Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-1028/2024 08.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Əməli törədən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Şikayət verən şəxs Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1999-cu ildə Göyçay rayonu, Şəkər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Göyçay rayonu, Şəkər kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair sadələşdirilmiş icraat materialları üzrə işə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, Müəyyən etdi: Təqsirləndirilən şəxs 30 iyul 2024-cü il gecə saat 03 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, X10 küçəsi ev 4A saylı ünvanın qarşısında qohumu Zərərçəkmiş şəxs onun əmisi qızı olan arvadı X4 qarşı pis rəftar etməsi ilə bağlı şifahi irad bildirərkən Zərərçəkmiş şəxs onun bu iradına saymamazyana cavab verməklə ciddi yanaşmamasından əsəbiləşib həmin səbəbdən aralarında şəxsi münasibətlər zəminində yaranmış narazılıq üstündə mübahisə edərək həmin mübahisə əsnasında sonuncunun üzərinə hücum edib qəsdən yumruq zərbələri ilə Zərərçəkmiş şəxs baş, alın, sifət nahiyələrinə ardıcıl zərbələr vuraraq sonuncuya başın alın nahiyəsinin açıq yarası ilə müşahidə olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş əməli törədən şəxs Təqsirləndirilən şəxs özünü ona CM-in 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs onun barəsində yazdığı şikayət ərizəsi ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs onun əmisi qızı Fatimə Abişovanın əridir. 30 iyul 2024-cü il gecə saat 02 radələrində bibisi Təranə atası Mübarizə zəng edərək təcili əmisi qızı Fatimənin evinə gəlməyini istəmiş, buna görə də o atası ilə birlikdə Fatimənin Abşeron rayonu, Xırdalan şəhərində yerləşən evlərinə gəlmişlər. Evdə onlara məlum olmuşdur ki, Rizvanla Fatimə arasında mübahisə olmuş, atası ilə bibisi Təranə onları sakitləşdirmişdir. Onların sakitləşdiyini gördükdən sonra evdən çıxıb getməyə qərar vermişlər. Onlar evdən çıxanda o Rizvana onu yola salmasını bildirdiyi üçün onlar birlikdə binanın həyətinə düşərək binanın sol tərəfinə, yəni X10 küçəsinə gəlmişlər. X6 ilə aralarında olan mübahisənin səbəbini soruşanda Rizvan Fatimənin ünvanına nalayiq sözlər işlətmiş, buna görə də o əsəbiləşərək iki dəfə yumruq zərbəsi ilə Rizvanın baş nahiyəsinə vurmuşdur. Həmin vaxt Rizvan alın nahiyəsindən xəsarət almışdır. Atası Mübariz onlara yaxınlaşıb sakitləşdirmiş və onu kənara çəkmişdir. Rizvan da bundan sonra oradan qaçaraq çıxıb getmişdir. Baş vermiş hadisənin 1-2 dəqiqə davam etdiyini, həmin hadisəni sadəcə atası Mübariz gördüyünü, başqa kənar şəxsin görmədiyini və oraya kiminsə yaxınlaşmadığını, baş vermiş hadisənin gecə saat 03 radələrində Rizvangilin yaşadığı binanın qarşısında sol tərəfdə yerləşən X10 küçəsində olduğunu, ətrafda heç kimin olmadığını, kənar şəxslərin hadisəni görmədiklərini, müdaxilə etmədiklərini göstərmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, əməlindən peşman olduğunu, özünü təqsirli bildiyini, Zərərçəkmiş şəxs ilə barışdığını qeyd edərək barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şikayət verən şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə gecə saat 02 radələrində ünvan 3 ünvanında olan zaman həyat yoldaşı X2 evlərində qonaq olan bibisi Təranə Əsgərova ilə sözlə mübahisə etməsini eşidib onların yanına gələrək irad bildirib sakitləşdirmək istəmiş, bu zaman Təranə qardaşı Mübarizə zəng edərək onun evlinə gəlməsini söyləmişdir. Təxminən 15-20 dəqiqə keçəndən sonra Mübariz, arvadı Vüsalə və oğlu Bəxtiyar onların yaşadığı evə gəlmiş, söhbət zamanı münaqişə olmasın deyə Mübarizdən Təranəni götürüb aparmasını xahiş etmişdir. Mübariz də onunla razılaşaraq Təranəni evə aparmağa qərar vermişdir. Onlar evdən çıxan zaman Bəxtiyar onunla binanın həyətinə düşməyini təklif etdiyindən onlar birlikdə binanın həyətinə düşmüşlər və yaşadığı binanın sol tərəfinə, yəni X10 küçəsinə qədər gəlmişlər. Orada Bəxtiyar ondan Fatiməni incitməyinin səbəbini soruşmuş, o da öz ailə problemləri olduğunu, özləri bu məsələni həll edəcəklərini, bibisi Təranəni götürüb ordan aparmağı Bəxtiyara bildirmişdir.Bəxtiyar onun sözündən əsəblərək üzərinə gələrək sifət və alın nahiyəsinə bir neçə dəfə yumruq zərbəsi vurmuşdur. Bunu görən Bəxtiyarın atası Mübariz onlara yaxınlaşıb onu Bəxtiyarın əlindən almışdır. Bundan sonra onlar bu barədə polisə məlumat verdiyini, baş vermiş hadisənin təxminən 5 dəqiqə davam etdiyini, mübahisə zamanı Bəxtiyarı vurmadığını, ətrafda heç kimin olmadığını, kənar şəxslərin hadisəni görmədikləriini, müdaxilə etmədiklərini göstərmişdir. Şikayət verən şəxs Zərərçəkmiş şəxs Məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək iş üzrə icaata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, İş üzrə şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşı qızı Fatimənin həyat yoldaşıdır. xx.xx.2024-cü il tarixdə gecə saat 02 radələrində bacısı Təranə ona zəng edib təcili Fatiməgilin yaşadığı ünvana gəlməyini istəmiş, o da buna görə oğlu Bəxtiyarla birlikdə Fatimənin yaşadığı Abşeron rayonu, Xırdalan şəhərində yerləşən evlərinə gəlmişlər. Evə gəldikdən sonra məlum olmuşdur ki, Rizvanla Fatimə arasında sözlə mübahisələri olmuşdur. Həmin vaxt bacısı Təranə ilə onları sakitləşdirmişlər. Bundan sonra sakitlik olduğunu görüb oradan çıxıb getməyə qərar vermişlər. Onlar evdən çıxmağa hazırlaşarkən Rizvanla Bəxtiyar onlardan əvvəl evdən çıxıb binanın həyətinə düşmüşlər. Təxminən 5 dəqiqə sonra o da Rizvangilin arxasınca binanın həyətinə düşəndə Rizvanın oğlu Bəxtiyarla mübahisə etdiyini və nalayiq ifadələr işlətdiyini, Bəxtiyarın yumruqla Rizvanı vurduğunu görüb onlara yaxınlaşaraq aralaşdırıb sakitləşdirmişdir. Bundan sonra Rizvanın oradan qaçıb getdiyini, həmçinin dava-dalaş zamanı orada başqa şəxslərin olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 18 radələrində qardaşı Rizvanın evinə qonaq gəlmişdir. Həmin vaxt Rizvanın həyat yoldaşı Fatimənin bibisi Təranədə onların evində olmuşdur. Saat təxminən 02 radələrində Fatimə Abişovanın onlarda qonaq olan bibisi Təranə Əsgərova ilə mübahisə etməsini eşidib Rizvanla onların yanına gəlmiş, Rizvan onlara irad bildirib sakitləşdirmək istəmişdir. Bu zaman Təranə qardaşı Mübarizə zəng edərək onu evə çağırmış, təxminən 15-20 dəqiqədən sonra Mübariz, həyat yoldaşı Vüsalə və oğlu Bəxtiyar Rizvanın evinə gəlmişlər. Rizvan Mübarizlə söhbət edərək Təranəni onun evində münaqişə yaratması səbəbində onu aparmasını xahiş etmiş, o da Rizvanla razılaşdığı üçün Təranəni evinə aparmağa qərar vermişdir. Onlar evdə olan zaman Bəxtiyar Rizvana binanın həyətinə düşməyi təklif etmişdir. Təxminən 5 dəqiqədən sonra onlar evdə söhbət edən zaman Rizvan ona zəng edərək döyülməsi bildirmiş və o da binanın həyətinə düşdükdə Rizvanın sifət nahiyəsinin qan olmasını görüb DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Sonradan ona məlum olmuşdur ki, Rizvanı Fatimənin əmisi oğlu Bəxtiyar döymüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli 1709 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X11 rəyindən görünür ki, 1996-cı il təvəllüdlüZərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - başın alın nahiyəsinin açıq yarasıküt əşyanın (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə vəşəraitdə, yəni xx.xx.2024-cü il tarixdəyumruq zərbəsi təsirindən əmələ gələ bilərdilər, dərəcəsinə görəsağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs məhkum olunması barədə Azərbaycan Respublikası DİN-in BƏSİİnin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Şikayət verən şəxs Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Əməli törədən şəxs Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmışdır. Ona görə də, məhkəmədən barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə əməli törətmiş şəxsə qarşı irəli sürülmüş və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şikayət verən şəxsin ifadəsi, ekspertiza rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iş üzrə şikayət verən şəxs Zərərçəkmiş şəxs ilə barışmışlar, Zərərçəkmiş şəxs ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Göstərilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, CM-in 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. Müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 20 (iyirmi) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 162, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən barəsində olan cinayət təqibinə xitam verilsin və cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-1028/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-1028/2024
08.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver