Məhkəmə qərarları › İş №1(012)-1002/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-1002/2025

11.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-1002/2025 11.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Xırdalan şəhəri Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 2005-ci ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Zəngilan rayonu, Zərnəli Ərazi Dairəsi, Zərnəli kəndində qeydiyyatda olan və və Abşeron rayonu, Xırdalan şəhəri, H.Zeynalabdin küçəsi, 31-ci məhəllə, Yüngül konstruksiya zavodunun inzibati binası, dalan 4 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 13 mart 2005-ci il tarixdə saat 13 radələrində yaşadığı Abşeron rayonu Xırdalan şəhəri H.Z.Tağıyev küçəsi, 31-ci məhəllə, Yüngül konstruksiya zavodunun inzibati binasında yerləşən mənzildə qohumu Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəmnində yaranan mübahisə zamanı Zərərçəkmiş şəxs boğazından və saçından tutub dartaraq, pəncərənin qarşısında olan qəndqabını götürüb onun başına qəsdən vurmaqla sonuncuya başın alın-təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, boyun nahiyəsinin sıyrıqları ilə nəticələnən ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşının uzaq qohumudur. 13 mart 2025-ci il tarixdə günorta saatlarında Saida onu çöldən çağırmış, eyvana çıxdıqda niyə arxasınca danışdığını soruşmuş, cavab olaraq belə bir halın olmadığını demiş və evə geri qayıtmış, bu zaman evin qapısı döyülmüşdür. Qapını qaynanası Gülşən açmış, Saida evə daxil olduqdan sonra ona yaxınlaşaraq nəlayiq ifadələr işlətməyə başlamış, təkrar- təkrar ona və özünün arxasınca niyə danışdığını soruşduqda, belə bir halın baş vermədiyini deməkdə israr etsə də sonuncu ona inanmamağa davam etmiş və təhqiramiz olaraq “Bilirəmdə sən nə zibilsən” deyə ifadə işlətmişdir. Saidanın onun üzərinə gəldiyini görüb uzaqlaşması üçün ilk olaraq təpiklə qarnına vurmuş, sonuncu bu zaman onun saçına əl atmış və o, özünü qorumaq üçün pəncərənin qırağında olan qənd qabını onun başına vurmuşdur. Zərərçəkmiş şəxsə vurduğu xəsarət nəticəsində Saidanın başından qan gəlmiş və o, aralanmışdır. Saida mənzildən çıxıb getmək istədikdə onun yoldaşı Vladimir yaşadıqları mənzilə gəlmiş sonuncunu oradan aparmışdır. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, baş vermiş hadisənin 5-10 dəqiqə ərzində davam etməklə yaşadıqları mənzildə baş verdiyini, həmin zaman evdə qaynanası Gülşəndən başqa heçkəsin olmamasını bildirmişdir. Sonda törətdiyi əməldən peşman olmasını, cinayət əməli nəticəsində dəymiş ziyanı tam ödəyərək, X2 ilə barışıq əldə etməsini, sonuncunun şikayətinin olmadığını bildirməklə barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşının qohumudur. Təqsirləndirilən şəxs ila əvvəllər münasibətiləri normal olsa da, lakin sonradan ətrafdakılardan onun və qızının ailəsi barədə doğru olmayan ifadələr işlətməsini eşitmiş, buna görə də 13 mart 2025-ci il tarixdə onu pəncərəyə çağırmış, sonuncu pəncərəyə çıxdıqda niyə ailəsi haqqında ətraf qonşulara danışmasını soruşmuş və cavab olaraq yaxşı etdiyini bildirərək, onu və qızını nəlayiq ifadələrlə təhqir etmiş, onu yalan danışmaqda günahlandırmış və pəncərəni bağlayıb evə keçmişdir. Bundan sonra Nəzrinin hərəkətlərindən əsəbiləşərək, yaşadığı ünvana getmiş, qapını döydükdə sonuncunun qaynanası Gülşən qapını açmış və o, içəri daxil olmuşdur. O, yenidən Nəzrinə nə üçün belə etdiyini soruşduqda ona yaxşı elədiyini bildirib, təpik atmış, lakin o, arxaya çəkildiyi üçün ona dəyməmiş, bu dəfə isə onun saçına əl atıb dartmağa başladıqda məcbur qalıb onu buraxması üçün sonuncunun saçından tutub özündən geriyə itələməyə çalışmışdır. Bundan sonra Nəzrin ani olaraq pəncərənin qarşısındakı qəndqabını götürüb onun başına vurmuş, əli ilə onun boğazından tutmuşdur. O, Nəzrini özündən aralamaq üçün əlindən tutaraq geriyə itələmiş, lakin uzaqlaşmadığını görüb yerdəki qəndqabını götürüb guya ona tərəf atmış, qəndqabı yerə düşərək qırılmışdır. Bundan sonra onları Nəzrinin qaynanası Gülşən ayırmışdır. Bir qədər sonra həyat yoldaşı Vladimir gəlmiş və onu evə aparmışdır. Bundan əlavə Saqida Babayeva məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, baş vermiş hadisənin 10 dəqiqə ərzində davam etməklə Nəzrinin yaşadığını mənzildə baş verdiyini, həmin zaman evdə qaynanası Gülşəndən başqa heçkəsin olmadığını, baş vermiş mübahisə zamanı təqsirləndirilən şəxsə xəsarət yetirmədiyini, itələməsinin səbəbi özündən kənarlaşdırmaq olduğunu bildirmişdir. Sonda zərərçəkmiş şəxs X2 məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışıq əldə etməsini, ona qarşı şikayət və tələbinin olmamasını, barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dəvət olunaraq, şahid qismində dindirilmiş Şahid istintaqda verdiyi ifadəni təsdiq edərək göstərdi ki, zərərçəkmiş Zərərçəkmiş şəxs onun həyat yoldaşı, təqsirləndirilən Təqsirləndirilən şəxs isə xalasının qohumudur. 13 mart 2025-ci il tarixdə həyat yoldaşı Saida ilə Nəzrinin mübahisə etməsini eşitmiş, sonuncunun yaşadığı ünvana getmiş və mənzilə çatdıqda Saidanın üzünün və başının qanlı olmasını görüb nə baş verdiyini soruşduqda Nəzrinin onun başına qənd qabı ilə vurduğunu bildirmişdir. O, Saidanı evə aparmış, yoldaşı DİN-in 102 xidmətinə zəng edərək, baş vermiş hadisə barədə məlumat vermişdir. Bundan əlavə Şahid məhkəmə iclasında verilmiş suala cavab olaraq bildirmişdir ki, baş vermiş hadisənin şahidi olmadığını, o, artıq gəldikdə mübahisənin bitdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin canlı şəxsin ekspertizasının 27 mart 2025-ci il tarixli 559 nömrəli rəyindən görünür ki, a. 1989-cu il təvəllüdlü vətəndaş X1 bədən səthində aşkar edilmiş xəsarətlər–başın alın-təpə nahiyəsinin əzilmiş-cırılmış yarası boyun nahiyəsinin sıyrıqları, bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir neçə saat əvvəl törənmişdirlər və dərəcəsinə görə başın alın-təpə nahiyəsinin əzilmiş-cırılmış yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir, boyun nahiyəsindəki sıyrıqlar isə sağlamlığa zərərvurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir; b. Vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərdən başın alın-təpə nahiyəsinin əzilmiş-cırılmış yarası zərərçəkənin göstərdiyi şəraitdə şüşə qəndqabı ilə vurulan zərbənin təsirindən, boyun nahiyəsindəki sıyrıqlar isə əl-barmaqlarının dırnaqlarının təsirindən əmələ gələ bilərdilər, qərarın təsviri hissəsində göstərilən müddətdə, şəraitdə əmələ gələ bilərdilər; c. Vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərin xarakterinə və yerləşmə yerlərinə görə belə demək olar ki, onların şəxsin özü tərəfindən yerinə yetirilməsi inandırıcı deyildir.

2. “Zərərçəkmiş şəxs qismində tanınma” haqqında 27 mart 2025-ci il tarixli qərardan görünür ki, X2 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır;

3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin canlı şəxsin ekspertizasının 28 mart 2025-ci il tarixli 576 nömrəli rəyindən görünür ki, a. 2005-ci il təvəllüdlü vətəndaş Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - ənsə nahiyəsinin hematoması və sol saidin qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişdirlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 13 mart 2025-ci il tarixdə yarana bilərdilər; sağlamlığa yüngül zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir;

4. “Cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında” 19 may 2025-ci il tarixli qərardan görünür ki, Abşern RPİ-nin Təhqiqat Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Ceyhun Rəhimovun vəsatəti təmin edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri. H.Z.Tağıyev küçəsi, 31-ci məhələ, nömrəsiz evdə yaşayan Zərərçəkmiş şəxs qəsdən sağlamlığına yüngül zərər vurulması faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır;

5. “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında 10 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir;

6. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi” haqqında 10 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək” qətimkan tədbiri seçilmişdir;

7. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 17 iyun 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir;

8. “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi” haqqında 07 iyul 2025ci il Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, həmin maddə ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmış, zərərçəkmiş şəxs X1 ifadəsi, Təqsirləndirilən şəxs etirafedici ifadəsi, Şahid ifadəsi, hadisə yerinə baxış protokolu, məhkəmə-tibbi ekspertizaarın rəyləri, eləcə də digər istintaq hərəkəti protokolları cinayət işi üzrə sübut növü kimi qiymətləndirilmişdir;

9. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir;

10. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, X2 ilə barışmış, sonuncunun ona qarşı heç bir şikayəti və tələbi yoxdur, cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmir.

Beləliklə, aparılmış məhkəmə araşdırması zamanı toplanmış və tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafı, zərərçəkmiş şəxsin vermiş şəxsin və şahidin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirildiyindən sonuncunun əməlinin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməsə də, lakin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar məhkəmə baxışı dövründə aşkara çıxarılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 73.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. 73.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. 300.1.7-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar edilir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli Qərarında qeyd edilir ki, cinayət təqibi ictimaixüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Beləliklə, məhkəmə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxs ilə barışmasını, ona qarşı hər hansı şikayət və tələbinin olmamasına dair iş materiallarında olan yazılı ərizəsi, təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə dair razılığını, həmçinin sonuncunun əvvəllər eyni əsaslarla məsuliyyətdən azad edilməsi halının olmamasını, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Həmin Məcəllənin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək” haqqında qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti olmadığı qənaətindədir. İş üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir.

Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 15 (on beş) iş saatı üçün dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 165 (bir yüz altmış beş) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddia, maddi sübut, məhkəmə məsrəfi və müsadirə edilməli əmlak yoxdu. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə R A R A A L D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair cinayət işinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 15 (on beş) saat iş saatı üçün dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 165 (bir yüz altmış beş) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qeyd olunan müddət ərzində qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, növbəti gün qərar qüvvəyə minir.

Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar