Məhkəmə qərarları › İş №1(012)-1033/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-1033/2025

29.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-1033/2025 29.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Abbasova Fatimə Ramil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Salyan rayonu, Qaraçala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmayan, işləməyən, Salyan rayonu, Qaraçala qəsəbəsi ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 12 iyul 2025-ci il gecə saat 03:30 radələrində ünvan 3 ünvanına alkoqol sərxoşluğu vəziyyətində gəldikdə artıq yuxuya getməklə yatmış arvadı Zərərçəkmiş şəxs qızma yaxınlaşaraq onu gözləməyib yatmasını görüb bundan əsəbiləşərək Zərərçəkmiş şəxs saçından əlləri ilə qəsdən tutaraq dartıb oyatdıqdan sonra Zərərçəkmiş şəxs ona növbəti dəfə evə alkoqol sərxoşluğu vəziyyətində gec gəlməsi və yuxudan oyatmasına görə irad bildirərkən həmin səbəblərdən tərəflər arasında ailə məişət zəmııində yaranmış narazılıqla əlaqədar mübahisə baş verdikdə o, həmin mübahisə əsnasında əsəbiləşib həmin ünvanda Zərərçəkmiş şəxs üzərinə hücum edərək qəsdən sonuncunun saçından əlləri ilə tutaraq özünə tərəf dartmaqla çəkib, ardınca qəsdən əl, yumruq zərbələri ilə Zərərçəkmiş şəxs sifət, alın, baş, qol və bədəninin müxtəlif nahiyələrinəardıcıl vuraraq Zərərçəkmiş şəxs sol gözün küt travması, sol göz almasının əziyi, sol alt vəüst göz qapaqlarının şişkinlik fonunda qançırı, sağ gözün ağlı qişasına qansızına, başın ənsə nahiyəsinin hematoması, sol said nahiyəsinin, sağ bazu nahiyəsinin sıyrıqlarıilə müşahidə olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirib Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, onun barəsində şikayət edən şəxs Zərərçəkmiş şəxs onun arvadıdır. Belə ki. o. Aygünlə 2023-cü il tarixdə ailəhəyatıqurmuş, birgə nikahdan birövladı var. Son vaxtlar Aygünlə aralarında ailədaxili mübahisələri baş verir. 12 iyul 2025-ci il tarixdəad günü məclisində olarkən spirtli içki qəbul etmiş və gecə saat 03:30 radələrində yaşadığı evə gəlmişdir. Evə gəldikdən sonra Aygün ona haradan gəldiyini və kimlərlə olduğunu soruşmuş və bu zəmində aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı əsəbiləşərək əlləri ilə Aygünün saçından tutub özünə tərəf çəkmiş, sonra isə əl zərbələri ilə onun qolundan və bədəninin müxtəlif nahiyələrindən vurmuşdur. Bundan sonra Aygün telefonla DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Baş vermiş mübahisə zamanı yanlarında başqa şəxsin olmadığını, həmin vaxt Aygünün ona müqavimət göstərmədiyini, mübahisənin 5-6 dəqiqə davam etdiyini, mübahisə zamanı səs-küy yaranmadığını göstərmişdir. Hazırda zərərçəkmişlə barışmışdır. Ziyanı ödəmişdir. Barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs onun əridir. xx.xx.2025-ci il tarixdə DİN-in “102” xidməti zəng mərkəzinə məlumatı özü vermişdir. Müraciətdə barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs onun əridir. Xəyal ilə 2023-cü il tarixdə ailə həyatı qurmuş və birgə nikahdan bir övladı var. Əvvəllər aralarında münasibətləri normal olsa da, son zamanlar Xəyalın mütəmadi olaraq spirtli içki qəbul etməsidir. 12 iyul 2025-ci il tarixdə yaşadığı evdə olarkən gecə saat 03:30 radələrində Xəyal yenə də. spirti 1 i içkinin təsiri altında evə gəlmiş və onu yatdığı zaman əli ilə saçından tutub yuxudan oyatmışdır. Yuxudan oyandıqdan sonra Xəyal onu gözləməyib yatdığı üçün irad bildirib mübahisə etməyə başlamışdır. Mübahisə zamanı o Xəyala yenə də evə içkili, gec gəlməsinə, həmçinin onu yuxudan oyatmasına görə irad bildirəndə həmin mübahisə əsnasında Xəyal əl və yumruq zərbələri ilə onun sifətindən, alnından, başından və bədəninin müxtəlif nahiyələrindən vurub ona xəsarət yetirmişdir. Mübahisədən sonra Xəyal evdən çıxıb həyətə düşmüş, o da bu barədə DİN-nin “102“ xidmətinə zəng edib məlumat vermişdir. Baş vermiş mübahisə zamanı azyaşlı övladları yatdığı üçün onların münaqişəsini görmədiklərini, həmin vaxt evdə başqa kənar şəxsin olmadığını, mübahisə zamanı evdə səs-küy yaranmadığını göstərmişdir. O, hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona olan ziyanın ödənildiyini, şikayət və tələbinin olmadığını qeyd etmişdir,odur ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəməyədək sadələdirilmiş icraat materialında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:  Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X2 Abşeron rayon şöbəsinin xx.xx.2025-ci il tarixli, 1643 saylı rəyinə əsasən 1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər- sol gözün küt travması. sol göz almasının əziyi, sol alt və üst göz qapaqlarının şişkinlik fonunda qançırı, sağ gözün ağlı qişasına qansızına, başın ənsə nahiyəsinin hematoması, sol said nahiyəsinin, sağ bazu nahiyəsinin sıyrıqları küt əşyanm(əşyalarm) təsirindən törənmişdir, qərardaqeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə dava-dalaşnəticəsindəəmələ gələ bilərdi, dərəcəsinə görəsağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər.  Məhkəməyədək sadələşdirilmiş icraatın başlanılması haqqında 13 iyul 2025-ci il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş cinayət işi icraata başlanılmaqla, təhqiqatı aparılmışdır.  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli arayışına görə , Rusiya Federasiyasının Orenburq Şəhər Dzenjınsk Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli hökmü ilə RF CM-niıı löl.ci maddəsinin 2-ci hissəsi, “A,Q" bəndi, 72ci maddəsinin 3.1-ci Hissəssinin “B” bəndi, 72-ci maddəsinin 3.3-cü hissələri ilə təqsirli bilinərək 01 (bir) il, 06 (altı) ay azadlıqdan məhrumetməvə 01 (bir) azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.  Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində Rusiya Federasiyası, Orenburq şəhəri, Dzenjinsk rayonu Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünün Azərbaycan Respublikasında mövcud qanunvericiliyə uyğun olaraq tanınıb-tanınmaması barədə təqdimat məhkəməyə daxil olmamışdır.  Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış,ziyan ödənilmişdir, ondan heç bir şikayət və tələbi yoxdur.  Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmış, ziyanı ödəmiş, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbi qalmamışdır. Ona görə də, məhkəmədən barəsində olan iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni onun qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurma cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadəsi, ekspert rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirildiyindən sonuncunun əməlinin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Qeyd olunan Məcəllənin 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Göstərilən Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunan Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4,39.1.6–39.1.11, 40.3 və 40.4-cümaddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edir, özünü ona qarşı irəli sürülmüş ittiham üzrə tam təqsirli bilir, əməlindən peşmandır, iş üzrə Zərərçəkmiş şəxs ilə barışmış,ziyanı ödəmiş və bununla əlaqədar zərər çəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbininin olmamasına və cinayət işinin icraatına xitam verilməsinə dair ərizə təqdim etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Belə olan halda, məhkəmə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi hüquqi yardıma görə sərf etdiyi 15 saatının hər iş saatının 11 manatdan hesablanmaqla, dövlət büdcəsindən vəkilə cəmi 165 manat məbləğində vəsaitin ödənilməsi qənaətinə gəlir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nin 39.1.11, 43, 305, 321, 344-347 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 15 (on beş) saat hüquqi yardıma görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 165 (bir yüz altmış beş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qeyd olunan müddət ərzində qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, növbəti gün qərar qüvvəyə minir. Sədrlik edən: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar