Məhkəmə qərarları › İş №1(012)-104/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-104/2021

02.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-104/2021 02.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1, təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil Müdafiəçi1 oğlunun, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi, vəkil Müdafiəçi2 iştirakları ilə, xx.xx.1987-ci ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, subay, fərdi əməklə məşğul olan, İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, A.Şəmşir küçəsində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx.xx.1993-cü ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, fərdi əməklə məşğul olan, İmişli rayonu, Sərxanlı kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi, yeni məhəllədə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 özgə əmlakını gizli yolla talamaq məqdsədlə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, xx.xx.2020-ci il tarixdə saat 01 radələrində Təqsirləndirilən şəxs2 idarə etdiyi “Mersedes” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsinə gəlib avtomobili hündürmərtəbəli binanın yaxınlığında münasib yer seçib saxlamış, Təqsirləndirilən şəxs2 avtomobilin salonunda əyləşərək pusquda dayanıb gözləmiş, özü isə həmin ərazidən təxminən 150 metr irəlidə saxlanılmış Zərərçəkmiş şəxs məxsus “Mersedes-Benz Vito” markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin üzərindən bir ədəd 800 manat dəyərində qəhvəyi rəngli üzlük (ablisovka) hissəsi ilə birlikdə qabaq bamperi, hər birinin dəyəri 750 manat olmaqla, ümumi 1500 manat dəyərində bir cüt qabaq faranı və bir ədəd 22 manat dəyərində avtomobilin **-RF-*** dövlət qeydiyyat nişanını, yəni ümumilikdə 2322 manat dəyərində əmlakı oğurlayıb, Zərərçəkmiş şəxs maddi ziyan vurmuşlar. Məhkəmədə təqsirləndirilən şəxslərin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətmələri müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 həmyerlisi olduğuna görə tanıyır və bir-biri ilə yaxın münasibətləri vardır. Hadisədən təxminən 1 ay əvvəl işlədiyi sexə tanımadığı bir nəfər şəxs gələrək, “X1” markalı avtomobilinin qabaq ablisovkası ilə birlikdə olan qabaq bamperini və 1 cüt qabaq faralarını dəyişdirilməsini, yeni modelə yığılmasını xahiş etmişdir. Həmçinin həmin şəxslə aralarında razılığa gəlmişlər ki, alınası ehtiyat hissələri də o alsın. Həmin müştəri ilə razılığa gəldikdən sonra hissə-hissə olmaqla ona ehtiyat hissələri almasına görə 800 manat pul vermiş, lakin ehtiyacı olması səbəbindən həmin avtomobilin ehtiyat hissələrini almasına görə müştəridən aldığı 800 manat pulu xərcləmişdir. Bir neçə gündən sonra həmin şəxs ondan avtomobilinin təmir işlərini yekunlaşdırmasını, həmçinin ehtiyat hissələrini də alaraq avtomobilinin üstünə bağlamasını bildirməsinə görə oğurluq etmək qərarına gəlmişdir. Ona görə də xx.xx.2020-ci il tarixdə tanışı Gündüzə Bakı şəhəri, 3-cü mikrorayon dairəsinin yaxınlığında yerləşən, işlədiyi həmin avtomobil təmiri sexinə gələn zaman ondan münasib yerdə dayanmış bir “X1” markalı avtomoibil tapmasını, həmçinin həmin avtomobildən də 1 cüt faraları və qabaq ablisovkası ilə birlikdə olan qabaq bamperi sökərək oğurlayıb, işlədiyi sexdə olan həmin “X1” markalı avtomoibilə quraşdırmaqda ona köməklik göstərməsini xahiş etmişdir. Gündüz həmin vaxtı ona bu barədə köməklik göstərə bilməyəcəyini söyləsə də, sonradan onunla telefonla danışıb vəziyyətinin yaxşı olmadığını bildirdikdə sonuncu ona oğurluq etməkdə köməklik etməyə razılıq vermişdir. Ona görə də xx.xx.2020-ci il tarixdə axşam hava qaraldıqdan sonra onlar Gündüzün “Mersedes” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Abşeron rayonu, Masazır qəsəbəsinə gəlib oğurluq etmələri üçün münasib yerdə dayanmış, “X1” markalı bir avtomobil axtarmağa başlamışlar. xx.xx.2020-ci il tarixdə saat 01 radələrində Abşeron rayonu, Masazır qəsəbəsinin girişində, hündürmərtəbəli binanın qarşısında münasib bir yerdə “X1” markalı bir minik avtomobilinin dayanmış vəziyyətdə olduğunu, həmin avtomobilin ona lazım olan hissələrini sökmək üçün yaxşı imkan olduğunu görmüşlər. Ona görə də onlar həmin yerdən təxminən 100-150 metr aralıda yol kənarında avtomobili saxlamış, sonra özü avtomobildən düşüb oğurluq edəcəkləri həmin avtomobilə tərəf getmişdir. Gündüz isə avtomobildə əyləşib onu gözləmiş, özü həmin avtomobilə yaxınlaşıb ətrafa göz gəzdirdikdən sonra özü ilə gətirdiyi açarlarla həmin “X1” markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona lazım olan 1 cüt faralarını və qabaq ablisovkası ilə birlikdə olan qabaq bamperi sökərək oğurlayıb Gündüzün avtomobilinə tərəf qayıtmış və onlar həmin bamperi Gündüzün avtomobilinin salonuna yerləşdirdikdən sonra yenidən həmin avtomobilin yanına getmişdir. Avtomobilin 1 cüt qabaq faralarını da gətirib Gündüzün avtomobilinə qoymuş, həmin vaxt avtomobilin qabaq bamperinin üzərində olan dövlət qeydiyyat nişanını hadisə yerinin yaxınlığındakı bir ağacın yanına atmışdır. Sonra oradan uzaqlaşmış, oğurladıqları həmin avtomobil hissələrini işlədiyi sexə düşürmək üçün onlar ilk öncə işlədiyi sexə getmiş, lakin sex sahibinin onun icarə pulunu verməməsi səbəbindən sexin qapısını başqa kilidlə bağlamasını görmüşlər. Ona görə də oğurladıqları həmin ehtiyat hissələrini Abşeron rayonu, Xırdalan şəhəri, A.Şəmşir küçəsində yaşadığı ünvana gətirib düşürmüş, ertəsi gün sex sahibi ilə razılaşdıqdan sonra Gündüzə zəng edərək xahiş etmişdir ki, yaşadığı evə gəlsin və oğurladıqları həmin 1 cüt faraları onun avtomobili ilə işlədiyi sexə aparsınlar. Bir qədər sonra Gündüz yaşadığı evə getmiş və onlar oğurladıqları faraları Gündüzün avtomobilinə qoyduqdan sonra işlədiyi sexə getmiş, faralari orada düşürdükdən sonra isə Gündüz oradan çıxıb getmişdir. “X1” markalı, **-RF- *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sahibi Zərərçəkmiş şəxs tanımır və aralarında əvvəllər heç bir ədavətləri olmamışdır. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, “Mersedes” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. Təqsirləndirilən şəxs1 həmyerlisi olduğuna görə tanıyır. xx.xx.2020-ci il tarixdə Samirlə onun Bakı şəhəri, 3-cü mikrorayon dairəsinin yaxınlığında yerləşən, işlədiyi avtomobil təmiri sexində görüşdüyü zaman sonuncu ona bildirmişdir ki, təxminən 2 ay öncə bir nəfər şəxs onun işlədiyi sexə “X1” markalı avtomobil gətirmiş və həmin avtomobilin qabaq ablisovkası ilə birlikdə olan qabaq bamperinin və 1 cüt qabaq faralarının dəyişdirilməsini, yeni modelə yığılmasını xahiş etmişdir. Həmçinin həmin müştəri ona avtomobilində qeyd olunan işləri görmək üçün ehtiyat hissələrin pulunu əvvəlcədən versə də alacağı hissələrin pulunu öz ehtiyaclarına xərcləmişdir. Ona görə də Samir ona bildirmişdir ki, həmin müştəri onu avtomobilin təmirinin tezliklə başa çatdırmasını tələb etdiyinə görə oğurluq etmək fikrindədir. Ondan münasib yerdə dayanmış bir “X1” markalı avtomoibil tapmasını, həmçinin həmin avtomobildən də 1 cüt faraları və qabaq ablisovkası ilə birlikdə olan qabaq bamperi sökərək oğurlayıb işlədiyi sexdə olan həmin “X1” markalı avtomoibilə quraşdırmaq fikrinin olduğunu söyləyib, ona bu barədə köməklik göstərməsini xahiş etmişdir. Həmin vaxt Samirə ona bu barədə köməklik göstərə bilməyəcəyini söyləsə də, sonradan Samir bir neçə dəfə ona zəng edib vəziyyətinin yaxşı olmadığını bildirərək ona oğurluq etməkdə köməklik etməsini xahiş etmişdir. Bundan sonra Samirə oğurluq etməkdə köməklik etməyə razılıq verdiyi üçün xx.xx.2020-ci il tarixdə axşam hava qaraldıqdan sonra onun “Mersedes” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Masazır qəsəbəsinə gəlib oğurluq etmələri üçün münasib yerdə dayanmış “X1” markalı bir avtomobil axtarmağa başlamışlar. xx.xx.2020-ci il tarixdə saat 01 radələrində Abşeron rayonu, Masazır qəsəbəsinin girişində, hündürmərtəbəli binanın qarşısında münasib bir yerdə “X1” markalı bir minik avtomobilinin dayanmış vəziyyətdə olduğunu, həmin avtomobilin Samirə lazım olan hissələrini sökmək üçün yaxşı imkan olduğunu görmüş, ona görə də o, həmin yerdən təxminən 100-150 metr aralıda yol kənarında avtomobilini saxlamış, Samir avtomobildən düşüb oğurluq edəcəyi həmin avtomobilə tərəf getmiş, özü isə avtomobildə əyləşib gözləmişdir. Təxminən 10-15 dəqiqədən sonra Samir özü ilə “X1” markalı avtomobilin qabaq ablisovkası ilə birlikdə olan qabaq bamperini gətirmiş, həmin bamperi onlar avtomobilinin salonuna yerləşdirdikdən sonra Samir yenidən oğurluq etdiyi həmin avtomobilin yanına getmiş, bir neçə dəqiqədən sonra özü ilə “X1” markalı avtomobildən sökdüyü 1 cüt faraları da gətirib avtomobilinə qoymuş və onlar oradan uzaqlaşmışlar. Bundan sonra Samir oğurladığı həmin avtomobil hissələrini işlədiyi sexə düşürməyi bildirdiyi üçün onlar ilk öncə sonuncunun işlədiyi sexə getmiş, lakin sex sahibi Samirin icarə pulunu verməməsi, ona görə də sexin qapısını başqa kilidlə bağlaması səbəbindən onlar həmin ehtiyat hissələrini Samirin Abşeron rayonu, Xırdalan şəhəri, A.Şəmşir küçəsində yaşadığı ünvana gətirib düşürmüş və bundan sonra o öz evinə getmişdir. Ertəsi gün Samir ona zəng edərək xahiş etmişdir ki, onun yaşadığı evə gəlsin və oğurladığı həmin 1 cüt faraları onun avtomobili ilə işlədiyi sexə aparsınlar. Bir qədər sonra Samirin yaşadığı evə getmiş və Samir oğurladığı faraları avtomobilinə qoyduqdan sonra onlar sonuncunun işlədiyi sexə getmiş, faralari orada düşürdükdən sonra isə oradan qayıdıb öz işi ilə məşğul olmuşdur. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, özünə məxsus “X2” markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı minik avtomobili vardır. Hər gün axşam evə gedərkən həmin avtomobilini yaşadığı binanın qarşısında saxlayır. xx.xx.2020-ci il tarixdə saat 13:30 radələrində “X2” markalı. **-RF-*** dövlət qeydiyyat nişanlı minik avtomobili yenə də yaşadığı binanın birinci mərtəbəsində yerləşən “Kanyon” restoranının qarşısında saxlayıb evə getmişdir. Ertəsi gün, yəni, xx.xx.2020-ci il tarixdə saat 14 radələrində işi ilə əlaqədar olaraq evdən çıxıb avtomobilinə yaxınlaşan zaman avtomobilinin 1500 manat dəyərində olan 1 cüt qabaq faralarının və 900 manat dəyərində olan qabaq bamperinin abliçovka hissəsi və dövlət qeydiyyat nişanı ilə birlikdə yerində olmadığını, naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını görmüşdür. Ona görə də bir qədər sonra DİN-in “102” xidməti zəng mərkəzinə baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Avtomobilindən oğurluq olması nəticəsində ona ümumilikdə 2400 manat maddi ziyan dəymiş, belə ki, oğurlanmış faralarının 1 cütü 1500 manat, qabaq bamperi də abliçovka hissəsi ilə birlikdə 900 manat dəyərində olmuş, həmçinin bundan başqa qabaq dövlət qeydiyyat nişanı da avtomobilinin oğurlanmış həmin qabaq bamperinin üzərində olmuşdur. Ona dəymiş ziyan tam ödənilmişdir. Hazırda təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 9/2920 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən istifadədə olmuş avtomobil ehtiyat hissələrinin 2020-ci ilin iyul ayına orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2300 manat müəyyən edilir. O cümlədən 1) bir ədəd qəhvəyi rəngli üzlük (ablisovka) hissəsi ilə birlikdə qabaq bamperi – 800 manat; 2) bir cüt qabaq fara – 1500 (2x750m) manat. İş üzrə Azərbaycan Respublikası DİN-nin BDYPİ-dən alınmış xx.xx.2020-ci il tarixli, 016-74722-1220 saylı məktubla müəyyən edilmişdir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 18.65.6.1-ci maddəsindəki cədvəldə göstərilən dövlət qeydiyyat nişanlarında əks olunmuş hərf və rəqəmlərin kombinasından ibarət mövcud dövlət qeydiyyat nişanları cədvəldə nəzərdə tutulan dövlət rüsumları ödənilməklə üvafiq qaydada nəqliyyat vasitələrinə təhkim edilir. Digər dövlət qeydiyyat nişanları üçün isə həmin Qanunla 22 manat məbləğində dövlət rüsumu müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. xx.xx.2020-ci il tarixli protokoludan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdə azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətmkan tədbiri seçilmişdir. xx.xx.2020-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. xx.xx.2020-ci il tarixli protokoludan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdə azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətmkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinə xx.xx.2020-ci il tarixli zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənildiyinə görə onun Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı şikayəti və maddi tələbi yoxdur. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, iş üzrə bir ədəd qəhvəyi rəngli üzlük (ablisovka) hissəsi ilə birlikdə qabaq bamperi və bir cüt qabaq fara maddi sübut kimi tanınmış və saxlanması üçün sahibinə Zərərçəkmiş şəxs qaytarılmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin əməli törətməkdə təqsirli olması təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Törətdiyi cinayətə görə təqsirkarlara cəza təyin edilməlidir. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarın onun tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarın cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onun əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyan təqsirləndirilən şəxslər tərəfindən ödənilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs1 ilk dəfə az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs2 ilk dəfə az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində 02 gün nəzərə alınmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 oğlunun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində 02 gün nəzərə alınmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd qəhvəyi rəngli üzlük (ablisovka) hissəsi ilə birlikdə qabaq bamperi və bir cüt qabaq fara ibtidai istintaq zamanı sahibinə Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində 02 günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 oğlunun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində 02 günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd qəhvəyi rəngli üzlük (ablisovka) hissəsi ilə birlikdə qabaq bamperi və bir cüt qabaq fara ibtidai istintaq zamanı sahibinə Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar