Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-1010/2025 01.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Firuzə Şahin qızının sədrliyi, məhkəmə iclas katibi Abbasova Fatimə Ramil qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş X1 iştirakı ilə, X2 Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X1 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X4, X2 Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılır ki, o, Azərbaycan Silahlı Qüvvələrində 2014-cü ilin yanvar ayının 6-a qədər xidmət etmişdir. O, Hərbi Polis rəisi vəzifəsində xidmət etmişdir. Hazırda istefada olan polkovnikdir.Onun barəsində xx.xx.1966 təvəllüdlü Sevindik Məmmədov tərəfindən “facebook” sosial şəbəkəsində böhtan xarakterli materiallar yazılmış, bu azmış kimi əlavə olaraq barəsində “təhqir, yalan məlumatlarla dolu Qurban Məmmədovun’5 video materialları Sevindiyin səhifəsində öz əksini tapmışdır.Bu barədə ona tanışları tərəfindən məlumat verilmişdir. Onların iştirakı ilə Sevindik Məmmədovun səhifəsinə baxdıqda özü barədə yalan, şər, böhtan xarakerli məlumatların sosial şəbəkədə yayınlanmasının şahidi oldu. Sevindik tərəfindən mən Tərtər hadisələrinin səbəbkarı, günahkarı kimi qələmə verilmişdir. Guya o, əsgərləri döydürmüşdür. Qatıl kimi onu tanıtdırmağa cəhdlər etmişdir. Çağırış etmişdir ki, izləyicilər onu qatil və mənfi halların səbəbkarı kimi tanısınlar.Sevindik Məmmədovun hansı vaxtdan bu hərəkətləri etməsini bilmir. Amma bildiyi odur ki, onun yalan və böhtan məlumatları nəticəsində barəmdə yalnış təəsürat oyatmaqla, psixoloji problemi olan və ya verilən məlumatdakı hadisələrlə bağlı travma yaşamış şəxsin (özü və ailəsi tərəfindən) ona və ailəsinə qarşı cinayət xarakterli hərəkətlərə yol verilə bilər. O, Sevindik Məmmədovun kim olduğunu bilmir. Onu tanımır. Onun barəsində niyə yoxlanılmamış, uydurma ifadələrin işlədilmə səbəbini bilmir. Onun kimliyinin müəyyən edilməsi üçün vəkil sorğusu ilə Daxili İşlər Nazirliyinə müraciət etdi və nəticə olaraq barəsində müəyyən məlumatlar əldə etməklə hazırki şikayətlə məhkəməyə müraciət edir. X3 rayonu ərazisində yaşadığını ona deyiblər. O sosial şəbəkədə Azərbaycan Respublikasından qaçmış Qurban Məmmədovun izləyicisi, onunla daim söhbətləşmə aparan biri olduğu görünür. Onun sosial şəbəkəsində Qurban Məmmədovun video rolikləri (çarxları) vardır. Həmin video roliklərdə də onun təhqir olunduğunu görmək olur. O, imternet, video materialdan istifadə qaydalarına malik olmadığı üçün Sevindik Məmmədovun şəxsi səhifəsində əksini tapmış görüntülərin fotosunu yadda saxlamışdır. Onu bilir ki, Sevindik Məmmədovun sosial şəbəkə üzərindən onun məlum “Tərtər işi” ilə əlaqədar olmağını əks etdirməyi (hərəkəti) onun və ailəsinin həyatına sui qəsdə bərabər cinayətdir. Onun kimliyindən xəbərsiz olan, onun xidmət müddətinin nə zaman bitdiyini bilməyən hər hansı şəxs tərəfindən onun və ailəsinin hər hansı üzvünə qarşı sui qəsd və ya hər hansı ağır xəsarətlə nəticələn hərəkətə yol verilə bilər. Halbuki o, “Tərtər hadisələrə” zamanı xidmətdən ehtiyyata buraxılmışdır. Məlum hadisələr zamanı onun o işə səbəb olmağına, o işdə iştirak etməyinə və ya o işin baş verməsinin qarşısını almağa səlahiyyəti olmayıb. Qurban Məmmədov kimdi? Onun kim olduğunu hamı bilir. Onun cəfəngiyyat dolu sözlərini bir çoxlarımız eşitmişik və ya kimdənsə bu barədə məlumat almışıq. X6 Məmmədovla hansı bağların bağlanmasını, onunla hansı işgüzar əlaqələrinin olmasından məlumatsız olduğu halda, onu bilir ki, Sevindik Məmmədov bütün etik qaydaları kənara qoymaqla Qurban Məmmədovun barəsində səsləndirdiyi “təhqirlərlə müşayiət edilən” video rolikləri öz facebook səhifəsində əks etdirməklə, barəsində böhtan və təhqir məlumatlarının yayılmasına səbəb olmuşdur. Bu azmış kimi özü də müəyyən şərhlər verməklə ona qarşı oxucular və izləyicilər qarşısında nifrət yaratmağa cəhdlər etmişdir. Bunun nə məqsədlə edildiyini bilmir. Amma cinayət məsuliyyətinə səbəb olan hərəkətlər olması göz önündədir. Bu çağırışlar ona və ailəsinə qarşı sui qəsdlərin edilməsi məqsədi ilə edilməsi təqzibolunmaz faktdır. Sevindik Məmmədov sosial şəbəkə vasitə ilə onu (ailə üzvlərini) hədəfə almışdır. Çağırış edib ki, hamı onu tanısın. Bununla da, Sevindik Məmmədov ona məlum olmayan hər hansı məqsədə nail olmaq üçün (maddi və ya qeyri maddi maraq güdməsi- Qurban Məmmədov kimilərin gözündə yaxşı görünmək üçün) onun şərəf və ləyaqətini ləkələyən, onu cəmiyyət və ailə üzvləri arasında nüfuzdan salan, tanışlarının qarşısında günahkar kimi qələmə verilməyi üçün - təhqir və böhtan xarakterli məlumatları sosial şəbəkədə yaymış, onun (ailə üzvlərinin) həyatına real təhlükə yaratmışdır. Cinayət xarakterli əməlləri özündə əks etdirən uydurma (lakin qorxunc nəticələrə səbəb ola bilən) məlumatların kütləvi şəkildə yayılmasına yol vermişdir. Belə ki, Tərtər işi ilə bağlı əlaqəsi olmadığı halda, həmin hadisənin baş verməsinin səbəbkarı kimi onu qeyd etməsi sosial şəbəkə izləyicilərində yalnış təəsuratların yaranmasına və barəsində doğru olmayan fikir formalaşdırılmasına yönəlmişdir. Həmin hadisələrlə bağlı travma olan şəxslər tərəfindən o və ya ailə üzvləri güdülə bilər. Ona və ya ailə üzvlərinə qarşı xoşagəlməz hərəkətlər və ya sözlər deyilə bilər. Barəsində yalnış fikir formalaşa bilər. Nəticə etibarı ilə kiminsə tərəfindən zorakılığa məruz qala bilər. Bu şəxs onu etmədiyi hərəkətlərdə -ağır cinayətdə ittiham edir. Onun bu əməlində (çağırışında AR CM 147.2 bəndinin tərkib hissəsi var) Bütün bu halların yaranmasına səbəbkar Sevindik Məmmədovdur. Barəsində yayılan əsassız xəbərin mahiyyətinin həqiqətdən uzaq olması və yayılmış məlumatın ona qarşı təhqir və ağır ittiham hesab edilməklə, böhtan, həmçinin həyatına sui qəsdə çağırış cinayətinə aid edilməlidir. Əldə edə bildiyi sübutları foto vasitəsilə məhkəməyə təqdim edir. Amma bir çox materialları əldə edə bilməmişdir.Səbəb kompyuter texnologiyasından rahatlıqla istifadə edə bilməməyidir. Sevindik Məmmədov tərəfimdən ona qarşı edilən bu “hərəkətlər” səhhətində dərin, pis əlamətlər və təsirlər yaratmışdır. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X4 şikayətin məzmununa uyğun izahat verərək şikayətin məhkəmənin icraatına qəbul edilməsini və baxışa təyin edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 lazimi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq iştirak etməmiş, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293-3.1-293.3.7-ci maddələrinin tələblərinə görə böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası göstərilir. Həmin Məcəllənin 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olubolmaması barədə məsələlərə baxılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.1-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 300.1.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 302.2.3-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Məhkəmə hesab edir ki, qanunvericliyin qeyd edilən normalarının tələbinə və mənasına görə hər hansı şəxsə qarşı irəli sürülmüş ittihamın sübut edilməsi ittiham tərəfinin üzərinə düşür, irəli sürülmüş xüsusi ittiham isə hələ gələcəkdə sübut olunubolunmamasından asılı olmayaraq icraata qəbul edilib baxılması üçün ilk öncə müvafiq sübutlarla əhatə olunmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs baş vermiş hadisənin dəqiq vaxtını qeyd etməmiş, şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) dəqiq qeyd edilməmişdir. Həmçinin məhkəmə hərəkətlərindən şikayət edilən şəxsin əməllərinə (qanunda göstərilən obyektiv və subyektiv əlamətlərin cəminə) hüquqi qiymət vermədən ilkin dinləmələr mərhələsində müvafiq prosessual hüquq normaların tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, xüsusi ittiham qaydasında şikayətin məzmunu Cinayət Prosessual Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun deyildir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli Qərarının 12-cı bəndində məhkəmələrə izah edilir ki, Məhkəmələrin diqqətinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə, kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs məlumatların sosial şəbəkə vasitəsi ilə yayıldığını bildirmişdir, qanunvericiliyin tələbinə görə Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Cəbrayıl rayonunda qeydiyyatdadır. Həmin şəxsin Abşeron rayonunda yaşaması barədə müvafiq sənəd məhkəməyə təqdim edilməmişdir. Bununla da, X1 xüsusi ittiham qaydasında şikayətinin yoxlanılması zamanı müəyyən edildi ki, CPM-in 302.1.1-ci və 302.1.3-cü maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir, belə ki, həmin şikayət üzrə məhkəmə baxışının keçirilməsi və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi üçün heç bir qanuni əsas yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3, 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X2 Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X1 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edilsin. Qərardan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firuzə Kərimova
Məhkəmə qərarları › İş №1(012)-1010/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-1010/2025
01.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver