Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-1030/2025 21.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Şükürov Nicat Rufulla oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs iş yerini dəyişəcəyinə dair yalan vəd verməklə əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə özünə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək sözü gedən işləri müvəffəqiyyətlə icra edə biləcəyinə dair obyektiv gerçəkliyə uyğun olmayan fikir formalaşdırmış, sonuncu ona inanıb razılaşdıqdan sonra xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 245 ünvanında yerləşən 1 saylı notariat ofisində görünüş üçün Zərərçəkmiş şəxs ilə borc müqaviləsi bağlayıb 7500 manat məbləğdə pulunu alıb ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs 2022-ci ilin iyul ayında təsadüfən taksi fəaliyyəti ilə məşğul olan zaman tanımışdır. O onun daimi müştərisi olmuşdur. Həmin ərəfələrdə Zərərçəkmiş şəxs onun sıxıntılı olduğunu görüb nə olduğunu soruşduqda ona, maddi sıxıntılarının olduğunu bildirmiş. O da bildirmişdir ki, ona köməklik edə bilər, lakin işinə görə topladığı pul olduğu üçün vaxtında qaytarmağını xahiş etmişdir. Bundan sonra ondan nə qədər pul lazım olduğunu soruşduqda 7500 manat pul lazım olduğunu bildirmişdir. Bundan bir neçə gün sonra ona zəng vuraraq pulun hazır olduğunu və Xırdalan şəhərində görüşüb müqavilə bağlayaraq pulu ona verə biləcəyini bildirmişdir. Həmin gün onlar Xırdalan şəhərində 1 saylı notariat kontorunun qarşısında görüşmüş və onunla birlikdə həyat yoldaşı və atası da gəlmişdir. Onlar həmin kontorda borc müqaviləsi imzaladıqdan sonra həmin məbləği ona vermiş və onlar həmin ilin sonunadək həmin borcu geri ödəyəcəyinə dair razılığa gəlmişlər. Həmin müddət çatdıqda onun maddi imkanı yaxşı olmadığı üçün borcu qaytara bilməmiş və Zərərçəkmiş şəxs bu barədə məlumat vermişdir. Bundan sonra bir müddət də borcunu ödəyə bilmədikdə onun barəsində şikayət etdiyini öyrənmişdir. O, həmin şikayət üzrə özünü təqsirli bilmədiyini, ona olan borcundan 7000 manatı ödədiyini və geri qalan 500 manat pulu tezliklə ödəyəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs dəymiş ziyanı tam şəkildə ödəmişdir. Zərərçəkmiş şəxslə barışmışdır. X2 “Vətən müharibəsi” iştirakçısı olmuşdur. Himayəsində azyaşlı uşağı vardır. Barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq olunmasını, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə teleqram göndərərək, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tamamilə ödənildiyini, barışdıqlarını, təqsirləndirilən şəxsdən hər hansı şikayət və tələbinin olmadığını bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri 4 saylı orta məktəbdə müəllimə işləyir. 2022-cı ilin iyul ayında Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Həmin vaxt Ceyhun adlı şəxsə Masazır qəsəbəsində yaşadığı üçün Xırdalan şəhərinə işə gedib gəlməkdə çətinlik çəkdiyim dedikdə o, ona tanışının olduğunu və bu işdə köməklik edə biləcəyini, lakin bunun üçün müəyyən məbləğdə pul verməli olduğumu bildirmişdir. O, ona ailəsilə məsləhətləşdikdən sonra cavab verəcəyini bildirmişdir. Bundan sonra o, əri İlkin və atası Cümşüdlə məsləhətləşdikdən sonra onlar Ceyhunla görüşüb özləri söhbət etmək istədiklərini demişlər. Bundan sonra Ceyhunla onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrə vasitəsi ilə əlaqə saxladıqda o, 7500 manat müqabilində onu Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 3 nömrəli orta məktəbə ingilis dili müəllimi kimi yerdəyişmə edəcəyinə söz vermişdir. Lakin o, pulu təcili olaraq verməli olduqların demişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə o, atası ilə birlikdə Ceyhunla Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 1 nömrəli notariusun qarşısında görüşmüşlər. X7 etibar etmədiyi üçün həmin pulu notariusda borc şəklində vermək istədiyini dedikdə o etiraz etməyərək onlarla razılaşmışdır. Buna görə də onlar Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 1 saylı notariusda həmin 7500 manat pulu Ceyhuna verib evə qayıtmışlar. Ceyhun orada xx.xx.2022-ci il tarixdə onun əmrinin Masazır qəsəbəsində yerləşən 3 nömrəli orta məktəbə veriləcəyini deyib onlardan ayrılmışdır. Həmin gündən sonra onlar dəfələrlə Təqsirləndirilən şəxslə əlaqə saxlasalar da o müxtəlif bəhanələrlə onları aldatmış, gah pulu başqa şəxsə verdiyini, gah da pul verdiyi şəxsin tutulduğunu demişdir. Bir neçə ay keçməsinə baxmayaraq onun pulu qaytarmadığını gördükdə bu barədə polisə məlumat vermək qərarına gəlmişdir. Hal-hazırki dövrədək Ceyhun həmin puldan 5500 manat pulu hissə-hissə olmaqla geri qatarmış 2000 manatı isə hər zaman etdiyi kimi bəhanələr gətirərək ödəməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Sevda onun qızıdır. Təqsirləndirilən şəxs isə 2022-ci ilin iyul ayında Sevda vasitəsi ilə tanımışdır. Belə ki, həmin vaxt qızı Sevda ona Ceyhun adlı şəxsin onun iş yerini Xırdalan şəhərindən Masazır kəndinə dəyişdirilməsinə köməklik edə biləcəyini dedikdə onunla özü görüşmək istəmişdir. Fikirləşmişdir ki, Sevdanı aldada bilər. Bundan sonra Ceyhunla bir neçə dəfə telefon vasitəsi ilə əlaqə saxladıqda o ona 7500 manat müqabilində həmin işi həll edə biləcəyim dedikdə o, yenə də ona güvənməmişdir. Lakin qızı Sevda təkid etdikdə o, Ceyhuna həmin pulu notarial qaydada verəcəyim dedikdə, o etiraz etməmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə o, qızı ilə birlikdə Ceyhunla Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 1 nömrəli notariusun qarşısında görüşmüşlər. Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 1 saylı notariusda həmin 7500 manat pulu Ceyhuna verib evə qayıtmışlar. Ceyhun orada xx.xx.2022-ci il tarixdə qızı Sevdanın əmrinin Masazır qəsəbəsində yerləşən 3 nömrəli orta məktəbə veriləcəyini deyib onlardan ayrılmışdır. Həmin gündən sonra onlar dəfələrlə Təqsirləndirilən şəxslə əlaqə saxlasalar da o, müxtəlif bəhanələrlə onları aldatmış, gah pulu başqa şəxsə verdiyini, gah da pul verdiyi şəxsin tutulduğunu deyirmiş. Bir neçə ay keçməsinə baxmayaraq onun pulu qaytarmadığını gördükdə qızı Sevdaya bu barədə polisə məlumat verməsini məsləhət görmüşdür. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sevda onun həyat yoldaşıdır. Təqsirləndirilən şəxs ilə 2022-ci ilin iyul ayında Sevda vasitəsi ilə tanımışdır. Belə ki, həmin vaxt Sevda ona Ceyhun adlı şəxsin onun iş yerini Xırdalan şəhərindən Masazır kəndinə dəyişdirilməsinə köməklik edə biləcəyini dedikdə onunla özü görüşmək istəmişdir. Fikirləşmişdir ki, Sevdanı aldada bilər. Bundan sonra Ceyhunla bir neçə dəfə telefon vasitəsi ilə əlaqə saxladıqda o ona 7500 manat müqabilində həmin işi həll edə biləcəyini dedikdə o, yenə də ona güvənməmişdir. Sonra xx.xx.2022-ci il tarixdə Sevda onun qaynatası Cümşüdlə birlikdə Ceyhunla Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 1 nömrəli notariusun qarşısında görüşmüşlər. Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 1 saylı notariusda həmin 7500 manat pulu Ceyhuna vermişlər. Ceyhun orada xx.xx.2022-ci il tarixdə Sevdanın əmrinin Masazır qəsəbəsində yerləşən 3 nömrəli orta məktəbə veriləcəyini deyibmiş. Həmin gündən sonra onlar dəfələrlə Təqsirləndirilən şəxslə əlaqə saxlasalar da o, müxtəlif bəhanələrlə onları aldatmış, gah pulu başqa şəxsə verdiyini, gah da pul verdiyi şəxsin tutulduğunu demişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: Cinayət işi başlama və icraata qəbul etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixində şübhəli şəxs kimi tutulmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin madddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqında iltziam qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Tağıyev X3 RPİ-nin MSY-dən azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, iş üzrə zərərçəkmiş şəxs və şahid ifadələri, üzləşdirmə protokolu və digər istintaq sənədləri sübut növləri kimi qəbul edilməsi qərara alınmışdır. DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs dəymiş ziyanı tam şəkildə ödəmişdir. Zərərçəkmiş şəxslə barışmışdır. Himayəsində azyaşlı uşağı vardır. Barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq olunmasını, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il təvəllüdlü X5 adlı övladı vardır. Beləliklə, məhkəmə toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi tam sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsi, onun müdafiəçisini, dövlət ittihamçısını dinləyərək və materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin ərizəsini nəzərə alaraq hesab edir ki, "Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1. 12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 40.1- ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir; 43.3-cü maddəsinə görə məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin həmin Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının: 1.16-cı bəndinə görə öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər Təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, aşağıdakı məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər; 5.1- ci bəndinə görə icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1- 1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 6-cı və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, təqsirləndirilən şəxsin əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməli üzrə maddi ziyanı Qərar tətbiq olunanadək tam ödəmiş, himayəsində yetkinlik yaşına çatmayan övladı olduğundan və yuxarıda qeyd edilən amnistiya qərarının 5.1-ci bəndi bu cinayətləri törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkəməyə yazılı ərizə təqdim etməklə, təqsirləndirilən şəxs barəsində, "Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq edilməsinə və həmin şəxs barəsində cinayət təqibinə xitam verilməsinə razı olduqlarını və cinayət təqibinə bəraətverici əsaslar olmadan, amnistiya aktı əsasında xitam verilməsinin hüquqi nəticələrinin onlara məlum olduğunu bildirmişlər. Beləliklə, məhkəmə müdafiə tərəfinin ərizəsini və dövlət ittihamçısının təklifini nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi "Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 1.16 və 5.1-ci bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Qeyd olunan maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025- ci il tarixli, 141 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron Rayon Vəkil bürosunun müdafiəçisi Müdafiəçi Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən iştirak etdiyi 26 saata görə 286 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Nəticə Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: "Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16 və 5.1ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunsun. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron Rayon Vəkil bürosunun müdafiəçisi Müdafiəçi Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən iştirak etdiyi 26 saata görə 286 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya protesti və ya şikayəti verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-1030/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-1030/2025
21.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver