Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-1037/2025 17.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1981-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvələr məhkum olunmuş, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 20 may 2025-ci il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq 1 ədəd şəffaf sellofan bükülüdə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxil edilmiş 0,342 qram çəkidə xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 10 manata əldə edib Abşeron rayonu, Hökməli qəsəbəsində daşımış və üzərində saxlamış, 20 may 2025-cü il tarixdə saat 23:45 radələrində Abşeron RPİ-nin Qobu polis bölməsinin əməkdaşları tərəfindən xidmət aparılarkən Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsində özünü şübhəli apardığı üçün saxlanılaraq Qobu polis bölməsinə gətirilib, orada 21 may 2025-ci il tarixdə saat 01:15-dən 01:22-dək üstündə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarının sağ yan «piston» cibindən 1 ədəd şəffaf sellofan bükümdə çəkisi 0,342 qram olan ağ rəngli kristallardan ibarət, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur: İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittihamda özünü təqsirli bilərək, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, əməlindən peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona istinad olunan ittihamda özünü təqsirli bilərək bildirmişdir ki, 2011-cı ildə Gəncə Ağır Cinayətlər məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhər Binəqədi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən 1 il 3 ay 06 gün cəzadan vaxtından əvvəl şərti azad olunmuş, hazırda cəzasını çəkib qurtarmışdır. Azadlığa buraxıldıqdan sonra anası ilə birlikdə ünvan 2 ünvanında dayısına məxsus evdə yaşayır və Biləcəri qəsəbəsində bərbər fəaliyyəti ilə məşğul olur. Təxminən 2 ay olar ki, aradabir psixotrop maddə patı, yəni metamfetamini çəkərək qəbul edir. 20 may 2025-ci il tarixdə axşam saat təxminən 23 radələrində cəzaçəkmə müəssisəsində tanış olduğu və Abşeron rayonu, Hökməli qəsəbəsində yaşayan Vüqar adlı tanışı ilə görüşmək və özünə bərbər kimi işləmək üçün yer tapmaqda köməklik etməsi üçün Hökməli qəsəbəsinə gəlmişdir.Vüqarın telefonu onda olmadığı üçün qəsəbədə sonuncunun ona dediyi “Koroğlu” küçəsinə gəlib onu axtarmış, saat təxminən 23:40 radələrində təsadüfən bir nəfərlə söhbət əsnasında məhkum olduğunu və narkotik vasitə istifadə etdiyni bildirmiş, həmin şəxs ona narkotik istifadə etdiyini bildirmişdir. O, isə psixotrop maddə şüşə metamfetamin çəkdiyini sonuncuya demiş, həmin şəxs ona bildirmişdir ki, onda metamfetamin vardır və əgər istəsə bir bükümün 10 manata ona sata bilər. O isə həmin şəxsə 10 manat verib 1 ədəd sellofan bükümdə metamfetamin almış və şalvarnın sağ yan cibinə qoyub həmin şəxslə görüşüb oradan piyada gedərkən yanında avtomobil saxlamış və ondan şəxsiyyəti barədə məlumat alıb və haraya getdiyini soruşmuşdur. Avtomobildə mülki geyimdə sürücü və yanında bir nəfər şəxs olmuş, o isə həmin şəxsdən kim olduğunu soruşanda ona polis əməkdaşları olduğunu bildirmişlər. O isə qorxduğu üçün qaçmaq istəyəndə həmin şəxslər onu saxlamış və qaçmasının səbəbini soruşmuşlar. Onlara narkotik vasitə istifadə etdiyini və üzərində narkotik olduğunu etiraf etmiş, polis əməkdaşları onu polis bölməsinə gətirmiş və üzərində şəxsi axtarış aparılacağı barədə bildirmişlər. Sonra hüquqlarının müdafiə olunması üçün dövlət vəsaiti hesabına vəkil dəvət olunmuş və vəkillə təklikdə söhbət etməyə şərait yaradılmışdır. Bundan sonra təhqiqatçı tərəfindən ona narkotik vasitə istifadə etməkdə və üzərində saxlamaqda şübhəli olduğu üçün şübhəli şəxs qismində tutmağı elan olunmuş və ona hüquq və vəzifələri izah edildikdən sonra polis əməkdaşları və vəkilin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Axtarış aparılmazdan əvvəl ona üzərində qanunla qadağan olunmuş əşya, predmet varsa təqdim etməsi təklif olunmuşdur. O isə bir saat əvvəl Hökməli qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığı 1 büküm sellofanda olan metamfetamini və 1 qutu siqareti təqdim etmişdir. Polis əməkdaşı ondan həmin bükülünün içərisində nə olduğunu soruşduqda bükülünün içərisində patı yəni metamfetamin olduğunu və şəxsi istifadəsi üçün Hökməli qəsəbəsində tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış keçirilmiş, başqa hər hansı bir qanunsuz əşya aşkarlan olunmamışdır. Bundan sonra təqdim etdiyi bükülü polis əməkdaşları tərəfindən açılıb içərisi yoxlanmış və içərisində ağ rəngli kristal formalı maddə olduğu və həmin maddənin psixotrop maddə metamfetaminə bənzədiyini bildirərək ekspertizaya təqdim edilməsi üçün kağız zərfə qoyulub möhürlənməklə qablaşdırılmışdır. Həmin zərfin üzərində imza etmiş və şəxsi axtarış aparıldması və psixotrop maddənin götürülməsinə dair protokol tərtib olunmuşdur. Göstərmişdir ki, həmin kütləni 20 may 2025-ci il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsindən tanımadığı şəxsdən 10 manata almış, həmin psixotrop maddəni şəxsi istifadəsi üçün alıb üzərində gəzdirmişdir. O, narkotik vasitə və psixatrop maddələrin satışı ilə məşğul olmamış, yalnız özü arada bir psixotrop maddə istifadə edir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində göstərmişdir ki, 20 may 2025-ci il tarixdə saat 01:30 radələrində Qobu PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2la birlikdə Abşeron rayonu, Hökməli qəsəbəsində inzibati ərazidə xidmət apararkən Hökməli qəsəbəsi, “Koroğlu” küçəsində bir nəfər şəxsin özünü şübhəli aprardığını görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Bu vaxtı həmin şəxs onlara əhəmiyyət verməyib qaçmaq istədikdə onu saxlayıb qaçmaq istəməsinin səbəbini soruşmuş, həmin şəxs narkotik vasitə istifadəçisi olduğunu bildirmiş və üzərində narkotik vasitə olduğu üçün qaçmaq istədiyini bildirmişdir. Həmin şəxs özünü şübhəli apardığından üzərində şəxsi axtarış keçirilməsi üçün Qobu polis bölməsinə dəvət edilmişldir. Polis bölməsində həmin şəxsin şəxsiyyəti müəyyən edilərək xx.xx.1981-ci il təvəllüdlü, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Bundan sonra polis bölməsinin xidməti otaqların birində həmin şəxsin üzərində şəxsi axtarış keçirməzdən əvvəl texniki vasitə kimi videoçəkilişdən istifadə edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündə narkotik vasitə və yaxud saxlanılması qadağan olunmuş hər hansı vasitə olub-olmadığını soruşulmuş və əgər vardırsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs həmin vaxtı əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümü çıxarıb təqdim etmiş, həmin selofon büküm açıldıqda içərisində ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs psixotrop maddə istifadəçisi olduğunu və üzərindən aşkar edilmiş həmin kütlənin psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütləni haradan kimdən, nə məqsədlə əldə etdiyini soruşduqda həmin şəxs metamfetamini həmin günü bir neçə saat əvvəl Hökməli qəsəbəsi, Koroğlu küçəsində ərazisində tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üzərindən başqa saxlanılması qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Sonra aşkar edilmiş həmin kütlə qablaşdırılmış və bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol hər bir iştirakçı imzalarla təsdiq edilmişdir. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində əməliyyat müvəkkili X2 ifadəsinə uyğun ifadə vermişdir. İş üzrə xx.xx.2025-ci il tarixdə saat 01:15 radələrindən saat 01:22 radələrindək olan müddət ərzində Abşeron rayon Pİ-nin Qobu PB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs 20 may 2025-ci il tarixdə saat 23:45 radələrində Abşeron RPİ-nin Qobu polis bölməsinin əməkdaşları tərəfindən xidmət aparılarkən Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsində özünü şübhəli apardığı üçün saxlanılaraq Qobu polis bölməsinə gətirilib, orada 21 may 2025-ci il tarixdə saat 01:15-dən 01:22-dək üstündə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarının sağ yan «piston» cibindən 1 ədəd şəffaf sellofan bükümdə ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İş üzrə xx.xx.2025-ci il tarixdə saat 01:15 radələrindən saat 01:22 radələrindək olan müddət ərzində Abşeron rayon Pİ-nin Qobu PB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin köçürüldüyü və istintaqa təqdim etdiyi bir ədəd DVD diskinə məhkəmədə baxış keçirilmiş, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 20 may 2025-ci il tarixdə saat 23:45 radələrində Abşeron RPİ-nin Qobu polis bölməsinin əməkdaşları tərəfindən xidmət aparılarkən Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsində özünü şübhəli apardığı üçün saxlanılaraq Qobu polis bölməsinə gətirilib, orada 21 may 2025-ci il tarixdə saat 01:15-dən 01:22-dək üstündə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarının sağ yan «piston» cibindən 1 ədəd şəffaf sellofan bükümdə ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 20/356 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «… Təqsirləndirilən şəxs təqdim etdiyi maddə» sözlər və imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,342 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamindir. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 3071 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi mülicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyatda alınması məsləhət görülür. Ekspertiza tədqiqatına tədqiq olunmuş metamfetaminin təmiz çəkisi 0,342 qram, tədqiqata sərf olunan miqdar 0.05 qram, qalıq 0,292 qram təşkil edir. İş üzrə aşkar edilərək götürülmüş 0,342 qram psixotrop maddə metamfetamin, «şəxsi axtarış keçirilməsi” prosesinin köçürüldüyü və istintaqa təqdim edilmiş bir ədəd DVD diski sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından qalıq qalmış 0,292 qram metamfetamin saxlanılması üçün Abşeron rayon Pİ-nin maddi sübutlar saxlancı ambarına təhvil verilmiş, 1 ədəd DVD diskinin isə iş materiallarına əlavə edilmişdir. İş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə AR CM-nin 120.2.4, 93.1.4-cü maddələri ilə təqsirli bilinib 14 il müddətinə azadlıqdan məhrum edilmişdir. Gəncə şəhəri, Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs AR CM-nin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 ay müddətində apzadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. AR CM-nin 66.5-ci maddəsinə əsasən üzərində qəti olaraq 13 il 4 ay 5 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır.Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarına əsasən Gəncə şəhəri, Nizami rayon Məhkəməsinin hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs üzərində 14 il 2 ay azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. xx.xx.2023-cü il tarixdə Binəqədi rayon Məhkəməsinin qərarı ilə 01 il 03 ay 06 gün vaxtından əvvəl azad edilmişdir. xx.xx.2025-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində – onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Odur ki, Azərbaycan Respublikası CM-nin 83.3.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olan şəxs hesab edilməli və əməlində cinayətin residivi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət cinayətlərin residivini yaratdığından bu hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi yaranır və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti təqsirli bilindiyi maddələrinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun narkotik vasitələr aludəçisi olduğunu və bu mənada cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzanın ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini, analoji cinayət törətməsini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 21 may 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş,22 may 2025-ci il tarixdə barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, həmin tarixdə Təqsirləndirilən şəxs saxlandığı Abşeron RPİ-nin MSY-dən azad edilmişdir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrumetmə cəzasından 02 gün çıxılmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalından həbsə alınmalı, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Cəzasının əvvəli hökmün çıxarıldığı 17 sentyabr 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğundan və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış şəxsi axtarış və götürmə aparılmasının video görüntüsünün əks olunduğu 01 ədəd disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülməklə Abşeron RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,292 qram metamfetamin məhv edilməlidir; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 63 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 17 sentyabr 2025-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,292 qram metamfetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi hüquqi yardım göstərdiyinə görə 330 manat pul vəsaiti dövlət büdcəsi hesabına ödənilsin. Ekspertiza xərci 63(altmış üç) manat məbləğində pul dövlət nəfinə Təqsirləndirilən şəxs tutulsun. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-1037/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-1037/2025
17.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver