Məhkəmə qərarları › İş №1(012)-102/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-102/2025

25.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-102/2025 25.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Şükürov Nicat Rufulla oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin birinci instansiaya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X4 və onun nümayəndəsi vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri, vəkil Müdafiəçi2 və vəkil Müdafiəçi3 iştirakı ilə, xx.xx.1984-cü ildə Saatlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Saatlı şəhəri, E.Hüseynov küçəsi, ev 31-də qeydiyyatda olan, Bakı şəhəri, Nərimanov rayonu, «Ulduz» metrostansiyasının yaxınlığında fərdi evdə kirayədə yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 10:05 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ilə H.Əliyev prospekti istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozub avtomobili yaşayış məntəqəsində icazə verilən 60 km/saatdan artıq, yəni 80 km/saat sürətlə hərəkət etdirərək, eləcə də həmin Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu qaydalara riayət etməmiş, həmin anda Q.Aslanov küçəsi ilə hərəkətdə olub M.Ə.Rəsulzadə küçəsinə daxil olan və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərini pozan sürücü X3 idarə etdiyi VAZ 21902 markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsi ilə həmin yolların kəsişməsində toqquşmuş, nəticədə ehtiyatsızlıqdan sonuncu avtomobilin sürücüsü Ziyad İsmayılovun hər iki ağciyərin qanitirməyə səbəb olan kontuziyası(əziyi), soldan İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, İX, X, sağdan İ, İİ, İİİ, İV, V qabırğaların sınıqları və qabırğaarası əzələlərə qansızma, böyük piyliyin travmatik cırılması kimi həyatı üçün təhlükəli olan sağlamlığına ağır zərər vurulmasına və hər iki ağciyərin qanitirməyə səbəb olan kontuziyası (əzilməsi), böyük piyliyin travmatik cırılması, soldan İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, İX, X, sağdan İ, İİ, İİİ, İV, V qabırğaların sınıqları nəticəsində baş verən travmatik-hemorragik şokdan ölməsinə səbəb olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, Saatlı şəhəri, E.Hüseynov küçəsi ev 31-də qeydiyyatdadır və Bakı şəhəri, Nərimanov rayonu, “Ulduz” metrostansiyasının yaxınlığında nömrəsiz fərdi evdə tək kirayədə yaşayır. Təxminən 2 ay olar ki, “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə sürmək üçün etibarnamə əsasında X8 mülkiyyətində olan “Man” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə müxtəlif yüklər daşıyaraq ailəsini dolandırır. 01 oktyabr 2023-cü il tarixdə saat təxminən 10:05 radələrində idarə etdiyi həmin yük avtomobili ilə Abşeron rayonu, Masazır qəsəbəsindən Xırdalan şəhərinə gələrək Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində 50-60 km/saat sürətlə hərəkətdə olduğu zaman M.Ə.Rəsulzadə küçəsi ilə Q.Aslanov küçəsinin kəsişməsindəki işıqforda qarşısına çıxan “Lada Grand” markalı, **- RD-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşmuşdur. Belə ki, həmin işıqfora yaxınlaşarkən yaşıl işığın yanılı olduğunu gördüyü üçün hərəkətini davam etdirmişdir. Lakin gözləmədiyi halda sağ tərəfdən, yəni Q.Aslanov küçəsindən gəlib işıqforun qırmızı işığında dayanan avtomobillərdən biri anidən hərəkətə başladığı üçün onun idarə etdiyi avtomobilin qarşısına çıxmışdır. O, həmin avtomobillə toqquşacağını görərkən əyləci bassa da məsafə çox yaxın olduğuna görə həmin avtomobilin sol yan hissəsindən avtomobilinin qabaq hissəsi ilə toqquşmuşdur. Bundan sonra həmin “Lada Grand” markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı minik avtomobili fırlanaraq yoldan kənara çıxmışdır. O da dərhal avtomobildən düşüb həmin avtomobilə yaxınlaşmış və bu zaman “Lada Grand” markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsünün oturacaqda hüşsuz vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra o, tələsik X15 zəng etmiş və təxminən 2-3 dəqiqədən sonra hadisə yerinə TTY avtomobili gəlmiş və o ətrafa toplaşmış şəxslərin köməkliyi ilə həmin sürücünü xəstəxanaya yola salmış, həmçinin bir qədər sonra da hadisə yerinə polis əməkdaşları gələrək müvafiq araşdırma aparmağa başlamışlar. Göstərmişdir ki, hadisə baş verən zaman idarə etdiyi avtomobili təxminən 50-60 km/saat sürətlə idarə edirmiş, həmin “Lada Grand” markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun idarə etdiyi yük avtomobilinin qarşısına nə qədər məsafədən çıxmağını dəqiq xatırlamır, hadisə baş verən zaman idarə etdiyi yük avtomobilində ondan başqa heç kim olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, X6 onun oğludur. Mərhum oğlunun VAZ 21902 markalı, **-RD- *** dövlət qeydiyyat nişanlı minik avtomobili olmuş və Abşeron rayonu Xırdalan şəhərində yaşamışdır. xx.xx.2023-cü il tarixdə saat 10:05 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ilə Q.Aslanov küçələrinin kəsişməsində yüksək sürətlə hərəkətdə olan sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Man” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı yük avtomobil mərhum oğlu X3 idarə etdiyi VAZ 21902 markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı minik avtomobillə toqquşmuş və nəticədə oğlu aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərinə görə Respublika Kiliniki Xəstəxanasına aparılmasına baxmayaraq, xx.xx.2023-cü il tarixdə aldığı xəsarətlərdən xəstəxanada ölmüşdür. Oğlu xəstəxanada öldükdən sonra onun meyidi müayinə olunub ona təhvil verilmiş və oğlunun meyidini yaşadığı Tərtər rayonuna aparıb el adəti üzrə dəfn etmişdir. Yas mərasimlərində təqsirləndirilən şəxs və onun yaxınları iştirak etməmişlər. Ona baş sağlığı belə verməmişlər. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir. Təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, hazırda “F-Rövşən” İstehsalat müəssisəsi tərəfindən ona verilmiş yol vərəqəsi əsasında həmin şirkətə məxsus, Abşeron rayonu, Xırdalan şəhərindən Novxanı kəndinə sərnişin daşıyan 535 saylı marşrut avtobusunda ehtiyat sürücü işləyir. xx.xx.2023-cü il tarixdə idarə etdiyi “İsuzu” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı marşrut avtobusu ilə Xırdalan şəhərindən Novxanı kəndi istiqamətinə hərəkətdə olarkən Q.Aslanov küçəsi ilə M.Ə.Rəsulzadə küçəsinin kəsişmələrindəki işıqforda qırmızı işıqda dayanmışdır. Bu zaman idarə etdiyi avtobusdan qabaqda da qara rəngi, markasını bilmədiyi bir avtomobil işıqforun qırmızı işığı yandığına görə dayanıb gözləmişdir. İşıqforun qırmızı işığı söndükdən sonra sarı işıq yanan kimi qarşısında dayanmış həmin qara rəngli avtomobilin hərəkətə başlayaraq sola, yəni Masazır dairəsi istiqamətinə dönmək istədiyini görmüşdür. Lakin bu zaman Masazır qəsəbəsi istiqamətindən gələn bir yük avtomobilinin də işıqforun sarı işığının yanmasına baxmayaraq, hərəkətini davam etdirərək həmin qara rəngli avtomobilə siqnal verdiyini, həmçinin bu anda da həmin yük avtomobili ilə qara rəngli avtomobilin işıqforla nizamlanan həmin yol ayrıcında toqquşduqlarını görmüşdür. Həmin vaxt yaxın ətrafda olan şəxslər və bir neçə avtomobil hadisə yerinin yaxınlığınada dayanıb köməklik göstərsələr də onun darə etdiyi sərnişin avtobusunda xeyli sayda sərnişin olduğuna görə hərəkətini davam etdirib getmişdir. Göstərmişdir ki, əvvəllər yük avtomobili idarə etdiyinə görə həmin “Man” markalı yük avtomobilinin toqquşmadan əvvəl təxminən 70-80 km/saat sürətlə hərəkətdə olduğunu düşünür. Həmçinin fikrincə həmin yük avtomobili Masazır dairəsi istiqamətindən gələrək işıqfora yaxınlaşarkən işıqforun hələ də yaşıl işığının yandığını görüb sürətini azaltmamış və hərəkətini davam etdirərək yaşıl işıqda keçib gedə biləcəyini düşünmüşdür. Lakin həmin yük avtomobili işıqfora çatarkən işıqforun yaşıl işığı sönüb sarı işığı yansa da sürücü sürətininin yüksək olmasını düşünərək dayanıb gözləməyə yox, sarı işıqda keçib getməyə üstünlük verməklə keçib gedə biləcəyini düşünmüş, lakin bu anda da həmin yol-nəqliyyat hadisəsi baş vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 151 saylı rəyindən görünür ki, 1983-cü il təvəllüdlü X3 meyitinin məhkəmə tibbi müayinəsinə və laborator müayinənin cavabına əsasən aşağıdakı nəticəyə gəlinmişdir:

1. X1 meyitinin məhkəmə tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edilmişdir: - hər iki ağciyərin qanitirməyə səbəb olan kontuziyası(əziyi) - soldan İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, İX, X, sağdan İ, İİ, İİİ, İV, V qabırğaların sınıqları və qabırğaarası əzələlərə qansızma; - böyük piyliyin travmatik cırılması;

2. Qeyd edilən xəsarətlər həyatı olub küt əşyanın təsirindən ölümündən bir qədər əvvəl, qərarın təsviri hissəsində göstiərilən xx.xx.2023-cü il tarixdə əmələ gəlmişdir, həyatidirlər, ölümlə birbaşa əlaqələri vardır və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Bu xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni Z.İsmayılovun salonunda olduğu avtomaşının yük avtomaşını ilə toqquşması nəticəsində əmələ gəlmələri mümkündür.

3. X1 ölümünə səbəb – hər iki ağciyərin qanitirməyə səbəb olan kontuziyası (əzilməsi), böyük piyliyin travmatik cırılması, soldan İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, İX, X, sağdan İ, İİ, İİİ, İV, V qabırğaların sınıqları nəticəsində baş verən tarvmatik-hemorragik şok olmuşdur.

4. X1 ölümü Respublika Klinik xəstəxanasında xx.xx.2023-cü il tarixdə saat 09:05-də baş vermişdir, bu da ilkin meyit əlamətlərinin inkaşaf dərəcəsi ilə inkar olunmur. X1 meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində metil, etil, propil butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, 1,4-benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 26 dekabr 2023-cü il tarixli 3-16- 16/2-8/3380 saylı rəyindən görünür ki, 1.2. İstintaq təqdim olunan məlumatlara əsasən Man markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs Man markalı avtomobili yaşayış məntəqəsində icazə verilən 60 km/saatdan artıq, yəni 80 km/saat sürətlə hərəkət etdirdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. 3.4. İstintaqdan təqdim olunan məlumatlara əsasən VAZ 21902 markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. DİN-in BDYPİ-dən alınmış xx.xx.2023-cü il tarixli məktubla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə (xx.xx.2029-cu il tarixədək etibarlı olan) AC 814445 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilib və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. Azrbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi şəxs tərəfindən verilmiş 5031№-li “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi muayinə” aktından görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs ayıq olmuşdur. 01 oktyabr 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı yaranmış zərurətlə əlaqədar olaraq ilkin araşdırma zamanı hadisə yerinə baxış keçirilərkən hadisə yerinin yaxın ətrafında yerləşən “Açar” adlı obyektdə quraşdırılmış müşahidə kameralarından götürülərək istintaqa təqdim edilmiş bir ədəd DVD formatlı kompakt diskə baxış keçirilmiş, görüntüyə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə saat 10:05 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “Man” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində Masazır dairəsi istiqamətindən Abşeron rayon İcra Hakimiyyətinin inzibati binası istiqamətinə hərəkətdə olarkən həmin yolda M.Ə.Rəsulzadə küçəsi ilə Q.Aslanov küçələrinin kəsişməsindəki işıqforun xəbəredici sarı işığında hərəkətini davam etdirmiş, eyni zamanda Q.Aslanov küçəsi ilə hərəkətdə olan və işıqforun qırmızı işığında dayanıb gözləyən VAZ 21902 markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü X6 işıqforun sarı işığında hərəkətə başlamış, bu zaman “Man” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili VAZ 21902 markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sol yan hissəsindən vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. 01 oktyabr 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı yaranmış zərurətlə əlaqədar olaraq DİN-in X5 Xidmətindən alınmış bir ədəd DVD formatlı kompakt diskə baxış keçirilmiş, baxış keçirilən zaman müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə saat 10:05 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “Man” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində Masazır dairəsi istiqamətindən Abşeron rayon İcra Hakimiyyətinin inzibati binası istiqamətinə yüksək sürətlə hərəkətdə olaraq həmin yolda M.Ə.Rəsulzadə küçəsi ilə Q.Aslanov küçələrinin kəsişməsinə daxil olduğu anda Q.Aslanov küçəsində işıqforun qırmızı işığında dayanmış VAZ 21902 markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin sürücüsü işıqforun xəbərdaredici sarı işığı yandığı anda hərəkətini davam etdirir və yolların kəsişməsinə daxil olur, həmin anda da “Man” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı yük avtomobil yolların kəsişməsinə tormozlanma ilə daxil olaraq VAZ 21902 markalı, **- RD-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sol yan qapıları hissəsindən toqquşur, zərbənin təsirindən sonuncu avtomobil zərbə istiqamətində yaşıllıq zolağına, Man markalı avtomobil isə hərəkət istiqamətində yolları ayıran orta hissyə daxil olaraq hərəkətverici nişanlanma dirəyi ilə toqquşub dayanır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Məhkəmə Yol-nəqliyyat hadisələrinin 06 may 2025-ci il tarixli 4/1920 ekspertizasının rəyindən görünür ki, Ekspertizaya təqdim olunmuş 01 ədəd optik diskə yazılmış “ATŞ-010 3-2023-10- 01_10h03min00s000ms” adlı videoyazıya görə “Lada Grand” markalı avtomobilin hərəkətə başladığı andan “Lada Grand” və “MAN markalı avtomobillərin toqquşma anına kimi t = 7,6 san vaxt keçmişdir. Sübutların qiymətləndiriləmsi haqqında qərardan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış 03 ədəd SD disklər cinayət işinə əlavə edilmiş, VAZ 21902 markalı, **-RD- *** dövlət qeydiyyat nişanlı avtomobilin və “Man” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin saxlanılması üçün sahiblərinə qəytarılmışdır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Adı çəkilən Plenum qərarında habelə göstərilmişdir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin İ hissəsinə əsasən, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 263.2ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Belə ki, təqsirləndirilən şəxsin cinayətin törədilməsində öz təqsirini inkar etməsi o halda bəraətverici sübut kimi qəbul edilə bilər ki, dindirmə zamanı o, özünün cinayətin törədilməsi ilə heç bir əlaqəsinin olmamasını təsdiq edən təkzibedilməz faktlar və hallar haqqında məlumat vermiş olsun. Təqsirləndirilən şəxsin öz təqsirini inkar etməsi, həm də o halda bəraətverici sübut kimi qəbul edilir ki, onun ifadəsi cinayət təqibi üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmiş olsun. Cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə toplanmış bütün sübutların məcmusu təqsirləndirilən şəxsin ifadəsini rədd etmək üçün kifayət qədər əsas vermədikdə, təqsirləndirilən şəxs təqsirli sayıla bilməz. Təqsirləndirilən şəxs törədilən cinayət əməlində özünü təqsirli bilməməsinə dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, həmin dəlillər işin faktiki müəyyən olunmuş halları ilə təkzib olunur. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs X9 baş vermiş hadisədə özünü günahkar hesab etməyərək, ifadəsində bildirmişdir ki, ”BC kateqoriyalı sürücülük vəsiqəsi ilə sürmək üçün etibarnamə əsasında X8 mülkiyyətində olan "MAN” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə müxtəlif yüklər daşıyar. 01 oktyabr 2023-cü il tarixdə saat təxminən 10:05 radələrində idarə etdiyi həmin yük avtomobili ilə Abşeron rayonu. Masazır qəsəbəsindən Xırdalan şəhərinə gələrək Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində 50-60 km/saat sürətlə hərəkətdə olduğu zaman M.Ə.Rəsulzadə küçəsi ilə Q.Aslanov küçəsinin kəsişməsindəki işıqforda qarşısına çıxan “Lada Grand” markalı. **-RD-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşmuşdur. Belə ki, o həmin işıqfora yaxınlaşarkən yaşıl işığın yanılı olduğunu gördüyü üçün hərəkətini davam etdirmişdir. Lakin gözləmədiyi halda sağ tərəfdən, yəni Q.Aslanov küçəsindən gəlib işıqforun qırmızı işığında dayanan avtomobillərdən biri anidən hərəkətə başladığı üçün onun ida rə etdiyi avtomobilin qarşısına çıxmışdır. O həmin avtomobillə toqquşacağını görərkən əyləci bassa da məsafə çox yaxın olduğuna görə həmin avtomobilin sol yanından avtomobilinin qabaq hissəsi ilə vurmuşdur. Bundan sonra həmin "Lada Grand” markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı minik avtomobili fırlanaraq yoldan kənara çıxmışdır. O dərhal avtomobildən düşüb həmin avtomobilə yaxınlaşmış, bu zaman ”Lada Grand" markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsünün oturacaqda huşsuz vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra o dərhal X15 zəng etmiş və təxminən 2-3 dəqiqədən sonra hadisə yerinə TTY avtomobili gəlmiş və o ətrafa toplaşmış şəxslərin kömkliyi ilə həmin sürücünü xəstəxanaya yola salmışdır. Həmin "Lada Grand“ markalı, 99- RD-559 dövlət qeydiyyat nişanlı minik avtomobilinin işıqforun tələblərini pozaraq, yol kəsişməsinə daxil olması arasında maksimum 2 saniyəyə yaxın vaxt keçmişdir. Cinayət işinin materiallarında hadisənin təqsirləndirilən sürücü Əfəsr Hacıyevin göstərdiyi şəraitdə baş verməsinin inkar edə biləcək heç bir sübut yoxdur. Ekspert istintaqdan cinayət işinin materiallarında kənar, qeyri- proscssual qaydada bir məktub alır ki, guya təqsirləndirilən şəxs üçün təhlükə anı 5 saniyə davam etmişdir. Bununla bağlı ekspert özün rəyinin 2/6 səhifəsinin axrıncı - 3-cü bəndində yazır: “ MAN markalı avtomobilin sürücüsü Hacıyev hrəkəti üçün təhlükə VAZ-21902 markalı qeydiyyat nişanlı avtomobilin yol ayrıcı qarşısında dayandığı yerdən hərəkətə başlayaraq yolayrıcına daxil olduğu andan yaranmış və həmin andan toqquşmaya kimi 5 saniyə vaxt keçmişdir. Lakin istintaq zamanı müəyyən edilmişdir ki, sürücü Hacıyev idarə etdiyi Man markalı avtomobili Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ilə hərəkət etdirərək həmin küçənin Q.Aslanov küçəsi ilə kəsişdiyi yolayrıcında svetoforun sarı işığında hərəkətini davam etdirərkən sağ tərəfdə Q.Aslanov küçəsində yolayrıcı qarşısında svetoforun qırmızı işığında dayanıb gözləyən sürücü İsmayılov idarə etdiyi VAZ-21902 markalı avtomobillə svetoforun sarı işığında hərəkətə başlayaraq yolayrıcına daxil olmuş və Man markalı avtomobilin qabaq hissəsi ilə VAZ-21902 markalı avtomobilin sol yan hissəsi arasında yolayrıcında toqquşma baş vermişdir. Həmçinin məhkəmə Yol-nəqliyyat hadisələrinin 06 may 2025-ci il tarixli 4/1920 ekspertiza rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 01 ədəd optik diskə yazılmış “ATŞ-010 3-2023-10- 01_10h03min00s000ms” adlı videoyazıya görə “Lada Grand” markalı avtomobilin hərəkətə başladığı andan “Lada Grand” və “MAN markalı avtomobillərin toqquşma anına kimi t = 7,6 san vaxt keçmişdir. Lakin istintaq materiallarından göründüyü kimi, istintaq zamanı Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində, yəni qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verdiyi yol ayrıcında quraşdırılmış Təhlükəsiz Şəhər Kameralarında 01 oktyabr 2023-cü il tarixdə saat 10:03-dən saat 10:07-yə qədər olan müddət ərzində qeydə alınmış video görüntülər müvafiq olaraq DİN-in X5 Xidmətindən, həmçinin hadisə yerinin yaxın ətrafında yerləşən “Açar” adlı obyektdən video görüntülər götürülərək cinayət işinə əlavə olunmuş, həmin videogörüntülərə baxış keçirildikdən sonra hadisənin baş vermə mexanizmi iş üzrə təyin olunmuş məhkəmə yol-nəqliyyatı hadisələri ekspertizası qərarında öz əksini tapmış və Azərbaycan Respublikası ƏN-nin MEM-dən alınmış müvafiq rəy qərarda göstərilən məlumatlara istinad edilmişdir. Məhkəmə qeyd edir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir (“Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarı). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-nin 263-cü maddəsində nəzərdə tutulan cinayətin obyekti yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Əlavə obyektini isə insan həyat və sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil edir. Şərh olunan cinayət maddi tərkibli olduğu üçün CM-nin 263-cü maddəsində sadalanan ictimai təhlükəli nəticələrdən hər hansı biri baş verdiyi andan başa çatmış hesab olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Cinayət Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 26.1-ci maddəsinə əsasən isə ehtiyatsızlıqdan törədilmiş cinayət hesab olunur. Onun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmaqla avtomobili idarə etməsi insan ölümünə - ağır nəticələrə səbəb olmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə, cəza təyini zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs mərhumun ailə üzvləri ilə aralarında barışıq olmamışdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddənin mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərərçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CMnin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə onuda qeyd edir ki, cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə (CM-nin 62-ci maddəsi) ; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə(CM-nin 70-ci maddəsi); 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Aydın məsələdir ki, yüngülləşdirici halların mövcudluğu yuxarıda qeyd edilən müxtəlif formalarda nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin şikayətçi olmasını, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yer getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilməli, barəsində «həbs» qətimkan tədbiri seçilməli və dərhal məhkəmə iclası zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış SD disklər cinayət işinə saxlanılmalıı, ibtidai istintaq zamanı VAZ 21902 markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobilin və “Man” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin saxlanılması üçün sahiblərinə qəytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 278 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yer getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin, barəsində «həbs» qətimkan tədbiri seçilsin və dərhal məhkəmə iclası zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə 278 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış SD disklər cinayət işinə saxlanılsın, ibtidai istintaq zamanı VAZ 21902 markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobilin və “Man” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin saxlanılması üçün sahiblərinə qəytarılması nəzərə alınsın. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar