Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-1006/2024 04.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxsin hüquqi nümayəndəsi: Zərərçəkmiş şəxs2 Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1981-ci ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2022-cü ilin sentyabr ayında Abşeron rayon X4 Hüquqi şəxsin nəznində olan Xırdalan Ailə Sağlamlıq mərkəzinin bölmə müdürü Zərərçəkmiş şəxs1 qeyd edilən mərkəzin istifadəsində olan 25627 manat dəyərində “Mitsubishi" markalı 16 kilovatlıq elektrik generatorunu təmir edəcəyi barədə yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs1 həmin generatoru və təmir etməsi üçün ehtiyyat hissələri almaq adı ilə 2022-ci ilin sentyabr ayından 2023-cü ilin yanvar ayınədək müxtəlif vaxtlarda və məbləğdə, ümumilikdə 2200 (iki min iki yüz) manat pulunu alıb ələ keçirərək, generatoru hissəllərə ayırıb yaşadığı Agcabədi şəhərinə aparıb satmaqla vahid niyyətlə zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, 2022-ci ilin sentyabr ayında əvvəllər tanıdığı Elçin adlı şəxs ona tanışının Abşeron rayonu, Xırdalan şəhərində yerləşən xəstəxanada baş həkim işləməsini və həmin xəstəxanada elektrik generatorunun təmirə ehtiyacı olmasını bildirdiyindən təxminən iki həftə sonra həmin xəstəxanaya gedərək, Zərərçəkmiş şəxs1 ilə tanış olmuş və onunla birlikdə xəstəxananın həyətindəki nasaz generatora baxış keçirtmişlər. O, generatora baxış keçirdikdən sonra tam nasaz olması və mütəmadi olaraq işlədikcə başqa problemlər yaranacağı və təxminən 700 manat pul qarşılığında təmir edəcəyini bildirdikdə, Zərərçəkmiş şəxs1 onun təklifi ilə razılaşmış və bundan sonra o, xəstəxananın həyətində həmin generatorun təmirinə başlamışdır. Zərərçəkmiş şəxs1 ona təmirin nə vaxt başa çatacağını soruşduqda ona dəqiq vaxt deyə bilməmiş, bundan sonra generatoru bir ay müddətində təmir edib işə salmış, lakin, generatorun sudevredicisi sıradan çıxmış və yenidən təmirə dayanmış, həmin müddət ərzində sonuncu ona 400 manat pul ödəmişdir. Generatorun sudevredici ehtiyyat hissəsini təmir etdikdən sonra genratorun “qalovka” deyilən hissəsi sıradan çıxmış, bundan sonra yenidən müəyyən etmişdir ki, generatorun porşen hissələrinin iki ədədi sıradan çıxmışdır. Bundan başqa o, generatorun yanacaq ötürücüsünün işləməməsinə görə iki ədəd yanacaq ötürücü də quraşdırmışdır. Bundan sonra genertoru dəfələrlə işə salmağa çalışsa da, lakin işləməmişdir. Generatorun təmir olunduğu müddətdə Zərərçəkmiş şəxs1 ona 2200 (iki min iki yüz) manat məbləğində pul ödəmiş, həmin pulun 90% hissəsini isə generatorun ehtiyyat hissələrinə xərcləmiş, lakin sonradan valideyinləri vəfat etdiyi üçün yas mərasimlərinə ilə məşğul olmuş və generatoru təmir etməyə gedə bilməmişdir. O, 2023-cü ilin fevral ayında Zərərçəkmiş şəxs1 işlədiyi xəstəxanaya gedərək, həmin generatoru yerində təmir edə bilməyəciyini, “Ulduz” metrostansiyanın yaxınlığına yerləşən sexə aparmalı olduğu barədə Adiləyə bildirdikdə, sonuncu onun generatoru təmir üçün aparmasına etraz etməmişdir. O, 2023-cü ilin fevral ayında generatoru tanımadığı evakuator tipli avtomobilə yükləyib “Ulduz” metrostansiyanın yaxınlığına yerləşən sexə aparmış, lakin sex bağlı olduğu üçün yolun kənarında yerləşən boş sahədə generatoru hissələrə ayıraraq özünə məxsus “Hundai i30” markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin baqaj hissəsinə yükləyib, təmir etmək məqsədi ilə yaşadığı Ağcabədi rayonuna aparmışdır. O, Ağcabədi rayonunda həmin generatorun mühərrik hissəsinin yararsız olduğunu müəyyən etdiyindən təmir edə bilməmiş, istifadəyə yararsız olduğu üçün 04 mart 2023-cü il tarixdə 70 manat pul qarşılığında metal qəbuluna satmışdır. O, Zərərçəkmiş şəxs1 həmin generatorun əvəzinə yenisini işlək vəziyyətdə olanını verəcəyini bildirmiş, lakin həmin ərəfədə maddi imkanı zəif olduğundan başqasını alıb verə bilməmişdir. 07 mart 2023-cü il tarixdə iş tapmaq məqsədi ilə Rusiya Federasiyasına getmiş, orada olan vaxt yəni, 22 yanvar 2024-cü il tarixdə həbs olunmuşdur. Son olaraq etdiyi əməldən peşman olmasını, hər iki zərərçəkmiş şəxsə dəymiş zərəri tam olaraq ödəməklə, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, sonuncuların ona qarşı şikayət və tələbinin olmamasını və himayəsində şəkər xəstəliyindən əziyyət çəkən yetkinlik yaşına çatmayan övladının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasına dəvət edilərək, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 verdiyi ifadəsində göstərdi ki, o, hadisə baş verən müddətdə Xırdalan şəhər X8 müdürü vəzifəsində çalışmışdır. Belə ki, onun işlədiyi tibb müəssisəsinin elektrik generatoru 2022-ci ildə Abşeron Rayon Mərkəzi Xəstəxanasının balansından alınaraq Ailə sağlamlıq tibb mərkəzinə verilmişdir. 2022-ci ilin sentyabr ayında tibb müəssisəsinin işıqlarında problem olduğu üçün həmin generatorun təmir edilərək istifadəyə verilməsi qərarına gəlmiş, bu səbəbdən usta axtarmaq üçün bir neçə nəfərə bu barədə xəbər vermiş, işlədiyi sağlamlıq mərkəzində Yaqut adlı xadimə əri Elçinin generator ustası olmasını bildirməklə onun nömrəsini vermişdir. O, Elçinə zəng etmiş ondan generatoru təmir edib-edə bilməyəciyini soruşduqda, işlərinin çox olması səbəbi ilə tanışı Təqsirləndirilən şəxs yönləndirə biləcəyini demiş, o razılaşaraq, həmin şəxsin mobil telefon nömrəsini almış və sonuncuya zəng etmişdir. O, mobil telefonda generator barədə Təqsirləndirilən şəxs məlumat verərək, baxış keçirməsi üçün mərkəzə dəvət etmiş, sonuncu razılaşaraq xəsətəxanaya gəlmiş və generatorun təmiri üçün əlavə avadanlıqların, hissə və materiallar alınmalı olmasını deməklə ondan hissə-hissə pullar istəmişdir. 2022-ci ilin sentyabr ayından 2023-cü ilin yanvar ayınadək sağlamlıq mərkəzində Rahibə əlbəəl nəğd formada ümumilikdə 2200 manat pul vermiş, təxminən 2023-cü ilin fevral ayında sonuncu sağlamlıq mərkəzinə gələrək, generatorun yerində təmir edilməsinin mümkünsüz olmasını, zavod şəraitində təmir edilməli olmasını, evakuator çağırılaraq generatorun aparılmalı olmasını bildirmiş və o, etraz etməmişdir. O, evakuator çağıraraq generatoru yüklətdirmiş, Rahib generatoru Ulduz metrostansiyasının yaxınlığında olan zavoda aparmışdır. 2023-cü ilin fevral ayından Rahiblə bir neçə dəfə əlaqə saxlamaq, generatorun yerinə qaytarılaraq quraşdırlmasını tələb etsə də, o, hər dəfə müxtəlif bəhanələr gətirərək, sonradan zənglərinə cavab verməmiş, bundan sonra o, Abşeron rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Hazırda təqsirləndirilən şəxsin ailə üzvləri tərəfindən həm ona həm də sağlamlıq mərkəzinə dəymiş zərər tam ödənildiyindən ona qarşı hər hansı şikayət və tələbinin olmamasını, onunla barışdığını bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasına dəvət edilərək, zərərçəkmiş şəxsin hüquqi nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs2 verdiyi ifadəsində göstərdi ki, o, Abşeron rayonu Mərkəzi Xəstaxanası” X13 hüquqşunası vəzifəsində çalışır. Xırdalan şəhər X9 həmin xəstaxananın nəznində fəaliyyət göstərir. Abşeron rayon X7 Hüquqi şəxsə məxsus olan 2014-cü ildə "xxxx" MMC-dən 1 ədəd serya nömrəsi ÇBT/3 280404 olan elektrik generatorunu 25627 (iyirmi beş min altıyüz iyirmi yeddi) manata alınaraq xəstaxanaın balansına daxil edilmiş və həmin vaxtdanda istifadə edilməyə başlanılmışdır. Həmin elektrik generatoru istifadə edilməsi üçün Abşeron rayon Mərkəzi xəstaxanasının pubılik hüquqi şəxsin nəznində olan Xırdalan şəhər Ailə Sağlamlıq Mərkəzinə 2022-ci ildə istifadə üçün təhvil verilmiş, lakin sonradan həmin generatorda nasazlıqlar yarandığından Ailə sağlamlıq Mərkəzinin müdürü Zərərçəkmiş şəxs1 təmir üçün həmin generatoru Rahib adlı ustaya vermişdir. Bildiyi qədəri ilə Rahib adlı şəxs həmin generatoru ələ keçirdikdən sonra ölkə ərazisini tərk edib, Rusiya Federasiyasına getmiş, orada saxlanılaraq Azərbaycan Respublikasına ekstradisiya edilmişdir. Onun həmin generatorun Rahib adlı şəxs tərəfindən hara aparılması barədə məlumatı yoxdur. Həmin elektrik genartoru 2014-cü ildə "xxxx" MMC-dən 25627 (iyirmi beş min altıyüz iyirmi yeddi) manata əldə edilmişdir. Sonda təqsirləndirilən şəxsin ailə üzvləri tərəfindən işlək vəziyyətdə olan generator verilməklə, vurulmuş ziyanın tam ödənildiyini bildirərək, Təqsirləndirilən şəxs qarşı şikayət və tələblərinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
1. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında 02 may 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır;
2. “Zərərçəkmiş şəxs qismində tanınmaq” haqqında 03 may 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır;
3. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 22 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur;
4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 17 iyun 2023-cü il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır;
5. Abşeron rayon Məhkəməsinin 04 noyabr 2023-cü il tarixli, 4(012)-844/2023 saylı qərarı ilə həbsdə saxlanılma müddətinin əvvəli təqsirləndirilən şəxsin tutulduğu vaxtdan hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir;
6. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrin İdaarəetmə Birliyi” X13 Abşeron rayon Mərkəzi Xəstəxanası tərəfindən 04 noyabr 2023-cü il tarixli, məktubuna əsasən 2014-cü il tarixdə 28040 nömrəli qaimə-faktura əsasında balans dəyəri 25627,00 AZN olan böyük generator Abşeron rayon Mərkəzi Xəstəxanasına təhvil verilmişdir;
7. Abşeron rayon Prokurorluğu tərəfindən 14 iyun 2024-cü il tarixdə verilmiş təqdimata əsasən Təqsirləndirilən şəxs 23 yanvar 2024-cü il tarixdə Rusiya Federasiyasında həbs edilərək, 14 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikasına Ekstradisiya edilmişdir;
8. Abşeron rayon Prokurorluğunun 04 iyul 2024-cü il tarixli, 368-xid-24 saylı məktubuna əsasən ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndiirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs 14 iyun 2024-cü il tarixdə Rusiya Federasiyasından Azərbaycan Respublikasına gətirilərək, Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir;
9. Abşeron rayon Məhkəməsinin 15 iyun 2024-cü il tarixli, 4(012)-484/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 (iki) ay 06 (altı) gün müddətinə, yəni 14 iyun 2024-cü il tarixdən 20 avqust 2024-cü il tarixədək müəyyən edilmişdir;
10. “Zərərçəkmiş hüquqi şəxsin qanuni nümayəndəsi qismində tanınmaq” haqqında 05 iyul 2024-cü il tarixli qərardan görünür ki, “Abşeron rayon Mərkəzi Xəstəxanası” X14 zərərçəkmiş hüquqi şəxs qismində tanınmışdır;
11. Ağcabədi rayon Mərkəzi Xəstəxanası tərəfindən 26 iyul 2024-cü il tarixli, məktubuna əsasən 25 avqust 2009-cu il təvəllüdlü X5 “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” X13 X2 endokrinoloji kabinetində “Şəkərli diabaet İ tip” diaqnozu ilə xx.xx.2017-ci il tarixdən dispanser qeydiyyatındadır;
12. X3 əmtəəşünaslıq ekspertizasının 31 iyul 2024-cü il tarixli, 128 saylı rəyinə əsasən 2014-cü ildən istifadə edilən 01 ədəd “Mitsubishi” markalı, 16 kilovatlıq elektrik generatorunun 2023-cü ilin fevral ayına olan nəzəri hesablama yolu ilə orta bazar qiyməti 23500,00 manat məbləğində müəyyən ediımişdir;
13. “Sübutların qiymətləndiriıməsi” haqqında 06 avqust 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri barədə ifadələri, cinayət işi üzrə zərərçəkmiş şəxsin ifadəsi, üzləşmə protokolu və iş üzrə digər sənədlər sübut əhəmiyyəti kəsb etdiyindən həmin sənədlər iş üzrə sübut növü kim tanınmış, X3 əmtəəşünaslıq ekspertizasının 31 iyul 2024-cü il tarixli, 128 saylı rəyinə əsasən 01 ədəd “Mitsubishi” markalı, 16 kilovatlıq elektrik generatorunun 2023-cü ilin fevral ayına olan nəzəri hesablama yolu ilə orta bazar qiyməti 23500,00 manat məbləğində olması müəyyən edilsə də, zərərçəkmiş şəxsin dedikləri əsas götürülməklə həmin Elektrik generatorunun orta bazar qiyməti 25627,00 manat olması nəzər alınmışdır;
14. Zərərçəkmiş şəxsin hüquqi nümayəndəsi tərəfindən təqdim edilmiş 17 sentyabr 2024-cü il tarixli təhvil-təsli aktından görünür ki, X6 əvəzləşmə yolu ilə “X12 Generator set” markalı 35 KVA gücündə SR184G model 2020-ci il istehsal tarixli işlək vəziyyətdə olan generator təhvil alınmışdır;
15. “Azemis” Elektron İnformasiya sistemi vasitəsilə təqsirləndirilən şəxsin “qohumluq məlumatlarına” dair göndərilmiş sorğudan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 25 avqust 2009-cu il təvəllüdlü X5 adlı uşağı vardır.
16. Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi 04 noyabr 2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənildiyindən ona qarşı hər hansı şikayət və tələbi yoxdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluğun təkrarən törədilməsi (Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi) məsələsi Cinayət Məcəlləsinin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir (35-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs ittiham olunduğu maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş zərərin tam ödənilməsini, sonuncularına ona qarşı şikayət və tələbinin olmamasını, həmçinin himayəsində “Şəkərli diabet İ tip” diaqnozu xəstəliyindən əziyyət çəkən övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi yuxarıda qeyd olunan Plenumunun Qərarında məhkəmələrin nəzərinə çatdırılır ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Məhkəmə cinayət qanunvericliyinin təlbələrini, Ali Məhkəmənin Plenumunun tövsiyyələrini, habelə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, ailə üzvləri tərəfindən zərərçəkmiş şəxslərə dəymiş ziyanın tam olaraq ödənilərək, onlarla barışıq əldə etməsini və sonuncuların hazırda ondan heç bir şikayət və tələbinin olmamasını, bundan başqa himayəsində şəkər şəkər xəstəliyindən əziyyət çəkən yetkinlik yaşına çatmayan övladının olmasını cəzanı yüngülləşdirən hal olaraq qiymətləndirərək, həmçinin ağırlaşdırıcı halların müəyyən edilməməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipi ilə şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növü ilə onun islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Ağcabədi rayon Probasiya Şöbəsinə məlumat vermədən Ağcabədi rayonu hüdudlarından kənara çıxmamaq, saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4.8-ci bəndində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 23 yanvar 2024-cü il tarixdə Rusiya Federasiyasında həbs edilməsindən keçən 09 (doqquz) ay 12 (on iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla, ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunaraq dərhal məhkəmə zalından həbsdən azad olunmalı, seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 25 saat üçün nəzərdə tutulan 150 manat pul ödənilməlidir. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu 09 (doqquz) ay 12 (on iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 06 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Ağcabədi rayon Probasiya Şöbəsinə məlumat vermədən Ağcabədi rayonu hüdudlarından kənara çıxmamaq, saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Ağcabədi rayon Probasiya Şöbəsinə həvalə edilsin və cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclası zalından həbsdən azad olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə mülki iddianın və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyrimi beş) saata görə 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən Abusət Qasımov