Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-103/2024 25.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X1 , Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1983-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və ya götürülməmiş. ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2aşamış, barəsində digər cinayət işi üzrə Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(012)- 43/2024 saylı qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.5 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 16 mart 2022-ci il tarixdə saat 22:00 radələrində Abşeron rayonu Ceyranbatan qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus taxta sexinin arxa divarının mişar daşlarını yerindən çıxarmaqla saxlanc yeri hesab edilən sexə qanunsuz daxil olaraq oradan 1 ədədinin dəyəri 400 (dörd yüz) manat təşkil edən 5 (beş) top elektrik naqillərini gizli olaraq talayıb ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 2000 (iki min) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 12 iyun 2022-ci il tarixdə saat 23:00 radələrində Abşeron rayonu Saray qəsəbəsi M.Rahim küçəsində yerləşən Zərərçəkmiş şəxs7 məxsus fərdi yaşayış evinə pəncərədən keçməklə qanunsuz daxil olaraq otaqların divarlarından çəkilmiş ümumi dəyəri 1000 (min) manat təşkil edən elektrik naqillərini, evin ikinci mərtəbəsində olan 1 (bir) ədəd dəyəri 40 (qırx) manat təşkil edən direli, 1 (bir) ədəd dəyəri 130 (yüz otuz) manat təşkil edən perforatoru, hər birinin dəyəri 6 (altı) manat 80 (səksən) qəpik təşkil edən 10 (on) ədəd sement kisəsini və ümumi dəyəri 375 (üç yüz yetmiş beş) manat təşkil edən taxtaları gizli olaraq talayıb ələ keçirərək Zərərçəkmiş şəxs7 ümumilikdə 1613 (min altı yüz on üç) manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 25 iyun 2022-ci il tarixdə saat 13:00 radələrində Abşeron rayonu Saray qəsəbəsi Ç.Aytmatov küçəsində yerləşən Zərərçəkmiş şəxs4 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə, sonra isə zirzəminin nəfəsliyindən keçməklə evə qanunsuz daxil olaraq evin birinci mərtəbəsindəki otaqdan 1 (bir) ədəd dəyəri 200 (iki yüz) manat təşkil edən samovarı, ikinci mərtəbəsindəki otaqdan isə ümumi dəyəri 200 (iki yüz) manat təşkil edən müxtəlif santexniki avadanlıqları gizli olaraq talayıb ələ keçirərək Zərərçəkmiş şəxs4 ümumilikdə 400 (dörd yüz) manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 14 sentyabr 2022-ci il tarixdə saat 19:00 radələrində Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs5 məxsus bağ evinin həyətyanı sahəsinə hasardan aşmaqla qanunsuz daxil olaraq həyətyanı sahədə yerləşən hindən hər birinin dəyəri 10 (on) manat olan 25 (iyirmi beş) ədəd toyuğu, hər birinin dəyəri 40 (qırx) manat olan 5 (beş) ədəd hind quşunu və hər birinin dəyəri 15 (on beş) manat olan 2 (iki) ədəd xoruzu gizli olaraq talayıb ələ keçirərək Zərərçəkmiş şəxs5 ümumilikdə 480 (dörd yüz səksən) manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 24 sentyabr 2022-ci il tarixdə saat 01:00 radələrində Abşeron rayonu Saray qəsəbəsi “Üzümlük” massivində yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinə zirzəmidən keçməklə qanunsuz daxil olaraq evin dəhlizindən sol tərəfdəki yarıtəmirli otağından ümumi dəyəri 70 (yetmiş) manat təşkil edən alçipan bərkidilməsində istifadə olunan “əqrəb” adlandırılan 2 (iki) ədəd dəmir parçasını və evin damında saxlanılan 200 manat dəyərində elektrik naqillərini gizli olaraq talayıb ələ keçirərək Zərərçəkmiş şəxs2 ümumilikdə 270 (iki yüz yetmiş) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 07 oktyabr 2022-ci il tarixdə saat 01:00 radələrində Abşeron rayonu Saray qəsəbəsi “Üzümlük” massivində yerləşən Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində saxlanc yeri hesab edilən əl damına qanunsuz daxil olaraq oradan dəyəri 200 (iki yüz) manat təşkil edən 1 (bir) ədəd samovarı və dəyəri 50 (əlli) manat təşkil edən 1 (bir) ədəd alüminium qazanı gizli olaraq talayıb ələ keçirərək Zərərçəkmiş şəxs3 ümumilikdə 250 (iki yüz əlli) manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 15 oktyabr 2022-ci il tarixdə satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (İİ Siyahı) daxil edilmiş 1 (bir) ədəd gümüşü rəngli siqaret kağızı bükümündə çəkisi 0,609 qram olan psixotrop maddə metamfetamini 10 (on) manat pul müqabilində qanunsuz olaraq əldə edib Abşeron rayonu Saray qəsəbəsi E.Hümmətov küçəsinə daşıyaraq gəzdirmiş, 15 oktyabr 2022-ci il tarixdə saat 14:00 radələrində Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Abşeron rayonu Saray qəsəbəsi E.Hümmətov küçəsində saxlanılaraq Saray polis bölməsinin inzibati binasına aparılmış və həmin tarixdə saat 14:35-dən 14:55-dək üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən həmin 0,609 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən 18 oktyabr 2022-ci il tarixdə saat 19:00 radələrində Abşeron rayonu Saray qəsəbəsi “Üzümlük” massivində yerləşən Zərərçəkmiş şəxs14 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə, sonra isə həyətyanı sahədə yerləşən evin saxlanc otağına qanunsuz daxil olaraq oradan dəyəri 350 (üç yüz əlli) manat təşkil edən 1 (bir) ədəd qaynaq aparatını, dəyəri 100 (yüz) manat təşkil edən 1 (bir) ədəd laqondanı və dəyəri 50 (əlli) manat təşkil edən 1 (bir) ədəd direli gizli olaraq talayıb ələ keçirərək Zərərçəkmiş şəxs14 ümumilikdə 500 (beş yüz) manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 21 oktyabr 2022-ci il tarixdə saat 02:00 radələrində Abşeron rayonu Saray qəsəbəsi “Yeni məhəllə” adlandırılan ərazidə yerləşən Zərərçəkmiş şəxs8 məxsus fərdi yaşayış evinə avtomobillərin salınması üçün nəzərdə tutulmuş qaraj hissəsinin qapısını güc tətbiq etməklə açıb yaşayış sahəsinə qanunsuz daxil olaraq evdən 1 (bir) ədəd 2000 (iki min) manat dəyərində “Samsung” markalı televizoru, 1 (bir) ədəd 300 (üç yüz) manat dəyərində ətçəkən maşını, 1 (bir) ədəd 150 (yüz əlli) manat dəyərində su qızdırıcısını, hər birinin dəyəri 50 (əlli) manat olmaqla ümumi dəyəri 200 (iki yüz) manat olan 4 (dörd) ədəd su kranını və hər birinin dəyəri 100 (yüz) manat olmaqla ümumi dəyəri 700 (yeddi yüz) manat olan 7 (yeddi) ədəd qazanı gizli olaraq talayıb ələ keçirərək Zərərçəkmiş şəxs8 ümumilikdə 3350 (üç min üç yüz əlli) manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 26 oktyabr 2022-ci il tarixdə saat 20:00 radələrində Abşeron rayonu Saray qəsəbəsi “Üzümlük” massivində yerləşən Zərərçəkmiş şəxs6 məxsus fərdi yaşayış evinə pəncərədən keçməklə qanunsuz daxil olaraq yataq otağından 1 (bir) ədəd dəyəri 480 (dörd yüz səksən) manat təşkil edən “LG” markalı 82 mm diaqonal ölçülü ekrana malik televizoru və 1 (bir) ədəd dəyəri 180 (yüz səksən) manat təşkil edən təmir alətləri dəstini gizli olaraq talayıb ələ keçirərək Zərərçəkmiş şəxs6 ümumilikdə 660 (altı yüz altmış) manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 07 noyabr 2022-ci il tarixdə saat 05:00 radələrində Abşeron rayonu Saray qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs13 məxsus yaşayış sahəsindən dəyəri 250 (iki yüz əlli) manat təşkil edən 1 (bir) ədəd 2 ton tutuma malik olastik su çənini gizli olaraq talayıb ələ keçirərək Zərərçəkmiş şəxs13 həmin dəyərdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 19 noyabr 2022-ci il tarixdə saat 01:00 radələrində Abşeron rayonu Saray qəsəbəsi Babək küçəsində yerləşən Zərərçəkmiş şəxs11 məxsus yaşayış sahəsinə hasardan keçməklə qanunsuz daxil olaraq oradan hər birinin dəyəri 300 (üç yüz) manat olan 10 (on) ədəd dəmir fermanı gizli olaraq talayıb ələ keçirərək Zərərçəkmiş şəxs11 ümumilikdə 3000 (üç min) manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 23 noyabr 2022-ci il tarixdə saat 23:00 radələrində Abşeron rayonu Saray qəsəbəsi “Üzümlük” massivində yerləşən Zərərçəkmiş şəxs10 məxsus fərdi yaşayış evinə pəncərədən keçməklə qanunsuz daxil olaraq oradan 1 (bir) ədəd 190 (yüz doxsan) manat dəyərində “Bosch” markalı perforatoru, 1 (bir) ədəd 160 (yüz altmış) manat dəyərində kombi avadanlığının 22 çıxışa malik kollektor sistemini, hər birinin dəyəri 60 (altmış) manat olan 3 (üç) ədəd su kranını, hər birinin dəyəri 7 (yeddi) manat olan 16 (on altı) ədəd radiator kranını, hər birinin dəyəri 55 (əlli beş) manat olan 2 (iki) ədəd laqondanı gizli olaraq talayıb ələ keçirərək Zərərçəkmiş şəxs10 ümumilikdə 752 (yeddi yüz əlli iki) manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən 29 noyabr 2022-ci il tarixdə saat 17:00 radələrində Abşeron rayonu Saray qəsəbəsi ərazisindən keçən 522 saylı marşrut xətti üzrə hərəkət edən mikroavtobusda sərnişin olan Zərərçəkmiş şəxs15 əynindəki boz rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd 300 (üç yüz) manat dəyərində “Samsung” markalı “A51” model mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs15 həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 05 dekabr 2022-ci il tarixdə saat 06:00 radələrində Abşeron rayonu Saray qəsəbəsi “Yeni məhəllə” adlandırılan ərazidə yerləşən Zərərçəkmiş şəxs9 məxsus yaşayış sahəsinə hasardan keçməklə qanunsuz daxil olaraq oradan hər birinin dəyəri 50 (əlli) manat olan 4 (dörd) ədəd avtomobil şinini, hər birinin dəyəri 200 (iki yüz) manat olan 5 (beş) ədəd yük qaldırıcısını, hər birinin dəyəri 100 (yüz) manat olan 3 (üç) ədəd məngənəni, hər birinin dəyəri 30 (otuz) manat olan 12 (on iki) ədəd dəmir dirəyi, hər birinin dəyəri 10 (on) manat olan 20 (iyirmi) ədəd dəmir ayaqaltını, hər birinin dəyəri 150 (yüz əlli) manat olan 3 (üç) ədəd dəmir listi, hər birinin dəyəri 60 (altmış) manat olan 3 (üç) ədəd dəmir barmaqlığı, 1500 (min beş yüz) manat dəyərində təxminən 800 (səkkiz yüz) metr uzunluğunda zənciri, 1 (bir) ədəd 20 (iyirmi) manat dəyərində dəmir skamyanı, 1 (bir) ədəd 150 (yüz əlli) manat dəyərində plastik materialdan olan pəncərəni, 1 (bir) ədəd 100 (yüz) manat dəyərində çadırı, 500 (beş yüz) manat dəyərində təxminən 2-3 (iki-üç) metr uzunluqlarda və təxminən 300 (üç yüz) metr uzunluğunda armaturları gizli olaraq talayıb ələ keçirərək Zərərçəkmiş şəxs9 ümumilikdə 4960 (dörd min doqquz yüz altmış) manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 12 dekabr 2022-ci il tarixdə saat 23:00 radələrində Abşeron rayonu Saray qəsəbəsi "Üzümlük” massivində yerləşən Zərərçəkmiş şəxs17 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə, sonra isə pəncərədən keçməklə evə qanunsuz daxil olaraq oradan dəyəri 300 (üç yüz) manat təşkil edən elektrik naqilləri və dəyəri 100 (yüz) manat təşkil edən 1 (bir) ədəd perforatoru (dağıdıcı direli) gizli olaraq talayıb ələ keçirərək Zərərçəkmiş şəxs17 ümumilikdə 400 (dörd yüz) manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 29 yanvar 2023-cü il tarixdə saat 21:00 radələrində Abşeron rayonu Saray qəsəbəsi “Bağlar massivi” deyilən ərazidə yerləşən X3 məxsus yaşayış sahəsinə hasardan keçməklə qanunsuz daxil olaraq oradakı tövlədən Zərərçəkmiş şəxs12 məxsus hər birinin dəyəri 150 (yüz əlli) manat olan 2 (iki) baş qoyunu və hər birinin dəyəri 40 (qırx) manat olan 3 (üç) ədəd hind quşunu gizli olaraq talayıb ələ keçirərək Zərərçəkmiş şəxs12 ümumilikdə 420 (dörd yüz iyirmi) manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 14 fevral 2023-cü il tarixdə saat 02:00 radələrində Abşeron rayonu Saray qəsəbəsi Nizami küçəsində Zərərçəkmiş şəxs16 etibarnamə əsasında idarə etdiyi “DAF” markalı Az **-SC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin hər birinin dəyəri 350 (üç yüz əili) manat təşkil edən 2 (iki) ədəd akkumulyatorunu çıxarıb ələ keçirərək Zərərçəkmiş şəxs16 ümumilikdə 700 (yeddi yüz)manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü əvvəlcə qismən, yalnız CM-nin 234.1 maddəsi, sonrakı məhkəmə iclasında isə özünü tam təqsirli bilərərk, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirib, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 177.2.5 və 234.1-ci maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə ünvan 2aşayır. Evlidir, himayəsində azyaşlı uşaq var. 2012-ci ildə satış məqsədilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 08 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 2020-ci ilin yanvar ayında cəza müddəti başa çatdığından azadlığa buraxılmışdır. Həmin vaxtdan heç bir yerdə işləmir.Zərərçəkmiş şəxs1 əvvəllər tanımamış, aralarında heç bir münasibət, o cümlədən düşmənçilik və ya ədavət olmamışdır. Maddi vəziyyəti ağır olduğu üçün və işsizlikdən əziyyət çəkdiyi üçün şəxsi ehtiyaclarını qarşılamaq məqsədilə 2022-ci ilin mart ayının ortalarında oğurluq etmək və oğurladıqlarını sataraq pul əldə etmək fikrinə düşmüşdür. 16 mart 2022-ci il tarixdə saat 22:00 radələrində Abşeron rayonu Ceyranbatan qəsəbəsində olarkən istifadə olunmayan taxta sexi görmüşdür. Sexin ətrafını dolanıb heç kimin olmadığına əmin olduqdan sonra arxa divarına yaxınlaşmış və divarın tikildiyi mişar daşlarının köhnəldiyini görüb təpiklə zərbələr endirməklə bir neçəsini yerindən çıxarmışdır. Daha sonra divarda açılmış dəlikvari yerdən sexə daxil olmuşdur. İçərini bir qədər axtarıb 5 top elektrik naqili tapmış və onları sexdən çölə çıxarmışdır. Bundan sonra elektrik naqillərini özü ilə götürərək yolun kənarına gətirmişdir. Bir neçə dəqiqə sonra topları oradan keçən tanımadığı taksi avtomobilinə yükləyərək Abşeron rayonu Saray qəsəbəsinə getmişdir. Ertəsi gün oğurladığı elektrik naqillərini “Qazel” markalı avtomobillə dolaşaraq səyyar metal qəbul edən tanımadığı şəxsə sataraq 400 manat pul əldə etmiş və həmin pulun hamısını bir müddət şəxsi ehtiyaclarına xərcləmişdir. Oğurladığı əşyaları satdığı şəxsi əvvəllər tanımamış, həmin şəxsin ad-soyadlarını, yaşadığı ünvanı və mobil telefon nömrəsini bilməmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs7 əvvəllər tanımamış, aralarında heç bir münasibət, o cümlədən düşmənçilik və ya ədavət olmamışdır. Maddi sıxıntıları olduğundan ara-sıra oğurluq etmişdir. 12 iyun 2022-ci il tarixdə saat 23:00 radələrində oğurluq etmək məqsədilə yaşadığı evdən çıxıb Abşeron rayonu Saray qəsəbəsini gəzməklə boş ev axtarmağa başlamışdır. Bir qədər gəzib-dolandıqdan sonra adını bilmədiyi küçələrin birində inşası başa çatmamış ev görmüşdür. Hasardan boylanıb evdə heç kimin olmadığına əmin olduqdan sonra oğurluq niyyətini reallaşdırmaq qərarına gəlmişdir. Ətrafda heç kim olmadığından hasardan keçməklə yaşayış sahəsinə daxil olmuşdur. Daha sonra evin yan tərəfinə addımlamış və sol tərəfdəki plastik pəncərəni əli ilə möhkəm itələyib açmaqla evə daxil olmuşdur. Ev tam təmirli vəziyyətdə olmamış, divarlardakı elektrik naqillərini söküb çıxarmışdır. Bundan sonra evin ikinci mərtəbəsindəki otaqlardan birində olan 1 ədəd direli və 1 ədəd perforatoru götürüb birinci mərtəbəyə düşürmüş, ardınca divardakı elektrik şitinin naqillərini qoparıb götürdüklərinin hamısını bir yerə yığmışdır. Söküb çıxardığı naqillərin hamısını evdən çölə daşıyaraq hasarın digər tərəfində olan özü ilə gətirib küçədə saxladığı əl arabasının içərisinə yığmış, həmçinin həyətdə gördüyü sement kisələrinin bir neçəsini də arabanın içərisinə atmışdır. Bundan sonra oğurladıqlarının hamısını evdən bir qədər aralıda yerləşən çöllük əraziyə daşımışdır. Ardınca evə qayıdıb 10 ədəd sement kisəsini və təxminən 15 ədəd taxtanı daşıyaraq həmin yerdə gizlətmişdir. Ertəsi gün oğurladığı əşyaların hamısını “Qazel” markalı avtomobillə səyyar metal və digər bütün növ əşyalar qəbul edən tanımadığı şəxsə 150 manata satmışdır. Əşyaları satarkən onların özünə məxsus olduqlarını, sadəcə ehtiyacı olduğuna görə satdığını bildirmiş, əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Evə daxil olarkən niyyəti yalnız oğurluq etməkdən ibarət olmuş, hadisəni təkbaşına törətmiş, hadisə zamanı yanında heç kim olmamışdır. Bundan başqa Zərərçəkmiş şəxs4 əvvəllər tanımamış, aralarında heç bir münasibət, o cümlədən düşmənçilik və ya ədavət olmamışdır. Pula ehtiyacı olduğuna görə Abşeron rayonu Saray qəsəbəsi Ç.Aytmatov küçəsində yerləşən fərdi yaşayış evlərinin birindən oğurluq etmək qərarına gəlmişdir. 25 iyun 2022-ci il tarixdə saat 13:30 radələrində evlərdən birinin həyətinə keçmək üçün taxtadan nərdivan kimi istifadə edib daş hasardan həyətə keçmişdir. Evin zirzəmisinin nəfəsliyinə vurduqda açılmış, oradan evə daxil olmuşdur. Bu zaman evdə yaşayış olmadığını görmüş, təmir işlərinin aparıldığını başa düşmüşdür. Evin giriş hissəsinin sol tərəfində - birinci mərtəbədəki pilləkənin aşağı hissəsində olan 1 ədəd platin materialdan hazırlanmış 5 litr həcmli samovar, daha sonra ikinci mərtəbəyə qalxıb sanitar qovşağından santexniki avadanlıqlar olan 2 ədəd “25-lik” su kranını və 1 ədəd “amerikanka” adlandırılan ləvazimat götürmüş və evə daxil olduğu yerdən çıxıb getmişdir. Oğurladığı əşyaları sonradan Saray qəsəbəsi ərazisində yoldan keçən və avtomobillə səyyar metal qəbul edən metal alıcısına satıb 170 manat pul əldə etmiş və həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs5 əvvəllər tanımamış, aralarında heç bir münasibət, o cümlədən düşmənçilik və ya ədavət olmamışdır. Buna baxmayaraq Zərərçəkmiş şəxs5 məxsus Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən bağ evində yaşayış olmadığını bilmişdir. Bir neçə dəfə həmin evin qarşısından keçərkən işıqların sönülü vəziyyətdə olduğunu görmüş, bu səbəbdən evin əksər vaxtlarda boş olduğu qənaətinə gəlmişdir. 14 sentyabr 2022-ci il tarixdə saat 19:00 radələrində Novxanı qəsəbəsində olarkən evə daxil olub oğurluq etmək üçün əlverişli vaxt olduğunu görüb bu niyyətini reallaşdırmağa qərar vermişdir. Evə yaxınlaşıb ətrafa baxmış, heç kəsin olmadığına əmin olduqdan sonra mişar daşlarından tikilmiş hasarın üzərinə çıxıb həyətyanı sahəyə tullanmışdır. Daha sonra hinə yaxınlaşıb qapını açmış və orada olan 25 ədəd toyuğu, 5 ədəd hind quşunu və 2 ədəd xoruzu özü ilə gətirdiyi 4 ədəd torbaya yığmış və Sumqayıt şəhərinə aparmışdır.Bundan sonra keçən müddətdə oğurladığı ev quşlarını müxtəlif tarixlərdə kəsib istifadə etmiş, törətdiyi oğurluq hadisəsi barədə heç kəsə məlumat verməmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs2 əvvəllər tanımamış, aralarında heç bir münasibət, o cümlədən düşmənçilik və ya ədavət olmamışdır. Maddi vəziyyəti ağır olduğu üçün və işsizlikdən əziyyət çəkdiyi üçün şəxsi ehtiyaclarını qarşılamaq məqsədilə 2022-ci ilin sentyabr ayının ortalarında oğurluq etmək və oğurladıqlarını sataraq pul əldə etmək fikrinə düşmüşdür. 23 sentyabr 2022-ci il tarixdən 24 sentyabr 2022-ci il tarixə keçən gecə saat 01:00 radələrində Abşeron rayonu Saray qəsəbəsi “Üzümlük” massivində piyada gəzişərkən yeni tikilmiş fərdi yaşayış evi görüb oradan oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə evin mişar daşlarından hörülmüş hasarından aşmaqla həyətyanı sahəyə keçmişdir. Bundan sonra yarıtəmirli vəziyyətdə olan birmərtəbəli evə yaxınlaşıb dəmir materialdan olan qapısını yoxlamış və bağlı olduğunu görmüşdür. Buna görə də zirzəmidən evə daxil olub dəhlizin sol tərəfindəki yarıtəmirli otaqdan alçipan bərkidilməsində istifadə edilən “əqrəb” adlandırılan dəmir parçalarını götürmüş, ardınca çəkilmiş elektrik naqillərini kəsib özü ilə götürüb evdən çıxmışdır. Oğurladığı əşyaları hasarın digər tərəfinə atdıqdan sonra özü də hasardan aşıb oradan uzaqlaşmışdır. Sonrakı günlərdə oğurladığı əşyaları tanımadığı şəxsə sataraq əldə etdiyi pulu psixotrop maddə almağa xərcləmişdir. Oğurladığı əşyaları satdığı şəxsi əvvəllər tanımamış, həmin şəxsin ad-soyadını, yaşadığı ünvanı və mobil telefon nömrələrini bilməmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs3 əvvəllər tanımamış, aralarında heç bir münasibət, o cümlədən düşmənçilik və ya ədavət olmamışdır. Pula ehtiyacı olduğu üçün Abşeron rayonu Saray qəsəbəsi “Üzümlük” massivində yerləşən fərdi yaşayış evlərinin birindən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə 06 oktyabr 2022-ci il tarixdən 07 oktyabr 2022-ci il tarixə keçən gecə saat 01:00 radələrində evlərin birinin hasarından aşmaqla həyətyanı sahəyə daxil olmuşdur. Daha sonra həyətyanı sahədə yerləşən əl damının qapısını açıb içəri keçmiş və oradan 1 ədəd 5 litr həcmində platin samovar və 1 ədəd irihəcmli alüminium qazan götürərək evi tərk etmişdir. Ertəsi gün oğurladığı əşyaları Saray qəsəbəsi ərazisində səyyar metal qəbulu ilə məşğul olan avtomobilin sürücüsünə 50 manata satmış və əldə etdiyi pulu psixotrop maddə almağa xərcləmişdir. Törətdiyi oğurluq hadisəsi ilə əlaqədar özünü təqsirli bilir və əməlindən peşmandır. Bundan başqa, 15 oktyabr 2022-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhəri Corat qəsəbəsində tanımadığı və anket məlumatlarını bilmədiyi şəxsə 10 manat pul verməklə 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə “şüşə” adı ilə tanınan psixotrop maddə metamfetamin alıb əynindəki göy rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. Həmin gün saat 14:00 radələrində Abşeron rayonu Saray qəsəbəsində yerləşən "xxxx" MMC-yə məxsus mağazanın yaxınlığı ilə piyada hərəkətdə olarkən mülki geyimdə olan 2 nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını və üzərində psixotrop maddə gəzdirməkdə şübhəli olduğunu bildirmişlər. Bu zaman polis əməkdaşlarına şəxsi istifadəsi üçün üzərində “şüşə” saxladığını səmimi şəkildə bildirmişdir. Saxlanıldığı yerdə müvafiq sənədləşmə aparılması mümkün olmadığı üçün Abşeron rayon polis idarəsinin Saray polis bölməsinə dəvət edilmişdir. O, heç bir etiraz etmədən polis əməkdaşlarının müşayiəti ilə polis bölməsinin inzibati binasına getmişdir. Polis bölməsinə gətirildikdən sonra üzərində psixotrop maddə saxlaması ilə əlaqədar şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra polis əməkdaşlarının iştirakları ilə xidməti otaqlardan birində üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Axtarış aparılmasında polis əməkdaşlarından başqa dövlət hesabına təyin edilmiş müdafiəçisi də iştirak etmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl ona hüquq və vəzifələri izah edilmiş və üzərində şəxsi axtarış aparılmasına dair hər hansı etirazı olub-olmaması soruşulmuşdur. O, videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına heç bir etirazı olmadığını demişdir. Bundan sonra üzərində daşınması və gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı maddə, əşya və ya predmet olub-olmaması barədə sual verilmiş və müsbət halda könüllü surətdə təqdim etməsi təklif olunmuşdur. Bu zaman o, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən içərisində “şüşə” olan 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümünü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan başqa üzərindən heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi bükümü haradan əldə etdiyi soruşulduqda, bükümü həmin gün səhər saatlarında Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən aldığını və yalnız şəxsi istifadəsi üçün üzərində saxladığını demişdir. Daha sonra üzərindən aşkarlanan büküm zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Ardınca şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib edilərək ucadan oxunmuş və digər iştirakçılarla birgə protokolu imzalamışdır.Həmçinin Təqsirləndirilən şəxs dindirilərkən ona verilən suallara cavab olaraq üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini 15 oktyabr 2022- ci il tarixdə səhər saatlarında Sumqayıt şəhəri Corat qəsəbəsində 10 manat pul müqbilində tanımadığı şəxsdən aldığını, ona psixotrop maddə satmış şəxsin adını, mobil telefon nömrəsini və digər heç bir əlaqə vasitəsini bilmədiyini, psixotrop maddəni yalnız şəxsi istifadəsi üçün üzərində saxladığını, heç vaxt kiməsə psixotrop maddə satmadığını, heç vaxt belə bir niyyəti olmadığını, üzərində psixotrop maddə saxlaması barədə heç kimin məlumatı olmadığını, psixotrop maddələrin, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmadığını, heç kimə psixotrop maddə, narkotik vasitə və ya onun prekursorlarını satmadığını, 15 oktyabr 2022-ci il tarixdə Abşeron rayonu Saray qəsəbəsi ərazisində saxlanılan və Saray polis bölməsində olan zaman ona qarşı polis əməkdaşları tərəfindən fiziki güc, zorakılıq tətbiq edilmədiyini və psixoloji təsir göstərilmədiyini, şəxsi axtarış aparılmazdan əvvəl polis əməkdaşları tərəfindən üzərinə heç bir müdaxilə edilmədiyini bildirmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs14 əvvəllər tanımamış, aralarında heç bir münasibət, o cümlədən düşmənçilik və ya ədavət olmamışdır. Maddi vəziyyəti ağır olduğu üçün şəxsi ehtiyaclarını qarşılamaq məqsədilə 2022-ci ilin oktyabr ayının ortalarında oğurluq etmək və oğrurladıqlarını sataraq pul əldə etmək qərarına gəlmişdir. 18 oktyabr 2022-ci il tarixdə saat 19:00 radələrində Abşeron rayonu Saray qəsəbəsi “Üzümlük” massivində təkbaşına piyada hərəkətdə olarkən yeni inşa edilmiş yerdəki ikimərtəbəli ev qarşısına çıxmışdır. Ətrafda heç kimin olmadığına əmin olduqdan sonra evin həyətyanı sahəsinə keçmişdir. Həyətyanı sahəyə keçdikdən sonra evə yaxınlaşıb pəncərədən keçməklə otaqlardan birinə daxil olmuşdur. Həmin otağa göz gəzdirəndə 1 ədəd qaynaq aparatı, 1 ədəd laqonda və 1 ədəd direl görmüş, qeyd olunan əşyaları gizli olaraq götürüb evi tərk etmişdir. Ertəsi gün, yəni 19 oktyabr 2022- ci il tarixdə Saray qəsəbəsində olarkən yoldan səyyar metal qəbulu ilə məşğul olan, markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilin keçdiyini görmüşdür. Həmin avtomobilin sürücüsünə yaxınlaşaraq oğurladığı təmir alətlərinin hamısını həmin şəxsə 110 manata satmış və əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Oğurladığı əşyaları satdığı şəxsi əvvəllər tanımamış, həmin şəxsin ad-soyadını, yaşadığı ünvanı və mobil telefon nömrələrini bilməmişdir. Hadisəni təkbaşına törətmiş, kiminsə köməyindən istifadə etməmişdir. Oğurluq etməzdən əvvəl və ya etdikdən sonra bu barədə heç kimə nə isə danışmamış, əşyaları alan şəxsə onların cinayət yolu ilə ələ keçirilməsi barədə heç nə deməmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs8 əvvəllər tanımamış, aralarında heç bir münasibət, o cümlədən düşmənçilik və ya ədavət olmamışdır. Maddi cəhətdən çətinlik çəkdiyi üçün və iş tapa bilmədiyi üçün şəxsi ehtiyaclarını qarşılaya bilməmişdir. Bu səbəbdən qazanc əldə etmək məqsədilə oğurluq etmək qərarına gəlmişdir. 21 oktyabr 2022-ci il tarixdə saat 02:00 radələrində Abşeron rayonu Saray qəsəbəsi “Yeni məhəllə” adlandırılan ərazidə oğurluq etmək üçün əlverişli ev axtaran zaman qarşısına üçmərtəbəli yaşayış evi çıxmışdır. Bir qədər gözləyib evdə heç kimin olmadığına əmin olduqdan sonra evin küçə tərəfində yerləşən, avtomobil qarajı kimi istifadə edilən qapısına güc tətbiq etməklə açıb evin həyətyanı sahəsinə, oradan keçməklə isə birtaylı giriş qapısından evə daxil olmuşdur. Evin birinci və ikinci mərtəbələrində yerləşən otaqlarında axtarış aparıb 1 ədəd “Samsung” markalı televizoru, 1 ədəd ətçəkən maşını, 1 ədəd su qızdırıcısını, 4 ədəd su kranını, həmçinin həyətdəki əl damının içərisində saxlanılan 7 ədəd qazanı növbə ilə küçəyə daşımışdır. Daha sonra evdən çıxıb oğurladığı əşyaları bir qədər aralıda yerləşən kolluqda gizlətmiş və yaşadığı ünvana qayıtmışdır. Evdən əl arabası götürərək oğurladıqlarını yaşadığı evin yaxınlığına daşımışdır. Səhər saatlarında həmin əşyaları tanımadığı taksi avtomobilinə yükləyib Bakı şəhərində yerləşən “Neftçilər” metro stansiyasının yaxınlığında yerləşən bazara aparmış və orada tanımadığı şəxslərə xatırlamadığı qiymətə sataraq əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs6 əvvəllər tanımamış, aralarında heç bir münasibət, o cümlədən düşmənçilik və ya ədavət olmamışdır. 26 oktyabr 2022-ci il tarixdə saat 20:00 radələrində Abşeron rayonu Saray qəsəbəsi “Üzümlük” massivində yerləşən birmərtəbəli fərdi yaşayış evinə pəncərədən keçməklə daxil olmuşdur. Evin həyətyanı sahəsinə keçdikdən sonra əli ilə pəncərəni itələyib açmış və yataq otağına daxil olaraq orada olan 1 ədəd “LG” markalı televizoru və 1 ədəd təmir alətləri dəstini özü ilə götürmüşdür. Həmin əşyalarla birlikdə yolun kənarına çıxmış və orada “VAZ- 21011” markalı dövlət qeydiyyat nişanını unutduğu taksi avtomobilinin dayandığını görmüşdür. Avtomobilin yanındakı şəxsə yaxınlaşıb əşyaları satmaq üçün taksi avtomobilinə ehtiyacı olduğunu demişdir. Həmin şəxs avtomobilin sahibi olmadığını, ancaq əşyaları ona sata biləcəyini bildirmişdir. O, əşyaların özünə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün satdığını söyləmiş, televizoru 60 manata, təmir alətləri dəstini isə 30 manata həmin şəxsə satmışdır. Əldə etdiyi 90 manat pulun hamısını şəxsi ehtiyaclarına xərcləmiş, törətdiyi oğurluq hadisəsi barədə heç kəsə məlumat verməmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs13 əvvəllər tanımamış, aralarında heç bir münasibət, o cümlədən düşmənçilik və ya ədavət olmamışdır. Maddi vəziyyəti ağır olduğu üçün şəxsi ehtiyaclarını qarşılamaq məqsədilə 2022-ci ilin noyabr ayının əvvəllərində oğurluq etmək və oğrurladıqlarını sataraq pul əldə etmək qərarına gəlmişdir. 07 noyabr 2022-ci il tarixdə saat 05:00 radələrində Abşeron rayonu Saray qəsəbəsində təkbaşına piyada hərəkətdə olarkən yeni inşa edilmiş, mişar daşlarından tikilmiş hasara alınsa da, darvazası olmayan ev görmüşdür. Ətrafda heç kimin olmadığına əmin olduqdan sonra evin həyətyanı sahəsinə keçmişdir. Həyətyanı sahəyə göz gəzdirəndə orada ağ rəngli, plastik materialdan olan 2 ton tutuma malik çən görmüşdür. Çənin içərisində su olmadığından asanlıqla yerindən qaldırıb evdən təxminən 80-100 metr aralıda yerləşən əraziyə aparıb gizlətmişdir. Həmin gün saat 11:00 radələrində su çənini markası və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə Abşeron rayonu Saray qəsəbəsinə aparmış, səyyar plastik materialdan hazırlanmış əşyalar qəbul edən tanımadığı şəxsə 48 manata satmışdır. Çəni satdığı şəxsə çənin özümə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün satdığını demişdir. Əldə etdiyi pulun hamısını şəxsi ehtiyaclarına xərcləmiş, heç kimə həmin puldan verməmişdir. Oğurladığı çəni satdığı şəxsi əvvəllər tanımamış, həmin şəxsin ad- soyadını, yaşadığı ünvanı və mobil telefon nömrələrini bilməmişdir. Hadisəni təkbaşına törətmiş, kiminsə köməyindən istifadə etməmişdir. Oğurluq etməzdən əvvəl və ya etdikdən sonra bu barədə heç kimə nə isə danışmamış, çəni alan şəxsə onların cinayət yolu ilə ələ keçirilməsi barədə heç nə deməmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs11 əvvəllər tanımamış, aralarında heç bir münasibət, o cümlədən düşmənçilik və ya ədavət olmamışdır. Maddi durumu ağır olduğuna görə oğurluq etməyə qərar vermiş, bu məqsədlə Abşeron rayonu Saray qəsəbəsinə getmişdir. 19 noyabr 2022-ci il tarixdə saat 01:00 radələrində həmin qəsəbə ərazisində gəzərkən fərdi yaşayış evlərindən birinin həyətyanı sahəsinə yığılmış dəmirlər diqqətini cəlb etmişdir. Bundan sonra yolun kənarına çıxıb yoldan ötən “Qazel” markalı yük avtomobilini saxlatdırmış və sürücüdən avtomobili dəmirlərin yığıldığı yerə sürməsini xahiş etmişdir. Oraya çatdıqda dəmirlərin özünə məxsus olduqlarını və satmaq istədiyini bildirmiş və kömək etməsini xahiş etmişdir. Birlikdə dəmirləri avtomobilə yüklədikdən sonra hərəkətə başlamışlar. Yolda olarkən sürücü dəmirləri ona satmasını xahiş etmiş, o da buna etiraz etməyib oğurladığı 10 ədəd dəmiri 200 manata sürücüyə satmışdır. Sürücü ona 200 manat verdikdən sonra onu Saray qəsəbəsi “Üzümlük” massivində düşürmüşdür. Əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs10 əvvəllər tanımamış, aralarında heç bir münasibət, o cümlədən düşmənçilik və ya ədavət olmamışdır. Bədənində yaranmış ağrıları sakitləşdirmək üçün 2 il əvvəl psixotrop maddələrdən istifadə etməyə başlamışdır. Son vaxtlar iş tapmaması səbəbindən işləməmiş, ayağındakı ağrılar şiddətlənsə də, müalicə etdirmək üçün pulu olmamışdır. Ona görə də oğurluq etməklə pul qazanmaq qərarına gəlmişdir. 23 noyabr 2022-ci il tarixdə saat 23:00 radələrində Abşeron rayonu Saray qəsəbəsi “Üzümlük” massivində oğurluq etmək üçün münasib yer axtararkən qarşısına yarımçıq tikilmiş ev çıxmış və evdə yaşayış olmadığını görmüşdür. Bu səbəbdən oğurluq etmək üçün hasardan aşmaqla evin həyətyanı sahəsinə keçmişdir. Daha sonra pəncərələrdən birinin açıq olmasını görüb nərdivanla evin ikinci mərtəbəsinə qalxaraq içəri daxil olmuşdur. Evin otaqlarını gəzib kombi avadanlığının kollektoru, su və radiator kranları, laqonda və perforator oğurlamışdır. Həmin əşyaları özü ilə yaşadığı evə aparmış, ertəsi gün Saray qəsəbəsində markası və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə səyyar metal qəbul edən tanımadığı şəxsə 110 manata satmışdır. Əşyaları satdığı şəxsə onların özünə məxsus olduqlarını, pula ehtiyacı olduğu üçün satdığını demiş, əldə etdiyi pul ilə aptekdən ayağının müalicəsinə yardım edəcək dərmanlar almışdır. Hadisəni təkbaşına törətmiş, oğurluq etdiyi evin sahibini əvvəllər tanımamışdır. Bundan başqa, Zərərçəkmiş şəxs15 əvvəllər tanımamış, aralarında heç bir münasibət, o cümlədən düşmənçilik və ya ədavət olmamışdır. Əvvəllər 522 saylı marşrut xətti üzrə hərəkət edən mikroavtobuslardan birinin sürücüsü işləmiş, təxminən 1 il əvvəl işdən çıxmışdır. Buna baxmayaraq boş vaxtlarında sürücülərlə söhbət etmək üçün vaxtını həmin marşrut mikroavtobuslarında keçirir. Həmin müddətdə sərnişinlərdən gedişhaqqılarının toplanmasında sürücülərə kömək edir, sürücülər isə qarşılığında ona 5 manat pul verirlər. 29 noyabr 2022-ci il tarixdə saat 17:00 radələrində 522 saylı xətt üzrə hərəkət edən marşrut mikroavtobuslarından birində olarkən bir nəfər qadın sərnişinin əynində olan boz rəngli gödəkçənin sağ yan cibindən “Samsung” markalı mobil telefonun bir hissəsinin kənara çıxdığını görmüşdür. Maddi vəziyyəti ağır olduğu üçün həmin mobil telefonu oğurlamaq fikrinə düşmüşdür. Ətrafına baxıb heç kimin onu görməyəcəyinə əmin olduqdan sonra gizli olaraq, sakit və ehtiyatlı formada mobil telefonu istintaq zamanı adsoyadının Zərərçəkmiş şəxs15 olmasını bildiyi qadının gödəkçəsinin sağ yan cibindən çıxarmış və öz cibinə qoyarkən kənarında olan düyməni sıxmaqla telefonu “Səssiz” rejiminə keçirmişdir. Təxminən 1-2 dəqiqə sonra avtobusdan düşüb oradan uzaqlaşmışdır. Bir qədər irəlilədikdən sonra oğurladığı mobil telefonu tamamilə söndürüb özündə saxlamışdır. Elə həmin gün telefonu Sumqayıt şəhərində yerləşən “Şeytan bazarı” deyilən yerdə tanımadığı şəxsə 50 manata satmışdır. Oğurluq hadisəsini təkbaşına törətmiş, hadisəni törətməzdən əvvəl və törətdikdən sonra bu barədə heç kimə məlumat verməmiş, heç kimin köməyindən istifadə etməmişdir. Hadisəni maddi imkansızlıq ucbatından törətmiş, cinayət yolu ilə əldə etdiyi pulun hamısını şəxsi ehtiyaclarına xərcləmiş, heç kimə həmin puldan verməmişdir. Mobil telefonu satdığı şəxsə telefonun ailə üzvlərinə aid olduğunu, ancaq daxil olmaq üçün tələb edilən şifrəni unutduğunu bildirmiş, telefonu cinayət yolu ilə əldə etməsi ilə bağlı heç nə deməmişdir. Telefonu satdığı şəxsin anket məlumatları, ünvanı və əlaqə telefonu barədə heç bir məlumatı olmamışdır. Bundan başqa, Zərərçəkmiş şəxs9 əvvəllər tanımamış, aralarında heç bir münasibət, o cümlədən düşmənçilik və ya ədavət olmamışdır. Heç bir yerdə işləmədiyindən maddi sıxıntıları yaranmışdır. Buna görə də oğurluq etmək qərarına gəlmişdir. 05 dekabr 2023-cü il tarixdə saat 06:00 radələrində Abşeron rayonu Saray qəsəbəsi “Yeni məhəllə” adlandırılan əraziyə gedərək oğurluq etmək üçün münasib yer axtarmağa başlamışdır. Bu zaman ərazidə yerləşən evlərdən birinin həyətyanı sahəsinin işıqlarının yanmadığını görmüşdür. Hasardan baxdıqda evin həyətyanı sahəsində tikinti materiallarının olduğunu görmüş və onları oğurlamaq üçün şəraitin münasib olması qənaətinə gəlmişdir. Evdə və yaxın ətrafda heç kimin olmadığına tam əmin olduqdan sonra hasardan keçməklə həyətyanı sahəyə daxil olmuş və orada olan 4 ədəd avtomobil şinini, 5 ədəd yük qaldırıcısını, 3 ədəd məngənəni, 12 ədəd dəmir dirəyi, 20 ədəd dəmir ayaqaltını, 3 ədəd dəmir listi, 3 ədəd dəmir barmaqlığı, təxminən 800 metr uzunluğunda zənciri, 1 ədəd dəmir skamyanı, 1 ədəd plastik materialdan olan pəncərəni, 1 ədəd çadırı, təxminən 300 metr uzunluğunda armaturları hissə-hissə oğurlamaqla hasarın çöl tərəfinə çıxarıb evin qonşuluğundakı yarımtikilinin hasarının yanına yığmışdır. Bundan sonra Saray qəsəbəsindən keçən mərkəzi avtomobil yoluna çıxıb bir qədər gözləmişdir. Müəyyən müddət sonra yoldan keçən səyyar metal qəbul edən “Qazel” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı yük avtomobilini saxlatdırmış və tanımadığı sürücünü oğurladıqlarını yığdığı yerə aparmışdır. Orada tikinti materiallarının və əşyaların hamısını həmin şəxsə 180 manata satmışdır. Əldə etdiyi pulu sonradan şəxsi ehtiyaclarına xərcləmişdir. Hadisəni təkbaşına törətmiş, bu barədə heç kimə bir söz deməmişdir. “Qazel” markalı yük avtomobilinin sürücüsünə satdıqlarının özünə məxsus olduğunu bildirmiş, həmin şəxsin aldıqlarının cinayət yolu ilə əldə edilməsindən xəbəri olmamışdır. Bundan başqa, Zərərçəkmiş şəxs17 əvvəllər tanımamış, aralarında heç bir münasibət, o cümlədən düşmənçilik və ya ədavət olmamışdır. Maddi vəziyyəti ağır olduğu üçün şəxsi ehtiyaclarını qarşılamaq məqsədilə 2022-ci ilin dekabr ayının ortalarında oğurluq etmək və oğurladıqlarını sataraq pul əldə etmək qərarına gəlmişdir. 12 dekabr 2022-ci il tarixdə saat 23:00 radələrində Abşeron rayonu Saray qəsəbəsi “Üzümlük” massivində olarkən yeni inşa edilmiş ikimərtəbəli ev görmüşdür. Ətrafda heç kimin olmadığına əmin olduqdan sonra mişar daşlarından tikilmiş divara dırmanmış və evin həyətyanı sahəsinə keçmişdir. Ardınca evə yaxınlaşıb birinci mərtəbədəki pəncərədən içəri daxil olmuşdur. Bu zaman evin yarıtəmirli vəziyyətdə olduğunu görmüş, otaqlardan birində yerdə elektrik naqilləri və perforator görüb sataraq pul əldə edə biləcəyini düşünmüşdür. Həmin əşyaları özü ilə götürdükdən sonra evdən çıxıb divardan aşmaqla oradan uzaqlaşmışdır. Ertəsi gün oğurladığı elektrik naqillərini və perforatoru “Qazel” markalı avtomobillə səyyar metal qəbul edən tanımadığı şəxsə 40 manata satmış və həmin pulun hamısını şəxsi ehtiyaclarına xərcləmişdir. Oğurladığı əşyaları satdığı şəxsi əvvəllər tanımamış, həmin şəxsin ad-soyadını, yaşadığı ünvanı və mobil telefon nömrəsini bilməmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs12 əvvəllər tanımamış, aralarında heç bir münasibət, o cümlədən düşmənçilik və ya ədavət olmamışdır. Psioxotrop maddələrin aludəçisi olduğu üçün bəzən xırda oğurluqlar edərək pul əldə edir. 29 yanvar 2023-cü il tarixdə saat 21:00 radələrində Abşeron rayonu Saray qəsəbəsində piyada hərəkətdə olarkən qarşısına ikimərtəbəli ev çıxmışdır. Evin həyətyanı sahəsindən qoyun səsinin gəldiyini eşitmişdir. Evdə heç kimin olmadığına əmin olduqdan sonra hasardan keçməklə tövləyə yaxınlaşmış və qapını açaraq içəridə olan 3 ədəd hind quşlarının ayaqlarını bağlayaraq əlinə götürmüşdür. Bundan sonra 2 baş qoyunu qarşısına keçirərək yaşadığı evin həyətyanı sahəsinə aparmışdır. Hind quşlarını kəsib bişirmək üçün saxlamış, qoyunları isə elə həmin gün Saray qəsəbəsində yerləşən qəssabxanaya 200 manata satmışdır. Hadisəni təkbaşına törətmiş, heç kimin köməyindən istifadə etməmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs16 əvvəllər tanımamış, aralarında heç bir münasibət, o cümlədən düşmənçilik və ya ədavət olmamışdır. Bədənində yaranmış ağrıları sakitləşdirmək üçün 2 il əvvəl psixotrop maddələrdən istifadə etməyə başlamışdır. Son vaxtlar iş tapmaması səbəbindən işləməmiş, ayağındakı ağrılar şiddətlənsə də, müalicə etdirmək üçün pulu olmamışdır. Ona görə də oğurluq etməklə pul qazanmaq qərarına gəlmişdir. 14 fevral 2023-cü il tarixdə saat 02:00 radələrində Abşeron rayonu Saray qəsəbəsi ərazisində oğurluq etmək üçün münasib yer axtarmağa başlamış, Nizami küçəsi ilə hərəkətdə olarkən yolun kənarında “DAF” markalı yük avtomobilinin dayandığını görmüşdür. Avtomobilin yaxınlığında heç kim olmadığından oğurluq niyyətini həyata keçirmək üçün avtomobilə yaxınlaşmışmışdır. Avtomobilin qapısı və pəncərələri bağlı olsa da, sol tərəfdəki dəmir qutunun qapısının açıq olduğunu görmüşdür. Bu səbəbdən elə orada olan 2 ədəd akkumulyatoru yerindən çıxarıb oğurlamağa qərar vermişdir. Ətrafda heç kimin olmadığına əmin olduqdan sonra akkumulyatorları növbə ilə açıb təxminən 150- 200 metr aralı məsafədə yolun kənarında gizlətmişdir. Ertəsi gün saat 11:00 radələrində həmin yerə gedib akkumulyatorları gizlətdiyi yerdən götürmüş və yaşadığı küçəyə aparıb markası və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə səyyar metal qəbulu ilə məşğul olan tanımadığı şəxsə 65 manata satmışdır. Akkumulyatorları satdığı şəxsə onların özünə məxsus olduqlarını, pula ehtiyacı olduğu üçün satdığını demiş, əldə etdiyi pul ilə aptekdən ayağının müalicəsinə yardım edəcək dərmanlar almışdır. Hadisəni təkbaşına törətmiş, “DAF” markalı avtomobilin sahibi və sürücüsünü əvvəllər tanımamışdır. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, Qubadlı şəhərində qeydiyyatda olsa da, ünvan 4 ünvanında yaşayır. Təxminən 10 il əvvəl Abşeron rayonu Saray qəsəbəsi “Yeni məhəllə” adlandırılan ərazidə fərdi yaşayış evi tikdirmişdir. Həmin evin tikintisinin başa çatmasına baxmayaraq, təmir işləri yekunlaşmadığı üçün evdə yaşayış yoxdur. Mütəmadi olaraq həmin evə gedərək nəzarət edir. Sonuncu dəfə 30 noyabr 2022-ci il tarixdə evə baş çəkərkən hər şeyin qaydasında olmuşdur. 07 dekabr 2022-ci il tarixdə saat 12:00 radələrində növbəti dəfə evə baş çəkən zaman həyətyanı sahəyə yığdığı hər birinin dəyəri 50 manat olan 4 ədəd avtomobil şininin, hər birinin dəyəri 200 manat olan 5 ədəd yük qaldırıcısının, hər birinin dəyəri 100 manat olan 3 ədəd məngənənin, hər birinin dəyəri 30 manat olan 12 ədəd dəmir dirəyin, hər birinin dəyəri 10 manat olan 20 ədəd dəmir ayaqaltının, hər birinin dəyəri 150 manat olan 3 ədəd dəmir listin, hər birinin dəyəri 60 manat olan 3 ədəd dəmir barmaqlığın, 1500 manat dəyərində təxminən 800 metr uzunluğunda zəncirin, 20 manat dəyərində dəmir skamyanın, 150 manat dəyərində plastik materialdan olan pəncərənin, 100 manat dəyərində çadırın, 500 manat dəyərində təxminən 2-3 metr uzunluqlarda və təxminən 300 metr uzunluğunda armaturların yerində olmadığını görmüşdür. Bundan sonra ona məlum olmuşdur ki, sadaladıqlarının hamısı oğurlanmışdır. Buna görə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzinə müraciət edib bu barədə məlumat vermiş, bir neçə dəqiqə sonra polis əməkdaşları həmin ünvana gələrək hadisə yerinə baxış keçirmişlər. Hadisə nəticəsində ona ümumilikdə 4960 manat dəyərində maddi ziyan dəymişdir.Hadisəni kimi etdiyini görməyib, bilmir, kimdirsə də cavab versin. İş üzrə Zərərçəkmiş şəxs10 ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxsə qarşı şikayəti tələbi olmadığını bildirmişdir. İbtidai istintaqda iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, Abşeron rayonu Saray qəsəbəsi “Üzümlük” massivində özünə məxsus torpaq sahəsində ev inşa etdirmişdir. Evin inşası tam baş çatsa da, təmir işləri yekunlaşmadığından evdə yaşayış yoxdur. Mütəmadi olaraq həmin evə gedərək təmir işlərinə nəzarət edir. Sonuncu dəfə 23 noyabr 2022-ci il tarixdə saat 21:00 radələrində həmin ünvanda olmuş və usta kimi çalışan Şahid1 ilə birlikdə qapı və pəncərələri bağlayıb evi tərk etmişdir. 24 noyabr 2022-ci il tarixdə saat 07:00 radələrində Amid mobil telefon vasitəsilə ona zəng edərək evindən oğurluq edilməsi barədə məlumat vermişdir. Dərhal evə gedib baxış keçirən zaman mətbəxin pəncərəsinin açıq olduğunu, qonaq otağına qoyduğu müxtəlif növ məişət əşyaları və təmir alətlərinin yerində olmadığını aşkar etmişdir. Belə ki, evinə daxil olmuş naməlum şəxs və ya şəxslər dəyəri 160 manat olan 1 ədəd 22 çıxışlıq kombi avadanlığının kollektor sistemini, hər birinin dəyəri 60 manat olan 3 ədəd su kranını, hər birinin dəyəri 7 manat olan 16 ədəd radiator kranını, hər birinin dəyəri 55 manat olan 2 ədəd markalarını xatırlamadığı laqondanı və dəyəri 190 manat olan 1 ədəd “Bosch” markalı perforatoru oğurlamaqla ona ümumilikdə 750 manat dəyərində ziyan vurmuşlar. İş üzrə Zərərçəkmiş şəxs3 ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxsə qarşı şikayəti tələbi olmadığını bildirmişdir. İbtidai istintaqda iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Abşeron rayonu Saray qəsəbəsi “Üzümlük” massivində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayır. 06 oktyabr 2022-ci il tarixdə saat 23:00 radələrinədək evin həyətində olmuşdur. 07 oktyabr 2022-ci il tarixdə saat 08:30 radələrində evin həyətinə nəzər salan zaman həyətin darvazasının, eyni zamanda həyətdə yerləşən əl damının qapısının açıq olduğunu görmüşdür. Halbuki evdən çıxarkən darvazanı bağlamış, əl damının qapısını isə həmişə örtülü vəziyyətdə saxlamış, ancaq qapının üzərində kilid olmamışdır. Əl damına daxil olduqda orada saxladığı 1 ədəd 200 manat dəyərində samovar və 1 ədəd 50 manat dəyərində alüminium qazanın yerində olmadığını görmüşdür. Həmin əşyaların oğurlandıqlarını yəqin etdikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti- zəng mərkəzinə müraciət edib bu barədə məlumat vermiş, bir neçə dəqiqə sonra polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirmişlər. Hadisə nəticəsində ona ümumilikdə 250 manat dəyərində maddi ziyan dəymişdir. İbtidai istintaqda iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Abşeron rayonu Ceyranbatan qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayır. Həmin qəsəbədə özünə məxsus olan, ancaq fəaliyyət göstərməyən taxta sexi var. 15 mart 2022-ci il tarixdən 21 mart 2022-ci il tarixədək olan müddətdə naməlum şəxs sexin arxa divarının mişar daşlarını yerindən çıxararaq içəri daxil olmuş və oradan hər birinin dəyəri 400 manat olan 5 top elektrik naqilini oğurlamış, nəticədə ona ümumilikdə 2000 manat dəyərində maddi ziyan dəymişdir. Onun tələbi sexdən oğurluq etmiş şəxs barəsində qanuni tədbir görülməsindən ibarətdir. İbtidai istintaqda iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Neftçala rayonu Xolqarabucaq kəndində yaşasa da, Abşeron rayonu Saray qəsəbəsi “Üzümlük” massivində yerləşən ikimərtəbəli və zirzəmili fərdi yaşayış evi var. Həmin evi yeni tikdirdiyindən təmir işləri davam edir. Bu səbəbdən hələ evə köçməmişdir. Hadisədən əvvəl sonuncu dəfə 23 sentyabr 2022-ci il tarixdə həmin evdə olmuş və bütün əşyaları yerli-yerində görmüşdür. 24 sentyabr 2022-ci il tarixdə saat 11:30 radələrində evə gəldikdə birinci mərtəbədəki otaqlardan birində saxlanılan 70 manat dəyərində, alçipan bərkidilməsində istifadə edilən “əqrəb” adlandırılan 2 qutu dəmir parçalarının və 200 manat dəyərində elektrik naqillərinin oğurlandığını aşkar etmişdir. Oğurluq edən şəxs evə zirzəmidən daxil olmuş, baş vermiş hadisə nəticəsində ona ümumilikdə 270 manat dəyərində maddi ziyan dəymişdir. İbtidai istintaqda iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 25 iyun 2022-ci il tarixdə saat 12:00 radələrində Abşeron rayonu Saray qəsəbəsi Ç.Aytmatov küçəsində yerləşən özünə məxsus fərdi yaşayış evindən çıxıb getmişdir. Həmin gün saat 15:00 radələrində evə qayıdan zaman hasara nərdivan söykədildiyini görmüş, evin ətrafına dolanıb baxdıqda zirzəminin kiçik ölçülü plastik pəncərəsinin açıq olduğunu aşkar etmişdir. Evə daxil olduqda birinci mərtəbədəki dəhlizdə saxladığı 200 manat dəyərində samovarın yerində olmadığını görmüşdür. Bundan sonra zirzəmidə saxladığı və ümumi dəyəri 200 manat olan müxtəlif çeşidlərdə dəmir boruların, elektrik naqillərinin və santexniki avadanlıqların oğurlandıqlarını görmüşdür. Bundan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzinə müraciət edib bu barədə məlumat vermiş, bir neçə dəqiqə sonra polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirmişlər. Hadisə nəticəsində ona ümumilikdə 400 manat dəyərində maddi ziyan dəymişdir. İbtidai istintaqda iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Abşeron rayonu Novxanı qəsəbəsi “Yeni məhəllə” adlandırılan ərazidə özünə məxsus bağ evi vardır. 15 sentyabr 2022-ci il tarixdə bağ evinə gedəndə evin həyətyanı sahəsindəki hinin içərisində saxladığı ev quşlarının yerində olmadıqlarını görmüş, yəni oğurlandıqlarını aşkar etmişdir. Həmin bağ evində sonuncu dəfə 13 sentyabr 2022-ci il tarixdə olmuşdur. Buna görə də naməlum şəxs və ya şəxslərin 13 sentyabr 2022-ci il tarixdən 15 sentyabr 2022-ci il tarixədək olan müddətdə bağ evinin həyətyanı sahəsinə daxil olaraq hindən hər birinin dəyəri 10 manat olan 25 ədəd toyuğu, hər birinin dəyəri 40 manat olan 5 ədəd hind toyuğunu və hər birinin dəyəri 15 manat olan 2 ədəd xoruzu oğurladıqlarını düşünmüşdür. Hadisə nəticəsində ona ümumilikdə 480 manat dəyərində maddi ziyan dəymişdir. İbtidai istintaqda iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Abşeron rayonu Saray qəsəbəsi “Üzümlük” massivində ümumi sahəsi 0,02 ha olan torpaq sahəsi daxilində 1 otaqdan ibarət birmərtəbəli fərdi yaşayış evi inşa etdirmişdir. Həmin evin şəraiti yaxşı olmadığına görə adı çəkilən qəsəbədə yerləşən qohumuna məxsus başqa evdə yaşayır. Buna baxmayaraq mütəmadi olaraq öz evinə nəzarət etmək üçün baş çəkir. Sonuncu dəfə 23 oktyabr 2022-ci il tarixdə öz evində olmuş, hər şeyin yerli-yerində olduğunu görmüşdür. 30 oktyabr 2022-ci il tarixdə evə baş çəkən zaman evə pəncərədən qanunsuz daxil olunaraq oradan dəyəri 480 manat olan 1 ədəd “LG” markalı 82 mm ekrana malik televizorun və dəyəri 180 manat olan 1 ədəd təmir alətləri dəstinin oğurlandığını aşkar etmişdir. Hadisə nəticəsində ona ümumilikdə 660 manat dəyərində maddi ziyan dəymişdir. İbtidai istintaqda iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, Abşeron rayonu Saray qəsəbəsi M.Rahim küçəsində yarımtikilmiş vəziyyətdə ikimərtəbəli fərdi yaşayış evi vardır. Həmin evdə təmir işləri aparıldığından yaşayış yoxdur və arabir gedib evə baş çəkir. Sonuncu dəfə 12 iyun 2022-ci il tarixdə evdə olmuş və hər şeyin qaydasında olduğunu müəyyən etmişdir. Həmin gün saat 21:00 radələrində evi tərk etmiş, 13 iyun 2022-ci il tarixdə səhər saatlarında evin həyətinə daxil olub ətrafa baxdıqda pəncərənin açıq vəziyyətdə olduğunu görmüşdür. Dərhal evə daxil olub otaqları dolaşarkən divarlardan və yerdən çəkilmiş elektrik naqillərinin olmadığını aşkar etmişdir. Ardınca evin ikinci mərtəbəsinə qalxıb orada saxladığı 1 ədəd perforator və 1 ədəd direlin yerində olmadığını aşkarlamış, daha sonra həyətə düşüb oraya yığdığı sement kisələrindən 10 ədədini, həmçinin 5x15 sm ölçüdə olan 15 ədəd taxtanı tapa bilməmişdir. Bu zaman oğurluq edildiyini başa düşüb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti- zəng mərkəzinə müraciət edərək bu barədə məlumat vermişdir. Bir qədər sonra polis əməkdaşları həmin ünvana gələrək baxış keçirmişlər. Baxış zamanı müəyyən olunmuşdur ki, fərdi yaşayış evindən 1 ədəd 130 manat dəyərində perforator, 1 ədəd 40 manat dəyərində direl, ümumi dəyəri 1000 manat olan elektrik naqilləri, hər birinin dəyəri 6,8 manat olan 10 kisə sement və ümumi dəyəri 375 manat olan 15 ədəd taxta naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Hadisə nəticəsində ona ümumilikdə 1613 manat dəyərində maddi ziyan dəymişdir. İbtidai istintaqda iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, Abşeron rayonu Saray qəsəbəsi “Yeni məhəllə” adlandırılan ərazidə Rusiya Federasiyasında yaşayan bacısı X5 məxsus üçmərtəbəli fərdi yaşayış evi yerləşir. Bacısı xarici ölkədə yaşadığı üçün həmin evi ona bağışlamışdır. Buna görə də evdəki əşyalar faktiki olaraq onun özünə məxsusdur. Sumqayıt şəhəri 18-ci mikrorayonda yaşasa da, arabir gəlib evə baş çəkir. 21 oktyabr 2022-ci il tarixdə saat 09:00 radələrində qonşuluqda yaşayan və evin həyətyanı sahəsində əkilmiş ağaclara qulluq edən Əli adlı şəxs mobil telefon vasitəsilə ona zəng edərək evin darvazasının açıq olduğunu bildirmişdir. Bir qədər sonra həmin evə gəlib içəri daxil olanda evin dağınıq vəziyyətdə olduğunu, ikinci mərtəbədəki otaqların ikisinin qapısı üzərində olan kilidin sındırıldığını, birinci mərtəbədəki qonaq otağında olan “Samsung” markalı televizorun, hamam otağı və tualetdə olan su kranlarının, mətbəxdə olan ətçəkən maşının, eyni zamanda evin həyətyanı sahəsindəki əl damında saxlanılan su qızdırıcısı və qazanların oğurlandıqlarını aşkar etmişdir. Buna görə də dərhal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti zəng-mərkəzinə müraciət edərək bu barədə məlumat vermiş, bir qədər sonra polis əməkdaşları gəlib evə və həyətyanı sahəyə baxış keçirmişlər. Həmin tarixdə yazdığı ərizədə evdən ümumi dəyəri 1700 manat təşkil edən əşyaların oğurlandığını göstərsə də, sonradan evə və əl damına ətraflı baxış keçirdikdə 20 oktyabr 2022-ci il tarixdən 21 oktyabr 2022-ci il tarixə keçən gecə naməlum şəxsin qarajın qapısını açmaqla evə qanunsuz daxil olduğunu və dəyəri 2000 manat olan 1 ədəd “Samsung” markalı televizoru, dəyəri 300 manat olan 1 ədəd ətçəkən maşını, hər birinin dəyəri 50 manat olmaqla ümumi dəyəri 200 manat olan 4 ədəd su kranını və hər birinin dəyəri 100 manat olmaqla ümumi dəyəri 700 manat olan 7 ədəd qazanı gizli olaraq talaması nəticəsində ona ümumilikdə 3350 manat dəyərində maddi ziyan dəydiyini müəyyən etmişdir. İbtidai istintaqda iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, Abşeron rayon Saray qəsəbəsi Babək küçəsində yerləşən fərdi birmərtəbəli fərdi yaşayış evində yaşayır. 19 noyabr 2022-ci il tarixdə günorta saatlarında işə gedərkən evin yan tərəfindəki boş əraziyə yığdığı dəmir fermalara nəzarət etmək qərarına gəlmişdir. Həmin yerə baxdıqda dəmir fermaların və onların üzərində olan taxtaların dağınıq halda olduqlarını müşahidə etmişdir. Yaxınlaşıb baxdıqda hər birinin dəyəri 300 manat olan 10 ədəd dəmir fermanın naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını görmüşdür. Həmin əşyalara sonuncu dəfə 18 noyabr 2022-ci il tarixdə nəzarət etmişdir. Hadisə nəticəsində ona ümumilikdə 3000 manat dəyərində maddi ziyan dəymişdir. İbtidai istintaqda iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, Abşeron rayonu Hökməli qəsəbəsi “At yalı” massivində yaşasa da, təxminən 17 ildir Abşeron rayonu Saray qəsəbəsi “Bağlar massivi” deyilən ərazidə yerləşən qohumu X3 məxsus evə nəzarət edir, eyni zamanda həmin evdə yaşamaqla mühafizəsini təşkil edir. Buna görə də evin həyətyanı sahəsindəki tövlədə özünə məxsus ev heyvanları və ev quşları saxlayır. 29 yanvar 2023-cü il tarixdə saat 18:00 radələrində heyvanları yemləyib tövlənin qapısını bağlayaraq evə getmişdir. Həmin tarixdə saat 21:00 radələrində Hökməli qəsəbəsində yerləşən evinə getmiş, saat 23:00 radələrində Seymurun evinə qayıtmışdır. Ancaq həmin vaxt tövləyə tərəf getməmişdir. Ertəsi gün, yəni 30 yanvar 2023-cü il tarixdə saat 09:00 radələrində heyvanları yemləmək üçün tövləyə getdikdə hər birinin dəyəri 150 manat olan 2 baş qoyunun və hər birinin dəyəri 40 manat olan 3 ədəd hind quşunun yerində olmadığını görmüşdür. Həmin gün saat 12:00 radələrinədək heyvanları axtarmış, onların kənar şəxs tərəfindən oğurlandığına əmin olduğu üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzinə müraciət etmişdir. Hadisə nəticəsində ona ümumilikdə 420 manat dəyərində maddi ziyan dəymişdir. İbtidai istintaqda iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs13 ifadəsində göstərmişdir ki, Abşeron rayonu Saray qəsəbəsində yerləşən özünə məxsus 0,02 hektar torpaq sahəsində yeni ev inşa etdirmişdir. Evin inşası başa çatmadığına görə orada yaşamaq mümkün deyil. Bu səbəbdən həmin evdə yaşayış yoxdur, eləcə də ev gözətçi tərəfindən mühafizə edilmir. Evin həyətyanı sahəsi hər tərəfdən hasara alınsa da, darvaza və qapı qoyulmadığından həyətyanı sahəyə giriş hissə açıqdır. Evin inşası ilə əlaqədar 250 manat dəyərində 2 ton tutuma malik plastmas su çənini həyətyanı sahədə saxlamışdır. 07 noyabr 2022-ci il tarixdə həyətyanı sahəyə baş çəkdikdə su çəninin yerində olmadığını aşkarlamış, kiminsə çəni oğurladığını bilmişdir. Ertəsi gün, yəni 08 noyabr 2022-ci il Abşeron rayon polis idarəsinə ərizə ilə müraciət etmişdir. Bundan sonra polis əməkdaşları gəlib həyətyanı sahəyə onun iştirakı ilə baxış keçirmişlər. Hadisə nəticəsində ona 250 manat dəyərində maddi ziyan dəymişdir. İbtidai istintaqda iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs14 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə ünvan 6 ünvanında yaşayır. Ailəsi böyük olduğu üçün Abşeron rayonu Saray qəsəbəsi “Üzümlük” massivində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsində ikimərtəbəli fərdi yaşayış evi tikdirmişdir. Arabir gedib həmin evdə qalır. 18 oktyabr 2022-ci il tarixdə saat 12:00 radələrində evə baş çəkərkən hər şeyin yerli-yerində olduğunu görmüşdür. 19 oktyabr 2022-ci il tarixdə saat 11:00 radələrində yenidən Saray qəsəbəsində yerləşən evinə gedib orada dincəlmişdir. Evin birinci mərtəbəsinə düşüb əl damına baxanda orada saxladığı, özünə məxsus 350 manat dəyərində 1 ədəd qaynaq aparatının, 100 manat dəyərində 1 ədəd laqondanın və 50 manat dəyərində 1 ədəd direlin yerində olmadığını aşkar etmişdir. Buna görə də dərhal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzinə müraciət etmiş, bir neçə dəqiqə sonra polis əməkdaşları gəlib hadisə yerinə onun iştirakı ilə baxış keçirmişlər. Hadisə nəticəsində ona ümumilikdə 500 manat dəyərində maddi ziyan dəymişdir. İbtidai istintaqda iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs17 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri 11-ci mikrorayonda yaşasa da, Abşeron rayonu Saray qəsəbəsi “Üzümlük” massivində ikimərtəbəli fərdi yaşayış evi inşa etdirmişdir. Evin tikinti işləri başa çatdırılsa da, hazırda təmir işləri davam etdirilir. Hadisədən əvvəl sonuncu dəfə 12 dekabr 2022-ci il tarixdə həmin evdə olmuşdur. 13 dekabr 2022-ci il tarixdə saat 08:00 radələrində evə baş çəkdikdə birinci mərtəbədəki otaqlardan birinin plastik pəncərəsinin açıq olduğunu və çəkilmiş elektrik naqillərinin oğurlandığını aşkar etmişdir. Bundan sonra həmin otaqdakı perforatorun yerində olmadığını görmüşdür. Buna görə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzinə müraciət edib bu barədə məlumat vermişdir. Oğurlanmış naqillərin dəyəri 300 manat, perforatorun dəyəri isə 100 manat olduğundan hadisə nəticəsində ona ümumilikdə 400 manat dəyərində maddi ziyan dəymişdir. Şikayət və tələbi hadisəni törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsindən ibarətdir. İbtidai istintaqda iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs15 ifadəsində göstərmişdir ki, 29 noyabr 2022-ci il tarixdə saat 17:00 radələrində Sumqayıt şəhərindən yaşadığı Abşeron rayonu Saray qəsəbəsində yerləşən evə gəlmək üçün 522 saylı marşrut mikroavtobusuna minmişdir. Avtobusdan düşdükdən sonra “Samsung” markalı “A51” model mobil telefonun üzərində olmadığını aşkarlamışdır. Avtobusa minərkən telefonunun üzərində olduğunu xatırlamış, bu səbəbdən evə çatan kimi əri Rəhmana bu barədə məlumat vermişdir. Sonradan əri Rəhman onun hadisə barəsində aidiyyəti orqanlara məlumat vermədiyini bilmiş və 22 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti zəng mərkəzinə müraciət etmişdir. Oğurlanmış mobil telefon özünə məxsus olmuş, telefon **********63440 İMEİ kodlu və 64 GB yaddaşa sahib olmuş, telefonu 2022-ci ilin yanvar ayında “Kontakt Home” mağazalar şəbəkəsinin Sumqayıt şəhəri 13-cü mikrorayonda yerləşən filialından istifadədə olmuş vəziyyətdə 350 manata almışdır. Mobil telefon 522 saylı marşrut mikroavtobusunda sərnişin olan zaman əynindəki boz rəngli gödəkçənin sağ yan cibindən oğurlanmışdır. İbtidai istintaqda iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs16 ifadəsində göstərmişdir ki, etibarnamə əsasında idarə etdiyi “DAF” markalı Az **-SC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə ölkələrarası yük daşınmasını həyata keçirir. 01 fevral 2023-cü il tarixdə yaşadığı Abşeron rayonu Saray qəsəbəsi M.Ə.Sabir küçəsində yerləşən evinin yaxınlığında avtomobil saxlamaq üçün yer olmadığından Nizami küçəsinə gedib avtomobili orada saxlamış və evə yollanmışdır. Həmin vaxt avtomobilə cərəyan şiddəti verən akkumulyatorları yerindən açmışdır. Növbəti günlərdə mütəmadi olaraq avtomobilə nəzarət etmiş, mühərrikin işlək vəziyyətdə qalması üçün tez-tez işə salmışdır. Mühərriki sonuncu dəfə 13 fevral 2023-cü il tarixdə işə salmış, bir qədər işlədikdən sonra akkumulyatorları yerindən açıb evə getmişdir. 14 fevral 2023-cü il tarixdə saat 09:00 radələrində avtomobili saxladığı yerə gedib işə salmaq istədikdə akkumulyatorların yerində olmadıqlarını görmüş və oğurlandıqlarını yəqin etmişdir. Həmin akkumulyatorların hər birini 350 manata şəxsi vəsaiti hesabına almış, oğurlanmaları nəticəsində ona ümumilikdə 700 manat dəyərində maddi ziyan dəymişdir. Həmin gün istifadəsində olan mobil nömrədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” zəng-mərkəzi xidmətinə müraciət edərək bu barədə məlumat vermiş, ardınca Abşeron rayon Polis İdarəsinə gedib ərizə yazmışdır. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, fərdi qaydada usta kimi işləməklə ailəsini dolandırır. Bir müddətdir tanışı Zərərçəkmiş şəxs10 Abşeron rayonu Saray qəsəbəsi “Üzümlük” massivində yerləşən evinin təmir işlərini həyata keçirir. Samir mütəmadi olaraq evə gələrək təmir işləri ilə maraqlanmış, sonuncu dəfə 23 noyabr 2022-ci il tarixdə saat 21:00 radələrində həmin ünvanda olmuşdur. Onlar qapı və pəncərələri bağlayıb evi tərk etmişlər. 24 noyabr 2022-ci il tarixdə saat 07:00 radələrində evə qayıtdıqda mətbəxin pəncərəsinin çöl tərəfdən açıq olduğunu görmüşdür. Qapını açıb içəri daxil olduqda müxtəlif növ məişət əşyaları və təmir alətlərinin oğurlandığını aşkar etmiş, dərhal evin sahibi Samirə mobil telefon vasitəsilə zəng edib məlumat vermiş, sonra isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətizəng mərkəzinə müraciət etmişdir. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, fəhləliklə məşğul olaraq ailəsini dolandırır. Arabir özünə məxsus “QAZ-2410” markalı avtomobillə Abşeron rayonu və Sumqayıt şəhəri ərazisində səyyar metal qəbul edib baha qiymətə satmaqla gündəlik qazanc əldə edir. Təqsirləndirilən şəxs əvvəllər tanımış, aralarında normal münasibət olmuşdur. Rasim dəfələrlə ona metal satmış, Rasimi müştəri kimi tanımışdır. 2022-ci il noyabr ayının sonlarında Saray qəsəbəsində metal qəbul edən zaman Rasimi görmüş, Rasim ona kombi avadanlığının kollektoru, su və radiator kranları, laqonda və perforator göstərib pula ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmişdir. O, həmin əşyalara baxdıqdan sonra onların hamısına 110 manat pul verə biləcəyini demişdir. Rasimə inanıb əşyaların oğurluq olmadığını düşündüyü üçün onları 110 manata almış, sonradan tanımadığı şəxsə satmışdır. İbtidai istintaqda iş üzrə şahid qisminə dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs15 əridir. Aytac 29 noyabr 2022-ci il tarixdə saat 17:30 radələrində yaşadıqları evə gələrək mobil telefonunun əynindəki paltarın cibində olmadığını demişdir. Həmin vaxt o, Aytacın həmin gün saat 17:00 radələrində Sumqayıt şəhərindən Abşeron rayonuna qayıtmaq üçün 522 saylı marşrut mikroavtobusuna mindiyini, avtobusdan düşdükdən sonra mobil telefonunun cibində olmamasını aşkarladığını öyrənmişdir. Aytacın hadisə barəsində aidiyyəti orqanlara məlumat vermədiyini bilmiş və 22 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzinə müraciət etmişdir. Həmin gün arvadı Abşeron rayon polis idarəsinin Saray polis bölməsinə gedib ərizə yazmışdır. Arvadına məxsus “Samsung” markalı “A51” model mobil telefon **********63440 İMEİ kodlu və 64 GB yaddaşa sahib olmuş, telefonu 2022-ci ilin yanvar ayında “Kontakt Home” mağazalar şəbəkəsinin Sumqayıt şəhəri 13-cü mikrorayonda yerləşən filialından istifadədə olmuş vəziyyətdə 350 manata almışlar. Mobil telefon 522 saylı marşrut mikroavtobusunda sərnişin olan zaman əynindəki boz rəngli gödəkçənin sağ yan cibindən oğurlanmışdır. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Abşeron rayonu Saray qəsəbəsi Yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən 1 ildən artıq müddətdir Abşeron rayonu Saray qəsəbəsində yolun kənarında yerləşən metal qəbulu məntəqəsində işləmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir münasibət, o cümlədən düşmənçilik və ya ədavət olmamışdır. 2022-ci ilin sentyabr ayının ortalarında bir nəfər şəxs metal qəbulu məntəqəsinə gəlib “əqrəb” adlandırılan dəmir parçaları və elektrik naqilləri satdığını bildirmişdir. Həmin şəxsin gətirdiklərinin oğurluq olduğunu bilməmiş, buna görə də həmin dəmir parçaları və elektrik naqillərini xatırlamadığı məbləğdə pul qarşılığında almışdır. Bundan sonra həmin şəxs çıxıb getdi və bir daha heç yerdə qarşılaşmamışlar. Bir müddət sonra aldığım əşyaları sonradan ucuz qiymətə tanımadığı şəxsə satmışdır. Aldıqlarının cinayət yolu ilə əldə edildiklərini bilməmiş, bundan tamamilə məlumatsız olmuşdur. İş üzrə şahid qismində dindirilmiş Şahid5 ərizə ilə məhkəməyə müraciət edərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, onun iştirakı olmadan işə baxılmasını məhkəmədən xahiş etmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2015-ci ildə daxili işlər orqanlarında xidmət etməyə başlamışdır. 2020- ci ildən Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili işləyir, polis baş leytenantı xüsusi rütbəsindədir. 15 oktyabr 2022-ci il tarixdə Saray polis bölməsinə 1983cü il təvəllüdlü Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs Abşeron rayonu Saray qəsəbəsi ərazisində qanunsuz olaraq psixotrop maddələrin qəbulu, saxlanması və istifadəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Ona görə də həmin tarixdə daxil olmuş məlumatın yoxlanılması, Təqsirləndirilən şəxs əməlinin ifşa olunaraq yaxalanması məqsədilə ondan və bölmənin digər əməliyyat müvəkkili Şahid6 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Daha sonra tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs 15 oktyabr 2022-ci il tarixdə saat 14:00 radələrində Abşeron rayonu Saray qəsəbəsi E.Hümmətov küçəsində piyada hərəkət edən zaman saxlayaraq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etmiş və saxlanıldığı yerdə müvafiq sənədləşmə işlərinin aparılması mümkün olmadığından polis bölməsinə dəvət etmişlər. Bölmədə şəxsin hüquqlarının müdafiə edilməsi məqsədilə müdafiəçi dəvət edildikdən sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş və hüquq və vəzifələri izah olunmaqla buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra şübhəli şəxsin, müdafiəçisinin, həmçinin Şahid6 və onun özünün iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə başlanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa, könüllü təqdim etməsi bildirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümü çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Daha sonra büküm açılmış və içərisindən kristal halda olan ağ rəngli kütlə aşkar olunmuşdur. Həmin büküm təhqiqatçı tərəfindən kağız zərfdə qablaşdırılıb üzəri möhürlənərək götürülmüşdür. Şəxsi axtarış davam etdirilsə də, Təqsirləndirilən şəxs üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Şifahi sorğu zamanı verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bükümün içərisindəki kütlənin metamfetamin olduğunu və həmin gün Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manat pul müqabilində aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, polis əməkdaşları tərəfindən heç bir zor tətbiq etməyə məruz qalmadığını, verilən sualları aydın başa düşüb doğru və səmimi cavablar verdiyini və başqa heç yerdə psixotrop maddə və ya narkotik vasitə saxlamadığını bildirmişdir. Sonra şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib edilərək ucadan oxunmuş və iştirakçılar həmin protokolu düzgün hesab etməklə imzalamışlar. Bundan başqa Şahid5 ifadəsində Təqsirləndirilən şəxs 15 oktyabr 2022-ci il tarixdə Abşeron rayonu Saray qəsəbəsi ərazisində saxlanılan və Abşeron rayon polis idarəsinin Saray polis bölməsində olan zaman ona qarşı polis əməkdaşları tərəfindən fiziki güc, zorakılıq tətbiq edilmədiyini və psixoloji təsir göstərilmədiyini, üzərində şəxsi axtarış aparılmazdan əvvəl polis əməkdaşları tərəfindən üzərinə heç bir müdaxilə edilmədiyini göstərmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid6 şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək oxşar məzmunlu ifadə vermişdir. İstintaq zamanı təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 30 yanvar 2023-cü il tarixli 9/9402 nömrəli rəydən görünür ki, 2021 -ci ilin dekabr ayında alınmış, istifadədə olmuş, 1 ədəd “Samsunq” markalı “A51” model mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olmasını nəzərə alaraq 2022-ci ilin dekabr ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 250 manat müəyyən olunmuşdur. İstintaq zamanı təyin edilmiş məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 oktyabr 2022-ci il tarixli 6/5971 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №246 möhür əksi”, “(imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,609 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələr”in siyahısına daxildir. İstintaq zamanı Təqsirləndirilən şəxs barəsində təyin edilmiş məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi” X7 02 dekabr 2022-ci il tarixli 7311 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və osixosimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 21 mart 2022-ci il tarixli protokoldan görünür ki, 16 mart 2022-ci il tarixdə oğurluq cinayətinin törədildiyi hadisə yeri Abşeron rayonu Ceyranbatan qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus taxta sexidir. Baxış keçirilməsində iştirak edən Zərərçəkmiş şəxs1 taxta sexinin arxa divarından mişar daşının çıxarılmaqla çəri daxil olunub oradan ümumi dəyəri 2000 manat olan 5 top elektrik naqilinin oğurlandığını bildirmişdir. İstintaq hərəkətinin görüntülərini əks etdirən fotoşəkillər fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 13 iyun 2022-ci il tarixli protokoldan görünür ki, 12 iyun 2022-ci il tarixdə oğurluq cinayətinin törədildiyi hadisə yeri Abşeron rayonu Saray qəsəbəsi M.Rahim küçəsində yerləşən Zərərçəkmiş şəxs7 məxsus yarımtikilidir. Baxış keçirilməsində iştirak edən Zərərçəkmiş şəxs7 yarımtikilinin yerləşdiyi sahəyə hasardan keçməklə qanunsuz daxıl olunub oradan ümumi dəyəri 1613 manat olan elektrik naqilləri, inşaat materialları və təmir alətlərinin oğurlandığını bildirmişdir. İstintaq hərəkətinin görüntülərini əks etdirən fotoşəkillər fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 25 iyun 2022-ci il tarixli protokoldan görünür ki, 25 iyun 2022-ci il tarixdə oğurluq cinayətinin törədildiyi hadisə yeri Abşeron rayonu Saray qəsəbəsi Ç.Aytmatov küçəsində yerləşən Zərərçəkmiş şəxs4 məxsus fərdi yaşayış evidir. Baxış keçirilməsində iştirak edən Zərərçəkmiş şəxs4 evə pəncərəni açmaqla qanunsuz daxil olunub oradan dəyəri 200 manat olan samovarın və dəyəri 200 manat olan santexniki avadanlıqların oğurlandığını bildirmişdir. İstintaq hərəkətinin görüntülərini əks etdirən fotoşəkillər fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 15 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki. 14 sentyabr 2022-ci il tarixdə oğurluq cinayətinin törədildiyi hadisə yeri Abşeron rayonu Novxanı qəsəbəsi “Yeni məhəllə” adlandırılan ərazidə yerləşən Zərərçəkmiş şəxs5 məxsus bağ evinin həyətyanı sahəsi və həmin həyətyanı sahədəki hindir. Baxış keçirilməsində iştirak edən Zərərçəkmiş şəxs5 həyətyanı sahəyə qanunsuz daxil olunub hinin qapısının açılmaqla oradan ümumi dəyəri 480 manat olan müxtəlif sayda ev quşlarının oğurlandığını müəyyən edilmişdir. İstintaq hərəkətinin görüntülərini əks etdirən fotoşəkillər fotocədvəl tərtib 2 unaraq protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 25 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, 24 sentyabr 2022-ci il tarixdə oğurluq z nayətinin törədildiyi hadisə yeri Abşeron rayonu Saray qəsəbəsi "Üzümlük” yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evidir. Baxış keçirilməsində iştirak edən Zərərçəkmiş şəxs2 evə zirzəmidən qanunsuz daxil olunub dəhlizin sol tərəfindəki yarıtəmirli otaqdan ümumi dəyəri 270 manat olan alçipan bərkidilməsində istifadə olunan “əqrəb” adlandırılan dəmir parçalarının və elektrik naqillərinin oğurlandığını bildirmişdir. İstintaq hərəkətinin görüntülərini əks etdirən •'otoşəkillər fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 07 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, 07 oktyabr 2022-ci il tarixdə oğurluq c nayətinin törədildiyi hadisə yeri Abşeron rayonu Saray qəsəbəsi “Üzümlük” yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən əl damıdır. Baxış keçirilməsində iştirak edən Zərərçəkmiş şəxs3 əl damına qanunsuz daxil olunub oradan ümumi dəyəri 250 manat olan 1 ədəd samovarın və 1 ədəd alüminium qazanın oğurlandığını bildirmişdir, stintaq hərəkətinin görüntülərini əks etdirən fotoşəkillər fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 19 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, 18 oktyabr 2022-ci il tarixdə oğurluq cinayətinin törədildiyi hadisə yeri Abşeron rayonu Saray qəsəbəsi “Üzümlük” massivində yerləşən Zərərçəkmiş şəxs14 məxsus ikimərtəbəli fərdi yaşayış evidir. Baxış keçirilməsində iştirak edən Zərərçəkmiş şəxs14 evin həyətyanı sahəsinə hasardan keçməklə qanunsuz daxil olunub birinci mərtəbədəki saxlanc otağından ümumi dəyəri 500 manat olan qaynaq aparatı, laqonda və direlin oğurlandığını bildirmişdir. İstintaq hərəkətinin görüntülərini əks etdirən fotoşəkillər fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 21 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, 21 oktyabr 2022-ci il tarixdə oğurluq cinayətinin törədildiyi hadisə yeri Abşeron rayonu Saray qəsəbəsi “Yeni məhəllə” adlandırılan ərazidə yerləşən Zərərçəkmiş şəxs8 məxsus fərdi yaşayış evi və evin həyətyanı sahəsində yerləşən əl damıdır. Baxış keçirilməsində iştirak edən Zərərçəkmiş şəxs8 evin həyətyanı sahəsinə hasardan keçməklə qanunsuz daxil olunub oradan ümumi dəyəri 3350 manat olan televizor, ətçəkən maşın, su qızdırıcısı, su kranları və qazanların oğurlandığını bildirmişdir. İstintaq hərəkətinin görüntülərini əks etdirən fotoşəkillər fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 30 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, 26 oktyabr 2022-ci il tarixdə oğurluq cinayətinin törədildiyi hadisə yeri Abşeron rayonu Saray qəsəbəsi “Üzümlük” massivində yerləşən Zərərçəkmiş şəxs6 məxsus yarımtikili vəziyyətdə olan evdir. Baxış keçirilməsində iştirak edən Zərərçəkmiş şəxs6 30 oktyabr 2022-ci il tarixdə nəzarət etmək üçün evə gələn zaman evin qonaq otağından dəyəri 480 manat olan "LG” markalı televizorun və dəyəri 180 manat olan təmir alətləri komplektinin oğurlandığını bildirmişdir. İstintaq hərəkətinin görüntülərini əks etdirən fotoşəkillər fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 08 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, 07 noyabr 2022-ci il tarixdə oğurluq cinayətinin törədildiyi hadisə yeri Abşeron rayonu Saray qəsəbəsi “Bağlar massivi” deyilən ərazidə yerləşən Zərərçəkmiş şəxs13 məxsus yaşayış sahəsidir. Baxış keçirilməsində iştirak edən Zərərçəkmiş şəxs13 yaşayış sahəsinə giriş hissəsindən keçməklə qanunsuz daxil olunub oradan dəyəri 250 manat olan 2 ton tutuma malik 1 ədəd plastmas su çəninin oğurlandığını bildirmişdir. İstintaq hərəkətinin görüntülərini əks etdirən fotoşəkillər fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 20 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, 19 noyabr 2022-ci il tarixdə oğurluq cinayətinin törədildiyi hadisə yeri Abşeron rayonu Saray qəsəbəsi Babək küçəsində yerləşən Zərərçəkmiş şəxs11 məxsus yaşayış sahəsidir. Baxış keçirilməsində iştirak edən Zərərçəkmiş şəxs11 evin həyətyanı sahəsinə hasardan keçməklə qanunsuz daxil olunub oradan ümumi dəyəri 3000 manat olan dəmir fermaların oğurlandığını bildirmişdir, istintaq hərəkətinin görüntülərini əks etdirən fotoşəkillər fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 24 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, 23 noyabr 2022-ci il tarixdə oğurluq cinayətinin törədildiyi hadisə yeri Abşeron rayonu Saray qəsəbəsi "Üzümlük” massivində yerləşən Zərərçəkmiş şəxs10 məxsus fərdi yaşayış evidir. Baxış keçirilməsində iştirak edən Zərərçəkmiş şəxs10 evə mətbəxin pəncərəsindən keçməklə qanunsuz daxil olunub oradan ümumi dəyəri 750 manat olan müxtəlif növ məişət əşyaları və təmir alətlərinin oğurlandığını bildirmişdir. İstintaq hərəkətinin görüntülərini əks etdirən fotoşəkillər fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 07 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, 05 dekabr 2022-ci il tarixdə oğurluq cinayətinin törədildiyi hadisə yeri Abşeron rayonu Saray qəsəbəsi “Yeni məhəllə" adlandırılan ərazidə yerləşən Zərərçəkmiş şəxs9 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsidir. Baxış keçirilməsində iştirak edən Zərərçəkmiş şəxs9 evin həyətyanı sahəsinə hasardan keçməklə qanunsuz daxil olunub oradan ümumi dəyəri 4960 manat olan avtomobil şinləri, dəmir materialdan olan müxtəlif növ tikinti materialları və əşyaların oğurlandığını bildirmişdir. İstintaq hərəkətinin görüntülərini əks etdirən fotoşəkillər fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 13 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, 12 dekabr 2022-ci il tarixdə oğurluq cinayətinin törədildiyi hadisə yeri Abşeron rayonu Saray qəsəbəsi “Üzümlük” yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs17 məxsus fərdi yaşayış evidir. Baxış Keçirilməsində iştirak edən Zərərçəkmiş şəxs17 evə pəncərəni açmaqla qanunsuz daxil olunub oradan dəyəri 300 manat olan elektrik naqillərinin və dəyəri 100 manat olan cerforatorun (dağıdıcı direlin) oğurlandığını bildirmişdir. İstintaq hərəkətinin görüntülərini əks etdirən fotoşəkillər fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 06 fevral 2023-cü il tarixli protokoldan görünür ki, 29 yanvar 2023-cü il tarixdə oğurluq cinayətinin törədildiyi hadisə yeri Abşeron rayonu Saray qəsəbəsi “Bağlar massivi” deyilən ərazidə yerləşən X3 məxsus yaşayış sahəsidir. Baxış keçirilməsində iştirak edən Zərərçəkmiş şəxs12 evin həyətyanı sahəsinə hasardan keçməklə qanunsuz daxil olunub oradakı tövlədən ümumi dəyəri 420 manat olan qoyunların və hind quşlarının oğurlandığını bildirmişdir. İstintaq nərəkətinin görüntülərini əks etdirən fotoşəkillər fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 14 fevral 2023-cü il tarixli protokoldan görünür ki. 14 fevral 2023-cü il tarixdə oğurluq cinayətinin törədildiyi hadisə yeri Zərərçəkmiş şəxs16 yaşadığı evin yaxınlığında yerləşən Abşeron rayonu Saray qəsəbəsi Nizami küçəsidir. Baxış keçirilməsində iştirak edən Zərərçəkmiş şəxs16 etibarnamə əsasında idarə etdiyi, X2 məxsus “DAF” markalı Az **-SC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini sonuncu dəfə həmin yerdə saxladığı zaman hər birinin dəyəri 350 manat olan 2 ədəd akkumulyatorunun oğurlandığını bildirmişdir. İstintaq hərəkətinin görüntülərini əks etdirən fotoşəkillər fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş şahidin ifadəsinin yerində yoxlanılması haqqında 15 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs şahid qismində verdiyi 15 oktyabr 2022-ci il tarixli ifadəsində göstərdiyi xüsusatlar özünün iştirakı ilə Abşeron rayonu Ceyranbatan qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus taxta sexində yoxlanılmaqla dəqiqləşdirilmiş, Təqsirləndirilən şəxs 16 mart 2022-ci il tarixdə saat 22:00 radələrində oğurluq hadisəsini törətdiyi yeri və şəraiti əyani şəkildə göstərmişdir, istintaq hərəkətinin fotoşəkilləri fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş şahidin ifadəsinin yerində yoxlanılması haqqında 16 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs şahid qismində verdiyi 16 noyabr 2022-ci il tarixli ifadəsində göstərdiyi xüsusatlar özünün iştirakı ilə Abşeron rayonu Saray qəsəbəsi “Üzümlük” yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evində yoxlanılmaqla dəqiqləşdirilmiş, Təqsirləndirilən şəxs 24 sentyabr 2022-ci il tarixdə saat 01:00 radələrində oğurluq hadisəsini törətdiyi yeri və şəraiti əyani şəkildə göstərmişdir. İstintaq hərəkətinin fotoşəkilləri fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. İş materia! arına əlavə edilmiş şahidin ifadəsinin yerində yoxlanılması haqqında 25 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs şahid qismində verdiyi 25 noyabr 2022-ci il tarixli ifadəsində göstərdiyi xüsusatlar özünün iştirakı ilə Abşeron rayonu Saray zəsəbəsi M.Rahim küçəsində yerləşən Zərərçəkmiş şəxs7 məxsus . arımtikilidə yoxlanılmaqla dəqiqləşdirilmiş, Təqsirləndirilən şəxs 12 iyun 2022-ci il •arixdə saat 23:00 radələrində oğurluq hadisəsini törətdiyi yeri və şəraiti əyani şəkildə zostərmişdir. İstintaq hərəkətinin fotoşəkilləri fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş şahidin ifadəsinin yerində yoxlanılması haqqında 26 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs şahid qismində verdiyi 26 noyabr 2022-ci il tarixli ifadəsində göstərdiyi xüsusatlar özünün iştirakı ilə Abşeron rayonu Saray qəsəbəsi Ç.Aytmatov küçəsində yerləşən Zərərçəkmiş şəxs4 məxsus fərdi yaşayış evində yoxlanılmaqla dəqiqləşdirilmiş, Təqsirləndirilən şəxs 25 iyun 2022-ci il tarixdə saat 13:00 radələrində oğurluq hadisəsini törətdiyi yeri və şəraiti əyani şəkildə göstərmişdir. İstintaq hərəkətinin fotoşəkilləri fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş şahidin ifadəsinin yerində yoxlanılması haqqında 02 dekabr 2022-ci il tarixli protokoldan görünür ki. iş üzrə Təqsirləndirilən şəxs şahid qismində verdiyi 02 dekabr 2022-ci il tarixli ifadəsində göstərdiyi xüsusatlar özünün iştirakı ilə Abşeron rayonu Novxanı qəsəbəsi “Yeni məhəllə” adlandırılan ərazidə yerləşən Zərərçəkmiş şəxs5 məxsus bağ evinin həyətyanı sahəsi və həmin həyətyanı sahədəki hində yoxlanılmaqla dəqiqləşdirilmiş, Təqsirləndirilən şəxs 14 sentyabr 2022-ci il tarixdə saat 22:00 radələrində oğurluq hadisəsini törətdiyi yeri və şəraiti əyani şəkildə göstərmişdir. İstintaq hərəkətinin fotoşəkilləri fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş şahidin ifadəsinin yerində yoxlanılması haqqında 03 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs şahid qismində verdiyi 03 dekabr 2022-ci il tarixli ifadəsində göstərdiyi xüsusatlar özünün iştirakı ilə Abşeron rayonu Saray qəsəbəsi “Yeni məhəllə” adlandırılan ərazidə yerləşən Zərərçəkmiş şəxs8 məxsus fərdi yaşayış evi və evin həyətyanı sahəsində yerləşən əl damının qarşısında yoxlanılmaqla dəqiqləşdirilmiş, Təqsirləndirilən şəxs 21 oktyabr 2022-ci il tarixdə saat 02:00 radələrində oğurluq hadisəsini törətdiyi yeri və şəraiti əyani şəkildə göstərmişdir. İstintaq hərəkətinin fotoşəkilləri fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş şahidin ifadəsinin yerində yoxlanılması haqqında 06 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs şahid qismində verdiyi 06 dekabr 2022-ci il tarixli ifadəsində göstərdiyi xüsusatlar özünün iştirakı ilə Abşeron rayonu Saray qəsəbəsi “Üzümlük” yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yoxlanılmaqla dəqiqləşdirilmiş, Təqsirləndirilən şəxs 07 oktyabr 2022-ci il tarixdə saat 01:00 radələrində oğurluq hadisəsini törətdiyi yeri və şəraiti əyani şəkildə göstərmişdir. İstintaq hərəkətinin fotoşəkilləri fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş şahidin ifadəsinin yerində yoxlanılması haqqında 09 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs şahid qismində verdiyi 09 dekabr 2022-ci il tarixli ifadəsində göstərdiyi xüsusatlar özünün iştirakı ilə Abşeron rayonu Saray qəsəbəsi “Üzümlük” massivində yerləşən Zərərçəkmiş şəxs6 məxsus yarımtikili vəziyyətdə olan evdə yoxlanılmaqla dəqiqləşdirilmiş, Təqsirləndirilən şəxs 26 oktyabr 2022-ci il tarixdə saat 20:00 radələrində oğurluq hadisəsini törətdiyi yeri və şəraiti əyani şəkildə göstərmişdir. İstintaq hərəkətinin fotoşəkilləri fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş şahidin ifadəsinin yerində yoxlanılması haqqında 12 yanvar 2023-cü il tarixli protokoldan görünür ki. iş üzrə Təqsirləndirilən şəxs şahid qismində verdiyi 12 yanvar 2023-cü il tarixli ifadəsində göstərdiyi xüsusatlar özünün iştirakı ilə Abşeron rayonu Saray qəsəbəsi “Üzümçülük” massivində yerləşən Zərərçəkmiş şəxs17 məxsus fərdi yaşayış evində yoxlanılmaqla dəqiqləşdirilmiş, Təqsirləndirilən şəxs 12 dekabr 2022-ci il tarixdə saat 23:00 radələrində oğurluq hadisəsini törətdiyi yeri və şəraiti əyani şəkildə göstərmişdir. İstintaq hərəkətinin fotoşəkilləri fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş şahidin ifadəsinin yerində yoxlanılması haqqında 09 mart 2023-cü il tarixli protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs şahid qismində verdiyi 09 mart 2023-cü il tarixli ifadəsində göstərdiyi xüsusatlar özünün iştirakı ilə Abşeron rayonu Saray qəsəbəsi “Yeni məhəllə” adlandırılan ərazidə yerləşən Səfərov’ Müslüm Allahverdi oğluna məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yoxlanılmaqla dəqiqləşdirilmiş, Təqsirləndirilən şəxs 05 dekabr 2022-ci il tarixdə saat 06:00 radələrində oğurluq hadisəsini törətdiyi yeri və şəraiti əyani şəkildə göstərmişdir. İstintaq hərəkətinin fotoşəkilləri fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş şahidin ifadəsinin yerində yoxlanılması haqqında 09 mart 2023-cü il tarixli protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs şahid qismində verdiyi 09 mart 2023-cü il tarixli ifadəsində göstərdiyi xüsusatlar özünün iştirakı ilə Abşeron rayonu Saray qəsəbəsi Nizami küçəsində yerləşən Zərərçəkmiş şəxs16 yaşadığı evin yaxınlığında yoxlanılmaqla dəqiqləşdirilmiş, Təqsirləndirilən şəxs 14 fevral 2023-cü il tarixdə saat 02:00 radələrində oğurluq hadisəsini törətdiyi yeri və şəraiti əyani şəkildə göstərmişdir. İstintaq hərəkətinin fotoşəkilləri fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş şahidin ifadəsinin yerində yoxlanılması haqqında 10 mart 2023-cü il tarixli protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs şahid qismində verdiyi 10 mart 2023-cü il tarixli ifadəsində göstərdiyi xüsusatlar özünün iştirakı ilə Abşeron rayonu Saray qəsəbəsi Üzümlük” massivində yerləşən Zərərçəkmiş şəxs10 məxsus fərdi yaşayış evində yoxlanılmaqla dəqiqləşdirilmiş, Təqsirləndirilən şəxs 23 noyabr 2022-ci il tarixdə saat 23:00 radələrində oğurluq hadisəsini törətdiyi yeri və şəraiti əyani şəkildə göstərmişdir. İstintaq hərəkətinin fotoşəkilləri fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş şahidin ifadəsinin yerində yoxlanılması haqqında 22 mart 2023-cü il tarixli protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs şahid qismində verdiyi 22 mart 2023-cü il tarixli ifadəsində göstərdiyi xüsusatlar özünün iştirakı ilə Abşeron rayonu Saray qəsəbəsi Babək küçəsində yerləşən Zərərçəkmiş şəxs11 məxsus yaşayış sahəsində yoxlanılmaqla dəqiqləşdirilmiş. Təqsirləndirilən şəxs 19 noyabr 2022-ci il tarixdə saat 01:00 radələrində oğurluq hadisəsini törətdiyi yeri və şəraiti əyani şəkildə göstərmişdir, istintaq hərəkətinin fotoşəkilləri fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş şahidin ifadəsinin yerində yoxlanılması haqqında 24 mart 2023-cü il tarixli protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs şahid qismində verdiyi 24 mart 2023-cü il tarixli ifadəsində göstərdiyi xüsusatlar özünün iştirakı ilə Abşeron rayonu Saray qəsəbəs ‘Bağlar massivi” deyilən ərazidə yerləşən X3 məxsus yaşayış sahəsində yoxlanılmaqla dəqiqləşdirilmiş, Təqsirləndirilən şəxs 29 yanvar 2023-cü il tarixdə saat 21:00 radələrində oğurluq hadisəsini törətdiyi yeri və şəraiti əyani şəkildə göstərmişdir. İstintaq hərəkətinin fotoşəkilləri fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş şahidin ifadəsinin yerində yoxlanılması haqqında 27 mart 2023-cü il tarixli protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs şahid qismində verdiyi 27 mart 2023-cü il tarixli ifadəsində göstərdiyi xüsusatlar özünün iştirakı ilə Abşeron rayonu Saray qəsəbəsi ərazisində yerləşən Zərərçəkmiş şəxs13 məxsus yaşayış sahəsində yoxlanılmaqla dəqiqləşdirilmiş, Təqsirləndirilən şəxs 07 noyabr 2022-ci il tarixdə saat 05:00 radələrində oğurluq hadisəsini törətdiyi yeri və şəraiti əyani şəkildə göstərmişdir. İstintaq hərəkətinin fotoşəkilləri fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş şahidin ifadəsinin yerində yoxlanılması haqqında 29 mart 2023-cü il tarixli protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs şahid qismində verdiyi 29 mart 2023-cü il tarixli ifadəsində göstərdiyi xüsusatlar özünün iştirakı ilə Abşeron rayonu Saray qəsəbəsi “Üzümlük” massivində yerləşən Zərərçəkmiş şəxs14 məxsus fərdi yaşayış evinin birinci mərtəbəsində yoxlanılmaqla dəqiqləşdirilmiş, Təqsirləndirilən şəxs 18 oktyabr 2022-ci il tarixdə saat 19:00 radələrində oğurluq hadisəsini törətdiyi yeri və şəraiti əyani şəkildə göstərmişdir. İstintaq hərəkətinin fotoşəkilləri fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş şahidin ifadəsinin yerində yoxlanılması haqqında 30 mart 2023-cü il tarixli protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs şahid qismində verdiyi 30 mart 2023-cü il tarixli ifadəsində göstərdiyi xüsusatlar özünün iştirakı ilə Abşeron rayonu Saray qəsəbəsi i.Abdullayev küçəsində Zərərçəkmiş şəxs15 sərnişin kimi əyləşdiyi 522 saylı marşrut mikroavtobusunda yoxlanılmaqla dəqiqləşdirilmiş, Təqsirləndirilən şəxs 29 noyabr 2022-ci il tarixdə saat 17:00 radələrində oğurluq hadisəsini törətdiyi yeri və şəraiti əyani şəkildə göstərmişdir. İstintaq hərəkətinin fotoşəkilləri fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 15 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 oktyabr 2022-ci il tarixdə Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin inzibati binasında üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 0,609 qram olan psixotrop maddə metamfetamini təqdim etmiş, həmin büküm müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 1 ədəd “DVD" diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında 17 oktyabr 2022- ci il tarixli protokoldan görünür ki, həmin diskin içərisində olan videogörüntülərdə Təqsirləndirilən şəxs 15 oktyabr 2022-ci il tarixdə Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin inzibati binasında üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 0,609 qram olan psixotrop maddə metamfetamini təqdim etməsi öz əksini tapmışdır. Təqsirləndirilən şəxs 15 oktyabr 2022-ci il tarixdə saat 14:00-da şübhəli şəxs qismində tutulmuş,17 oktyabr 2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(012)- 43/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa cinayət işi üzrə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran ACM-nin xx.xx.2012-ci il tarixli hökmü ilə CM-nin 32.206.3.2,234.4.1, 234..4.3 66.3. maddələri ilə 08 il 06 azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Beləliklə, məhkəmə məhkəmə istintaqında tədqiq edilmiş iş üzrə əldə edilmiş obyektiv sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verilərkən onun tamah niyyəti ilə təkrarən yaşayış sahəsi və saxlanc yerlərinə qanunsuz daxil olmaqla habelə cibə girməklə təkrarən özgənin əmlakını gizli olaraq taladığı və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib saxlayaraq daşıdığı müəyyən edildiyi üçün onun əməli Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.5 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməllərini törətməsi özünün etirafedici ifadələri ilə yanaşı zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, hadisə yerlərinə baxış keçirilməsi, təqsirləndirilən şəxsin şahid qismində dindirilərkən verdiyi ifadələrin yerində yoxlanılması, şəxsi axtarış və götürmə aparılması, diskə baxış keçirilməsi haqqında protokollar, məhkəmə-əmtəəşünaslıq, məhkəmə-kimyəvi və məhkəmə- narkoloji ekspertizalarının rəyləri, istintaq hərəkətləri protokollarına əlavələr və istintaq materiallarına əlavə edilmiş digər sənədlər, həmçinin işin faktiki halları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-in 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal zərərçəkənlərin bəzilərinin şikayətçi olmamaları, himayəsində azyaşlı uşaqlarının olması müəyyən edilmişdir. Məhkəmə, CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” “24” dekabr 2021-ci il tarixli qərarında göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halın olmamasını, cəzanı ağırlaşdıran halı, nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və hazırda əməlində cinayətlərin residivinin olması müəyyən edildiyindən, o, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3 maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün müddət təyin edilmiş cəzasından çıxılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.7-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində başqa bir cinayət işi üzrə Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(012)-43/2024 saylı qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə bir ədəd DVD diski sübut əhəmiyyətli olduğundan maddi sübut kimi iş materiallarına əlavə edilməlidir. İş üzrə maddi sübut olan və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan çəkisi 0,559 qram Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitə olan metamfetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 164 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron rayon Pİ-nə, Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin, ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin, ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplansın, ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün müddət təyin edilmiş cəzasından çıxılsın, üzərində qəti olaraq 03 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 25 dekabr 2024-cü il tarixdən hesablansın. Barəsində Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(012)-43/2024 saylı qərarı ilə “həbs” qətimkan tədbiri seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə bir ədəd DVD diski sübut əhəmiyyətli olduğundan maddi sübut kimi iş materiallarına əlavə edilsin. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan çəkisi 0,559 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 164 manat məbləğində pul vəsaiti məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron rayon Pİ-nə, Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-103/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-103/2024
25.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver