Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-103/2025 14.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subayi, orta təhsilli, əvvəllər məhkum olunmuş, Sabirabad şəhəri, Xəqani küçəsi ev 32-də qeydiyyatda olan və Abşeron rayonu,Xırdalan şəhəri, “Kristal Abşeron-2” ev 6, mənzil 24-də yaşayan, “həbs”də olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs “Turbo.az” internet saytında sosial şəbəkədən şəklini götürdüyü “Hyundai Elantra” markalı avtomobilin ona məxsus olması və kreditlə satması barədə həqiqətə uyğun olmayan məlumatlar yerləşdirib, onunla telefonda əlaqə saxlayan Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib, həmin avtomobili sonuncuya ilkin beh kimi 800 manat və hər ay 600 manat ödəmək şərti ilə 3 il müddətinə kreditlə satacağını yalandan vəd verib aldadaraq, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən evindən onun “4169 7388 8703 2336” nömrəli bank kartının hesabına beh olaraq göndərdiyi 495 manat və xx.xx.2023-cü il tarixdə göndərdiyi 305 manat, ümumilikdə vahid niyyətlə 800 manat pulu alıb ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək,hal hazırda ziyanı tam olaraq ödədiyini, zərərçəkənlə barışmalarını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib, etirafedici ifadəsində göstərmişdir ki, Sabirabad rayon məhkəməsinin qərarı ilə barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir, hazırda 14 saylı Cəzaçəkmə Müəssəsində saxlanılır. 2023-cü ilin yanvar ayında internetdən götürdüyü ona məxsus olmayan “Hyundai Elantra” markalı avtomobilin şəklini “turbo.az” avtomobil satışı internet saytına yerləşdirib guya həmin avtomobili kreditlə satması barədə elan yerləşdirmiş əlaqə telefonu olaraq atasına məxsus olan ancaq onun tərəfindən istifadə olunan ***-***-**-** saylı mobil nömrəni yazmışdır. Yanvar ayının sonlarında ***-***-**-** saylı mobil nömrədən Oruc adlı şəxs zəng edib, avtomobili almaq istədiyini bildirmiş, həmin şəxsə 800 manat beh göndərməsini, bundan sonra avtomobili kreditlə ona sata biləcəyimi vəd verib aldatmışdır. Zərərçəkmiş şəxs 28 yanvar 2023-cü il tarixdə ona məxsus Kapital bank kartına 495 manat, sabahı gün isə 305 manat olmaqla ümumilikdə 800 manat pul göndərmişdir. O, Orucun göndərdiyi 800 manat pulu kartdan çıxarıb öz şəxsi işlərinə xərcləmişdir. Zərərçəkmiş şəxs aldadıb 800 manat pulunu ələ keçirməsinə görə peşmandır, Orucdan aldığı pulu geri qayatarcacağına söz vermişdir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs tərəfindən ona dəyən ziyanın tam ödənildiyini, barışdıqlarını, şikayəti, tələbi olmadığını bildirmişdir. İbtidai istintaqda cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2023-cü ilin əvvəllərində özünə kreditlə avtomobil almaq istəmiş, bu məqsədlə “turbo.az avtomobil satışı elanı internet saytında “Hyundai Elantra” markalı avtomobilin kreditlə satıldığı elanını görüb elanda yazılmış ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlamış, həmin şəxs özünü ona İlkin olaraq təqdim etmiş, əslən Sabiradab rayonundan olduğunu, Bakı şəhərində Keşlə qəsəbəsində yaşadığını bildirmişdir. O, həmin avtomobili kreditlə almaq istədiyini demiş, həmin şəxs 800 manat beh göndərməsini istəmişdir. Razılaşmaya əsasən aylıq 600 manata 3 illik avtomobili ona satacaqmış. O, həmin şəxsə inanıb yaşadığı Qobu qəsəbəsində yerləşən evindən həmin şəxsin “whatsapp” tətbiqində ona göndərdiyi 4169-7388-8703-2336 saylı “Kapital Bank” kartına xx.xx.2023-cü il tarixdə 495 manat, xx.xx.2023-cü il tarixdə isə 305 manat olmaqla ümumilikdə 800 manat pul göndərmişdir. Həmin şəxs 2 gün sonra saat 14-də Qaradağ rayonu ərazisində yerləşən “meyvəli bazarın” yanındakı Gömrük məntəqəsində görüşəcəklərini, orada avtomobili ona verəcəyini bildirmişdir. O, razılaşdıqları vaxtda həmin yerə gedib, avtomobili satan şəxsi gözləmiş, ancaq həmin şəxs telefonunu söndürmüş və nömrəsinə zəng çatmamışdır. O, artıq aldadıldığını başa düşüb 31 yanvar 2023-cü il tarixdə Daxili İşlər Nazirliyinin 102 qaynar xətt nömrəsinə zəng edib şikayət etmiş və ərazi üzrə Abşeron rayon Polis İdarəsinin Qobu polis bölməsinə ərizə vermişdir. İş materiallarına əlavə olunmuş qəbzlərin surətindən görünür ki, Zərərçəkmiş şəxs həyat yoldaşı Təranə Əhmədovanın “Leo bank” kartından 416973****2336 saylı Kapital bank kartına xx.xx.2023-cü il tarixdə saat 22:58-də 495 manat, xx.xx.2023-cü il tarixdə saat 22:34-də 305 manat göndərilmişdir. İş materiallarına əlavə edilmiş portal çıxarışlarından görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs əlaqə saxladığı ***-***-**-** saylı mobil nömrə Təqsirləndirilən şəxs atası Akif Bədəlovun adına rəsmləşdirişmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsindən alınmış tələbnamədən və işdə olan Bakı şəhəri Nəsimi RPİ-nin müstəntiqi Mahmud Mirzəyev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli Qərardan görünür i, Təqsirləndirilən şəxs barəsində Sabunçu RPİ-nin icraatında CM-nin 178.1 maddəsi ilə cinayət işi olmuş, sonradan həmin iş aidiyyatı üzrə Bakı şəhəri Nəsimi RPİ-ə göndərilmiş,qeyd edilən Qərarla CPM-nin 40.3 və CM-nin 73-1.1 maddəsinə əsasən işin icraatına xitam verilmişdir.Həmçinin həmin Qərardan müəyyən edilir ki, cinayət hadisəsi 20 iyul 2023-cü il tarixdən 22 iyul 2023-cü il tarixədək törədilmişdir. İş materiallarına əlavə edilmiş Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Sabirabad rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəzasının çəkilməmiş qalan 1 il 14 gün hissəsi 6 ay 7 gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması onun özünün ifadəsi, zərərçəkənin ifadəsi və işdə olan sübutlarla tam təsdiq olunur. DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən gələn tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal zərərçəkənə dəyən ziyanı ödəməsi, aralarına barışıq əldə edilməsidir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Ona görə də məhkəmə hesab edir ki, hazırki cinayət işi dəyən ziyan ödənildiyindən, tərəflər arasında barışıq əldə olunduğundan üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs məhkəmədən yayındığından məhkəmə tərəfindən barəsində xx.xx.2024-cü il tarixli Qərarla axtarış elan edilmiş, həbs qətimkan tədbiri seçilmiş və iş üzrə icrtaat dayandırılmışdır. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs tutularaq MSY-ə təhvil verilmişdir. Hazırkı halda onun barəsində seçilmiş olan “həbs ”qətimkan tədbiri ləgv edilməli, məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, cəmi 220 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş olan “həbs ”qətimkan tədbiri ləgv edilsin, məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri-mümkünlüyü izah edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, cəmi 220 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-103/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-103/2025
14.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver