Məhkəmə qərarları › İş №1(012)-103/2020

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-103/2020

25.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-103/2020 25.02.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1994-cü ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycanlı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 mənzil 11 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsiilətəqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs X5tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2019-cu il tarixdə tanışı Zərərçəkmiş şəxs1 müvəqqəti olaraq yaşamaq üçün ona verdiyi özünə məxsus lakin, anası Şahid1 adına olan Abşeron rayonu Xırdalan şəhəri, “AAAF park” yaşayış kompleksi, 23-cü küçə, 12 saylı binanın 12 nömrəli mənzildəki yataq otağında olan paltar dolabından ona və həyat yoldaşı Zərərçəkmiş şəxs2 məxsus olan 1 ədəd qadın hamam xalatı - 5 (beş) manat, qara rəngli idman çantasının içərisində olan 1 ədəd açıq göy rəngli kişi cins şalvarı - 5 (beş) manat, 4 əd əl dəsmalları 4x3=12 manat, 1 ədəd daraq fen 15 manat, 2 ədəd jilet 0.40 +0.80 qəpik, 1 ədəd diş fırçası 1 manat, 1 ədəd sabun 0,50 qəpik, 1 ədəd qadın köynəyi 5 manat, 1 ədəd qadın xalatı 6 manat, 1 ədəd iynə-sap 1 manat, 2 ədəd 3 metrlik ağ klyonka 2x3=6 manat, 1 ədəd qadın corabı 0,50 qəpik, 1 ədəd örtük 5 manat, 5 ədəd bıçaq 5 manat, 13 ədəd çəngəl-qaşıq dəsti 13 manat, 4 ədəd çömçə 4x2=8 manat, 1 ədəd blender 20=20 manat, 1 ədəd xrustal qənd qabı 7 manat, 3 ədəd telefon adapteri 3x2=6 manat, 1 ədəd daraq feni 10 manat, 1 ədəd daraq 2 manat, 1 ədəd şüşə qapaqlı tava 15 manat, 5 ədəd fincan 5 manat, 1 ədəd xrustal stəkan 1x3=3 manat, 3 ədəd nəlbəki 3x0,50=1,50 manat, 1 ədəd alışqan 0,10 qəpik, göy rəngli parça materialdan olan sumka 5 manat, 1 ədəd karobkanın içərisində olan xrustal kül qabı 10 manat, 3 ədəd qadın idman şalvarı 3x5=15 manat, 1 ədəd qırmızı rəngli qadın xələti 5 manat, 3 metr ağ rəngli klyonka 3x3=9 manat, 1 ədəd qısaqol köynək 5 manat, 1 ədəd qadın kalkotqası 2 manat, 1 ədəd ağ rəngli mayka 0,20 qəpik, 1 ədəd göy rəngli qadın köynəyi 2 manat, 1 ədəd qadın şortiki 1 manat, 1 ədəd çəhrayı rəngli qadın köynəyi 5 manat, 3 ədəd plastmas materialdan olan su qabı 3x0,20=0.60 qəpik, 1 ədəd qızılı rəngdə qadın çantası 5 manat, 2 ədəd şəkil qabı 2x0,30=0,60 qəpik, 2 cüt tərlik 2x0,20=0,40 qəpik, 1 ədəd qadın donu 5 manat, 1 ədəd futbolka 2 manat, 2 ədəd çay dəsmalı 2x1=2 manat, 2 ədəd hamam (can) üçün kisə 2x1=2 manat, 1 ədəd qadın papağı 2 manat, 1 ədəd qadın üçün ağ rəngli köynək 5 manat, 1 ədəd taxt örtüyü 15 manat, 1 ədəd sarımtıl rəngdə parça materialdan olan sumkanın içərisində olan 3 ədəd mələfə 15 manat, 2 ədəd yastıq üzü 2x3=6 manat, 2 ədəd can dəsmalı 2x4=8 manat, 1 ədəd tünd göy rəngdə üzərində zərləri olan qadın donu 20 manat olmaqla, ümumilikdə 306,20 (üç yüz altı manat iyirmi qəpik) və qonaq otağında, yataq otağında olan paltar dolablarından 2 cüt qızıl sırğa hər biri 500 manat olmaqla 1000 manat, 2 ədəd qızıl boyunbağı hər biri 400 manat olmaqla 800 manat, 1 ədəd brilliant qaşlı qızıl klon 500 manat, 1 ədəd qızıl brilliant qaşlı qadın üzüyü 1000 manat, 1 ədəd qızıl sırğanın 1 tək tayı 100 manat, bir neçə bijuteriyalar 200 manat olmaqla, ümumilikdə 3600 manat dəyərində olan qızıl zinət əşyalarını gizli olaraq talayıb oğurlamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 tanıyır, aralarında heç bir heç bir düşmənçilik, ədavət və söz-söhbət olmamışdır. O, 2019-cu ilin iyun, iyul və avqust ayının ortalarınadək Xırdalan şəhəri AAAF parkda kirayədə yaşamışdır. Həmin müddətdə isə Nurlan və Sərvin adlı şəxsləri tanımışdır. xx xxxx 2019-cu il tarixdə səhər saatlarında Nurlan və Sərvin adlı şəxslər onun kirayə yaşadığı evə gələrək onunla orada söhbət etmişlər. Həmin vaxtı Nurlan ona demişdir ki, o, anası və həyat yoldaşı ilə birlikdə Bakı şəhəri, Pirallahı rayonu Çilov adasına gedir. Bundan sonra o, Nurlana demişdir ki, onun kirayə yaşadığı evin sahibi ona özünə ev tapıb onun evindən çıxmasını bildirmişdir. Nurlan isə ona əgər elədirsə onda gəlib onun evində yaşaya biləcəyini bildirmişdir. O, isə həmin vaxtı onunla razılaşmışdır. Sonra isə Nurlan onların yanından çıxıb getmişdir. Həmin günü bir neçə saatdan sonra Nurlan özü onun telefonuna zəng vurub, özünün getdiyini, evin açarını isə qapının çöl tərəfindəki döşəmənin altına qoyduğunu, gedib açarı oradan götürüb orada yaşaya biləcəyini bildirmişdir. O, isə bundan sonra Sərvinlə Nurlanın evinin qarşısına getmiş, orada qapının çöl tərəfdən qarşısında olan döşəmənin altındakı açarı götürüb qapını açaraq içəri daxil olmuşdur. Evə Sərvinlə daxil olduqdan sonra çay içib televizora baxmış və bundan sonra həmin vaxtdan da Sərvinlə həmin evdə 2-3 gün qalmışdır. Sonra isə Sərvinlə birlikdə Bakı şəhəri N.Nərimanov rayonu ərazisində yerləşən LPS klubuna gedib həmin klubda Arzu adlı qızla tanış olmuşdur. Elə həmin gün Arzu və Sərvin birlikdə Nurlanın ona yaşamaq üçün verdiyi evə gəlmişdir. Həmin gecə onlar həmin evdə qalmışlar, səhəri günü isə Sərvin çıxıb öz evlərinə getmişdir. O, isə Arzu ilə bir neçə gün həmin evdə qalmışdır. Hər gün çıxıb çölə gedərkən Arzu evdə tək qalmış, ona evdə yemək də bişirmişdir. Nurlanla Çilov adasında olan zaman onlar hər gün mobil telefon vasitəsi ilə əlaqə saxlamışlar. Nurlanın ona öz evində yaşamağa icazə verməsini onun anası və həyat yoldaşı bilmişdir. Nurlan sonuncu dəfə təxminən getdiyi gündən beş gün sonra, yəni xx.xx.2019-cu il tarixdə ona zəng vurub, həmin gün 1-2 saata evdən çıxmasını, anasının artıq evə gəldiyini və onu orada görməməsini bildirmişdir. Həmin zəngdən yarım saat sonra o, Arzu ilə birlikdə Nurlanın evindən çıxıb Sulutəpəyə getmişdir. Arzu isə ondan ayrılıb dediyinə görə İnşaatçılara getmişdir. Evdən çıxmamışdan əvvəl Nurlanın evindəki yataq otağındakı dolabın qapısını açmış, 2-3 ədəd sırğa görmüşdür. Həmin sırğalardan 2 ədədi qızıl, digərləri isə bijuterya idilər. Mən həmin vaxt oradan 2 cüt qızıl sırğa, 2 ədəd qızıl sep, 1 ədəd qızıl brilliant qaşlı üzük, 1 cüt sırğa və 1 ədəd üzük, 1 ədəd sep götürmüşdür. Həmin oğurladığı əşyaları sonradan Nurlana taksi ilə göndərmişdir. Ancaq 2 cüt qızıl sırğanı Sumqayıt şəhərində tanımadığı şəxsə 2 cütünü 150 (yüz əlli) manata satmışdır. Digər qızıl zinət əşyalarını və bujiteryaları isə Arzu adlı qadına vermişdir. Həmin evdən oğurluq hadisəsini onun özü etmişdir və Arzu evdən heç bir oğurluq etməmişdir. Təqsirləndirilən şəxs sonda əməlindən səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini nəzərə almaqla, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Şahid1 anası, Zərərçəkmiş şəxs2 isə onun həyat yoldaşıdır. O, evləndikdən sonra anası onu ailəsi ilə birlikdə Xırdalan şəhəri, “AAAF” parkda yerləşən 23-cü küçə, 12-ci bina, 12-ci mənzildə yerləşən evinə köçürmüşdür. O, həyat yoldaşı ilə birlikdə həmin mənzildə yaşamışdır. xx.xx.2019-cu il tarixdə o, həyat yoldaşı Zərərçəkmiş şəxs2 və anası Təravətlə birlikdə Pirallahı rayonu Çilov adasına getmişlər. Həmin vaxt yaşadıqları evin qapısı bağlayıb açarların birini özü ilə götürmüş, digərini is dostu Sərvinin telefonunun adapterini götürməsi üçün qapının çöl tərəfdən qarşısındakı döşəmənin altında gizlətmişdir. Bundan sonra o, Pirallahıda olan zaman tanışı Məşədi ləqəbli Toğrul adlı şəxs onun ***-***-**-** saylı mobil nömrəsinə zəng edib onların evində heç kimin olmadığını eşitdiyini bildirmişdir. Ona icazə versəydi gedib onun evində bir neçə gün yaşayardı. Onun sonuncuya yazığı gəldiyindən, icazə verərək, evin açarlarının qapının çöl tərəfdən qarşısındakı döşəmənin altında olduğunu bildirmişdir. Toğrul elə həmin gün gedib açarı oradan götürüb həmin evdə qalmışdır. O, Pirallahıda olan zaman iki gündən bir Toğrulla telefonla danışmış, sonuncu ona narahat olmamasını, onun evində qaldığını bildirmişdir. Evə qayıtmasına təxminən 3 gün qalmış Toğrulla telefonla danışıb evdəkilərin gələcəyini, onun evdən çıxmasını bildirmişdir. Toğrulda onun evindən çıxmış, açarı isə həmin yerə qoymuşdur. Bundan sonra onun Toğrulla heç bir əlaqəsi olmamışdır. xx.xx.2019-ci tarixdə o, ailəsilə birlikdə Pirallahı rayonundan qayıdıb öz evinə gəlib açarı qapının qarşısında olan döşəmənin altından götürüb qapını açıb içəri daxil olarkən, evlərinin dağınıq vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra ona məlum olmuşdur ki, evlərində həyat yoldaşı Zərərçəkmiş şəxs2 məxsus qızıl-zinət əşyaları, cehiz əşyaları, həyat yoldaşının və onun geyimləri oğurlanaraq ümumilikdə onlara 5000 (beş min) manat ziyan dəymişdir. Anası Təravət bu barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. O, evində Məşədi ləqəbli Toğrul adlı şəxsə Sərvin ilə birlikdə qalmağa icazə vermiş, ancaq sonra Toğrulun orada kiminlə qalmasından xəbəri olmamışdır. Oğurluq hadisəsi törədildikdən sonra Təqsirləndirilən şəxs onun evindən oğurladığı 2 cüt qızıl sırğadan, 2 ədəd qızıl boyunbağıdan, 1 ədəd brilliant qaşlı qızıl klondan, 1 ədəd isə qızıl brilliant qaşlı qadın üzüyündən, 1 ədəd qızıl sırğadan, bujiteriyalardan başqa digər oğurlamış olduğu əşyaları taksi sürücüsü Şahid2 vasitəsi ilə onlara göndərmişdir. Zərərçəkmiş şəxs sonda onlara vurulmuş maddi ziyanın təqsirləndirilən şəxs tərəfindən bu günədək ödənilmədiyini, buna baxmayaraq təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 2018-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs1 ilə ailə həyatı quraraq, həyat yoldaşı Nurlan ilə birlikdə qaynanası Şahid1 məxsus Xırdalan şəhəri, AAAF park yaşayış kompleksi, 23-cü küçə, 12-ci bina, 12-ci mənzildə yaşamağa başlamışdır. xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Pirallahı adasına qayınanası Şahid1 işə gedən zaman onları da özü ilə birlikdə Pirallahı rayonuna Çilov adasına aparmışdır. Həmin vaxtı evin qapısını bağlayıb açarları özləri ilə aparmışlar. xx xxxxxx 2019-cu il tarixdə Çilov adasından gəlib həyat yoldaşı Nurlanla birlikdə evlərinə getmişlər. Həmin gün evə daxil olub evinin dağınıq olduğunu görmüş və evindən oğurluq hadisənin olmasını fikirləşərək, bir neçə dəqiqə sonra o, qaynanası Şahid1 zəng vuraraq, evin dağınıq olduğunu, oğurluq olduğunu demişdir. Bundan sonra qaynanası Şahid1 öz evindən çıxıb onların yaşadığı evə gəlmiş və görmüşdür ki, həqiqətən evlərindən oğurluq olmuşdur. Bununla bağlı qaynanası Təravət DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Evindən ona məxsus 2 cüt qızıl sırğa-ikisi birlidə hər biri 500 (beş yüz) manat olmaqla 1000 (min) manat, 2 ədəd qızıl boyunbağı-hər biri 400 (dörd yüz) manat olmaqla ikisi birlikdə 800 (səkkiz yüz) manat, 1 ədəd brilliant qaşlı qızıl klon - 500 (beş yüz) manat, 1 ədəd qızıl brilliant qaşlı qadın üzüyü - 1000 (min) manat, 1 ədəd qızıl sırğanın 1 tək tayı- 100 (yüz) manat, bir neçə ədəd bijuteriyalar-cəmi 200 (iki yüz) manat, cehiz əşyaları 4 ədəd hamam dəsmalları,1 ədəd yataq dəsti, 1 ədəd yataq örtüsü, 1 ədəd blender, 1 ədəd mikser, 1 ədəd pərdə aksessuarı, 1 ədəd tefal tava, xrustal stəkan nəlbəki dəsti, 1 ədəd mürrəbə qabı, 2 ədəd əl sumkası, 1 ədəd idman paltarı, 1 ədəd cins gödəkçə, 1 ədəd jaket gödəkçə, 1 ədəd odeyal və həyat yoldaşı Zərərçəkmiş şəxs1 geyim paltarlarını oğurlayaraq onlara oğurluq nəticəsində ümumilikdə ona təxminən 5000 (beş min) manat dəyərində ziyan vurmuşlar. Oğurluq hadisəsi törədildikdən sonra Təqsirləndirilən şəxs onun evindən oğurladıqları ona məxsus 2 cüt qızıl sırğadan, 2 ədəd qızıl boyunbağıdan, 1 ədəd brilliant qaşlı qızıl klondan, 1 ədəd isə qızıl brilliant qaşlı qadın üzüyündən, 1 ədəd qızıl sırğadan, bijuteriyalardan başqa digər oğurlanmış olduğu əşyaları taksi sürücüsü Şahid2 vasitəsi ilə onlara göndərmişdir. Zərərçəkmiş şəxs sonda onlara vurulmuş maddi ziyanın təqsirləndirilən şəxs tərəfindən bu günədək ödənilmədiyini, buna baxmayaraq təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Nurlan onun oğludur, onu noyabr ayında evləndirib ayırmışdır. O, həyat yoldaşı ilə birlikdə Xırdalan şəhəri “AAAF” parkda yerləşən 23-cü küçə, 12-ci bina, 12-ci mənzildə yerləşən özünəməxsus evdə yaşayır. xx.xx.2019-cu il tarixində o, işə getmiş, oğlu Nurlanı və gəlinini isə özü ilə Pirallahı Çilov adasına istirahətə aparmışdır. Həmin vaxt onlar yaşadıqları evin qapısını bağlamışlar və açaları oğlu özü ilə götürmüşdür. Onlar Pirallahı adasına gedib, xx.xx.2019-cu il tarixində axşam saatlarında qayıdıb öz evlərinə gəlmişlər. Qeyd edilən tarixdə o, öz evinə getmiş, gəlini ilə oğlu Nurlan isə birlikdə öz evlərinə getmişlər. Həmin gün axşam saatlarında o, evdə olarkən gəlini Sevinc onun mobil telefon nömrəsinə zəng edib telefonda ağlamış, o da sonuncudan nə baş verdiyini soruşmuşdur. Sonuncu evin dağınıq olduğunu, evdən oğurluq edildiyini bildirmişdir. Bundan sonra o, öz evindən taksiyə minib oğlunun evinə gəlmiş və oğlunun yaşadığı ona məxsus evdən oğruluq hadisəsi baş verdiyini görmüşdür. Bundan sonra o, DİN-nin 102 ximdətinə zəng edərək, baş vermiş oğurluq barədə məlumat vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə baxışında iştirak etmədiyindən, məhkəmə iclası zamanı elan olunmuş ifadəsindən görünür ki, “Daevo Gentra” markalı avtomaşınla taksi fəaliyyəti ilə məşğul olur. Məşədi ləqəbli Toğrul adlı şəxsi 15 gündür ki, tanıyır. Onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Hadisənin baş verməsindən təxminən 15 gün əvvəl “AAAF park”ın yaxınlığında öz maşını ilə dayandığı vaxt tanımadığı bir nəfər şəxs onun maşınına yaxınlaşaraq, marketə gedib gəlmələrini demişdir. O, isə həmin şəxsi marketə sonra isə aptekə aparıb gətirmişdir. Bunun müqabilində isə həmin şəxs ona 5 (beş) manat pul vermişdir. Sonradan həmin şəxs ona taksidən çox istifadə etdiyini, buna görə də ona nömrəsini verməsini, lazım olanda ona zəng etməsini bildirmişdir. O, isə onunla razılaşıb öz nömrəsini həmin şəxsə vermişdir. Həmin şəxs təxminən 3 gün sonra ona zəng edib “AAAF” parkda məhlə marketin arxasına getməsini, orada bir xanımı Nizami kinoteatrının qarşısına aparmasını istəmişdir. O, isə qeyd olunan tarixdə həmin ünvana gedib oradan 1 nəfər qadını götürüb Nizami kinoteatrının qarşısında aparıb düşürmüşdür. Məşədi ləqəbli şəxs isə maşına xanım minən zaman ona 10 (on) manat pul vermişdir. Təxminən 6-7 gün sonra Məşədi ona yenidən zəng vurub onu AAAF parka çağırmışdır.O isə AAAF parka məhləyə gedib görmüşdür ki, binanın qarşısında Məşədi və onun yanında maşınına mindirdiyi qadın dayanmışdır. Yanlarında isə 1 ədəd qırmızı rəngli yataq dəsti çantası, 1 ədəd tünd rəngli idman çantası, 1 ədəd içərisi dolu adi selofan olmuşdur. Onlarla görüşdükdən sonra Məşədi ondan maşının baqajını açmasını, həmin çantaları oraya yerləşdirməsini istəmişdir. O, həmin çantaları maşına yerləşdirdikdən sonra Məşədi ona maşını Riad ticarət mərkəzi ilə üz-bəüz yaşayış binalarının altındakı ev-alqı satqısı və kirayəsi ofisinə sürməsini bildirmişdir. O, maşını həmin ünvana sürüb orada saxlamış, Məşədi isə maşından tək düşüb ofisə tərəf getmişdir. Təxminən 40 dəqiqə sonra Məşədi onun maşınına qayıdıb maşında əyləşmiş və qadın tanışı ilə mübahisə edərək sonuncuya onun vəsiqəsi olmadığından kirayə ev tuta bilmədiklərini bildirmişdir. Bundan sonra Məşədi ona maşını Sulutəpə qəsəbəsinə sürməsini bildirmişdir. O, maşını Sulutəpə qəsəbəsinə sürmüşdür. Orada yanacaq doldurma məntəqəsinin yaxınlığında onlar maşından düşüb adını bilmədiyi yeməkxanada yemək yeməyə getmişlər. Bundan sonra Məşədi maşından düşüb ona 15 (on beş) manat pul vermiş və maşında olan çantaların orada qalmasını, kirayə ev tapdıqdan sonra həmin sumkaları ora gətirib qoymasını, bunun müqabilində isə onun xidmət haqqının verəcəyini bildirmişdir. Həmin gündən bir neçə gün sonra Məşədinin istifadəsində olan telefona bir neçə dəfə zəng etməsinə baxmayaraq ona zəng çatmamışdır. Təxminən xx xxxxxx 2019-cu il tarixdə Məşədi özü ona zəng vurub maşında olan çantaları AAAF parkda onların yaşadığı binanın qarşısına aparmasını, orada onu qarşılayıb həmin çantaları ondan götürəcəklərini bildirmişdir. Bundan bir neçə dəqiqə sonra ona başqa bir nömrədən zəng gəlmiş və onu “AAAF” parka çağırmışdır. O isə həmin ünvana gedib çantaları həmin şəxsə vermiş, orada isə polis əməkdaşları özlərini ona təqdim edib onu rayon polis idarəsinə dəvət etmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəmə baxışında iştirak etmədiyindən məhkəmə iclası zamanı elan olunmuş ifadəsindən görünür ki, o, Zərərçəkmiş şəxs1 ifadəsinə uyğun məzmunda ifadə vermişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş, cinayət işi materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli, ********* saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların 2019-cu ilin iyul-avqust aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri 306,20 manat müəyyən olunur. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Cinayət işi materiallarında olan xx xxxxxxx 2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, xx.xx.2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixinədək olan müddət ərzində Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF” park, 23-cü küçə, 12-ci bina, 12 ünvanında yerləşən Şahid1 məxsus evdən oğurlanmış qızıl-zinət əşyaların orta bazar qiyməti: - 02 ədəd qızıl sırğaların orta bazar dəyəri 500 manat olmaqla 1000 manat, 02 ədəd qızıl boyunbağı hər birinin dəyəri 400 manat olmaqla 800 manat, 01 ədəd brilliant qaşlı qızıl klon dəyəri 500 manat, 01 ədəd qızıl brilliant qaşlı qadın üzüyü dəyəri 1000 manat, 01 ədəd qızıl sırğanın tək tayı dəyəri 100 manat, bir neçə bijuteriyaların dəyəri 200 manat, ümumilikdə oğrulanmış qızıl-zinət əşyaların orta bazar qiyməti 3600 manat təşkil edir. Cinayət işi materiallarında olan Şahid1 tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli qəbzdən görünür ki, iş üzrə maddi sübut kimi tanınmış 4 ədəd hamam dəsmalları, 1 ədəd yataq dəsti, 1 ədəd yataq örtüyü, 1 ədəd blender, 1 ədəd mikser, 1 ədəd pərdə aksessuarı, 1 ədəd tefal tava, xrustal stəkan nəlbəki dəsti, 1 ədəd mürrəbə qabı, 2 ədəd əl çantası, 1 ədəd idman paltarı, 1 ədəd cins gödəkçə, 1 ədəd jaket gödəkçə, 1 ədəd örtük və oğlunun paltarlarını təhvil almışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəx Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirliliyi özünün tam etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında elan olunmuş ifadələri, ekspert rəyi, eləcə də cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məhkumluq haqqında tələbnamə arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan Cəlilabad rayon Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, xx.xx.2019-cu il tarixdə tutulmuş, xx xxxxxxx 2019-cu il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Lakin məhkəmə baxışı zamanı məhkəmədən gizləndiyi üçün Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(012)-103/2020 saylı qərarı ilə axtarışı elan edilməklə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və xx xxxxxx 2020-ci il tarixdə tutularaq, həbsə alınmışdır. Göstərilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 01 gün tutma altında saxlanıldığı, xx xxxxxx 2020-ci il tarixdən hal-hazıradək həbsdə saxlanıldığı ümumilikdə 07 gün müddət nəzərə alınaraq, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, ümumilikdə 14 (on dörd) gün cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal azad edilməlidir. Cinayət Məcəllənin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Eyni Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Cəlilabad rayon icra və probasiya şöbəsinə həvalə olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 4 ədəd hamam dəsmalları, 1 ədəd yataq dəsti, 1 ədəd yataq örtüyü, 1 ədəd blender, 1 ədəd mikser, 1 ədəd pərdə aksessuarı, 1 ədəd tefal tava, xrustal stəkan nəlbəki dəsti, 1 ədəd mürrəbə qabı, 2 ədəd əl çantası, 1 ədəd idman paltarı, 1 ədəd cins gödəkçə, 1 ədəd jaket gödəkçə, 1 ədəd örtük və oğlunun paltarların Şahid1 təhvil verilməsi nəzərə alınmalıdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dəymiş maddi zərərlə əlaqədar mülki-məhkəmə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub, dövlət nəfinə keçirilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxsAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılmasınövündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasənTəqsirləndirilən şəxs ibtidai istintaq dövründə 01 gün tutma altında saxlanıldığı, xx xxxxxx 2020-ci il tarixdən hal-hazıradək həbsdə saxlanıldığı ümumilikdə 07 gün müddətnəzərə alınaraq, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, ümumilikdə 14 (on dörd) gün müddət hazırki hökmdə təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 16 (on altı)gün müddətinə azadlığın məhdudlaşdırılınası növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə axşam gecə saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini və Cəlilabad rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxsyaşayış yeri üzrə Cəlilabad rayon icra və probasiya şöbəsinə həvalə olunsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin. İş üzrə maddi sübut kimi tanınmış 4 ədəd hamam dəsmalları, 1 ədəd yataq dəsti, 1 ədəd yataq örtüyü, 1 ədəd blender, 1 ədəd mikser, 1 ədəd pərdə aksessuarı, 1 ədəd tefal tava, xrustal stəkan nəlbəki dəsti, 1 ədəd mürrəbə qabı, 2 ədəd əl çantası, 1 ədəd idman paltarı, 1 ədəd cins gödəkçə, 1 ədəd jaket gödəkçə, 1 ədəd örtük və oğlunun paltarlarının Şahid1 təhvil verilməsi nəzərə alınsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dəymiş maddi zərərlə əlaqədar mülki-məhkəmə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilsin. Məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub, dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar