Məhkəmə qərarları › İş №1(012)-1029/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-1029/2024

04.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-1029/2024 04.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs XX.XX.XX oğlunun iştirakları ilə, xx.xx.2000-cİ ildə Rusiya Federsiyası, Sankt- Peterbuq şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1i ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Qobu qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs XX.XX.XX oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 29 iyul 2024-cü il saat 14 radələrində yaşadıqları Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən fərdi yaşayış evində qeyri-rəsmi ər-arvad münasibətində olduğu Zərərçəkmiş şəxs artıq ayrı yaşamaqla münasibətlərinin sona çatdırmaq istəməsi ilə bağlı fikirlər bildirərkən sonuncunun buna etiraz etməsindən əsəbiləşib həmin səbəbdən aralarında şəxsi münasibətlər zəmnində yaranmış narazılıq üstündə mübahisə etdikdə həmin mübahisə əsnasında həmin ünvanda Zərərçəkmiş şəxs üzərinə hücum edib qəsdən əl, yumruq zərbələri ilə sonuncunun sifət, baş və bədəninin müxtəlif nahiyələrinə, habelə təpik zərbələri ilə hər iki ayağına vuraraq yerə yıxıb, yerdə də sürüyüb yumruq, əl zərbələri ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə vurmaqda davam etməklə Zərərçəkmiş şəxs sağ saidin aşağı 1/3-nin arxa səthinin milbilək oynağını əhatə edən şişkinlik halında hərəkət məhdudluğu ilə müşayiət olunan geniş sahəli qançırı, sol baldırın aşağı 1/3-nin geniş həcmli qançır-şişkinliyi hərəkət məhdudluğu ilə, sağ və sol diz nahiyələrinin, sol bazu və burun nahiyəsinin sıyrıqları ilə müşaiyət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs XX.XX.XX oğlu ona Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Rusiya Federasiyasında doğulsa da, Azərbaycan Respublikasının vətəndaşıdr, təhsilini Azərbaycan dilində almışdır, Azərbaycan dilində sərbəst yazıb-oxuya, fikirlərini çatdıra, anlaya bilir. Zərərçəkmiş şəxs şikayəti ilə tanış olmuşdur. Fəridə ilə bir il yarım olar ki, qeyri-rəsmi münasibətdə yaşayır. Son vaxtlar münasibətləri yaxşı olmadığı üçün aralarında sözlə mübahisələri yaranır. 29 iyul 2024-cü il tarixdə yaşadıqları evdə olarkən Fəridəyə münasibətlərini bitirmək istədiyini deyərkən Fəridə ona etiraz etmiş və bu səbəbdən aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı əsəbiləşib Fəridənin üzərinə gedərək onu itələmişdir Fəridə aldığı zərbələrin təsirindən yerə yıxılmışdır. O, Fəridəyə xəsarət yetirmişdir. Sonra isə mübahisələri başa çatmışdır. Baş vermiş mübahisənin 3-5 dəqiqə davam etdiyini, həmin vaxt evdə kənar şəxsin olmadığını, mübahisəni kənar şəxsin görmədiyini, həmin vaxt Fəridə onu vurmadığını və heç bir bədən xəsarəti yetirmədiyini göstərmişdir.Əməlindən peşmandır. Hazırda zərərçəkmişlə barışmışdır. Barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini xahiş etmişdir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qeyri-rəsmi münasibətdə olduğu şəxsdir. Tosifdən əvvəl X2 ilə qeyri-rəsmi ər-arvad münasibətində olmuş və həmin münasibətdən 11 yaşlı övladı var. Lakin Burcadan da ayrılmış və 2023-cü ilin əvvəllərindən Təqsirləndirilən şəxsla qeyrirəsmi ər-arvad münasibətində yaşayır, bu münasibətdən övladı yoxdur. Son zamanlar Tosifin ona qarşı münasibəti yaxşı olmadığı üçün aralarında sözlə mübahisələri yaranır. Sonuncu dəfə 29 iyul 2024-cü il tarixdə Tosif onunla münasibətini bitirəcəyini deyərkən o buna etiraz etdikdə aralarında mübahisə yaranmış, mübahisə zamanı Tosif onun üzərinə gələrək onu itələmişdir, ona xəsarət yetirmiş, o aldığı zərbələrin təsirindən yerə yıxılmışdır. Yerdə olarkən Tosif əlləri ilə onu sürüyüb bədəninin müxtəlif yerlərindən vurmuşdur. O, da bununla bağlı telefonla DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Daha sonra isə Qobu polis bölməsinə gəlib bu barədəşikayət ərizəsi yazmışdır. Baş vermiş mübahisənin 3-5 dəqiqə davam etdiyini, mübahisə zamanı evdə kənar şəxsin olmadığını, Tosif onu döydüyü üçün cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etdiyini göstərmişdir. O, hazırda Tosif ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını qeyd etmişdir. Odur ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəməyədək sadələdirilmiş icraat materialında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:  Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X4 Abşeron rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 1715 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni səthində aşkar edilmiş xəsarətlər sağ saidin aşağı 1/3-nin arxa səthinin mil-bilək oynağını əhatə edən şişkinlik halında hərəkət məhdudluğu ilə müşayiət olunan geniş sahəli qançırı, sol baldırın aşağı 1/3-nin geniş həcmli qançır-şişkinliyi hərəkət məhdudluğu ilə, sağ və sol diz nahiyələrinin, sol bazu və burun nahiyəsinin sıyrıqları küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə vəşəraitdə, yəni xx.xx.2024-cü il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər.  Məhkəməyədək sadələşdirilmiş icraatın başlanılması haqqında 31 iyul 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında faktla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş cinayət işi icraata başlanılmaqla, təhqiqatı aparılmışdır.  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli arayışına görə Təqsirləndirilən şəxs XX.XX.XX oğlunun əvvəllər məhkum olunmamışdır.  Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs XX.XX.XX oğlu ünvan 1ində daimi qeydiyyatdadır, barəsində nümayəndəliyə heç bir şikayət ərizəsi daxil olmamışdır.  Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs XX.XX.XX oğlu ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur, odur ki,barəsində cinayət təqibinə xitam verilməsini xahiş etmişdir.  Təqsirləndirilən şəxs XX.XX.XX oğlunun məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmış, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbi qalmamışdır. Ona görə də, məhkəmədən barəsində olan iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs XX.XX.XX oğlunun törətdiyi cinayət əməli, yəni onun qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurma cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, şahidin məhkəmə iclasında tədqiq olunmuş ifadəsi, ekspert rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirildiyindən sonuncunun əməlinin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs XX.XX.XX oğlunun CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Qeyd olunan Məcəllənin 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Göstərilən Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunan Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4,39.1.6–39.1.11, 40.3 və 40.4-cümaddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs XX.XX.XX oğlu törətdiyi əməli etiraf edir, özünü ona qarşı irəli sürülmüş ittiham üzrə tam təqsirli bilir, əməlindən peşmandır, iş üzrə Zərərçəkmiş şəxs ilə barışmış və bununla əlaqədar zərər çəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbininin olmamasına və cinayət işinin icraatına xitam verilməsinə dair ərizə təqdim etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nin 39.1.11, 43, 305, 321, 344-347 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs XX.XX.XX oğlunun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs XX.XX.XX oğlu cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs XX.XX.XX oğlu barəsində qətimkan tədbiri seçilməməsi nəzərə alınsın. Məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qeyd olunan müddət ərzində qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, növbəti gün qərar qüvvəyə minir. Sədrlik edən: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar