Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-1034/2023 22.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Bağırlı İlahə Oruc qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon(şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, şikayət verən şəxs Zərərçəkmiş şəxs, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1987-ci ildə Ağdaş rayonu, Kotanarx kəndi anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, Ağdaş rayonu, Nehrəxəlil Ərazi Dairəsi, Kotanarx kəndində qeydiyyatda olan və Abşeron rayonu, Hökməli qəsəbəsində nömrəsiz fərdi yaşayış evində yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 08 noyabr 2023-cü il tarixdə gecə saat 04 radələrində keçmiş arvadı Zərərçəkmiş şəxs və övladları ilə hələ də birlikdə yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivindəki evə alkoqol sərxoşluğunda gəldikdə Zərərçəkmiş şəxs bununla bağlı ona şifahi irad bildirməsindən əsəbiləşib şəxsi münasibətlər zəminində aralarında yaranmış narazılıq üstündə mübahisə edərək həmin mübahisə əsnasında Zərərçəkmiş şəxs üzərinə hücum edib qəsdən əli ilə sonuncunun saçından tutub dartmaqla yerə yıxıb, yumruq zərbələri ilə onun baş və bədəninin müxtəlif nahiyələrinə ardıcıl zərbələr vuraraq Zərərçəkmiş şəxs başın alın nahiyəsinin sağ hissəsinin hematoması (dərialtına qansızması), döş qəfəsinin sağ yarısının ön səthinin beş ədəd, sağ ayağın ön səthinin bir ədəd, sağ əlin İ barmağı nahiyəsinin bir ədəd qançırları ilə müşaiyət olunan, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirib Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs yekun protokolda qeyd edilən əməlin onun tərəfindən törədilməsini etiraf edərək, ifadəsində göstərmişdir ki, 2010-cu ildə Zərərçəkmiş şəxs ilə rəsmi nigaha daxil olmuş, bu nigahdan 3 övladları olmuşdur. 2020-ci ildə yola getmədikləri üçün rəsmi olaraq nigahlarına xitam verilmişdir. Səkinədən ayrılsa da, onunla eyni evdə yaşayır. xx.xx.2023-cü il tarixdə gecə saat 04 radələrində spirtli içki qəbul etdikdən sonra Hökməli qəsəbəsində yaşadıqları evə gəlmiş, həmin vaxt Səkinə onun spirtli içki qəbul etməsinə görə ona irad bildirmişdir. O, da bundan əsəbləşərək “yaxşı edib içmişəm” deyərkən aralarında münaqişə yaranmış və 3-4 yumruq zərbələri ilə Səkinənin baş və bədən nahiyələrinə vurmaqla onu döymüşdür. Baş verənlərin Abşeron rayonu, Hökməli qəsəbəsində yaşadıqları evdə 4-5 dəqiqə baş verdiyini, həmin vaxt yanlarında başqa heç kimin olmadığını göstərmişdir. Sonradan şikayət verən şəxslə barışmışdır. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında şikayət verən şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, barəsində şikayət etdiyi 2010-cu ildə Təqsirləndirilən şəxs ilə rəsmi olaraq ailə həyatı qurmuş və bu evlilikdən üç övladları var. 2019-cu ildə Səxavətlə nigahlarına xitam verilmişdir. Son bir ay olar ki, keçmiş əri Səxavətlə aralarında mütəmadi olaraq mübahisələr baş verir. Sonuncu dəfə aralarında münaqişə baş verdiyi üçün DİN-nin 102 xidmətinə zəng vurmuş, lakin sonradan barışdıqlarına görə ərizəni geri götürmüşdür. Səxavətlə ayrılsalar da, lakin bir evdə yaşayırlar. 08 noyabr 2023-cü il tarixdə gecə saat 04 radələrində Səxavət yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində yerləşən evinə gəlmiş və içki qəbul etmişdir. Ona “niyə bu vaxt gəlmisən” dedikdə, Səxavət də “yaxşı eliyirəm” cavabını vermiş və onun barəsində polisə şikayət etdiyi üçün ona “get yenidən polisə de sənə kömək etsin” deyərkən bu səbəbdən aralarında münaqişə yaranmışdır. Münaqişə zamanı Səxavət onun və azyaşlı uşaqlarının ünvanına nalayiq ifadələr işlətmiş, sonra isə onun saçından tutub sürüyərək yerə yıxaraq baş və bədənin müxtəlif nahiyələrinə yumruq zərbələri ilə xəsarətlər yetirmişdir. Baş vermiş mübahisənin Abşeron rayonu, Hökməli qəsəbəsində yaşadıqları evdə 4-5 dəqiqə baş verdiyini, başqa heç kəsin olmadığını, bədəni üzərində olan yanıq xəsarətini xx.xx.2023-cü il tarixdə yaşadığı ünvanda öz ehtiyyatsızlığı nəticəsində, yəni çaydanın üstünə aşması zamanı aldığını göstərmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Beləliklə, məhkəmə baxışı zamanı cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı şikayət verən şəxsin ifadəsi və məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:. İş üzrə keçirilmiş MTE və PA Birliyinin Abşeron Rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli 2445 nömrəli rəyindən görünür ki, 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmətibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər – başın alın nahiyəsinin sağ hissəsinin hematoması (dərialtına qansızması), döş qəfəsinin sağ yarısının ön səthinin beş ədəd, sağ ayağın ön səthinin bir ədəd, sağ əlin İ barmağı nahiyəsinin bir ədəd qançırları-küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri birlikdə qərarda qeyd olunan vaxta yəni, xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Şikayət verən şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim etdiyi görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, şikayət verən şəxs Zərərçəkmiş şəxs ilə barışmışdır, şikayət verən şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanılmış məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs şikayət verən şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda cinayət əməlini törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Cinayət əməlini törətmiş şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Bundan başqa, cinayət əməlini törətmiş şəxsə məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Cinayət əməlini törətmiş şəxsə məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-1034/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-1034/2023
22.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver