Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-104/2020 21.01.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci ildə Goranboy şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi 3-cü Şimal küçəsində yerləşən fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 21 radələrində kirayədə yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, S.Ə.Şirvani küçəsində yerləşən fərdi yaşayış evində qeyri-rəsmi ər-arvad münasibətində olduğu Zərərçəkmiş şəxs ilə dostu Şahid1 evindən qovması səbəbindən aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs yumruqla sifət və təpiklə sağ bud nahiyyələrindən bir neçə dəfə zərbə ilə vuraraq ona burun tənəffüsünün pozulması ilə nəticələnən, burun sümüyünün qəlpəli yerdəyişən sınığı ilə müşayiət olunan burun nahiyyəsinin qançırşişkinliyi, sağ baldır nahiyyəsinin 1/3-nin qançırı kimi həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa AZ AĞİR zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2013-cü ildən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən kafelərin birində tanış olmuşlar. Həmin ildən 2019-cu ilin avqust ayınadək Zülfiyə ilə sevgili münasibətində olmuşlar. 2019-cu ilin aprel ayında Abşeron rayonu, Masazır qəsəbəsində kirayə ev tutaraq Zülfiyyə ilə birlikdə yaşamış, hətta həmin müddətdə Zülfiyyənin bacısı Rəqsanə öz sevgilisi Kamal ilə birlikdə onun kirayə tutduğu evdə bir neçə ay yaşamışlar. xx xxxxxx 2019-cu il tarixdə Zülfiyyənin ona xəyanət etdiyini öyrənib həmin gün saat 21 radələrində yaşadıqları Abşeron rayonu, Masazır qəsəbəsindəki evə gəlmiş, nə üçün ona aid əşyaları başqasına hədiyyə etdiyini və başqası ilə münasibət saxladığını soruşmuşdur. Zülfiyyə isə ona aid əşyaları hədiyyə etdiyini və başqası ilə münasibət saxladığını etiraf etmişdir. Bundan sonra o, kirayə tutduğu evi sahibinə təhvil vermək niyyətində olduğunu və özünə aid olan əşyalarını götürəcəyi barədə xəbərdar etdikdə Zülfiyyə əsəbiləşmiş və aralarında bu zəmində mübahisə baş vermişdir. Mübahisə zəminində əsəbiləşərək əli ilə Zülfiyyətinin sifət nahiyyəsinə vuraraq ona xəsarət yetirmiş və sonra evi tərk edib getmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs etdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini və sonuncunun ona qarşı hər hansı şikayəti olmamasını bildirərək məhkəmədən onun cinayət məsuliyyətindən azad olunmasını və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2013-cü ildən tanışdırlar, həmin vaxtdan qeyri-rəsmi ər-arvad münasibətlərində yaşamağa başlamışlar. 2019-cu ilin aprel ayından Abşeron rayonu, Masazır qəsəbəsində kirayə ev tutmuş, hətta bacısı Rəqsanə sevgilisi Kamalla birlikdə bir neçə ay onlarla birlikdə eyni ünvanda yaşamalı olmuşlar. Sonradan bacısı Rəqsanə ilə Kamal arasında münasibətləri pozulduğundan bacısı onu tərk etmiş və sonuncu bacısının olduğu ünvanı özü öyrənə bilmədiyindən Sadiqin vasitəsilə öyrənmək və onunla barışmaq istəmişdir. xx xxxxxx 2019cu il tarixdə, saat 21.00 radələrində Sadiq onun yaşadığı ünvana gələrək Kamal üçün bacısı Rəqsanənin yerini deməsini istəmiş, əks halda kirayədə qaldıqları evi sahibinə təhvil verəcəyini söyləmişdir. Bu zəmində aralarında mübahisə yarandıqda Sadiq yumruqla onun sifət və bədəninin digər nahiyyələrinə zərbə ilə vuraraq onu döyüb xəsarət yetirmişdir. O,burnundan qan axdığını görərək bacısı Rəqsanəyə zəng edib məlumat vermiş və sonuncunun DİN-nin 102 xidmətinə vermiş olduğu məlumat əsasında hər ikisi Abşeron RPİ-nə dəvət olunmuşlar. İfadəsinin sonunda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını və təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirərək onun cinayət məsuliyyətindən azad olunmasını və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə baxışında iştirak etmədiyindən, məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsindən görünür ki, o, Zərərçəkmiş şəxs göstərmiş olduğu halları təsdiq edərək bildirmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə, saat 21.00 radələrində bacısı Zülfiyyə ağlaya-ağlaya ona zəng edərək Təqsirləndirilən şəxs tərəfindən döyüldüyünü bildirmiş və oda öz növbəsində bu barədə DİN-nin 102 zəng xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə baxışında iştirak etmədiyindən, məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs bacısı Şahid2 ilə sevgili münasibətində olmuş və 2019-cu ilin aprel ayından başlayaraq bir neçə ay ərzində Zülfiyyə və onun sevgilisi Sadiqin kirayədə yaşadıqları Abşeron ryonu, Masazır qəsəbəsindəki ünvanda birlikdə yaşamışlar. Sonradan Rəqsanə ilə münasibətləri pozulduğundan onunla ayrılmış, bir daha onların yaşadıqları ünvana getməmişdir. xx xxxxxx 2019-cu il tarixdə saat 21.00 radələrində Sadiqin xahişi ilə onu taksi kimi idarə etdiyi avtomobili ilə kirayədə qaldıqları evin yaxınlığında düşürüb işə getmiş və növbəti gün Sadiqlə yaşadığı məhəllədə görüşərkən ona məlum olmuşdur ki, Zülfiyyə ilə aralarında mübahisə baş vermiş və onu döydüyünə görə sonuncu ondan polisə şikayət etmişdir. Hətta müəyyən vaxt sonra Rəqsanə özü ona zəng edərək bildirmişdir ki, Sadiqin Zülfiyyənidöyməsinə görə o, polisə şikayət edərkən yanlışlıqla onun adı və soyadını qeyd etmişdir. xx.xx.2019-cu il tarixdə Zülfiyyənin yaşadığı ünvanda olmamış, Sadiqlə baş vermiş mübahisənin şahidi olmamış, yalnız bir gün sonra Sadiqin özündən bu barədə ona məlum olmuşdur. Cinayət işi materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və X1 rayon şöbəsi MTE və PA şöbəsi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2019-ci il tarixli 63 saylı rəyindən görünür ki, 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlər-burun tənəffüsünün pozulması ilə nəticələnən, burun sümüyünün qəlpəli yerdəyişən sınığı ilə müşayiət olunan burun nahiyyəsinin qançır-şişkinliyi, sağ baldır nahiyyəsinin 1/3-nin qançırı bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2019-cu il tarixdə dava-dalaş nəticəsində insan bədəninin hissələrinə (yumruq, təpik və s.) endirilmiş zərbələr nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə məhkəmətibbi ekspertizasının rəyi ilə sübuta yetirilmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini, ona görə təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək, cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs da ərizə ilə məhkəməyə müraciət edərək Zərərçəkmiş şəxs ilə barışdıqlarını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənildiyini, aralarında heç bir mübahisə olmadığını bildirərək barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə cinayət işi materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və dövlət ittihamçısını dinləyərək hesab edir ki, vəsatətlər əsaslı olduğuna görə təmin edilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məhkumluq haqqında tələbnamə arayışdan görünür ki, təqsirləndirilən şəxs Sadıqov X2 Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 1(045)- 36/2016 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.2.2, 177.2.1, 177.2.3, 177.2.4-cü maddələrinə əsasən təqsirli bilinərək, qazancının 20% dövlət nəfinə tutulmaqla 01 ay 03 gün müddətinə islah işləri və 3000 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarında olan Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinin 17/68-105/5 saylı, xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Goranboy Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 1(045)-36/2016 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş islah işləri cəzası xx.xx.2016-cı il tarixdə bitmiş və ona təyin olunmuş 3000 (üç min) manat cərimə cəzasının ödənilməmiş qalan hissəsi Binəqədi Rayon Məhkəməsinin 7(001)-44/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı ilə qazancından 20% dövlət nəfinə tutulmaqla 01 il 06 ay müddətinə islah işləri cəzası ilə əvəz edilmişdir. İslah işləri cəzasının çəkilməmiş hissəsi 01 il 06 ay təşkil edir. Göründüyü kimi Sadıqov X2 Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 1(045)-36/2016 saylı hökmünə əsasən ona təyin edilmiş cəzanı çəkməmiş, məhkumluğu ödənilməmişdir. Lakin Təqsirləndirilən şəxsGoranboy Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 1(045)-36/2016 saylı hökmünə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, bu hal Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin mənası baxımından cinayətlərin residivini yaratmır. Belə ki, xx xxxxxx 2017-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 18.4.4-cü maddələrinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, lakin zərərçəkmiş şəxslə barışdığına görə cinayət məsuliyyətindən azad edilmiş və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibi üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqdacinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdiril-mə-sindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Həmin Məcəllənin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Cinayət işi materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2019cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdən “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İstinad edilən maddələrin tələbləri baxımdan məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyinə görə, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin ləğv olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sərdlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-104/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-104/2020
21.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver