Məhkəmə qərarları › İş №1(012)-1023/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-1023/2025

23.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-1023/2025 23.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə xx xxxxxx 1981-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 07 may 2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq 10 manat müqabilində-xeyli miqdarda 01 bükümdə 0,468 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib Abşeron rayonu, Masazır kəndinə daşımış və saxlamış, 07 may 2025-ci il tarixdə saat 19:12 radələrində Abşeron RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Abşeron rayonu, Masazır qəsəbəsi, “Viktoriya” yaşayış kompleksinin qarşısında saxlanılıb, orada həmin gün saat 19:12-dən saat 19:17-dək üzərinə üstündə yoxlama aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf selofana bükülmüş vəziyyətdə ağ rəngli kristalşəkilli, kustar üsulla hazırlanmış 0,468 qram çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur: İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittihamda özünü təqsirli bilməyərək, narkotik vasitənin ona məxsus olmadığını, polis tərəfindən üzərinə qoyulduğunu, amma polis tərəfindən ona hər hansı formada təzyiq olunmadığını bildirib, onun barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, psixotrop maddə olan metamfetamindən istifadə edir. xx.xx.2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 10 manat dəyərində psixotrop maddə metamfetamin almış və öz istifadəsi üçün həmin psixotrop maddəni üzərində saxlamışdır. xx.xx.2025-ci il tarixdə saat 19 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, “Viktoriya” yaşayış kompleksinin qarşısı ilə piyada gedən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirərək özlərini təqdim etmiş və onu Abşeron RPİ-nə dəvət etmişlər. Abşeron RPİ-nin xidməti otaqların birində videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən ondan üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olub- olmadığı soruşulmuş, o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibimdən çıxardığı 01 ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə olan metamfetamini təqdim etmişdir. Həmin kütlə şəxsi axtarış zamanı kağız zərfdə qablaşdırıldıqdan sonra həmin zərf üzərində iştirakçılar və onun tərəfindən təsdiq olunaraq polis əməkdaşları tərəfindən götürülmüşdür. Bu barədə polis əməkdaşları tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş və imzalarla təsdiq edilmişdir. Göstərmişdir ki, həmin psixotrop maddəni xx.xx.2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manata almış, həmin psixotrop maddəni istifadə etmək üçün əldə etmişdir. Üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamini şəxsi istifadəsi üçün üzərində gəzdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni üzərində saxlaması, gəzdirməsi barədə Abşeron rayon Polis İdarəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin şəxs narkotik vasitələrin qanunsuz olaraq saxlamasında, gəzdirməsində şübhəli olduğu üçün xx.xx.2025-ci il tarixdə həmin şəxsin müəyyən olunub ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar çıxarılmış və kiçik inspektoru polis serjantı X2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Barəsində əməliyyataxtarış tədbirinin keçirilməsinə, şübhli şəxsin üstünün yoxlanılmasına və üzərinə baxış keçirilən şəxs Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri üzərində saxlaması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Abşeron rayonu, Masazır qəsəbəsi, Viktoriya yaşayış massivinin yaxınlığına gəlmişdir. Saat 19:12 dəqiqədə zahiri əlaməti onlara məlum olan Təqsirləndirilən şəxs yaşayış kompleksinin yaxınlığında aşkar edildiyi üçün kiçik inspektor İbrahim Əliyev tərəfindən videoçəkiliş aparılmaqla həmin əraziyə saxlanılaraq özlərini təqdim etdikdən sonra ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlamasında şübhəli olduğu barədə bildirərək üzərində yoxlama aparılması barədə məlumat verilmişdir. Yoxlama aparmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində ehtimal edilən narkotik vasitə və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya sənədləri verməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər kütləni çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin metamfetamin olduğunu və özünün istifadəsi üçün Bakı şəhəri Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 10 manata aldığını və üzərində saxladığını bildirmişdir. Həmin bükülü açılıb baxıldıqdan sonra kağız zərfə qoyularaq Abşeron RPİ-nin 56 nömrəli möhürü ilə möhürlənməklə qablaşdırılmış, qablaşdırma üzərində imza edərək təsdiq etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs polis idarəsinə aparılacağı barədə və hüquqlarının müdafiə olunması üçün dövlət vəsaiti hesabına vəkillə təmin olunacağı barədə məlumat verilərək baxışın keçirilməsi başa çatdırılmışdır. Təqsirləndirilən şəxs və üzərində aşkar olunaraq götürlümüş metamfetaminə bənzər götürlərək Abşeron rayon polis idarəsinə gətirilmiş, polis idarəsində gətirildikdən sonra Təqsirləndirilən şəxs üzərində yoxlama aparılması ilə bağlı protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs həmin protokolla tanış olaraq imzalamaqla təsdiq etmiş, bundan sonra Təqsirləndirilən şəxs oğlunun üzərində aşkar olunmuş kütlənin aşkar olunması ilə bağlı toplanmış materiallar araşdırmanın davam etdirilməsi üçün təhqiqat şöbəsinin sabiq təhqiqatçısı polis mayoru Rəşad Qəhrəmanova həvalə edilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində aparılan yoxlama zamanı aşkar olunmuş maddi sübuta onun və digər əməkdaşın iştirakı ilə videoçəkiliş aparmaqla baxış keçirilmişdir. Təhqiqatçı maddi sübuta baxış keçirdikdən sonra yenidən qablaşdıraraq maddi sübutu götürmüş və Təqsirləndirilən şəxs cinayət törətməkdə şübhəli şəxs qismində tutulması barədə məlumat verərək hüquqlarının müdafiə olunması məqsədi ilə Abşeron rayon Vəkil Bürosundan vəkil dəvət olunmuşdur. Daha sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsn üzərinə baxış keçirilməsi prosesinin köçürüldüyü və təqdim edildiyi bir ədəd DVD diskinə baxış keçirilmiş və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin götürülməsi, Təqsirləndirilən şəxs həmin vasitənin özünə məxsus olmasını etiraf etməsi həmin DVD diskində olan görüntülərdə öz əksini tapmışdır. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş X4 ifadəsində əməliyyat müvəkkili Şahid ifadəsinə oxşar ifadə vermişdir. İş üzrə təyin edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 3- 16-16/2-20/241 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN-nin Zərflər üçün 56” möhür əksi, “şübhəli şəxsin üzərindən çıxan maddi sübut...” yazıları və imzalar olan bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,468 qram olan ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. İş üzrə təyin edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2025-ci il tarixli, 3631 saylı rəyi alınaraq müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlardan birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYAXƏŞTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alman məlumata əsasən Təqsirləndirilən şəxs 1402.2025-ci il tarixdən Sumqayıt ND-də (Fllx2) diaqnozu ilə dispanser qeydiyyatındadır. İş üzrə xx.xx.2025-ci il tarixdə tərtib edilmiş «əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə və şübhəli şəxsin üzərinə baxış keçirilməsinə dair» protokoldan görünür ki, xx.xx.1981-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Biləsuvar rayonu, İsmətli kəndində qeydiyyatda olmaqla ünvan 1- də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni üzərində saxlaması, gəzdirməsi barədə Abşeron rayon Polis İdarəsinə daxil olmuş əməliyyat məlumatı əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılır və Abşeron rayon Polis İdarəsinin əməliyyat müvəkkili Şahid və kiçik inspektoru polis serjantı X2 iştirakları ilə əməliyyat qrupu yaradılır. Əməliyyat-axtarış tədbiri zamanı Abşeron rayonu, Masazır qəsəbəsi, Viktoriya yaşayış kompleksinin yaxınlığına gəlinir. Saat 19:12 dəqiqədə zahiri əlaməti onlara məlum olan Təqsirləndirilən şəxs küçədə piyada hərəkətdə olduğunu görüb kiçik inspektor İbrahim Əliyev videoçəkiliş aparılmaqla həmin ərazidə saxlanılaraq özü təqdim edilir və sonra ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlamasında şübhəli olduğu barədə bildirərək üzərində yoxlama aparılması barədə məlumat verilir. Yoxlama aparmazdan əvvəl ona üçün ona üzərində ehtimal edilən narkotik vasitə və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya sənədləri verməsi təklif olunur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər kütləni çıxarıb təqdim edir və həmin kütlənin metamfetamin olduğunu və özünün istifadəsi üçün Bakı şəhəri, Yasamal rayonu ərazisindən tanımadığı şəxsdən 10 manata aldığını və üzərində saxladığını bildirir. Həmin bükülü tərəfindən açılıb baxıldıqdan sonra kağız zərfə qoyularaq Abşeron RPİ-nin 56 nömrəli möhürü ilə möhürlənməklə qablaşdırılır, qablaşdırma üzərində imza edilir. İş üzrə xx.xx.2025-ci il tarixdə tərtib edilmiş «təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni üzərində saxlaması, gəzdirməsi barədə Abşeron rayon Polis İdarəsinə daxil olmuş əməliyyat məlumatı əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılır və Abşeron rayon Polis İdarəsinin əməliyyat müvəkkili Şahid və kiçik inspektoru polis serjantı X2 iştirakları ilə əməliyyat qrupu yaradılır. Əməliyyat-axtarış tədbiri zamanı Abşeron rayonu, Masazır qəsəbəsi, Viktoriya yaşayış kompleksinin yaxınlığına gəlinir. Saat 19:12 dəqiqədə zahiri əlaməti onlara məlum olan Təqsirləndirilən şəxs küçədə piyada hərəkətdə olduğunu görüb kiçik inspektor İbrahim Əliyev videoçəkiliş aparılmaqla həmin ərazidə saxlanılaraq özü təqdim edilir və sonra ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlamasında şübhəli olduğu barədə bildirərək üzərində yoxlama aparılması barədə məlumat verilir. Yoxlama aparmazdan əvvəl ona üçün ona üzərində ehtimal edilən narkotik vasitə və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya sənədləri verməsi təklif olunur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər kütləni çıxarıb təqdim edir və həmin kütlənin metamfetamin olduğunu və özünün istifadəsi üçün Bakı şəhəri, Yasamal rayonu ərazisindən tanımadığı şəxsdən 10 manata aldığını və üzərində saxladığını bildirir. Daha sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsn üzərinə baxış keçirilməsi prosesinin köçürüldüyü və təqdim edildiyi bir ədəd DVD diskinə baxış keçirilir və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin götürülməsi, Təqsirləndirilən şəxs həmin vasitənin özünə məxsus olmasını etiraf etməsi həmin DVD diskində olan görüntülərdə öz əksini tapır. İş üzrə «əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə və şübhəli şəxsn üzərinə baxış keçirilməsinə dair» prosesin videogörüntüsünün əks olunduğu bir ədəd DVD diskə baxış keçirilərək nəticəsi protokollaşdırılmışdır. Diskə baxış zamanı məlum olmuşdur ki, xx.xx.1981-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Biləsuvar rayonu, İsmətli kəndində qeydiyyatda olmaqla ünvan 1- də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni üzərində saxlaması, gəzdirməsi barədə Abşeron rayon Polis İdarəsinə daxil olmuş əməliyyat məlumatı əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılır və Abşeron rayon Polis İdarəsinin əməliyyat müvəkkili Şahid və kiçik inspektoru polis serjantı X2 iştirakları ilə əməliyyat qrupu yaradılır. Əməliyyat-axtarış tədbiri zamanı Abşeron rayonu, Masazır qəsəbəsi, Viktoriya yaşayış kompleksinin yaxınlığına gəlinir. Saat 19:12 dəqiqədə zahiri əlaməti onlara məlum olan Təqsirləndirilən şəxs küçədə piyada hərəkətdə olduğunu görüb kiçik inspektor İbrahim Əliyev videoçəkiliş aparılmaqla həmin ərazidə saxlanılaraq özü təqdim edilir və sonra ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlamasında şübhəli olduğu barədə bildirərək üzərində yoxlama aparılması barədə məlumat verilir. Yoxlama aparmazdan əvvəl ona üçün ona üzərində ehtimal edilən narkotik vasitə və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya sənədləri verməsi təklif olunur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər kütləni çıxarıb təqdim edir və həmin kütlənin metamfetamin olduğunu və özünün istifadəsi üçün Bakı şəhəri, Yasamal rayonu ərazisindən tanımadığı şəxsdən 10 manata aldığını və üzərində saxladığını bildirir. Həmin bükülü tərəfindən açılıb baxıldıqdan sonra kağız zərfə qoyularaq Abşeron RPİ-nin 56 nömrəli möhürü ilə möhürlənməklə qablaşdırılır, qablaşdırma üzərində imza edilir. Videogörüntüyə baxış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olan digər hər hansı xüsusat, o cümlədən istintaq üçün əhəmiyyət kəsb edən başqa hal qeydə alınmadı. Baxışın nəticələrinə dair müvafiq protokol cinayət işinin materiallarına əlavə edilmişdir. İş üzrə «təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında» prosesin videogörüntüsünün əks olunduğu bir ədəd DVD diskə baxış keçirilərək nəticəsi protokollaşdırılmışdır. Diskə baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni üzərində saxlaması, gəzdirməsi barədə Abşeron rayon Polis İdarəsinə daxil olmuş əməliyyat məlumatı əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılır və Abşeron rayon Polis İdarəsinin əməliyyat müvəkkili Şahid və kiçik inspektoru polis serjantı X2 iştirakları ilə əməliyyat qrupu yaradılır. Əməliyyat-axtarış tədbiri zamanı Abşeron rayonu, Masazır qəsəbəsi, Viktoriya yaşayış kompleksinin yaxınlığına gəlinir. Saat 19:12 dəqiqədə zahiri əlaməti onlara məlum olan Təqsirləndirilən şəxs küçədə piyada hərəkətdə olduğunu görüb kiçik inspektor İbrahim Əliyev videoçəkiliş aparılmaqla həmin ərazidə saxlanılaraq özü təqdim edilir və sonra ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlamasında şübhəli olduğu barədə bildirərək üzərində yoxlama aparılması barədə məlumat verilir. Yoxlama aparmazdan əvvəl ona üçün ona üzərində ehtimal edilən narkotik vasitə və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya sənədləri verməsi təklif olunur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər kütləni çıxarıb təqdim edir və həmin kütlənin metamfetamin olduğunu və özünün istifadəsi üçün Bakı şəhəri, Yasamal rayonu ərazisindən tanımadığı şəxsdən 10 manata aldığını və üzərində saxladığını bildirir. Həmin bükülü tərəfindən açılıb baxıldıqdan sonra kağız zərfə qoyularaq Abşeron RPİ-nin 56 nömrəli möhürü ilə möhürlənməklə qablaşdırılır, qablaşdırma üzərində imza edilir. Videogörüntüyə baxış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olan digər hər hansı xüsusat, o cümlədən istintaq üçün əhəmiyyət kəsb edən başqa hal qeydə alınmamışdır. Ekspertizaya təqdim edilmiş metamfetaminin təmiz çəkisi 0,468 qram, ekspertiza tədqiqatına sərf edildi 0,05 qram, qalıq 0,418 qram. İş üzrə maddi sübut əhəmiyyəti kəsb edən 0,468 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və qalıq qalmış 0,418 qram metamfetamin saxlanılması üçün Abşeron RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İş üzrə “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə və şübhəli şəxsn üzərinə baxış keçirilməsinə dair» və «təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında» prosesinin videogörüntüsünün əks olunduğu 01 ədəd DVD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİnin təqdim etdiyi tələbnamədən və Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünün surətindən görünür ki, İbayev X5 rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2024-cü il tarixdə Nizami rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən 03 ay 04 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən - az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - ondan cəzası çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Odur ki, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş şəxs hesab edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi yaranır və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti təqsirli bilindiyi maddələrinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun narkotik vasitələr aludəçisi olduğunu və bu mənada cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzanın ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini, analoji cinayət törətməsini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş və saxlanılması üçün Abşeron RPİnin MSY-yə təhvil verilmişdir. xx.xx.2025-ci il tarixdə tərəfimdən Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Bununla əlaqədar məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X3 təyin edilən azadlıqdan məhrumetmə cəzasından tutulduğu 02 gün çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, ona narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə zalında həbs edilməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı 23 sentyabr 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış şəxsi axtarış və götürmə aparılmasının video görüntüsünün əks olunduğu 01 ədəd disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülməklə Abşeron RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,418 qram metamfetamin məhv edilməlidir; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci 60 manat təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01(bir) il 11(on bir)ay 28(iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs 60 (altmış) manat ekspertiza xərci tutulsun. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar