Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-1012/2025 04.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X4 Ənvər qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Şabran rayonu, Beynəlmiləl kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Xaşmaz rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Gənclər şəhərciyi, yaşayış massivi, blok 12, mənzil14 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 11.04. 2025-ci il tarixdə saat 21:30 radələrində Abşeon rayonu, Xırdalan şəhəri, “Abşeron gənclər şəhərciyi” yaşayış massivində yerləşən “Çənlibel” kafesində tanışı Zərərçəkmiş şəxs ilə bir neçə gün əvvəl telefonda danışarkən ona qarşı kobud ifadələr söyləməsi səbəbindən aralarında yaranmış narazılıqla əlaqədar şəxsi münasibətlər zəminində mübahisə edib dalaşaraq sonuncunun qəsdən şillə ilə ağız nahiyəsinə, yumruqlarla başının sağ gicgah və sol göz nahiyəsinə vurub yerə yıxaraq bədəninin müxtəlif nahiyələrinə təpiklə vurub başın sağ gicgah-təpə nahiyəsinin hematoması, sol alt və üst göz qapaqlarının qançırı, gözün ağlı qişasına qansızma, üst və alt dodağın selikli qişalarının əzilmiş-cırılmış yaraları, sol qulaq seyvanının, boynunun sağ yan səthinin qançırlarından ibarət sağlamlığının qısa müddətə pozumasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək qeyd etmişdir ki, Zərərçəkmiş şəxs ilə eyni məhəllədə yaşayır, Zərərçəkmiş şəxs işlədiyi avtoyuma məntəqəsi onun yaşadığı məhəllədə yerləşir. Zərərçəkmiş şəxsla əvvəllər səmimi münasibətləri olmuşdur. 06 aprel 2025-ci il tarixdən 07 aprel 2025-ci il tarixə keçən gecə, sat 01 radələrində yaşadığı Abşeron rayonu, “Gənclər şəhərciyi” yaşayış massivində məhəllədə olarkan pivə içmək istəmişdir. Pivə tək içmək istəmədityi üçün Bəhruza zəng etmiş və onu pivə içlməyə dəvət etmişdir. Bəhruz bildirmişdir ki, Bakı şəhəri, Ramana qəsəbəsində qayını və dostu ilə pivə içir. Uzaq olduğu üçün gələ bilmədiyini söyləmişdir. Bu zanan onun yanında olan tanımadığı oğlan telefonu Bəhruzdan alaraq onunla danışmış və bildirmişdir ki, Bəhruzla birlikdə onun yaşadığı məhlləyə qonaq gəlmək istəyirlər. O, demişdir ki, Bəhruzun dostları onun da dostudur. Demidir ki, buyurun gəlin. Bundan sonra telefonu söndürmüşdür. Bir neçə dəqiqədən sonra Bəhruzun telefonundan ona yenidən zəng gəlmişdir. Telefonda danışan həmin tanımadığı oğlan ona bildirmişdir ki, “sən normal oğlan deyilsən”. Həmin oğlandan soruşmuşdur ki, nə üçün bu sözü deyirsən? Həmin şəxs demişdir ki, “sən normal oğlan olsaydın, bizim üçümüzü də qonaq çağırardın”. O, bildirmişdir ki, Bəhruzun öz məhəlləsinə onları qonaq çağırmağa nə ehtiyac var? Qoşulunlar və birlikdə gəlsinlər. Həmin şəxsin danışığından sərxoş olduğunu başa düşmüşdür. Buna baxmayaraq həmin tanımadığı şəxs onunla telefonda yenə də kobud danışmışdır4. Həmin şəxs ona telefonda danışaraq nalayiq söyüşlər söymüşdür. O, telefonda söyüş söyən həmin şəxsə demişdir ki, “gəl görüşək və üzümə bu söyüşləri söy”. Sonra telefonu Bəhruza verdirmiş və Bəhruza yanındakı şəxsin söyüş söyməsinə şərait yaratdığına görə iradımı bildirmişdir. Təxminən on beş dəqiqədən sonra tanımadığı onu telefonda söyən şəxs yenidən zəng etmiş və Bəhruzun necə oğlan olduğunu ondan soruşmuşdur. O, demişdir ki, “conum at, gəlib Bəhruzun necə oğlan olduğunu sənə göstərim”. Təkrarən həmin şəxsə bildirmişdir ki, Bəhruzu qonaq çağırmaq lazım deyidir, bura onun öz məhəlləsidir. Həmin oğlan yenə ona «sənə normal oğlan kimi baxmıram» deyəndə, o da cavabında ona “səni heç normal görmürəm”, deyəndən sonra həmin şəxs nalayiq ifadələr işlədib yenidən söyüş söymüşdür. O da həmin oğlanı söymüş və olduğu məkanı ona göndərməsini tələb etmişdir. Lakin həmin şəxs olduğu məkanı onun telefonuna göndərməmiş və telefonu söndürmüşdür. Aradan 5-10 dəqiqə keçəndən sonra həmin şəxs təkar ona zəng edərək Bəhruza görə ona söyüş söydüyü üçün iizürxahlıq etmişdir. Həmin şəxsdən səbəbsiz yerə onu niyə söyməsinin səbəbini soruşduqda, həmin şəxs giiya onun Bəhruzun ailə-uşağını söyməsini demişdir. Bəhruz 11 aprel 2025-ci il tarixdə, saat 21 radələrində ona zəng edib görüşmək istədiyini bildirmiş və Xırdalan şəhəri, «Abşeron gənclər şəhərciyində”, “Çənlibel” kafesində olduğunu bildirmişdir. O, Xırdalan şəhəri, «Abşeron gənclər şəhərciyində”, “Çənlibel” kafesinə gedib onunla görüşmüş, birlikdə pivə içmişlər. Birlikdə pivə içsərkən tanışı Anar da həmin kafeyə gəlmiş və onlarla bir stolda oturub o da pivə içmişdir. O, Bəhruzla söhbət etmiş və ondan bir neçə gün əvvəl aralarında baş vermiş narazılığın səbəbini soruşmuşdur. Bəhruzun düzgün etmədiyini ona demişdir. Bununla əlaqədar aralarında mübahisə başlamışdır. Mübahisə zamanı əlbəyaxa olub bir-birlərini itələmişdir. Həmin vaxt Bəhruz təpiklə onun sinəsindən vurmuşdur. Bunan sonra o da bir dəfə şillə ilə onun ağzına və bir dəfə yumruqla sol göz nahiyəsinə vurmuşdur. Həmin vaxt kafeni işlədən Kamran və yanında olan Anar onları ayırmışlar. Kamran onu və Anarı bayıra çıxartmışdır. Bəhruz tanıdığı hansısa polis əməkdaşına zəng edib hadisə barədə məlumat vermiş, bir neçə dəqiqədən sonra kafeinin yerləşdiyi ərazidə xidmət aparan polis əməkdaşları gəlib onları Abşeron rayon polis idarəsinə aparmışlar. Hadisə zamanı Zərərçəkmiş şəxs Anar vurmamışdır. Anar Kamranla birlikdə onları ayırmışdır. Hadisə qısa müddətdə kafenin içində baş vermişdir. Hadisə zamanı kafedə onlardan başqa müştərilərolmamışlar. Hadisə kafenin içində gecə vaxtı olduğu üçün kənardan müşahidə olunmamışdır. Zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışmışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyan tamamilə ödənilmişdir. Zərrəçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur Odur ki, o, barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs bildirmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri,« Abşeron Gənclər Şəhərciyi» ərazsində, «Çənlibel» restoranın yanında olan avtomaşınları yuma məntəqəsini icarəyə götürüb avtoyuyucu işləyir. Təqsirləndirilən şəxs və Anar adlı şəxsləri həmin ərazidə yaşayan sakinlər kimi tanımışdır. 09 aprel 2025ci il tarixdə, saat 22:30 radələrində qayını Şahid2 və onun dostu ilə birlikdə Sabunçu rayonu, Ramana qəsəbəsində adını bilmədiyi kafelərin birində çörək yeyərkən Təqsirləndirilən şəxs içkili vəziyyətdə onun mobil telefonuna zəng edərək sözlə ifadə olunmayan nalayiq sözlər demiş və söyüş söyməyə başlamışdır. O, Cavadın danışığından başa düşmüşdür ki, içkilidir. O, Cavadın içkili olmasını his etdiyindən telefonu söndürmüşdür. Aradan çox keçməmiş Cavad yenidən onun mobil telefonuna zəng etmiş, telefonu açanda zəng edənin Cavad olduğunu görüb danışmamış, telefonu qaynının dostu ondan alıb Cavad ilə danışmış, Cavadın telefonda söyüş söyməsini eşidərək onu sakitləşdirməyə çalışsa da Cavad sakitləşməyib, qaynımın dostunu da söymüşdür. Qaynının dostu da Cavadı söymüşdür. Ona görə də telefonu qaynının dostundan alıb söndürmüşdür ki, telefonda dalaşmasınlar. Buna baxmayaraq Təqsirləndirilən şəxs ona təkrar zəng edərək onun ünvanına nalayiq ifadələr işlətməklə onu hədələmişdir. Cavada bir neçə dəfə demişdir ki, yaxından görüşüb məsələni öz aralarında həll etsinlər, lakin Təqsirləndirilən şəxs onunla görüşə gəlməmişdir. 11 aprel 2025-ci il tarixdə, saat 21:30 radələrində Abşeron rayonu, “Abşeron gənclər şəhərciyində”, «Çənlibel» restoranında tək masanın arxasında oturub, içməyə pivə sifariş etmişdir, həmin vaxt Təqsirləndirilən şəxs ona zəng edərək harada olmasını soruşmuş, o da «Abşeron Gənclər Şəhərciyi» ndə yerləşən «Çənlibel» kafesində oduğunu demişdir. Aradan bir neçə dəqiqə keçəndən sonra Cavad İsmaylov və onun dostu Anar adlı şəxs onun pivə içdiyi kafeyə gəlmiş, oturduğu masaya yaxınlaşıb onun yanında oturmuşlar. Onlara da pivə sifariş vermişdir. Masanın arxasında iiç nəfər oturub pivə içərkən üç gün əvvəl telefonda danışarkan aralarında olan narazılıqla bağlı müzakirə etmiş və bu işdə Cavad onu günahladırmış, Anar da söhbət zamanı Cavadın tərəfini saxlamışdır. Onlar mübahisə edərkən Cavadla əlbəyaxa olmuşlar. O, Cavada bir təpik vurmuşdur. Sonra Cavadı vura bilməmidir. Çünki Cavad şillə və yumruqla onu vurduqda o, yıxılmış və yıxılan yerdə də, Cavad təpiklə onun bədəninin müxtəlif yerlərinə bir neçə dəfə vurmuşdur. Cavad şillə ilə onun ağzına vurmuş və dodaqları əzilərək ağzı qanamışdır. Sonra yumruqla onun sağ gicgah nahiyəsinə və sol göz nahiyəsinə vurmuş, həmin zərbələr nəticəsində sağ gicgah nahiyəsində, sol alt və üst göz qapaqlarının qançırı və gözün ağlı qişasına qansızına xəsarətlərini almışdır. Yumruq zərbəsindən sonra yıxılmış və yıxldıqdan sonra Cavad onu təpiklə vurmuşdur. Digər xəsarətləri yıxılarkan vurulduqda almışdır. Hadisə baş verən kafe kiçik kafe olmuş, həmin kafeni Kamran adlı şəxs tək işlətmişdir. Hadisə zamanı kafedə Kamrandan və bizdən, yəni o, Cavad və Anardan başqa kənar şəxslərolmamışdır. Hadisə təxminən beş-on dəqiqə müddətində baş vermişdir. Onları kafeni işlədən Kamran və Cavadın tanışı Anar ayırmışlar. Hadisə yerinə kənar şəxslər gəlməmişlər. Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəymiş ziyan tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, o, Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - "MTE və PA ETT Birliyi" X6 Abşeron rayon şöbəsinin xx.xx.2025-ci il tarixli 799 nömrəli rəyindən görünür ki, 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar edilmiş xəsarətlər – başın sağ gicgah-təpə nahiyəsinin hematoması, sol alt və üst göz qapaqlarının qançırı, gözün ağlı qişasına qansızma, üst və alt dodağın selikli qişalarının əzilmiş-cırılmış yaraları, sol qulaq seyvanının, boyunun sağ yan səthinin qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə dava-dalaş nəticəsində yumruq və təpik zərbələri təsirindən əmələ gələ bilmələri mümkündür, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozumasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. -Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi barədə” xx.xx.2025-ci il tarixli qərardan və bu barədə iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışmışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyan tamamilə ödənilmişdir. Zərrəçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur Odur ki, o, barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəymiş ziyan tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, o, Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025- ci il tarixli, 141 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zaman 05 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürsunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 55 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilərək Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 05 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürsunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 55 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X5
Məhkəmə qərarları › İş №1(012)-1012/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-1012/2025
04.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver