Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-1005/2024 17.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, xx xxxxxx 1966-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 09 aprel 2024-cü il tarixdə saat 09:30 radələrində BC 016916 nömrəli “B1,B,C1,C” kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “X9” markalı **-HL-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Abşeron rayonu, Saray qəsəbəsi, Saray-Xırdalan avtomobil yolu ilə Xırdalan şəhəri istiqamətində 70 km/saat sürətlə hərəkətdə olan zaman «X7» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yəni sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda qeyd edilən tələblərə əməl etməyərək, həmin vaxtı orada yerləşən “Elmar” Marketin qarşısında yolun sağ hissəsində dayanmış Şahid1 idarə etdiyi “Opel Astra” markalı **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobili arxadan vuraraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə ehtiyatsızlıqdan sonuncunun avtomobilində olan sərnişin Zərərçəkmiş şəxs alt çənə sümüyünün yerdəyişən qapalı sınığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurmulmasına səbəb olmuşdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, ünvan 2 ünvanında yaşayır. Onun avtomobil idarə etmək üçün “B1,B,C1,C” kateqoriyalı sürücülük vəsiqəsi vardır. Təxminən 1 il olar ki, “X9” markalı ** HL *** dövlət nömrə nişanlı ağ rəngli yük avtomaşınını etibarnamə əsasında idarə etmişdir. Yük avtomaşınını idarə etməyə başladığı vaxtdan etibarən texniki cəhətdən saz vəziyyətdə olmuş və hər hansı bir texniki nasazlığı olmamışdır. Bildirmişdir ki, xx.xx.2024-ci il tarixdə saat 09:30 radələrində etibarnamə ilə idarə etdiy “X9”markalı ** HL *** dövlət nömrə nişanlı yük avtomaşını ilə 3 zolağdan ibarət olan yolun sağdan birinci zolağı ilə 70 km/saat sürətlə Abşeron rayonu, Saray qəsəbəsi istiqamətindən Saray-Xırdalan yolu Xırdalan şəhəri istiqamətinə hərəkətdə olan zaman soldan ötmə əməliyyatı etmək istədiyindən yan sol güzgüyə baxmışdır. Həmin zaman yolun sağ kənarında yerləşən torpaq hissəsində dayanan “Opel-Astra” markalı ** GB *** dövlət nömrə nişanlı avtomaşının arxa sol hissəsi ilə toqquşmuşdur. Zərbə nəticəsində “Opel-Astra” markalı avtomaşın bir neçə dəfə firlanaraq yolun sağ tərəfində olan torpaq hissəsində dayanmışdır. Onun idarə etdiyi yük avtomaşını isə zərbənin təsirindən aşmışdır. “Opel-Astra” markalı ** GB *** dövlət nömrə nişanlı avtomaşında olan sürücü və sərnişinlər müxtəlif bədən xəsarətləri almışlar. Həmin şəxsləri tanımadğı maşınla xəstəxanaya göndərmiş özü isə hadisə yerində qalmışdır. Sonradan məlum olmuşdur ki, “Opel-Astra” markalı ** GB *** dövlət nömrə nişanlı avtomaşında sürücü adını sonradan bildiyi Şahid1 dərəcəsi təyin olunmayan, sərnişinlərdən Zərərçəkmiş şəxs az ağır, və Şahid2 yüngül bədən xəsarəti almışdır. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəmiş, onunla barışmışdır. Ona görə barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Zəngilan rayonu, Babaylı kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 3 ünvanında valideyinləri ilə birlikdə yaşayır. Azərbaycan Memarlıq və İnşaat Universitetinin Su Təssərüfatı fakultəsinin 4-cü kurs tələbəsidir. xx.xx.2024-cü il tarixdə saat təxminən 09 radələrində o, Abşeron rayonu, Saray qəsəbəsindən Şahid1 məxsus **-GB-*** dövlət qeydiyyat nişanlı taksi avtomobilinə əyləşib Saray-Xırdaln yolu ilə hərəkət etmişdir. Bu zaman sürücü avtomobil yolun sağında avtomobili saxlayıb sərnişin götürmək istəyərkən arxadan gələn “Ford Tranzit” markalı **-HL-*** dövlət qeydiyyat nişanlı yük avtomobili onların əyləşdiyi maşına çırpılmışdır. O, sürücünün arxasında əyləşdiyi üçün orada olan şəxslərin köməkliyi ilə onu Abşeron rayon mərkəzi xəstəxanasına oradan isə Bakı şəhərində yerləşən X10 xəsəxanasına aparmışlar. Orada həkimlər ona ilk tibbi yardım göstərmişlər. Həmin vaxtı ondan başqa avtomobildə sərnişinlər olmuşdur. O, həmin sərnişinləri tanımamışdır. Qeyd etmişdir ki, həmin hadisə baş verən zaman onun avtomobili yolun sağ kənarında dayanmış vəziyyətdə olmuşdur. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş, onunla barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də təqsirləndirilən şəxs barəsində cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Şahid2 şahid qismində dindirilərək, ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə ünvan 4 ünvanında yaşayır. xx.xx.3034-cü il tarixdə saat təxminən 09 radələrində o, Abşeron rayonu, Saray qəsəbəsindən sonradan adını bildiyi Şahid1 məxsus “Opel Astra” markalı **-GB-*** dövlət qeydiyyat nişanlı taksi avtomobilinə əyləşib Saray- Xırdaln yolu ilə hərəkət etmişdir. Bu zaman sürücü avtomobil yolun sağında avtomobili saxlayıb sərnişin götürmək istəyərkən arxadan gələn “Ford Tranzit” markalı **-HL-*** dövlət qeydiyyat nişanlı yük avtomobili onların əyləşdiyi maşına çırpılmışdır. O, qabaq sərnişin oturacağında əyləşdiyi üçün orada olan şəxslərin köməkliyi ilə onu Abşeron rayon mərkəzi xəstəxanasına aparmışlar. Orada həkimlər ona ilk tibbi yardım göstərmişlər. Həmin vaxtı ondan başqa avtomobildə sərnişinlər olmuşdur. O, həmin şəxsləri tanımamışdır. Qeyd etmişdir ki, həmin hadisə baş verən zaman onun əyləşdiyi avtomobil yolun sağ kənarında dayanmış vəziyyətdə olmuşdur.O,özü təqsirləndirilən şəxsdən şikayətçidir, ona dəymiş ziyanlığın ödənilməsini xahiş edir. Məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə ünvan 5 ünvanında yaşayır. Onun avtomobil idarə etmək üçün “B,C” kateqoriyalı sürücülük vəsiqəsi vardır. Təxminən 1 il olar ki, “Opel Astra” markalı ** GB *** dövlət nömrə nişanlı gümüşü rəngli avtomobili etibarnamə əsasında idarə edir. Avtomaşını idarə etməyə başladığı vaxtdan etibarən texniki cəhətdən saz vəziyyətdə olmuş və hər hansı bir texniki nasazlığı olmamışdır. Bildirmişdir ki, xx.xx.2024-ci il tarixdə saat 09:30 radələrində etibarnamə ilə idarə etdiy “Opel Astra” markalı ** GB *** dövlət nömrə nişanlı avtomaşınla 3 zolağdan ibarət olan yolun sağdan birinci zolağı ilə Abşeron rayonu, Saray qəsəbəsi istiqamətindən Xırdalan şəhəri istiqamətində hərəkətdə olan zaman o, avtomaşını yolun sağ tərəfində dayanan sərnişini götürmək üçün yolun sağ tərəfində olan torpaq hissəsinə sürüb saxlamışdır. O, avtomaşını saxlayıb sərnişini götürən zaman arxadan yüksək sürətlə gələn “Ford Tranzit” markalı ** HL *** dövlət nömrə nişanlı yük avtomaşını idarə etdiyi avtomaşını arxadan vurmuş və zərbə nəticəsində onun idarə etdiyi avtomaşın bir neçə dəfə firlanaraq yolun sağ tərəfində olan torpağ hissəsində dayanmışdır. “Ford Tranzit” markalı avtomaşın isə zərbə nəticəsində aşmışdır. O, və avtomobildə olan sərnişinlər xəsarət almışlar. Orada olan tanımadığı şəxslərin köməkliyi ilə xəsarət alan şəxsləri xəstəxanaya yola salmışlar. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 18 may 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” 20 may 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında xx.xx.2024-cü il tarixli ******* saylı protokoldan görünür ki, Təqsirləndirilən şəxs ayıq olmaqla onda alkoqol qəbulunun hər hansı əlamətləri olmamış, narkotik qəbulu faktı aşkarlanmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair 27 may 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” Publik Hüquqi şəxsin Abşeron rayon şöbəsinin 10 may 2024-cü il tarixli 876 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs Əhliman oğlunun bədəni üzərində aşkar olunmuş xəsarətlər – alt çənə sümüyünün yerdəyişən qapalı sınığı bərk küt əşyanın (əşyaların) təsirindən xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” Publik Hüquqi şəxsin Abşeron rayon şöbəsinin 25 iyul 2024-cü il tarixli 29 npmrəli əlavə rəyindən görünür ki, 1985-ci il təvəllüdlü Şahid1 məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər-başın və boyunun yumşaq toxumalarının bərk əzilməsi, bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə idarə etdiyi avtomaşının digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin olunmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” Publik Hüquqi şəxsin Abşeron rayon şöbəsinin 02 avqust 2024-cü il tarixli 1607 nömrəli rəyindən görünür ki, 1966-cı il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər-Abşeron rayon Mərkəzi Xəstəxanasında qoyulmuş diaqnoz “Diz oynağının bərk əzilməsi, bud çanaq oynağının bərk əzilməsi”, bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı salonunda olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilmələri mümkündür, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” Publik Hüquqi şəxsin Abşeron rayon şöbəsinin 02 avqust 2024-cü il tarixli 1606 nömrəli rəyindən görünür ki, 1975-ci il təvəllüdlü Şahid2 məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər-Abşeron rayon Mərkəzi Xəstəxanasında qoyulmuş diaqnoz “Başın və boyunun bərk əzilməsi”, bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı salonunda olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsində gələ bilmələri mümkündür, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eskspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 8/1735 saylı məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “X9” markalı **-HL-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücsü Təqsirləndirilən şəxs hərəkətlərində “X7” Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Opel Astra” markalı **-GB- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hərəkətlərində “X7” Azərbaycan Respublikası Qanununun tələblərinə ziddiyyət təşkil etməməsi də nəzərə alınmaqla, onun hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 29 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan olunmuşdur. “Qətimkan tədbiri seçilməsi barədə” 29 iyul 2024-cü il tarixli qərardan və bu barədə iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 02 avqust 2024-cü il tarixli qərardan görünür ki, Cinayət işi üzrə yol-nəqliyyat hadisəsi vaxtı Təqsirləndirilən şəxs idarə etdiyi “X9” markalı **-HL-*** dövlət qeydiyyat nişanlı yük avtomobili iş üzrə maddi sübut kimi tanınaraq sahibi Təqsirləndirilən şəxs olması iş üzrə nəzərə alınmışdır. Cinayət işi üzrə yol-nəqliyyat hadisəsi vaxtı Şahid1 idarə etdiyi “Opel Astra” markalı **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınaraq sahibi Şahid1 olması iş üzrə nəzərə alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş maddi və mənəvi ziyan tam ödənilmiş, cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, zərərçəkmiş şəxs ilə barışmışdır, sonuncunun ona qarşı heç bir şikayət və tələbi yoxdur, cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş edir. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirildiyindən sonuncunun əməlinin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs CM-in 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət işi materiallarını tədqiq edərək, cinayət əməlini törətmiş şəxsi, zərərçəkmiş şəxsin və dövlət ittihamçısını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət təqibi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət məsuliyətindən azad edildiyindən və onun təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verildiyindən, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “X9” markalı **-HL-*** dövlət qeydiyyat nişanlı yük avtomobili iş üzrə maddi sübut kimi tanınaraq sahibi Təqsirləndirilən şəxs və ““Opel Astra” markalı **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınaraq sahibi Şahid1 qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət təqibinə xitam verməklə yanaşı bu əməlin inzibati məsuliyyətə səbəb olması məsələsi araşdırılmalıdır. Belə ki, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs “X7” Azərbaycan Respublikası qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırki halda cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Abşeron Rayon Polis Prokurorluğuna göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Cinayət işi üzrə məhkəmə hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs dövlət hesabına ona təqdim olunmuş müdafiəçinin pulsuz hüquqi yardımından imtina etməsi barədə ərizəsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut, mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 43 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd”inin 2-ci hissəsinə əsasən həmin Məcəllənin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunsun və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış “X9” markalı **-HL-*** dövlət qeydiyyat nişanlı yük avtomobili iş üzrə maddi sübut kimi tanınaraq sahibi Təqsirləndirilən şəxs və ““Opel Astra” markalı **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınaraq sahibi Şahid1 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün qərarın surəti Abşeron rayon Prokurorluğuna göndərilsin Cinayət işi üzrə məhkəmə hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs dövlət hesabına ona təqdim olunmuş müdafiəçinin pulsuz hüquqi yardımından imtina etməsi barədə ərizəsi nəzərə alınsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya protesti və ya şikayəti verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Firuzə Kərimova
Məhkəmə qərarları › İş №1(012)-1005/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-1005/2024
17.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver