Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-102/2024 21.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhəllə 4085, ev 4, mənzil 71-də qeydiyyatda olan ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-in Abşeron rayon mühafizə idarəsinin kadrlar üzrə inspektoru (mülki qulluqçu) vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə tamah niyyəti ilə etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs övladı Şahid Abşeron rayon mühafizə idarəsinə polis nəfəri kimi işə düzəlməsində köməklik göstərəcəyini yalandan vəd verib aldadaraq, bu məqsədlə xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən Abşeron rayon mühafizə idarəsinin inzibati binasında öz xidməti otağında Zərərçəkmiş şəxs 8000 manat pulunu alıb ələ keçirərək vədinə əməl etməyib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhəllə 4085, ev 4, mənzil 71-də qeydiyyatda olmaqla ünvan 2 ünvanında ailə üzvüləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. 2020-ci ilin aprel ayından 2022-ci ilin iyun ayınadək DİN-in BMİ-in Abşeron RMİ-in kadr üzrə inspektoru vəzifəsində işləmişdir. Hal-hazırda heç bir yerdə işləmir. İşlədiyi müddətdə Şahid tanımış, sonuncu atası Zərərçəkmiş şəxs ilə birlikdə ona yaxınlaşaraq işə qəbul olmaq istədiyini bildirmişdir. O da Şahid sənədlərini yığaraq Abşeron RPM-in Mülki Mühafizə Xidməti üzrə mühafizəçi vəzifəsinə işə düzəlməyinə köməklik etmişdir. Daha sonra Yaşar ilə aralarında səmimi münasibət yaranmış, söhbət əsnasında ona borca pul lazım olduğunu bildirdmişdir. Şahid ona təklif etmişdir ki, “onda pul var və köməkilk edə bilər. Həmçinin xahiş etmişdir ki, onu Abşeron rayon mühafizə İdarəsinin Mühafizə polisinə polis nəfəri kimi düzəlməsində köməkil göstərsin. O da Yaşara demişdir ki, “pulu qaytaranda bu barədə danışarıq”.Təxminən 2022-ci ilin yaz aylarında Abşeron rayonunda yerləşən parkda Yaşardan 8000 manat pulu almışdır. O Yaşara söz vermişdir ki, sonuncudan aldığı 8000 manat pulu 2 ay müddətinə qaytaracdır. Lakin buna baxmayaraq o, pulu qaytara bilmədiyi üçün Yaşarın atası ondan şikayət ettmişdir. Hazırda o, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışmış, ona vurulmuş ziyanı tam ödəmiş və dövlət büdcəsinə 25 % ödəniş etmişdir, bu barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ona görə də cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu Novxanı kəndi M.Hüseynzadə küçəsində yerləşən fərdi evdə yaşayır. Azərenerji ASC-də sürücü vəzifəsində işləyir. Bildirmişdir ki, Şahid onun oğludur. Oğlu Yaşar heç bir yerdə işləmədiyi üçün o, qərara gəlmişdir ki, Yaşarı polis orqanlarına işə düzəltsin. Bu məqsədlə Abşeron rayon Mühafizə İdarəsində kadr şöbəsində işləyən X1 ilə tanış olmuşdur. Həmin vaxtı Namiqlə söhbət əsnasında oğlum Yaşarı mühafizə polisinə düzəltmək istədiyini demişdir. Sücahət də ona Yaşarı polisə işə qəbul edilməsində köməklik göstəricəyini demişdir. O da X2 işə qəbulun hansı formada aparıldığını bilmədiyi üçün Namiqdən hansı sənədlərin lazım olacağını soruşmuşdur. Namiq lazım olan sənədləri özü həll edəcəyini lakin bu işin müqabilində ondan 8000 manat pul alacağını demişdir. O da Namiqlə razılaşmışdır. xx.xx.2022-ci il tarixdə Abşeron rayon mühafizə idarəsində Təqsirləndirilən şəxs xidməti otağında ona 8000 manat pulu vemişdir. Həmin pulu verən zaman onların yanında heç kim olmamışdır. Təqsirləndirilən şəxs pulu aldqıadn sonra pulu Baş İdarəyə çatdıracağını demiş və oğlunun soyadı adı və atasının adını yazdqıadn sonra işi tezliklə həll edəcəyini bildirmişdir. Bir neçə ay keçmiş və Namiqdən səs soraq çıxamadığı üçün ona zəng vurmuş lakin Namiq müxtəlif bəhanlərlə onu yola vermişdir. Sonradan ona məlum olmuşdur ki, Namiqi işdən azad ediblər. O da Namiqdən pulunu tələb etmiş, Namiq də pulunu vermədyi üçün Namiqin barəsində şikayət’etmişdir. Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindəntam olaraq ödənilmişdir, onunla barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. O, bu barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə vermişdir. Zərərçəkmiş şəxsnın məhkəməyə təqdim etdiyi notariat qaydasında təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi ziyan tam şəkildə ödənilmişdir, hal-hazırda onlar barışmışlar, onun Təqsirləndirilən şəxs heç bir şikayəti, tələbi və ya mülki iddiası yoxdur və gələcəkdə bu barədə heç bir məhkəmnə mübahisəsi qaldırmayacaqdır. Təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək elan olunan ittihamda özünü tam təqsirli bildiyini,zərərçəkmiş şəxslə barışdığını, ona vurduğu ziyanı ödədiyini, həmçinin dövlət nəfinə vurulmuş ziyanın 25%-ni ödədiyini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafedici izahatı ilə bərabər,zərərçəkənin izahatı, şahidin ifadəsi, işdə olan sənədlərlə tam sübutdur. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarına əlavə olunmuş "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində 8000 manat vurulmuş ziyanın iyirmi beş faizi miqdarını 2000 manat məbləğini dövlət büdcəsinə ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Ona görə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində Abşeron rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli qərarı ilə axtarış elan edilməklə “həbs” qətimkan tədbiri seçilmiş, 28 may 2024-cü il tarixdə saxlanılaraq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Hal-hazırda da həbsdədir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli, məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Məhkəmə həmçinin onu da qeyd edir ki, əvvəlki məhkəmə iclaslarında təqsirləndirilən şəxsin hüquqlarını müdafiəçisi olmuş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 30 (otuz) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxsn istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin, məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərar, apelyasiya şikayəti və protesti verilmədiyi halda, qeyd olunan müddətin başa çatdığı vaxtın sonrakı günü qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-102/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-102/2024
21.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver