Məhkəmə qərarları › İş №1(012)-1046/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-1046/2024

05.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-1046/2024 05.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ X4 Ənvər qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 6 RPİ ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Digah qəsəbəsi, N.Nərimanov küçəsində yerləşən fərdi yaşayış sahəsində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə istintaqında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq əldə etdiyi 09 ədəd əkib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkisi toxumlarını 2024-cü ilin mart ayında yaşadığı Abşeron rayonu, Digah qəsəbəsi, N.Nərimanov küçəsində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində əkərək, müntəzəm olaraq suvarmaqla, gübrə verməklə, dibini yumşaltmaqla, aqrotexniki qaydada qulluq edib qanunsuz olaraq tərkibində narkotik maddə olan 115 qram çəkidə 09 (doqquz) ədəd çətənə kolu bitkilərini xeyli miqdarda yetişdirib kultivasiya etmiş, 08 iyun 2024-cü il tarixdə saat .13 radələrində Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı ona məxsus olan Abşeron rayonu, Digah qəsəbəsi, N.Nərimanov küçəsində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə həmin gün saat 13:35-dən 14:05-ə kimi baxış keçirilərkən qeyd edilən həmin kultivasiya olunmuş 115 qram çəkidə 09 (doqquz) ədəd yaş vəziyyətdə çətənə bitkiləri aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Abşeron rayon, Digah qəsəbəsi, N.Nərimanov küçəsində özünə məxsus fərdi yaşayış evində yaşayır. Narkotik vasitə istifadəçisidir. Əvvəllər Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə məhkum olunmuşdur. xx.xx.2024-cü il tarixdə yaşadığı evin həyətində olarkən Abşeron RPİ-nin Medhdiabad PB-nin polis əməkdaşları onu küçəyə çağırmışlar. O, polis əməkdaşlarına yaxınlaşdıqdan sonra polis əməkdaşları ona yaşadığı evin həyətində narkotik tərkibli çətənə kolları əkib becərdiyindən şüphələndiklərini, buna görə də yaşadığı evin həyətinə və evinə videoçəkilişlə baxış keçirmək istədiklərini söyləmişlər. O da heç bir etiraz etməmişdir. Bundan sonra polis əməkdaşları ona müdafiəçini və mütəxəssisi təqdim etmiş, şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. O, videoçəkilş zamanı polislərə yaşadığı evin həyətinə baxış keçirmələrinə heç bir etirazının olmadığını deyərək, bu barədə ərizə yazmışdır. Bundan sonra videoçəkilişlə polis əməkdaşları yaşadığı evin həyətinə baxış keçirməyə başlamışlar. O, yaşadığı evin arxa tərəfində evi ilə daş hasar arasında olan 3 metr məsafədə əkin sahəsində əkmiş olduğu çətənə kollarını polis əməkdaşlarına göstərmişdir. Sonra polislərə həmin çətənə kollarını 2024-ci ilin mart ayında özü istifadə etmək üçün əkdiyini və aqrotexniki qaydada qulluq edib suvardığını bildirmişdir. Sonra polis əməkdaşları onun həyətində əkmiş olduğu narkotik tərkibli çətənə kollarını kökündən çıxarmağa başlamışlar. Həmin vaxtı polislərlə birlikdə gəlmiş aqronom onun əkdiyi çətənə kollarına baxdıqdan sonra həmin bitkilərə aqrotexniki qaydada suvarılaraq qulluq olunduğunu bildirmişdir. Polis əməkdaşları yaşadığı evin həyətindən həmin 9 ədəd çətənə kollarını kökündən çıxardıqdan sonra həyətinə yığaraq saymışlar. Həmin 9 ədəd çətənə kolları müxtəlif ölçüdə olduğundan metrə ilə ölçərkən 15-40 sm uzunluqda olduğunu aşkar etmişlər. Sonra polis əməkdaşları həyətindən çıxardıqları həmin 9 ədəd çətənə kollarını qara rəngli politilen torbaya yığaraq ekspertizaya göndərilməsi üçün qablaşdırmış və sonra üzərinə iştirakçılar tərəfindən imzalarla təsdiq edilmiş kağızaları qoyaraq Mehdiabad PB-nin 236 saylı möhürü ilə möhürləmişlər. Bundan sonra polis əməkdaşları yaşadığı evdə bundan başqa qanunsuz əşya və ya narkotik vasitə olub olmadığını soruşmuşlar. O da evində qanunsuz heç bir əşya olmadığını bildirmişdir. Sonra polis əməkdaşları evinə ümumi baxış keçirmişlər. Evindən başqa heç bir qanunsuz saxlanılan əşya aşkar edilməmişdir. Bu barədə polis əməkdaşı tərəfindən protokol tərtib edilərək ucadan oxunmuşdur. Heç bir şikayət, ərizə və ya vəsatət daxil olmamışdır. Protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə Mehdiaban PB-nə gətirilmişdir. Orada üzərinə vəkilinin və digər polis əməkdaşlarının iştirakı ilə baxış keçirilsə də, üzərindən heçnə aşkar edilməmişdir. O, həmin çətənə kollarının toxumlarını 2024-cü ilin mart ayında Bakı şəhəri, Maştağa qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manata özü istifadə etmək üçün aldığı marixuananın içərisindən tapıb öz həyətində əkmişdir. xx.xx.2024-ci il tarixdə polis əməkdaşları onu saxlayarkən və bundan sonra polis bölməsində ona qarşı hər hansı fiziki zorakılıq etməmişlər. O, həmin çətənə kollarından heç kimə verməmiş və heç kimə satmamışdır. Yaşadığı evin həyətində əkdiyi çətənə kollarından heç kimin xəbəri olmamışdır. O, həmin çətənə kollarını özü istifadə etmək üçün əkmişdir. Əməlindən peşmandır, yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında Şahid1 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs adlı şəxsin yaşadığı Abşeron rayonu, Digah qəsəbəsi, Nərimanov küçəsində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində qanunsuz olaraq narkotik vasitə olan çətənə kolunu kultivasiya etmə, yəni əkmək və yetişdirməklə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun, Abşeron RPİ-nin Mehdiabad PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və Abşeron RPİ-nin Mehdiabad PB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı X2 iştirakı ilə 08 iyun 2024-cü il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. 08 iyun 2024-cü il tarixdə o, əməliyyat qrupunun digər iştirakçıları Abşeron rayonu, Nərimanov küçəsində olan zaman orada Təqsirləndirilən şəxs yaşadığı ünvana yaxınlaşaraq qapını döyüb Təqsirləndirilən şəxs çağırmışlar. Təqsirləndirilən şəxs darvaza qapısını açdıqdan sonra onlar Rəsula özlərini təqdim edib şəxsiyyətini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra onlar Rəsula yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində qanunsuz olaraq narkotik vasitə olan çətənə kolunu kultivasiya etmə, yəni əkmək və yetişdirməkdə şübhəli olduğunu bildirib yaşadığı evdə axtarış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs də etiraz etməyib razılaşaraq həqiqətəndə yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində narkotik vasitə olan çətənə kolu əkdiyini və fərdi yaşayış sahəsində axtarış keçirilməsinə heç bir etirazı olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında müdafiəçi iştirkaı ilə hüquqları izah olunmuşdur. Bundan sonra müdafiəçisinin və mütəxəssinin iştirakı ilə orada Təqsirləndirilən şəxsa təklif olunmuşdur ki, yaşadığı fərdi yaşayış sahəsində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs iştirakı ilə fərdi yaşayış sahəsinin həyətyanı sahəsindən 09 ədəd torpaqda əkilmiş yaşıl rəngli spesifik qoxuya malik narkotik tərkibli çətənə koluna oxşar bitkilər aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin çətənəyə oxşar bitkiləri şəxsi istifadəsi üçün əkdiyini bildirmişdir. Daha sonra 09 ədəd çətənə kollarına bənzər bitkilər orada olan şəxslərin gözü qarşısında qablaşdırılmış və möhürlənmişdir. Təqsirləndirilən şəxs bundan başqa yaşadığı fərdi yaşayış sahəsində dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmetin olub-olmadığı soruşulduqda, sonuncu yaşadığı fərdi yaşayış sahəsində qanunla qadağan edilmiş hər hansı əşyanın olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs fərdi yaşayış sahəsində baxış keçirilməsinə etirazının olmadığı bir daha dəqiqləşdirildikdən sonra fərdi yaşayış sahəsinə baxış keçirilən zaman oradan iş üçün əhəmiyyət kəsb edəcək əlavə əşya, predmet və ya maddə aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətyanı sahəsindən aşkar olunmuş 09 ədəd bitkinin nə olması və haradan əldə etməsi soruşulduqda Rəsul bildirmişdir ki, həyətyanı sahədən aşkar olunmuş 09 ədəd bitki çətənə bitkisidir və öz istifadəsi üçün əkib becərmişdir. Rəsul həmin çətənə bitkisinin toxumlarını 2024-cü ilin mart ayında Bakı şəhəri, Maştağa qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manat müqabilində özü istifadə etmək üçün aldığı marixuananın içərisindən tapıb həyətində əkib aqrotexniki qaydada qulluq edərək suvardığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlara hər hansı bir məlumat daxil olmamışdır. Onlara Rəsulun yaşadığı Abşeron rayonu, Digah qəsəbəsi, Nərimanov küçəsində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində qanunsuz olaraq narkotik vasitə olan çətənə kolunu kultivasiya etmə, yəni əkmək və yetişdirməklə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs barəsində sonuncu saxlanılana kimi keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanıda Rəsulun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması halları müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir zor, təzyiq göstərilməmişdir. Məhkəmə istintaqında Şahid2 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs adlı şəxsin yaşadığı Abşeron rayonu, Digah qəsəbəsi, Nərimanov küçəsində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində qanunsuz olaraq narkotik vasitə olan çətənə kolunu kultivasiya etmə, yəni əkmək və yetişdirməklə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun, Abşeron RPİ-nin Mehdiabad PB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və Abşeron RPİ-nin Mehdiabad PB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı X2 iştirakı ilə 08 iyun 2024-cü il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. 08 iyun 2024-cü il tarixdə o, əməliyyat qrupunun digər iştirakçıları Abşeron rayonu, Nərimanov küçəsində olan zaman orada Təqsirləndirilən şəxs yaşadığı ünvana yaxınlaşaraq qapını döyüb Təqsirləndirilən şəxs çağırmışlar. Təqsirləndirilən şəxs darvaza qapısını açdıqdan sonra onlar Rəsula özlərini təqdim edib şəxsiyyətini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra onlar Rəsula yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində qanunsuz olaraq narkotik vasitə olan çətənə kolunu kultivasiya etmə, yəni əkmək və yetişdirməkdə şübhəli olduğunu bildirib yaşadığı evdə axtarış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs də etiraz etməyib razılaşaraq həqiqətəndə yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində narkotik vasitə olan çətənə kolu əkdiyini və fərdi yaşayış sahəsində axtarış keçirilməsinə heç bir etirazı olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında müdafiəçi iştirkaı ilə hüquqları izah olunmuşdur. Bundan sonra müdafiəçisinin və mütəxəssinin iştirakı ilə orada Təqsirləndirilən şəxsa təklif olunmuşdur ki, yaşadığı fərdi yaşayış sahəsində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs iştirakı ilə fərdi yaşayış sahəsinin həyətyanı sahəsindən 09 ədəd torpaqda əkilmiş yaşıl rəngli spesifik qoxuya malik narkotik tərkibli çətənə koluna oxşar bitkilər aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin çətənəyə oxşar bitkiləri şəxsi istifadəsi üçün əkdiyini bildirmişdir. Daha sonra 09 ədəd çətənə kollarına bənzər bitkilər orada olan şəxslərin gözü qarşısında qablaşdırılmış və möhürlənmişdir. Təqsirləndirilən şəxs bundan başqa yaşadığı fərdi yaşayış sahəsində dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmetin olub-olmadığı soruşulduqda, sonuncu yaşadığı fərdi yaşayış sahəsində qanunla qadağan edilmiş hər hansı əşyanın olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs fərdi yaşayış sahəsində baxış keçirilməsinə etirazının olmadığı bir daha dəqiqləşdirildikdən sonra fərdi yaşayış sahəsinə baxış keçirilən zaman oradan iş üçün əhəmiyyət kəsb edəcək əlavə əşya, predmet və ya maddə aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətyanı sahəsindən aşkar olunmuş 09 ədəd bitkinin nə olması və haradan əldə etməsi soruşulduqda Rəsul bildirmişdir ki, həyətyanı sahədən aşkar olunmuş 09 ədəd bitki çətənə bitkisidir və öz istifadəsi üçün əkib becərmişdir. Rəsul həmin çətənə bitkisinin toxumlarını 2024-cü ilin mart ayında Bakı şəhəri, Maştağa qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manat müqabilində özü istifadə etmək üçün aldığı marixuananın içərisindən tapıb həyətində əkib aqrotexniki qaydada qulluq edərək suvardığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlara hər hansı bir məlumat daxil olmamışdır. Onlara Rəsulun yaşadığı Abşeron rayonu, Digah qəsəbəsi, Nərimanov küçəsində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində qanunsuz olaraq narkotik vasitə olan çətənə kolunu kultivasiya etmə, yəni əkmək və yetişdirməklə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs barəsində sonuncu saxlanılana kimi keçirilmiş əməliyyat- axtarış tədbirləri zamanıda Rəsulun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması halları müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir zor, təzyiq göstərilməmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş: “Evə və həyətyanı sahəyə baxış keçirilməsi axtarış götürmə aparılması haqqında” 08 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Digah qəsəbəsi, Nəriman Nərimanov küçəsində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilərkən həyətyanı sahədən 09 ədəd torpaqda əkilmiş yaşıl rəngli spesifik iyə malik olan, narkotik tərkibli çətənə kollarına oxşar bitkilər aşkar olunaraq götürülmüşdür. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 08 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən hər hansı bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 08 iyun 2024-cü il tarixli 3-16-16-2-7/935 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Vət.Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən...” yazısı və imzalar olan 01 (bir) ədəd qara rəngli polietilen baölamadakı sayı 09 ədəd yaş vəziyyətdə ümumi çəkisi 115 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Ekspertiza tədqiqatında tədqiq olunmuş çətənə (kannabis) bitkisi ümumi çəkisi 115 qram, tədqiqata sərf olunan miqdar 0,18 qram, qalıq 114,82 qram təşkil edir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X3 daxil olmuş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 21 avqust 2024-cü il tarixli 5752 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən əsasən qəti olaraq 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Surax anı Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsi azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunmuşdur. "Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvədə saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş və ayrılmış material saxlanılması üçün Abşeron rayon prokurorluğuna göndərilmiş, iş üzrə Təqsirləndirilən şəxs götürülmüş, ekspertiza tədqiqatından sonrakı 09 ədəd ümumi qalıq çəkisi 114,82 qram olan çətənə bitkilərinin maddi sübut kimi tanınması və saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi nəzərə alınması, cinayət işinin bəzi materiallarında Təqsirləndirilən şəxs soyadı Rzayev deyil, Rizayev kimi tanınması və oxunması qərara alınmışdır -xx.xx.2024-cü il tarixdə saat 13:25-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. -xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, keçirilmiş ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə) üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.6-cı maddəsinə əsasən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının 19-cu bəndində göstərilmişdir ki, məhkəmələrə izah olunsun ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1- ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət- hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2- ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1- ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3- cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3- cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə tərəfindən iş üzrə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hal hesab edir, cəzasını ağırlaşdıran hal isə müəyyən edimədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun narkotik vasitələr aludəçisi olduğunu və bu mənada cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzanın ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınmaqla qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə 78 manat məhkəmə-bioloji ekspertizasının xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 114,82 qram narkotik vasitə çətənə (kannabis) bitkisi məhv edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 12 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 72 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət nəzərə alınaraq, ona təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin, dərhal məhkəmə zalından həbs olunsun, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın, cəzaçəkməsinin əvvəli məhkəmə zalından həbs olunduğu vaxtdan yəni, xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış materialların məhkəmə ekspertizasının dəyəri olan 78 (yetmiş səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış, tədqiqatlardan sonra qalıq qalan və saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş tədqiqata sərf edildikdən sonra qalıq 114,82 qram narkotik vasitə çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş materiallarında olan axtarış və götürmə barədə videogörüntü olan disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 12 (on iki) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 72 (yetmiş iki) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron Rayon Polis İdarəsinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti ver ilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar