Məhkəmə qərarları › İş №1(012)-1043/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-1043/2025

24.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-1043/2025 24.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi Mövlud oğlunun iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksi blok C, mənzil 57-də yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını hüquqazidd və əvəzsiz ələ keçirmək məqsədi ilə Qaradağ rayonu, Sənqaçal qəsəbəsində və Abşeron rayonu Masazır qəsəbəsində tikilən hündürmərtəbəli binaların fasadının suvağını və rəngləmə işlərini götürə biləcəyi barədə tanışı Zərərçəkmiş şəxs2 yalan vəd vermiş və işin görülməsi üçün iki ədəd fasad səbətinin alınmasının vacib olması ilə bağlı məlumat verdikdən sonra tanışı X4 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək sonuncuya məxsus hər birinin real bazar dəyəri 2000 manat olan ümumi 4000 manat dəyərində iki ədəd “ZLP 630” markalı fasad səbətinin dəyərindən daha artıq gəlir əldə etmək məqsədi ilə xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs2 aldadıb Abşeron rayonu, Xırdalan şəhəri, M.Rəsulzadə küçəsində yerləşən ofisdə Rövşən Bənnayevin tapşırığı ilə tanışı Şahid1 iştirakı ilə hər birini 6500 manat olmaqla ümumilikdə 13000 manata sataraq, əldə etdikləri gəliri Rövşən Bənnayevlə aralarında bölüb, zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 9.000 manat məbləğində ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını tamah niyyəti ilə hüquqa zidd və əvəzsiz ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 Bayram oğlunun etibarından sui-istifadə edərək sonuncunun mülkiyyətində olan “ZLP 630” markalı fasad səbətini Bakı şəhəri, Qaradağ rayonunda hürdürmərtəbəli binada quraşdırıb fasad işləri görəcəyi və aylıq 400 manat icarə haqqı ödəcəyini yalandan deyərək aldadadıb, bu niyyətlə xx.xx.2024-cü il tarixdə qeyd olunan ünvanda fasad səbətini quraşdırıb işləri gördükdən sonra icarə haqqını ödəmədən səbəti quraşdırıldığı yerdən söküb ələ keçirərək Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsindəki "xxxx" MTK-nın inşa etdirdiyi binanın yanına gətirib həmin fasad səbətinin nasaz olması barədə Tural Mağaramova yalan məlumat verərək tanışı Zərərçəkmiş şəxs2 olan 2000 manat borcunun qarşılığında sataraq, zərərçəkmiş Zərərçəkmiş şəxs1 Bayram oğluna 6500 manat məbləğində xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını hüquqa zidd və əvəzsiz ələ keçirmək məqsədi ilə Qaradağ rayonu, Sənqaçal qəsəbəsində və Abşeron rayonu Masazır qəsəbəsində tikilən hündürmərtəbəli binaların fasadının suvaq işlərini və rəngləmə işlərini götürə biləcəyi barədə Abşeron rayon Masazır qəsəbəsi, "xxxx" MTK-da tikinti işlərində tanışı Zərərçəkmiş şəxs2 yalan vəd verib inandırmış, bu niyyətlə 2024-cü ilin may ayının sonundan 2025-ci ilin yanvar ayınadək olan müddət ərzində Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 28.198 manat məbləğində pul vəsaitini alıb ələ keçirib, həmin işləri görən işçilərə hər hansı miqdarda ödəniş etmədən və işi görmədən, zərərçəkmiş Zərərçəkmiş şəxs2 həmin məbləğdə xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittihamda əvvəlcə özünü qismən təqsirli bilsə də sonradan özünü tam təqsirli bilərək, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, əməlindən peşiman olduğunu, zərərçəkənlərlə barışıq əldə etmələrini bildirərək, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, 2023-cü ilin iyulavqust aylarında Quba rayonunda apartman tipli binanın fasad işini gördüyü ərəfələrdə Zərərçəkmiş şəxs2lə tanış olmuş, Zərərçəkmiş şəxs2 və Səbuhi adlı şəxs Qubada binalar tikdiyini bilib həmin binaların fasad işlərini görməyi öhdəliyinə götürmüşdür. 2024-cü ilin aprel ayında Zərərçəkmiş şəxs2 əlaqə saxlayaraq Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən ofisinə dəvət etmiş və həmin ofisə yaxınlaşdığı zaman Adil tikinti işi üçün səbət almaq istədiyini bildirmiş, o da sonuncuya səbət alaraq tikinti işlərinə icarəyə verə biləcəyini bildirmiş, sonuncu isə 13000 manat ödǝyǝrǝk 2 ədəd səbət almışdır. Bundan sonra Zərərçəkmiş şəxs2lə fasad işi götürərək birlikdə işləmək barədə razılaşmış və razılaşmaya əsasən hər ikisi tanışlarından istifadə edərək yeni işlər tapacaq, ilkin olaraq lazım olan maliyyə Zərərçəkmiş şəxs2 tərəfindən ödəniləcək, tikinti işləri üçün lazım olan usta və fəhlələri isə o tapmalı, həmçinin iş görəcəyi insanlarla maddi məsələləri danışmaq və pulları almaq onun öhdəliyində olmuşdur. Bundan sonra ilk olaraq 2024-cü ilin aprel ayında Qaradağ rayonu, Səngəçal qəsəbəsində yaşayış binasının fasad işini görmək üçün tikintini həyata keçirən "xxxx" şirkəti ilə razılaşmiş və razılaşmaya əsasən qeyd edilən yaşayış binasının fasadının suvanması və boyanması üçün hər kv/metr üçün həmin şirkət tərəfindən 8 manat pul ödənilmiş, təqribən 1 ay ərzində 1200 kv/m işi gördükdən sonra Zərərçəkmiş şəxs2 tikinti sahəsinə gəlmiş, həmin yerdə olan digər şirkətin rəhbəri Ələddin adlı şəxslə söhbətdən sonra sonuncu tikintini dayandırmağını bildirmişdir. Onlar işi tamamlamadığına görə işi götürdüyü şirkət tərəfindən gördükləri işin pulu ödənilməmiş və həmin iş üçün olan xərclərin 1500 manatını Zərərçəkmiş şəxs2, təqribən 6000-7000 manatını isə o ödəmiş və bundan sonra 2024-cü ilin iyul ayında Masazır qəsəbəsində "Xəzri-A” MTK ilə razılaşmışlar. İlk əvvəl sonuncunun VÖEN-i ilə şirkət arasında müqavilə bağlanmış və şirkət tərəfindən köçürülmüş puldan 20% vergi borcları tutulduğu üçün adına VÖEN açmış və işləməyə başlamışlar. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs2 2000 manat borc alaraq həmin borcun əvəzində bir ədəd səbət vermiş və həmin səbət halhazırda Masazır qəsəbəsində "xxxx" MTK-da işləyir. Həmin ərəfələrdə yenə də "xxxx" MMC-dən onlara müraciət olunmuş və onlar birlikdə həmin şirkətə getmiş və sonuncuların təklif etdiyi görəcəkləri işlər barədə razılaşmışlar. Razılaşmaya əsasən 1 kv/metr üçün 20 manat olmaqla təqribən 16000 kv/metr fasad işi görülməli olmuş, həmin obyektdə binanın fasadı narahat olduğu üçün orada gətirdikləri ustalar bir müddət işlədikdən sonra işləmək istəməmişlər, bu səbəbdən də onlar həmin obyektdən çıxmışlar. Həmçinin qeyd etmişdir ki, onların paralel olaraq Masazır qəsəbəsində "xxxx" MTK-da işləri gemiş və hal-hazırda da həmin obyektdə işləri gedir, binada təxminən 8000-10000 manat pul alacaqları vardır, Zərərçəkmiş şəxs2 onlara verdiyi pulun təxminən 4.000 manatını şəxsi ehtiyaclarına xərcləmiş, gördüyü işlərin ölçüsünü tam olaraq Zərərçəkmiş şəxs2 təqdim etmiş və sonuncudan aldığı pulları ustalara verilmiş, Zərərçəkmiş şəxs2 özününki kimi təqdim etdiyi tikinti səbəti özünə məxsus olmamış, həmin səbət Tural adlı şəxsə məxsus olmuş, o, həmin səbətin özünə məxsus olmasını bildirərək Zərərçəkmiş şəxs2 olan 2000 manat borcunun əvəzində vermişdir. Hazırda Masazır və Lökbatan qəsəbəsində olan obyektlərdən alacaqları pullar vardır, həmçinin 41198 manat pulun daxilində sonuncunun 13000 manat ödəyərək aldığı iki ədəd səbət vardır və həmin səbətlər də obyektdədir. İbtidai istintaqda iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Bayram oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2018-ci ildən bir usta kimi tanıyır. Belə ki, özü hündürmərtəbəli binaların üz və fasad işlərini görmək üçün səbət alıb icarəyə verir və Samirlə həmin vaxtdan münasibəti yaranmışdır. 08 may 2024-cü il tarixdə sonuncu ilə Abşeron rayonu, Xırdalan şəhərində görüşdükdə demişdir ki, Qaradağ rayonunda hündür mərtəbəli binanın fasad işlərini götürüb, təmir üçün ona səbət lazımdır, səbət düzəldib versin, sonuncu da hər ay 400 manat pul verməli olmuşdur. O, razılaşmış və Samir dediyi kimi Qaradağ rayonuna gedib orada göstərilən binanın ətrafına səbət düzəltmiş, lakin üstündən 2 ay keçməsinə baxmayaraq Samir danışdığı kimi icarə pulu olan 400 manatı verməmiş və o bu barədə Samirdən hər dəfə soruşanda, bu gün-sabah deyə-deyə onu yola vermiş, səbətin aylıq icarə pulunu isə verməmişdir. Aradan 7 ay keçəndən sonra öyrənmişdir ki, Samir Qaradağ rayonunda quraşdırdığı səbəti onun məlumatı və icazəsi olmadan söküb Masazır qəsəbəsinə gətirib orada işlətmişdir. Samir bu müddət ərzində səbətə görə ona icarə haqqı ödəməmiş, belə ki, Samir özü Masazır qəsəbəsinə çağırıb demişdir ki, özünə məxsus səbəti Qaradağ rayonundan gətirib bura quraşdırmış və xahiş etmişdir ki, səbəti nasazdır, onu təmir etmək lazımdır. O da həmin yerə gedib səbəti təmir etmiş və həmin vaxtı Samirdən səbətə görə icarə pulunu istəyəndə, hər dəfə onu aldadaraq guya tikintidən pul almadığını demişdir. 02 fevral 2025ci il tarixdə Masazır qəsəbəsi Qurtuluş yaşayış kompleksində Samirlə görüşüb ondan son günə qədər yığılmış icarə pulunu istədikdə, sonuncu ona and-aman etmişdir ki, səhəri günü, yəni xx.xx.2025-ci il tarixdə səbətə görə yıxılan 10 aylıq, yəni 4000 manat pulu verəcək və səbəti də qaytarıb özünə verəcəkdir. Səhəri günü Samirin telefonuna zəng çatmamış və xx.xx.2025-ci il tarixdə zəng edərək özünün əlaqə saxlayacağını demiş, sonradan isə Samirin telefonu sönmüş və əlaqə saxlamaq mümkün olmamışdır. 10 fevral 2025-ci il tarixdə Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində yerləşən "xxxx" yaşayış kompleksinə quraşdırılmış səbəti götürmək üçün həmin yerə getmiş və orada məlum olmuşdur ki, Samir özünə məxsus Çin istehsalı “ZLP 630” markalı səbəti onun xəbəri olmadan tanımadığı, adını sonradan bildiyi Zərərçəkmiş şəxs2 satmışdır. Ona görə də Abşeron RPİ-yə gəlib Samirin aldatması və ona məxsus Çin istehsalı “ZLP 630” markalı səbəti ələ keçirməsi barədə məlumat vermişdir. Çin istehsalı olan “ZLP 630” markalı səbətinin ümumi dəyəri 6500 manatdır, bundan başqa Samir aylıq 400 manatdan 10 ay ərzində səbəti işlətmiş və icarə pulunu verməmişdir. Xahiş etmişdir ki, Samir barəsində qanuni tədbir görülsün və cinayət məsuliyyətinə cəlb edilsin. Çin istehsalı olan özünə məxsus “ZLP 630” markalı səbəti zavod istehsallıdır, rəngli boz rəngdir, həmin rəngi üzərinə özü vurmuşdur. Samirin hal-hazırda səbəti icarəyə verməyinə görə 2850 manat icarə borcu var, 6500 manatlıqda Çin istehsalı olan “ZLP 630” markalı səbətini xəbəri olmadan başqa şəxsə satmışdır. Həmçinin qeyd etmişdir ki, Samirin Rövşən adlı şəxsdən 2 ədəd fasad səbəti alması barədə məlumatı olmuş, fasad səbətlərini təmir etdiyi üçün Samir 2024-cü ilin qış aylarında Xırdalan şəhərinə dəvət edərək Xırdalan dairəsinin yaxınlığında binada quraşdırılan fasad təmiri səbətini göstərmiş və demişdir ki, bu səbəti Rövşən adlı şəxsdən almışdır və 2 ədəd səbət almışdır. Onlardan birini Masazır qəsəbəsində quraşdırıb, digərini isə oraya gətirildir. O öz səbətini soruşduqda demişdir ki, “sənin səbətin də, Masazır qəsəbəsində Xəzri A MTK-da quraşdırılıb və iş gedir”. Hazırda belə qənaətə gəlmişdir ki, Samir Adil adlı şəxsə 2 ədəd səbət satıb. Onlardan biri ona məxsus olan səbət olmış, digəri isə Rövşəndən aldığı səbət olubdur. Onun səbətini də Rövşəndən almasını yalandan bildirməklə Adilə vermişdir. Zərərçəkmiş şəxs1 Bayram oğlu istintaq zamanı notariat qaydada təsdiq edilmiş ərizəsini təqdim edərək Təqsirləndirilən şəxs ona dəyən ziyanı tam ödədiyini, ona qarşı şikayəti tələbi olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs2 notariat qaydada təsdiq edilmiş ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona dəyən ziyandan 5000 manat ödənilmişdir. Qalan məbləğdən isə hər ay 2000 manat ödənməsinə dair aralarında razılıq əldə edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İbtidai istintaqda iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2023-cü ilin sentyabr ayında Quba rayonunda yerləşən evinin fasadına suvaq və rəng vurdurmaq üçün usta axtaran zaman Təqsirləndirilən şəxs ilə tanış olmuş, sonuncu evinin fasadının suvaq və rəng işlərini gördükdən sonra münasibətləri yaranmış və həmin ərəfədə MMC-nin olmasını bildirmiş və rəsmi iş götürəcəyi halda onunla iş görə biləcəyini demişdir. 2023-cü ilin may ayında Samir onunla görüşərək Sənqaçal və Masazır qəsəbəsində binaların olmasını bildirmiş və həmin binaların fasadının suvaq və rəng işini götürə biləcəyini demiş, o həmin işdə rolunun və marağının nədən ibarət olmasını soruşduqda sonuncu bildirmişdir ki, ilk növbədə iki ədəd səbət almaq lazımdır. Həmçinin sərmayəçi kimi hər ay işçilərin əmək haqqlarını və digər xərclərini ödəməli idi. Sifarişçi tərəfindən pul ödənildikdə isə işçilərə xərclədiyi pul, həmçinin dövlət xidmətlərinə olan ödənişlər çıxıldıqdan sonra qalan məbləğ aralarında bölünməli olmuşdur. O, Samirlə razılaşmış və sonuncunun tanışı vasitəsilə ilk növbədə bir ədədi 6500 manat olmaqla 13000 manat ödəyərək iki ədəd səbət almış və həmin səbətləri Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən binaya quraşdırdıqda binalarla rəsmi müqavilə bağlamaq istədikdə isə oradan bildirilmişdir ki, MMC ilə müqavilə bağladıqda vergi xərcləri çox olur, ona görə də fiziki şəxs kimi müqavilə bağlamağı təklif etmişlər. Buna görə də Samir və o şirkətlə ayrı-ayrılıqda fiziki şəxs kimi müqavilə bağlamış, bundan sonra Samir Sənqəçal qəsəbəsində yerləşən binada işə başlamışdır. O da təxminən bir ay müddətində orada işləyən işçilərə 6090 manat əmək haqqı vermiş və həmin pulun ödənilib-ödənilməməsini Samirdən soruşduqda sonuncu, pulun şirkət tərəfindən ödənilmədiyini bildirmişdir. Bundan sonra həmin binada olan işləri dayandırmasını tələb etmiş, həmçinin binaya quraşdırılmış səbətləri sökdürmüşdür. Samir Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilən çoxmərtəbəli "xxxx" MTK-nın fasadının suvaq və rəng işini danışdığını və orada işə başlamaq istədiyini demiş və o razılıq verdikdən sonra sonuncu, həmin yerdə işə başlamışdır. Əvvəlki qaydada, yəni işçilərin aylıq məvacibi və digər xərcləri tərəfindən ödənilmiş, tikinti şirkəti tərəfindən pul ödənildikdə isə həmin xərclər çıxılaraq qalanı bölünməli olduğu halda Samir hər dəfə şirkət tərəfindən az pul ödənildiyini bildirmişdir. Bu səbəbdən o şirkət tərəfindən verilən pulun üzərinə əlavə pul qoyaraq xərcləri ödəmiş və 2024-cü ilin noyabr-dekabr aylarında o yenə də öz şəxsi vəsaiti hesabına Samirin verdiyi hesabat əsasında işçilərin əmək haqqlarını və digər xərcləri, yəni gördükləri işin müqabilində pullarını onlara vermiş, 2024-cü ilin təxminən sentyabr ayında Samir atasının xəstə olmasını bildirib pula ehtiyacının olduğunu demiş vǝ özünə məxsus səbəti satmaq istədiyini bildirmişdir. 2000 manat aldıqdan sonra sözügedən səbəti gətirərək Masazır qəsəbəsində "xxxx" MTK-da işlətməyə başlamışdır. Şirkət tərəfindən sonuncu dəfə xx.xx.2024-cü il tarixdə cəmi 4000 manat pul ödənilmiş, o da həmin pulun yenə də 3500 manatını Samirə vermiş və qalan pulu isə vergilərə ödəmişdir. 2025-ci ilin yanvar ayının əvvəllərində Samirlə əlaqə saxlayaraq işin gedişatı barədə maraqlandıqda sonuncu, ustaların hələ də rayonda olmasını bildirib avans qismində onlara pul göndərmək lazım olduğunu demiş, buna görə də hissə-hissə olmaqla Samirin göndərdiyi kart hesabına ümumilikdə 1100 manat pul göndərmişdir. Samir ustaların işə çıxacağını bildirsə də hər dəfə müxtəlif bəhanələrlə onu aldatmağa başladığından "xxxx" MTK-nın rəhbərlərindən biri olan Əbdülǝzim adlı şəxslə görüşmüş və binadan alacağı pulların olmasını bildirmişdir. Lakin həmin şəxs görülən işlərin müqabilində pulları Samirin və onun hesabına ödədiyini, həmçinin Samirin nağd şəkildə onlardan 4500 manat pul aldığını bildirmiş, bundan sonra özündə hesabat aparmış və məlum olmuşdur ki, Samir görülmüş işlərin hesabatını daima şişirdilmiş rəqəmlərlə verərək hər dəfə dələduzluq yolu ilə pullarını ələ keçirmişdir. Bundan sonra verdiyi pulları hesablamış və məlum olmuşdur ki, Samir 39198 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Həmçinin bundan sonra bir neçə fəhlə zəng edərək Samirin onlara əmək haqlarını verməməsini bildirmişdir. O Samirin dələduzluqla məşğul olmasını müəyyən etdikdən sonra "Xəzri-A” MTK- nin rəhbəri ilə görüşərək qalan işləri özünün görəcəyini bildirmiş, sonuncular da Samirin işindən narazı olduqları üçün razılaşmışlar. O usta və fəhlə taparaq "xxxx" MTK-da işləməsi üçün göndərsə də Samir həmin əraziyə gələrək ustaları hədələyərək qovmuş və buna görə də şikayət etmək qərarına gəlmişdir. Əlavə olaraq qeyd etmişdir ki, Samir satdığı səbətin Təbriz adlı sahibi əlaqə saxlayaraq sözügedən səbətin ona məxsus olmasını və həmin səbəti Samirə satmadığını bildirərək səbəti götürmək istədiyini demişdir. Bununla da məlum olmuşdur ki, Samir səbət adı ilə də aldadaraq 2000 manat pulunu ələ keçirmiş və ümumilikdə 41198 manat pulunu mənimsəmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla tikinti işlərində bir yerdə işləmişdir. Zərərçəkmiş şəxs2 isə əvvəllər tanımamış, heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. Özü rəsmi olaraq heç bir yerdə işləməsə də, müxtəlif bina tikintilərində fasad işləri gördürdüyünü bildirmişdir. 2024-cü ilin təxminən oktyabr ayında Təqsirləndirilən şəxs zəng edərək binanın üz fasadını vurmaq üçün istifadə etməyə səbət istəmiş, o da özünə məxsus rus istehsalı olan səbətini işlətmək üçün Samirə vermiş, lakin sonradan bilmişdir ki, Samir özünə məxsus rus istehsalı olan səbəti Zərərçəkmiş şəxs2 adlı şəxsə 2000 manata satmışdır. Onu da qeyd etmişdir ki, lazım olanda Samirdən səbət götürüb istifadə etmiş və sonradan qaytarıb özünə vermiş, Samirin ona məxsus səbəti satmağına görə ondan heç bir şikayət və tələbi yoxdur. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 əvvəllər tanımamış, heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. Özü Abşeron rayonu Masazır qəsəbəsində tikilən "xxxx" MTK-da icraçı direktor işləyir, 2024-cü ilin fevral ayında Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 icraçı direktor olduğu binaya gələrək binanın fasad işlərini görmək istədiklərini, özlərinin tikilməkdə olan binaların fasad işlərini gördüklərini bildirmişlər. O da razılaşmış və bu barədə rəsmi müqavilə bağlamış, müqavilədə göstərilmişdir ki, tikintiyə görə pullar Təqsirləndirilən şəxs adına olan bank hesabına köçürüləcəkdir. Samir və Adil binanın fasad işlərini görmək üçün ustalar və fəhlələr gətirmiş və binada iş getməyə başlamışdır. O həmin ilin, yəni 2024-cü ilin dekabr ayına kimi Təqsirləndirilən şəxs adına olan bank hesabına 34.000 manat pul köçürmüş, bundan başqa Türkiyə Respublikasında olan zaman 2024-cü ilin avqust ayında Samir zəng edərək ustalara pul vermək lazım olduğunu demiş, o da maliyyəçi Elxana demiş, Elxan 2000 manat, sentyabr ayında 1500 manat, oktyabr ayında isə 1000 manat pul vermişdir. Həmin pulu da Samir bu günə qədər qaytarmamışdır. Çünki aralarında olan razılaşmaya görə tikintidə işlərin görülməsi üçün ödənilən pulların hamısı rəsmi qaydada Təqsirləndirilən şəxs adına olan bank hesabına köçürülməli idi. Lakin hal hazırda Samirlə Adil icraaçı direktoru olduğu binada fasad işlərini tam görüb başa çatdırmadıqları üçün sonuncuların qalan pulunu verməmişdir. İşlərini tam görüb başa çatdırandan sonra pullarını ödəyəcəyini bildirmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 5-6 il müddətdir ki, tanıyır. Onu tikintilərdə usta kimi tanımışdır. Onunla heç bir düşmənçiliyi və yaxud da ədavətim olmamışdır. Şahid1 isə təxminən 3-4 il müddətdir ki, tanıyır. Rusiflə heç bir qohumluq əlaqəsi yoxdur. Lakin, ona həmişə qardaş deyib, o da ona qardaş demişdir. Rusiflə birlikdə binaların üzərinə “lülka” quraşdırılması, onun təmiri işləri ilə məşğul olmuşdur. Təxminən 01 il bundan qabaq Samir ona zəng edərək münasib qiymətə fasad təmiri səbəti lazım olmasını bildirmiş, həmçinin, Adil adlı dayısının şirkəti olmasını, təmir işləri görməsini, səbəti ona almasını demişdir. Tikintidə fasad təmiri səbətinə “lülka” deyilir. Samir dəqiq xatırlamadığı tarixdə ona zəng eləmiş və lülkaya baxmaq istəməsini bildirmişdir. O da ona işlənmiş 2 ədəd lülka olmasını bildirmişdir. 7000 manata satdığını ona demişdir. Samir ona demişdir ki, dayısı Adili aldadıb həmin lülkaları ona 13000 manata satacaqdır. Ondan xahiş etmişdir ki, satış məbləğini 13000 manat göstərsin. Adilə həmin lülkaları 13000 manata satıb ona 7000 manat pul verəcəkdir. Həmçinin, əlyazma formasında bunu yazmaq lazım olduqda da 13000 manat məbləği həmin sənəddə göstərsin. O da razılaşmışdır. O da Rusifdən xahiş etmişdir ki, Samirlə birlikdə 9-cu mikrorayona gedib orada sökülmüş halda olan “lülka”ya baxsın. Lülkanı bəyəndiyi halda ona desin. Samir Rusiflə birgə gedib lülkaya baxmış. Samir evakutor çağırmış və lülkaları götürüb aparmışdır. Rusifdən xahiş etmişdir ki, onun adından Samirin dediyi yerə gedib görüşsün sənədə 13000 manat yazılacaq və ona imza etsin. Rusif həmin gün gəlib Xırdalan şəhərində onunla görüşmüş və 7000 manat pulu ona əlbəəl nağd formada vermişdir. Həmçinin ona demişdir ki, 6000 manat pulu da Samir özünə götürmüşdür. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 uzun müddətdir ki, tanıyır və sonuncu şirkətinin mühasibatlıq fəaliyyətini həyata keçirir. Təqsirləndirilən şəxs isə Adil müəllimin yanında işləmiş və binaların fasad təmiri işləri ilə məşğul olmuşdur. Masazır qəsəbəsində "xxxx" MTK yaşayış kompleksində aparılan tikinti işlərində işləməsi üçün Adil müəllim Samirə köməklik göstərmiş ki, onun adına VÖEN açılsın və pul köçürmələri və hesablaşmalar həmin VÖEN-ə uyğun aparılsın. Bu məqsədlə Adil müəllim ona tapşırmışdır ki, VÖEN-i açmaq üçün Samirlə birlikdə aidiyyəti qurumlara getsin və ASAN imza mobil nömrə almasında ona köməklik göstərsin. xx.xx.2024-cü il tarixdə Samirlə birlikdə gedib sonuncunun adına VÖEN açılmasında iştirak etmişdir. Azercell telecomdan onun adına asan imza üçün mobil nömrə də almış, Samir demişdir ki, sənəd işlərindən başı çıxmır, çox vaxt isə ona zəng çatmır. Bununla əlaqədar sənədləşmə işlərinin aparılması üçün ona etibarnamə verəcək və o həmin hərəkətləri sonuncunun adından həyata keçirəcəkdir. Bununla əlaqədar xx.xx.2024-cü il tarixdə ona etibarnamə də vermişdir. Bir müddət sonra asan imza olan mobil nömrəyə Samirlə əlaqə saxlamaq istəyən şəxslər onun ünvanına nalayiq ifadələr olan SMS-lər göndərməyə başlamışlar. Ona məlum olmayan şəxslər Samirə mesaj yazaraq pullarını tələb etmişlər. O bu barədə Adil müəllimə məlumat da vermiş, artıq o əmin olmuşdur ki, Samir dələduzluq edir və kimlərisə aldadır. O Samirin nömrəsini geri qaytarmış və sonuncunun adına yeni nömrə açmışdır. Təxminən həftə ərzində 2 dəfə olmaqla, müxtəlif vaxtlarda Samir yaxınlaşaraq Adil müəllimin tapşırdığı pul götürməli olduğunu deyib ondan pullar almış və onun təqdim etdiyi sənədə imza etmişdir. Elə hallar da olmuşdur ki, pul sonuncunun kart hesabına pullar köçürülmüş, həmçinin pulu özü və ya Adil müəllim vermişdir. Hər bir halda özündə qeydlər aparmış, Samir ona demişdir ki, fəhlələrə əmək haqqı verir, aldığı pullar həmin pullardır. Hazırda öyrənmişdir ki, Samir onlardan aldığı pulları təyinatı üzrə fəhlələrə əmk haqqı kimi deyil, dələduzluq yolu ilə ələ keçirmişdir. Hətta Elton və Vüqar adlı fəhlələr dəfələrlə ona müraciət edib Samirin onların əmək haqqılarını verməməsini bildirmişdir. xx.xx.2024-cü il tarixdə hesabat apardıqda müəyyən etmişdir ki, Samir 40098 manat Adil müəllimdən pul almış və təyinatı üzrə istifadə etməmişdir. xx.xx.2024-cü il tarixdə Samiri dəvət etmiş və hesabatı onunla tanış etmiş, Samir rəqəmlə razılaşmış və 40098 manat pulu özünə götürməsini qəbul etmişdir. Hesabata imza edərək təsdiqləmiş, xx.xx.2024-cü il tarixdə Xəzri A MTK-nın işlərin görülməsi ilə əlaqədar hesaba 4000 manat pul köçürmə etmişdir. Samir xx.xx.2024-cü il tarixdə onun yanına gəlmişvə demişdir ki, Xəzri A MTK pul köçürübdür, son hesabata görə fəhlələrə 3163 manat pul verilməlidir. Adil müəllimlə əlaqə saxlamış, sonuncu demişdir ki, 3500 manat pul versin. Həmin puldan 3163 manat fəhlələrə verilsin, qalan pulu da Samirə xərclik kimi versin. O pulu Samirə vermiş, sonuncu sənədi imzalamış və pulu götürmüşdür. Adil müəllim onunla mobil telefonla əlaqə saxlayıb Samirin kartına xx.xx.2025-ci il tarixdə 500 manat, xx.xx.2025-ci il tarixdə isə 600 manat pul göndərməsini, fəhlələrin işə çıxmamasını, onların pulunu çatdırmalı olduğunu demişdir. O da özündə bu tarix və məbləğləri qeyd etmiş ki, Samiri dəvət edərik gəlib imzalayarlar. Sonradan öyrənmişlər ki, Samir götürdüyü bütün pulları fəhlələrə verməyib və ələ keçiribdir. Artıq Adil müəllim qərara gəlmişdir ki, onun barəsində şikayət etməlidir, çünki, Samir ona qarşı dələduzluq edib və pulunu ələ keçirmişdir. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, özü rəsmi olaraq heç bir yerdə işləmir, lakin tanışı Rövşənlə birlikdə binaların üzərinə “lülka” quraşdırılması, onun təmiri işləri ilə məşğul olurlar. Binalarda “lülka” sökülməsi quraşdırılması işini görür. Onun Rövşənlə münasibəti çox yaxın olmuş, təxminən 1 il bundan qabaq Rövşən ona demişdir ki, bir nəfər Samir adlı şəxs var, “lülka” almaq istəyir. Rövşən özü uzaqda olduğunu bildirirək ondan xahiş etmişdir ki, Samir zəng edərəcək və Rövşənə məxsus 9-cu mikrorayonda tikintidə quraşdırılmış 2 ədəd «lülka»nı oradan söküb Samirin dediyi yerə quraşdırmaq lazımdır. Bu işi görməkdə usta pulu kimi ona 100 manat verəcəkdir. Həmçinin, Rövşən ondan xahiş etmişdir ki, Samir nə desə onunla birlikdə getsin və hara nə desə yazsın və imzalayacaqdır. Hətta ona demişdir ki, 13000 manat pul verəcəklər, onu götürüb 6000 manatını Samirə verib qalanını da gətirib ona versin. Bir qədər sonra Samir adlı şəxs xatırlamadığı nömrədən ona zəng edərək “lülka” alan şəxsin onun dayısının olmasını bildirmiş və gəlib onunla görüşmüşdür. O, Rövşənə zəng edib danışdıqda sonuncunun dediyi işi görməyə razılıq vermişdir. Onlar birlikdə 9-cu mikrorayona gedib orada sökülmüş halda olan “lülka”lardan birini evakuatorla Samir deyən yerə aparmış, yolda öyrənmişdir ki, Samir Rövşənlə 02 “ədəd lülka”nın hər birini 3500 manat olmaqla ümumilikdə 7000 manata razılaşmışdır. Orada olan binanın üzərinə həmin “lülka”nı quraşdırandan sonra Samir görüntülü tanımadığı, sonradan adını Zərərçəkmiş şəxs2 olduğunu bildiyi şəxslə telefona danışıb “lülka”nın quraşdırılmasını ona göstərmişdir. Sonra Samirlə birlikdə Adil müəllim yanına getmək üçün yola düşmüş, yolda Samir ona and-aman etmiş və bildirmişdir ki, narahat olmasın, Adil onun dayısıdır, Rövşənlə birlikdə “lülka”nın ikisini ona 7000 manata satmaqlarına baxmayaraq, kağıza yamışdır ki, guya “Lülka”nın birini ona 6500 manata, ümumilikdə 13.000 manata satmışlar. O Rövşənlə danışmış, sonuncu ona dedikdən sonra razılaşmış və Samir ona 7000 manat verməsinə baxmayaraq, kağıza guya “lülka”nın birinin 6500 manata satıldığını göstərmişdir. Ona Xırdalan şəhəri, M.Rəsulzadə küçəsində yerləşən ofisdə Zərərçəkmiş şəxs2 13000 manat pulu sayıb əlbəəl nağd formada vermiş və ofisdən çıxmışlar. Samir taksi çağırmış və ikisi taksiyə əyləşmişlər. Masazır qəsəbəsində maşında pulu ondan istəmiş, sonuncu pulun hamısını onan almış, Samir həmin vaxt 7000 manatı ona verəndən sonra 6000 manatı da cibinə qoyub maşından düşüb gülə-gülə getmişdir. O həmin gün Rövşənlə görüşüb sonuncuya çatacaq pulunu özünə vermişdir. Bundan sonra sonuncu ona usta pulu 100 manat pul vermiş, təxminən 2-3 gün bundan qabaq 20 Yanvar metrosunda olan zaman Təqsirləndirilən şəxs vaqona minərək Dərnəgül istiqamətində getdiyini görmüşdür. İş üzrə X2 alınmış xx.xx.2025-ci il tarixli, 138 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 məxsus olan 02 ədəd fasad təmir səbətinin 2024-cü ilin may ayına olan təqribi qiyməti 4000 manat məbləğində müəyyən edilir. İş üzrə sübut əhəmiyyətli olduğundan 02 ədəd fasad təmir səbəti maddi sübut kimi tanınmış və sahibinə qaytarılması nəzərə alınmışdır. Məhkəmə işin materiallarını araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. İş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsi Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətlərini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (müsbət xarakterizə olunmasını), ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə və təyin edilmiş cəzanın məhkumun islah edilməsinə nail olmasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), zərərçəkənlə barışıq əldə edilməsini,dəyən ziyandan qismən ödəniş etməsini,cəzanı ağırlaşdıran halın olmamasını,onun müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə və təyin edilmiş cəzanın məhkumun islah edilməsinə nail olmasının mümkünlüyünü nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs 26 mart 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 28 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində Abşeron rayon məhkəməsinin həmin tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmişvə məhkəmə tərəfindən həbs qətimkan tədbiri qüvvədə saxlanmışdır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı 26 mart 2025-ci il tarixdən, hökmün çıxarıldığı xx.xx.2025-ci il tarixədək həbsdə olduğu 05 ay 29 gün müddət Azərbaycan Respublikası CM-nin 68.1.1-1 maddəsinə əsasə iki günə 01 gün hesabı ilə 11 ay 28 gün müddət təyin edilmiş cəzasından çıxılmalıdır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bu əsasda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli, dərhal həbsdən azad edilməli, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və bu qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra– CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. İş üzrə sübut əhəmiyyətli olduğundan 02 ədəd fasad təmir səbəti maddi sübut kimi tanınmış və sahibinə qaytarılması nəzərə alınmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin, cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs həbsdə olduğu 26 mart 2025-ci il tarixdən, hökmün çıxarıldığı xx.xx.2025-ci il tarixədək 05 ay 29 gün müddət Azərbaycan Respublikası CM-nin 68.1.1-1 maddəsinə əsasə iki günə 01 gün hesabı ilə 11 ay 28 gün müddət təyin edilmiş cəzasından çıxılsın, üzərində 02 (iki) il 02 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və məhkəmə iclas zalından dərhal azad edilsin. Barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə sübut əhəmiyyətli olduğundan 02 ədəd fasad təmir səbəti maddi sübut kimi tanınmış və sahibinə qaytarılması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar