Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-1031/2025 04.12.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Abbasova Fatimə Ramil qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1998-ci il tarixində Bərdə rayonunda andan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olmamış, Bərdə rayonu Cəyirli kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Masazır qəsəbəsində fərdi evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1 və 326.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını açıq talamaq məqsədi ilə 20 fevral 2025-ci il tarixdə saat 23:40 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində yerləşən «Aplus» marketin yaxınlığında Zərərçəkmiş şəxs sol çiynindən asılmış içərisində 10(on) manat pul, 10 manat dəyərində şəxsiyyət vəsiqəsi, 20 manat dəyərində balansında pul olmayan «Bakıkart» ödəniş kartı, 10 manat dəyərində balansında pul olmayan «Birbank» bank kartını, sonuncunun tələbə bileti, adına olan Azərbaycan Milli Kitabxanasının vəsiqəsi olan qara rəngli 20 (iyirmi) manat dəyərində əl çantasını dartıb qaçmaqla açıq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 52 manat məbləğində ziyan vurmaqla soyğunçuluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə axşam saat 23 radələrində cibində pulu olmadığına görə oğurluq etmək qərarına gəlmişdir. Həmin vaxtı Abşeron rayonu, Masazır qəsəbəsi, “Aplus” marketin yaxınlığında olduğu zaman, orada ödəniş terminalına bir cavan xanımın yaxınlaşdığını və kartından pul çıxartdığını aşkar etmişdir. Həmin qadının pulunu oğurlamaq qərarına gəlmişdir. Xanımın arxasınca izləməyə başlamışdır. Biraz qaranlıq küçədə və ətrafda heç kimin olmadığını müəyyən etdikdən sonra, xanımın sol tərəfi ilə onun arxasınca izləməyə davam etmişdir. Ətrafda heç kimin olmadığına yenidən əmin olub “A plus” marketdən yuxarı hissədə olan küçədə xanıma arxa tərəfindən yaxınlaşmışdır. Qızın çiynində olan qara rəngli çantasını əli ilə dartıb çiynindən çıxarıb geriyə arxa tərəfə qaçmışdır, O, qaçarkən qız arxasınca qışqıraraq çağırsa da o, oradakı fərdi evin hasarının tinindən yuxarı tərəfə qaçaraq oradan uzaqlaşmışdır. Biraz yuxarı qalxdıqdan sonra çantanı açıb içərisinə baxdıqda içərisində 10 manat pulu, və xanıma məxsus şəxsiyyət vəsiqəsini, bakubas kartını, Milli Kitabxananın oxucu vəsiqəsini, birbank kartını, Bakı Dövlət Universitetinə məxsus tələbə biletini və bir ədəd şəkilli kartını götürüb çantanı yuxarıda bir yerə atmışdır. Bundan sonra yuxarı tərəfdə biraz gəzişdikdən sonra Masazır dairəsi tərəfə düşüb oradan özünə 10 manatı istifadə edərək 01 ədəd dönər və 01 ədəd “Viceroy” siqareti alıb evə getmişdir. Qalıq 4 manat pul isə səhər saatlarında yeməyə xərcləmişdir. Sonda törətdiyi əməldən peşman olduğunu və zərərçəkmiş şəxsə vurulmuş ziyanı tamamilə ödədiyini,sənədlərini qaytardığını bildirərək, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 23:30 radələrində yaşadığı evə gedən zaman cibində pulunun olmadığına görə Abşeron rayonu, Masazır qəsəbəsi, “A plus” marketin yaxınlığında olan ödəniş terminalına yaxınlaşmış və plastik kartını terminala daxil edərək 10 manat pul vəsaiti çıxartmışdır. Həmin pulu əlində olan qara rəngli çantanın içərisinə yerləşdirmiş və oradan uzaqlaşmağa başlamışdır. Bir müddətdən sonra arxasınca bir şəxsin gəldiyini hiss etmiş, gecə saatları olduğuna görə qorxmuş və itti addımlarla oradadan uzaqlaşmağa başlamışdır. Abşeron rayonu, Masazır qəsəbəsi, “A plus” marketin yuxarı hissəsində piyada hərəkət edərkən, gözləmədiyi anda sol ciynində olan qara rəngli çantasının dartıldığını hiss etmişdir. Həmin an çantasını bərk-bərk tutduğundan arxa tərəfə fırlanmış və arıq bədən quruluşlu, orta boylu, üzü saqqalı cavan oğlanın çantasını dartdığını görmüşdür. Baş vermiş hadisədən qorxduğuna görə əlində olan çantanı buraxmış, həmin şəxs çantanı götürüb qaçaraq oradan uzaqlaşmağa başlamışdır. Bir neçədə dəfə həmin şəxsin arxasınca ucadan qışqıraraq dayanmasını tələb etsədə həmin şəxs onun sözlərinə məhəl qoymayaraq qacaraq oradan uzaqlaşmışdır. Bundan sonra DİN-nin “102” xidmətinə zəng edərək baş vermiş hadisə ilə əlaqədar məlumat vermişdir. Bildirmişdir ki, hadisə nəticəsində ona ümumilikdə 52 manat ziyan dəymişdir. Ona dəymiş ziyan tam ödənildiyindən təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Abşeron rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantı rütbəsi daşıyır. Bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 23:50 radələrində işdə növbədə olduğu zaman Abşeron rayonu, Masazır qəsəbəsi, X8 küçəsi ev 17 ünvanında yaşayan adının sonradan Zərərçəkmiş şəxs olduğunu bildiyi bir nəfər şəxs DİN-nin “102” xidmətinə məlumat verməklə Abşeron rayon Polis İdarəsinə gəlib ərizə ilə müraciət edərək xx.xx.2025-ci il tarixdə saat 23:30 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində yerləşən «Aplus» marketin yaxınlığında onun əlindən 10(on) manat pul, bir ədəd şəxsiyyəti vəsiqəsi, bir ədəd «Bakıkart» ödəniş kartı, bir ədəd «Birbank» bank kartı, bir ədəd tələbə bileti, və bir ədəd Azərbaycan Milli Kitabxanasının vəsiqəsi olan əl çantasının naməlum şəxs tərəfindən alınaraq qaçması ilə bağlı bildirmişdir. Bununla bağlı tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs qarşı soyğunçuluq edərək əlindən çantasını dartıb qaçan şəxsin Bərdə rayonu, Cəyirli kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi evdə yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuş, müəyyən edilmiş və həmin şəxs xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində tərəfindən saxlanılaraq Abşeron rayon polis idarəsinə dəvət olunmuşdur. İdarədə Təqsirləndirilən şəxs etiraf edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 23:30 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində yerləşən «Aplus» marketin yaxınlığında yolu piyada hərəkət edən bir nəfər xanımın əlində olan qara rəngli dəri çantasını əlindən alıb qaçmış, sonra çantanı açıb içərisinə baxdıqda içərisində 10 manat pulu, və xanıma məxsus bir ədəd şəxsiyyət vəsiqəsini, bir ədəd «Bakıkart» ödəniş kartını, bir ədəd «Birbank» bank kartını, bir ədəd tələbə biletini, bir ədəd Azərbaycan Milli Kitabxanasının vəsiqəsini götürüb çantanı tullamışdır. Bununla bağlı rəhbərliyə raportla müraciət olunmuş və həmin raport əsasında Təqsirləndirilən şəxs dindirilməsindən ötrü Abşeron rayon polis idarəsinin təhqiqat şöbəsinə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Cinayət işinin başlama və icraata qəbul edilməsi” haqqında 24 fevral 2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilərək, istintaqı aparılmışdır. - “Tutma haqqında” 24 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 fevral 2025-ci il tarixdə saat 19:00 radələrində şübhəli şəxs qismində tutulmuşdur. - “Zərərçəkmiş şəxs qismində tanınma” haqqında 24 fevral 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. - “Cinayət əməlinin tövsif olunması barədə” 26 fevral 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 180.1ci maddəsindən Həmin Məcəllənin 180.1 və 326.1-ci maddələrinə tövsif edilmişdir. - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 26 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1 və 326.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunması qərara alınmışdır. - Abşeron Rayon Məhkəməsinin 4(012)-101/2025 saylı, 26 fevral 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatət rədd edilmişdir. - “Təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin seçilməsi haqqında” 26 fevral 2025-ci il tarixi qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Abşeron RPİ-nin MSY-dən azad edilmişdir. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 30 aprel 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında” 01 may 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. - “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 01 may 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs tutulub istintaqa təhvil verilənədək iş üzrə icraat dayandırılmışdır. - “Axtarışda olan şəxsin tutulması barədə” 07 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 iyul 2025-ci il tarixdə tutularaq Abşeron RPİ-nin MSYnə təhvil verilmişdir. - “Seçilmiş qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında” 09 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri qüvvədə saxlanılmış və o, Abşeron RPİ-nin MSY-dən azad edilmişdir. - “Cinayət işi üzrə toplanmış sübutların haqqında” 10 iyul 2025-ci il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxsin ifadəsi, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması protokolu və digər istintaq sənədləri iş üzrə sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş Zərərçəkmiş şəxs məxsus bir ədəd şəxsiyyət vəsiqəsi, bir ədəd “Bakıkart” ödəniş kartı, bir ədəd “Birbank” bank kartı, bir ədəd tələbə bileti, bir ədəd Aazərbaycan Milli Kitabxanasının vəsiqəsi iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə geri qaytarılması nəzərə alınmışdır. - Abşeron Rayon Məhkəməsinin 1(012)-1031/2025 saylı, 29 avqust 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. - “Axtarışda olan şəxsin tutulması haqqında” 17 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 oktyabr 2025-ci il tarixdə tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir. - Azərbaycan Respublikası SHXÇDX-nin Bərdə Rayon Şöbəsindən daxil olmuş 28 noyabr 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Nizai oğlu X4 iştirak etdiyi üçün “Qubadlının azad olunmasına görə” medalı və “X5” medalı ilə təltif edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd) “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və digər qurğular aiddir (20-ci bənd); oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin “yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq” əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində “daxil olma” əlaməti yoxdur. Şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad giribçıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir (21-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 180.1 və 326.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci 58.1-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələrini nəzərə alır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəyərək barışıq əldə etməsini, X5 olub iki medalla təltif edilməsini cəzasını yüngülləşdirən hal olaraq nəzərə alır. Eyni zamanda cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf edib peşmançılıq çəkməsini, onun tərəfindən zərərçəkmiş şəxsə dəymiş ziyanın tam şəkildə ödənilməsini və zərərçəkmiş şəxsin hazırda ondan heç bir şikayət və tələbinin olmamasını, habelə X5 olmasını cəzanı yüngülləşdirən hallar olaraq qiymətləndirərək, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1 və 326.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Abşeron rayonu hüdudlarından kənara çıxmamaq, saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən nömrəsiz fərdi ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclası zalından həbsdən azad olunmalıdır, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Həmin Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 04 gün müddət, məhkəmə istintaqı zamanı həbsdə saxlanıldığı 01 ay 17 gün müddət, ümumilikdə 01 ay 21 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, cəmi 03 (ay) 12 (on iki) gün ona təyin azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Məhkəmə maddi sübutlarla bağlı məsələni müzakirə edərək, hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş Zərərçəkmiş şəxs məxsus bir ədəd şəxsiyyət vəsiqəsi, bir ədəd “Bakıkart” ödəniş kartı, bir ədəd “Birbank” bank kartı, bir ədəd tələbə bileti, bir ədəd Aazərbaycan Milli Kitabxanasının vəsiqəsi iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə geri qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X3 20 saat üçün nəzərdə tutulan 220 manat pul ödənilməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 03 (üç) ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 326.1-ci maddəsi ilə təqsirli bilinərək ona 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 04 gün müddət, məhkəmə istintaqı zamanı həbsdə saxlanıldığı 01 ay 17 gün müddət, ümumilikdə 01 ay 21 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, cəmi 03 (ay) 12 (on iki) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Abşeron rayonu hüdudlarından kənara çıxmamaq, saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Sumqayıt Şəhər Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli Sumqayıt Şəhər Probasiya Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş Zərərçəkmiş şəxs məxsus bir ədəd şəxsiyyət vəsiqəsi, bir ədəd “Bakıkart” ödəniş kartı, bir ədəd “Birbank” bank kartı, bir ədəd tələbə bileti, bir ədəd Azərbaycan Milli Kitabxanasının vəsiqəsinin sahibinə geri qaytarılması nəzərə alın Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron rayon Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 20 saata görə 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron rayon Vəkil Bürosunun hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Firuzə Kərimova
Məhkəmə qərarları › İş №1(012)-1031/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-1031/2025
04.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver