Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-1046/2025 03.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1997-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ında yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Şahid1 sonuncunun qardaşı Zərərçəkmiş şəxs mülkiyyətində olan “KİA Carnival” markalı **-KQ-*** dövlət qeydiyyat nişanlı avtomobili ona satacaqları təqdirdə ilkin ödəniş kimi 7000 manat, sonrakı 2 ay müddətində hər ay 10000 manat, növbəti ay isə 9000 manat, ümumilikdə 36000 manat pul ödəyəcəni vəd edib həmin nəqliyyat vasitəsini aldıqdan sonra guya “Rent-A-Car”a qoyacağı və bunun üçün ona baş etibarnamə verilməsinin vacib olmasını yalandan deməklə həmin avtomobilə istənilən formada sərəncam verməklə bağlı bütün səlahiyyətlərdən istifadə etməsi üçün Şahid1 aldadaraq bu adla xx.xx.2025-ci il tarixdə sonuncunun qardaşı Zərərçəkmiş şəxs tərəfindən Bakı şəhəri Xətai rayonu Babək prospektində mobil notariat proqramı vasitəsi ilə onun tanışı Şahid3 adına baş etibarnamə verilməsinə nail olmuş, daha sonra həmin gün “KİA Carnival” markalı **-KQ-*** dövlət qeydiyyat nişanlı avtomobili Abşeron rayonu Saray qəsəbəsindən götürüb etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirməklə həmin gün 21.000 manata başqa şəxsə satıb əldə edilən pulu öz ehtiyaclarına xərcləyib Zərərçəkmiş şəxs 36000 (otuz altı min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, 5-6 ildir ki, tanıdığı Şahid1 2025-ci ilin yanvar ayının əvvəllərində ona 3-4 ədəd avtomobil fotoları ataraq həmin avtomobilləri satmağını istəmiş, o da həmin avtomobillərə müştəri tapa bilməmişdir. Sonradan maraqlandıqda Əflanın həmin avtomobillərdən 3-nü satdığını, sadəcə KİA Carnival markalı ** KQ *** dövlət qeydiyyat nişanlı avtomobili alan olmadığından sata bilmədiyini öyrənmişdir. Həmin vaxtlarda adlarını çəkmək istəmədiyi şəxslərə borcu olduğundan həmin şəxslər pulu qaytarmağı üçün Əflandan KİA Karnival markalı ** KQ *** dövlət qeydiyyat nişanlı avtomobili alıb və satmağı, əldə olunan pulu ilə borcunu bağlamağı düşünmüşdür. Bu məqsədlə xx.xx.2025ci il tarixdə Əflana zəng edərək, həmin avtomobili ilkin ödəniş kimi 7000 manat, daha sonrakı 3-4 ay ərzində də 29000 manatı hissə-hissə ödəmək şərtilə ala bilərəcəyini demiş, Əflan onunla razılaşmış, lakin sadəcə avtomobilə görə baş etibarnamə istədikdə buna razılıq verməmişdir. O, alacağı avtomobili Rent-A-Cara qoyaraq istifadə edəcəyini və buna görədə ona baş etibarnamə verməli olduğunu Əflana başa salmış, Əflanın razı olmadığını gördükdə bu barədə digər ortaq tanışı olan Şahid2 zəng etmiş və Nicatdan bu işə zamin durmasını və Əflandan baş etibarnamə almaq üçün ona köməklik göstərməsini xahiş etmişdir. Nicat da razılaşaraq işə qarışmış və Əflanla danışıq aparmağa başlamışdır. Nəhayət Əflan avtomobilə görə qardaşı Faiqdən baş etibarnamə alıb verəcəyinə, o da etibarnamə verilən gün Əflana 7000 manat pulu verəcəyinə razılaşmışlar. Adına bankda borc olduğu üçün həmin avtomobili şəriki Teymurun adına götürməyi qərarlaşdırmış, Teymur da buna etiraz etməmişdir. Bundan sonra Teymurun şəxsiyyət vəsiqəsini Əflana vhatsaplla göndərmiş, Teymurun adına qardaşı Faiq tərəfindən avtomobil üçün baş etibarnamə verməsini istəmiş və buna da nail olmuşdur. Daha sonra avtomobilin Abşeron rayonu ərazisində saxlanılmasını öyrənmiş və Teymurla xx.xx.2025-ci il tarixdə oraya getmişdir, avtomobili götürərək Bakı şəhərinə qayıtmışdır. Həmin avtomobili xx.xx.2025-ci il tarixdə Teymurun tapdığı avtomobil satışı ilə məşğul olan tanımadığı alverçiyə 21700 manata satmışdır. Teymur 21700 manat pulu alıb ona vermişdir. O da əldə etdiyi pulu borcu olduğu şəxslərə həmin gecə aparıb vermiş, lakin Əflana ödəmək üçün 7000 manat pulu yenidən borc tapıb vermək üçün müəyyən şəxslərə müraciət etmiş, amma həmin məbləği tapa bilməmişdir. Əflana rayona getdiyini, qayıdan kimi pulu verəcəyi ilə bağlı yalan vədlər vermiş, bu adla vaxt qazanmağa çalışmış, Lakin 2 gün müddətində müraciət etdiyi şəxslərdən 7000 manat pulu tapıb Əflana verə bilməmişdir. Buna görə də onun barəsində polisə şikayət etmişlər. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq törətdiyi əməldən peşman olduğunu, cinayət əməli nəticəsində dəymiş zərəri tam ödəyərək, zərərçəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ərizə ünvanlayaraq, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini, bu səbəbdən təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirməklə həmçinin məhkəmə iclasının onun iştirak olmadan keçirilməsini xahiş etmişdir. Belə ki, məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iş üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 2024-cü ilin may ayında satış məqsədilə KİA Carnival markalı ** KQ *** dövlət qeydiyyat nişanlı avtomobili almış və Turbo.az saytına 35000 manata satışa yerləşdirmişdir. Eyni zamanda həmin avtomobili idarə etməsi üçün qardaşı Əflana etibarnamə də vermişdir. Həmin avtomobilə müştəri düşmədiyinə görə özü idarə etmişdir. 03 Fevral 2025-ci il tarixdə qardaşı Əflan ona zəng edərək həmin avtomobilə müştəri tapdığını və ilkin ödəniş kimi 7000 manat, 2 aya kimi də hər ay 10000 manat, sonuncu ay isə 9000 manat olmaqla ümumilikdə 36000 manat ödəniləcəyini demiş, o da həmin şəxsin kim olduğunu soruşduqda, Əflan həmin şəxsi onun tanımadığını lakin ortada etibarlı adam olduğunu bildirmiş və ona atacağı şəxsiyyət vəsiqəsinin sahibinə mobil notariat proqrami vasitəsilə baş etibarnamə verməyini demişdir. O, buna etiraz etmək istədikdə Əflan avtomobili alan adamın güvənilir olduğunu bildirmişdir. Az sonra Əflan ona Şahid3 şəxsiyyət vəsiqəsini vhatsappla göndərmiş, o da xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Xətai rayonu Babək prospektində olduğu zaman mobil notariat tətbiq proqramı ilə həmin şəxsə, yəni Şahid3 adına KİA Karnival markalı ** KQ *** dövlət qeydiyyat nişanlı avtomobilə görə baş etibarnamə vermişdir. Həmin zaman avtomobil Abşeron rayonu Saray qəsəbəsində saxlanılmışdır. İsmayıl həmin gün Abşeron rayonu Saray qəsəbəsinə gedərək avtomobili saxladığı yerdən götürmüş və qardaşı Əflana xx.xx.2025-ci il tarixdə ilkin ödəniş kimi 7000 manat pul verəcəyinə dair söz vermişdir. O, həmin günü səhərisi 7000 manat pulu ona çatmasını gözləmiş, lakin bu baş tutmamışdır. O, verilən sözün tutulmadığımı görüb mobil notariat proqramına girərərək etibarnaməni ləğv etdirmək istəmiş, amma artıq avtomobilin sistemdə olmadığını, yəni avtomobil başqa şəxsə satıldığını görmüşdür. Belə olduğunu gördükdə bu barədə qardaşı Əflanla əlaqə saxlayıb ona demiş, Əflan həmin şəxslərlə əlaqə saxladıqda həmin şəxslər xx.xx.2025-ci il tarixdə 7000 manat pulun ona catacağına dair söz vermişdir. O, həmin müddəti də gözləsə də, pul verən olmamışdır. Bundan sonra Nəsimi RPİ-nin 19-cu PŞ-yə gedərək şikayət etmiş və orada, X2 onun avtomobilini almaq üçün qardaşı Əflanla razılaşmış, avtomobili şəriki olan Şahid3 adına etibarnamə almaqla 21500 manata başqa adama satmasını, vəd etdiyi pul vermədən həmin məbləği şəxsi istifadəsinə xərcləməsini öyrənmişdir. O, adı çəkilən şəxsləri əvvəlcədən tanımamış, amma onları 19-cu PŞ-də araşdırma aparıldığı zaman orada görmüş, onlarla heç bir ünsiyyəti və sövdələşməsi olmamışdır. İsmayıl sonradan onunla notariat qaydada borc müqaviləsi bağlamağı və hər ay müdəmadi olaraq pulu hissə-hissə verməsini təklif etmişdir. O, buna da razılıq versədə bu işdə sonradan alınmamışdır. Məhkəmə iclasında şahid qismində dəvət olunaraq dindirilmiş Şahid3 istintaqda verdiyi ifadəni təsdiq edərək göstərdi ki, Təqsirləndirilən şəxs ilə dostluq əlaqələri vardır. Dostu olaraq, bilirmiş ki İsmayılın bir neçə şəxsə borcu var. Təxminən 2025-ci ilin fevral ayının əvvəllərində İsmayıl ona bildirmişdir ki, Nicatın tanışından kredit yolu ilə “Kia Carnival” markalı avtomobil alıb satacaq ilkin ödəniş olaraq 7000 manat verəcək qalanına borclarını bağlayacaq, maşın sahibnində pulunu ayba-ay hissə-hissə ödəyəcək. 03 fevral 2025-ci il tarixdə İsmayıl ondan xahiş etmişdir ki, onun banka borcu olduğuna görə əmlaka həbs qoyula bilər, həmin aldığı maşını onun adına sənədləşdirsin, o da etiraz etməmişdir. Elə həmin gün İsmayılla birlikdə Saray qəsəbəsindən avtomobili götürmüş və avtomobilə onun adına etibarnamə verilmişdir. Həmin gün axşam “Kia Carnival” markalı avtomobili 21000 manata Zaur adlı şəxsə satmışlar. Pulun hamısını İsmayıl götürmüşdür. Bundan sonra baş verənlər barədə məlumatı yoxdur, sonradan eşitmişdir ki, İsmayıl maşın sahibinin pulunu verməmiş və buna görə İsmayıl həbs olunmuşdur. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən iş üzrə Şahid1 məhkəməyə ərizə ünvanlayaraq, istintaqda verdiyi ifadəni təsdiq etdiyini və məhkəmə iclaslarında iştirak edə bilməyəcəyinin nəzərə alınmasını xahiş etmişdir. Belə ki, məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən Şahid1 iş üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, qardaşı Faiq 2024-cü ilin may ayında KİA Carnival markalı ** KQ *** dövlət qeydiyyat nişanlı avtomobili almış və satmaq istəmişdir. Müştəri tapa bilmədiyi üçün avtomobil satılmır, buna görədə o, xx.xx.2025-ci il tarixdə həmin avtomobili vhatsapp qrupunda paylaşmışdır. Az sonra 7-8 ildir ki, tanıdığı və əvvəllər iş yoldaşı olduğu Təqsirləndirilən şəxs ona zəng etmiş və paylaşdığı avtomobillə maraqlanmağa başlamışdır. O, avtomobilin 35000 manata satıldığını dedikdə İsmayıl həmin avtomobili almaq istədiyini, lakin ilkin olaraq 7000 manat, 2 ay müddətində 10000 manat, sonuncu ay isə 9000 manat olmaqla ümumilikdə mənə 36000 manat pul ödəyə biləcəyini demişdir. O, Faiqə zəng edərək İsmayılın avtomobilini almaq istədiyini və ödənişlə bağlı şərtləri izah etmiş, Faiq də razılaşmış, ancaq pulun tam ödənilənədək İsmayıla avtomobili sürmək üçün etibarnamə verəcəyini demişdir. O də İsmayıla zəng edərək qardaşının ödəmə ilə bağlı şərtilə razı olduğunu, lakin etibarnaməni sadəcə sürmək üçün verəcəyini demiş. İsmayıl isə lacağı avtomobili RENT-A-Car kimi istifadə edəcəyinə görə baş etibarnamə lazım olduğunu demiş və pulu ona vaxtında çatdıracağı barəsində söz verərək narahat olmamasını bildirmişdir. O, daha sonra İsmayıl ilə ortaq dostu Şahid2 zəng etmiş və İsmayılın ondan avtomobil almaq istəməsini, pulu vermədən baş etibarnamə istədiyini demiş, Nicat da İsmayıl güvənilir adam olduğunu və onu aldatmayacağını bildirmişdir. Bundan sonra o bir daha İsmayılla danışmış, İsmayıl yenə də and içərək baş etibarnamə verdikdən sonra həmin günün axşamı 7000 manat pulu verəcəyəni demişdir. O, xx.xx.2025ci il tarixdə saat 15-16 radələri razılıq verdikdə İsmayıl əvvəllər tanımadığı Şahid3 şəxsiyyət vəsiqəsini vhatsappla ona göndərmiş, o da həmin vəsiqəni qardaşı Faiqə göndərmişdir. Faiqlə danışmış və İsmayılın onları aldatmayacağını, avtomobilə görə Teymura baş etibarnamə verdikdən sonra həmin günün axşamı İsmayıl 7000 manat pulu verəcəyini, dostu Nicatında bunu təsdiqlədiyini demişdir. Faiq də razılaşaraq mobil telefonunda olan notariat tətbiq proqramı ilə Teymurun adına KİA Carnival markalı ** KQ *** dövlət qeydiyyat nişanlı avtomobilə görə baş etibarnamə vermişdir. O, Faiqin satdığı avtomobil Abşeron rayonu Saray qəsəbəsində olması barədə İsmayıla məlumat vermiş, 1-2 saat sonra İsmayıl zəng edərək avtomobili Saray qəsəbəsindən götürüb, yuduzdurmağa getdiyini, axşam pulu çatdıracağını demişdir. Axşam olduqda İsmayıl zəng edərək təcili rayona çıxdığını, səhər rayondan qayıdan kimi pulu çatdıracağını demişdir. O, yenə də İsmayıla inanaraq gözləməyə başlamış və başqa söz deməmişdir. Səhərisi gün İsmayılla danışdıqda, hələ rayondan çıxmadığını, Bakı şəhərinə gələn kimi pulu vərəcəyini demişdir. xx.xx.2025-ci il tarixdə də İsmayıl hələdə pulu çatdırmadığını gördükdə xx.xx.2025-ci il tarixdə qardaşı Faiqə etibarnaməni ləğv etməsini demişdir. Az sonra Faiq, mobil notariat proqramına daxil olsa da satılan avtomobili proqramda görə bilməməsini, İsmayıl avtomobili satdığını bildirmişdir. Həmin gün o, Nicata zəng edərək İsmayılı tapıb görüşə çağırmasını istəmiş, Nicatın vasitəsilə İsmayıl görüşə gəlmiş və avtomobili xx.xx.2025-ci il tarixdə 21500 manata satıb və pulu borcuna sərf etdiyini demişdir. İsmayıl ondan pulu qaytarmaq üçün vaxt istəsə də onun tərəfindən aldandığını həzm edə bilməyib qardaşı Faiq onun barəsində Nəsimi RPİ-nin 19-cu PŞ-yə şikayət vermişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən iş üzrə Şahid2 məhkəməyə ərizə ünvanlayaraq, istintaqda verdiyi ifadəni təsdiq etdiyini və məhkəmə iclaslarında iştirak edə bilməyəcəyinin nəzərə alınmasını xahiş etmişdir. Belə ki, məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən Şahid2 iş üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Şahid1 ilə birlikdə əvvəllər avtomobil ehtiyyat hissələrinin satıldığı “Şassi” mağazasında işləmişdir. 8-9 ildir ki, bir-birlərini tanıyır və yaxın münasibətləri olmuşdur. Hətta İsmayıl dəfələrlə ondan borca pul alıb qaytarmışdır. 2024-cü ilin sentyabr ayından isə İsmayıl avtomobil satışı ilə məşğul olaraq ondan aldığı pulu qaytardıqda ona müəyyən məbləğdə pul verirmiş. xx.xx.2025-ci il tarixdə İsmayıl ona zəng edərək Əflanın qardaşının “Kia Carnaval” markalı avtomobil satdığını, həmin avtomobili ilkin 7.000 manat ödəyərək 3 aylıq kreditə almaq istədiyini, lakin Əflanla bu barədə danışdıqda razılıq vermədiyini bildirmişdir. İsmayıl bu barədə Əflanla danışmağını və avtomobili yuxarıdakı şərtlərlə etibarnamə əsasında ondan almağına köməklik göstərməyini xahiş etmişdir. Hər ikisi də onun dostları olduğu üçün yaxşı bir iş görmək naminə Əflana zəng etmiş və qardaşının avtomobilini ilkin ödənişlə İsmayıla satmasını xahiş etmişdir. Əflan razılıq vermiş, ancaq İsmayıla sadəcə avtomobili sürmək üçün etibarnamə verəcəyini demişdir. O, bu barədə İsmayıla dedikdə, İsmayıl da həmin avtomobili gündəlik icarəyə verə bilməsi üçün baş etibarnamə lazım olmasını bildirmişdir. O da yenidən Əflana zəng edərərək İsmayılın hər ikisinin dostu olduğunu və heç vaxt aldatmayacağını, pulu da vaxtı-vaxtında verəcəyinə dair ona and içdiyini, bu baxımdan istəyirsə baş etibarnamə verməsini demiş, amma heç bir zaman Əflana, İsmayilə görə zamin durmamışdır. Əflan da ona İsmayılın onu aldatmayacağını düşündüyünü və qardaşına bu barədə bildirəcəyini demişdir. Həmin gün o, Əflanın qardaşı Faiq avtomobilinə dair İsmayıla baş etibarnamə verdiyini eşitdikdə, İsmayıla zəng edərərk etibarını qırmamasını, sözünü tutmasını, vaxtı-vaxtında ödənişi etməsini, onu Əflanın yanında pis vəziyyətə salmamasını demişdir, bunun qarşılığında İsmayılda ona belə bir hal baş verə bilməyəcəyi barəsində söz vermişdir. xx.xx.2025-ci il tarixdə o, İsmayıl dostu və şəriki olan Teymur adlı şəxslə Əflanın qardaşından alınan avtomobili dəyərindən aşağı, yəni 21.000 manata satıb, lakin vəd etdiyi 7.000 manat pulu Əflana ilkin ödəniş kimi vermədiyini öyrənmiş, bu zaman dərhal İsmayıla zəng edərək Əflanın 7.000 manat pulunu təcili ödəməsini istəmişdir. İsmayıl, həmin pulla borclarını bağladığını və qısa zamanda Əflanın pulunu qaytaracağına dair ona söz vermişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən iş üzrə Şahid4 məhkəməyə teleqram ünvanlayaraq, istintaqda verdiyi ifadəni təsdiq etdiyini və məhkəmə iclaslarında iştirak edə bilməyəcəyinin nəzərə alınmasını xahiş etmişdir. Belə ki, məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən Şahid4 iş üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Şahid1 2016-cı ildən tanıyır və birlikdə avtomobil ehtiyat hissəslərinin satışı ilə məşğul olmuş və səmimi münasibətləri vardır. 2025-ci ilin yanvar ayının əvvəllərindən Əflanın özünə məxsus KİA Karnival markalı ** KQ *** dövlət qeydiyyat nişanlı avtomobili satdığını bilmişdir. O da, həmin avtomobili satmaq üçün sosial şəbəkə platforması üzərindən elan yerləşdirməklə paylaşımışdır. Həmçinin Əflanla aralarında çox yaxın münasibət olduğu üçün həmin avtomobili özünə lazım olduqda götürüb idarə edirdi. Həmin ərəfədə Əflan sözügedən avtomobili müəəyyən müddət yaşadığı evin həyətində saxlamasını, çünki avtomobili küçədə saxlamaq istəmədiyini demişdir. Saxlamaq üçün yer olmadığından Əflanın xahişini yerə salmamış və KİA Karnival markalı ** KQ *** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı Abşeron rayonu Saray qəsəbəsi A.Aslanov küçəsi ev 18-in həyətində saxlamışdır. xx.xx.2025-ci il tarixdə Əflan ona zəng edərək həmin avtomobili İsmayıl adlı şəxsə verməsini demiş. Az sonra İsmayıl onun mobil telefonuna zəng etdikdə avtomobili saxladığı yerin konumunu vhatsappla ona göndərmiş. Bir qədər sonra İsmayıl yaşadığı evə gəlmiş, avtomobili və açarlarını ona təhvil vermiş, İsmayıl da avtomobili sürüb getmişdir. Bir müddət sonra İsmayılın, Əflana avtomobilin pulunu ümumiyyətlə ödəmədiyini və avtomobili sataraq ona ziyan yetirdiyini öyrənmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 02 aprel 2025-ci il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır;
2. “Cinayət törətməkdə olan şübhəli şəxsin tutulması” barədə 24 aprel 2025-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs həmin tarixdə, saat 19:30-da şübhəli şəxs qismində tutulmuşdur;
3. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında 24 aprel 2025-ci il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir;
4. “Zərərçəkmiş şəxs qismində tanınmaq” haqqında 25 aprel 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır;
5. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 26 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur;
6. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 26 aprel 2025-ci il tarixli, 4(006)- 266/2025 saylı qərarı ilə həbs etmənin əvvəli 24 aprel 2025-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir;
7. Abşeron rayon Məhkəməsinin 12 iyul 2025-ci il tarixli, 4(012)-371/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir;
8. “Sübutların qiymətləndirilməsi” haqqında 15 yul 2025-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs 26 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham qüvvədə saxlanılmış, təqsirləndirilən şəxsin ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, üzləşdirmə protokolları işin faktiki hallarına uyğun olduğu üçün sübut növündə qiymətləndirilmişdir;
9. “Cinayət işi üzrə icraatın dayandırılması” haqqında 17 iyul 2025-ci il tarixli qərara əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə olan ********* №-li cinayət işi üzrə icraat dayandırılmışdır;
10. “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi” haqqında 28 iyul 2025-ci il tarixli qərara əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə olan ********* №-li cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir;
11. “Təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinin seçilməsi” haqqında 28 iyul 2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir;
12. Zərərçəkmiş şəxs tərəfindən ünvanlanmış ərizəyə əsasən Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini, bu səbəbdən təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirmişdir.
Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluğun təkrarən törədilməsi (Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi) məsələsi Cinayət Məcəlləsinin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir (35-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs ittiham olunduğu maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə dəymiş ziyanı ödəyərək, barışıq əldə etməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi yuxarıda qeyd olunan Plenumunun Qərarında məhkəmələrin nəzərinə çatdırılır ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Məhkəmə cinayət qanunvericliyinin təlbələrini, Ali Məhkəmənin Plenumunun tövsiyyələrini, habelə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək, barışıq əldə etməsini əməlində cəzanı yüngülləşdirən hallar olaraq qiymətləndirərək, həmçinin ağırlaşdırıcı halların müəyyən edilməməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipi ilə şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növü ilə onun islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri Probasiya İdarəsinə məlumat vermədən Bakı şəhəri hüdudlarından kənara çıxmamaq, saat 21:00dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 2ını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4.8-ci bəndində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 24 aprel 2025-ci il tarixdən 12 iyul 2025-ci il tarixədək həbsdə və 12 iyul 2025-ci il tarixdən 24 iyul 2025-ci il tarixədək ev dustaqlığında olduğu müddət, yəni 03 (üç) ay müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 220 (iki yüz iyirmi) manat məbləğində vəsait müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaitinin hesabından Abşeron rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 24 aprel 2025-ci il tarixdən 12 iyul 2025-ci il tarixədək həbsdə və 12 iyul 2025-ci il tarixdən 24 iyul 2025-ci il tarixədək ev dustaqlığında olduğu müddət, yəni 03 (üç) ay müddət həbsdə saxlama müddətinin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ümumilikdə 06 (altı) ay müddət hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri Probasiya İdarəsinə məlumat vermədən Bakı şəhərinin hüdudlarından kənara çıxmamaq, saat 21:00-dan növbəti gün, saat 07:00dək yaşadığı ünvan 2ını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin və cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən Abusət Qasımov