Məhkəmə qərarları › İş №1(012)-1039/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-1039/2024

08.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-1039/2024 08.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Şikayət verən şəxs Zərərçəkmiş şəxs, Əməli törədən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1988-ci il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Mehdiabad qəsəbə Ərazi Dairəsi, Mehdiabad qəsəbəsi, Şəhriyar küçəsi, ev 10 ünvanında qeydiyyatda olmaqla həmin ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair sadələşdirilmiş icraat materialları üzrə işə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 16 avqust 2024-cü il saat 22 radələrində bacısı Şahid xahişi ilə sonuncunun ailə üzvləri ilə birlikdə yaşadığı Abşeron rayonu, Digah qəsəbəsi, Bakıxanov küçəsində yerləşən fərdi yaşayış evinə gələrək Şahid əri Təqsirləndirilən şəxs ilə əlaqədar sonuncunun ailəsinə qayğı, diqqət göstərməməklə biganə yanaşması ilə bağlı fikir, şikayətlərini dinlədikdən sonra həmin günü gecə saat 23 radələrində həmin ünvandakı evinə gələn yeznəsi Zərərçəkmiş şəxs bacısı Şahid ona artıq söylədiyi qeyd olunan şikayətləri nəzərinə çatdırıb iradlar bildirərkən həmin səbəbdən tərəflər arasında yaranmış şəxsi münasibətlər zəminində narazılıqla əlaqədar mübahisə etdikdə mübahisə əsnasında həmin ünvanda Zərərçəkmiş şəxs üzərinə hücum edib qəsdən yumruq zərbələri ilə sonuncunun sifət, alın, baş nahiyələrinə ardıcıl zərbələr vuraraq Zərərçəkmiş şəxs burun üstünün qançırı ilə müşayiət olunan burun sümüyünün qapalı yerdəyişməyən sınığı, sol gicgah nahiyəsinin hematoması, üst dodağın selikli qişasının səthi əzilmiş yarası ilə müşahidə olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş əməli törədən şəxs Təqsirləndirilən şəxs özünü ona CM-in 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, X3 ilə ailə həyatı qurmuş və birgə nikahdan iki azyaşlı övladı var. Fərdi olaraq ustalıq işləri ilə məşğul olur, rəsmi olaraq heç bir yerdə işləmir, heç kimlə heç bir ədavəti və düşmənçiliyi yoxdur. Zərərçəkmiş şəxs Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinə onun barəsində etmiş olduğu şikayətlə tanış olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs onun bacısı Şahid əridir. 16 avqust 2024-cü il tarixdə bacısı Leyla ona zəng vurub həyat yoldaşı Ramindən ayrılmaq istədiyini, Raminin ona və övladlarına qayğı göstərmədiyini, ailəyə baxımsızlıq etdiyini deyib ona evlərinə gəlmək istədiyini bildirmişdir. O, da həmin gün axşam saat 22 radələrində bacısıgilin yaşadığı Digah qəsəbəsi, Bakıxanov küçəsində yerləşən evlərinə gəlmişdir. Onlarda olarkən saat 23 radələrində Ramin evə gəlmiş və söhbət əsnasında Raminə nəyə görə Leyla ilə yola getmədiklərini, mübahisə etdiklərinin səbəbini soruşduqda Ramin ona acıqlı şəkildə “sən get işinlə məşğul ol” cavabını vermişdir. Bu səbəbdən aralarında mübahisə yaranmış və mübahisə zamanı Raminin ona tərəf gəldiyini görüb əsəbiləşərək üzərinə gedib qəsdən yumruğu ilə Raminin sifət nahiyəsindən bir dəfə zərbə vurmuşdur. Bundan sonra bacısı Leyla onları sakitləşdirmişdir. O, da evdən çıxıb öz yaşadığı evlərinə getmişdir. Aralarında baş verən münaqişə zamanı Raminin onu vurmadığını və heç bir xəsarət yetirmədiyini göstərmişdir. Təqsirləndirilən şəxs Məhkəməyə ərizə təqdim edərək, əməlindən peşman olduğunu, özünü təqsirli bildiyini, Zərərçəkmiş şəxs ilə barışdığını qeyd edərək barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şikayət verən şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinə müraciəti özü etmişdir. Barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs onun qaynıdır. Onun heç kimlə hər hansı bir ədavəti və düşəmənçiliyi yoxdur. 2005-ci ildə Şahid ilə ailə həyatı qurmuş və birgə nikahdan üç azyaşlı övladı var.xx.xx.2024-cü il tarixdə saat 23 radələrində ailəsi ilə birlikdə yaşadığı Abşeron rayonu, Digah qəsəbəsi, Bakıxanov küçəsində yerləşən fərdi yaşayış evinə gələrkən qaynı Mübarizin onlara qonaq gələrək evdə olduğunu görmüşdür. Evə gələndən sonra yemək yeyib çay içərkən Mübariz ona niyə ailəsinin qayğılarına biganə yanaşdığını, lazimi diqqət qayğı göstərmədiyini soruşmuş, o da Mübarizə onun ailə işlərinə qarışmamasını, öz işləri ilə məşğul olması cavabını vermiş və bu zəmində aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı Mübariz onun üzərinə gələrək qəsdən yumruğu ilə onun sifət və alın nahiyəsinə bir neçə zərbələr vurmuşdur. Həmin vaxt arvadı Leyla onları sakitləşdirib aralamışdır. Bundan sonra o DİN-in “102” xidmətinə zəng vurub məlumat vermiş. Daha sonra isə Mehdiabad polis bölməsinə gedib qaynı Mübarizin onu döyməsi barəsində ərizə yazıb şikayət edərək onun cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Mübariz ilə aralarında baş verən həmin münaqişə zamanı ona heç bir qarşılıq vermədiyini, Mübarizi vurmadığını, ona heç bir xəsarət yetirmədiyini, mübahisənin 3-5 dəqiqə davam etdiyini, həmin vaxt evdə kənar şəxsin olmadığını göstərmişdir. Şikayət verən şəxs Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayəti və tələbi olmadığını bildirmiş, qeyd edilənlərlə bağlı cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “MTE və PA ETT Birliyi" X6 Abşeron rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 1877 nömrəli rəyindən görünür ki, 1977-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə- tibbi müayinəsi zamanı bədən üzərində aşkar olunmuş xəsarətlər - burun üstünün qançırı ilə müşayiət olunan burun sümüyünün qapalı yerdəyişməyən sınığı, sol gicgah nahiyəsinin hematoması, üst dodağın selikli qişasının səthi əzilmiş yarası bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə yəni xx.xx.2024-cü il tarixdə dava-dalaş nəticəsində yumruq zərbələri təsirindən əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş arayışda göstərilir ki, Təqsirləndirilən şəxs məhkum olunması barədə Azərbaycan Respublikası DİN-in BƏSİİnin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Şikayət verən şəxs Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Əməli törədən şəxs Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, özünü təqsirli bilir,Zərərçəkmiş şəxs ilə barışmış, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbi qalmamışdır. Ona görə də, məhkəmədən barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə əməli törətmiş şəxsə qarşı irəli sürülmüş və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şikayət verən şəxsin ifadəsi, ekspertiza rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iş üzrə şikayət verən şəxs Zərərçəkmiş şəxs ilə barışmışlar, Zərərçəkmiş şəxs ona qarşı şikayəti və tələbi yoxdur. Göstərilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, CM-in 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. Müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 20 (iyirmi) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 162, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən barəsində olan cinayət təqibinə xitam verilsin və cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərar elan edildiyi andan 20 gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar