Məhkəmə qərarları › İş №1(012)-103/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-103/2021

15.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-103/2021 15.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbutova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi, vəkil Müdafiəçi4, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi, vəkil X6, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi, vəkil Müdafiəçi3 iştirakı ilə xx xxxxxxx 1985-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, himayəsində 3 azyaşlı uşağı olan, əvvəllər məhkum edilməmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun Abşeron rayon şöbəsinin Mühasibat uçotu sektorunda məsləhətçi vəzifəsində işləmiş, hazırda Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "xxxx" MMC-də mühasib vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 29,178.2.3, 32.4,308.1, 32.4,312.1 və 32.4,313-cü maddələri ilə, xx xxxx 1961-ci il tarixdə Qazaxıstan Respublikasının Karaqanda vilayətində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum edilməmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun Abşeron rayon şöbəsində Pensiya təyinatı sektorunda baş məsləhətçi vəzifəsində işləmiş, hazırda işləməyən, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Y/M, 4-cü küçə, ev 77-də qeydiyyatda olmaqla faktiki yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5,178.2.3, 32.5,29,178.2.3, 32.4,308.1. 32.4,312.1 və 32.4,313-cü maddələri ilə, xx xxxx 1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum edilməmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun Abşeron rayon şöbəsində Sosial yardım və müavinət sektorunda baş məsləhətçi vəzifəsində işləmiş, hazırda işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olmaqla faktiki yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələri təqsirləndirilmələrinə dair cinayət işinə, Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 24 aprel 2013-cü il tarixli, 09/11-128 nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Abşeron rayon əhalinin sosial müdafiəsi mərkəzinin Mühasibat uçotu sektorunun məsləhətçisi vəzifəsinə stajçı, 18 aprel 2014-cü il tarixli 09/11-396 nömrəli əmrlə həmin vəzifəyə sınaqçı, 23 oktyabr 2014-cü il tarixli, 09/11-739 nömrəli əmrlə daimi dövlət qulluğuna qəbul edilməklə 1 avqust 2016-cı il tarixli, 54 nömrəli əmrlə həmin Nazirlik yanında Dövlət Sosial X9 rayon şöbəsinin Mühasibat uçotu sektorunun məsləhətçisi vəzifəsinə təyin olunub 28 noyabr 2019-cu il tarixədək həmin vəzifədə işləyərkən ona həvalə edilmiş istiqamət üzrə uçot və hesabat işlərinin yerinə yetirilməsinin təmin edilməsi, şöbə tərəfindən həyata keçirilən maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsi, ona nəzarətin, operativ məlumatların təqdim edilməsi, mühasibat hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsinin təmin edilməsi, təhkim olunduğu kontingent üzrə pensiyaya, müavinətə, sosial yardıma və digər ödənişə dair aidiyyəti qanunvericilik aktlarının düzgün tətbiqinin təmin edilməsi, qüvvədə olan qanunvericiliyə uyğun olaraq şəxsi hesabların açılıb aparılmasının, tapşırıq sənədlərinin ödəniş müəssisələrinə göndərilməsinin təmin edilməsi, ödənişə nəzarətin həyata keçirilməsində iştirak edilməsi, yeni təyin olunmuş pensiya, müavinət, sosial yardım və digər ödəniş işlərinin qəbul edilərək həmin işlər üzrə şəxsi hesabların açılması və tərtib edilməsinin yerinə yetirilməsi, pensiyaların, müavinətlərin, sosial yardımların və digər ödənişlərin maliyyə təminatı və ödənişinə nəzarət sahəsində tədbirlərin həyata keçirilməsi, xidmət etdiyi sahələr üzrə hərəkətdə olan şəxsi hesabların sayı və məbləğinin uçotunun qurulması və bu uçotun tələb edilən səviyyədə aparılmasının həyata keçirilməsi, pensiyaların, müavinətlərin və sosial yardımların və digər ödənişlərin maliyyə təminatı və ödənişinə dair sənəd və hesabatların tərtib edilməsi kimi inzibati-təsərrüfat funksiyalarına malik şəxs kimi qulluq mövqeyindən istifadə edərək özgə əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə ünvan 3 ünvanında yaşayan Şahid1 2019-cu ilin iyun ayının ortalarında ünvanlı dövlət sosial yardım almasına köməklik göstərilməsi məqsədilə işlədiyi həmin şöbənin Pensiya təyinatı sektorunda baş məsləhətçi vəzifəsində işləyən və onunla eyni otaqda xidmət aparan Təqsirləndirilən şəxs2 müraciət etməsi və sonuncunun Şahid1 ona yönəldərək kömək etməyini xahiş etməsi ilə əlaqədar Təqsirləndirilən şəxs2 vasitəsilə, yəni sonuncunun məsləhət və məlumatları, habelə maneələri aradan qaldırmaqla etdiyi yardımda ifadə olunan köməkçiliyi ilə Şahid1 aylıq 317,76 manat olmaqla, 24 aylıq ayrılacaq sosial yardımın ilk 6 ayın pulunun, yəni 1.906,56 manatının həmin Mərkəzin rəhbər vəzifəli şəxsinə xidməti vəzifəsinin icrası ilə əlaqədar onun xeyrinə edəcəyi hərəkətə görə Təqsirləndirilən şəxs2 və özü vasitəsilə dolayı yolla rüşvət qismində verəcəyi təqdirdə barəsində sosial yardım təyin edilməsi ilə əlaqədar müraciətinin müsbət həll ediləcəyini sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatmaqla bildirib, Şahid1 yardımın ancaq 5 ayının pulunu, yəni 1.588,8 manat vermək imkanına malik olduğunu Təqsirləndirilən şəxs2 vasitəsilə bildirməsi ilə əlaqədar onunla sonuncu məbləğə razılaşmaqla sövdələşib, məhz bundan sonra Şahid1 ərizənin yazılması qaydasını izah edərək xidməti səlahiyyətlərinə aid olmadığı halda həmin ərizənin özünə təqdim edilməsini tapşırması ilə əlaqədar sonuncu notarial qaydada təsdiq olunmuş 27 may 2019-cu il tarixli ərizəni 16 iyun 2019-cu il tarixdə Fondun Abşeron rayon şöbəsinin Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 249 ünvanında yerləşən inzibati binasında özünə təqdim etdikdən sonra Şahid1 ünvanlı dövlət sosial yardımı alması üçün 18 iyun 2019-cu il tarixdə Dövlət Sosial Müdafiə X19 Şəxsin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” X10 və Təyinat Altsisteminə (VEMTAS) **********95802 nömrəli ərizə-bəyannaməni yaşadığı ünvan 1-də şəxsi kompüterindən istifadə etməklə şəxsən qeydiyyatdan keçirtməsinə baxmayaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 3.3 və 3.4-cü bəndlərinə müvafiq olaraq, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq əsasında müayinəni müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə həyata keçirərək nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyib real vaxt rejimində VEMTAS-a ötürməyə səlahiyyətli olan həmin şöbənin Sosial yardım və müavinət sektorunun baş məsləhətçisi vəzifəsində işləyən Təqsirləndirilən şəxs3 tərəfindən Şahid1 ailəsinin maddi-məişət şəraitinin müayinəsi 3 iyul 2019-cu il tarixdə həyata keçirilməklə sonuncunun əri X2 Goranboy rayonu, Qızılhacılı qəsəbəsində ümumbirgə mülkiyyətində 2,30 ha torpaq sahəsinin olmasını həmin müraciəti üzrə bildirməməsi səbəbindən 10 iyul 2019-cu il tarixdə Təqsirləndirilən şəxs3 tərəfindən uyğunsuzluğun aşkar edilməsi əsası ilə sistem üzərindən ona sosial yardımın verilməsindən imtina olunmasından sonra Şahid1 mövcud şərtlər və maddi-məişət şəraitinin qiymətləndirilməsinin nəticələrinə görə qanuni əsaslarla sosial yardımın əslində verilməli olmasını bildiklərindən, 2019-cu ilin iyul ayında Təqsirləndirilən şəxs2 istifadəsində olan +99455 720-24-56 saylı mobil nömrə ilə Şahid1 istifadəsində olan +99477 306-35-00 saylı mobil nömrəsilə əlaqə saxlayıb sonuncunu işlədiyi həmin şöbənin Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 249 ünvanında yerləşən inzibati binasına dəvət etməklə 11 iyul 2019-cu il tarixdə qeyd olunan ünvanda aralarındakı söhbət zamanı müvafiq yardımın təyin edilməsi məsələsini Təqsirləndirilən şəxs1 əvvəlki qaydada, yəni 5 aylıq yardım məbləğinin rüşvət qismində verilməsi şərti ilə həll etmək imkanına malik olmasını eyni niyyətlə bildirib, Şahid1 ilə sövdələşmələri əsasında, 2019-cu ilin iyul ayında Xırdalan şəhəri, H.Əliyev prospekti, 249 ünvanında Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Təqsirləndirilən şəxs3 dəfələrlə xahişlər edərək müayinə zamanı Şahid1 qeyd edilən müraciəti üzrə ailəsinin birgə mülkiyyətində əmlakın aşkar edilməsi ilə əlaqədar guya hər hansı uyğunsuzluğun olmaması barədə mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” X10 və Təyinat Altsisteminə bilə-bilə yalan məlumat daxil edilməsi barədə müraciətləri ilə əlaqədar Təqsirləndirilən şəxs3 razılığını almaqla onunla sövdələşmələri əsasında sonuncunu Təqsirləndirilən şəxs2 və özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə vəzifə saxtakarlığı törətməyə təhrik edərək 14 iyul 2019-cu il tarixdə ünvan 1 ünvanında, mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” X10 və Təyinat Altsisteminə **********95803 nömrəli ərizə-bəyannamə ilə Şahid1 adından yenidən müraciət etməsindən sonra sonuncunun müraciəti və ailəsinin maddi-məişət şəraitinin yerində yoxlanılması ilə bağlı birgə mülkiyyətdə torpaq sahəsinin olmasının müəyyən edilməsi ilə əlaqədar guya hər hansı uyğunsuzluğun olmaması barədə bilə-bilə yalan məlumat yenidən hər hansı müayinə aparılmadan əvvəlki şərtlər daxilində vəzifəli şəxs Təqsirləndirilən şəxs3 tərəfindən şəxsi niyyətlə həmin şöbənin inzibati binasındakı xidməti otağında müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlığı vasitəsilə həyata keçirilən əməliyyat zamanı informasiya resursuna daxil edilməklə seçilib, gücləndirilmiş elektron imza ilə təsdiqləndikdən və Şahid1 “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının 21.10.2005-ci il tarixli 1039 İİQ nömrəli Qanunun 7.1-ci maddəsinə əsasən, sosial yardımın məbləğinin ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanmaqla qanuni şəkildə 16 iyul 2019-cu il tarixli qərarla ünvanlı dövlət sosial yardım təyin edildikdən sonra özünü səlahiyyətli şəxs kimi inandırıb göstərməklə dələduzluq niyyətilə 2019-cu ilin iyul ayında öz istifadəsində olan +99450 ***-**-** saylı mobil nömrədən Şahid1 istifadəsində olan +99477 ***-**-** saylı mobil nömrəyə zəng edərək dövlət sosial müdafiə qurumunun sosial yardım təyin etmək səlahiyyətinə malik digər vəzifəli şəxsi ilə münasibətlərinin olmasını xatırladaraq ünvanlı dövlət sosial yardımın təyin olunması barədə Şahid1 razılığını şəxsən təkrar soruşub, sonuncunun sövdələşdikləri şərtlər daxilində sosial yardımın təyin edilməsinə öz razılığını bir daha bildirməsi ilə əlaqədar Şahid1 adına "xxxx" ASC-də açılmış olan 416974*******0968 nömrəli plastik kart hesabına 27.08.2019-cu il tarixdə 635,52 manat, 30.09.2019-cu il tarixdə isə 317,76 manat məbləğində köçürülən və sonuncu tərəfindən Xırdalan şəhəri ərazisində yerləşən həmin banka məxsus bankomatdan müvafiq olaraq 28.08.2019-cu il və 01.10.2019-cu il tarixlərdə çıxarılan pul vəsaitindən 28 avqust 2019-cu il tarixdə Xırdalan şəhəri, V.Xəlilov küçəsində yerləşən 5 saylı tam orta məktəbin qarşısında 600 manat, 2019-cu ilin oktyabr ayının birinci yarısında isə həmin ünvanda 300 manat, cəmi 900 manat pul vəsaitini Şahid1 şəxsən alıb öz şəxsi ehtiyaclarına sərf etməklə, Təqsirləndirilən şəxs2 köməkçiliyi ilə öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 məxsus 900 (doqquz yüz) manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmiş, sonuncu maddi ehtiyacları ilə əlaqədar qalan məbləği verməkdən imtina etdiyindən bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib qalan pul vəsaitini ələ keçirməyə nail olmayaraq, Təqsirləndirilən şəxs2 köməkçiliyi ilə öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 məxsus 1.588,8 manat (bir min beş yüz səksən səkkiz manat səksən qəpik) məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə Təqsirləndirilən şəxs2 və özü vasitəsilə dolayı yolla maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə Şahid1 vahid niyyətlə təhrik etmiş, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxs olan Təqsirləndirilən şəxs3 xidməti vəzifəsinin icrası ilə əlaqədar Təqsirləndirilən şəxs2 və özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə və şəxsi niyyətlə informasiya resursuna biləbilə yalan məlumat daxil etməklə vəzifə saxtakarlığı törətməyə təhrik etmişdir. Təqsirləndirilən şəxs2 27 fevral 2013-cü il tarixli 246/K nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Abşeron rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin Pensiya təyinatı sektorunun baş məsləhətçisi vəzifəsinə, 28 iyul 2016-cı il tarixli 09/11-450 nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X9 rayon şöbəsinin Pensiya təyinatı sektorunun baş məsləhətçisi vəzifəsinə keçirilməklə 28 noyabr 2019-cu il tarixədək həmin vəzifədə işləyərkən təhkim olunduğu kontingent üzrə pensiyaya dair qanunvericilik aktlarının düzgün tətbiqinin təmin edilməsi, qüvvədə olan qanunvericiliyə uyğun olaraq vətəndaşların pensiya təminatı ilə əlaqədar müraciətlərinə baxılması işinin həyata keçirilməsi, pensiyaların təyin olunması və yenidən hesablanması üçün ərizələrə, zəruri olan digər sənədlərə baxılmasının, pensiyaçıların işlərinin və digər sənədlərin hazırlanması və saxlanılmasının həyata keçirilməsi, pensiya təyinatı aparılmış işlər üzrə ödənişin həyata keçirilməsi üçün həmin işlərin Mühasibat uçotu sektorunun aidiyyəti işçilərinə təqdim edilməsi kimi inzibati-təsərrüfat funksiyalarına malik şəxs kimi işlədiyi həmin şöbənin Mühasibat uçotu sektorunun məsləhətçisi vəzifəsində işləyən və onunla eyni otaqda xidmət aparan Təqsirləndirilən şəxs1 qulluq mövqeyindən istifadə edərək özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməsinə məsləhət və məlumatları, habelə maneələri aradan qaldırıb yardım etməklə ünvan 3 ünvanında yaşayan Şahid1 2019-cu ilin iyun ayının ortalarında ünvanlı dövlət sosial yardım almasına köməklik göstərilməsi məqsədilə özünə müraciət etməsi ilə əlaqədar Şahid1 Təqsirləndirilən şəxs1 yönəldərək kömək etməyini xahiş edib, sonuncu ilə aralarındakı cinayətkar niyyətə uyğun olaraq, Şahid1 aylıq 317,76 manat olmaqla, 24 aylıq ayrılacaq sosial yardımın ilk 6 ayın pulunun, yəni 1.906,56 manatının həmin Mərkəzin rəhbər vəzifəli şəxsinə xidməti vəzifəsinin icrası ilə əlaqədar onun xeyrinə edəcəyi hərəkətə görə özü və Təqsirləndirilən şəxs1 vasitəsilə dolayı yolla rüşvət qismində verəcəyi təqdirdə barəsində sosial yardım təyin edilməsi ilə əlaqədar müraciətinin müsbət həll ediləcəyini sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatmaqla bildirib, Şahid1 yardımın ancaq 5 ayının pulunu, yəni 1.588,8 manat vermək imkanına malik olduğunu özünə bildirməsindən sonra bu barədə Təqsirləndirilən şəxs1 bildirib, sonuncunun razılıq verməsi ilə əlaqədar Şahid1 ilə sonuncu məbləğə razılaşmaqla sövdələşib, məhz bundan sonra Təqsirləndirilən şəxs1 tərəfindən Şahid1 ərizənin yazılması qaydası izah edilərək xidməti səlahiyyətlərinə aid olmadığı halda həmin ərizənin ona təqdim edilməsini tapşırması ilə əlaqədar Şahid1 notarial qaydada təsdiq olunmuş 27 may 2019-cu il tarixli ərizəni 16 iyun 2019-cu il tarixdə Fondun Abşeron rayon şöbəsinin Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 249 ünvanında yerləşən inzibati binasında Təqsirləndirilən şəxs1 təqdim etdikdən sonra Şahid1 ünvanlı dövlət sosial yardımı alması üçün 18 iyun 2019-cu il tarixdə Dövlət Sosial Müdafiə X19 Şəxsin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” X10 və Təyinat Altsisteminə (VEMTAS) **********95802 nömrəli ərizə-bəyannaməni Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 1-də şəxsi kompüterindən istifadə etməklə qeydiyyatdan keçirtməsinə baxmayaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 3.3 və 3.4-cü bəndlərinə müvafiq olaraq, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq əsasında müayinəni müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə həyata keçirərək nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyib real vaxt rejimində VEMTAS-a ötürməyə səlahiyyətli olan həmin şöbənin Sosial yardım və müavinət sektorunun baş məsləhətçisi vəzifəsində işləyən Təqsirləndirilən şəxs3 tərəfindən Şahid1 ailəsinin maddi-məişət şəraitinin müayinəsi 3 iyul 2019-cu il tarixdə həyata keçirilməklə sonuncunun əri X2 Goranboy rayonu, Qızılhacılı qəsəbəsində ümumbirgə mülkiyyətində 2,30 ha torpaq sahəsinin olmasını həmin müraciəti üzrə bildirməməsi səbəbindən 10 iyul 2019-cu il tarixdə Təqsirləndirilən şəxs3 tərəfindən uyğunsuzluğun aşkar edilməsi əsası ilə sistem üzərindən ona sosial yardımın verilməsindən imtina olunmasından sonra Şahid1 mövcud şərtlər və maddi-məişət şəraitinin qiymətləndirilməsinin nəticələrinə görə qanuni əsaslarla sosial yardımın əslində verilməli olmasını bildiklərindən, 2019-cu ilin iyul ayında istifadəsində olan +99455 720-24- 56 saylı mobil nömrə ilə Şahid1 istifadəsində olan +99477 306-35-00 saylı mobil nömrəsilə şəxsən əlaqə saxlayıb onu işlədiyi həmin şöbənin Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 249 ünvanında yerləşən inzibati binasına dəvət etməklə 11 iyul 2019-cu il tarixdə qeyd olunan ünvanda aralarındakı söhbət zamanı müvafiq yardımın təyin edilməsi məsələsini Təqsirləndirilən şəxs1 əvvəlki qaydada, yəni 5 aylıq yardım məbləğinin rüşvət qismində verilməsi şərti ilə həll etmək imkanına malik olmasını şəxsən eyni niyyətlə Şahid1 bildirib, sonuncu ilə sövdələşmələri əsasında, 2019-cu ilin iyul ayında Xırdalan şəhəri, H.Əliyev prospekti, 249 ünvanında Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs qismində Təqsirləndirilən şəxs3 dəfələrlə xahişlər edərək müayinə zamanı Şahid1 qeyd edilən müraciəti üzrə ailəsinin birgə mülkiyyətində əmlakın aşkar edilməsi ilə bağlı guya hər hansı uyğunsuzluğun olmaması barədə mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” X10 və Təyinat Altsisteminə bilə-bilə yalan məlumat daxil edilməsi barədə müraciətləri ilə əlaqədar Təqsirləndirilən şəxs3 razılığını almaqla onunla sövdələşmələri əsasında sonuncunu Təqsirləndirilən şəxs1 və özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə vəzifə saxtakarlığı törətməyə təhrik edərək 14 iyul 2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 ünvan 1 ünvanında, mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” X10 və Təyinat Altsisteminə **********95803 nömrəli ərizəbəyannamə ilə Şahid1 adından yenidən müraciət etməsindən sonra sonuncunun müraciəti və ailəsinin maddi-məişət şəraitinin yerində yoxlanılması ilə bağlı birgə mülkiyyətdə torpaq sahəsinin olmasının müəyyən edilməsi ilə əlaqədar guya hər hansı uyğunsuzluğun olmaması barədə bilə-bilə yalan məlumat yenidən hər hansı müayinə aparılmadan əvvəlki şərtlər daxilində vəzifəli şəxs Təqsirləndirilən şəxs3 tərəfindən şəxsi niyyətlə həmin şöbənin inzibati binasındakı xidməti otağında müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlığı vasitəsilə həyata keçirilən əməliyyat zamanı informasiya resursuna daxil edilməklə seçilib, gücləndirilmiş elektron imza ilə təsdiqləndikdən və Şahid1 “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının 21.10.2005-ci il tarixli 1039 İİQ nömrəli Qanunun 7.1-ci maddəsinə əsasən, sosial yardımın məbləğinin ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanmaqla qanuni şəkildə 16 iyul 2019-cu il tarixli qərarla ünvanlı dövlət sosial yardım təyin edildikdən sonra Təqsirləndirilən şəxs1 qəsdən özünü səlahiyyətli şəxs kimi inandırıb göstərməklə dələduzluq niyyətilə 2019-cu ilin iyul ayında istifadəsində olan +99450 ***-**-** saylı mobil nömrədən Şahid1 istifadəsində olan +99477 ***-**-** saylı mobil nömrəyə zəng edərək dövlət sosial müdafiə qurumunun sosial yardım təyin etmək səlahiyyətinə malik digər vəzifəli şəxsi ilə münasibətlərinin olmasını xatırladaraq ünvanlı dövlət sosial yardımın təyin olunması barədə Şahid1 razılığını təkrarən soruşub, sonuncunun sövdələşdikləri şərtlər daxilində sosial yardımın təyin edilməsinə razılığını bir daha bildirməsi ilə əlaqədar Şahid1 adına "xxxx" ASC-də açılmış olan 416974*******0968 nömrəli plastik kart hesabına 27.08.2019-cu il tarixdə 635,52 manat, 30.09.2019-cu il tarixdə isə 317,76 manat məbləğində köçürülən və sonuncu tərəfindən Xırdalan şəhəri ərazisində yerləşən həmin banka məxsus bankomatdan müvafiq olaraq 28.08.2019-cu il və 01.10.2019-cu il tarixlərdə çıxarılan pul vəsaitindən 28 avqust 2019-cu il tarixdə Xırdalan şəhəri, V.Xəlilov küçəsində yerləşən 5 saylı tam orta məktəbin qarşısında 600 manat, 2019-cu ilin oktyabr ayının birinci yarısında isə həmin ünvanda 300 manat, cəmi 900 manat pul vəsaitini Şahid1 Təqsirləndirilən şəxs1 alıb şəxsi ehtiyaclarına sərf etməklə, sonuncunun öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 məxsus 900 (doqquz yüz) manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsində və sonuncu maddi ehtiyacları ilə əlaqədar qalan məbləği verməkdən imtina etdiyindən Təqsirləndirilən şəxs1 bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib qalan pul vəsaitini ələ keçirməyə nail olmayaraq, qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 məxsus 1.588,8 manat (bir min beş yüz səksən səkkiz manat səksən qəpik) məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməyə cəhd etməsində köməkçi qismində iştirak etmiş, Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə Təqsirləndirilən şəxs1 və özü vasitəsilə dolayı yolla maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə Şahid1 vahid niyyətlə təhrik etmiş, Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxs olan Təqsirləndirilən şəxs3 xidməti vəzifəsinin icrası ilə əlaqədar Təqsirləndirilən şəxs1 və özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə və şəxsi niyyətlə informasiya resursuna bilə-bilə yalan məlumat daxil etməklə vəzifə saxtakarlığı törətməyə təhrik etmişdir. Təqsirləndirilən şəxs3 29 dekabr 2013-cü il tarixli, 09/11-432 nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Abşeron rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin Ünvanlı sosial yardım və sosial müavinətlər sektorunun baş məsləhətçisi vəzifəsinə, 28 iyul 2016cı il tarixli 09/11-450 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X9 rayon şöbəsinin Sosial yardım və müavinət sektorunun baş məsləhətçisi vəzifəsinə keçirilməklə 28 noyabr 2019-cu il tarixədək həmin vəzifədə işləyərkən qulluq funksiyalarına həvalə edildiyi istiqamət üzrə vətəndaşlara müavinətlərin, sosial yardımların və digər ödənişlərin təyin olunması üçün zəruri sənədlərin vaxtında qəbul edilməsi və baxılması, vətəndaşların sektora təqdim etdiyi sənədlərin düzgünlüyünün qarşılıqlı yoxlanılması, müavinət, sosial yardım və digər ödənişlərin təyinatına dair hesabat və məlumatların tərtib edilməsi, zəruri hallarda sosial yardım almaq üçün müraciət etmiş şəxslərin gəlirləri barədə məlumatların yerində qarşılıqlı yoxlanılmasında iştirak etməklə vətəndaşların ərizə, şikayət, təkliflərinə baxılması və onların hərtərəfli təhlil edərək, əsaslı şikayətlərin aradan qaldırılması üçün təsir tədbirlərinin görülməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibatitəsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi ünvan 3 ünvanında yaşayan Şahid1 2019-cu ilin iyun ayının ortalarında ünvanlı dövlət sosial yardım almasına köməklik göstərilməsi məqsədilə işlədiyi şöbəyə müraciət etməsi ilə əlaqədar həmin şöbənin Mühasibat uçotu sektorunun məsləhətçisi Təqsirləndirilən şəxs1 həmin şöbənin Pensiya təyinatı sektorunda baş məsləhətçi vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Şahid1 həmin yardım təyinatının müsbət həlli adı ilə aldatmaqla təyinat olacaq sosial yardımın ilk 6 ayının pulunu həmin Şöbənin rəhbər vəzifəli şəxsinə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 vasitəsilə dolayı yolla rüşvət qismində verməyə təhrik etməklə Şahid1 ilə razılaşmaqla sövdələşmələrindən və Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 köməkçiliyi ilə həmin yardımın 5 ayının pulunu dələduzluq yolu ilə ələ keçirmək niyyətlərindən xəbəri olmadan, Şahid1 məxsus notarial qaydada təsdiq olunmuş 27 may 2019-cu il tarixli ərizə əsasında Təqsirləndirilən şəxs1 Şahid1 ünvanlı dövlət sosial yardım alması üçün 18 iyun 2019-cu il tarixdə Dövlət Sosial Müdafiə Fondunun mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” X10 və Təyinat Altsisteminə (VEMTAS) **********95802 nömrəli ərizəbəyannaməni yaşadığı ünvan 1-də şəxsi kompüterindən istifadə etməklə qeydiyyatdan keçirtməsinə baxmayaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 3.3 və 3.4-cü bəndlərinə müvafiq olaraq, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq əsasında müayinəni müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə həyata keçirərək nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyib real vaxt rejimində VEMTAS-a ötürməyə səlahiyyətli olan vəzifəli şəxs kimi Şahid1 ailəsinin maddi-məişət şəraitinin müayinəsini 3 iyul 2019-cu il tarixdə şəxsən həyata keçirib sonuncunun əri X2 Goranboy rayonu, Qızılhacılı qəsəbəsində ümumbirgə mülkiyyətində 2,30 ha torpaq sahəsinin olmasını həmin müraciəti üzrə bildirməməsi səbəbindən 10 iyul 2019-cu il tarixdə şəxsən sistem üzərində həyata keçirdiyi əməliyyatla həmin müraciət üzrə uyğunsuzluğun aşkar edilməsi əsası ilə Şahid1 sosial yardımın verilməsindən imtina olunmasından sonra 2019-cu ilin iyul ayında şöbənin Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 249 ünvanında yerləşən inzibati binasında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs qismində Şahid1 ailəsinin maddi-məişət şəraitinin müayinəsi üzrə sistem üzərindən məlumatların seçilib təsdiqlənməsini özünün həyata keçirəcəyini bilmələri ilə əlaqədar yaxınlaşaraq dəfələrlə xahiş edib qeyd edilən əməliyyat zamanı Şahid1 müraciəti üzrə ailəsinin birgə mülkiyyətində əmlakın aşkar edilməsi ilə bağlı guya hər hansı uyğunsuzluğun olmaması barədə mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” X10 və Təyinat Altsisteminə bilə-bilə yalan məlumat daxil edilməsi barədə müraciətləri ilə əlaqədar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la razılaşmaqla sövdələşib, sonuncuların təhriki ilə xidməti vəzifələrinin icrası ilə əlaqədar sonuncular üçün qanunsuz üstünlük əldə etmək məqsədilə müvafiq məlumatların VEMTAS-a təsdiqlənməklə ötürülməsinə dair qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edib Təqsirləndirilən şəxs1 14 iyul 2019-cu il tarixdə ünvan 1 ünvanında, mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” X10 və Təyinat Altsisteminə **********95803 nömrəli ərizə-bəyannamə ilə Şahid1 adından yenidən müraciət etməsindən sonra həmin şöbənin qeyd edilən ünvanda yerləşən inzibati binasındakı xidməti otağında müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlığı vasitəsilə həmin sistem üzərində həyata keçirilən əməliyyat zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşısında özünü etibarlı və nüfuzlu həmkar kimi təqdim etməkdən ibarət şəxsi niyyətlə Şahid1 müraciəti və ailəsinin maddiməişət şəraitinin yerində yoxlanılması ilə əlaqədar birgə mülkiyyətdə torpaq sahəsinin olmasının müəyyən edilməsi ilə əlaqədar guya hər hansı uyğunsuzluğun olmaması barədə bilə-bilə yalan məlumatı informasiya resursuna, yenidən hər hansı müayinə aparmadan əvvəlki şərtlər daxilində, şəxsən daxil etməklə seçərək gücləndirilmiş elektron imza ilə təsdiqlədikdən sonra Şahid1 “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının 21.10.2005-ci il tarixli 1039 İİQ nömrəli Qanunun 7.1-ci maddəsinə əsasən, sosial yardımın məbləğinin ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanıb 16 iyul 2019-cu il tarixli qərarla ünvanlı dövlət sosial yardım təyin edilməklə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət verilmiş şəxslər tərəfindən “Ünvanlı yardım” X10 və Təyinat Altsisteminə daxil edilən məlumatların reallığı əks etdirməsi və sosial təyinatlar zamanı şəffaflığın təmin edilməsi istiqamətində apardığı səmərəli və kəsərli fəaliyyətini pozmaqla həmin Nazirliyin qanunla qorunan mənafelərinə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs qismində təhriki ilə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, sonuncuların qabaqcadan əlbir olan bir qrup şəxs qismində təhriki ilə informasiya resursuna şəxsi niyyətlə bilə-bilə yalan məlumat daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxslərin həmin cinayət əməllərini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X8 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 2013-cü ilin aprel ayından 28 noyabr 2019-cu ilədək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X9 rayon şöbəsində “Mühasibat uçotu” sektorunda məsləhətçi vəzifəsində işləmiş, vəzifəsi pensiya, təqaüd və müavinətlərin hesablanması, aylıq şəxsi hesablarla ödənişlərin üzləşdirilməsi və verilən digər tapşırıqların yerinə yetirilməsindən ibarət olmuşdur. ünvan 5 ünvanında yaşayan Şahid1 2019-cu ilin yay aylarından tanımış, Şahid1 Dövlət Sosial X9 rayon şöbəsinə “ünvanlı dövlət sosial yardım” almaq üçün müraciət etmişdir. Onunla eyni xidməti otaqda əyləşən “Pensiya təyinatı” sektorunda baş məsləhətçi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs2 Şahid1 kömək edə biləcək sosial yardımla məşğul olan sektorun əməkdaşları ərazidə olduqları üçün ona yönəldərək Naziləyə kömək etməyini xahiş etmiş, Naziləyə ərizənin yazılması formasını başa salmış, sonra notarial qaydada təsdiq olunmuş 27 may 2019-cu il tarixli ərizəsini 16 iyun 2019-cu il tarixdə gətirib ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial X9 rayon şöbəsində təqdim etmiş və Nazilə özü bacarmadığı üçün məlumatları sistemə yerləşdirməyini ondan xahiş etmişdir. O, Nazilədən həmin ərizəni qəbul edib xahişini yerə salmayaraq ünvan 7 ünvanında Nazilənin məlumatlarını VEMTAS – X10 və Təyinat Altsisteminə 18 iyun 2019-cu il tarixdə yerləşdirmiş, bundan bir neçə gün sonra Tərlan xanıma yaxınlaşıb həmin qadını yaxından tanıyıb-tanımadığını soruşduqda, Nazilənin bir nəfər xatırlamadığı tanışının yanında gəldiyini və yaxından tanımadığını ona bildirmişdir. O, Şahid1 ilə mobil telefonda danışaraq anket məlumatlarına dair məlumatları dəqiqləşdirmək, torpağa dair sənədinin olub-olmamasını öyrənmək üçün tez-tez mütəmadi danışmış, ancaq Naziləni ilk dəfə tanıdığından və qadın olduğu üçün Şahid1 sosial yardımın verilməsindən sonra ona şirinlik kimi hörmət etməsi danışığına girməyə çəkinmişdir. Nazilənin əlaqə nömrəsi onda olduğu üçün Tərlan xanıma verib Nazilə ilə danışmasını və onun təklifini çatdırmağını xahiş etmiş, belə ki, Tərlan xanımdan Nazilə ilə danışaraq ünvanlı sosial yardımın 6 ayını ona 6 ayını isə Nazilənin özünə götürmək təklifini bildirməyini demişdir. Bu təklifi Naziləyə bildirmək üçün Tərlan xanım zəng edib Naziləni iş yerinə dəvət etmiş və Nazilə sosial yardımın 5 ayını verə biləcəyini Tərlan xanıma dedikdə, sonuncu ona zəng edib razı olubolmadığını soruşduqda müsbət cavab vermişdir. O həmin pulu kiməsə vermək adı ilə almamış, pulu şəxsi məqsədlər üçün xərcləmişdir. O, istintaqa vermiş olduğu ilkin ifadəsində Şahid1 ona sosial yardım aldıqdan sonra “şirinlik” verəcəyini göstərmiş, lakin Şahid1 5 ayın sosial yardımını ona verəcəyi ilə aralarında razılaşmışdır. Bundan bir müddət sonra Şahid1 istifadəsində olan +**********00 nömrəli mobil telefonu ilə onun istifadəsində olan +**********15 nömrəli mobil əlaqə telefonuna zəng edib sosial yardımın verilməsindən imtina edildiyini dedikdə, narahat olmamağını evinin maddi-məişət şəraitini yoxlayan şöbənin “Sosial yardım və müavinət” sektorunun baş məsləhətçisi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs3 Naziləyə sosial yardımın verilməsini xahiş edəcəyini və məlumatlarını yenidən VEMTAS-a daxil edəcəyini bildirmişdir. 14 iyul 2019-cu il tarixdə Şahid1 şəxsi məlumatlarını VEMTAS-a daxil etmiş, Təqsirləndirilən şəxs3 yaxınlaşıb Şahid1 onun adını deyərək köməklik etməyini xahiş etmiş, sonra Şahid1 ona zəng edərək pulun ayrıldığını, nə vaxt kartına pul yüklənsə, ona xəbər edəcəyini bildirmişdir. Həmçinin ayrılan sosial yardımın Nazilənin kartına yüklənməsini telefonda “WhatsApp” proqramı vasitəsilə yazmış və pulların kartına oturduğunu bildirmişdir. Sabahkı gün ona söz verdiyi pulu hissə-hissə vermək üçün zəngləşib Şahid1 ilə evinin yaxınlığında yerləşən 5 nömrəli tam orta məktəbin qarşısında görüşmüş və ona 600 manat pulu oğlunun iştirakı ilə vermiş, pulu ancaq şəxsi ehtiyacları üçün xərcləmişdir. O, əvvəlki ifadələrində Nazilədən 300 manat aldığını göstərmiş, lakin əsl həqiqətdə isə Şahid1 aid olan cəmi 900 manat pulun 600 manatını özündən və sonuncu dəfə 300 manat pulu isə 2019-cu ilin oktyabr ayının əvvəllərində Abşeron rayonu 5 nömrəli məktəbin qarşısında Nazilənin oğlundan almışdır. O, Şahid1 anket məlumatlarını sistemə daxil etmiş, lakin ailənin maddi-məişət şəraitinin müayinəsi Təqsirləndirilən şəxs3 tərəfindən həyata keçirilərkən Şahid1 ərinin adına Goranboy rayonu Qızılhacılı qəsəbəsində pay torpaq sahəsi olduğundan həmin torpaq haqqında məlumatlar ərizəbəyannamədə göstərilmədiyi üçün VEMTAS proqramında uyğunsuzluq aşkar edildiyindən Şahid1 qanuni şəkildə sosial yardım verilməsindən imtina verilmiş, lakin sonradan Şahid1 ərinin adına olan dövlət pay torpaq sahəsinin onlara məxsus olmadığı barədə məlumat verdiyi üçün o da öz növbəsində Təqsirləndirilən şəxs3 xahiş edərək Şahid1 ərinin adına olan pay torpağının onlara məxsus olmadığı barədə məlumatı bildirib bu barədə həqiqətən uyğunsuzluq olmadığı aşkar edilərək Şahid1 ünvanlı dövlət sosial yardım təyin edilmişdir. Şahid1 ona ünvanlı dövlət sosial yardımla əlaqədar müraciət edərkən həmin yardımın 5 ayının pulunu ona verə biləcəyini deyib razılıq əldə edildikdən sonra həmin məsələni özünün həll edəcəyini demiş, Şahid1 onun konkret olaraq hansı vəzifədə işlədiyini bilməmiş, bu barədə soruşmamış və Şahid1 heç bir söz deməmiş, lakin Nazilə onu işini həll edən şəxs olduğunu bilmiş, çünki ərizə bəyannamənin qeydiyyatdan keçməsindən maddi yardımın təyin edilməsinə qədər olan bütün prosesləri özü boynuna götürməklə həll etmişdir. İlkin araşdırma zamanı izahatında Şahid1 Təqsirləndirilən şəxs2 ilə aralarında danışıq olmadığını göstərsə də, istintaqda Təqsirləndirilən şəxs2 ilə Şahid1 aralarında danışaraq 5 aylıq sosial yardımın ona çatmasını Şahid1 Təqsirləndirilən şəxs2 onun xahişinə əsasən demişdir. Şahid1 ilə aralarında olan telefon danışıqlarından da görünür ki, Nazilə ona zəng edərək təəccüblü şəkildə imtina gəldiyini, yəni onunla razılaşdığı halda imtina gəlməməliydi kimi bildirmişdir. Nazilə ilə aralarında olan razılaşmanı son anda ikisi bilmiş, çünki Naziləyə zəng edib “işin sistemdə olduğunu pulları vurdurub-vurdurmadığını dedikdə Şahid1 “mən Sizinlə razılaşdım axı vurdurun” kəlmələrini də demişdir. 28 avqust 2019-cu il tarixdə Şahid1 yaşadığı Xırdalan şəhəri 5 nömrəli tam orta məktəbin qarşısında ondan 600 manat pulu almışdır. Həmin pulu Fondun Abşeron rayon şöbəsinin əməkdaşı Nizaməddin Nazilənin yaşadığı evə gedərək 600 manatı pulu ona qəbzlə vermişdir. Növbəti ayın pulunu, yəni 300 manatı 2019-cu ilin oktyabr ayının əvvəllərində Nazilənin oğlu ilə qeyd olunan məktəbin qarşısında görüşüb ondan almışdır. 2019-cu ilin oktyabr ayının sonlarında Fondun daxili audit şöbəsi tərəfindən monitorinq yoxlaması zamanı sosial yardımla bağlı təyinat almış şəxslərə təyinatın doğru verilib-verilməməsi və göstərilən ünvanda yaşayıb-yaşamaması ilə bağlı vətəndaşlara zənglər edilmiş, o cümlədən +**********15 nömrəsindən Şahid1 zəng edilərək maddi məişət şəraitinin yenidən yoxlanılacağı barədə bildirildikdə o bundan hiddətlənərək və ona təyin edilmiş yardımın kəsiləcəyini zənn edib Nazirliyə şikayət etmiş, halbuki həmin monitorinqdən onun xəbəri olmamışdır. Qeyd olunan mobil nömrə Şahid5 nömrəsi olmaqla Monitorinq zamanı Audit şöbəsinin əməkdaşları öz nömrələrindən deyil, şöbənin işçilərinin nömrəsindən zəng etmişlər. O, vətəndaşa qanuni şəkildə olan maddi yardımın verilməsinin qarşılığında hər hansı maddi nemətin istənilməsinin cinayət olduğunu dərk etməmiş ona görə də belə səhvə yol vermiş, lakin Fondun Abşeron rayon şöbəsinin konkret olaraq “Mühasibat uçotu” sektorunun məsləhətçisi vəzifəsində işləsə də, “sosial yardım və müavinət” sektorunun işçisi olmadığı halda, eləcə də ünvanlı dövlət sosial yardımın verilməsi və ondan imtina edilməsi barədə səlahiyyətlərə malik olmadığını bilə-bilə Şahid1 sosial yardım təyin elətdirmək imkanına qadir olduğunu boynuna çəkərək həll edə biləcəyindən həmin təklifi Şahid1 Tərlan xanımın deməyini xahiş etmiş, bunun həlli yolunu Sevinc xanımdan bir iş yoldaşı kimi xahiş etməyi və nəzərə alıb köməklik edəcəyini düşünməyi olmuşdur. Onun Sevinc xanımla arasında Şahid1 sosial yardım təyin etməsinə görə hər hansı pul söhbəti və ya razılaşması olmamış, ancaq Sevinc xanımdan Nazilənin həyat yoldaşı X7 rayonu Qızılhacılı qəsəbəsində adına olan pay torpağının adından çıxdığını və bunu da Nazilənin ona deməyinə görə bildirmişdir. Cinayət işi ilə bağlı 2020-ci ilin mart ayında istintaqa vermiş olduğu ifadəsində Şahid1 sosial yardımla bağlı şirinlik kimi ona verdiyi 300 manat pulu Təqsirləndirilən şəxs3 idarədə verdiyini göstərmiş, lakin Təqsirləndirilən şəxs3 heç bir məbləğdə pul vermədiyi və bununla əlaqədar ilkin ifadəsində düzgün göstərmədiyini səmimi etiraf edərək bunu deməkdə məqsədi məsuliyyəti boynundan atmaq olmuşdur. O, ərizəni könüllü yazmış, ona təzyiq göstərən olmamış və ilkin araşdırma zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili Audit şöbəsində və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində vermiş olduğu izahatlarında Şahid1 aldığı 300 manat pulu şəxsi məqsədlərinə xərclədiyini göstərməklə əslində pulun tərəfindən xərclənməsi barədə olan fikri həqiqət olaraq göstərmiş, lakin həmin məbləğ 300 manat deyil, 900 manat olmuşdur. O, ilkin ifadə alınarkən Şahid1 aldığı 300 manat pulu şöbədə Təqsirləndirilən şəxs3 təklikdə verdiyini göstərmiş, lakin bu həqiqəti əks etdirməmişdir. O, ziddiyyətli fikirlər göstərməsinin səbəbini belə izah etmişdir ki, məqsədi sosial yardım işi ilə Təqsirləndirilən şəxs3 məşğul olduğundan həmin pulu sonuncuya verməklə məsuliyyətdən yaxa qurtaracağını fikirləşmiş, lakin əsl həqiqətdə isə pulu Təqsirləndirilən şəxs3 vermədiyini və öz şəxsi məqsədlərinə xərclədiyini səmimi etiraf etmişdir. Törətdiyi əməldən peşmançılıq hissi keçirir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 1998-ci ildən 2019-cu ilin noyabr ayınadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müxtəlif vəzifələrdə işləmiş, 1998-2002-ci illərdə Nazirliyin Yasamal rayon mərkəzində mühasib, 2002-ci ilin dekabr ayından 2011-ci ilin yanvar ayınadək Fondun Abşeron rayon şöbəsinin “Pensiya təyinatı” sektorunda müfəttiş, 2011-2013-cü illərdə həmin sektorun müdiri, 2013-cü ilin fevral ayından 2019-cu ilin noyabr ayının 28-dək baş məsləhətçi vəzifəsində işləməklə vəzifəsi pensiyaların təyin olunması və verilən digər tapşırıqların yerinə yetirilməsindən ibarət olmuşdur. Şahid1 2019-cu ilin yay aylarında tanımış, X13 rayon şöbəsinə ailə vəziyyəti yaxşı olmadığı üçün ünvanlı sosial yardım almaqdan ötrü yanında olmuş və yardımla bağlı suallar vermiş, sosial yardımla bağlı sualları cavablandıra bilmədiyi üçün onu “Sosial yardım və müavinət” sektorununa müraciət etməyi tövsiyə etmiş, lakin həmin müddət orada qeyd edilən sektorun işçiləri olmadığı üçün və o işdən Təqsirləndirilən şəxs1 başı çıxdığından Şahid1 ona müraciət etməsini və Naziləyə kömək etməyini xahiş etmişdir. “Mühasibat uçotu” sektorunun baş məsləhətçisi Təqsirləndirilən şəxs1 onunla eyni xidməti otaqda əyləşdiyindən Şahid1 kömək edə biləcək sosial yardımla məşğul olan sektorun əməkdaşları ərazidə olduqları üçün Naziləni Vüsala yönəldərək ona kömək etməyini bildirmişdir. Bu söhbətdən bir neçə gün sonra Vüsal ona yaxınlaşıb Şahid1 yaxından tanıyıb-tanımadığını soruşduqda Vüsala Naziləni yaxından tanımadığını demişdir. Vüsal ona Naziləyə onun sözünü, yəni təklifini çatdırmağını dedikdə Nazilə ilə birbaşa özünün danışmasını demiş, Vüsal isə Nazilənin qadın olduğunu deyib onunla danışmağı yerinə düşər dedikdə Vüsalla iş yoldaşı kimi eyni xidməti otaqda oturduğundan etiraz etməmiş, Nazilənin əlaqə nömrəsini ona verərək Nazilə ilə danışmağını və Vüsalın təklifini çatdırmağını xahiş etmişdir. Vüsalın təklifi ondan ibarət olmuşdur ki, sosial yardımın 5 ayı Vüsala, 7 ayı isə Naziləyə çatmalı idi. O, Naziləyə zəng edərək telefonda danışdıqda Naziləyə sosial yardım verilməsinə görə imtina verilibverilmədiyini xəbər almış, Nazilə isə ona imtina verilmədiyini bildirib, Vüsalın dediyi təklifi olduğu kimi Naziləyə sözbəsöz çatdırmaqdan ötrü bu söhbətin telefon söhbəti olmadığını və şöbəyə gəlməyini bildirmişdir. Naziləyə Vüsalın təklifini dedikdə Nazilə ona ünvanlı sosial yardımın 4 ayını verə biləcəyini dedikdən sonra elə Nazilənin yanında Təqsirləndirilən şəxs1 zəng edərək Nazilənin ünvanlı sosial yardımın 4 ayının pulunu verməyə imkanı çatdığını demiş, Vüsal etiraz etməmişdir. Bununla da onun Nazilə ilə görüşü və və ya hər hansı danışığı olmamış, sonradan Nazilə kiminlə nə iş görüb, kimə nə qədər və harada pul verib-vermədiyindən, eləcə də işin gedişatından xəbəri olmamışdır. Əslində onun bu məsələ ilə heç bir əlaqəsi olmaya-olmaya böyük səhvi Naziləyə Vüsalın sözünü deməyi olmuşdur. O, telefonda Şahid1 “onlarla çürüdəcəm” deyəndə Vüsalı nəzərdə tutmuş, çünki işi yerinə yetirən və Naziləyə zəng etməyini Vüsal ondan xahiş etmişdir. Şahid1 Təqsirləndirilən şəxs1 həqiqətən də pul verib-verməməyindən xəbəri olmamış, çünki nə Vüsal, nə Nazilə bu barədə ona bir söz demişdir. Lakin sonradan Şahid1 nazirliyə şikayətindən sonra Təqsirləndirilən şəxs1 deməsinə görə bilmişdir ki, Nazilədən ona sosial yardım təyin olunması üçün 300 manat pul almışdır. İstintaq materiallarına əlavə edilmiş “CD” diskdəki 1 dəqiqə 45 saniyəlik audio səs yazısı Şahid1 ilə arasında Naziləyə ayrılacaq ünvanlı sosial yardımın təyini üzrə aparılmış danışıq olmaqla “sabah gələ bilərsən bura? telefon söhbəti deyil, sabah gələrsən, zəng edərsən, amma sonra gələrsən, mən məzuniyyətdəyəm sənə görə gələcəm, mən onlarla söhbəti çürüdüm, çünki mənəm axı sənə zamin” məzmunlu aralarında danışıqları olmuşdur. O, Naziləyə “telefon söhbəti deyil” dedikdə Vüsalın ona dediyi təklifi, yəni 5 aylıq sosial yardım pulunu Naziləyə deməyi olmuş, Naziləyə “mənəm axı sənə zamin” deməklə Təqsirləndirilən şəxs1 bu məsələni, yəni dediyi təklifi onun Nazilə ilə danışmağını xahiş etdiyindən nəzərdə tutub demiş və “onlarla söhbəti çürüdüm” deməklə isə Vüsalın xahişi əsasında dediyi təkliflə Nazilənin razılaşıb-razılaşmadığını öyrənib Vüsala deməyini nəzərdə tutmuşdur. Bu söhbət Şahid1 sosial yardımla bağlı ilkin müraciətinə imtina edilməmişdən əvvəl olmuş, hətta Nazilə ilə arasında telefon danışığına əsasən ona təqdim edilən səs yazısından da bəlli olur ki, Nazilə ilə arasında olan danışıq ona imtina verilməmişdən öncə olmuşdur. Şahid1 imtina verildikdən sonra Vüsalın Nazilə ilə təklikdə görüşüb pul almasını Nazilənin nazirliyə şikayət etməsindən sonra bilmişdir. O, Naziləyə Təqsirləndirilən şəxs1 təklifi olan 6 yox, 5 aylıq sosial yardım pulunun veriləcəyini bildirmişdir. O, Sevinc xanımdan şəxsən Şahid1 xahişini etmiş, çünki Şahid1 ona yalvarışlı şəkildə ailə şəraitinin pis vəziyyətdə olması, himayəsində 4 uşağı olmaqla ərinin də xəstəlikdən əziyyət çəkdiyini demiş, Təqsirləndirilən şəxs1 da Sevinc xanıma müraciət etdiyi üçün xahiş edib ona köməklik göstərməyini demiş, lakin ona hər hansı bir məbləğdə pul çatmamış və Təqsirləndirilən şəxs1 təklifini hər hansı qarşılıq niyyəti ilə etməmiş, həmçinin Təqsirləndirilən şəxs3 ilə aralarında Şahid1 sosial yardım verilməsindən ötrü pul məbləği ilə bağlı danışıq və ya razılaşma olmamışdır. Şahid1 ona sosial yardımla bağlı müraciət edərkən onun “Pensiya sektoru”nda işlədiyini, yəqin ki, bilmiş, çünki Nazilənin yanında gələn hazırda xatırlamadığı xanım təqaüdçü olmuş, lakin Şahid1 Təqsirləndirilən şəxs1 konkret olaraq hansı vəzifədə işlədiyini bilib-bilməməsi barədə məlumatı olmasa da Təqsirləndirilən şəxs1 Fondun Abşeron rayon şöbəsində vəzifəli şəxs olduğunu bilmişdir. O, Təqsirləndirilən şəxs1 ünvanlı dövlət sosial yardımın verilməsi və ondan imtina edilməsi barədə səlahiyyətlərə malik olmadığını bilə-bilə bu məsələni, yəni Şahid1 sosial yardım təyin elətdirmək imkanına qadir olduğunu Təqsirləndirilən şəxs1 öz boynuna çəkərək həll edə biləcəyindən həmin təklifi Şahid1 deməyini xahiş etmiş, lakin Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 xahiş etdiyini bilsə də, onların arasında pul söhbətinin olubolmamasından xəbəri olmamışdır. Təqsirləndirilən şəxs3 ilə Şahid1 arasında olan 1 dəqiqə 15 saniyədən ibarət olan audio səs yazısı ona təqdim edilərək Şahid1 Sevinc xanımın “Tərlan xanımla necə danışmısınızsa o qaydada da olacaq” deməklə “o qaydada da olacaq” kəlmələrini deməkdə məqsədi, Nazilənin maddi məişət şəraitinin pis vəziyyətdə olması barədə Naziləyə kömək etməyini Sevinc xanımdan xahiş etməyi olmuş, çünki Sevincə onun evinə hələ gedib baxmamışdan öncə yardım ayırmağın mümkün olubolmamasını bilmək üçün evinə diqqətlə baxmağı, mümkün qədər köməklik etməsini xahiş etmiş, bundan başqa Şahid1 sosial yardım verilməsi ilə bağlı onun Təqsirləndirilən şəxs3 ilə arasında maddi nemətlə bağlı hər hansı razılaşma və ya pul söhbəti olmamışdır. O, Təqsirləndirilən şəxs3 Şahid1 həyat yoldaşı Rəfail Məmmədovun adına olan pay torpağının artıq onların adından çıxarıldığını deməmişdir. O, qanuni şəkildə olan sosial yardımın verilməsinin qarşılığında şəxsən özünə hər hansı maddi nemət istəməmiş, həmin neməti Təqsirləndirilən şəxs1 istədiyindən onun təklifini və sözünü Şahid1 çatdırmaqda səhv etmiş və bunun cinayət olduğunu dərk etməmiş və bu təklifin düzgün olmadığını düşünərək telefon söhbəti olmadığını vətəndaşın nəzərinə çatdırmış, ancaq hər hansı maddi nemətin istənilməsini təklif etməyin cinayət olduğunu həqiqətən dərk etməmiş və ona görə də belə səhvə yol vermişdir. Törətdiyi əməldən peşmançılıq hissi keçirir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 20.11.2000-ci il tarixdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində X3 məsləhətçi, 25.04.2011-ci il tarixdən Nazirliyin nəzdində X4 Əməyin mühafizəsi, 29.12.2013-cü il tarixdə isə həmin vəzifədən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Abşeron rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin Ünvanlı sosial yardım və sosial müavinətlər sektorunun baş məsləhətçisi vəzifəsinə keçirilmiş, 01 avqust 2016-cı il tarixdə Fondun daxili əmrinə əsasən Abşeron rayon şöbəsinin Sosial yardım və müavinət sektorunun baş məsləhətçisi vəzifəsinə təyin edilməklə 28 noyabr 2019-cu il tarixdə vəzifəsindən azad edilmişdir. Onun vəzifəsi müavinət, sosial yardım və digər ödənişlərin təyinatına dair hesabat və məlumatların tərtib edilməsi, zəruri hallarda sosial yardım almaq üçün müraciət etmiş şəxslərin gəlirləri barədə məlumatların yerində yoxlanılmasında iştirak etmək, eləcə də müraciət edən vətəndaşın maddi məişət şəraitinin yerində yoxlanılmasından ibarət olmuşdur. Şahid1 2019-cu ilin yay aylarından tanımış, Fondun Abşeron rayon şöbəsinə ünvanlı sosial yardım almaq üçün iş yoldaşı Təqsirləndirilən şəxs2 müraciət etmiş, əməkdaşı Təqsirləndirilən şəxs1 isə ona aid məlumatları VEMTASa daxil etmiş, sonra da vəzifəsinə uyğun olaraq 03.07.2019-cu il tarixdə sosial sığorta şöbəsinin işçisi Şahid5la birlikdə vətəndaşın evində maddi məişət şəraitinin müayinəsi tərəfindən yoxlanılmışdır. Həmin yoxlama nəticəsində vətəndaşın həyat yoldaşı X2 Goranboy rayonu Qızılhacılı qəsəbəsində qeydiyyatda olduğundan mülkiyyətində olan pay torapağı barədə məlumatları ərizə bəyannamədə qeyd etmədiyi aşkar olunmuş və yardımın təyin olunması zamanı VEMTAS proqramında uyğunsuzluq aşkar edildiyindən imtina olunmuşdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Şahid1 köməklik göstərməyi ondan hələ imtina verilməmişdən əvvəl xahiş etsə də, artıq uyğunsuzluq proqramda yarandığından imtinaya kompüter özü qərar vermişdir. Şahid1 ona zəng edərək Goranboy rayonunda torpaq barədə məlumatı ala bilmədiyini söyləmiş və ondan Tərlan xanımı tanıyıb-tanımadığını soruşduqda müsbət cavab verdikdən sonra narahat olmamasını, Tərlan xanımla necə danışıbsa, elə də olacağını demişdir. Həm Şahid1, həm də Təqsirləndirilən şəxs2 ona Nazilənin çox pis şəraitdə yaşadığından bu haqda müdirə də məlumat vermiş, hətta vətəndaşın evinin şəkillərini göstərmişdir. Tərlan xanım Şahid1 ailə şəraitinin pis vəziyyətdə olduğunu və ona kömək etməyini xahiş etmiş, Şahid1 ona telefonda danışığı zamanı imtina gəldiyini və torpaqla bağlı Goranboy rayonuna gedərək lazımi sənədləri əldə edə bilmədiyindən köməklik göstərməyini ondan xahiş etmiş, Təqsirləndirilən şəxs1 da ona Nazilənin ərinin adına olan pay torpağının artıq onların adından çıxarıldığını bildirdiyindən həmin məlumatı doğru hesab edərək həm vətəndaşın pis vəziyyətdə yaşamasını və iş yoldaşları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xahişini nəzərə alıb, eləcə də “Ərizə-Bəyannamə”də göstərilən məlumatlar maddi-məişət şəraitinin müayinəsində öz təsdiqini tapdığından “VEMTAS” tərəfindən ailəyə ÜDSY-nin təyin olunması barədə qərar çıxarılmışdır. Vətəndaş Şahid1 həm maddi-məişət şəraitinin yoxlanılması zamanı, həm də onunla telefon danışığı zamanı ÜDSY-nin təyin edilməsi üçün pul tələbi olmamış, müayinədən sonra vətəndaşla heç bir ünsiyyəti olmamışdır. Bundan başqa, ÜDSY-nin təyin edilməsi ilə bağlı iş yoldaşları ilə hər hansı sövdələşməsi və ya hər hansı bir maddi nemət qarşılığı və yaxud da ki pul istəyi olmamış və ona hər hansı bir məbləğdə pul verilməmiş, eləcə də kiminsə bu işlə bağlı Şahid1 hər hansı məbləğdə pul istədiyini, Şahid1 kiməsə pul verməsini bilməmişdir. O, Təqsirləndirilən şəxs1 Şahid1 hər hansı maddi maraq səbəbindən xahiş etdiyini bilməmiş, iş yoldaşı kimi onların xahişini yerinə yetirməyə çalışmış, hətta telefonda Şahid1 da Tərlan xanımla necə danışıbsa elə də olacağını deməyinin səbəbi, Şahid1 Təqsirləndirilən şəxs2 xahiş edərək köməklik göstərilməsi barədə aralarında olan danışıq olmuş, başqa məqsədlə bunu deməmiş və kiminsə maddi xeyri olmağını bilməmişdir. O həmin vətəndaşa sosial yardım ayrılması üçün kimləsə heç bir məbləğdə pul çatması barədə razılaşmamışdır. Şahid1 ailəsinin maddi-məişət şəraiti 03.07.2019-cu il tarixdə müayinə edildikdən sonra akta onun yoldaşının pay torpağı haqda məlumat olmadığı qeyd olunmuş, çünki həmin vaxt Şahid1 torpaq haqqında hər hansı sənəd vermədiyinə görə elə yazmış, lakin Rəfail Məmmədovun adına pay torpağı olduğunu yoxlama zamanı Rəfail Məmmədov rayon qeydiyyatında olduğundan onun pay torpağı olmasını bilmişdir. Onun Şahid1 ilə arasında 1 dəqiqə 15 saniyədən ibarət olan audio səs yazısında Şahid1 “Tərlan xanımla necə danışmısınızsa o qaydada da olacaq” deməklə “o qaydada da olacaq” deməkdə məqsədi Nazilənin maddi məişət şəraitinin pis vəziyyətdə olması barədə Naziləyə kömək etməyini Tərlan xanımın ondan xahiş etməsi, həmçinin iş yoldaşı Təqsirləndirilən şəxs1 ona məlumat verərək Şahid1 həyat yoldaşının adına Goranboy rayonu, Qızılhacılı qəsəbəsində pay torpağının adından çıxmasını nəzərdə tutaraq “o qaydada da olacaq” sözünü telefon danışığı zamanı işlətmiş, “o qaydada da olacaq” sözünü deməklə hər hansı başqa məqsədi və ya maddi marağı olmamış, hətta Nazilə xanımla arasında olan danışığın sonuncu saniyələrinə diqqətlə qulaq asanda Şahid1 demişdir ki, “bilmirəm sən necə danışmısan, nə danışmısan, o qaydada da olacaq”, yəni bu kəlmələri deməkdə məqsədi vətəndaş Şahid1 bildirmək istəmişdir ki, ünvanlı dövlət sosial yardım təyin edilməsində hər hansı marağının olmadığını nəzərinə çatdırmışdır. O ki qaldı Şahid1 ilə telefon danışığı zamanı insani olaraq Nazilənin birbaşa özünə ünvanlı dövlət sosial yardımın təyin edilməsində köməklik edəcəyini özünə bildirməməyinin səbəbi ona gün ərzində ünvanlı dövlət sosial yardım almaq istəyən yüzlərlə problemli insanlar zəng etdiyindən iş yoldaşları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 adlarını çəkməyə lüzum bilməmiş, həmçinin ikinci bir tərəfdən “o qaydada da olacaq” deməkdə məqsədi məhz iş yoldaşı Təqsirləndirilən şəxs1 ona məlumat verərək Şahid1 həyat yoldaşının adına Goranboy rayonu, Qızılhacılı qəsəbəsində olan pay torpağının adından çıxmasını deməyini nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs1 verdiyi həmin məlumatın doğru olduğunu bilmişdir. Şahid1 ailəsinin maddi məişət şəraitinin yoxlanılması zamanı həqiqətən də Nazilənin himayəsində 4 azyaşlı uşağının olması, ərinin vərəm xəstəliyindən əziyyət çəkərək İİ qrup əlil olmaqla fəaliyyət qabiliyyətsiz hesab olunduğunu bilmiş, lakin Şahid1 ərinin adına olan pay torpaq sahəsi barədə məlumatı ərizə bəyannamədə qeyd etməməsi və “VEMTAS” proqramında torpaqla bağlı məlumatları tam yazmadığından uyğunsuzluq aşkar edildiyindən proqram avtomatik olaraq ilkin müraciətində imtina vermişdir. İmtinadan sonra Nazilənin Goranboy rayonu, Qızılhacılı qəsəbə nümayəndəliyinə gedib torpaqla maraqlanaraq əziyyət çəkməsi eləcə də iş yoldaşlarının xahişini nəzərə alaraq “VEMTAS” uyğunsuzluq aşkar etmədiyindən avtomatik olaraq ona təyinat vermişdir. Daha Təqsirləndirilən şəxs2 Şahid1 ilə aralarında danışaraq Naziləyə sosial yardım təyin edilməsi üçün sosial yardımın 5 ayını Təqsirləndirilən şəxs1, 7 ayını isə Nazilənin özünün götürməsinə dair Təqsirləndirilən şəxs1 belə bir təklifinin olub-olmaması haqqında xəbəri olmamış, o cümlədən Təqsirləndirilən şəxs2 Şahid1 ilə qabaqcadan danışaraq ona sosial yardım verilməsinə dair Təqsirləndirilən şəxs1 təklifini deməsi barədə aralarında razılaşma və ya Nazilənin Vüsala pul verib-verməməyindən xəbəri olmamış, çünki nə Vüsal, nə Nazilə, nə də Tərlan bu barədə ona bir söz demişdir. Lakin Şahid1 nazirliyə şikayətindən sonra Təqsirləndirilən şəxs1 deməsinə görə Nazilədən sosial yardım təyin olunması üçün 300 manat şirinlik kimi pul almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial X9 rayon şöbəsində işləmiş Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış və onlarla heç bir münasibəti olmamışdır. O, 2019-cu ilin iyun ayında sosial yardım almaq üçün yaşadığı ərazi üzrə Fondun Abşeron rayon şöbəsində Təqsirləndirilən şəxs2 müraciət etmiş, o zaman Təqsirləndirilən şəxs2 sosial yardımla məşğul olan sektorun əməkdaşları ərazidə olduqlarından və Təqsirləndirilən şəxs1 həmin məsələdən başı çıxdığından ona yönəltmiş və ərizə bəyannaməni özü doldura bilmədiyi üçün ona köməklik olunmuşdur. Onun konkret olaraq Təqsirləndirilən şəxs2 şöbədə hansı vəzifədə işləməsi barədə məlumatı olmamış, lakin sonradan Tərlan xanımla görüşərkən ona Sevinc adlı xanım tərəfindən maddi məişət şəraitinin yoxlanıldığını, himayəsində 4 uşağının olmasını, ərinin xəstə olmaqla əlil olduğunu və pis vəziyyətdə yaşadığı üçün köməklik göstərməyini xahiş etmişdir. Onun Təqsirləndirilən şəxs1 Fondun Abşeron rayon şöbəsində hansı vəzifədə işləməsi barədə məlumatı olmamış, lakin Təqsirləndirilən şəxs1 ünvanlı sosial yardımını düzəldən bir şəxs olduğunu bilmişdir. 2019-cu ilin iyul ayının əvvəllərində Təqsirləndirilən şəxs2 ona zəng edib “telefon söhbəti deyil, şöbəyə gələrsən” söhbətinin olması ünvanlı dövlət sosial yardımdan imtina verilməmişdən əvvəl olmuş, çünki Tərlan xanımla aralarında olan danışı istifadəsində olan “Xiaomi” markalı mobil telefonla qeydiyyata alındığından səs yazısında Tərlan xanım ona zəng edərək imtina verilibverilmədiyini soruşduqda imtina gəlmədiyini demiş və “telefon söhbəti deyil, şöbəyə gələrsən” danışarıq demişdir. Həmin söhbətin səhəri günü Fondun Abşeron şöbəsində Təqsirləndirilən şəxs2 sosial yardımın 6 aylıq pulunun veriləcəyi təqdirdə ona həmin yardımın veriləcəyini bildirmiş, lakin 5 aylıq sosial yardımı verə biləcəyini dedikdə Tərlan xanım onun yanında Təqsirləndirilən şəxs1la mobil telefonla danışaraq 5 aya razı olubolmadığını dəqiqləşdirmiş və Təqsirləndirilən şəxs1 buna razılıq vermişdir. İlkin araşdırma zamanı vermiş olduğu izahatında sosial yardım təyin edilməmişdən əvvəl ona Təqsirləndirilən şəxs2 “yardımın 6 ay məbləğinin şöbəyə çatacağını” dediyini göstərsə də, istintaqın sonrakı gedişatında ifadəsində isə göstərmişdir ki, həmin sözləri Təqsirləndirilən şəxs2 konkret deyib-demədiyini xatırlamamış, lakin bu cümlə ilə onu demək istəmişdir ki, həmin məbləğ Təqsirləndirilən şəxs1 çatmalıdır ki, onun sosial yardım işi həll olunsun. Onun Təqsirləndirilən şəxs3 Fondun Abşeron rayon şöbəsində hansı vəzifədə işləməsi barədə məlumatı olmamış, Təqsirləndirilən şəxs3 ona sosial yardımın verilməsindən ötrü hər hansı məbləğdə pul istəməmiş və aralarında hər hansı razılıq olmamışdır. 2019-cu ilin iyul ayında Sevinc xanım onun evində maddi məişət şəraitini yoxlayarkən yaşadığı mənzilin şəkillərini çəkmiş, ondan ailə üzvlərinin sayını soruşub himayəsində 4 uşağının olmasını, ərinin Goranboy rayonu Qızılhacılı qəsəbəsində qeydiyyatda olmaqla xəstə olduğunu və pis vəziyyətdə yaşadığı üçün ağlayaraq köməklik göstərməyini xahiş etmişdir. Təqsirləndirilən şəxs3 ondan ərinin adına pay torpağı olub-olmadığını soruşduqda pay torpağının olması barədə məlumat versə, lakin həmin torpaq haqqında heç bir məlumat verə bilməmişdir. Belə ki, o əri X2 adına Goranboy rayon Qızılhacılı qəsəbəsində pay torpaq sahəsi olduğu barədə məlumatlar VEMTAS-a daxil edilmədiyindən torpaq haqqında məlumatlar gizli qaldığından ona sosial yardım verilməsindən imtina verilmişdir. Rəfail Məmmədovun adına olan pay torpaq sahəsi barədə məlumatları VEMTAS-a daxil etməməyinin səbəbi həmin torpaqla bağlı Goranboya gedib maraqlandıqda torpaqdan istifadə etmədiklərini Təqsirləndirilən şəxs1 demişdir. Tərlan xanımın Təqsirləndirilən şəxs1 5 aylıq təklifini verdikdən sonra ailənin torpaq mülkiyyəti barədə məlumatların gizlədilməsi səbəbindən ona sosial yardım verilməsindən imtina verilmişdir. Bundan sonra, o, sosial yardımdan imtina verilməsi barədə Təqsirləndirilən şəxs1 zəng edərək məlumat vermiş və Təqsirləndirilən şəxs1 ona narahat olmamağı demiş və yenidən müraciətini ikinci dəfə “VEMTAS” proqramına daxil etmiş və ona zəng edərək “işin sistemdə olduğunu vurdurub-vurdurmadığını”, yəni sosial yardım pulunun vurdurulmasından söhbət etməklə ona cavab olaraq “mən Sizinlə razılaşdım axı vurdurun” deməkdə məqsədi həmin alacağı sosial yardımın 5 ayının konkret olaraq ona çatacağını deməklə sonda razılaşması Təqsirləndirilən şəxs1la olmuş və 2019-cu ilin avqust ayının 28-də 600 manat pulu oğlu Şahid2 iştirakı ilə ona təqdim etmiş, hətta Təqsirləndirilən şəxs1 ondan kartı istədikdə ona kartı verməyəcəyini, hər aybaay pulunu verəcəyini demişdir. 2019-cu ilin sentyabr ayının sonu oktyabr ayının əvvəllərində Vüsal yaşadığı məhəlləyə gələrək 300 manat pulu oğlu Şahid2 əlbəəl almışdır. Təqsirləndirilən şəxs1 2019-cu ilin sentyabr ayının sonlarında 300 manat pulu verməzdən əvvəl Təqsirləndirilən şəxs1 onunla ya “WhatsApp”, ya da telefon zəngi etməklə danışıb əlaqə saxlamışdır. İstifadəsində olan +**********00 və +**********00 nömrələri ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan +**********15 nömrəsi ilə mütəmadi danışıqlar olmuş, lakin konkret olaraq neçə dəfə danışdığını xatırlamasa da, Vüsalla “WhatsApp” əlaqə vasitəsilə danışığı olmuşdur. Təqsirləndirilən şəxs1la mütəmadi danışmasına səbəb onun ərizə bəyannamələrini “VEMTAS”-a daxil etdiyindən ondan razılığına əsasən zəruri məlumatları əldə etməyi olmuşdur. O, 2019-cu ilin sentyabr ayında Təqsirləndirilən şəxs1 nömrəsini qara siyahıya atmamış və hazırda telefonunda aktual olduğunu bildirməklə Təqsirləndirilən şəxs1 özünü müdafiə etmək üçün ondan cəmi 300 manat pul almişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ailələrinə təyin edilmiş sosial yardımın qarşılığında anası Şahid1 2019-cu ilin avqust ayının 28-də 600 manat pulu Təqsirləndirilən şəxs1 onun iştirakı ilə əlbəəl vermiş, Vüsal ondan kartı istədikdə anası kartı verməyəcəyini aybaay pulunu verəcəyini demişdir. 2019cu ilin sentyabr ayının sonu oktyabr ayının əvvəllərində Vüsal yaşadıqları məhəlləyə gələrək anasının ona verdiyi 300 manat pulu ondan şəxsən almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, əmək fəaliyyətinə 1980-ci ildən başlasa da, 23 sentyabr 1985-ci il tarixdən 24 iyul 1990-cı ilədək Pensiya və müavinətlərin hesablanması və verilməsi üzrə Respublika Mərkəzində müfəttiş, mühasib və ayrı-ayrı vəzifələrdə işləmiş, 1999-cu ilədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 26 Bakı Komissarı (Səbail) adına rayon Sosial Təminat şöbəsində baş mühasib vəzifəsində, sonrdan ayrı-ayrı yerlərdə müxtəlif vəzifələrdə işləməyinə baxmayaraq, 03 may 2019-cu il tarixdən 16 dekabr 2019-cu il tarixədək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X9 rayon şöbəsində “Sosial yardım və müavinət” sektorunun müdiri vəzifəsində işləmiş, 16 dekabr 2019-cu il tarixdən 01 iyun 2020-ci il tarixədək həmin rayonda “Sosial Sığorta” sektorunun müdiri vəzifəsinə, 01 iyun 2020-ci il tarixdən 27 iyul 2020-ci il tarixədək “Sosial yardım və müavinət“ sektorunun müdiri vəzifəsinə keçirilmişdir. 27 iyul 2020-ci il tarixdə Nazirlikdə struktur dəyişikliyi baş verdiyindən 17 avqust 2020-ci il tarixdən tutduğu vəzifədə çalışır. Fondun Abşeron rayon şöbəsində “Sosial yardım və müavinət” sektorunun müdiri vəzifəsində işlədiyi müddətdə Təqsirləndirilən şəxs3 və Şahid4 şöbənin işçiləri olmuşdur. Hər iki işçi, o cümlədən Təqsirləndirilən şəxs3 nizamlı-intizamlı və savadlı işçi olmuşdur. Hər iki baş məsləhətçinin iş yükü həddindən artıq çox olmuş, çünki vətəndaşlar tərəfindən ay ərzində 250-300 müraciət olduğundan fiziki cəhətdən işçinin bu işləri görməsi çətin olmuşdur. İşçi gün ərzində nə qədər çalışsa da vətəndaşın maddi məişət şəraitini yoxlamaq üçün yay vaxtı 10-12, qış vaxtı isə cəmi 5-6 mənzilə getməyi mümkün olurdu. Buna görə də vətəndaş məmnunluğunu artırmaq və narazı qalmaması üçün şöbə rəhbərliyinin şifahi göstərişinə əsasən sektorun əməkdaşları ərazidə olduqlarından şöbəyə müraciət etmiş vətəndaşa izah və kömək məqsədilə digər sektorun əməkdaşlarına da sosial yardımla bağlı müraciət edə bilər, bunu etməkdə məqsəd vətəndaşın Nazirliyə şikayət etməməsi və vətəndaşı dövlətdən narazı salmamaq olmuşdur. Fondun Abşeron rayon şöbəsinin “Mühasibat uçotu” sektorunun baş məsləhətçisi vəzifəsində Təqsirləndirilən şəxs1 işləmiş və onunla da iş yoldaşı kimi münasibətləri normal olmuşdur. Fond rəhbərliyinin göstərişinə əsasən Abşeron rayon şöbəsində sosial müavinətlərin 01 avqust 2018-ci il tarixdən 01 oktyabr 2019-cu il tarixədək təyin edilmiş əmək pensiyaları və ünvanlı dövlət sosial yardımların təyinatı və ödənişinin icrası vəziyyətinin araşdırılması həyata keçirilmişdir. Qeyd olunan tarixi əhatə edilən dövr ərzində “VEMTAS” üzərindən şöbə tərəfindən müayinə edilmiş ÜDSY təyinatları seçmə üsulu ilə 10 iş günü ərzində 23 oktyabr 2019-cu il tarixdən 05 noyabr 2019-cu il tarixədək yoxlanılmışdır. Həmin yoxlama nəticəsində 45 ailənin ərizə bəyannaməsində qeyd etdikləri məlumatlarda uyğunsuzluq aşkar edildiyindən sosial yardımın təyini dayandırılmış, lakin yardımı dayandırılan şəxslərdən kimsə yardıma görə kiməsə pul verdiyini bildirməmişdir. Bu yoxlamadan 2 həftə sonra şöbənin hər üç əməkdaşı Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Nazirliyin Daxili Nəzarət şöbəsinə çağırılaraq izahatları alınmış, sonradan ona məlum olmuşdur ki, vətəndaş Şahid1 təyin edilmiş yardımla bağlı Təqsirləndirilən şəxs1 şirinlik olaraq həmin şəxsdən 300 manat pul almışdır. 2019-cu ilin noyabr ayı ərəfəsində ona Nazirlikdən məlumat verdilər ki, vətəndaş izahatında Təqsirləndirilən şəxs1 ondan 900 manat pul aldığını göstərmiş, lakin Vüsal Şahid1 cəmi 300 manat pul aldığını bildirmişdir. Nazirlikdən verilən göstərişə əsasən, şikayətçini razı salmaq məqsədilə Vüsala Nazilə xanımın 900 manat pulunu geri qaytarmağını demiş, lakin Vüsal sözünün üstündə durmaqla cəmi 300 manat pul aldığını demiş və həmin vətəndaş narazı qalmasın deyə həmin 300 manat pulun üstünə əlavə 300 manat da Təqsirləndirilən şəxs1 qoymaqla cəmi 600 manat pulu ona vermişdir ki, həmin məbləğ vətəndaşa geri qaytarılsın. O, Şahid1 əlaqə telefonunu və 600 manat pulu sektorun baş məsləhətçisi Şahid4 verib vətəndaşa qaytarmağı və pulun geri qaytarılmasına dair kağıza qeyd yazdırmasını bildirmiş və həmin kağızı ifadəsinə könüllü əlavə etməklə istintaqa təqdim etmişdir. O, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Şahid1 ünvanlı dövlət sosial yardım təyin edilməsinə görə hər hansı məbləğdə pul aldıqlarına inanmır və onlara hansısa miqdarda pul çatmamışdır, çünki Nazirliyin yoxlamasından sonra bir neçə ailəyə təyin edilmiş sosial yardımlar dayandırılmış və yardımı dayandırılmış həmin ailələrə yardım təyin edən baş məsləhətçi Təqsirləndirilən şəxs3 da olmuşdur. O, Fondun Abşeron rayon şöbəsində “Sosial yardım və müavinət” sektorunun müdiri kimi yeni işə başladığından Təqsirləndirilən şəxs3 rəhbərlik etdiyi sektorun işçisi olduğuna görə barəsində özü və rəhbərlik üçün doğru fikir formalaşdırmaqdan ötrü həmin yardım təyin etmiş ailə üzvlərindən təyin edilmiş yardımın qarşılığında vətəndaşlardan pul alınıb-alınmaması barədə maraqlandıqda kimsə pul verdiyini bildirməmiş və buna görə də Təqsirləndirilən şəxs3 sosial yardım təyininə görə kimdənsə pul istəmədiyi və almadığı qənaətinə gəlmişdir. 22 noyabr 2019-cu il tarixdə Şahid1 2019-cu ilin iyul və avqust ayları üzrə sosial yardımla bağlı vermiş olduğu 600 manat pulu geri almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, əmək fəaliyyətinə 01 iyun 2005-ci il tarixdən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhəri şöbəsində “Sosial yardım və müavinət” sektorunda məsləhətçi vəzifəsində işə başlamış, 2011-ci ilin may ayından isə Fondun Abşeron rayon şöbəsinin eyni adlı sektorunda baş məsləhətçi vəzifəsində 23 dekabr 2019-cu il tarixədək işləmiş və ondan başqa sektorda Təqsirləndirilən şəxs3 da baş məsləhətçi vəzifəsində işləməklə iş yoldaşı kimi münasibətləri normal olmuşdur. O, vətəndaş Şahid1 nazirliyə şikayətindən sonra Nazirliyin Daxili Nəzarət şöbəsindən şöbənin əməkdaşları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 izahatlar alınmış, Nazirlik tərəfindən aparılan araşdırma zamanı ona məlum olmuşdur ki, vətəndaş Şahid1 təyin edilmiş sosial yardımla bağlı Təqsirləndirilən şəxs1 həmin şəxsdən 300 manat pul almışdır. 2019-cu ilin noyabr ayı ərəfəsində “Sosial yardım və müavinət” sektorunun rəisi Rəhman müəllim onu yanına çağırıb şikayətçi olan qadına 600 manat pulu geri qaytarmağı dedikdə, başqa şəxsi göndərməyi xahiş etdikdə rəhbərliyin sözünü yerə salmayaraq Şahid1 yaşadığı Xırdalan şəhərində yerləşən 5 nömrəli məktəbin yaxınlığındakı evində 600 manat pulu Nazilə xanıma əlbəəl təqdim etmiş, pulu verməsinə dair qəbz yazdırmış və bununla da aralarında başqa hər hansı söhbət olmadan evi tərk etmişdir. Şahid1 əvvəllər tanımamış, həmin şəxslə heç bir əlaqəsi olmamış və 2019-cu ilin iyun ayında Fondun Abşeron rayon şöbəsinə ünvanlı sosial yardımla bağlı müraciəti əsasında ona təyin ediləcək yardıma görə kim(lər)in hər hansısa məbləğdə pul alıb-almaması, eləcə də Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 nə kimi rolları olduğu haqqında heç bir məlumatı olmasa da Daxili Auditdə araşdırma zamanı şöbədə məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 vətəndaş Şahid1 şirinlik kimi 300 manat pul almış və bundan başqa onun hər hansı məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X9 rayon şöbəsində “Sosial yardım və müavinət” sektorunda 01 noyabr 2019-cu il tarixdən 29 iyul 2020-ci il tarixədək aparıcı məsləhətçi vəzifəsində işləmiş, hazırda isə Fondun Abşeron rayon Xidmət Nümayəndəliyində mütəxəssis vəzifəsində işləyir. O, Abşeron rayonu Xırdalan şəhərində yaşayan Şahid1 ailəsinin maddi məişət şəraitini müayinə məqsədilə ünvanlı sosial yardım sektorunun əməkdaşı Təqsirləndirilən şəxs3 şöbə müdirinin şifahi tapşırığı əsasında həmin ünvana aparmış, lakin müayinədə iştirak etməmişdir. Fondun 23 oktyabr 2019-cu il tarixli əmrinə əsasən 05 noyabr 2019-cu il tarixədək Abşeron rayon şöbəsində təyin edilmiş sosial müavinətlərin, əmək pensiyaları və ünvanlı dövlət sosial yardımların təyinatı və ödənişlərin icrası ilə ilə əlaqədar monitorinq yoxlaması həyata keçirilmişdir. Həmin yoxlama monitorinqini Fondun əməkdaşları icra etməklə Abşeron rayonunda şöbədə olmuş və ÜDSY alan vətəndaşlara telefon zəngləri edilərək onların rayon ərazisində yaşayıb-yaşamadıqları ünvanı, ailə tərkibləri və bu kimi başqa məlumatları dəqiqləşdirmək məqsədilə onun istifadəsində olan telefondan vətəndaşlara zənglər edilmişdir. Belə ki, həmin zəngləri Fondun əməkdaşları öz şəxsi telefon nömrələrindən etmədikləri üçün ona müraciət olunmuş və öz telefonunu verməkdən imtina etmədiyi üçün ona məxsus +**********15 telefon nömrəsindən danışıqlar aparılsa da şəxsən Şahid1 və onun ailəsinə zəng etməmiş, vətəndaşı tanımır və 2019-cu ilin iyul ayında Şahid1 ünvanlı dövlət sosial yardım təyin edilməsi ilə əlaqədar olaraq hər hansısa məbləğdə pul alınıb-alınmaması barədə məlumatı olmamışdır. Həmin yoxlama monitorinqinin olub-olmamasını dəqiqləşdirmək məqsədilə sorğu verilərək istintaq materiallarına Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsindən daxil olmuş 19 avqust 2020-ci il tarixli, **********2 nömrəli məktubdan görünür ki, Fondun 23 oktyabr 2019-cu il tarixli, **********4 nömrəli əmrinə əsasən Abşeron rayon şöbəsində sosial müavinətlərin, 01.08.2018-ci il tarixdən 01.10.2019-cu il tarixədək təyin edilmiş əmək pensiyaları və ünvanlı dövlət sosial yardımların təyinatı və ödənişinin icrası vəziyyətinin araşdırılması həyata keçirilmişdir. 01.08.2018-01.10.2019-cu ili əhatə edən dövr ərzində “VEMTAS” üzərindən şöbə tərəfindən müayinə edilmiş ÜDSY təyinatları seçmə üsulu ilə 10 iş günü ərzində 23 oktyabr 2019-cu il tarixdən 5 noyabr 2019-cu il tarixədək yoxlanılmışdır. Aparılmış yoxlama zamanı hərəkətdə olan 2107 ÜDSY işindən 156 ailənin maddi məişət şəraiti yerində müayinə edilmişdir. Onlardan 45 ailənin ərizə bəyannaməsində qeyd etdikləri məlumatlarda uyğunsuzluq aşkar edilmiş, həmçinin aparılan monitorinq zamanı ÜDSY alan vətəndaşlara telefon zəngləri də edilərək onların ünvanı, ailə tərkibləri, faktiki olaraq rayon ərazisində yaşayıb-yaşamamaları və sairə məlumatları dəqiqləşdirilmiş, şübhəli hallarda maddi-məişət şəraitinin təkrar yoxlanılması həyata keçirilmiş, o cümlədən cinayət işində adıçəkilən Şahid1 yaşadığı ünvanda maddi-məişət şəraitinin müayinəsi aparılmasa da, monitorinq dövrü ərzində həmin ailəyə telefon zənginin olunması istisna edilməmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 20.08.2020-ci il tarixli 4/560 №-li rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs3 adından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış 19 noyabr 2019-cu il tarixli izahatdakı əlyazmalar və “Təqsirləndirilən şəxs3F” yazısından əvvəl yerləşən İmza; Ailənin maddi məişət şəraitinin müayinəsi barədə məlumatdakı (“Ünvanlı dövlət sosial yardımın alınmasıüçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na 4 nömrəli əlavədəki) əlyazmalar (məlumatın sonundakı “Aktla tanış oldum, etirazım yoxdur, uxar qed olunlar şəxsən mənim sözl yazlıb 0.3.07.2019 Şahid1” əlyazmalarından başqa) və “Təqsirləndirilən şəxs3” əlyazmasından əvvəl yerləşən imza Təqsirləndirilən şəxs3 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, Təqsirləndirilən şəxs2 adından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış 19 noyabr 2019-cu il tarixli izahatdakı əlyazmalar və “Təqsirləndirilən şəxs2Q” yazısından əvvəl yerləşən imza Təqsirləndirilən şəxs2 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, Təqsirləndirilən şəxs1 adından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış 19 noyabr 2019-cu il tarixli izahatdakı əlyazmalar və “Qafarov V” yazısından əvvəl yerləşən imza Təqsirləndirilən şəxs1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, ailənin maddi-məişət şəraitinin müayinəsi barədə məlumatın “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydalarına”na 4 nömrəli əlavənin sonundakı “Aktla tanış oldum etirazım yoxdur, xuxar qed olunlar şəxsən mənim sözl yazlıb 0.3.07.2019 Şahid1” əlyazmaları, “Məmmədova N” əlyazmasından və “0.3.07.2019” tarix göstəricisindən əvvəl yerləşən imzalar Şahid1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, Təqsirləndirilən şəxs3 adından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış 19 noyabr 2019-cu il tarixli izahatdakı əlyazmalarda və “Təqsirləndirilən şəxs3F” yazısından əvvəl yerləşən imzada, Təqsirləndirilən şəxs2 adından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış 19 noyabr 2019-cu il tarixli izahatdakı əlyazmalarda və “Təqsirləndirilən şəxs2Q” yazısından əvvəl yerləşən imzada, Təqsirləndirilən şəxs1 adından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış 19 noyabr 2019-cu il tarixli izahatdakı əlyazmalarda və “Təqsirləndirilən şəxs1” yazısından əvvəl yerləşən imzada - əlyazmanın və imzanın hər hansı qeyri-adi psixofizioloji vəziyyətdə (stress, həyəcanlı vəziyyətdə, təzyiq və s. altında) icra olunma əlamətləri müşahidə olunmamışdır. Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 12 mart 2020-ci tarixli, 5(001)-242/2020 nömrəli qərarı əsasında “Azercell Telekom” "xxxx" və "xxxx" MMC-dən götürülmüş telefon danışıqlarına dair CD-diskə baxış keçirilərkən Şahid1 istifadəsində olan +**********00 və +**********00 nömrələri ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan +**********15 nömrəsi ilə 01 iyul 2019-cu il tarixdən 28 avqust 2019-cu il tarixədək 14 dəfə ayrı-ayrı tarixlərdə ********* nömrəsindən **********15 nömrəsinə 01.07.2019-cu il tarixdə saat 15:42:10-da 64 saniyə, ********* nömrəsindən **********15 nömrəsinə 03.07.2019-cu il tarixdə saat 16:41:32-də 122 saniyə, həmin gün saat 16:59:30-da 97 saniyə, ********* nömrəsindən ********* nömrəsinə 03.07.2019-cu il tarixdə saat 17:15:24-də 43 saniyə, ********* nömrəsindən **********15 nömrəsinə 03.07.2019-cu il tarixdə saat 17:57:50-də 102 saniyə, ********* nömrəsindən **********15 nömrəsinə 10.07.2019-cu il tarixdə saat 15:20:11-də 34 saniyə, ********* nömrəsindən **********15 nömrəsinə 11.07.2019-cu il tarixdə saat 13:06:17-də 20 saniyə, ********* nömrəsində ********* nömrəsinə 16.07.2019-cu il tarixdə saat 13:54:40-da 28 saniyə, ********* nömrəsindən ********* nömrəsinə 16.07.2019-cu il tarixdə saat 14:00:48də 136 saniyə, saat 14:03:32-də 51 saniyə, ********* nömrəsindən **********15 nömrəsinə 09.08.2019-cu il tarixdə saat 17:15:04-də 45 saniyə, ********* nömrəsindən **********15 nömrəsinə 27.08.2019-cu il tarixdə saat 20:20:11-də 59 saniyə, ********* nömrəsindən **********15 nömrəsinə 28.08.2019-cu il tarixdə saat 14:21:45-də 48 saniyə və həmin gün saat 14:30:27-də 14 saniyə olmaqla mütəmadi danışıqların olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs2 istifadəsində olan +**********56 nömrəsi ilə Şahid1 istifadəsində olan +**********00 və +**********00 nömrələr arasında 10 və 11 iyul 2019-cu il tarixlərdə danışıqlar olmaqla ********* nömrəsindən ********* nömrəsinə 10.07.2019-cu il tarixdə saat 14:52:48-də 116 saniyə, ********* nömrəsindən **********56 nömrəsinə 11.07.2019-cu il tarixdə saat 11:41:09-da 37 saniyə və ********* nömrəsindən **********56 nömrəsinə 11.07.2019-cu il tarixdə saat 12:10:59-da 11 saniyə olmaqla danışıqların olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs2 istifadəsində olan +**********56 nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan +**********15 nömrəsi arasında 11 iyul 2019-cu il tarixdə cəmi bir dəfə olmaqla ********* nömrəsindən ********* nömrəsinə 11.07.2019-cu il tarixdə saat 12:40:25-də 44 saniyəlik danışıq aparıldığı müəyyən edilmişdir. "xxxx" MMC-dən götürülmüş telefon danışıqlarına dair CD-diskə baxış davam etdirilərkən Təqsirləndirilən şəxs3 istifadəsində olan +**********04 nömrəsi ilə Şahid1 istifadəsində olan +**********00 nömrəsi arasında 03 və 11 iyul 2019-cu il tarixlərdə olmaqla ********* nömrəsindən ********* nömrəsinə 03.07.2019-cu il tarixdə saat 15:36:37-də 30 saniyə, saat 15:37:20-də 43 saniyə, ********* nömrəsindən **********04 nömrəsinə həmin gün saat 15:49:03-də 24 saniyə, həmin gün saat 15:58:05-də 14 saniyə, saat 16:19:01-də 17 saniyə, saat 17:46:40-da 176 saniyə və ********* nömrəsindən **********04 nömrəsinə 11.07.2019-cu il tarixdə saat 12:56:44-də 75 saniyə danışıq aparıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş 04 may 2020-ci il tarixli, ********** nömrəli məktubla daxil olmuş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 24 aprel 2013-cü il tarixli, 09/11-128 nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Abşeron rayon əhalinin sosial müdafiəsi mərkəzinin Mühasibat uçotu sektorunun məsləhətçisi vəzifəsinə stajçı, 18 aprel 2014-cü il tarixli 09/11-396 nömrəli əmrlə həmin vəzifəyə sınaqçı, 23 oktyabr 2014-cü il tarixli, 09/11-739 nömrəli əmrlə daimi dövlət qulluğuna qəbul edilməklə 1 avqust 2016-cı il tarixli, 54 nömrəli əmrlə həmin Nazirlik yanında Dövlət Sosial X9 rayon şöbəsinin Mühasibat uçotu sektorunun məsləhətçisi vəzifəsinə təyin olunmuş və 28 noyabr 2019cu il tarixədək həmin vəzifədə işləmişdir. Təqsirləndirilən şəxs1 vəzifə təlimatı əlavə edilməklə həmin vəzifədə işləyərkən ona həvalə edilmiş istiqamət üzrə uçot və hesabat işlərinin yerinə yetirilməsinin təmin edilməsi, şöbə tərəfindən həyata keçirilən maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsi, ona nəzarətin, operativ məlumatların təqdim edilməsi, mühasibat hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsinin təmin edilməsi, təhkim olunduğu kontingent üzrə pensiyaya, müavinətə, sosial yardıma və digər ödənişə dair aidiyyəti qanunvericilik aktlarının düzgün tətbiqinin təmin edilməsi, qüvvədə olan qanunvericiliyə uyğun olaraq şəxsi hesabların açılıb aparılmasının, tapşırıq sənədlərinin ödəniş müəssisələrinə göndərilməsinin təmin edilməsi, ödənişə nəzarətin həyata keçirilməsində iştirak edilməsi, yeni təyin olunmuş pensiya, müavinət, sosial yardım və digər ödəniş işlərinin qəbul edilərək həmin işlər üzrə şəxsi hesabların açılması və tərtib edilməsinin yerinə yetirilməsi, pensiyaların, müavinətlərin, sosial yardımların və digər ödənişlərin maliyyə təminatı və ödənişinə nəzarət sahəsində tədbirlərin həyata keçirilməsi, xidmət etdiyi sahələr üzrə hərəkətdə olan şəxsi hesabların sayı və məbləğinin uçotunun qurulması və bu uçotun tələb edilən səviyyədə aparılmasının həyata keçirilməsi, pensiyaların, müavinətlərin və sosial yardımların və digər ödənişlərin maliyyə təminatı və ödənişinə dair sənəd və hesabatların tərtib edilməsi kimi vəzifələr öhdəsinə qoyulmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş 04 may 2020-ci il tarixli, ********** nömrəli məktubla daxil olmuş sənədlərdən həmçinin görünür ki, Təqsirləndirilən şəxs2 27 fevral 2013-cü il tarixli 246/K nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Abşeron rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin Pensiya təyinatı sektorunun baş məsləhətçisi vəzifəsinə, 28 iyul 2016-cı il tarixli 09/11-450 nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X9 rayon şöbəsinin Pensiya təyinatı sektorunun baş məsləhətçisi vəzifəsinə keçirilməklə 28 noyabr 2019-cu il tarixədək həmin vəzifədə işləmişdir. Təqsirləndirilən şəxs2 vəzifə təlimatı əlavə edilməklə həmin vəzifədə işləyərkən təhkim olunduğu kontingent üzrə pensiyaya dair qanunvericilik aktlarının düzgün tətbiqinin təmin edilməsi, qüvvədə olan qanunvericiliyə uyğun olaraq vətəndaşların pensiya təminatı ilə əlaqədar müraciətlərinə baxılması işinin həyata keçirilməsi, pensiyaların təyin olunması və yenidən hesablanması üçün ərizələrə, zəruri olan digər sənədlərə baxılmasının, pensiyaçıların işlərinin və digər sənədlərin hazırlanması və saxlanılmasının həyata keçirilməsi, pensiya təyinatı aparılmış işlər üzrə ödənişin həyata keçirilməsi üçün həmin işlərin Mühasibat uçotu sektorunun aidiyyəti işçilərinə təqdim edilməsi kimi vəzifə öhdəlikləri qoyulmuşdur. Təqsirləndirilən şəxs3 29 dekabr 2013-cü il tarixli, 09/11-432 nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Abşeron rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin Ünvanlı sosial yardım və sosial müavinətlər sektorunun baş məsləhətçisi vəzifəsinə, 28 iyul 2016-cı il tarixli 09/11- 450 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X9 rayon şöbəsinin Sosial yardım və müavinət sektorunun baş məsləhətçisi vəzifəsinə keçirilməklə 28 noyabr 2019-cu il tarixədək həmin vəzifədə işləmiş və vəzifə təlimatına uyğun olaraq qulluq funksiyalarına həvalə edildiyi istiqamət üzrə vətəndaşlara müavinətlərin, sosial yardımların və digər ödənişlərin təyin olunması üçün zəruri sənədlərin vaxtında qəbul edilməsi və baxılması, vətəndaşların sektora təqdim etdiyi sənədlərin düzgünlüyünün qarşılıqlı yoxlanılması, müavinət, sosial yardım və digər ödənişlərin təyinatına dair hesabat və məlumatların tərtib edilməsi, zəruri hallarda sosial yardım almaq üçün müraciət etmiş şəxslərin gəlirləri barədə məlumatların yerində qarşılıqlı yoxlanılmasında iştirak etməklə vətəndaşların ərizə, şikayət, təkliflərinə baxılması və onların hərtərəfli təhlil edərək, əsaslı şikayətlərin aradan qaldırılması üçün təsirli tədbirlərinin görülməsi kimi üzərinə vəzifə öhdəlikləri qoyulmuşdur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsi tərəfindən verilmiş 14 mart 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsi tərəfindən verilmiş 14 mart 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsi tərəfindən verilmiş 14 mart 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsindən daxil olmuş 19 mart 2020-ci il tarixli, 19/51-2961 №-li məktubdan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 adı göstərilən Mərkəzdə müalicədə olmamış və yaşadıqları ünvan üzrə qeydiyyatda yoxdurlar. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Səhiyyə şöbəsi 3 nömrəli şəhər poliklinikasından daxil olmuş 17 mart 2020-ci il tarixli 173 №-li məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 Sumqayıt 3 nömrəli şəhər poliklinikasının psixiatr kabinetində ambulator və dispanser müşahidəsində yoxdur. Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi 14 saylı Mənzil-Kommunal sahəsindən daxil olmuş 18 mart 2020-ci il tarixli, 196 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 2012-ci il təvəllüdlü Səbrin Qafarlı və 2014-cü il təvəllüdlü Aylin və Nəzrin Qafarlı adlı uşaqları olmaqla, o yaşayış yerindən müsbət xarakterizə olunur. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X19 şəxsdən daxil olmuş bir ədəd CD disk və 03 iyul 2019-cu il tarixli “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na 4 nömrəli əlavə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Doğum haqqında şəhadətnamələrin sürətindən görünür ki, 26 aprel 2012-ci il təvəllüdlü Səbrin Qafarlı, 16 yanvar 2014-cü il təvəllüdlü Aylin Qafarlı və 16 yanvar 2014cü il təvəllüdlü Nəzrin Qafarlı Təqsirləndirilən şəxs1 himayəsindədir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Şahid1 təqdim etdiyi səs yazısı və “WhatsApp” sosial proqramı vasitəsilə aparılan yazışmanı özündə əks etdirən elektron daşıyıcı olan “CD” diskə keçirilmiş baxış protokolundan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 arasında danışıqlar olmuş və həmin AUDİO-2019-11-27-11-30-20 faylda Təqsirləndirilən şəxs2 ilə Şahid1 arasında olan danışığın məzmunu aşağıdakı kimi olmuşdur. T- adın da yadımnan çıxdı e N- Nazilə T- Nəzilə N- Hə T- Ay Nazilə sənə imtina zad gəlmədi? N- Yox e, gəlmir, ba mənə də o maraqlıdı. Bu mənə dedi ki, evdən gedəndə bizdən iki günə sənə imtina gələcəy. Mən də getdim rahat siz dediyiniz kimi getdim torpağ üçün, burdan durdum o boyda yolu basa-basa getdim. Getdim orda mənə güldülər dedilər bu torpağ, deyir dövlət bizə pul verir əkin-biçin üçün. Biz dövlətə T- Yox, torpağı indi deyəsən şey eləmirlər, torpağı eliyirlər. Bilirsən nədi sən sabah gələ bilərsən bura? N- Gələrəm. T- Qulaq as, onda mənim nömrəm budu zəng N- Aha. Alo, səsiniz gedir e, Tərlan xanım T- Hə? N- Səsiniz getmişdi. Hə, eşitmədim deyin indi T- Deyirəm telefon söhbəti deyil, sabah gələrsən. Ama zəng elə mənə sora gəl. Mən məzuniyyətdəyəm N- Hə, hə T- Sənə görə gələcəm, yaxşı? N- Başa düşdüm T- Zəng elə gəlim burda olarnan söhbəti çürüdüm. Çünki mənəm axı sənə zamin ona görə şey eləmirlər, eşitdün? N- Əlbəttə ki. Yox, arxeyin olun mənnən N- Yaxşı, sabah onda yaxınlaşım, saat neçə üçün yaxınlaşsam sizə uyğun olar? T- Ba sən mənə bir 10 üçün zəng elə də evə, evə deyəndə ki, mabilnimə zəng elə N- Hə, başa düşdüm, başa düşdüm T- İşə gəldim deyərəm burdayam, gəl də 1 saata zada çatdırarsan özüvü? N- Hə, çatdıraram. Prosda saat 3-4 olmasın birdənə, 3-də, 4-də T- Yo, yo, yo mən səhər-səhər gəldim gəlirəm səhər-səhər bir balaca. Bugün gəlmişəm bir, otpuskadayam da. Bi də ola bilsin ki, sabahı birisigün də gələ bilərəm N- Yaxşı, oldu Tərlan xanım onda sabah yaxınlaşacam, sağ olun T- Oldu Baxış zamanı AUDİO-2019-11-27-11-30-21 faylda Təqsirləndirilən şəxs1la Şahid1 arasında olan danışığın məzmunu aşağıdakı kimi olmuşdur. N- Salam Vüsal məllim V- Salam N- Nəysə, biyax Tərlan xanım zəng eləmişdi onda mənə heş nə mesaj gəlməmişdi. İndi sizə mesajı atmışam vatsapnan. Mənə imtina gəldi V- O şey elədi, təsdiq olunmuşdu e, prosda biyax soruşdum, mən soruşdum ki, vurulub imtinası, nəysə vurulub? Dedi bi dənə təsdiq qalıb, oları işdiyirik dedi N- Hə, hə, Allaha şükür. Yaxşı, oldu sabah görüşərik, gələcəm sabah. Oldu, sağ olun Baxış zamanı AUDİO-2019-11-27-11-30-22 faylda Təqsirləndirilən şəxs3 ilə Şahid1 arasında olan danışığın məzmunu aşağıdakı kimi olmuşdur. N- Alo. S- Alo. N- Salam əleykim Sevinc xanım. S- Əleykimə salam. N- Bağışdıyın sizi narahat eliyirəm S- Allah bağışdasın. N- Nazilədi sizi narahat eliyən, 5 nömrəli məktəbin yanında yadınıza gəlir gəlmişdiz bizə. S- Kim idi o, bilmədim, hansı Nazilə? N- 5 nömrəli məktəbin yanına S- Nazilə? N- Hə, hə. S- Hə, hə, bildim. N- Sevinc xanım mənə imtina gəldi, mən getdim Goranboya, getdim o kağız üçün. Getdim ora yaxınlaşdım ordakı tupoylar mənə deyir ki, bu pay torpağdı, dövlətindi, buna düşmür rüsum, biz sizə pul veririy. Mən dedim onda bir kağız verin mənə ki, mən gələndə gösdərim. S- Nazilə xanım sizdən bir şey soruşacam mən. N- Buyurun. S- Siz kimisə tanıyırsız, Tərlan xanımı tanıyırsız? N- Hə, tanıyıram. S- Narahat olma o nətər danışıb elə də olacağ, yaxşı? N- Mən tapmıram e, bu rüsum məsələsini S- Bildim, bildim. Dünən mənə dedilər prosda mən imtina verməliydim uje sənə getmişdi uje sənin N- Aha S- Təzədən işdiyəcəylər N- Yaxşı, yaxşı S- Bilmirəm indi sən necə danışmısan, neynəmisən o qaydada da olacağ, narahat olmaginən Baxış zamanı WhatsApp Audio 2019-11-07 at 16.40.12 faylında Təqsirləndirilən şəxs1la Şahid1 arasında olan danışığın məzmunu aşağıdakı kimi olmuşdur. V- dədi e, vurdurum? N- Nə? V- İş N- Eşitmirəm e, sizi V- Deyirəm iş sistemdədi vurdurum uje, deyim vursunlar? N- Vurun da, vurun, mən siznən razılaşdım axı V- İndi sms gələcəy, bi dənə deyərsiz də nə qədər nə vaxd təyin olundu, nə vaxdı nə qədər N- Aha, yaxşı V- Oldu, yaxşı sağ olun N- Oldu İş üzrə keçirilmiş məhkəmə-fonoskopik ekspertizasının 01.09.2020-ci il tarixli 4/561 №-li rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 1 ədəd “GOLD” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqlar 1 (bir) nəfər kişi və 3 (üç) nəfər qadın cinsinə məxsus şəxs tərəfindən aparılmışdır. CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnlərində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs1, “Q1” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs2, “Q2” kimi işarə olunmuş diktorun səsi və nitqi Şahid1, “Q3” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs3 məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd “GOLD” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıq hissələrində montaj əlamətləri müəyyən olunmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 aprel 2020-ci il tarixli, **********85 nömrəli məktubundan görünür ki, daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarına və Xidmətin ərazi idarələrində mövcud olan arxiv məlumatlarına əsasən X2 adına ümumbirgə mülkiyyətdə olan Goranboy rayonu, Qızılhacılı qəsəbəsində ümumbirgə mülkiyyətdə olan 2,30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və həmin ünvanda ümumbirgə mülkiyyətdə olan 0,29 ha həyətyanı torpaq sahəsi barədə məlumat aşkar edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsinin 30 iyul 2020-ci il tarixli, **********8 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 09/11-450 nömrəli 28 iyul 2016-cı il tarixli əmrinə və Fondun Abşeron rayon şöbəsinin 01 avqust 2016-cı il tarixli 47 nömrəli daxili əmrinə əsasən Fondun Abşeron rayon şöbəsinin Sosial yardım və müavinət sektorunun baş məsləhətçisi vəzifəsinə təyin edilmişdir. Fondun Abşeron rayon şöbəsinin əməkdaşları üzrə sahə bölgüsünün aparılması və şöbənin iş fəaliyyətinə nəzarətin artırılması ilə bağlı 04 yanvar 2018-ci il tarixli 03 nömrəli əmrinə əsasən Təqsirləndirilən şəxs3 şöbənin sosial yardım sahəsi həvalə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi “Qaydaları”na əsasən sosial yardımın alınması üçün Təmsilçi “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətdən istifadə etməklə “Ərizə-bəyannamə”ni dolduraraq X10 və X15 (VEMTAS) müraciət edir. VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların elektron qaydada yoxlanılması həyata keçirilir. Məlumatlarda uyğunsuzluq olduqda, altsistem tərəfindən avtomatik qaydada ÜDSY-nin təyin olunmasından imtina edilir, uyğunsuzluq olmadıqda VEMTAS tərəfindən ailənin maddi-məişət şəraitinin müayinəsinin (maddi-məişət şəraitinin müayinəsi dedikdə, Təmsilçinin “Ərizə-bəyannamə”də daxil etdiyi məlumatların DSMF-nin yerli şöbəsinin ünvanlı sosial yardım üzrə işçisi tərəfindən Təmsilçinin evində yoxlanılması nəzərdə tutulur) aparılması barədə tapşırıq göndərilir. Fondun yerli şöbəsinin məsul işçisi ailənin maddi-məişət şəraitinin müayinəsini həyata keçirir və nəticələrini VEMTASA-a ötürür. “Ərizə-bəyannamə”də göstərilən məlumatlar maddi-məişət şəraitinin müayinəsində öz təsdiqini taparsa, VEMTAS tərəfindən ailəyə ÜDSY-nin təyin olunması barədə, öz təsdiqini tapmadıqda isə ÜDSY-nin təyin olunmasından imtina edilməsi barədə qərar çıxarılır. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının informasiya sistemlərində elektron sənəd mübadiləsi üçün ancaq gücləndirilmiş imzadan və sertifikatlaşdırılmış imza vasitələrindən istifadə qaydalarına uyğun olaraq Təqsirləndirilən şəxs3 2018-ci ilin sentyabr ayında elektron imza verilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 03 iyun 2020-ci il tarixli, **********8 nömrəli məktubdan görünür ki, ünvan 12 ünvanında yaşayan Şahid1 18 iyun 2019-cu il tarixli ünvanlı dövlət sosial yardımla bağlı **********95802 nömrəli müraciətinə uyğun olaraq Fondun Abşeron rayon Şöbəsinin ünvanlı sosial yardım üzrə sabiq işçisi Təqsirləndirilən şəxs3 tərəfindən 03.07.2019-cu il tarixində “Ailənin maddi-məişət şəraitinin müayinəsi” aparılmışdır. Həmin müayinənin nəticəsi yəni, “ailənin torpaq mülkiyyəti barədə məlumatın gizlədilməsi” Təqsirləndirilən şəxs3 tərəfindən 10 iyul 2019-cu il tarixində gücləndirilmiş elektron imza ilə təsdiqlənərək VEMTAS-a ötürülmüşdür. VEMTAS proqramı tərəfindən ÜDSY təyinindən ailənin torpaq mülkiyyəti barədə məlumatın gizlədilməsi əsas götürülərək imtina edilmişdir. Şahid1 14 iyul 2019-cu il tarixində ünvanlı dövlət sosial yardımla bağlı yenidən VEMTAS-a müraciət etmişdir. Vətəndaş tərəfindən təkrar **********95803 nömrəli müraciət zamanı da ailənin pay torpağı ilə bağlı ərizə bəyannamədə heç bir məlumat daxil edilməmişdir. Məlumatlarda uyğunsuzluq olmadığı Təqsirləndirilən şəxs3 tərəfindən 16 iyul 2019-cu il tarixində gücləndirilmiş elektron imza ilə təsdiqlənərək VEMTAS-a ötürülmüşdür. Müraciətin nəticəsinə uyğun olaraq VEMTAS proqramı tərəfindən Şahid1 ailəsinə 01.07.2019-cu il tarixindən aylıq 317.76 manat ÜDSY təyin edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin məktubla X2 ailə üzvləri ilə birlikdə adına olan, Goranboy rayonu Qızılhacılı qəsəbəsində yerləşən 2.30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə verilmiş JN-279 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktının və 0.29 ha həyətyanı torpaq sahəsinə verilmiş JN-190A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiq olunmuş surətləri istintaqa göndərilmişdir. Qəbzdən görünür ki, 900 manat maddi ziyan Təqsirləndirilən şəxs1 tərəfindən tam olaraq ödənilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsində vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildiyinə görə min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. AzərbaycanRespublikasıCPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibinə xitam verilir. Azərbaycan Respublikasının CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikasının CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Göründüyü kimi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.3, 29,178.2.3, 32.4,312.1, 32.4,308.1 və 32.4,313-cü maddələri, Təqsirləndirilən şəxs2 CM-nin 32.5,178.2.3, 32.5,29,178.2.3, 32.4,312.1, 32.4,308.1 və 32.4,313-cü maddələri və Təqsirləndirilən şəxs3 CM-nin 308.1 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilsə də, cinayətin törədildiyi gündən iki ildən artıq müddət keçmişdir, yəni təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmin cinayəti 14.07.2019-cu il tarixdə törətmişdir. Buna görə də şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəllənin 313-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və həmin epizod üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Məhkəmənin qənaətinə görə ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxslərin ittiham olunduqları cinayət əməlini törətmələri haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onların əməllərini Azərbaycan Respublikası CM-nin sadalanan maddələri ilə düzgün tövsif etmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Müdafiə tərəfinin təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibinin olmamasına dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onlar tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Məhkəmə təqsirləndirilən şəxslərin məhkəmə iclasında verdiyi ifadələrinə də tənqidi yanaşaraq hesab edir ki, onların ifadələri özünü müdafiə xarakteri daşıyır və belə ifadə verməklə onlar məsuliyyətdən yayınmaq istəyirlər. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinin, ekspert rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 178.2.3, 29,178.2.3, 32.4,312.1, 32.4,308.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 32.5,178.2.3, 32.5,29,178.2.3, 32.4,312.1, 32.4,308.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 04 saylı qərarının 13-cü bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «İnsan Hüquqlarının və X5 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.3-cü bəndində törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması tövsiyə olunmuşdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarının 4-cü bəndində göstərilmişdir ki, CM-nin 59-cu maddəsində nəzərdə tutulmamış halları cəzanı yüngülləşdirən hallar kimi nəzərə alındıqda belə halların yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyini zamanı törətdiyi əməldən peşmançılıq çəkməsini, himayəsində 3 azyaşlı uşağının olmasını, cinayət əməli nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyini zamanı yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs3 cəza təyini zamanı yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CPM-in 1.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2010-cu il tarixli Qərarında qeyd edilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Bundan başqa, məhkəmə qeyd edir ki, cinayətin xarakteri əməlin qəsd etdiyi ictimai münasibətlərin xarakteri ilə müəyyən edilir və cinayətin bu xassəsinin keyfiyyət göstəricisi, ictimai təhlükəliliyi isə yetirilən zərərin miqdarı, həcmi və dərəcəsi, qəsdin özünün xüsusiyyətləri, bəzi hallarda cinayətin subyektinin xüsusiyyətləri ilə müəyyən edilir və ictimai təhlükəliliyin kəmiyyət tərəfi sayılır. Yuxarıda sadalanan normativ hüquqi aktların tələbinə uyğun olaraq məhkəmə, təqsirləndirilən şəxsə törətdiyi cinayət əməlinə görə təyin ediləcək cəzanın növünün və həddinin müəyyən edilməsi məsələsini müzakirə edərkən, təqsirləndirilən şəxsə fərdi yanaşılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə təqslirləndirilən şəxs Təqsirləndirilən şəxs1 ittiham olunduğu Azərbaycan Resplublikası Cinayət Məcələsinin 178.2.3, 29,178.2.3, 32.4,312.1, 32.4,308.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan cəzanın növünü və həddini müəyyən edərkən, onun şəxsiyyətini, ilk dəfə az ağır cinayətlər törətməsini, törətdiyi cinayətin xarakterini, cəzasını yüngülləşdirən halı, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməlidir. Məhkəmə təqslirləndirilən şəxs Təqsirləndirilən şəxs2 ittiham olunduğu CM-nin 32.5,178.2.3, 32.5,29,178.2.3, 32.4,312.1, 32.4,308.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan cəzanın növünü və həddini müəyyən edərkən, onun şəxsiyyətini, ilk dəfə az ağır cinayətlər törətməsini, törətdiyi cinayətin xarakterini, cəzasını yüngülləşdirən halı, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməlidir. Məhkəmə təqslirləndirilən şəxs Təqsirləndirilən şəxs3 ittiham olunduğu CM-nin 308.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın növünü və həddini müəyyən edərkən, onun şəxsiyyətini, ilk dəfə az ağır cinayətlər törətməsini, törətdiyi cinayətin xarakterini, cəzasını yüngülləşdirən halı, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin qeyd etmək lazımdır ki, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bunlara onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və s. daxildir (Cinayət Məcəlləsinin 70.5-ci maddəsi). İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmişdir ki, Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdə təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıqaşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Eyni zamanda BMT-nin həbs edilmə ilə bağlı olmayan tədbirlərə dair standart minimal qaydaların 1.2-ci maddəsinə uyğun olaraq, ədalət mühakiməsinin həyata keçirilməsində, xüsusən, məhkumla davranmada ictimaiyyətin daha fəal iştirak etməsini təmin etmək, habelə məhkumda cəmiyyət qarşısında məsuliyyət hissini inkişaf etdirməyə yardım göstərmək məqsədini daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Göstərilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş cəzalar qismən toplamaq yolu ilə onlara cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. İstinad edilən maddələrin tələbi baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin olunacaq azadlıqdan məhrum etmə cəzasına şərti məhkum etmənin sınaq müddəti müəyyən edilməli, üzərilərinə onların davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edildiyindən, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X19 şəxsdən daxil olmuş bir ədəd CD disk və “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na 4 nömrəli əlavə cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 900 (doqquz yüz) manat maddi ziyanın istintaq müddətində ödənilməsi nəzərə alınmalidir. İş üzrə keçirilmiş məhkəmə fonoskopik ekspertiza xərci 300 (üç yüz) manat və 132 (yüz otuz iki) manat məhkəmə xətşünaslıq ekspertizası xərci olmaqla cəmi 432 (dörd yüz otuz iki) manat ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək şəkildə tutularaq dövlət büdcəsinə ödənilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358 və 384-cümaddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.2.3 və 29, 178.2.3-cü maddələri ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası CM-in 46.2-ci maddəsi tətbiq olunmaqla, 01 (bir) il müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 32.4, 308.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, barəsində 01(bir) il müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 32.4, 312.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əlavə cəzaları və əsas cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq, 01 (bir) il 09 (doqquz) ay il dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla, Təqsirləndirilən şəxs1 təyin olunmuş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs1 qarşı elan olunmuş ittiham üzrə Azərbaycan Respublikası CM-in 32.4,313-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və həmin epizod üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 32.5, 178.2.3, 32.5, 29, 178.2.3-cü maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası CM-in 46.2-ci maddəsi tətbiq olunmaqla, 01(bir) il müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 32.4, 308.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, barəsində 01(bir) il müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 32.4, 312.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əlavə cəzaları və əsas cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq, 01 (bir) il 06 (altı) ay il müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla, Təqsirləndirilən şəxs2 təyin olunmuş 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs2 qarşı elan olunmuş ittihamdan Azərbaycan Respublikası CM-in 32.4,313-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və həmin epizod üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 308.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, barəsində 01(bir) il müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla, Təqsirləndirilən şəxs3 təyin olunmuş 01(bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs3 qarşı elan olunmuş ittihamdan Azərbaycan Respublikası CM-in 313-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və həmin epizod üzrə icraata xitam verilsin. İş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X19 şəxsdən daxil olmuş bir ədəd CD disk və “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na 4 nömrəli əlavə cinayət işinin materiallarında saxlanılsın. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə 900 (doqquz yüz) manat maddi ziyanın ödənilməsi nəzərə alınsın. İş üzrə keçirilmiş məhkəmə fonoskopik ekspertiza xərci 300 (üç yüz) manat və 132 (yüz otuz iki) manat məhkəmə xətşünaslıq ekspertizası xərci olmaqla cəmi 432 (dörd yüz otuz iki) manat ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək şəkildə tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan, 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar