Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-105/2020 12.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi2 və Müdafiəçi3 iştirakı ilə xx.xx.1968-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, əvvəllər məhkum olunmamış, evli, “xxxxxxxxxxxxxxx” MMC-nin Abşeron rayonun, Masazır kəndində inşa etdiyi “xxxxxxxxx” yaşayış kompleksində komendant vəzifəsində işləyən, Samux rayonunun Sərkar kəndində qeydiyyatda olan, Abşeron rayonu, Masazır kəndi, “Yeni ünvan 1 ünvanında yaşayan, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxx 2019-cu il tarixdə saat 17 radələrində mobil telefon vasitəsi ilə Zərərçəkmiş şəxs1 ilə mübahisə edərək bir-birinin ünvanına təhqiramız ifadələr işlətdikdən sonra müvəqqəti idarə etdiyi “Nissan Tida” markalı “**-KO-***” dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində yerləşən hərəkətin intensiv olduğu və obyektlərin çoxluq təşkil etdiyi “Günəş əmlak” alqı-satqı ofisinin qarşısına gələrək orada çoxsaylı şəxslərin gözləri qarşısında heç bir əsaslı səbəb olmadan onunla mübahisə edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşaiyət olunan qərəzli xuliqanlıq hərəkətləri edərək öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoymaqla, ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə ucadan sonuncunun ünvanına küçə söyüşləri söyərək ətrafdakıların qanuni mənafelərinə toxunan hərəkətlərə yol verməklə onun əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən hərəkətlər etməklə idarə etdiyi avtomobildə gəzdirdiyi Samux rayon polis şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli N-42 saylı şəhadətnamə ilə gəzdirdiyi özünə məxsus patronu qırma ilə doldurulmuş zavod üsulu ilə istehsal edilmiş, 12 kalibrli, “Vinçester” tipli, “Churchill MAGNUM” modelli “3544449” nömrəli daxili çaxmaqlı, pompalı təklüləli atəş açmaq üçün yararlı yivsiz odlu ov tüfəngini götürərək, Zərərçəkmiş şəxs1 ofisdən çölə çıxması üçün səsləmiş, Zərərçəkmiş şəxs1 ofisdən çölə çıxaraq, avtomobilində olan kustar üsulla hazırlanmış, beysbol idman oyununda istifadə olunan toxmaqlara “uyğun gələn və soyuq silah hesab edilməyən beysbol çubuğunu götürüb ona yaxışlaşdıqda, atəş açmaq imkanı olmasına baxmayaraq, Zərərçəkmiş şəxs1 atəş açmamış, yalnız bir müddət sonra ətrafda olan şəxslər silahı ondan almağa çalışarkən silahdan yerin torpaq səthi istiqamətinə bir dəfə atəş açmış, atəş nəticəsində torpağa dəyib səpələnən qırmalar Zərərçəkmiş şəxs1, habelə orada olan Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 bədəninə girməsi nəticəsində Zərərçəkmiş şəxs1 boyun nahiyəsinin aşağı 1/3-nin ön səthinin bir ədəd, döş qəfəsinin ön səthinin, orta xəttdən 4 sm solda bir ədəd, döş qəfəsinin ön səthinin, orta xəttdən 3 sm sağda bir ədəd və sol diz oynağı nahiyəsinin ön səthinin bir ədəd dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri, Zərərçəkmiş şəxs3 döş qəfəsinin ön səthinin sol yarısında körpücük ortası xətt üzrə 2-3-cü qabırğalararası sahənin bir ədəd, döş qəfəsinin ön səthinin sağ yarısında körpücük ortası xətt üzrə 5-6-cı qabırğalararası sahənin bir ədəd, həmin zədədən 6sm aşağıda bir ədəd, həmin zədədən 4 sm aşağıda bir ədəd, həmin zədədən 4 sm aşağıda bir ədəd, həmin zədədən 10 sm aşağıda, qarın nahiyəsinin sağ yarısının bir ədəd, həmin zədədən 8 sm sağda bir ədəd, sol bazu nahiyəsinin aşağı 1/3-nin bir ədəd, sağ said nahiyəsinin orta 1/3-nin bir ədəd, sağ əlin arxa səthinin bir ədəd, sol əlin arxa səthinin bir ədəd, sol bud nahiyəsinin orta 1/3-nin bir ədəd, sol bud nahiyəsinin yuxarı 1/3nin bir ədəd, sol bud nahiyəsinin aşağı 1/3-nin bir ədəd, sol baldır nahiyəsinin yuxarı 1/3nin bir ədəd dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri, Zərərçəkmiş şəxs2 isə sağ baldırın yuxarı 1/3-nin dörd ədəd, sağ ayağın üst səthinin bir ədəd, sağ ayağın 1-ci barmağının bir ədəd odlu silah yaralarından ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yertirmiş, onun bu qərəzli xuliqanlıq hərəkətləri 10-15 dəqiqə davam etməklə ətrafda olan obyektlərin normal iş fəaliyyəti və hadisə yerinə toplanmış xeyli sayda şəxslərin rahatlığı və dincliyi pozulmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, xx xxxxxx 1968-cı ildə Samux rayonunda anadan olmuş, Samux rayonunun Sərkar kəndində qeydiyyatda olsa da, Abşeron rayonu, Masazır kəndi, “xxxxxxxxx” yaşayış kompleksi, Bina A, mənzil 44-də yaşayır. 2016-cı ildən “xxxxxxxxx” yaşayış kompleksində komendant işləyir. xx.xx.2019-cu il tarixdə etibarnamə əsasında idarə etdiyi “Nissan Tiida” markalı “**- KO-***” dövlət qeydiyyat nişanlı avtomobili ilə kiçik qardaşı Rafiqin qaynının qohumunun Sumqayıt şəhərində yerləşən “Möhtəşəm” sarayda keçiriləcək oğlan toyuna getməli olmuşdur. Saat təqribən 16-radələrində “xxxxxxxxx” yaşayış kompleksindən yenicə çıxdıqda, istifadə etdiyi mobil telefonuna tanımadığı nömrədən zəng gəlmiş və zəng edən şəxs ona “sən xxxxxxxxxda komendantsan yoxsa nəsən” deyərək, arxasınca nalayiq söyüşlər söymüşdür. Daha sonra ona demişdir ki, “sən yerindəsənmi mən ora gəlirəm” və yenə də nalayiq söyüşlər söymüşdür. Artıq yolda olduğuna görə həmin şəxsə demişdir ki, “kimsən, nəçisən, nə istəyirsən”. Daha sonra həmin şəxsin kim olduğunu soruşduqda həmin şəxs cavab olaraq “Qəbələ” restoranının yanında ofisdə oturmuşam” demişdir. Həmin şəxsin kim olduğunu, hansı səbəbdən ona bu sözləri dediyini anlamamışdır. Yolüstü gözü təsadüfən “Qəbələ” restoranına sataşmış və yanında ev alqı-satqı ofisi olduğunu görüb avtomaşını saxlamış, qapılarını bağlayıb siqnalizasiyasını vurmuşdur. Həmin ofisə girdikdə orada bir nəfər cavan oğlan olmuşdur. Həmin şəxsə “xxxxxxxxxnın komendantı mənəm” deyib telefonuna zəng olunan nömrəni göstərib “bu nömrədən zəng edib məni təhqir ediblər, həmin şəxs kimdir” soruşmuşdur. Bu cümləni işlətdikdən sonra arxa otaqdan onun olduğu yer istiqamətinə 4 ya 5 nəfər cavan oğlan çıxmışlar. Həmin şəxslərdən yalnız birini - Səbuhini tanımışdır. Həmin şəxslərin çox olduqlarını və onun üstünə gəldiklərini görüb biraz geri çəkilmiş və arxa-arxaya gedərək ofisin qapısından həyətə çıxmışdır. Həmin şəxslərin çox olduğunu görüb avtomobilin sürücü əyləşən hissəsinə gəlmişdir. Həmin şəxslər ona artıq xəsarət yetirməyə başlamışdır. Bu zaman yolda onunla “xxxxxxxxx” MTK-da işləyən iki nəfər Elçin və Təbriz adlı işçilər nəqliyyat vasitəsini yolun kənarında görüb təsadüfən məsələyə qarışmışlar. Həmin şəxslərin çox olduqlarını görüb avtomobilinin qabaq oturacağının arasına qoyduğu “Vinçester” markalı silahı ilə qorxutmaq məqsədi ilə yerə atəş açmışdır. Silahdan atəş açmaqda məqsədi tanımadığı həmin şəxsləri qorxutmaq və özünü müdafiə etmək olmuşdur. Buna görə də, həmin silahla yerə atəş açmışdır. Atəş səsi gələn kimi hərə bir tərəfə dağılmışdır. Bundan sonra maşını hərəkətə gətirərək əvvəl toya getməyi planlaşdırmışdır, lakin sonra vəziyyətini görüb o halda toya gedə bilməyəciyini bilib evə qayıtmışdır. Evdə təxmini olaraq 40 dəqiqə sonra həmin şəxslərin ona qarşı planlaşdırdığı cinayətkar əməlləri barədə Abşeron rayon Prokurorluğuna gəlib məlumat vermişdir. “Vinçester” markalı silahla yalnız bir dəfə atəş açmış, həmin vaxt silahın dolu vəziyyətdə hazır olduğunu da bilməmişdir. Atəşi üstünə hücum çəkən 4-5 nəfər şəxsi qorxutmaq üçün yerə tuşlayıb atmışdır. “Qəbələ” restoranının yanında ofisdə olan şəxsləri birinci dəfə görmüşdür. Həmin şəxslərdən yalnız Səbuhini həmin gün bir neçə saat əvvəl ofisində görmüşdür. Həmin şəxslərin kim olduqlarını və hansı səbəbdən ona qarşı aqressiv olduqlarını, ünvanına nalayiq ifadələr işlətdiyini bilmir. Onun heç kəsi təhlükədə qoymaq kimi bir məqsədi olmamışdır. Atəş açmaqda məqsəd onları qorxudub özündən aralamaq olmuşdur. Onun konkret hər hansı bir şəxsin hədəfində olması mümkün olmamış, ona zəng edib təhqir edən şəxsin kim olduğunu bilməmişdir. Onun kiminsə sağlamlığına xəsarət yetirmək kimi bir niyyəti mümkünsüz olmuşdur. Hadisə vaxtı özünə məxsus olan odlu silahdan birinci dəfə atəş açmışdır. Silah həmişə olduğu kimi nəqliyyat vasitəsində olmuş, hadisədən sonra da avtomobilinə qoymuş və prokurorluğa gələrkən gətirib təhvil vermişdir. Sonradan zərəçəkmiş şəxslərlə barışmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2011-ci il tarixdən daşınmaz əmlakın alqı-satqısını həyata keçirir. Bacanağı Şahid1lə birlikdə 2016-cı il tarixdən Abşeron rayon, Masazır kəndi, Ə.Vahid küçəsində yerləşən Qəbələ restoranının altında yerləşən ofisi icarəyə götürərək orada evlərin alqı-satqısını həyata keçirirlər. Təqsirləndirilən şəxs Abşeron rayonunda işlədiyi müddətdən tanıyır. Belə ki, Təqsirləndirilən şəxs xxxxxxxxx MTK-nın komendantı vəzifəsində işləyir, o cümlədən Təqsirləndirilən şəxs xxxxxxxxx MTK-da yerləşən mənzillərin alqı-satqısı üçün vasitəçilik edərək təmizlik arayışları verir. Buna görə də onlar müştəriyə Ehtiramın işlədiyi MTK-da ev satdıqda vasitəçi qismində Təqsirləndirilən şəxsla danışıb ondan təmizlik arayışı alırlar. Təqsirləndirilən şəxs tanıdığı müddətdən, qəddar, insanların haqqını tapdalayan insan olmuşdur. Hətta xxxxxxxxx MTK-da yaşadığı müddətdə Təqsirləndirilən şəxs xırda kommunal borcların yaranmasına görə problem yaratdığından, daha da dərinləşməməsi üçün həmin binadan hazırda yaşadığı mənzilə köçmüşdür. Hadisənin baş verdiyi tarixdən 2 gün öncə yəni xx xxxxx 2019-cu il tarixdə Hikmət adlı müştəri bacanağı Səbuhiyə müraciət edərək xxxxxxxxx MTK-da yerləşən evini 28500 manat qarşılığında satmaq istədiyini bildirmiş, Səbuhi də internet informasiya ehtiyatına həmin evin satılması ilə bağlı elan qoymuşdur. Sonra Təqsirləndirilən şəxs işçisi əvvəllər tanıdığı Elçin adlı şəxs Səbuhiyə zəng edib qohumuna ev lazım olduğunu və həmin evə baxılması gərəkdiyindən evin açarlarının təhvil verilməsini xahiş etmişdir. Bundan sonra Səbuhi evin açarlarını Elçinə vermiş, Elçin də Səbuhidən ev sahibi Hikmətin çağırılmasını və qarşılıqlı danışılmasını xahiş etmişdir. Səhəri gün Hikmət, Səbuhi ilə onun işlədiyi ofisə gəlib oradan Səbuhini avtomobili ilə götürərək xxxxxxxxx MTK-ya gəlmişlər. Bu zaman Elçin sənədlərin tamlığının yoxlanmasından ötrü xxxxxxxxx MTK-nın komendantlığına gedilməli olduğunu bildirdikdə Səbuhi Elçinə ora nə səbəbə getməsini soruşmuş, Elçin isə sənədlərə baxılmalı olduğunu demişdir. Daha sonra Səbuhi çöldə gözləmiş, Elçinlə Hikmət isə komendantlığa getmişdir. Elçinlə Hikmətin uzun vaxt keçdikdən sonra gəlməyəcəyini görən Səbuhi komendantlığa daxil olmuşdur. Həmin vaxt Səbuhi ilə Ehtiram arasında mübahisə yaranmış və Ehtiram Səbuhini komendantlıqdan qovmuşdur. Səbuhi oradan onun istifadəsində olan “*** *** ** **” saylı mobil nömrəsinə zəng edərək titrək səs tonu ilə ona “Ehtiram bizə torba tikib evi başqa adama satır, məni də evin mülkiyyətçisi Hikməti onlarla tanış etdikdən sonra komendantlıqdan qovaraq çölə çıxartdı” demişdir. Bundan sonra Səbuhi işlədikləri ofisə gələrək hadisənin təfərrüatlarını ona izah etmiş, Təqsirləndirilən şəxs hazırda unutduğu telefon nömrəsinə zəng edərək “ayə moşennik bu nə torbadır bizə tikirsən, mənəm Zaurdu” dedikdə Ehtiram ona “Zaur kimdir, nə torbası” deyə soruşmuşdur. Ehtirama “təmizlik arayışına görə sənə hər dəfə 130 manat verən oğlandır, guya tanımırsan, nə tez unutdun, Səbuhini niyə qovmusan” demişdir. Telefonda onu təhqir etdikdə qarşılıqlı bir-birlərini söyməyə başlamışlar. Belə olan halda Ehtiram ona iş yerinə gəlməyi təklif etsə də, imtina etmişdir. Telefonla danışan zaman ondan harada olduğunu soruşduqda, iş yerində olduğunu bildirmişdir. Lakin Ehtiramı heç yerə çağırmağa təşəbbüs göstərməmişdir. xx xxxxx 2019-cu il tarixdə saat təxminən 16:30 radələrində işlədiyi Abşeron rayon, Masazır kəndi, Ə.Vahid küçəsində yerləşən Qəbələ restoranının altında yerləşən ofisin içəri otağında namaz qılarkən bir nəfər şəxsin səs-küylə içəriyə daxil olduğunu eşitmişdir. Həmin vaxt ofisdə köməkçisi Kübra, bacanağı Səbuhi, müştəri qismində oraya gələn Kamran və Məmməd olmuşdur. Bir müddət sonra ev-alqı satqısı ilə məşğul olan həmkarı Samir gəlmişdir. Namazı bitirib içəri otaqdan iş otağına keçdikdə Ehtiramın əliyalın şəkildə onu səsləyərək “gəl maşına, söhbət edək” demişdir. Ehtirama “nə sözün var burada de, heç yerə getmirəm” deyə cavab vermişdir. Təqsirləndirilən şəxs israrlı şəkildə ona “ sənə deyirəm gəl maşına, gedək təklikdə söhbət edək” dedikdə, Ehtirama oturub otaqda söhbət etməyi təklif edib, söhbətlərinin uzun hal alacağı təqdirdə maşına gedəcəyini bildirmişdir. Onunla razılaşmayıb üzü maşına tərəf gedib oradan silah çıxardığını görmüşdür. Ehtiram silahı “Nissan-Tiida” markalı avtomobildən götürüb üstünə gəlmiş, həmin vaxt Səbuhi ilə Samir Ehtiramı sakitləşdirməyə çalışmışlar, özü isə ayaqqabılarını geyinib çölə çıxdıqda videokadrlardan da göründüyü kimi Ehtiram əlində olan “vinçester” markalı silahla üstünə şığımışdır. Ehtiramın onu vuracağını dərk etsə də, dərhal özünə məxsus “Hyundai Sonata” markalı avtomobilin yük hissəsindən “beysbol çubuğu”nu götürüb Ehtiramın üzərinə getmişdir. Ehtirama tərəf gedən zaman Ehtiram silahın lüləsini torpağa tuşlayaraq atəş açmışdır. Atəş səsindən sonra silahdan çıxan qırmalar səpələnmiş və həmin vaxt sinəsindən, dizindən zədələnmişdir. Həmin vəziyyətdə ona qırma dəydiyini hiss etməmiş və Ehtiramın əlindən silahı almaq üçün üzərinə atılmışdır. Bu dövrdə Elçinlə Təbriz hadisə yerinə gələrək onları aralaşdırmağa çalışmışlar. Cümlədən də Səbuhi, Məmməd, Kamran, Samir də onları aralaşdırmağa çalışmışlar. Təqsirləndirilən şəxs 1 dəfə açdığı atəşdən sonra ondan başqa orada müştəri qismində yanına gələn, davanı sakitləşdirməyə çalışan Məmməd və Kamran da ehtiyatsızlıqdan xəsarət almışdır. Təqsirləndirilən şəxs niyyəti onu qorxutmaq olmuşdur. Təqsirləndirilən şəxsla dava səngiyəndən sonra Təbriz silahı götürüb aparmış, sonra da Ehtiram avtomobilinə əyləşərək çıxıb getmişdir. Təqsirləndirilən şəxs bir dəfə atəş açmış, aralarında olan məsafə təxminən 2 metr olmuşdur. Təqsirləndirilən şəxs silahın lüləsini yerə tuşlamışdır. Ehtiramın insafsız insan olduğunu bildiyi üçün uzaq qalmağa çalışmış, iş münasibətləri çərçivəsində bir-birlərini tanımışlar. Bundan əvvəl aralarında hər hansı mübahisə olmamışdır. Yalnız Ehtiramın əlindəki odlu silahı atması üçün özünü qorumaq məqsədi ilə beysbol çubuğunu götürmüşdür. Sonra da onunla Ehtiramın arasında qısa müddətli əlbəyaxa münaqişə yaşanmışdır. Münaqişənin daha da genişlənməməsi üçün orada olan şəxslər onları aralamışlar. Ehtiramın təşəbbüsü ilə başlanan davada Ehtiram və ondan başqa kimsə iştirak etməmişdir. Dava yalnız ikisinin arasında baş vermişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, özünə ev almaq məqsədilə Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən, "Günəş- əmlak" alqı-satqı ofisinə müraciət etmişdir. xx.xx.2019-cu il tarixdə saat 16 radələrində dostu Zərərçəkmiş şəxs2la birlikdə ofisi işlədən Zərərçəkmiş şəxs1lə ev elanlarına baxmışlar. Zaur adlı şəxsi əvvəldən tanımışdır. Belə ki, Zaurla bir dəfə də alveri olmuşdur. Ofisdə həmin vaxtı onlardan başqa Zaur, bir tanımadığı qız, Səbuhi və Samir adlı oğlan işçiləri olmuşdur. Söhbət əsnasında ofisin qapısını təqribi olaraq 50 yaşlarında kostyumlu bir kişi açaraq qışqıra-qışqıra “Mənimlə telefonda danışan kim idi?” demiş və dalınca Səbuhinin yaxasından tutaraq çölə dartmışdır. Zaur arxa otaqda namaz qılmış və səs-küy eşidib gələrək həmin şəxsə Səbuhini buraxıb söhbət etməli olduğu şəxsin özü olduğunu demişdir. Həmin şəxs Zaura “Darıxma görərsən” sözünü demiş və çölə çıxaraq maşınına tərəf getmişdir. Onlar hamısı çölə, ofisin qarşısına çıxmışlar. Bu zaman kostyumlu şəxs “Nissan Tiida” markalı “**-KO- ***” dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin qabaq sərnişin qapısının açaraq oradan “Vinçester” tipli silah götürmüş və ofis istiqamətinə gəlmişdir. Həmin vaxt Samir və Səbuhi həmin şəxsə müdaxilə edib silahı əlindən almağa çalışmışlar. Zaur həmin şəxsin əlində silah olduğunu görüb öz avtomaşınından beysbol bitasını götürərək həmin şəxs istiqamətinə getmişdir. Silahlı şəxs öz maşınının yanında olmuş və Zaur onun istiqamətə getdikdə qəfildən atəş açılmışdır. Silahın qırmaları ətrafda olan şəxslərə və ona dəymişdir. Əli silahlı şəxsdən atəş açılan vaxtı təxmini olaraq 2-3 metr məsafədə olmuş, lakin buna baxmayaraq qırmalar bədəninin müxtəlif hissələrinə xəsarət yetirmişdir. Atəşdən sonra Samir və Səbuhi atəş açan şəxsin üzərinə gedərək həmin şəxsi silahla birgə öz nəqliyyat vasitəsinə əyləşdirmişlər. Xəsarət alan şəxsləri və onu tibbi yardı almaq üçün klinik tibbi mərkəzə aparmışlar. Silahla atəş açan şəxsi tanımır və birinci dəfə idi ki, həmin şəxsi görmüşdür. Atəş açan şəxsdən atəş zamanı təxmini olaraq 2-3 metr aralıqda dayanmışdır. Atəşdən əvvəl telefonla Zaurla aralarında mübahisə olmuşdur. Həmin şəxs Zaura görə ofisə gəlmişdir. Lakin atəş açılan zaman aralıda olduğu üçün hansı istiqamətə açıldığını dəqiq görməmiş, lakin, atəşdən dərhal sonra yerdən toz duman qalxmış və yayılan qırmalar bədəninin müxtəlif nahiyyələrinə dəyərək ona xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx xxxxx 2019-cu il tarixdə saat 16 radələrində dostu Zərərçəkmiş şəxs3la birlikdə Abşeron rayonu, Əliağa Vahid küçəsində yerləşən “Günəş əmlak” alqı-satqı ofisinə gedib satışda olan evlərə baxmışlar. Onlar orada olan müddətdə həmin ofisdə işləyən Zaur adlı şəxs telefonda kiminləsə mübahisə etdiyini eşitmiş, bundan sonra Zaur namaz qılmağa getmişdir. X7 gözləyən zaman bir nəfər təxmini olaraq 50-55 yaşlarında kostyumlu kişi içəri daxil olub qışqıra-qışqıra Zaurun kim olduğunu soruşmuş və “Səbuhi, Zaur çıxın çölə gəlin maşına sizə başa salacam” demişdir. Həmin şəxsin arxasınca çölə çıxmış və “Nissan Tiida” markalı, “**-KO-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yaxınlaşıb qabaq sərnişin qapısını açaraq oradan “Vinçester” tipli silahı götürdüyünü və atəşə hazır vəziyyətə gətirdiyini görmüşdür. Samir adlı şəxs bu zaman həmin şəxsi ofisdən aralayaraq sonuncunun maşını tərəfə gətirmiş, bu zaman Zaurun bacanağı Səbuhi də çölə çıxaraq həmin şəxsin yanına yaxınlaşaraq mübahisənin qarşısını almaq istəmişdir. Həmin şəxsin ətrafında Səbuhi, dostu Məmməd və adını bilmədiyi bir iki nəfər olmuşdur. Onlar həmin şəxsi sakitləşdirməyə çalışarkən Zaur özünə məxsus nəqliyyat vasitəsindən beysbol bitasını götürüb həmin şəxsin üzərinə gəlmişdir. Bu zaman yer istiqamətinə atəş açılmış və yerdən toz qalxmışdır. Atəşin yerə açılmasına baxmayaraq özü, dostu Məmməd və Zaur qırmaların səpələnməsi nəticəsində bədənlərinin müxtəlif nahiyyələrindən xəsarətlər almışlar. Atəş açılandan sonra ayağının keyidiyini hiss etmiş və bir kənara keçib oturmuş, bundan sonra başı özünə qarışdığından ətrafda olanları tam görməmişdir. Yalnız atəş açan şəxsin “Nissan Tiida”-ya əyləşib oradan uzaqlaşdığını görmüşdür. Sonra xəsarət alan şəxsləri müayinə olunmaq üçün polis əməkdaşları 1 saylı klinik tibbi mərkəzə aparmışlar. Silahla atəş açan şəxsi tanımır və birinci dəfə idi ki, görmüşdür. Atəş açan şəxsdən atəş zamanı təxmini olaraq 1-2 metr aralıqda dayanmışdır. Silahlı şəxs atəş açan zaman silah yer istiqamətində açılmış, yəni, konkret olaraq kiməsə tuşlanıb açılmamışdır. Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, bacanağı Zərərçəkmiş şəxs1lə birlikdə Abşeron rayonu, Əliağa Vahid küçəsində yerləşən “Günəş əmlak” alqı-satqı ofisində vasitəçi işləyir, yəni həmin ofisə müraciət edən şəxlərin müəyyən pul qarşılığında mənzillərini satmaqda və kirayə verməkdə köməklik göstərir. Təxmini olaraq xx xxxxx 2019-cu il tarixdə Hikmət adlı şəxs onunla telefon vasitəsi ilə əlaqə saxlayıb, Abşeron rayonu, xxxxxxxxx yaşayış kompleksində yerləşən bir otaqlı təmirsiz mənzilini satmaq istədiyini bildirmişdir. Həmin şəxslə səhəri günü görüşüb, evin satılmasında köməklik göstərəcəyini bildirərək, mənzilinin açarını almışdır. Bundan sonra həmin mənzilinin şəkillərini satılması üçün müxtəlif saytlarda elan yerləşdirmişdir. xx xxxxx 2019-cu il tarixdə onun tanışı Elçin adlı şəxs ona zəng edərək “xxxxxxxxx” yaşayış kompleksində işlədiyini və müştəriləri Hikmətə məxsus olan evi qohumu üçün almaq istədiyini bildirmişdir. Həmin gün, yəni xx xxxxx 2019-cu il tarixdə saat 20 radələrində Elçinlə görüşmüş və mənzili təqdim etmişdir. Elçin də mənzili bəyəndiyini bildirmiş və belə olan halda mənzil sahibi ilə behləşməyi təklif etmişdir. Behləşmək üçün hazırda üstündə pulunun olmadığını Elçin ona bildirərək, sabah günorta saatlarında qohumu ilə birlikdə gəlib ev yiyəsi ilə behləşəcəyini ona demişdir. Evin açarını ondan götürmüşdür. Elçinə etibar edib mənzilin açarını vermişdir. Səhəri gün, yəni xx.xx.2019-cu il tarixdə evin sahibi Hikmətlə birgə Abşeron rayonunda yerləşən “xxxxxxxxx” yaşayış kompleksində Elçinlə görüşmüşlər. Elçin onlara sənədlərin qaydasında olub-olmadığını yoxlamaq üçün həmin binada yerləşən komendatlığa getmələrini bizə təklif etmiş və mənzili alan xalası oğlununda komendantın yanında olduğunu bildirmişdir. Elçindən mənzil alıcısının komendantın yanında olduğunu soruşduqda ona “Evin sənədlərini orada komendantdan yoxladır, həmdə birdəfəlik mənzilin təmizlik kağızınıda alsın sizdə keçin içəri evin alıcısı ilə söhbət edib behləşin” demişdir. Bundan sonra ev sahibi Hikmət komendantlığa keçmiş, özü isə içəri keçməmişdir, həyətdə gözləmişdir. Təxmini olaraq 10 dəqiqə sonra evin sahibi Hikmət çölə çıxaraq ona demişdir ki, “Sənə buranın komendantı torba tikib, səndən açarı almaqdan ötrü və mənzili Hacı Qasım adlı şəxsə daha baha qiymətə satmaq üçün səndən istifadə edərək məni öz iş yerinə gətizdirib, sənin alıcın yoxdursa mən onlarla behləşirəm”. Bu sözləri eşidən kimi Hikmətlə birlikdə ofisə keçmiş və komendantın Ehtiram adlı şəxs olduğunu öyrənmişdir. Hikmətin ona söylədiklərini Ehtirama deyib hansı səbəbdən belə bir iş tutduğunu soruşmuşdur. Ehtiram cavabında ona “Sən kimsən ki? Yaxşı etmişəm, get kimə istəyirsən denən” demişdir. Bu zaman Hacı Qasım adlı şəxs onu tanıdığından onların söhbətlərinə müdaxilə edərək, məsələnin belə olduğunu bilmədiyini və evi almaqdan imtina etdiyini bildirmişdir. Daha sonra alqı-satqının baş tutmadığını görən “xxxxxxxxx” yaşayış kompleksinin komendantı Ehtiram əsəbiləşərək üstünə gəlmiş və onun yaxasından tutaraq “Sən kimsən” deyərək otağından çölə itəlmişdir. Çölə çıxdıqdan sonra “xxxxxxxxx”-nın hüquqşünası Mehman adlı şəxsə zəng edərək işçisinin ona qarşı kobudluq etdiyini və barəsində tədbir görməyini xahiş etmişdir. Bundan sonra bacanağı Zaura zəng edərək baş verənləri danışmışdır. Daha sonra evin yiyəsi Hikmət ofisdən çölə çıxaraq nəqliyyat vasitəsilə onu öz ofislərində düşürtmüşdür. Bir neçə dəqiqə sonra Hacı Qasım üzürxaxlıq etmək məqsədiə onların ofisinə gəlmiş, bu zaman Zaur həmin şəxsdən Ehtiramın nömrəsini almış və zəng edərək “maşennik, bu nə torbadır tikirsən bizə, imkan vermirsən işləyək, camaatı 130 manatdan tasa otuzdurmusan, bezdirmisən hamını” demiş və bundan sonra onlar bir birinə telefonda nalayiq ifadələr işlətmişlər. Zaur danışığı yarımçıq kəsmiş, Ehtiram bir neçə dəfə də, zəng etsədə Zaur telefonu götürməmişdir. Bir neçə dəqiqə sonra Ehtiram ona zəng edərək yerlərini soruşmuş və ünvanlarına nalayiq ifadələr işlətmişdir. Bu zaman Zaur telefonu əlindən alaraq Ehtiramla yenidən bir birlərinə nalayiq ifadələr işlətmişlər. Telefon danışığından təxmini olaraq 5 dəqiqə sonra Ehtiram qapını açaraq ofislərinə girmiş və onunla Zauru çölə çıxmalarını tələb etmişdir. Çöldə onları özünə məxsus “Nissan Tiida” markalı avtomaşına əyləşdirib harasa aparmaq istəmişdir. Onlar ofisin qapısının ağzında olmuş və Zaur Ehtirama yaxınlaşıb “nə sözün varsa burada de” bildirmişdir. Bu zaman Ehtiram maşınına qayıdıb sağ qabaq qapını açaraq oradan “Vinçester” tipli silahı götürüb onların üstünə gəlmişdir. Onlar Ehtiramı sakitləşdirməyə çalışmış və yanında durarkən qəflətən atəş açılmış, güllə yerə doğru açılmış, yalnız qırmaları ətrafda olan şəxslərə dəymişdir. Daha sonra Ehtiramı silahla birlikdə maşınının içinə salmışdır. Bundan sonra kənardan Elçinlə Təbriz adlı şəxslər onların üstlərinə gəlmişlər və mübahisələri yaranmışdır, lakin Zaur onlara yaxınlaşaraq aranı sakitləşdirmişdir. Əraziyə dərhal polis əməkdaşları gəldiyinə görə Ehtiram maşınını işə salıb oradan çıxıb getmişdir. Daha sonra atəş nəticəsində xəsarət alan 3 nəfəri “1 saylı klinik tibbi mərkəz”-ə aparmışlar, atəş nəticəsində özü hər hansı bir xəsarət almamışdır. Şəxsi olaraq Ehtiramı tanımamışdır. Sadəcə elə bir insan olduğu barədə məlumatı olmuş, Ehtiramla əvvəllər hər hansı düşmənçiliyi və ədavəti olmamışdır. Silahla atəş açmazdan əvvəl Ehtiram silahla ətrafda fırlanıb hədə qorxu gəlmiş, lakin atəş açan zaman silahı kiməsə tuşladığını konkret olaraq görməmişdir. Silah yer istiqamətində açılmış və atəşdən dərhal sonra yerdən toz duman qalxmışdır. Atəş nəticəsində güllənin qırmaları ətrafda olan Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və bacanağı Zaura xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 onların ofisinə hadisədən qabaq mənzil almaq istəyən müştərilər olmuşlar. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təxmini olaraq bir il yarım olar ki, Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsində “Qəbələ” restoranına bitişik “Günəş əmlak” alqı-satqı agentliyində Zərərçəkmiş şəxs1 və Şahid1lə birlikdə vasitəçi işləyir. xx xxxxx 2019-cu il tarixdə saat 16 radələrində ofisdə olduğu zaman içəri daha əvvəlcədən işlə bağlı tanıdığı Ehtiram adlı şəxs qapıdan içəri daxil olaraq qışqıra-qışqıra Zaurla Səbuhini ofisdən çölə çıxmağa dəvət etmiş və özü ofisdən çıxaraq maşınına tərəf getmişdir. Həmin vaxtı ofisdə özü, Zərərçəkmiş şəxs1, Şahid1, Kübra adlı işçiləri, Zaurun yanında olan müştərilər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 olmuşdur. Ehtiramı əvvəldən “xxxxxxxxx” yaşayış kompleksinin komendantı kimi tanımışdır və aralarında salam-sağol olmuşdur. Ehtiram ofisdən çıxan kimi özü də Ehtiramın arxasınca ofisin qapısından çölə çıxmış və Ehtiramın “Nissan Tiida” markalı nəqliyyat vasitəsinə yaxınlaşıb sağ qabaq sərnişin qapısını açıb oradan “Vinçester” tipli silahı götürdüyünü görmüşdür. Bundan sonra Ehtiram ofisin qapısına yaxınlaşmış və ofisin içinə Zaurun yanına keçməyə çalışmışdır. Lakin, o, qapının ağzında Ehtiramı ofisin içinə keçməyə qoymamış və silahından tutaraq ofisin qapısından kənara itələmişdir. Ondan başqa Şahid1 də Ehtiramın silahından tutaraq öz nəqliyyat vasitəsi istiqamətinə itələmişlər və silahı yer istiqamətinə tutmuşlar. Onlar Ehtiramın atəş açmağının qarşısını almağa çalışan zaman Zaur özünə məxsus nəqliyyat vasitəsindən beysbol çubuğunu götürüb Ehtiramın üzərinə hücum etmişdir. Bu zaman Ehtiramın əlindəki silahdan atəş açılmış, silahın konkret olaraq hansı istiqamətdə açıldığını görməmişdir. Atəş açıldıqdan sonra yerdən toz-duman qalxmışdır. Atəş nəticəsində ətrafda olan Məmməd, Kamran və Zaur qırmaların nəticəsində bədənlərinin müxtəlif nahiyələrindən xəsarətlər almışlar. Özü hər hansı xəsarət almamışdır. Atəşdən bir neçə dəqiqə sonra dərhal polis əməkdaşları gələrək xəsarət alanları xəstəxanaya apardılar. Atəş açan Ehtiram isə nəqliyyat vasitəsinə əyləşərək oradan uzaqlaşmışdır. Silahla atəş açan şəxsin adı Ehtiramdır, “xxxxxxxxx” yaşayış kompleksinin komendantıdır və daha əvvəllər işlə bağlı olaraq bir ya iki dəfə görüşmüşlər. Atəş açan şəxsdən atəş zamanı təxmini olaraq 2-3 metr aralıqda dayanmışdır, atəş nəticəsində xəsarət almamışdır. Atəş nəticəsində yerdən toz qalxmış və silahın yer istiqamətində açıldığını düşünmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, 2016cı il tarixdən Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “xxxxxxxxx” yaşayış kompleksində əvvəl anbardar, hazırda isə komendant köməkçisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs onun yaşayış kompleksində işləyən vaxtdan komendant işləyir. Təqsirləndirilən şəxs öz işləri ilə məşğul olan, mübahisəyə meyili olmayan insan kimi tanıyır. xx xxxxx 2019-cu il tarixdə saat təxminən 17 radələrində Ehtiram ona zəng edərək yaşayış kompleksində su xətti borusunun deşilərək suyun axmasının qarşısının alınması məqsədi ilə istifadəsində olan “*** *** ** **” nömrəli telefonundan onun istifadəsində olan “*** *** ** **” saylı mobil nömrəyə zəng edərək ekskavator çağırılmasını və həmin yerin təmir edilməsinin zəruri olduğunu bildirmişdir. Bundan sonra yaşayış kompleksində işləyən digər komendant köməkçisi-iş yoldaşı Elçinə zəng vurub, Ehtiram müəllimin iş tapşırdığını və təcili ekskavator tapılması gərəkdiyini demişdir. Bundan sonra o, Elçinlə birlikdə ona məxsus olan “Renault-Megan” markalı, “**-ML-***” dövlət qeydiyyat nişanlı avtomobillə ekskavator axtarmaq üçün yola çıxıb Masazır dairəsi istiqamətinə gedərkən “Qurtuluş-93” yaşayış kompeksinin yoxuşunda Ehtiram müəllimin müvəqqəti istifadə etdiyi “ Nissan- Tiida” markalı avtomobili görüb sürəti yavaşlatdıqda orada Təqsirləndirilən şəxs Zaur və tanımadığı digər iki nəfərlə dava etdiyini görmüşdür. Həmin vaxt Ehtiramın əlbəyaxa şəkildə Zaurla mübahisə edərək bir-birlərini itələdiklərini görmüşdür. Elçinlə birlikdə mübahisəni sakitləşdirməyə çalışmışar. Özü isə bütün olanlardan xəbərsiz şəkildə nə baş verdiyini anlamağa çalışmışdır, lakin mübahisənin hansı səbəbə yarandığından xəbəri olmamışdır. Mübahisə səngiyəndən sonra Təqsirləndirilən şəxs ona və Elçinə yaşayış kompleksinə getməyi tapşırmışdır və onlar oradan çıxıb getmişlər. Bir müddət sonra Təqsirləndirilən şəxs onların yanına gəlmiş və bir az sonra çıxıb oradan getmişdir. Hadisənin baş verdiyi Abşeron rayonu Masazır kəndi, Qəbələ restoranının yaxınlığına gələrkən Təqsirləndirilən şəxs əlində və ya üzərində silah görməmişdir. Silahı Ehtiram ovçuluq fəaliyyəti ilə məşğul olduğundan bu məqsədlə hər zaman avtomobilində saxlamışdır. Hadisə zamanı Zaurun əlində olan beysbol çubuğu ilə Ehtiramın üzərinə getdiyini görsə də, vurduğunu görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Masazır kəndində yerləşən “xxxxxxxxx” yaşayış kompleksində mühafizə rəisi vəzifəsində işləyir. xx xxxxx 2019-cu ildə onların nəzarətçisi “xxxxxxxxx” yaşayış kompleksinin komendantı Təqsirləndirilən şəxs onu ofisinə dəvət edib, mobil telefonunu götürərək kiminləsə əlaqə saxlamışdır. Daha sonra ona bildirmişdir ki, səhər onun mobil telefonuna həmin nömrədən zəng gələcək, həmin şəxslə danışıb gedib evə baxsın və daha sonra həmin şəxsləri yanına gətirsin. Səhəri gün Səbuhi adlı şəxs ona zəng vuraraq evə baxmağı ona təklif etmişdir. Həmin şəxslə görüşüb “xxxxxxxxx” yaşayış kompleksində yerləşən satılmaqda olan mənzilə həmin şəxslə görüşüb getmiş və sonradan həmin evi onun tanışının almaq istədiyini bildirmişdir. Bundan başqa Səbuhiyə səhəri gün, yəni, xx xxxxx 2019-cu il tarixdə mənzilin sahibi ilə birlikdə “xxxxxxxxx” yaşayış kompleksinin komendantı Ehtiram Yusiflinin yanına yaxınlaşmasını demişdir. 27 aprel saat 15 radələrində Səbuhi və mənzil sahibi Hikmətlə “Zeytun” marketin qarşısında görüşüb onları komendantın ofisinə göndərmiş və özü də kirayə yaşadığı mənzilə getmişdir. Həmin gün icazə alıb rayona toya gedəsi olmuş, lakin taksiyə əyləşib rayona yola düşəndə iş yoldaşı Təbriz ona zəng edərək “5E binasının arxasında su borusu partlayıb, Ehtiram müəllim mənə deyib ki, Elçinidə götür təcili ekskavator tapıb həmin borunu təmir etdirin” demişdir. Bundan sonra Təbrizin yanına getmiş və avtomaşınına əyləşib ekskavator dalınca Masazır dörd yoluna getmişlər. Yolda olarkən “Qəbələ” restoranının qarşısında komendant və müdirləri olan Ehtiramın müvəqqəti idarə etdiyi “Nissan Tiida” markalı avtomobili və Ehtiramın kimlərləsə mübahisə etdiyini görüb Təbriz maşını geri onların yanına qayıtarmışdır. Maşından düşdükdə mübahisə edən şəxslərdən biri makler Zaur və digəri isə bir saat əvvəl ev yiyəsi ilə birlikdə görüşdüyü Səbuhi olmuşdur. Səbuhi onu görən kimi ünvanına nalayiq ifadələr işlətməyə başlamış və üstünə cummuşdur. Daha sonra Zaur da aralarında mübahisə yaranmışdır. Daha sonra polis əməkdaşları gələrək onu Abşeron rayon polis idarəsinə gətirmişlər. Ehtiramın silahla kiməsə atəş açdığını görməmişdir, orda olduğu müddətdə ümumiyyətlə silah görməmişdir. Zauru onların ərazisində işləyən makler kimi tanıyır, lakin Səbuhini zəng edib görüşənə kimi tanımamışdır. Həmin şəxslərlə hər hansı ədavəti və düşmənçiliyi olmamışdır. Hadisə vaxtı heç kəsi vurmamışam və heç kəsə xəsarət yetirməmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx xxx 2019-cu il tarixli, 812 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi muayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər- sağ bazu nahiyəsinin yuxarı 1/3-nin və sol bazu nahiyəsinin 1/3-nin qançırları bərk küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə yəni xx.xx.2019-cu il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi; sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx xxx 2019-cu il tarixli, 816 saylı rəyindən görünür ki, Şahid1 bədən səthində sol əlin arxa səthinin sıyrığı, sağ əlin birinci barmağının sıyrığı bərk küt əşya təsirindən törənmişdir, tərnmə müddəti qərarda göstərilən xx.xx.2019-cu il tarixdə dava-dalaş nəticəsində əmələ gəlməyə xarakterikdir, sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx xxx 2019-cu il tarixli, 871 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 məhkəmə tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər- döş qəfəsinin ön səthinin sol yarısında körpücük ortası xətt üzrə 2-3-cü qabırğalararası sahənin 1 (bir) ədəd, döş qəfəsinin ön səthinin sağ yarısında körpücük ortası xətt üzrə 5-6-cı qabırğalararası sahənin 1 (bir) ədəd, həmin zədədən 6sm aşağıda 1 (bir) ədəd, həmin zədədən 4 sm aşağıda 1 (bir) ədəd, həmin zədədən 4 sm aşağıda 1 (bir) ədəd, həmin zədədən 10 sm aşağıda qarın nahiyəsinin sağ yarısının 1 (bir) ədəd, həmin zədədən 8 sm sağda 1 (bir) ədəd, sol bazu nahiyəsinin aşağı 1/3-nün 1 (bir) ədəd, sağ said nahiyəsinin orta 1/3-nin 1 (bir) ədəd, sağ əlin arxa səthinin 1 (bir) ədəd, sol əlin arxa səthinin 1 (bir) ədəd, sol bud nahiyəsinin orta 1/3-nin 1 (bir) ədəd, sol bud nahiyəsinin yuxarı 1/3-nin 1 (bir) ədəd, sol bud nahiyəsinin aşağı 1/3-nin 1 (bir) ədəd, sol baldır nahiyəsinin yuxarı 1/3-nin 1 (bir) ədəd, odlu silah yaraları - patronu qırmalarla doldurulmuş odlu silahdan açılmış atəşin təsirindən yetirilmişdir; qərarda qeyd edilən müddətdə yəni, zərərçəkənin X6 müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2019-cu il tarixə uyğun gəlir; dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx xxx 2019-cu il tarixli, 872 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər- sağ baldırın yuxarı 1/3-nin 4 (dörd), sağ ayağın üst səthinin 1 (bir) ədəd, sağ ayağın 1-ci barmağının 1 (bir) ədəd odlu silah yaralarıpatronu qırmalarla doldurulmuş odlu silahdan açılmış atəşin təsirindən yetirilmişdir; qərarda qeyd edilən müddətdə yəni, zərərçəkənin X6 müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2019-cu il tarixə uyğun gəlir; dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx xxx 2019-cu il tarixli, 815 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər- boyun nahiyəsinin aşağı 1/3-nin ön səthinin 1 (bir) ədəd, döş qəfəsinin ön səthinin, orta xəttdən 4 sm solda 1(bir) ədəd, döş qəfəsinin ön səthinin, orta xəttdən 3 sm sağda 1(bir) ədəd və sol diz oynağı nahiyəsinin ön səthinin 1 (bir) ədəd silah yaraları- patronu qırmalarla doldurulmuş odlu silahdan açılmış atəşin təsirindən yetirilmişdir; qərarda qeyd edilən müddətdə yəni, zərərçəkənin X6 müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2019-cu il tarixə uyğun gəlir; dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Lifli materialların məhkəmə ekspertizasının xx xxxx 2019-cu il tarixli 12644 №-li rəyindən görünür ki, tətqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthi üzərindən tapılmış kənar lif mikrohissəcikləri arasında Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tətqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 məxsus olduğu qeyd edilən geyim əşyalarının üzərindən tapılmış kənar lif mikrohissəciklərinin arasında X1 məxsus məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Məhkəmə-ballistik və trassoloji ekspertizasının xx xxxx 2019-cu il tarixli 12642/12643 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş silah zavod üsulu ilə istehsal edilmiş, 12 kalibrli, “Vinçester” tipli, “Churchill MAGNUM” modelli, “3544449” №-li, daxili çaxmaqlı, pompalı, təklüləli tüfəngdir - yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır, tətiyini çəkmədən ondan öz-özünə atəş açılmır, çaxmağın döyüş bölməsindən çıxması üçün tətiyə 3 kq qüvvə ilə təsir etmək tələb olunur. Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd patron zavod üsulu ilə hazırlanmış, 12 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz odlu ov tüfənglərində, həmçinin təqdim edilmiş “Churchill MAGNUM” modelli, “3544449” №-li ov tüfəngində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan patronlardırlar, atəşə yararlıdırlar. Tədqiqata təqdim edilmiş 3 (üç) ədəd qırma müxtəlif kalibrli, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilən patronların doldurulması üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, atəş komponentinin atəşlə ayrılmış hissələridir qırmalardır. Həmin qırmalar deformasiyaya uğrayıb ilkin ölçülərini müəyyən etmək mümkün olmadığından, onların təqdim edilmiş 02 ədəd patronun daxilində olan qırmalarla ölçüsünə görə eynilik təşkil edib etməməsini müəyyən etmək mümkün olmadı. Həmin qırmaların üzərində atəş prosesində istifadə olunan zaman atıldığı tüfəngin lülə kanalının divarından qalmağa xarakterik izlər vardır. Lakin həmin izlər xüsusi əlamətlərə malik olmadığından və eyniləşmə tətqiqatı üçün azlıq təşkil etdiyindən təqdim edilmiş Churchill MAGNUM” modelli, “3544449” №-li ov tüfəngindən atılıb-atılmadığını müəyyən etmək mümkün deyil. Tətqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus bor ədəd tünd göy rəngli cins şalvar, bir cüt tünd göy rəngli ayaqqabı, bir cüt qara rəngli corab üzərində rəyin tədqiqi hissəsində qeyd edilən ölçüdə və sayda zədələr vardır. Zədələrin formasına, ölçüsünə, morfoloji quruluşuna, zədələrin ətrafında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri və qurğuşun metal izinin aşkar edilməməsinə əsasən, paltarlar üzərində olan zədələr giriş və çıxış zədələri olmqala hamarlüləli (yivsiz) odlu öv tüfəngindən açılan atəş(atəşlər) nəticəsində, o cümlədən təqdim edilmiş silahdan açılan atəş(atəşlər) təsirindən də, 2 metrdən yuxarı məsafədən, öndən arxaya doğru istiqamətdə yetirilməyə xarakterikdir. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs3 məxsus bir ədəd ağ rəngli qolsuz mayka üzərində rəyin tədqiqi hissəsində qeyd edilən ölçüdə və sayda zədələr vardır. Zədələrin formasına, ölçüsünə, morfoloji quruluşuna, zədələrin ətrafında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərinin və qurğuşun metal izinin aşkar edilməməsinə əsasən, paltarlar üzərində ön hissədə olan zədələr giriş, arxa hissədə olan zədələr çıxış zədələri olmaqla hamarlüləli(yivsiz) odlu ov tüfəngindən açılan atəş(atəşlər) nəticəsində, o cümlədən təqdim edilmiş silahdan açılan atəş(atəşlər) təsirindən də, 2 metrdən yuxarı məsafədən, öndən arxaya doğru istiqamətdə yetirilməyə xarakterikdir. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus geyim əşyaları üzərində odlu silahdan açılan atəş nəticəsində qırmaların təsirindən yaranmağa xarakterik zədələr aşkar edilməmişdir. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus geyim əşyalarının səthində atəşin əlavə faktoru olan tam yanmamış barıt hissəcikləri aşkar edilməmişdir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus geyim əşyaları üzərində odlu silahdan açılan atəş nəticəsində qırmaların təsirindən yaranmağa xarakterik zədələr aşkar edilməmişdir. Təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının səthində atəşin əlavə faktoru olan tam yanmamış barıt hissəcikləri aşkar edilməmişdir. Məhkəmə ballistik ekspertizasının xx xxxx 2019-cu il tarixli 13098 nömrəli rəyindən görünür ki, təqdim edilmiş 1 (bir) ədəd predmet kustar üsulla hazırlanmış, beysbol idman oyununda istifadə olunan toxmqalara uyğun gəlir, soyuq silah hesab edilmir, üzərində təyinatını təyişdirən əlavə və dəyişiklər edilməmişdir. xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 29,120.2.4 maddələrindən həmin məcəllənin 221.3-cü maddəsinə tövsif olunmuş və Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. Məhkəmə iclasında xx xxx 2019-cu il tarixdə daxil olan 01 ədəd “DVD-R” diskinə baxış keçirilməsi zamanı müəyyən edilmişdir ki, saat 16:31:45-də Təqsirləndirilən şəxs idarə etdiyi ağ rəngli “Nissan Tida” markalı avtomobillə Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsi, Qəbələ restoranının yaxınlığında yerləşən “Günəş əmlak” alqı-satqı ofisinin qarşısına gəlir. Təqsirləndirilən şəxs 16:32:33-də avtomobildən düşərək Zərərçəkmiş şəxs1 məxsus alqı-satqı ofisinə daxil olur. Daha sonra 16:33:33-də Təqsirləndirilən şəxs ofisdən çıxaraq avtomobilinə yaxınlaşır və avtomobilinin qabaq hissəsindən “Vinçester” tipli, “Churchill” markalı, ******* nömrəli odlu silahını götürür və bir müddət silah əlində mübahisə edir. 16:33:59-da Zərərçəkmiş şəxs1 özünə məxsus gümüşü rəngli, “Hyndai Sonata” markalı avtomobilin yük hissəsindən küt əşya götürərək özünü müdafiə etməyə çalışdığı görünür. 16:34:08-də Təqsirləndirilən şəxs ətrafındakı şəxslər silahı almağa çalışarkən əlindəki silahdan yer istiqamətində atəş açılır və atəş açıldıqdan dərhal sonra ətrafı toz-duman bürüyür. 16:34:13-də Zərərçəkmiş şəxs1 beysbol çubuğu ilə onun üzərinə gedərək özünü müdafiə edir. Bu zaman Zərərçəkmiş şəxs1 bacanağı Şahid1 Təqsirləndirilən şəxs biləyindən tutaraq silahı aşağı salır. Hadisə zamanı arxadan gələn Elçin və Təbriz adlı şəxslər onları ayırırlar. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı atəş açdığı 01 ədəd “Vinçester” tipli “Churchill” markalı ov silahı, 02 ədəd patron və hadisəni törədərkən əynində olmuş 01 ədəd qara rəngli, üzərində ağ xəttlər olan pencək, 01 ədəd qara rəngli, üzərində ağ xəttlər olan şalvar, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 bədənindən müayinə zamanı çıxarılmış 03(üç) ədəd qırma, Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş 01 ədəd qara rəngli, üzərində “Givenchy Paris” yazıları və ağ nöqtələri olan qısaqol köynək, 01 ədəd tünd göy rəngli, arxa tərəfində “3301 jenas style bo25” sözləri yazılan cins şalvar, Zərərçəkmiş şəxs3 hadisə zamanı əynində olmuş 01 ədəd ağ rəngli, üzərində qanabənzər ləkəsi olan mayka, Zərərçəkmiş şəxs2 hadisə zamanı əynində olmuş 01 ədəd tünd göy rəngli, üzərində “1983 qulity jenswear Colins” yazıları olan cins şalvar, 01 ədəd tünd göy rəngli, üzərində “Oxide” sözləri yazılan ayaqqabı, 01 ədəd qara rəngli, üzərində cırıqlar olan corab maddi sübut kimi tanınaraq, saxlanılması üçün Abşeron rayon prokurorluğunun dəftərxanasına təhvil verilmişdir. xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli onun tutulduğu xx.xx.2019-cu il tarixdən hesablanmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Samux rayon İHB-in Sərkar kənd üzrə inzibati ərazi nümayəndəsinin xx.xx.2019-cu il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Samux rayon PŞ-in Y-42 nömrəli şəhadətnamədən görünür ki, 01 ədəd “Vinçester” tipli “Churchill” markalı, bir lüləli 12 çaplı, ******* nömrəli ov silahın saxlaması və təyinatı üzrə istifadə edilməsi üçün Təqsirləndirilən şəxs verilmişdir. xx.xx.2019-cu il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş, notariat kontorunda təsdiqlənmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, Təqsirləndirilən şəxs qarşı şikayəti və maddi tələbi yoxdur. Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş, notariat kontorunda təsdiqlənmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, Təqsirləndirilən şəxs qarşı şikayəti və maddi tələbi yoxdur. Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə təqdim edilmiş, notariat kontorunda təsdiqlənmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, Təqsirləndirilən şəxs qarşı şikayəti və maddi tələbi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CPM-in 1.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər sübut kimi qəbul olunur. Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə özünü təqsirli bilməsə də, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və odlu silahdan istifadə etməklə zərərçəkmiş şəxsə zor tədbiq olunması ilə müşaiyət olunan qərəzli xuliqanlıq cinayətini törətmişdir. Yuxarıda göstərilənlərlə yanaşı, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlinin törətməsi şahid ifadələri, baxış protokolu, ekspertiza rəyi, istintaq hərəkətlərinə dair digər protokollar və iş materiallarına əlavə edilmiş sənədlər, digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Məhkəmənin qənaətinə görə ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə düzgün tövsif etmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Müdafiə tərəfinin təqsirləndirilən şəxsin əməlində cinayət tərkibinin olmamasına dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməlinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsinə də tənqidi yanaşaraq hesab edir ki, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və belə ifadə verməklə o, məsuliyyətdən yayınmaq istəyir. Buna görə Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndində tövsiyyə olunmuşdur ki, “hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin 8 müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır”. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məcəllənin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması, zərərçəkmiş şəxs ilə barışıq əldə edilməsi nəticəsində zərərçəkmiş şəxslərin şikayətçi olmaması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hallardır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, xx xxxx 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2010-cu il tarixli Qərarında qeyd edilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarının 4-cü bəndində göstərilmişdir ki, CM-nin 59-cu maddəsində nəzərdə tutulmamış halları cəzanı yüngülləşdirən hallar kimi nəzərə alındıqda belə halların yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, cinayətin xarakteri əməlin qəsd etdiyi ictimai münasibətlərin xarakteri ilə müəyyən edilir və cinayətin bu xassəsinin keyfiyyət göstəricisi, ictimai təhlükəliliyi isə yetirilən zərərin miqdarı, həcmi və dərəcəsi, qəsdin özünün xüsusiyyətləri, bəzi hallarda cinayətin subyektinin xüsusiyyətləri ilə müəyyən edilir və ictimai təhlükəliliyin kəmiyyət tərəfi sayılır. Məhkəmə təqslirləndirilən şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Resplublikası Cinayət Məcələsinin 221.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan cəzanın növünü və həddini müəyyən edərkən, onun şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxslər ilə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi, eləcə də cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək, yəni 4 (dörd) ay 26 (iyirmi altı) gün həbsdə saxlandığı və xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək, yəni 10 (on) ay 19 (on doqquz) gün ev dustaqlığında saxlanıldığı müddət nəzərə alınmaqla, onun üzərində qəti cəza saxlanılmalı, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin qeyd etmək lazımdır ki, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bunlara onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və s. daxildir (Cinayət Məcəlləsinin 70.5-ci maddəsi). İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmişdir ki, Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdə təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıqaşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi2 göstərdiyi 50 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına 300 (üç yüz) manat məbləğdə pul köçürülməlidir. İş üzrə maddi sübut bir ədəd “DVD-R” disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi Abşeron rayon prokurorluğunda saxlanılan 01 ədəd “Vinçester” tipli “Churchill” markalı ov silahı, 03 (üç) ədəd qırma və 02 ədəd patron Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməli, 01 ədəd qara rəngli, üzərində ağ xəttlər olan pencək, 01 ədəd qara rəngli, üzərində ağ xəttlər olan şalvar Təqsirləndirilən şəxs, 01 ədəd qara rəngli, üzərində “Givenchy Paris” yazıları və ağ nöqtələri olan qısaqol köynək, 01 ədəd tünd göy rəngli, arxa tərəfində “3301 jenas style bo25” sözləri yazılan cins şalvar Zərərçəkmiş şəxs1, 01 ədəd ağ rəngli, üzərində qanabənzər ləkəsi olan mayka Zərərçəkmiş şəxs3, 01 ədəd tünd göy rəngli, üzərində “1983 qulity jenswear Colins” yazıları olan cins şalvar, 01 ədəd tünd göy rəngli, üzərində “Oxide” sözləri yazılan ayaqqabı, 01 ədəd qara rəngli, üzərində cırıqlar olan corab Zərərçəkmiş şəxs2 qaytarılmalıdır. Eləcə də cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 294 (iki yüz doxsan dörd) manat 16 (on altı) qəpik təqsirləndirilən şəxsdən tutularaq, dövlət nəfinə köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358 və 384-cümaddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinsin və 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək, yəni 4 (dörd) ay 26 (iyirmi altı) gün həbsdə saxlandığı və xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək, yəni 10 (on) ay 19 (on doqquz) gün ev dustaqlığında saxlanıldığı müddət nəzərə alınmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilsin və 02 (iki) il müddətinə sınaq müddəti təyin olunsun. Davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək Təqsirləndirilən şəxs üzərinə vəzifə kimi qoyulsun. Sınaq müddəti ərzində təqsirləndirilən şəxsin davranışı üzərində nəzarətin həyata keçirilməsi Samux rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri ləğv edilsin. Hökm qanuni qüvvəyə minənədək barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbir iseçilsin. İş üzrə maddi sübut kimi Abşeron rayon prokurorluğunda saxlanılan 01 ədəd “Vinçester” tipli “Churchill” markalı ov silahı, 03 (üç) ədəd qırma və 02 ədəd patron Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. 01 ədəd qara rəngli, üzərində ağ xəttlər olan pencək, 01 ədəd qara rəngli, üzərində ağ xəttlər olan şalvar Təqsirləndirilən şəxs, 01 ədəd qara rəngli, üzərində “Givenchy Paris” yazıları və ağ nöqtələri olan qısaqol köynək, 01 ədəd tünd göy rəngli, arxa tərəfində “3301 jenas style bo25” sözləri yazılan cins şalvar Zərərçəkmiş şəxs1, 01 ədəd ağ rəngli, üzərində qanabənzər ləkəsi olan mayka Zərərçəkmiş şəxs3, 01 ədəd tünd göy rəngli, üzərində “1983 qulity jenswear Colins” yazıları olan cins şalvar, 01 ədəd tünd göy rəngli, üzərində “Oxide” sözləri yazılan ayaqqabı, 01 ədəd qara rəngli, üzərində cırıqlar olan corab Zərərçəkmiş şəxs2 qaytarılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 294 (iki yüz doxsan dörd) manat 16 (on altı) qəpik təqsirləndirilən şəxsdən tutularaq, dövlət nəfinə köçürülsün. İş üzrə maddi sübut 01 ədəd “DVD-R” disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 50 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından 300 (üç yüz) manat Xırdalan vəkil bürosunun hesablaşma, “xxxxxxxxxxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-105/2020
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-105/2020
12.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver