Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-104/2024 10.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olan, işləməyən, Sumqayıt şəhəri, Nizami küçəsi 111-də qeydiyyatda olan və Abşeron rayonu, Saray qəsəbəsi, B.Vahabzadə küçəsində yaşamış, Abşeron rayon məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilir ona görə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə günorta saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan öz şəxsi istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda 40 manat müqabilində bir ədəd şəffaf selofana bükülmüş 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxil olan 1,051 qram çəkidə ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib Abşeron rayonu, Saray qəsəbəsinə daşıyaraq üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrində Abşeron RPİ-nin Saray polis bölməsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Saray qəsəbəsi, B.Vahabzadə küçəsində saxlanılaraq, Abşeron RPİ-nin Saray polis bölməsinin inzibati binasına gətirilmiş və xidməti iş otağında üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf selofana bükülümüş təmiz çəkisi 1,051 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində özünü təqsirli bilmədi, qeyd edilən narkotok vasitənin ona aidiyyatının olmadığını, üzərində az miqdarda psixotrop maddə metamfetamin olmasını bildirdi. İşdən görünür ki,Təqsirləndirilən şəxs əvvəcə özünü təqsirli bilməsə də, sonradan ona Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 7-8 ildir ki, narkotik vasitə və psixotrop maddələrin qəbulu ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə günorta saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 40 manata özü istifadə etməsi üçün 1 büküm "şüşə” psixotrop maddə alıb bir hissəsini həmin gün istifadə etmiş, qalan hissəsini isə üzərində saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 22 radələrində yaşadığı Saray qəsəbəsində "Nazim" marketin yanından keçən zaman həmin psixotrop maddə üzərində olmuşdur. Bu vaxt polis əməkdaşları ona yaxınlaşmışlar və ondan adını və soyadını soruşmuşlar. O, polis əməkdaşlarına adını və soyadımı bildirdikdən sonra, onun üzərində psixotrop maddə olduğundan şübhələndiklərini demişlər və onu axtomobillə Saray polis bölməsinə gətirmişlər. Abşeron RPİ-nin Saray polis bölməsində olduğum zaman video çəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi ona izah olunmuşdur. Bundan sonra video çəkilişlə üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı o, əynində olan qara rəngli şalvarın sağ yan cibində olan 1 ədəd şəffaf selofan bükümün içərisindəki psixotrop maddə metamfetamini çıxarıb təqdim etmişdir. Sonra aşkar edilmiş psixotrop maddə polis əməkdaşları tərəfindən qablaşdırılmış və üzəri möhürlənmişdir. Polis əməkdaşları tərəfindən ona izah edilmişdir ki, üzərindən aşkar edilmiş maddə çəkisinin və tərkibinin müəyyən edilməsi məqsədilə ekspertizaya göndəriləcəkdir. Sorğu zamanı polis əməkdaşlarına bildirmişdir ki, aşkar edilmiş psixotrop maddəni xx.xx.2023-cü il tarixdə günorta saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən almış və öz istifadəsi üçün üzərində saxlamışdır. Sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, B.Vahabzadə küçəsində yaşayan Təqsirləndirilən şəxs psixotrop maddə qəbulu ilə məşğul olması, hazırda Saray qəsəbəsində “Nazim” marketin yaxınlığında olmasıvə üzərində psixotrop maddə olması barədə məlumat alıb Saray polis bölməsinin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə aparıldıqdan sonra Abşeron RPİ-nin Saray polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 və bölmənin polis sahə nəfəri Şahid3 ilə birlikdə Saray qəsəbəsi, “Nazim” marketin yanma getmişlər. Həmin vaxtı küçədə piyada hərəkət edən Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını və üzərində psixotrop maddə olması barədə məlumatlarının olduğunu bildirib, polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə polis bölməsinə gəlmişdir. Polis bölməsində xidməti otaqlardan birində Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda ona üzərində qanunsuz saxlanılan narkotik vasitə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində özü istifadə etməsi üçün psixotrop maddə metamfetamin olduğunu və əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf selofana bükülmüş kütləni təqdim etmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışlar. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç nə aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirmişlər. Baxış zamanı 01 şəffaf selofana bükülüdə kristal formalı psixotrop maddə metamfetaminə bəznər kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki kütlənin psixotrop maddə metamfetamin olduğunu və həmin psixotrop maddəni xx.xx.2023-cü il tarixdə günorta saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən 20 manata özü istifadə etmək üçün alıb özündə saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üstündən götürülümüş büküm kağız zərfə qoyularaq qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunmuşdur. O, da protokolda yazılanların doğru olduğunu imzasıyla təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Saray polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 və ibtidai istintaqda şahid qismində dindirilən bölmənin sahə polis nəfəri Şahid3 iş üzrə Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. Abşeron RPİ-nin Təhqiqat Şöbəsi tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan bir ədəd ağ rəngli üzərində heç bir yazı olmayan DVD farmatlı diskə məhkəmə iclasında baxış keçirən zaman müəyyən edilmişdir ki, əynindəki qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf selofana bükülmüş bükümü çıxararaq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin əynində qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf selofana bükülmüş kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımdığı şəxsdən öz istifadəsi üçün 40 manata almış və özü ilə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində daşımışdır. İstintaq zamanı məhkəmə-kimyəvi ekspertizası təyin edilib rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprtizası Mərkəzinin 28 mart 2023-cü il tarixli 6/1752 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "... Təqsirləndirilən şəxs üzərindən sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,051 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Republikasmm ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrimin siyahısına (Siyahı 1) daxildir. İstintaq zamanı məhkəmə-narkoloji ekspertizası təyin edilib rəy alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 10 iyun 2023-cü il tarixli 3643 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (NARKOMANİYA xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Komisyon ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 1616 saylı rəyi ilə müəyəyn edilmişdir ki, Təqsirləndirilən şəxs Üzvi emosional-labil pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən edilən Üzvi emosional-labil pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, qərarda göstərilən əməli törətdiyi zaman öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmasın, yəni Təqsirləndirilən şəxs qərarda göstərilən əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuş, buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır, prosessual fəaliyyət qabiliyyətlidir. Təqsirləndirilən şəxs ifadəsində üzərində aşkar edilmiş psixotrop maddə metamfetaminin özünə məxsus olmadığını bildirsə də, ona ibtidai istintaqın qurtarılmasının elan edilməsi və cinayət işinin istintaq materialları ilə tanış olma protokolları təqdim olunarkən o, üzərində aşkar edilmiş psixotrop maddənin az mqidarda olduğunu və buna görə verilmiş ittihamla razı olmadığını bildirmişdir. Həmçinin, istintaq zamanı toplanmış sübutlarla, yəni xx.xx.2023-cü tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə aparılması haqqında protokolla, şübhəli və təqsirləndirilən şəxs kimi verdiyi etirafedici ifadələrlə, məhkəmə fıziki-kimyəvi və məhkəmə narkoloji ekspertizası rəyləri, şahid ifadələri və digər sübutlarla Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi tam sübuta yetmişdir.Ona görə də, Təqsirləndirilən şəxs üzərində az miqdarda psixotrop maddə metamfetamin olmasını bildirməsi özünü müdafiəsi üçün gətirdiyi dəlil kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs həmin cinayəti törətməmişdən əvvəl Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş və Sumqayıt şəhər Məhkəməsinin 19 may 2023-cü il tarixli hökmü ilə azadlıqdan məhrum edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə almalıdır. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan Təqsirləndirilən şəxs məhkumluğuna dair Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021- ci il tarixdə Sumqayıt şəhər məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il 11 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 5-ci bəndinə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il azaldılıb. xx.xx.2022-ci il tarixdə cəza müddəti bitmişdir. xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1, 69.3-cü maddəsi ilə 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin istintaq şöbəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş və cinayət işi xx.xx.2022-ci il tarixdə cinayət işi məhkəməyə göndərilmişdir. xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 11 ay 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə təyin edilən cəzanın əvvəli 19 may 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təyin olunacaq cəzaya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 maddəsinə əsasən Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən təyin edilən 11 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzası qəti cəza müddətinə hesablanmaqla ona cəza təyin olunmalıdır. Həmçinin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 27 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli qərarı ilə onun barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 27 mart 2023-cü il tarixdən hesablanmışdır. Odur ki, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli həbs olunduğu xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi nəzərə alınmalıdır. İstintaq zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman götürülmüş və ekspertizadan sonra 1,001 qram qalmış psixotrop maddə metamfetamin maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Abşeron rayon Pİ-nin saxlanc anbarına təhvil verilmişdir. Abşeron RPİ-nin Təhqiqat Şöbəsi tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan ağ rəngli üzərində üzərində heç bir yazı olmayan bir ədəd DVD farmatlı disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilməlidir. Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş cəzaçəkdiyi müddət ərzində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlərin təyin olunması nəzərə alınmalıdır. Məhkəmə həmçinin, hesab edir ki, iş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan tədqiqatdan sonra qalıq qalmış 1,001 qram olan metamfetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 01 ədəd “DVD” formatlı disk isə cinayət işində saxlanmalıdır. Bundan əlavə, məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 81 (səksən bir) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs tutulmalıdır. Hökmün icrası Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən təyin edilən 11 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti qismən hesablanmaqla onun üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli həbs olunduğu xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş cəzaçəkdiyi müddət ərzində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlərin təyin olunması nəzərə alınsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİnin saxlanc anbarında saxlanılan tədqiqatdan sonra qalıq qalmış 1,001 qram olan metamfetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 01 ədəd “DVD” formatlı disk isə cinayət işində saxlanılsın. Məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 81 (səksən bir) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs tutulsun. Hökmün icrası Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardıma görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-104/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-104/2024
10.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver