Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-104/2023 18.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X8 müdafiəsi üzrə idarəsinin birinci instansiay məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi X10, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1994-cü il tarixdə Gəncə şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə südçülük sovxozu ərazisində məscidin yanında nömrəsiz fərdi evdə yaşayan, "xxxx" MMC-də çəngəlağız yükləyicinin operatoru vəzifəsində işləyən, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs "xxxx" MMC-nin çəngəlağız yükləyicinin operatoru vəzifəsində işləyərkən, həmin MMC ilə “Azərbaycan Kağız və X14” MMC arasında bağlanılmış alqı-satqı və xidmət müqaviləsinin anbar işlərinin görülməsi üçün çəngəlli yükləyicilərlə birlikdə xidmət göstərilməsinə dair şərtinin tələblərinə əsasən İran İslam Respublikasının qanunvericiliyi ilə öz nizamnaməsi əsasında fəaliyyət göstərən “Golestan Shahr” (Alıcı) şirkəti ilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə öz nizamnaməsi əsasında fəaliyyət göstərən “Azərbaycan Kağız və X18” MMC (Satıcı) və Türkiyə Respublikasının qanunvericiliyi ilə öz nizamnaməsi əsasında fəaliyyət göstərən “X29 Elektronik və Dış Ticaret Limited” şirkəti (Tərəf) arasında 19 aprel 2022-ci il tarixdə bağlanılmış alqı-satqı müqaviləsində göstərilən avadanlığı ehtiyat hissələri ilə birlikdə mülkiyyət hüququ ilə “Alıcı”-ya Abşeron rayonu, Xırdalan şəhəri Şamaxı şosesində yerləşən karton fabrikində təhvil verilməsi ilə bağlı öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar, 22 iyun 2022-ci il tarixdə saat 14 radələrində fabrikin ofset sexində demontaj olunan A4 istehsalat (texnoloji) xəttinin sökülmüş ağır çəkili (2620 kq) tərkib hissəsinin (dəzgahın) idarə etdiyi “Tailift FD 50” markalı **-BA- *** qeydiyyat nömrəli çəngəlağız yükləyiciyə bağlanmasından sonra “Yükləmə-boşaltma işləri. Ümumi təhlükəsizlik tələbləri.” 12.3.009-76 DÜST-nin 2.5-ci bəndinin “qaldırıcı-yükləyici nəqliyyat vasitəsilə yüklərin yerdəyişməsi zamanı yüklərin üzərində və yükün düşə bilən zonasında adamların və nəqliyyat vasitələrinin hərəkəti qadağandır” və “Müəssisələrdə yüklərin daşınması prosesləri. Ümumi təhlükəsizlik tələbləri.” 12.3.020-80. DÜST-nin 3.4.5-ci bəndinin “yükün nəqliyyat vasitəsinə yerləşdirilərkən və ya bağlanılarkən sürücü və ətrafdakılar üçün təhlükə yaratmamalı, sürücünün müşahidə etdiyi zonanı məhdudlaşdırmamalıdır” tələblərinə riayət etməyib öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görsə də, kifayət qədər əsaslar olmadan qarşısını ala biləcəyini güman edərək cinayətkarcasına özünə güvənib həmin dəzgahın altında və yaxınlığında İran İslam Respublikasının vətəndaşları Şahid2, X4 və X16masına baxmayaraq nəqliyyat vasitəsinin hərəkətini davam etdirməsi sexin girişində dəzgaha bərkidilmiş dirəklərin qırılıb sonuncunun üzərinə düşərək onun “travmatik şokla müşayiət olunan, kəskin daxili qanaxma ilə nəticələnmiş qaraciyər, diafraqma və sağ ağciyərin cırılmış yaraları, sağ budun qapalı yerdəyişən, sağdan 4-5-ci, soldan 3-4-5-6-cı qabırğaların qapalı yerdəyişən sınıqları, burun sümüklərinin yerdəyişən qapalı sınıqları, üst dodağın əzilmiş-cırılmış yarası, hər iki saidin, gövdənin arxa səthinin, sağ budun sıyrıqları, burunun, sağ bel nahiyəsinin, sağ budun qançırları” xəsarətləri almasına və daxilə qanaxma, qaraciyərin, diafraqmanın, sağ ağciyərin yaralanmaları, sağ bud sümüyünün qapalı yerdəyişən sınığı, qabırğaların çoxsaylı sınıqları ilə müşayiət olunan travmatik-hemorragik şokdan ölməsi səbəbindən o, ehtiyatsızlıqdan adam öldürmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, "xxxx" MMC-də 09 mart 2022-ci il tarixdən ehtiyat hissələri üzrə satış mütəxəssisi vəzifəsində işləmiş, 13 aprel 2022-ci il tarixdən hal-hazıradək həmin MMC-də çəngəlağız yükləyici operatoru vəzifəsində çalışır. Şirkətin əsas fəaliyyət istiqaməti balansında olan və icarəyə götürülən çəngəlağız yükləyicilərlə yükləməboşaltma anbar əməliyyatları, çəngəlağız yükləyicilərin satışı, eyni zamanda sektorda mövcud bütün çəngəlli yükləyicilərin təmiri, ehtiyat hissələrinin satışı və icarəsini təşkil etməkdən ibarət olmuşdur. O, çəngəlağız yükləyici texniki vasitələr üzrə “Profi-Resurs” X24 “avtoyükləyici operatoru” ixtisası üzrə kurs bitirmiş və 21 fevral 2019-cu il tarixli sertifikat almış, bundan əvvəl "xxxx" MMC-də elektrokar sürücüsü işləmişdir. 22 iyun 2022-ci il tarixdə işə gələn zaman işlədiyi şirkətə sifariş gəlmiş və ona həmin gün səhər tezdən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Azərbaycan Kağız və X11” MMC-yə getmək tapşırılmışdır. Bundan sonra şirkət tərəfindən evakuator gətirilmiş, həmin evakuatora şirkətə məxsus beş ton yük qaldırmağa malik **-BA-*** dövlət qeydiyyat nişanlı “Tailift FD50” markalı çəngəlli yükləyici yüklənilmiş və həmin evakuator vasitəsi ilə saat 09-da iş yerinə gətirilmiş, orada nə qədər, neçə gün işləyəcəyini bilməmişdir. Həmin gün avtokarı düşürdükdən sonra ərazidə olan 4 nəfər İran İslam Respublikasının vətəndaşları ona işi başa salmış və bu zaman işinin orada olan ofset sexində quraşdırılmış kağız istehsal edən qurğunun hissələrinin daşınmasını, yəni həmin sexdən çıxarılaraq sexin yanında olan boş əraziyə yığmaqdan ibarət olduğunu bilmişdir. Həmin avadanlıq artıq hissələrə bölünmüş vəziyyətdə olmuş və onun əksər hissəsi ondan əvvəl artıq sexdən çıxarılaraq çölə yığılsa da, bu işin kimin tərəfindən görülməsini bilməmişdir. Bundan sonra işə başlayıb sexdən idarə etdiyi avtokarla 3-4 hissə çıxarmış, işləri qeyd etdiyi şəxslərin göstərişi ilə həyata keçirmiş, onlar özləri bütün prosesləri idarə etmiş, onların adlarını bilməmiş, amma onlar sərbəst şəkildə Azərbaycan dilində danışmışlar. Nahardan sonra təxminən saat 14 radələrində işə davam etmiş, sexin içində ümumi qurğunun bir hissəsi olan iri masaya bənzər, yəni dörd ədəd dirəyin (ayağın) dəmir konstruksiyanın çıxarılması prosesinə başlamış, həmin dörd nəfərdən ikisi onunla olmuş və digər iki nəfər isə yemək yemişlər. Həmin adlarını bilmədiyi iki şəxs ona qurğunun arxa hissəsini qaldırmağa göstəriş vermiş, o da avtokarla onu qaldırdıqdan sonra onlar özləri onun qaldırdığı hissədə qurğunun iki dirəyinin altına qırmızı rəngli yük daşıması üçün nəzərdə tutulmuş təkərlər qoymuş və o qurğunu həmin təkərlərin üstünə endirmiş, onlar da qurğunu həmin təkərlərə bağlamamışlar. Bundan sonra onlar qurğunun digər hissəsinə avtokarı yaxınlaşdırmağı tapşırmış, o da bunu icra edəndən sonra onlar özləri qurğunun həmin yerdə olan dirəklərini avtokarın vilkalarına kəmərlərlə bağlamış və ona qaldırmağı tapşırmışlar. O, qurğunu qaldırdıqdan sonra onların göstərişləri ilə həmin qurğunu sexdən çıxarmağa başlamış, avtokarla qaldırdığı hissədən dartaraq sexdən çıxışa doğru hərəkət etmiş, həmin iki şəxs isə qurğunun təkərlər quraşdırılan hissəsindən prosesi idarə etmişlər. O, artıq qurğunun əksər hissəsini ofset sexindən orada olan anbar (yük boşalma sahəsi) tərəfə çıxarmış, birdən ani olaraq qurğunun digər sonu, yəni həmin iki şəxs olan tərəf sağdan sola qırılaraq aşmış, bu vaxt həmin iki şəxslərdən biri qurğunun altında qalmış, digəri isə ayağından xəsarət almışdır. O, dərhal avtokarı söndürüb qurğunun altında qalan şəxsə doğru qaçmış, onun sağ olub-olmadığını bilməmiş və həmin vaxt şoka düşmüşdür. Qurğu qırıldıqdan sonra səsə yaxındakı sexin əməkdaşları qaçaraq gəlmiş, sonra da köməkləşib qurğunun qaldırıb həmin şəxsi oradan çıxarmış, X34 çağırılmasına baxmayaraq onlar gec gəldiyi üçün şirkətin nümayəndələri həmin iki şəxsi öz avtomobilləri ilə xəstəxanaya aparmışlar. Zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş maddi və mənəvi ziyan ödənilmişdir. Əməlindən peşmandır, yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi qismin dindirilmiş X12 ifadəsində göstərmişdir ki, X13 X32 tərəfindən Azərbaycan Respublikasında, o cümlədən oğlu Jafarıan Sohrabın ölümü ilə bağlı prokurorluq və məhkəmə orqanlarında onu təmsil etmək barədə 14 avqust 2022-ci il tarixdə Təbriz şəhərində etibarnamə verilmiş və həmin etibarnamədə səlahiyyətlərin başqa şəxsə ötürülməsi hüququ da qeyd olunmuşdur. Mayis Qocayev ona müraciət edərək X25 hüquqlarının onun tərəfindən həyata keçirilməsini istəmiş və 07 sentyabr 2022-ci il tarixdə X20 hüquqlarının müdafiəsi üçün müqavilə bağlanılmışdır. Hadisə ilə bağlı əldə etdiyi məlumata əsasən, "xxxx" MMC ilə “Azərbaycan Kağız və X14” MMC arasında bağlanılmış alqısatqı və xidmət müqaviləsinin anbar işlərinin görülməsi üçün çəngəlli yükləyicilərlə birlikdə xidmət göstərilməsinə dair müqavilə bağlanılmış, İran İslam Respublikasına məxsus “Golestan Shahr” şirkəti ilə “Azərbaycan Kağız və X18” MMC arasında 19 aprel 2022-ci il tarixdə bağlanılmış alqısatqı müqaviləsində göstərilən avadanlığı ehtiyat hissələri ilə birlikdə “Golestan Shahr” şirkətinə verilməli olmuşdur. Bununla bağlı 22 iyun 2022-ci il tarixdə saat 14 radələrində fabrikin ofset sexində demontaj olunan A4 istehsalat (texnoloji) xəttinin sökülmüş ağır çəkili dəzgahı çəngəlağız yükləyiciyə bağlanılmış, həmin dəzgahın altında və yaxınlığında İran İslam Respublikasının vətəndaşları Şahid2, X4 və X16masına baxmayaraq yükləyicinin sürücüsü Təqsirləndirilən şəxs nəqliyyat vasitəsinin hərəkətini davam etdirmiş, sexin girişində dəzgaha bərkidilmiş dirəklər qırılıb Sohrab Jafarıanın üzərinə düşmüş və o, aldığı xəsarətlərdən xəstəxanaya daxil olan zaman ölmüşdür. Onlara dəymiş maddi və mənəvi ziyan ödənildiyinə görə təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2002-ci ilin iyul ayından “X33” ASC-də fəhlə kimi işləməyə başlamış, sonradan müxtəlif vəzifələrdə çalışmış, 2014-cü ildə həmin ASC restrukturizasiya olunaraq “Azərbaycan Kağız və X18” MMC kimi fəaliyyətini davam etdirmiş, o da həmin müəssisədə 2018-ci ildən hal-hazıradək əmək mühafizəsi texnikası üzrə aparıcı mütəxəssis (SƏTƏM mühəndisi) vəzifəsində işləyir. “Azərbaycan Kağız və X18” MMC yerləşdiyi ərazidə olan "xxxx" sexində A4 və A3 formatlı kağız istehsal sahəsi xətti, yəni qurğu bütövlüklə İran İslam Respublikasının vətəndaşlarına satılmış, istehsal xəttinin alıcıları 13 iyun 2022-ci il tarixdə səhər saatlarında "xxxx" sexinə özləri gəlib qurğu ilə tanış olmuş, həmin gün şirkətin nümayəndələri ilə onlar arasında qurğunun sökülüb daşınması məsələləri müzakirə olunmuş, alqı-satqı müqaviləsinin şərtlərinə əsasən satılan qurğunun alıcı tərəfindən sökülübdaşınması nəzərdə tutulmuşdur. Özü onlara ümumi müəssisə, yanğın təhlükəsizliyi, giriş-çıxış təxliyə yolları və ümumi təhlükəsizlik qaydaları barədə məlumat vermiş, görüşün sonunda giriş təlimatı jurnalı imzalanmış və işin xüsusiyyətlərinə dair tərəfindən işə icazə formaları hazırlanaraq onlar müvafiq qaydada təlimatlandırılaraq imzalanmışdır. Sözügedən qurğunun alıcıları 5 nəfər olmuş, onlar gələn zaman özləri ilə həmin istehsal xəttinin sökülməsi üçün müxtəlif açar dəstləri gətirmiş, günorta saatlarında həmin şəxslər özləri istehsal xəttini hissələrə söküb sexdən çıxarılma işlərinə başlamışlar. İşə başladıqları vaxtdan onları müşahidə edəndə istehsal xəttinin maksimal şəkildə böyük hissələrlə daşıyıb sexdən çıxarmaq istədiklərini görmüş, gündə bir neçə dəfə onlara baxıb bir pozuntu görəndə yaxınlaşıb iradını bildirmiş, istehsal xəttinin böyük hissələrlə sökülüb aparılmasına icazə verməmiş, onlar da onunla razılaşıb istehsal xəttini kiçik hissələrə ayırıb sexdən çıxarmışlar. Onların tez bir zamanda böyük hissələrlə həmin qurğunu çıxarıb tezliklə onu öz ölkələrinə aparmaq istədiklərini hiss etmiş, həmin şəxslər 13 iyundan başlayaraq hər gün sözügedən istehsal xətti üzərində çalışmışlar. Həmin 5 nəfər şəxs qurğunun sökülmüş balaca hissələrini MMC-nin avtokarı vasitəsi ilə sexdən çıxarsalar da, 22 iyun 2022-ci il tarixdə MMC müqavilə əsasında "xxxx" MMC-dən böyük yüklər qaldıra bilən avtokar gətirmiş və həmin gün istehsal xəttinin böyük hissələri həmin avtokar vasitəsi ilə sexdən çıxarılmış, avtokarın sürücüsünə o ayrıca təlimat keçirib işə icazə formasını hazırlayıb imzalatdırıb işə buraxmışdır. Həmin gün istehsal xəttinin alıcıları səhər saatlarında işə böyük dəzgahların sökülməsi ilə başlamış, səhər saat 10-11 radələrində sexləri gəzərkən gəlib ofset sexinə də baş çəkəndə onların ancaq istehsal qurğunu sökməklə məşğul olduqlarını görmüşdür. Sonra təxminən saat 13:30-də ikinci dəfə gələndə onların istehsal sahəsinin bir böyük hissəsini, yəni qurğuların birini avtokar vasitəsi ilə dartıb çölə çıxardıqlarını görmüş, həmin vaxt avtokar dəzgahın baş tərəfindən (sexdən çıxan hissəsindən), digər tərəfində isə dəzgahın altına yük təkərləri qoyulmaqla daşıma işləri aparılmış, bir daha onlara məsləhətlərimi verib ehtiyatlı olmalarını, ustaların da daşıma zamanı kənarda dayanmalarını demişdir. Onlara nahar yeməyinə getməyi məsləhət görəndə onlar təxminən yarım saata gedəcəklərini dedikdən sonra özü nahara getmiş, təxminən 30 dəqiqə sonra saat 14 radələrində həmin şəxslərin istehsal xəttinin bir hissəsini sexdən çıxaran zaman həmin hissənin aşması və altında adam qalması barədə məlumat almışdır. Dərhal ofset sexinə qaçanda aşmış dəzgahın altında olan adamı MMC-nin işçilərinin artıq dəzgahın altından çıxardıqlarını görmüş, sonra X34 xidmətinə zəng etsə də, onların gec gələcəyini başa düşüb özü xəsarət alanı MMC-nin avtomobili ilə xəstəxanaya aparmaq qərarına gəlmiş, dəzgahın altında qalan Sohrab Jafarıan xərəyə qoyub MMC-nin avtomobili ilə “X36” xəstəxanasına aparmışlar. Sohrab Jafarıanı xərəyə qoyan zaman onun ağzından qan gəlmiş, dodağında çapıq görünmüş, digər gözlə görünən hər hansı bir xəsarəti, habelə huşu olmamışdır. Xəstəxanaya gedən zaman yolda Sohrab Jafarıan ayılıb dodağına işarə edərək su istəmiş, o da azca onun dodağına su çəkəndən sonra o ayıq olmuş, alnının tərini silsə də, danışmamışdır. Xəstəxanaya çatanadək o bir neçə dəfə özündən getmiş, xəstəxanaya çatanda onun nəbzi vurmuş, həkimlər onu dərhal reanimasiyaya qəbul edəndən təxminən 15 dəqiqədən sonra onlara göstərilən səylərə baxmayaraq Sohrab Jafarıanın ölməsi barədə bildirilmişdir. Bundan başqa onun yanında olmuş İran İslam Respublikasının digər vətəndaşı Əli Xanızadə də ayağından xəsarət almış, onu da MMC-nin digər əməkdaşları öz avtomobillər ilə həmin xəstəxanaya gətirmiş, orada da onun çıxardıqları dəzgahın aşması zamanı ayağından xəsarət aldığını bilmiş, orada o, müayinə edilərək ayağına gips sarğısı qoyulmuşdur. Xəstəxanadan MMC-yə qayıdıb onların çıxardığı dəzgaha baxanda müəyyən etmişdir ki, saat 13:30-da onların yanında olan zaman onlar həmin vaxt çıxardıqları dəzgah artıq sexdən çıxarılmış, yəni aşan dəzgah onun gördüyü dəzgah olmamış, o gedəndən sonra onlar tələsik istehsal xəttinin digər bir dəzgahını, yəni aşan dəzgahı çıxaran zaman hadısə baş vermişdir. Onları görən zaman onlar dəzgahın möhkəm bir hissəsini çıxarmış, lakin aşan qurğunu müayinə edəndə dəzgahın ayaqlarının nazık olduğunu, onu əlavə gücləndirmək məqsədilə həmin şəxslərin özlərinin əlavə üçbucaq qalın dəmirlərdən atmalar atdıqlarını, lakin avtokarın dəzgahı dartan zaman onun ayaqlarının və əlavə atmaların dəzgahın ümumi çəkisinə dözməyib aşdığını müəyyən etmişdir. Bağlanmış müqaviləyə əsasən A4 texniki xəttinin sökülməsi, yüklənməsi və daşınması İran vətəndaşları tərəfindən aparılmalı olduğu üçün onlar bu işlərə daxil edilməmiş, həmin işlərə rəhbərlik öz aralarında olan operator tərəfindən aparılmış və onun da adının Sohrab olduğunu sonradan bilmiş, onlar yalnız köməklik məqsədilə alətləri və daşıması üçün yükləyiciləri vermiş, lakin sonuncu ağır yükün daşınması üçün onlarda yükləyici olmadığından “Unilift” şirkətinə müraciət edilmiş və onlar tərəfindən yükləyici vasitəsilə daşınmışdır. Həmçinin alqı-satqı müqaviləsinə əsasən İran vətəndaşları fərdi geyim vasitələri ilə özlərini təmin etməli olsalar da, onlar buna riayət etməmişlər. Hadisənin baş verməsinə səbəb daşınan yükün altında şəxslərin olması, həmçinin daşınan yükün tarazının düzgün qiymətləndirməməsi və bu səbəbdən aşan qurğunun ayaqlarına əlavə dəmir atmalar bərkidilməsi hadisənin baş verməsinə səbəb olduğunu hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 2012-2015ci illərdə həmin ASC-nin “Azərbaycan Kağız və X18” MMC-də növbə rəisi, daha sonra 2015-2018ci illərdə istehsalat sahə rəisi işləmiş, 2018-ci ildən hal-hazıradək həmin MMC-də istehsalat şöbə müdiri vəzifəsində çalışır. Təxminən 4-5 ildir ki, MMC-nin yerləşdiyi ərazidə olan "xxxx" sexində A4 və A3 formatlı kağız istehsal sahəsi xətti istifadə edilmədiyi üçün satışa çıxarılmış, həmin xətt, yəni qurğu bütövlüklə İran İslam Respublikasının vətəndaşlarına satılmış, həmin istehsal xəttinin alıcıları 13 iyun 2022-ci il tarixdə səhər saatlarında "xxxx" sexinə özləri gəlib qurğu ilə tanış olmuş, həmin gün MMC-nin nümayəndələri ilə qurğunun sökülüb daşınması məsələləri müzakirə olunmuş, alqısatqı müqaviləsinin şərtlərinə əsasən satılan qurğunun alıcı tərəfindən sökülüb-daşınması nəzərdə tutulmuşdur. Şahid5 onlara ümumi müəssisə, yanğın təhlükəsizliyi, giriş-çıxış təxliyə yolları və ümumi təhlükəsizlik qaydaları barədə məlumat vermiş, görüşün sonunda giriş təlimatı jurnalı imzalanmış, işin xüsusiyyətlərinə dair Şahid5 tərəfindən işə icazə formaları hazırlanmış və onlar müvafiq qaydada təlimatlandırılmışdır. Sözügedən qurğunun alıcıları 5 nəfər olmuş, onlar gələn zaman özləri ilə həmin istehsal xəttinin sökülməsi üçün müxtəlif açar dəstləri gətirmiş, günorta saatlarında onlar özləri istehsal xəttini hissələrə söküb sexdən çıxarılma işlərinə başlamışlar. Onları müşahidə edəndə istehsal xəttini maksimal şəkildə böyük hissələrlə daşıyıb sexdən çıxarmaq istədiklərini görmüş, lakin Şahid5 gündə bir neçə dəfə onlara baxıb bir pozuntu görəndə yaxınlaşıb iradını bildirmiş, istehsal xəttinin böyük hissələrlə sökülüb aparılmasına icazə verməmişdir. Həmin şəxslərə nəzarət edilməsi üçün əvvəl kağız istehsal sahəsi xətti işləyən zaman orada operator olmuş Fuad Babayev və maşınist Şahid7 ayrılmış, onlara demontaj işlərinə nəzarət etmək, lazımi instrumentlərin onlara verilməsinə kömək etmək, yəni ümumi nəzarət və dəstək vermək tapşırılmışdır. İran vətəndaşlarına istehsalat xəttini kiçik hissələrə ayırıb rahat daşınmasını təmin etmələri tövsiyə edildikdən sonra onlar razılaşmış və onlar istehsal xəttini kiçik hissələrə ayırıb sexdən çıxarmışlar. Onların tez bir zamanda böyük hissələrlə həmin qurğunu çıxarıb tezliklə öz ölkələrinə aparmaq istədiklərini başa düşmüş, həmin şəxslər 13 iyundan başlayaraq hər gün sözügedən istehsal xətti üzərində çalışmışlar. Həmin şəxslər qurğunun sökülmüş balaca hissələrini MMC-nin avtokarı vasitəsi ilə sexdən çıxarsalar da, 22 iyun 2022-ci il tarixdə MMC müqavilə əsasında "xxxx" MMC-dən böyük yüklər qaldıra bilən avtokar gətirtmiş və istehsal xəttinin böyük hissələri həmin avtokar vasitəsi ilə sexdən çıxarılmışdır. Həmin gün istehsal xəttinin alıcıları səhər saatlarında işə başlayıb böyük dəzgahların sökülməsinə başlamış, səhər saatlarında sexləri gəzərkən gəlib ofset sexinə də baş çəkəndə onların ancaq istehsal qurğusunu sökdüklərini, təxminən saat 12 radələrində də onların yanından keçəndə onların öz işləri ilə məşğul olduqlarını görmüşdür. Təxminən saat 14 radələrində İran İslam Respublikasının vətəndaşlarının istehsal xəttinin bir hissəsini sexdən çıxaran zaman həmin hissənin aşması və altında adam qalması barədə məlumat alıb dərhal ofset sexinə qaçmış və aşmış dəzgahın altında olan adamı MMC-nin işçilərinin artıq dəzgahın altından çıxardıqlarını görmüş, X34 xidmətinə zəng olunduğunu bilsə də, özü də əlavə zəng etmiş, lakin onların gec gələcəyini başa düşüb MMC-nin avtomobili ilə onu xəstəxanaya aparmaq qərarına gəlmişlər. Dəzgahın altında qalan şəxs Sohrab Jafarıan olmuş, Şahid5 dərhal xərək təşkil etmiş və Sohrab Jafarıanı xərəyə qoyub “X36” xəstəxanasına aparmışlar. Xəstəxanaya çatanda həkimlər Sohrabı dərhal reanimasiyaya qəbul etmiş və təxminən 15 dəqiqədən sonra göstərilən səylərə baxmayaraq onun ölməsini demişlər. Bundan başqa onun yanında olmuş İran İslam Respublikasının digər vətəndaşı Əli Xanızadə də dəzgahın çıxarılması zamanı ayağından xəsarət almış, onu da MMC-nin digər əməkdaşları avtomobillə həmin xəstəxanaya gətirmiş, müayinə edilərək onun ayağına gips sarğısı qoyulmuşdur. Bağlanmış müqaviləyə əsasən A4 texniki xəttinin sökülməsi, yüklənməsi və daşınması İran vətəndaşları tərəfindən aparılmalı olmuş, onlar bu işlərə daxil edilməmiş, həmin işlərə rəhbərlik öz aralarında olan operator tərəfindən aparılmış və onun da adının Sohrab olduğunu sonradan bilmişlər. MMC olaraq onlar yalnız köməklik məqsədilə alətləri və daşıması üçün yükləyiciləri vermiş, lakin sonuncu ağır yükün daşınması üçün onlarda yükləyici olmadığından “Unilift” şirkətinə müraciət edilmiş və onlar tərəfindən yükləyici vasitəsilə daşınmışdır. İstehsal xəttinin sökülməsi və daşınması zamanı həmin 5 nəfər şəxs tərəfindən daşıma zamanı qurğunun altında olmaqla kobud pozuntuya yol verilmiş, onlar həmin qurğunun daha yüngül hissələrə ayırıb daşımaları daha rahat və təhlükəsiz olsa da, onlar hansı şəkildə söküb daşıyacaqlarına özləri qərar vermişlər. Alqı-satqı müqaviləsinə əsasən İran vətəndaşları fərdi geyim vasitələri ilə özlərini təmin etməli olmuş, idilər, lakin onlar buna riayət etməmiş, iş geyimləri olsa da, əllərınin birində əlcək görmüş, lakin başlarında heç birinin dəbilqəsi olmamışdır. Daşınan yükün altında şəxslərin olması, həmçinin daşınan yükün tarazının düzgün qiymətləndirməməsi və bu səbəbdən həmin aşan qurğunun ayaqlarına əlavə dəmir atmalar bərkidilməsini hadisənin baş verməsinə səbəb kimi hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 2009-cu ildən “Azərbaycan Kağız və X18” MMC-də əvvəl operator, 2019-cu ildən halhazıradək maşinist vəzifəsində çalışır. MMC-nin yerləşdiyi ərazidə olan "xxxx" sexində A4 və A3 formatlı kağız istehsal sahəsi xətti, yəni qurğu bütövlüklə İran İslam Respublikasının vətəndaşlarına satılmış, sözügedən qurğunun alıcıları 5 nəfər olmuş, onlar 13 iyun 2022-ci il tarixdə səhər saatlarında "xxxx" sexinə özləri gəldilər və qurğu ilə tanış oldular. Mən həmin iclasda iştirak etməmişdim. Onlar gələn zaman özləri ilə istehsal xəttinin sökülməsi üçün müxtəlif açar dəstləri gətirmiş, gün günorta saatlarında xətti hissələrə söküb sexdən çıxarılma işlərinə başlamışlar. Sonradan sex rəisi Şahid6 onu və digər operator Fuad Babayevi həmin şəxslərə nəzarət etmək üçün ayırmış, onlara texniki dəstək və lazım olanda məsləhət vermək tapşırılmış, eyni zamanda bizə onlara fiziki kömək göstərmək qadağan edilmiş, onlar ancaq müşahidə funksiyasını həyata keçirmiş, həmin beş nəfər özləri aldıqları xətti söküb özləri nişanlama işləri aparmışlar. 22 iyun 2022-ci il tarixdə istehsal xəttinin alıcıları səhər saatlarında böyük dəzgahların sökülməsinə başlamış, onlar daim olmasa da, çox vaxt İran vətəndaşlarının yanında olmuş, işlərin necə getməsi, nəyəsə ehtiyacları olmasa barədə maraqlanmışlar. Səhər saatlarından başlayaraq onlar ancaq istehsal qurğunu sökməklə məşğul olmuş, xəttin böyük hissələrini, yəni dəzgahlarını daşımaq üçün avtokar cəlb edilmişdir. Saat 14 radələrində nahar fasiləsində yeməyini bitirib ofset sexinə tərəf gedəndə nəsə baş verdiyini də hamının ora qaçdığını görüb o da sexə getmiş və ora daxil olanda İran İslam Respublikası vətəndaşlarının istehsal xəttinin bir hissəsini sexdən çıxaran zaman həmin hissənin aşdığını və altında onlardan birinin qaldığını görmüş, o və digər əməkdaşlar dəzgahı yerindən tərpətməyə çalışmış, lakin gücləri çatmadığından dəzgahı qaldırmaq üçün MMC-nin avtokarı gəlmiş, dəzgahı sexin içində olan hissəsindən qaldırandan sonra onlar həmin şəxsi oradan çıxarmışlar. Həmin şəxsin üzü qanlı olmuş, dəzgahın onun baş nahiyyəsinə aşdığı hiss olunmuş, o əlləri ilə zəif hərəkət edib başını fırlatsa da, aşağı ətrafı, yəni ayaqları tərsinə çevrilmişdir. Həmin vaxt orada işçilərdən kimsə X34 xidmətinə zəng etsə də, onların gec gələcəyini başa düşüb MMC-nin avtomobili ilə xəstəxanaya aparmaq qərarına gəlmiş, buna qədər həmin şəxsə qutu sahəsinin rəisi Sadiq Eyvazov ilkin tibbi yardım göstərmiş, ayaqlarına şin qoymuşdur. Dəzgahın altında qalan şəxs Sohrab Jafarıan olmuş, Şahid5 dərhal xərək təşkil edib Sohrabı xərəyə qoyub MMC-nin avtomobili ilə “X36” xəstəxanasına aparmış, həmin vaxt onlarla birlikdə Sorbabın yanında olan digər iş yoldaşı da avtomobilə oturub xəstəxanaya getmişdir. Bundan başqa onun yanında olmuş İran İslam Respublikasının digər vətəndaşı Əli Xanızadə də ayağından xəsarət aldığı üçün onu da MMC-nin digər əməkdaşları avtomobillə həmin xəstəxanaya aparmış, orada da çıxardıqları dəzgahın aşması zamanı onun da ayağından xəsarət aldığını bilmiş, orada o müayinə edilərək ayağına gips sarğısı qoyulmuşdur. İstehsal xəttinin sökülməsi və daşınması zamanı həmin 5 nəfər şəxs tərəfindən daşıma zamanı qurğunun altında olmaqla kobud pozuntuya yol verilmiş, bundan başqa onların həmin qurğunu daha yüngül hissələrə ayırıb daşımaları daha rahat və təhlükəsiz olsa da, onlar hansı şəkildə söküb daşıyacaqlarına özləri qərar vermişlər. Bağlanmış müqaviləyə əsasən A4 texniki xəttinin sökülməsi, yüklənməsi və daşınması İran vətəndaşları tərəfindən aparılmalı olmuş, onlar bu işlərə daxil edilməmiş, həmin işlərə rəhbərlik öz aralarında olan operator tərəfindən aparılmışı və onun da adının Sohrab olduğunu sonradan bilmişlər. MMC olaraq onlar yalnız köməklik məqsədilə alətləri və daşıması üçün yükləyiciləri vermiş, lakin sonuncu ağır yükün daşınması üçün onlarda yükləyici olmadığından “Unilift” şirkətinə müraciət edilmiş və onlar tərəfindən yükləyici vasitəsilə daşınmışdır. onların iş geyimləri olsa da, əllərın birində əlcək görmüş, lakin başlarında heç birinin dəbilqəsi olmamış, daşınan yükün altında şəxslərin olmasını, həmçinin daşınan yükün tarazının düzgün qiymətləndirməməsini və buna görə də aşan qurğunun ayaqlarına əlavə dəmir atmalar bərkidilməsini hadisənin baş vermə səbəbi kimi hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 2019-cu ilin yanvar ayında "xxxx" MMC-ni təsis etmiş və direktoru olmuş, şirkətin əsas fəaliyyət istiqaməti balansda olan və icarəyə götürülən çəngəlağız yükləyicilərlə yükləməboşaltma anbar əməliyyatları, çəngəlağız yükləyicilərin satışı, eyni zamanda sektorda mövcud bütün çəngəlli yükləyicilərin təmiri, ehtiyat hissələrinin satışı və icarəsini təşkil etməkdən ibarətdir. Hazırda MMC-də çəngəlağız yükləyici operatoru vəzifəsində çalışan Təqsirləndirilən şəxs 09 mart 2022-ci il tarixdən şirkətdə işə başlamış, o, işə qəbul olunan zaman əvvəl ehtiyat hissələri üzrə satış mütəxəssisi vəzifəsinə, 13 aprel 2022-ci il tarixdən isə çəngəlağız yükləyici operatoru vəzifəsinə təyin edilmiş, o, çəngəlağız yükləyici texniki vasitələr üzrə müvafiq kurs bitirmiş və işə qəbul olunan zaman “Profi-Resurs” X35 tərəfindən verilmiş “avtoyükləyici operatoru” ixtisasının təsdiq edən AS№004851 nömrəli 21 fevral 2019-cu il tarixli sertifikat təqdim etmişdir. "xxxx" MMC ilə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Azərbaycan Kağız və X11” MMC arasında 18 fevral 2022-ci il tarixdə bağlanmış UN063/220218G nömrəli alqı-satqı və xidmət müqaviləsinə əsasən həmin şirkətin ərazisində müvafiq yükdaşıma işlərin görülməsi nəzərdə tutulmuş, müqavilənin icrası ilə əlaqədar “Azərbaycan Kağız və X11” MMC-nin ofset sexində yerləşən dəzgahın hissələrinin sexdən çıxarılması və sonradan yükü aparacaq avtomobilə daşınması işlərinin görülməsi ilə bağlı 22 iyun 2022-ci il tarixdə şirkətə məxsus **-BA-*** dövlət qeydiyyat nişanlı “Tailift FD 50” markalı çəngəlli yükləyici evakuatora yüklənilərək sürücü-operator Təqsirləndirilən şəxs ilə birlikdə işlərin görüləcəyi yerə göndərilmişdir. Həmin gün saat 14 radələrində Təqsirləndirilən şəxs ona zəng edərək bildirmişdir ki, göndərilən yerdə iş görən zaman idarə etdiyi çəngəlağız yükləyici ilə dartdığı dəmir yük aşmış, altında iki İran İslam Respublikasının işçisi qalmış, onların birinin yük başına düşdüyü üçün vəziyyəti ağır olmuş və onları “Azərbaycan Kağız və X11” MMC-nin əməkdaşları xəstəxanaya aparmışlar. Bir müddət sonra xəsarət alan şəxslərin birinin ayağının sındığını, digərinin isə aldığı xəsarətlərdən öldüyünü bilmiş, onları tanımamış və onlarla heç bir münasibəti olmamışdır. Hadisənin necə baş verdiyini soruşanda Təqsirləndirilən şəxs xəsarət alan şəxslərin yük hərəkətdə olan zaman həmin yükün altında olduqlarını, ona hansı istiqamətdə hərəkət edəcəyinə göstəriş verdiklərini demişdir. Şirkətdə təhlükəsizlik texnikası üzrə mütəxəssis olmadığından işçiləri özü təlimatlandırmış, hadisə baş verən gün də Təqsirləndirilən şəxs işə göndərməzdən əvvəl bütün zəruri təhlükəsizlik qaydaları əlavə izah edilmiş, Təqsirləndirilən şəxs işə qəbul olunan zaman və çəngəlağız yükləyici operatoru vəzifəsinə təyin edilən vaxt aralarında imzalanmış “Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi barədə Xəbərdarlıq №1” sənədində də yükqaldırma və yükboşaltma əməliyyatlarında, sahədə və ya digər xüsusi ayrılmış yerlərdə işləmək; avadanlığı sahədə iş üçün təyin olunmuş yükqaldırma normalarına, işin təhlükəsizlik sisteminə, sürət məhdudiyyətlərinə və iş təhlükəsizlik normalarına uyğun olaraq idarə etmək; servis üzrə menecerin tapşırıqların öhdəsindən vaxtında gəlmək, habelə müəyyən olunmuş təhlükəsizlik qaydalına riayət etmək; istifadədən öncə texnikaya vizual texniki baxış keçirmək; qaldırıcı və əyilmə mexanizmlərin işini yoxlamaq; yalnız texniki təhlükəsizlik qaydalına uyğun olan texnikanı işlətmək; bütün nasazlıqlar haqqında rəhbərliyə vaxtında məlumat vermək və texnikanı təmiz və işlək vəziyyətdə saxlamaq kimi öhdəliklər qoyulmuşdur. Təqsirləndirilən şəxs çəngəlağız yükləyici operatoru vəzifəsinə təyin edilən zaman 13 aprel 2022-ci il tarixdə "xxxx" MMC-nin “Avtoyükləyici operatorları üçün əməyin mühafizəsi üzrə təlimat”-la da tanış edilmiş, mahiyyəti izah olunmuş və o, həmin təlimatı imzalamışdır. Həmçinin Təqsirləndirilən şəxs həmin təlimatla tanış edilməsi barədə “İşçilərin iş yerində təlimatlandırılmalarının qeydiyyatı jurnalı”-nda da 09 mart 2022-ci il tarixdə və 13 aprel 2022-ci il tarixdə imza olunmaqla müvafiq qeydlər aparılmışdır. Təqsirləndirilən şəxs çox məsuliyyətli və peşəkar işçi olmuş, şirkətdə işlədiyi vaxt onun heç bir problemi olmamış, həmişə ayıq və gümrah gəlmiş, qaydalara həmişə ciddi yanaşmış və hazırda da işləməkdə davam edir. Hadisədən sonra onunla söhbət edən zaman nə üçün yükün altında adamlar olan vaxt yükləyicini hərəkətə gətirməsi səbəbini soruşanda o, həmin vaxt ona göstərişləri verən şəxslərin daşınan kağız istehsalı xəttinin alıcıları, yəni yeni sahibləri olduqlarını, onların həmin xətti söküb İrana aparmaq üçün sexdən çıxarıb küçəyə yığdıqlarını, işlər görülən zaman onların onun sözünə məhəl qoymayaraq yükün altında gəzdiklərini demişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, 19 aprel 2022-ci il tarixdə AKKİK MMC və GOLESTAN SHAHR KAGAZ SAHAND şirkəti arasında A4 kağız kəsim və paketləmə xəttinin satılması haqqında müqavilə imzalanmış, həmin müqavilənin 2-ci maddəsinə əsasən (daşınma və təhvil-təslim) alıcıya Abşeron rayonu, Xırdalan şosesində yerləşən satıcının karton fabrikində təhvil verilməsi, malın təhvil verilməsi üçün görülməli olan montaj və demontaj işləri (malın sökülməsi, quraşdırılması, daşınması və s digər işlər) satıcının karton fabrikində alıcının səlahiyyətli nümayəndələri və onun tapşırığı əsasında təyin edilən digər şəxslər və X26, Şahid4, Amirhosseın, Şahid2, Sohrab Jafarian tərəfindən həyata keçirilməsi, bu mərhələdə alıcının tələbi əsasında satıcı tərəfindən ehtiyac olan köməklik göstərilməsi (açar dəsti, daşınma üçün avadanlıqlar və s) nəzərdə tutulmuş və bu məqsədlə adları qeyd olunan şəxslər 13 iyun 2022-ci il tarixdə Naxçıvan üzərindən Azərbaycana gəlmişlər. Həmin gün günorta saatlarında karton fabrikində AKKİK-in sətəm üzrə mühəndisi tərəfindən qarşılanmış, onlara giriş təlimatı verilmiş, müvafiq jurnallara imza edilərək fərdi mühafizə vasitələri geyinilmiş, 4 hissədən ibarət olan avadanlığın sökülməsi işlərinə başlanılmış və hissələr bir-birlərindən ayrılmışdır. 21 iyun 2022-ci il tarixdə avadanlığın nisbətən kiçik hissələri xüsusi daşıma arabaları ilə sexdən çıxarılmış, nisbətən böyük və ağır hissələrin çıxarılması üçün satıcının tövsiyəsi ilə “Unilift” firmasından 5 tonluq avtokar alıcının, yəni onların hesabına icarəyə götürülmüşdür. Sohrab Jafarıan operator olaraq sexə gələn avtokara istiqamət vermiş, yükün sexdən çıxarılmasına öz təklifləri və göstərişləri ilə rəhbərlik etmiş, bu zaman o özü elektrik işlərinə cavabdeh kimi avadanlığın körpü hissəsinin daşınması zamanı elektrik işlərinə rəhbərlik etmiş, Şahid2 isə alıcı şirkətin nümayəndəsi olmasına baxmayaraq onlara avadanlığın daşınmasına kömək etmiş, Şahid4 və Sohrabın köməkçisi X27 isə yemək fasiləsində olmuşlar. Avadanlığın başlanğıc hissəsində olan, kağızın gərilməsini və istiqamətləndirilməsini təmin edən, körpü adlandırılan hissəsi 4 ədəd ayaqdan ibarət olmuş, bu dörd ayaq bolt və qayka ilə korpusa birləşmiş, daşıma zamanı bolt və qaykanın qırılması ehtimalı olacağını düşünərək Sohrab Jafarıan dəmirdən əlavə gücləndirmə verilməsini təklif etmişdir. Buna əsasən satıcıdan dəmir tələb edilmiş və satıcı tərəfindən istəyinə uyğun dəmir təmin olunmuş, təmin edilən dəmir ilə korpus və ayaqları bir-birinə daha möhkəm bərkitmiş, daha öncə də bir neçə dəfə eyni bu avadanlığın daşımasını həyata keçirdikləri zaman eyni üsulu tətbiq etmişlər. Qeyd edilən işlər görüldükdən sonra 22 iyun 2022-ci il tarixdə saat 14:00 radələrində körpünün daşınması işlərinə başlanmış, körpünün daşınması işinə birbaşa rəhbərliyi operator Sohrab Jafarıan həyata keçirmiş, o və Şahid2 avadanlığın yanında olmuş, Sohrab Jafarıan tərəfindən verilən göstərişlərə uyğun olaraq avadanlığın hərəkət etməsinə dəstək vermişlər. Daşıma zamanı 4 ayaqdan 2-si olan tərəfi avtokar qaldıraraq çəkib hərəkətə gətirmiş, digər iki ayağın altına isə avadanlıq rahat hərəkət edə bilməsi üçün xüsusi daşıma təkəri qoyulmuşdur. Sexdən yükləmə platformasına çıxan zaman daşıma təkərlərindən biri yerindən sürüşmə təhlükəsi olduğu üçün Sohrab Jafarıan hərəkəti durdurmuş və bir tərəfini onların düzəltmələrini, digər tərəfin isə özünün düzələcəyini söyləmiş, onun verdiyi göstəriş əsasında düzəltmə işlərini etmiş və təkrar avtokar sürücüsünə hərəkət etmə əmri vermişdir. Bu zaman avadanlığın təkər olan hissəsinin ayaqları qırılaraq mərhumun üzərinə düşmüş, bu vaxt sexdə çalışan fəhlələr və rəhbər şəxslər hadisə yerinə qaçaraq gəlmiş, transpalet və taxta parçasının köməyi ilə ling üsulu tətbiq edilmiş, sahədə çalışan AKKİK MMC-nin avtokarı gətirilərək korpus qaldırılmışdır. Xəsarət alan Sohrab Jafarıan çıxarılaraq ilkin yardım göstərilmə işlərinə başlanmış, dərhal təcili-tibbi yardıma zəng edilmiş, lakin Sohrabın vəziyyətinin ağır olması səbəbindən sonuncu AKKİK MMC-nin əməkdaşları tərəfindən özəl xəstəxanaya aparılsa da, xəstəxanaya çatan zaman artıq Sohrab vəfat etmişdir. Əvvəlki günlərdə nisbətən kiçik həcmli yüklərin daşınması üçün AKKİK MMC-dən dəstək olaraq avtokar alıb öz yüklərini daşıyaraq çıxarsalar da, qeyd etdiyi kimi 5 tonluq avtokar AKKİK MMC-də olmadığı üçün yükləri həmin 5 tonluq avtokarla daşımaq üçün onlar satıcı şirkətdən onlara avtokar icarəyə verən bir şirkət müəyyənləşdirməyi xahiş etmiş, onların işlərinə lazım olan alət və vasitələrlə təmin etməyə AKKİK MMC-nin işçiləri kömək etmiş, sökmə, yükləmə boşaltma işlərini operator Söhrab Jafarian aparmış və işlərə o özü nəzarət etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 X4 ifadəsinə uyğun eyni məzmunlu ifadə verərək ifadəsində göstərmişdir ki, 22 iyun 2022-ci il tarixdə nisbətən böyük və ağır hissələrin çıxarılması üçün satıcının tövsiyəsi ilə “Unilift” firmasından 5 tonluq avtokar alıcının, yəni onların hesabına icarəyə götürülmüş, o isə şirkətin təsisçilərindən biri olaraq ümumilikdə görülən işə, X9 elektrik təchizatı məsələlərinə, Sohrab Jafarıan operator olaraq sexə gələn avtokara istiqamət verib öz təklifləri və göstərişləri ilə yükün sexdən çıxarılmasına rəhbərlik etmişlər. Avadanlığın başlanğıc hissəsində olan, kağızın gərilməsini və istiqamətləndirilməsini təmin edən, körpü adlandırılan hissəsi 4 ədəd ayaqdan ibarət olmuş, bu dörd ayaq bolt və qayka ilə korpusa birləşmiş, daşıma zamanı bolt və qaykanın qırılması ehtimalı olacağını düşünərək Sohrab Jafarıan dəmirdən əlavə gücləndirmə verilməsini təklif etmiş, buna əsasən də satıcı tərəfindən istəklərinə uyğun dəmir təmin edildikdən sonra həmin dəmirlə korpus və ayaqları bir birinə daha möhkəm bərkidilmiş, daha öncə də bir neçə dəfə eyni bu avadanlığın daşımasını həyata keçirdikləri zaman eyni üsulu tətbiq etmişlər. Qeyd edilən işlər görüldükdən sonra 22 iyun 2022-ci il tarixdə saat 14:00 radələrində körpünün daşınması işlərinə başlanmış, bu işə birbaşa rəhbərliyi operator Sohrab Jafarıan həyata keçirmiş, o və X9 avadanlığın yanında olmaqla Sohrab Jafarıan tərəfindən verilən göstərişlərə uyğun olaraq avadanlığın hərəkət etməsinə dəstək vermişlər. Daşıma zamanı 4 ayaqdan 2-si olan tərəfi avtokar qaldıraraq çəkib hərəkətə gətirmiş, digər iki ayağın altına isə avadanlıq rahat hərəkət edə bilməsi üçün xüsusi daşıma təkəri qoyulmuşdur. Sexdən yükləmə platformasına çıxan zaman daşıma təkərlərindən birinin yerindən sürüşmə təhlükəsi olduğu üçün Sohrab Jafarıan hərəkəti durdurub bir tərəfini onların düzəltməsini, digər tərəfin isə özünün düzələcəyini demiş, onun verdiyi göstəriş əsasında düzəltmə işlərini etdikdən sonra o, təkrar avtokar sürücüsünə hərəkət etmə əmri vermişdir. Bu zaman avadanlığın təkər olan hissəsinin ayaqları qırılaraq Sohrabın üzərinə düşmüş, sexdə çalışan fəhlələr və rəhbər şəxslər hadisə yerinə qaçaraq gəlmiş, transpalet və taxta parçasının köməyi ilə ling üsulu tətbiq edilmiş, sahədə çalışan AKKİK MMC-nin avtokarı gətirilərək korpus qaldırılmışdır. Xəsarət alan Sohrab Jafarıan çıxarılaraq ilkin yardım göstərilmə işlərinə başlanmış, dərhal təcilitibbi yardıma zəng edilmiş, lakin Sohrabın vəziyyətinin ağır olması səbəbindən o, AKKİK MMC-nin əməkdaşları tərəfindən özəl xəstəxanaya aparılsa da, xəstəxanaya çatan zaman artıq Sohrab vəfat etmişdir. Həmçinin baş vermiş hadisə zamanı avadanlığın korpusunun bir hissəsi Sohrabın üzərinə, digər bir hissəsi isə onun sağ ayağının son 3 barmağının üstünə düşdüyü üçün o da xəsarət almış və bununla bağlı “City Hospital”-da əməliyyat olunmuşdur. Hadisə vaxtı Şahid4 və Sohrabın köməkçisi X26 isə yemək fasiləsində olmuşlar. İşə lazım olan alət və vasitələrlə təmin etməyə AKKİK MMC-nin işçiləri kömək etmiş, sökmə, yükləmə boşaltma işlərini operator Söhrab Jafarian aparmış və onlara nəzarət etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 X2 ifadəsinə uyğun eyni məzmunlu ifadə verərək ifadəsində əlavə olaraq göstərmişdir ki, 22 iyun 2022-ci il tarixdə saat 14:00 radələrində körpünün daşınması işlərinə başlanmış və bu işə birbaşa rəhbərliyi operator Sohrab Jafarıan həyata keçirmiş, həmin vaxt sahədə olan Şahid2 Mohsen və X9 avadanlığın yanında olmuş, Sohrab Jafarıan tərəfindən verilən göstərişlərə uyğun olaraq avadanlığın hərəkət etməsinə dəstək vermişlər. Daşıma zamanı 4 ayaqdan 2-si olan tərəfi avtokar qaldıraraq çəkib hərəkətə gətirmiş, digər iki ayağın altına isə avadanlıq rahat hərəkət edə bilməsi üçün xüsusi daşıma təkəri qoyulmuşdur. Sexdən yükləmə platformasına çıxan zaman daşıma təkərlərindən biri yerindən sürüşmə təhlükəsi olduğu üçün Sohrab Jafarıan hərəkəti durdurub bir tərəfini Şahid2 Mohsen ilə X5 düzəltməsini istəyib özü digər təkərə düzəliş edəcəyini bildirmiş, onun verdiyi göstəriş əsasında düzəltmə işlərini edib təkrar avtokar sürücüsünə hərəkət etmə əmri vermişdir. Bu zaman avadanlığın təkər olan hissəsinin ayaqları qırılaraq mərhumun üzərinə düşmüş, bu vaxt sexdə çalışan fəhlələr və rəhbər şəxslər, həmçinin o özü hadisə yerinə qaçaraq gəlmiş, transpalet və taxta parçasının köməyi ilə ling üsulu tətbiq edilmiş, sahədə çalışan AKKİK MMC-nin avtokarı gətirilərək korpus qaldırılmış, xəsarət alan Sohrab Jafarıan çıxarılaraq ilkin yardım göstərilmə işlərinə başlanmış, dərhal təcili-tibbi yardıma zəng edilsə də, Sohrabın vəziyyətinin ağır olması səbəbindən sonuncu AKKİK MMC-nin əməkdaşları tərəfindən özəl xəstəxanaya aparılmasına baxmayaraq xəstəxanaya çatan zaman artıq Sohrab vəfat etmiş, həmçinin Şahid2 sağ ayaq barmaqları baş vermiş hadisə zamanı zədələnmişdir. Özü hadisənin dəqiq şahidi olmamış, nahar fasiləsindən qayıdıb iş yoldaşlarının yanına sahəyə girən zaman uzaqdan ağır dəmirin yerə dəyməsini eşidib tez iş yoldaşlarının yanına qaçıb kömək etmişdir. Onların işinə lazım olan alət və vasitələrlə təmin etməyə AKKİK MMC-nin işçiləri kömək etmiş, eyni zamanda sökmə, yükləmə boşaltma işlərini operator Söhrab Jafarian aparmış və işlərinə o özü nəzarət etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 Şahid3 ifadəsinə uyğun eyni məzmunlu ifadə verərək, ifadəsində əlavə olaraq göstərmişdir ki, 22 iyun 2022-ci il tarixdə saat 14:00 radələrində körpünün daşınması işlərinə başlanmış, körpünün daşınması işinə birbaşa rəhbərliyi operator Sohrab Jafarıan həyata keçirmiş, həmin vaxt sahədə olan Şahid2 Mohsen və X9 avadanlığın yanında olmuş və Sohrab Jafarıan tərəfindən verilən göstərişlərə uyğun olaraq avadanlığın hərəkət etməsinə dəstək vermişlər. Daşıma zamanı 4 ayaqdan 2-si olan tərəfi avtokar qaldıraraq çəkib hərəkətə gətirmiş, digər iki ayağın altına isə avadanlıq rahat hərəkət edə bilməsi üçün xüsusi daşıma təkəri qoyulmuşdur. Sexdən yükləmə platformasına çıxan zaman daşıma təkərlərindən biri yerindən sürüşmə təhlükəsi olduğu üçün Sohrab Jafarıan hərəkəti durdurmuş, bir tərəfini Şahid2 Mohsen ilə X7 düzəltməsini istəyib özünün digər təkərə düzəliş edəcəyini bildirmiş, onun verdiyi göstəriş əsasında düzəltmə işlərini edib təkrar avtokar sürücüsünə hərəkət etmə əmri vermişdir. Bu zaman avadanlığın təkər olan hissəsinin ayaqları qırılaraq mərhumun üzərinə düşmüş, sexdə çalışan fəhlələr və rəhbər şəxslər, həmçinin o hadisə yerinə qaçaraq gəlmiş, transpalet və taxta parçasının köməyi ilə ling üsulu tətbiq edildi, sahədə çalışan AKKİK MMC-nin avtokarı gətirilərək korpus qaldırılmışdır. Xəsarət alan Sohrab Jafarıan çıxarılaraq ilkin yardım göstərilmə işlərinə başlanmış, dərhal təcili-tibbi yardıma zəng edilsə də, Sohrabın vəziyyətinin ağır olması səbəbindən sonuncu AKKİK MMC-nin əməkdaşları tərəfindən özəl xəstəxanaya aparılmasına baxmayaraq xəstəxanaya çatan zaman artıq Sohrab vəfat etmiş, həmçinin Şahid2 sağ ayaq barmaqları baş vermiş hadisə zamanı zədələnmişdir. Özü hadisənin dəqiq şahidi olmamış, nahar fasiləsindən çıxıb hadisə yerinə doğru irəliləmiş, çatdığı zaman artıq Sohrabı dəmirin altından çıxarıb kənara qoyub ilkin yardım etmişlər. Onların işlərinə lazım olan alət və vasitələrlə təmin etməyə AKKİK MMC-nin işçiləri kömək etmiş, eyni zamanda sökmə, yükləmə boşaltma işlərini operator Söhrab Jafarian aparmış və onların işlərinə o özü nəzarət etmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının 23 iyun 2022-ci il tarixli 90 saylı rəyindən görünür ki, mərhum X19 almış olduğu “travmatik şokla müşayiət olunan, kəskin daxili qanaxma ilə nəticələnmiş qaraciyər, diafraqma və sağ ağciyərin cırılmış yaraları, sağ budun qapalı yerdəyişən, sağdan 4-5-ci, soldan 3-4-5-6-cı qabırğaların qapalı yerdəyişən sınıqları, burun sümüklərinin yerdəyişən qapalı sınıqları, üst dodağın əzilmiş-cırılmış yarası, hər iki saidin, gövdənin arxa səthinin, sağ budun sıyrıqları, burunun, sağ bel nahiyəsinin, sağ budun qançırları” xəsarətləri həyatidirlər, ölümündən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 22 iyun 2022-ci il tarixdə üzərinə ağır çəkili cihazın düşməsi nəticəsində əmələ gələ bilərdilər, baş vermiş ölümlə səbəbli əlaqələri vardır, dərəcəsinə görə ümumilikdə ağır zərərvurmanın əlamətlərinə aiddirlər. X21 ölümünə səbəb – daxilə qanaxma, qaraciyərin, diafraqmanın, sağ ağciyərin yaralanmaları, sağ bud sümüyünün qapalı yerdəyişən sınığı, qabırğaların çoxsaylı sınıqları ilə müşayiət olunan travmatik-hemorragik şok olmuşdur. İlkin meyit əlamətlərinə əsasən ölüm onun meyitxanada müayinəsi keçirilən vaxtdan (23 iyun 2022-ci il, saat 11:00) təxminən 20-22 saat əvvəl baş vermişdir. S.Jafarianın meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsinə 0,9 % 0 (promilli) qatılığında etil spirti aşkar edilmişdir. Bu miqdar və qatılıqda etil spirti rəsmi cədvəl üzrə yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətinə uyğundur. Məhkəmə təhlükəsizlik texnikası ekspertizasının 12 avqust 2022-ci il tarixli 10/4504 saylı rəyi ilə aşağıdakılar müəyyən olunmuşdur : - “Azərbaycan Kağız və X11” MMC-nin Xırdalan şəhərində yerləşən kağız və karton fabrikinin ofset sexində demontaj olunan A4 istehsalat (texnoloji) xəttinin sökülmüş ağır çəkili tərkib hissəsinin (dəzgahın) avtoyükləyici vasitəsilə daşınarkən həmin yükün etibarlı dayanaqlığı təmin edilmədən, avtoyükləyici ilə dartmaqla sexdən çölə çıxartdığına, həmin yükün altında və yaxınlığında adamların olmasına icazə verildiyinə, eləcə də avtoyükləyicinin sürücüsü ilə əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlim, təlimatlandırmalar və biliklərin yoxlanılması təşkil edilmədiyinə görə, baş vermiş hadisə ilə əlaqədar “Yükləmə-boşaltma işləri. Ümumi təhlükəsizlik tələbləri.” 12.3.009-79 DÜST-nin 2.5, 5.4 bəndlərinin, “Müəssisələrdə yüklərin daşınması prosesləri. Ümumi təhlükəsizlik tələbləri.” 12.3.020-80. DÜST-nin 3.4.5, 3.4.24, 3.4.25, 3.4.26 bəndlərinin və “İşçilərin əməyin mühafizəsi üzrə təlimin təşkili. Ümumi tələblər.” 12.0.004-90. DÜST-nin 1.1, 1.3, 7.1, 7.2, 7.3 bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin texniki səbəbidir. - Təqdim edilmiş materiallarda göstərilmiş hadisənin baş vermə şəraitini nəzərə aldıqda, Azərbaycan Kağız və X11” MMC-nin Xırdalan şəhərində yerləşən kağız və karton fabrikinin ofset sexində demontaj olunan A4 istehsalat (texnoloji) xəttinin sökülmüş ağır çəkili tərkib hissəsinin (dəzgahın) avtoyükləyici vasitəsilə daşınarkən həmin yükün etibarlı dayanaqlığı təmin edilmədən, avtoyükləyici ilə dartmaqla sexdən çölə çıxartdığına, həmin yükün altında və yaxınlığında adamların olmasına icazə verildiyinə görə, “Yükləməboşaltma işləri. Ümumi təhlükəsizlik tələbləri.” 12.3.009-79 DÜST-nin 2.5 bəndinin, “Müəssisələrdə yüklərin daşınma prosesləri. Ümumi təhlükəsizlik tələbləri.” 12.3.020-80. DÜST-nin 3.4.5, 3.4.24, 3.4.25, 3.4.26 bəndlərinin tələbləri “X31 Sahand” şirkətinin operatoru X19 tərəfindən pozulmuşdur. - Azərbaycan Kağız və X11” MMC-nin Xırdalan şəhərində yerləşən kağız və karton fabrikinin ofset sexində demontaj olunan A4 istehsalat (texnoloji) xəttinin sökülmüş ağır çəkili tərkib hissəsinin (dəzgahın) avtoyükləyici vasitəsilə daşınarkən həmin yükün altında və yaxınlığında adamların olmasına icazə verildiyinə görə, “Yükləmə-boşaltma işləri. Ümumi təhlükəsizlik tələbləri.” 12.3.009-79 DÜST-nin 2.5 bəndinin, “Müəssisələrdə yüklərin daşınma prosesləri. Ümumi təhlükəsizlik tələbləri.” 12.3.020-80. DÜST-nin 3.4.5 bəndinin tələbləri "xxxx" MMC-nin çəngəlağız yükləyici operatoru (avtoyükləyicinin sürücüsü) Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. 23 iyun 2022-ci il tarixdə ekspertin iştirakı ilə hadisə yerinə əlavə baxış keçirilərkən aşağıdakılar müəyyən olunmuşdur: Hadisə yeri Abşeron rayonu, Xırdalan şəhəri Bakı-Şamaxı yolu keçid 1232, 28-32 ünvanında yerləşən "xxxx" MMC-nin Xırdalan Karton fabrikinin ofset sexidir. Hadisə 22 iyun 2022-ci il tarixdə saat 14:12-də həmin sexin 3 nömrəli qapısının yanında baş vermiş və hadisə yeri olduğu vəziyyətdə qalmışdır. Həmin sexin “qapı 3” kimi qeydə alınmış yük boşaldılma sexinin sağ hissəsində avadanlıqlar vardır. Baxışda iştirak edən F.Nəsirovun deməsinə görə, həmin avadanlıqlar İran İslam Respublikasının vətəndaşlarına satılmış “E.C.H WİLL” GMBH şirkətinin istehsalı olan a4 formatlı kağız istehsal edən cihazının sökülmüş hissələridir, həmin cihazın bir hissəsi ofset sexindən çıxarılarkən “qapı 3” sahəsində həmin hissənin dirəkləri qırılmış və nəticədə İran İslam Respublikasının vətəndaşı X19 üzərinə düşmüşdür. Ofset sexinin “A4” istehsalat sahəsində texnoloji xəttin sökülmüş tərkib hissələri vardır, həmin hissələrin bir hissəsi şəffaf sellofana bükülmüş və nəql edilməyə hazır vəziyyətdədir. Sahənin bir hissəsində avadanlığın quraşdırılması zamanı qoyulmuş beton təməlin qırıntıları vardır. Ofset sexi ilə anbarın yükləmə-boşaltma platforması arasında arakəsmə divarında olan qapı boşluğunda yuxarıda qeyd olunan texnoloji xəttin kağız rulonlarının açılması, sərilməsi və dartılması üçün nəzərdə tutulmuş tərkib hissəsi (dəzgah) vardır. Həmin hissənin yerləşdiyi qapı boşluğunun eni 4,1 metr, hündürlüyü 3,41 metr təşkil edir, qapı rulon tipli dəmir jalüzlə açılıb-bağlanır. Həmin dəzgahın əksər hissəsi platformada olmaqla az hissəsi ofset sexində yerləşir, ofset sexindən baxdıqda qapının sağ hissəsindən 5 sm arasındadır, dəzgah qapıya münasibətdə sağdan sola təxminən 15- 20 dərəcədə yerləşmişdir. Dəzgahın raması dördbucaq formasında olmaqla eni 20 sm olan şveller formalı metal konstruksiyadan hazırlanmış və aşağıdakı ölçülərdədir: eni 2,2 metr, uzunluğu 5,1 metrdir. Ramanın iç tərəfində anbar olan hissədə 5 ədəd, sex tərəfdən isə 5 ədəd vallar vardır, valların diametri 14 sm, uzunluqları 147 sm, anbar tərəfdə dəzgahın üstündə olan valın birincili diametri 6 sm-dir. Ramanın bir yan tərəfinə lövhədə “E.C.H WİLL Korber” yazısı əks etdirilmişdir. Bununla yanaşı ramanın üzərinə əlyazma üsulu ilə T6, T7, T8 işarələri qeyd edilmişdir. Cihaz ümumi yaşıl rəngdədir, anbar hissədə olan sahədə dəzgahın hündürlüyü 2,48 metr olan iki ədəd dayaq, dayaqlar arasında metal konstruksiyaya bərkidilmiş 3 faza elektrik mühərriki və kağız rulonların quraşdırılması üçün qurğu vardır, dəzgahın əks tərəfində olan digər iki ədəd ramanın dayaqları ayrılmış və hər ikisi yerə düşmüş vəziyyətdədir. Həmin dayaqlar şveller formasında olmaqla uzunluğu 2 metrdir, dayaqların ramaya birləşdirmək üçün eni 5 sm olan 3 ədəd metal künclük vardır, künclərin ikisi 1,9 metr, biri isə 2,14 metr təşkil edir, onlar ramaya və bir-birinə bolt birləşmələri ilə bərkidilmişdir. Künclüklərin uclarında əyilmiş və deformasiya izləri müşahidə olunur, dəzgahın əksər hissələrinin birləşmələri bolt vasitəsilə aparılmışdır. Dəzgahdan aralanmış iki ədəd dirəkləri də ramaya bolt vasitəsilə bağlı olmuş, baxış zamanı da həmin boltların qırılmış hissələri sexin döşəməsində və konstruksiyada olan dəliklərdə aşkar edildi. Həmin boltların parçaları qablaşdırılaraq götürüldü. Baxışda iştirak edən Şirin Salmanov bildirdi ki, həmin dəzgahın ofset sexində olan hissədə konstruksiyanın sınmış dirsəkləri altına daşıma təkərləri qoyulmuşdur, həmin təkərli platformalar qapının sol tərəfindədir, iki ədəddir, həmin təkərli platformaların hər birinin uzunluğu 49 sm, eni 27 sm, hündürlüyü 17 sm-dir, cihazın altında olan iki ədəd transpalet (yükqaldırma qurğusu) hadisədən sonra xəsarət alan şəxsi qurğunun altından çıxarmaq üçün istifadə edilmiş, yəni dəzgahın daşınması zamanı və qırılan vaxt cihazın altında olmamışdır. Müşahidə kameralarının görüntülərinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, orada görünən şəxslərin üzlərinin görünməsi mümkün olmasa da, cinayət işi materiallarına əsasən həmin sexdə avtokar sürücüsü Təqsirləndirilən şəxs, İran İslam Respublikasının vətəndaşları Şahid2, Sohrab Jafarian və X9 A4 və A3 istehsal xəttinin sökülərək sexdən çıxarılması işi ilə məşğul olduqlarından görüntülərdə olan şəxslərdən sürücü Təqsirləndirilən şəxsla mərhum Söhrab Jafarianın hərəkətlərinin konkret olaraq müşahidə edilməsi mümkündür. - 10 saylı kameranın görüntülərinə əsasən, qapı tərəfdə sürücü Təqsirləndirilən şəxs avtokarı irəli sürüb çəngəlləri insan boyundan bir qədər hündürə qaldırılmış, bir tərəfinə iki dirək və təkər formasında dəstək qoyulmuş qurğuya yaxınlaşdırmış, bundan sonra iki nəfər şəxs (tünd rəngli geyimdə) qurğunun avtokara bərkidilməsi işləri apardıqdan sonra avtokar arxaya, yəni qapıya doğru hərəkətə başlamış, bu zaman həmin iki nəfər qurğunun altında olmaqla biri təkərli dirəkdən tutmuş, digəri isə avtokar tərəfdə qurğunun yanında durmuşdur. Bundan sonra avtokar dayanmış və həmin iki nəfər yenidən bərkitmə işlərinə davam etmiş, bunun üçün sexdən müxtəlif əşyalar götürmüşlər. Görüntünün 7-si dəqiqəsində onlara daha bir nəfər yaxınlaşmış və onlara qoşulmuşdur. Həmin şəxsin kimliyini müəyyən etmək üçün görüntü üzrə onun hərəkət trayektoriyası müşahidə edilərkən məhz onun hadisə zamanı xəsarət aldığı göründüyündən sonradan yaxınlaşan şəxsin Sohrab Jafarian, əvvəl orada olmuş şəxslərin isə Şahid2 və X1 müəyyən edildi. Sohrab Jafarian yaxınlaşandan sonra hər hansı əməli kömək, yəni digər iki şəxsin bərkitmə işlərinə kömək etmədən qurğunun yanında və altında durmuş, sonradan avtokar geriyə qapıya doğru hərəkət etmişdir. Bu vaxt Sohrab Jafarian hərəkət edən qurğunun sağ tərəfində durmuş, Şahid2 və X9 isə qurğunun arxasında altında olmuş, yəni qurğunun üst çıxıntısı onların üzərində olmuşdur. X22 da onların yanına yaxınlaşıb sağ tərəfdən qurğunun dayağından tutub digərləri ilə birlikdə qurğunu qapıya doğru itələməyə başlamışdır. Qurğunun yarısı qapıdan çıxandan sonra dirəklərin əyilmiş və qurğuya aşağıya düşmüş, bu zaman Sohrab Jafarian qurğunun altında qalmış, digərləri isə tez geri çəkilmişlər. Bundan sonra hadisə yerinə digər şəxslər gəlmiş, qurğunun qaldırılması üçün əlavə avadanlıq və texnika gətirilmişdir. - Digər görüntüdə 13 saylı kamera sağ tərəfdə 3 saylı qapının giriş-çıxışının, qabaq tərəfdə isə ümumi sexin ərazisinin müşahidəsini aparır. Görüntüdə ön tərəfdə olan yerdə işlərin getdiyi, 3 saylı qapıda isə hərəkətsizlik müşahidə edilmiş, yalnız 3-cü dəqiqədə qapıdan avtokarın bir hissəsi görünmüş, sonrada o hərəkətini dayandırmışdır. 6-cı dəqiqədən sonra avtokar yavaş-yavaş çıxışa doğru hərəkət edib yenə də dayanmış, bir neçə saniyə sonra hərəkətə davam etmişdir. Avtokarın sürücüsü Təqsirləndirilən şəxs avtokarı arxa-arxaya idarə etmiş, bir neçə saniyə sonra avtokarın kabinası müşahidə dairəsindən çıxmış, avtokarın çəngəlləri və ona bağlanmış çıxarılmalı olan qurğu görünmüşdür. Avtokar anidən bir qədər geri hərəkət sürətini əvvəlkinə nisbətən azacıq artıraraq qurğunu dartanda anidən qurğu aşağı çökmüş, bundan sonra avtokar hərəkəti dayandırmış və sürücü Təqsirləndirilən şəxs qaçaraq qurğunun altından keçərək içəri keçmiş, sonradan həmin yerə digər şəxslər də qaçaraq gəlmişlər. Müqavilənin sürətindən görünür ki, 18 fevral 2022-ci il tarixdə "xxxx" MMC (İcraçı) ilə "xxxx" MMC (Sifarişçi) arasında bir il müddətinə alqı-satqı və xidmət müqaviləsi bağlanılmış, müqaviləyə əsasən İcraçı müqavilənin ayrılmaz hissəsini təşkil edən “X3”-nda müəyyən olunmuş təsvirə, qiymətə və şərtlərə uyğun olaraq müvafiq anbar avadanlıqlarının və onların ehtiyat hissələrinin təmin olunmasını (bundan sonra Mal), çəngəlli yükləyicilərin təmir olunması xidməti və anbar işlərinin görülməsi üçün çəngəlli yükləyicilərlə birlikdə xidmət göstərilməsi “Xidmət” adlandırılacaq), Sifarişçi isə razılaşdırılmış qaydada və müddətdə Malı və Xidməti qəbul edib onun haqqını İcraçıya ödəməsi, müqavilədən irəli gələn öhdəliklərin pozulması və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən hüquqi və maddi məsuliyyət daşımaları barədə öhdəlik götürmüşlər. Nizamnamələrdən görünür ki, 19 aprel 2022-ci il tarixdə İran İslam Respublikasının qanunvericiliyi ilə öz nizamnaməsi əsasında fəaliyyət göstərən “Golestan Shahr” (Alıcı) şirkəti ilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə öz nizamnaməsi əsasında fəaliyyət göstərən “Azərbaycan Kağız və X18” MMC (Satıcı) və Türkiyə Respublikasının qanunvericiliyi ilə öz nizamnaməsi əsasında fəaliyyət göstərən “X29 Elektronik və Dış Ticaret Limited” şirkəti (Tərəf) AGB-190422 nömrəli alqı-satqı müqaviləsini bağlamış və həmin müqavilənin şərtlərinə görə Satıcı adı, növü, ölçüsü, miqdarı, qiyməti Tərəflər arasında imzalanan Əlavə Razılaşmada göstərilən avadanlığı ehtiyat hissələri ilə (Mallar) birlikdə mülkiyyət hüququ ilə Alıcıya Abşeron rayonu, Xırdalan şəhəri Şamaxı şosesində yerləşən karton fabrikində təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə görə, malın təhvil verilməsi görülməli olan montaj və demontaj işləri (malın sökülməsi, quraşdırılması, daşınması və s digər işlər) həmin ərazidə Alıcının səlahiyyətləri nümayəndələri və ya onun tapşırığı əsasında təyin olunan şəxslər X27, Şahid4, Amirhossein Refahitalab, Sohrab Jafarian, Ali Khanzadeh tərəfindən həyata keçirilməli, bu mərhələdə Alıcının tələbi əsasında Satıcı tərəfindən ehtiyac olacaq köməklik göstərilməlidir. İcarə müqaviləsindən görünür ki, 01 iyun 2022-ci il tarixdə "xxxx" MMC-nin direktoru Şahid8 tərəfindən X17 2007-ci il buraxılışlı “Tailift FD 50” markalı **-BA-*** qeydiyyat nömrəli çəngəlağız yükləyicini icarə müqaviləsi əsasında icarəyə götürmüşdür. İşə icazə alma barədə 22 iyun 2022-ci il tarixli tələblərdən görünür ki, Ali Khanzadehin A4-A3 maşın dəzgahının demontajı və daşınması işinin tələbinə əsasən avtokar sürücüsü Təqsirləndirilən şəxs, Ali Khanzadehin özü, istehsalat rəhbəri Şahid4, elektrik Amirhossein Refahiatalab, X28 və operator Sohrab Jafarian işə buraxılmış, təmir işlərindən qabaq hazırlıq işlərinin və təmir işləri ilə bağlı təhlükəsizlik texnikası tələblərinin görülməsində məsul şəxs Sohrab Jafarian müəyyən edilmiş və bundan sonra təmir işlərinin aparılmasına icazə verilmişdir. Əmək müqaviləsindən görünür ki, "xxxx" MMC ilə Təqsirləndirilən şəxs arasında 09 mart 2022-ci il tarixdə əmək müqaviləsi bağlanılaraq sonuncu 3 ay müddətinə (09 iyun 2022-ci il tarixədək) ehtiyat hissələri üzrə satış mütəxəssisi vəzifəsinə işə qəbul edilmiş, işçinin əsas funksiyasına ehtiyat hissələrinin sifarişi, alınması və satışının təşkil etmək, anbar haqqında məlumatlı olmaq, ehtiyat hissələrinin anbara daxil edilməsi və çıxarılmasına nəzarət etmək, verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək, müştərilərə məhsulun keyfiyyət və digər fərqləndirici xüsusiyyətlər barədə məlumat vermək, rəhbərliyə görülmüş işlər barədə gündəlik hesabatlar vermək, şirkətin təqdim etdiyi bütün malların xüsusiyyətləri və qiymətləri haqqında tam informasiyaya sahib olmaq aiddir və bununla yanaşı işçi (Təqsirləndirilən şəxs) əmək intizamına, əməyin təhlükəsizliyi normalarına, əmək qanunvericiliyinin tələblərinə əməl etməli, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımalı və müqavilədə göstərilmiş digər vəzifələri yerinə yetirməlidir. Eyni zamanda müqaviləyə əsasən işçi əməyin mühafizəsi normaları ilə 6 ayda bir dəfədən az olmayaraq təlimatlandırılır. 13 aprel 2022-ci il tarixdə "xxxx" MMC ilə Təqsirləndirilən şəxs arasında başlanılmış 09 mart 2022-ci il tarixli əmək müqaviləsinə 13 aprel 2022-ci il tarixdən işçinin vəzifəsinin “çəngəlağız yükləyici operatoru” olması, əmək funksiyalarına “yükqaldırma və yükboşaltma əməliyyatlarında, sahədə və ya digər xüsusi ayrılmış yerlərdə işləmək, avadanlığı sahədə iş üçün təyin olunmuş yükqaldırma normalarına, işin təhlükəsizlik sisteminə və sürət məhdudiyyətlərinə və iş təhlükəsizlik normalarına uyğun olaraq idarə etmək, servis üzrə menecerin tapşırıqlarını yerinə yetirmək və verilmiş bütün tapşırıqların öhdəsindən vaxtında gəlmək, habelə müəyyən olunmuş təhlükəsizlik qaydalarına riayət etmək, istifadədən öncə texnikaya virtual texniki baxış keçirmək, qaldırıcı və əyilmə mexanizmlərinin işini yoxlamaq, yalnız texniki təhlükəsizlik qaydalarına uyğun olan texnikanı işlətmək, bütün nasazlıqlar haqqında rəhbərliyə məlumat vermək, texnikanı təmiz və işlək vəziyyətdə saxlamaq” aid olması barədə dəyişikliklər edilmiş, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi barədə işçiyə əvvəlcədən (12 mart 2022-ci il tarixdə) xəbərdarlıq olunmuşdur. İlk peşə-ixtisas təhsili haqqında AS-004851 №-li sertifikatın surətindən görünür ki, Təqsirləndirilən şəxs 11 fevral 2019-cu il tarixdən 21 fevral 2019-cu il tarixədək “Profi Resurs X35”-də avtoyükləyici operatoru ixtisası üzrə tam kursu bitirmiş və ona dördüncü dərəcəli avtoyükləyici operatoru ixtisası üzrə ilk peşə dərəcəsi verilmişdir. “Unilift MHE Center“ MMC-nin direktoru tərəfindən tərtib edilmiş “Avtoyükləyici operatorları üçün əməyin mühafizəsi üzrə təlimat”-la 13 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs tanış olmuş və müvafiq qaydada imza etmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş “Avtokar sürücüsünün vəzifə təlimatı”-na əsasən, sürücünün vəzifələrinə əməyin mühafizəsi üzrə müvafiq normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, gigiyena və yanğına qarşı mühafizə tələblərinin öyrənilməsi, mənimsənilməsi və onlara əməl edilməsi; əməyin mühafizəsi qaydalarının bütün pozuntuları, həmçinin baş vermiş qəzalar və bədbəxt hadisələr haqqında işəgötürənin nümayəndələrinə dərhal məlumat vermək; müntəzəm olaraq əməyin mühafizəsi normaları və qaydaları barədə biliklərini artırmaq; əməyin mühafizəsi məsələləri ilə əlaqədar işəgötürənin, iş yeri üzrə rəhbərinin, mütəxəssislərin tapşırıqlarına, məsləhətlərinə, tövsiyələrinə əməl etmək aiddir və o, Azərbaycan Respublikasının Qanunlarına və Cəmiyyətin qüvvədə olan Təlimat, Əsasnamə və digər qaydalarında göstərilənlərə zamanında və doğru əməl etməməyə görə, bu vəzifə təlimatında nəzərdə tutulan vəzifə öhdəliklərini vaxtında və keyfiyyətlə yerinə yetirməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. "xxxx" MMC-nin “İşçilərin iş yerində təlimatlandırılmalarının qeydiyyatı jurnalı”nın surətindən görünür ki, Təqsirləndirilən şəxs 09 mart, 13 aprel 2022-ci il tarixlərində ilkin, 11 iyul 202-ci il tarixdə təkrar təlimatlandırılmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs 10.012019-cu il təvəllüdlü Aylin Cabbarova adlı bir azyaşlı övladı vardır. Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi X12 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, onlar Təqsirləndirilən şəxs ilə barışmış, onların sonuncuya qarşı şikayət və tələbləri yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsinhüquqi varisinin, şahid ifadələri, ekspert rəyləri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilənin törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinəəsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali MəhkəməsiPlenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. «İnsan Hüquqlarının və X15 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Məhkəmə təqsirləndirilən şəxsin hadisənin bilmədən baş verməsi kimi gətirdiyi dəlillərlə bağlı qeyd edir ki, təhlükəsizlik texnikası və əməyin mühafizəsinin başqa qaydalarının pozulub-pozulmamasını müəyyən etmək üçün iş üzrə müvafiq ekspertiza təyin edilərək rəy alınmış və həmin rəylə demontaj olunan A4 istehsalat (texnoloji) xəttinin sökülmüş ağır çəkili tərkib hissəsinin (dəzgahın) avtoyükləyici vasitəsilə daşınarkən həmin yükün etibarlı dayanaqlığı təmin edilmədən avtoyükləyici ilə dartmaqla sexdən çölə çıxartdığına, həmin yükün altında və yaxınlığında adamların olmasına icazə verildiyinə görə X19 tərəfindən; həmin avtoyükləyicinin sürücüsü ilə əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlim, təlimatlandırmalar və biliklərin yoxlanılması təşkil edilmədiyinə görə "xxxx" MMC-nin direktoru Şahid8 tərəfindən və demontaj olunan A4 istehsalat (texnoloji) xəttinin sökülmüş ağır çəkili tərkib hissəsinin (dəzgahın) avtoyükləyici vasitəsilə daşınarkən həmin yükün altında və yaxınlığında adamların olmasına icazə verildiyinə görə "xxxx" MMC-nin çəngəlağız yükləyici operatoru (avtoyükləyicinin sürücüsü) Təqsirləndirilən şəxs tərəfindən təhlükəsizlik texnikası normalarının pozulduğu müəyyən edilmişdir. Rəydən göründüyü kimi, "xxxx" MMC-nin çəngəlağız yükləyici operatoru (avtoyükləyicinin sürücüsü) Təqsirləndirilən şəxs tərəfindən həmin yükün altında və yaxınlığında adamların olmasına icazə verildiyinə görə təhlükəsizlik texnikası normalarının pozulduğu müəyyən edilmiş, o, öz ifadəsində bunu həmin şəxslərin göstərişləri ilə qurğunu qaldırdıqdan sonra sexdən çıxarmaq üçün avtokarla dartması, həmin iki şəxsin qurğunun təkərlər quraşdırılan hissəsindən prosesi idarə etmələri, qurğunun əksər hissəsini ofset sexindən orada olan anbar tərəfə çıxarandan sonra ani olaraq qurğunun digər sonunun, yəni həmin iki şəxs olan tərəfin sağdan sola qırılaraq aşması, bu vaxt həmin şəxslərdən birinin qurğunun altında qalması, digərinin isə ayağından xəsarət alması ilə izah etmişdir. Lakin “çəngəlağız yükləyici operatoru”-nun vəzifə təlimatında “yükqaldırma və yükboşaltma əməliyyatlarında, sahədə və ya digər xüsusi ayrılmış yerlərdə işləmək, avadanlığı sahədə iş üçün təyin olunmuş yükqaldırma normalarına, işin təhlükəsizlik sisteminə və sürət məhdudiyyətlərinə və iş təhlükəsizlik normalarına uyğun olaraq idarə etmək, servis üzrə menecerin tapşırıqlarını yerinə yetirmək və verilmiş bütün tapşırıqların öhdəsindən vaxtında gəlmək, habelə müəyyən olunmuş təhlükəsizlik qaydalarına riayət etmək, istifadədən öncə texnikaya virtual texniki baxış keçirmək, qaldırıcı və əyilmə mexanizmlərinin işini yoxlamaq, yalnız texniki təhlükəsizlik qaydalarına uyğun olan texnikanı işlətmək, bütün nasazlıqlar haqqında rəhbərliyə məlumat vermək, texnikanı təmiz və işlək vəziyyətdə saxlamaq” aid olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.1-ci maddəsinə əsasən hadisənin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayətin törədilməsini, CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı övladının olmasını, CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, ehtiyatsızlıqdan törədilmiş cinayətin ehtiyatsızlıqdan az ağır cinayət olmasını, cəzasını yüngülləşdirən halları, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə islah işləri növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, onun ailəsi ilə birlikdə daimi yaşayış yerinin olmasını, hökmün icrasına maneə törətmək ehtimalının olmamasını nəzərə alaraq, hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə 150 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla, 02 il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətmkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-104/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-104/2023
18.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver