Məhkəmə qərarları › İş №1(012)-1020/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-1020/2024

19.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-1020/2024 19.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 12 fevral 2024-cü il tarixdə saat 20 radələrində Abşeron rayonu Novxanı kəndi 20 Yanvar küçəsində «Toyota Prius» markalı 77- AM-153 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, həmin vaxt küçədə olan Şahid1 və daha sonra oraya gəlmiş Zərərçəkmiş şəxs tərəfindən avtomobilin yaşayış məntəqəsində sürətlə idarə edilməsinin yol verilməz olması ilə bağlı ona bildirilən haqlı iradı cüzi səbəb kimi bəhanə edərək, heç bir əsaslı səbəb olmadan onlarla sözlə mübahisə etməyə başlamış, mübahisə nəticəsində özünün şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyub gücünü nümayiş etməklə, bildirilən haqlı irada görə Zərərçəkmiş şəxs cəzalandırmaq üçün xuliqanlıq niyyəti ilə sonuncunun bədəninin müxtəlif nahiyələrindən qəsdən bir neçə dəfə yumruq və təpiklə vuraraq ona alın nahiyəsinin dərialtı hematoması, boyun nahiyəsinin qançırı və sol diz oynağı nahiyəsinin sıyrığı kimi sağlamlığa zərərvurmayan olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər, habelə sağ ayaq pəncəsinin aşıq oynağında bayıra yarımçıxığı ilə nəticələnmiş sağ aşıq oynağının bayır topuğunun qəlpəli sınığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarət yetirməklə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Abşeron rayonu Novxanı kəndində ailəsi ilə birlikdə yaşayır, özünə məxsus «Toyota Prius» markalı ** AM *** qeydiyyat nişanlı avtomobili vardır, 12 fevral 2024-cü il tarixdə saat 20 radələrində idarə etdiyi avtomobillə yaşadığı ünvana gedən zaman küçədə olan hündürlük maneəsindən asta keçmək üçün əyləci basdığından təkər sürüşərək səs etdiyindən kənarda dayanmış adını sonradan bildiyi Kənan adlı şəxs onu nalayiq ifadələr işlədərək avtomobili asta idarə etməsini demiş, bu sözdən sonra avtomobili ondan 20 metr kənarda saxlayaraq onun yanına gəlmiş, ona nəyə görə nalayiq ifadələr işlətdiyini dediyi üçün aralarında mübahisə yaranmış, ona atasını çağırmağını bildirdikdə qonşuluqda yaşayan Zərərçəkmiş şəxs oraya gələrək avtomobili asta sürməsini bildirmiş, bu zaman onların arasında mübahisə yarandığından Azad ona əl atdığı üçün onu vuraraq özünü müdafiə etmiş, onlar iki nəfər olsalar da Kənan evə qaçaraq atası Azəri çağırmış, oraya gələn Azadın atası onun sifətindən yumruqla vurmuş, əvvəllər idmançı olduğu üçün Azadı fənn ataraq yerə yıxıb yerdə vurmuş, hadisə təxminən 5-10 dəqiqə davam etmişdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Abşeron rayonu Novxanı kəndində yaşayaraq heç bir yerdə işləmir, 12 fevral 2024-cü il tarixdə saat 20 radələrində yaşadığı ünvanda olan zaman pəncərədən baxaraq qonşuluqda yaşayan Şahid1 kiməsə avtomobili asta sürməsini dediyini eşitmiş, bu zaman avtomobili idarə edən şəxsin avtomobili kənarda saxlyaraq ona tərəf gəlib əcəb edib sürətli sürdüyünü demiş, onlarında arasında olan söz mübahisəsinə görə evdən çıxaraq onlara yaxınlaşmış, sonradan adını bildiyi Vüsala avtomobili nəyə görə bərk sürdüyünü demiş, lakin Təqsirləndirilən şəxs yenidən ona da əcəb edib sürətli sürdüyünü demiş, aralarında olan söz mübahisəsi zamanı Vüsal onun yaxasından tutmuş, kənara itələməkdən ötrü o da Vüsalın yaxasından tutmuş və Vüsal onu yerə yıxaraq təpiklə ayağından vuraraq ayağının üstünə yıxılmışdır. Ayağından xəsarət aldıqdan sonra yerdə olan zaman onun bədəninin müxtəlif nahiyələrinə təpik və yumruqla bir neçə dəfə vuraraq xəsarət yetirərək yerdə paltarından dartaraq kənara sürümüş, səs-küyə adamlar gəlmiş və Vüsal oradan çıxıb getmiş, sonradan Şahid1 onu Sumqayıt şəhərində yerləşən Travmotologiya xəstəxanasına aparmış, Vüsalın onu vurmasına səbəb avtomobili asta sürətlə idarə etməsini deməsi olmuş, hadisə zamanı orada Kənan olmuş, sonradan isə oraya Kənanın atası Azər, anası Təranə, qonşular gəlmiş, hadisə zamanı Vüsalı heç kim vurmamış, sağ ayağından almış olduğu xəsarəti Vüsal təpik və yumruqla yetirmiş, ayağının sınması barədə xəstəxanada pilləkəndən yıxılmasını bildirsə də sonradan ayağında baş vermiş ağrılarla bağlı şikayət edərək Vüsalın etdiyini demiş, həmçinin hadisə zamanı Kənan Vüsalı söyərək təhqir etməmiş və hadisədən sonra oraya gələn atası Şahid2 tərəfindən Təqsirləndirilən şəxs vurulmamışdır. Bundan əlavə Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs avtomobilini asta sürməsini Şahid1 və özü demiş, lakin heç bir səbəb olmadan Təqsirləndirilən şəxs onu vuraraq ayağını sındırıb xəsarət yetirmiş, həmçinin onunla yaxalaşan zaman ola bilsin ki, onun bədəninə müxtəlif xəsarətlər yetirmiş, belə ki, onu buraxsın deyənə onu itələmiş və kənara çəkilməsi üçün yaxasından və bədəninin müxtəlif nahiyyələrindən əli ilə itələdiyi üçün xəsarət almış, Şahid1 onu vurmamış, sonradan isə səsə-küyə oraya gələn Kənanın atası Şahid5 və atası Şahid2 da Təqsirləndirilən şəxs vurmamışlar. Nə Kənanın və nədə ki, atası Təqsirləndirilən şəxs vurmamışlar, cünki ayağı Vüsalın təpiklə vurduğu zərbədən sındığı üçün onlar oraya gələndə onlara kömək etmələrini bildirmiş, həmçinin Kənanın anası Təranə Gəncimalıyevə və anası Şahid3 da səsə-küyə küçəyə çıxsalarda Vüsalın avtomobilinin arxa şüşəsini sındırmamışlar. Vüsalın bədəni üzərində olan xəsarətləri, boyun nahiyyəsində olan sıyrıq yaxasından tutduğu üçün onun yaxasından tutduğundan həmin xəsarəti almış, sol əlin İİİ barmağının sıyrıqlarını isə yerdə yumruqlar atdığı üçün almış və dizində olan xəsarəti isə yerdə onu vuraraq xəsarət yetirən zaman onu vurmasın deyənə onun paltarından tutaraq özünə tərəf çəkdiyi üçün bir anlıq yerə yıxılaraq qalxmış, yerə yıxılan zaman dizi sıyrılaraq xəsarət almış və 12 fevral 2024-cü il tarixdə saat 20 radələrində Abşeron rayonu Novxanı kəndi 20 Yanvar küçəsindən keçən avtomobil yolunda Təqsirləndirilən şəxs qəsdən təpiklə vuraraq yetirdiyindən ondan şikayətçi olmuşdur. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, rəsmi olaraq işləməyərək Abşeron rayonu Novxanı kəndində yaşayır, 12 fevral 2024-cü il tarixdə saat 20 radələrində yaşadığı ünvanın qarşısında olan zaman «Toyota Prius» markalı avtomobili Təqsirləndirilən şəxs avtomobili sürətlə idarə etdiyi üçün ona avtomobili asta sürməsini bildirmiş, Vüsal avtomobili kənarda saxlayaraq onun yanına gəlib nalayiq ifadələr işlədərək sənin nəyinə lazım yaxşı etdiyini demiş, onunla aralarında söz mübahisəsinə qonşuluqda yaşayan Zərərçəkmiş şəxs evdən çıxaraq onlara yaxınlaşıb Vüsala avtomobili asta sürməsini dediyi üçün onlarında arasında mübahisə yaranmış, mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə təpik və yumruqla vuraraq yerə yıxmış, Azadın yerə yıxıldığını gördüyü üçün evə qaçaraq atası Azəri çağırmış, Azər gələrək onları ayırmış və Vüsal gedəndən sonra Azadı avtomobilinə qoyaraq Sumqayıt şəhərində yerləşən Travmotologiya xəstəxanasına aparmışdır. Hadisə zamanı Vüsalı vurmayaraq onları ayırmış, atası Azər də Vüsalı vurmamış, Vüsalı söyməyərək orada olan şəxslərin onu vurmadığını, lakin Vüsalın təpik və yumruqla Azadı vuraraq xəsarət yetirmiş və hadisə 5-10 dəqiqə davam edərək səsküyə oraya kənar şəxslər gəlmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsindən görünür ki, Abşeron rayonu Novxanı kəndində ailəsi ilə birlikdə yaşayır, Zərərçəkmiş şəxs doğma oğlu, Şahid3 rəsmi arvadıdır, istintaq gedişatında Təqsirləndirilən şəxs tanımış, onunla heç bir münasibəti olmamış, 12 fevral 2024-cü il tarixdə yaşadığı ünvanda olarkən saat 20 radələrində küçədən gələn səs-küyə arvadı Sevinc küçəyə çıxdığı üçün onun arxasınca küçəyə çıxmış, evlərinin qarşısında oğlu Azadın yerə yıxılaraq ayağı sındığı üçün ondan kömək istədiyini, həmin vaxt isə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yumruq və təpiklə yerdə vurduğunu görmüş, özü, orada olan Kənanın atası Azərlə və digər şəxslərlə birlikdə onu kənara çəkmiş, həmin vaxt orada arvadı Sevinc və Kənanın anası Şahid4da olmuş, Vüsalı ayırandan sonra Azadın sağ ayağı sındığı üçün xəstəxanaya aparmış, sonradan isə hadisə zamanı Şahid1 Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili evin qarşısında olan yoldan sürətlə sürdüyü üçün ona irad bildirərək avtomobili asta sürməsini dediyinə görə Vüsal isə ona yaxşı etdiyini və qulaq asmadığı üçün oğlu Azad ona avtomobili asta sürməsini və küçədə uşaqların olduğunu desə də Vüsal onada sərt cavab verərək yaxşı etdiyini deyib küçədə onun yaxasından tutaraq sağ ayağından təpiklə vurub yerə yıxdığını bilmiş, təpiklə vurduğu üçün Azadın sağ ayağı sınmış və yerdə olanda da onu təpiklə və yumruqla vuraraq xəsarət yetirmişdir. Azadın sağ ayağından aldığı xəsarətlə bağlı ayağına həkim müdaxiləsi olaraq implant qoymuş, Azadın ayağında heç bir zaman xəsarət olmamış, Azadın sağ ayağından Təqsirləndirilən şəxs təpiklə qəsdən vuraraq sındırmış, yerdə sürüyərək xəsarət yetirmiş, 12 fevral 2024-cü il tarixdə saat 20 radələrində Abşeron rayonu Novxanı kəndi 20 Yanvar küçəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağ ayağından təpiklə vuraraq xəsarət yetirən zaman orada Kənan və Şahid5 olmuş, sonradan isə səs-küyə o, Vüsalın qohumu Samir, Şahid4 və Təranə Paşayevə gəlmişlər, onlar gələn zaman isə Vüsal yerdə Azadı sürüyərək vurmuşdur. Həmin hadisə zamanı orada olan şəxslərdən heç kim Vüsalı vurmamış, belə ki, nə Azər və nədə ki, o Vüsalı vurmamış, həmçinin oraya sonradan gələn şəxslərdə onu vurmamış, orada Azad xəsarət aldığı üçün onu yerdən qaldıraraq xəstəxanaya aparmaq istəmiş, Kənanın anası Şahid4 və arvadı Şahid3 da səsə- küyə küçəyə çıxsalarda Vüsalın avtomobilinin arxa şüşəsini sındırmamışlar və Vüsalın bədəni üzərində olan xəsarətlərin haradan əldə etməsini bilməyərək ola bilsin ki, həmin xəsarətləri Azadı vuran zaman almışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir . Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X5 Abşeron rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 283 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinəsi zamanı aşkar edilmiş xəsarətlər: boyun nahiyəsinin, sol əlin İİİ barmağının sıyrıqları, sağ diz oynağı nahiyəsinin qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə insan bədəni hissələrinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilmələri mümkündür, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X5 Abşeron rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 291 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs müayinəsi zamanı aşkar edilmiş xəsarətlər: sağ ayaq pəncəsinin aşıq oynağında bayıra yarımçıxığı ilə nəticələnmiş sağ aşıq oynağının bayır topuğunun qəlpəli sınığı, alın nahiyəsinin dərialtı hematoması, boyun nahiyəsinin qançırı və sol diz oynağı nahiyəsinin sıyrığı küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə qeyd olunan nahiyələrə kənar şəxsin bədən hissəsinin təsirindən yarana bilərdilər. Qeyd olunan xəsarətlərdən sağ ayaq pəncəsinin aşıq oynağında bayıra yarımçıxığı ilə nəticələnmiş sağ aşıq oynağının bayır topuğunun qəlpəli sınığı dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir, alın nahiyəsinin dərialtı hematoması, boyun nahiyəsinin qançırı və sol diz oynağı nahiyəsinin sıyrığı sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. -xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. -“Cinayət işi üzrə törədilmiş cinayət əməlinin tövsif edilməsi haqqında” xx.xx.2024cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsindən həmin məcəllənin 127.2.3-cü maddələrinə tövsif olunmuş və cinayət işinin istintaqı davam etdirilmişdir. -Törətdiyi cinayət əməlinə görə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. -Abşeron rayon prokuroru baş ədliyyə müşaviri X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Abşeron RPİ-nin İŞ-nin baş müstəntiqi Eldəniz Əsgərovun xx.xx.2024-cü il tarixli vəsatəti təmin edilməmişdir. -xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. -Təqsirləndirilən şəxs tərəfindən yazılmış ərizədən görünür ki, hazırda icraatda olan cinayət işi üzrə Zərərçəkmiş şəxs dəymiş ziyanı tam ödəmiş və barışmışlar. Bununla bağlı Zərərçəkmiş şəxs ərizə yazaraq ona qarşı heç bir tələb və şikayətinin olmadığını bildirmişdir. Ona görə də, Zərərçəkmiş şəxs barışıq ərizəsini və azyaşlı övladlarının olduğunun nəzərə alınmasını xahiş etmişdir. -Zərərçəkmiş şəxs tərfindən yazılmış notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə aralarında olan münaqişə öz həllini tapmışdır. Hazırda, həmin şəxsə qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur və Təqsirləndirilən şəxs barəsində cinayət işinin xitam olunmasına etiraz etmir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış nəlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2008-ci il təvəllüdlü X2 adlı yetkinlik yaşına çatmayan övladları vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən əməli törətməkdə təqsirli olması zərərçəkmiş şəxsin, şahidin ifadəsi və ekspertin rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsi onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə iclasları zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Müdafiəçi1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cümaddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsə məhkəmə iclasları zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Müdafiəçi1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar