imtina cavabı gəlmiş və sonuncunun pensiyası yenə bərpa olunmamışdır. Bundan sonra 2022-ci ilin sentyabr ayının əvvəllərindəÇingiz borclarımın olduğunu bildiyi üçün ona pulunun olduğunu və ona borc verə biləcəyini bildirsmşdir. O, sonuncu ilə razılamış və Abşeron rayoun, “Qafqaz dairəsi” deyilən ərazidəÇingiz ona 12.000 manat pul vermiş, o həmin məbləğ ilə banka olan borcalarını ödəmişdir. Həmin pulu 1 il ərzində qaytarmağı bildirmiş, onlar razılaşmışlar. 2022-ci ilin oktyabr ayında Çingiz onünla əlaqə saxlayaraq tanışının onun pensiya məsələsini həll edəcəyini, buna görə ona 6.000 manat pul lazım olduğunu və ona vermiş olduğu borcdan həmin məbləği geri istəmişdir. Bu məqsədlə o, sonuncudan almış olduğu məbləğdən 5.000 manatını 2022-ci ilin oktyabr ayında yaşadığıünvanm qarşısında Çingizin özünə vermişdir. O, yavaş-yavaş borclarını Çingizə qaytarmaq üçün qalan 2000 manat pulun 3.000 manatını 2022-ci ilin noyabr ayında Çingizin yaşadığı Mühəndislik Universitetinin yaxınlığında özünə vermişdir. Qalan 9.000 manat pulun 2000 manatını 2022-ci ilin sonlarında Çingizin oğlu İlkinin kart hesabına göndərmiş, bundan sonra Çingiz onunla əlaqə saxlayaraq oğlıı İlkinin kart hesabında problem olduğunu, bu səbəbdən qalan borcunu onun kart hesabım verdimişdir. X1 hesabına göndərməyi bildirmişdir. O da həmin vaxtdan 2023- cü ilin mart ayının ortalarına qədər Çingizəümumilikdə qalıq qalan borcu olan 7.000 manat pulu Zəminənin kart hesabına ödəmişdir. 2023-cü ilin aprel ayında Çingiz ona zəng edərək “Zəminəyə pulu ödəmisən?!” deyə soruşmuş, o sonuncuya pulu ödəyib qutardığını bildirdikdə, ona pulun ödənmədiyini demişdir. O isəÇingizə, Zəminə iləüzləşməyə hazır olduğumu demiş, sonra Çingizin oğlu İlkin ona zəng edərək “Atamın ölümündə sən və Zəminə günahkarsınız, pulu vaxtında qaytarmadınız, ona görə atam intihar” etdiyini demişdir. O, bundan sonra Çingizin intihar etdiyini bilmişdir. Göstərmişdir ki, həmin pulu Çingizdən banka olan borclarını ödəmək üçün almış, pulun 8000 manatımÇingizin özünə 2000 manatını oğlu İlkin kartına qalırlarını isə Çingizin ona deməsi iləəlaqədar Zəminə adlı tammadığışəxsin kart hesabına göndərmiş, sonuncunun əliliyini bərpa etmək üçün ondan pul almamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, 1(046)-131/2025 nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, X5 onun kirvəsi və münasibətləri həmişə normal olmuşdur. 2020-ci ildə 2-ci qrup əlil kimi pensiya almış, və pensiyası kəsilmişdir. 2022-ci ildə Çingizə bu barədə bildirdikdə sonuncu ona bir nəfər tanışı olduğunu və ona bu barədə deyəcəyini və həmin şəxsin işi düzəldə biləcəyini demişdir. Ondan 7000 manat pul istəmiş, o, 5000 manat pulu olduğunu dedikdə Çingiz həmin məbləği alaraq sənədləri ilə birlikdə Nəsimi rayonu, M.Qaşqay kyüçəsində Nəsimi RPİ-nin binasının arxasında Çingizə vermişdir. Sonuncu da onun yanında kiminləsə danışaraq pulu ondan götürmüş, qalan 2000 manat pulu isə pensiya kartını aldıqdan sonra verəcəyini və həmin kartdan çıxılacağı bildirilmişdir. Üstündən bir həftə keçmiş Çingiz ondan 15.000 manat pul istəmiş və evinə sənəd alacağını, sonradan həmin evi ipotekaya qoyub onun pulunu qaytaracağını bildirmişdir. Belə olduqda ondan 10000 manat pulu Batumi kafesində götürmüş, üstündən 304 gün keçmiş Çingizə 2000 manat pulu borc vermişdir. Bundan sonrakı müddətdə Çingizə zəng vurub dəfələrlə pulunu istəmiş və pensiyasını düzəldib-düzəltməməsini soruşmuş, lakin Çingiz onun pensiyasını düzəltməmişdir. Sonradan Çingiz həmin pulları İsmayıl adlı şəxsə verdiyini və ala bilmədiyini ona demişdir. Bundan sonra Çingiz onun yanında İsmayıla zəng vurmuş və pul götürdüyü şəxsin onun yanında olduğunu və pulunu istədiyini demişdir. Sonradan İsmayıl onunla telefonda danışmış və pulları özü götürdüyünü, qaytarıb verəcəyini demişdir. Bundan sonra Çingiz İsmayılın mobil nömrəsini ona vermiş və İsmayıl da ona hissə-hissə 6500 manat pul vermişdir. Lakin pulu verməmişdən qabaq ona çek atılmış və o, bankdan maraqlandıqda həmin çekin saxta olduğunu bilmiş, sonradan İsmayılla telefonda danışdıqda sonuncu ona 15.000 manat pul vurulduğunu bildirmiş, 07 aprel 2023-cü il tarixdə Çingiz onu yığaraq İsmayılın onun üstünə adam göndərdiyini və şikayət etdirmək istədiyini demiş, sonradan ona olan borcdan Çingitz 1500 manat pul ödəmiş, həmin vaxt ona demişdir ki, qonşulardan pul yığaraq İsmayıla vermiş və sonuncu da onun pulunu'ələ keçirmişdir. Təxminən 2 gün sonra o, Çingizin yaşadığı evin həyətində özünü asaraq intihar etdiyini bilmişdir. Götərmişdir ki, Çingizin ona 17000 manat pul borcu olmuş və həmin puldan da 8000 manatını ödəmiş, o, İsmayılı tanımamış və sonuncu ilə yalnız telefonda danışmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, X5 onun atası olmuşdur. Atası Çingiz 10 aprel 2023-cü il tarixdə saat 07 radələrində yaşadığı evin həyətində ağacdan özünü asaraq intihar etmişdir. Bundan sonra rayon prokuroluğunun əməkdaşları hadisə yerinə gələrək hadisə yerini müayinə etmiş və atasının cibindən yazdığı kağız çıxmış, həmin kağızda İsmayıl adlışəxsə əlilliyinin bərpa edilməsi üçün 17000 manat pul verdiyini, həmçinin Zəminə adlı qadına da 8500 manat pulu əlillər üçün nəzərdə tutulmuş ev növbəsindən növbəsiz ev alması üçün verdiyi yazılmış, buna baxmayaraq İsmayıl və Zəminə atasını aldatmış vəİsmayıl atasından aldığı pulun 5000 manatını qaytarsada, lakin 12000 manatını qaytarmamış və Zəminədə 8500 manat pulu qaytarmamışdır. Bu söhbətlər evdə gedəndə atası Çingizdən eşitmiş və dəfələrlə atası sonunculardan pullarını istəsədə atası aldadalaraq pulları qaytarılmamışdır. Onun tələbi Zəminə vəİsmayıl adlı şəxslərin atasını aldatdıqlarıüçiin barələrində qanuni tədbir görülməsindən ibarətdir. Göstərmişdir ki, atasının yanında olarkən İsmayıl atasına demişdir ki», sənin əliliyini bərpa edəcəm» və bu səbəbdən də atasından 17000 manat pul almışdır. Zəminəni isə atası ilə İsmayıl tanış edib, İsmayılın Zəminəyə 12000 manat pul verməsindən xəbəri yoxdur, yalnız 12000 manat puldan 2000 manatını İsmayıl onun kart hesabına atmışdır və sonuncunun hal hazırda onlara verəcəyi pulun məbləği 10.000 manatdır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisinin (anası) nümayəndəsi Şahid5 ifadəsində göstərmişdir ki, 10 aprel 2023-cü il tarixdə özünü yaşadığı evdə asaraq intihar edən Çingiz Məhərrəmov həyat yoldaşı olmuşdur. Yoldaşı Çingiz 1-ci Qarabağ müharibəsinin iştirakçısı olmuşdur. Çingizlə 1884-cü ildə ailə həyatı qurmuş və birgə nigahdan iki övladı doğulmuşdur. 2006-cı ilədək Goranboy rayonunda yaşamışlar. Çingizin ailədaxili münasibətləri normal olmuş, ailəsinə qarşı qayğıkeş olmuşdur. Çinjiz əvvəllər Riyad Ticarət mərkəzində işləmiş və maddi vəziyyətləri normal olmuşdur. Çingiz ismayıl adlı şəxsə 17000 manat pul vermiş və İsmayıl da Çingizə əlilliyin bərpa edilməsində köməklik edəcəyini söz vermişdir. Çingizin əlilliyi bərpa edilmədiyi üçün İsmayıldan 5000 manatını geri almışdır. Çingiz qalan 12.000 manatı İsmayıldan istədikdə sonuncu həmin pulu verməyəcəyini bildirmişdir. 2022-ci ilin yaz ayında İsmayıl yaşadıqları evə gəlmiş, evdə İsmayılla Çingiz arasında pul məsələsinə görə söhbətləri olmuş və İsmayıl pulu qaytaracağına söz vermişdir. X11 pulunu qaytarmamış, 2023-cü ilin fevral ayında Çingiz Zəminə adlı qadına 20.500 manat pul vermiş, həmin şəxs Çingizə ev alacağında köməklik edəcəyini bildirmişdir. Zəminə Çingizə «Novruz bayramını təzə evində keçirəcəksən» demişdir. Lakin Çingizin bu işi də alınmamışdır. Bu minvalla Çingizin İsmayıldan və Zəminədən ümumilikdə 32.500 manat alacağı olmuşdur. Lakin son dövrə qədər Çingiz nə qədər cəhd etsə də onlardan həmin pulu ala bilmirdi. 09 aprel 2023-cü il tarixdə Çingiz evə gəlmiş, onun hərəkətlərində hər hansı qeyri adilik hiss etməmişdir. Belə ki, Çingiz onlarla söhbət etmiş və gülmüşdür. 10 aprel 2023-cü il tarixdə səhər saat 04 radələrində Çingiz ayılmış və ona «səhər məni tez oyadarsan işim var» dedi və siqaret çəkmək üçün evdən çıxmışdır. O, həmin vaxtı yuxulayıb yatmışdır. Səhər saat 07 radələrində yuxarıda ayıldıqda Çingizi yanında görməmişdir. Yataqdan qalxıb bayıra çıxdıqda Çingizi həyətdəki qoz ağacından asılmış vəziyyətdə görmüşdür. O, nərdivanı ağaca qoyub Çingizi xilas etmək istəsə də, nərdivan aşmış və o yerə yıxılmışdır. Bundan sonra özünü itirmiş və səs salıb uşaqları oyatmışdıir. Bundan sonra baş vermiş hadisə ilə bağlı DİN-nin 102 xidmətinə və təcili yardıma məlumat vermişlər. Həm də Çingizin qardaşlarına zəng edib bu barədə məlumat vermiş, bir neçə dəqiqə sonra Çingizin qardaşları Afiq, Şükür və Şəmşir gəlmiş və köməkləşib Çingizi ipdən azad etmişlər. Həmin vaxtı evə təcili yardım briqadası gəlmiş və həkimlər yoldaşının öldüyünü təsdiq etmişlər. Həmin vaxtı evdə səsə gəlmiş qonşular olmşdur. Bundan sonra oraya polis əməkdaşları və prokurorluq işçiləri gəlmişlər. Sonradan yoldaşının meyidi müayinə olunmuş və onlara təhvil verildiyindən onu Goranboy rayonuna aparıb Qaradağlı kəndində dəfn etmişlər. Onlara dəymiş ziyan ödənilmədiyinə görə təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki,10 aprel 2023-cii il tarixdə özünü yaşadığı evdə asaraq intihar edən Çingiz Məhərrəmovu tanışı Zəminə Məhərrəmovanın vasitəsi ilə tanımış, onunla cəmi bir dəfə Nəsimi rayonu ərazisində yerləşən Batumi kafesində görüşmüşdür. O, tanışı Zəminə ilə kafedə oturan zaman sonuncunun tanışı Çingiz onlara yaxınlaşmış və birlikdə yemək yemişlər. Yemək əsnasında Çingiz Zəminəyə «Zəminə mənə kirayə ev tap, arvad-uşaq məni öldürür, qonşular pula görə üstümə gəlirlər, onlar da mənim yediyimi içdiyimi zəhər edirlər, elə olur parklarda gecələyirəm» demişdir. C) söhbət əsnasında Çingizə təsəlli verməyə çalışmış, Çingiz ondan da həmin görüş zamanı 10000 manat pul borc istəmiş, belə ki, Çingiz danışdıqca ağlamış, onun Çingizə yazığı gəlmişdir. Bu görüş təxzminən 2023-cü ilin fevral ayında baş vermişdir. Bundan sonra Çingizlə görüşməmiş və onunla əlaqə saxlamamış, sonradan Çingizin özüunü asaraq intihar etdiyini Zəminədən öyrənmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 10 aprel 2023-cü il tarixdə özünü yaşadığı evdə asaraq intihar edən Çingiz Məhərrəmov onun qardaşı olmuşdur. Həm o və həm də qardaşı Çingiz 1-ci Qarabağ müharibəsinin iştirakçısı olmuşlar. Çingiz ailiəsi ilə birlikdə təxminən 20 il əvvəldən hadisənin baş verdiyi evdə yaşamağa başlamışdır. Çingizin ailə daxili münasibətləri normal olmuş və onun ailəsində hər hansı münaqişənin olduğunu görməmişdir. 10 aprel 2023-cü il tarixdə saat 07 radələrində qardaşı Afiq ona zəng etmiş və Elçinin, yəni Çingizin oğlunun ona zəng edərək atasının ağrıdığını və onlara getmək lazım olduğunu demişdir. O, bu zaman evdən çıxmış və qardaşı Afiqlə birlikdə Çingizgilin həyətinə getmişdir. Bu zaman qardaşı Çingizin həyətdəki qoz ağacından asıldığını görmüşdür. O, cəld qardaşına yaxınlaşmış və onun boğazındakı ipi açmış, həmin vaxtı oraya təcili yardım avtomobili gəlmiş və həkimlər qardaşının öldüyünü təsdiq etmişlər. Həmin vaxtı evdə qardaşının ailə üzvləri və səsə gəlmiş qonşular olmuşdur. Əvvəllər qardaşı Çingizin özünə qəsd etməyə cəhd etməsi halları baş verməmiş, qardaşının heç kəsdən maddi və sairə formada asılılığı olmamışdır. Yalnız hadisədən sonra mərhum qardaşını Zəminə adlı qadın və İsmayıl adlı şəxsdən ümumilikdə 32000 manat alacağı olduğunu öyrənmişdir. Çingizin üstündə aşkar edilmiş kağız parçasında Zəminə adlı şəxsin onu işə düzəldəcəyinə söz verməsi və bunun müqabilində 8500 manat pul alması, daha sonra 12000 manat pulu ev növbəsinə salacağı ilə bağlı yazılar barədə hadisədən sonra məlumat almışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 10 aprel 2023-cü il tarixdə özünü yaşadığı evdə asaraq intihar edən Çingiz Məhərrəmov onun qardaşı olmuşdur. Qardaşı Çingiz 1-ci Qarabağ müharibəsinin iştirakçısı olmuşdur. Çingiz ailiəsi ilə birlikdə təxminən 20 il əvvəldən hadisənin baş verdiyi evdə yaşamağa başlamışdır. Çingizin ailədaxili münasibətləri normal olmuş və sonuncunun ailəsində hər hansı münaqişənin olduğunu görməmişdir. 2022-ci ilin yay aylarında Çingiz ona «İsmayıl adlı şəxs var, o, mənə əlillik pensiyamı düzəltməkdə köməklik edəcək, 1500 manata ehtiyacım var» demişdir. O, bundan sonra qardaşına 1500 manat pul yardım etmişdir. Sonradan qardaşından işinin alınıb-alınmadığını soruşduqda ona hələ ki, işinin alınmadığını bildirmişdir. Sonradan 2023-cü ilin mart ayında Çingiz ona «ev növbəsinə yazılmışam, buna görə mənə 3500 manat pula ehtiyacım var» demişdir. O da sonuncuya həmin məbləği verib ona yardım etmişdir. 07 aprel 2023-cü il tarixdə qardaşı Çingizin evində olmuş, onunla söhbət zamanı heç bir qeyri-səmimilik hiss etməmişdir. Lakin qardaşının rəngi qaçdığı üçün ondan səbəbi barədə maraqlanmış, qardaşı isə cavab verə bilməmişdir. 10 aprel 2023-cü il tarixdə saat 07 radələrində Çingizin qardaşı Elçin mənə zəng etmiş və ona «əmi atam ağacdan asılı vəziyyətdədir, tez özünü çatdır» demişdir. Bundan sonra o qardaşıgilə getmiş və Çingizin həyətdəki qoz ağacından asıldığını görmüşdür. Həmin vaxtı qardaşı Afiq və Şəmşir köməkləşib ipi kəsmiş və Çingizi yerə uzatmışlar. Onun boğazındakı ipi açmış, həmin vaxtı oraya təcili yardım briqadası gəlmiş və həkimlər qardaşının öldüyünü təsdiq etmişlər. Həmin vaxtı evdə qardaşının ailə üzvləri və səsə gəlmiş qonşular olmuşdur. Əvvəllər qardaşı Çingizin özünə qəsd etməyə cəhd etməsi halları baş verməmiş, qardaşının heç kəsdən maddi və sairə formada asılılığı olmamışdır. Yalnız hadisədən sonra məhrum qardaşını Zəminə adlı qadın və İsmayıl adlı şəxsdən ümumilikdə 32000 manat alacağı olduğunu öyrənmişdir. Çingizin üstündə aşkar edilmiş kağız parçasında Zəminə adlı şəxsin onu işə düzəldəcəyinə söz verməsi və bunun müqabilində 8500 manat pul alması, daha sonra 12000 manat pıılu ev növbəsinə salacağı ilə bağlı yazılar barədə hadisədən sonra məlumat almışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 10 aprel 2023-cü il tarixdə özünü yaşadığı evdə asaraq intihar edən Çingiz Məhərrəmov onun qardaşı olmuşdur. Qardaşı Çingiz 1-ci Qarabağ müharibəsinin iştirakçısı olmuşdur. Çingiz ailiəsi ilə birlikdə təxminən 20 il əvvəldən hadisənin baş verdiyi evdə yaşamağa başlamışdır. Çingizin ailədaxili münasibətləri normal olmuş və onun ailəsində hər hansı münaqişənin olduğunu görməmişdir. 2023-cü ilin mart ayında Çingiz ona «ev növbəsinə yazılmışam, buna görə mənə 5000 manat pula ehtiyacım var» demişdir. Onun pulu olmadığı üçün sonuncuya yardım edə bilməmiş, qardaşı Çingizlə 2023-cü ilin mart ayında sonuncu dəfə görüşmüş, onlara qardaşı Şəmşirlə birlikdə getmişdir. Belə ki, sonuncunun oğlu İlkin xəstə olmuş, həmin vaxtı qardaşı özünü çox dilxor aparmış, qardaşı həmişə deyib gülən şəxs olmuşdur, bu görüşdə hər hansı qeyri adi hadisə baş verməmişdir. 10 aprel 2023-cü il tarixdə saat 07 radələrində Çingizin qardaşı Elçin qardaşı Şəmşirə zəng etmiş və ona «əmi atamın ürəyi tutub» demişdir. Bundan sonra o, evindən çıxmış və qardaşıgilə getmiş və qardaşı Çingizin həyətdəki qoz ağacından asıldığını görmüşdür. Həmin vaxtı o və qardaşı Şəmşir köməkləşib ipi kəsmiş və Çingizi yerə uzatmışlar. Onun boğazındakı ipi açmış, həmin vaxtı oraya təcili yardım avtomobili gəlmiş və həkimlər qardaşının öldüyünü təsdiq etmişlər. Həmin vaxtı evdə qardaşının ailə üzvləri və səsə gəlmiş qonşular olmuşdur. Bundan sonra oraya polis əməkdaşları və prokurorluq işçiləri gəlmişlər. Sonradan qardaşının meyidi müayinə olunmuş və onlara təhvil verildiyindən Goranboy rayonuna aparıb Qaradağlı kəndində dəfn etmişlər. Əvvəllər qardaşı Çingizin özünə qəsd etməyə cəhd etməsi halları baş verməmiş, qardaşının heç kəsdən maddi və sairə formada asılılığı olmamışdır. Yalnız hadisədən sonra məhrum qardaşını Zəminə adlı qadın və İsmayıl adlı şəxsdən ümumilikdə 32000 manat alacağı olduğunu öyrənmişdir. Çingizin üstündə aşkar edilmiş kağız parçasında Zəminə adlı şəxsin onu işə düzəldəcəyinə söz verməsi və bunun müqabilində 8500 manat pul alması, daha sonra 12000 manat pulu ev növbəsinə salacağı ilə bağlı yazılar barədə hadisədən sonra məlumat almışdır.. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində beton zavod işlədir, Təqsirləndirilən şəxs tanıyır, sonuncu bir neçə dəfə işlətdiyi beton zavoddan beton almışdır. 2022-ci ilin sentyabr və ya oktyabr ayında günorta saatlarında Səmədağa bir nəfər Mirzəli adlı şəxslə Masazır qəsəbəsinə işlədiyi beton zavoda gəlib 16000 manat dəyərində beton sifariş etmiş və orada ona 16000 manat pulu nağd şəkildə vermişdir. İki gün sonra onlara beton verəcəkdi, həmin gün axşam saatlarında Səmədağa yenidən işlədiyi beton zavoda gəlib başqa yerdən ucuz qiymətə beton alacağını deyib verdiyi 16000 manat pulu qaytarmağı istəmiş, o da 16000 manat pulu Səmədağaya qaytarmış və sonuncu çıxıb getmiş, bundan sonra Səmədağanı görməmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Şübhəli şəxsi tutma haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci və 178.2.4-cü maddəsi ilə 1(012)-131/2025 nömrəli cinayət işindən Təqsirləndirilən şəxs barəsində 1(012)-1001/2025 nömrəli cinayət işi üzrə icraat ayrılmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.1-ci və 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində olan 1(012)-1001/2025 nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci və 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs X6 barəsində axtarış elan edilmiş və onun barəsində “həbs” qətimkan tədbiri ilə seçilmiş və Azərbaycan Respublikası CMP-nin 53.1.3-cü maddəsinə əsasən 1(012)-131/2025 nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin Qərarın 4-cü bəndi ilə məhkəmələrin nəzərinə çatdırılmışdır ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddəsi ilə verilmiş ittiham üzrə özünü təqsirli bilməməsi onunun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Təqsirləndirilən şəxsin və müdafiəçinin irəli sürdüyü dəlillər məhkəmə tədqiqi zamanı hərtərəfli, tam və obyektiv araşdırılmışdır, müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş şəxslərin etibarından sui-istifadə etmə və aldatma yolu ilə onlara məxsus özgə əmlakını, müvafiq məbləğlərdə pul vəsaitlərini alıb ələ keçirərək dələduzluq etməsini təsdiq və sübut edən kifayət qədər məlumatlar qeydə alınmış, sübutlar toplanmışdır, həmin sübutların mötəbərliyi isə şübhə doğurmur. Təqsirləndirilən şəxs sadəcə olaraq özünü müdafiə etmək məqsədilə, sözdə, ittihamı qəbul etmir, hansı ki, məhkəmə iclasında toplanaraq tədqiq edilmiş təkzibolunmaz sübutlarla təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli tam olaraq öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, cinayət-prosessual qanunvericiliyinə görə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onların təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Lakin məhkəmə tədqiqi zamanı təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddəsi ilə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir; əməldə cinayət tərkibi vardır; cinayətin törədilməsinə məhz təqsirləndirilən şəxsə aidiyyəti olmuşdur və onunun bu cinayət hadisəsində təqsirliliyi sübuta yetirilmişdir, mübahisənin mülki xarakterli olması ilə bağlı qənaətə gəlinməsi üçün hüquqi əsaslar yoxdur, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin məhkəmə tədqiqi zamanı işin müəyyən olunmuş faktiki halları ilə tam təsdiq edilmişdir ki, o, dələduzluq cinayətini məhz aldatma və etibardan sui-istifadə etmə yolu ilə törətmişdir, əmlak (pul) sahibi olan zərərçəkmiş şəxs də öz əmlaklarını (pullarını) onun yalan vədlərinin təsiri altında könüllü surətdə vermişdir. Təqsirləndirilən şəxslər niyyəti əmlakları (pulları) ələ keçirərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, zərərçəkmiş şəxsin pullarının əvəzsiz və qanunsuz olaraq ələ keçirilməsinə yönəlmişdir, hansı ki, nəticə etibarı ilə onlar, hər bir zərərçəkmiş şəxsə münasibətdə bu məqsəd və niyyətinə çatmışdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - xeyli miqdarda ziyan vurmaqla törədildikdə cinayət məsuliyyəti yaranır. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi dələduzluq əməli nəticəsində zərərçəkmiş şəxsə vurduğu maddi ziyanın tam ödəməmiş, zərərçəkmiş şəxslə barışıq əldə etməmiş, bundan irəli gələrək sonrakı hərəkət qismində cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməmişdir. Belə olan halda, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 73- 1.2-ci maddəsində müəyyən edilən qaydada cinayət məsuliyyətindən azad edilməsi üçün qanuni əsaslar yoxdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən halı, zərərçəkmiş şəxsin şikayətçi olmasını, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermiə qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə zalında həbs edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia və maddi sübut yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut yoxdur; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan tam ödənilməsə də, onun tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən ziyanın ödənilməsini tələb etdikləri halda zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər, ona bu hüquqları izah edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 01 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermiə qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə zalında həbs edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərəçəkmiş şəxsə təqsirləndirilən şəxsə qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-1001/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-1001/2025
10.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver